Məhkəmə qərarları › İş №1-1(093)-31/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-31/2024

29.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-31/2024 29.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) – Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs (xx xxxxx 1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirəndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, 28 fevral 2018-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhərinin Binəqədi rayonunun ərazisində yerləşən Bakı Qarnizonu Hərbi Polisinin 1-ci mühafizə bölüyünün 3cü mühafizə taqımının komandirinin müavini-mühafizə manqasının komandiri vəzifəsində, 24 fevral 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Xocavənd rayonununun ərazisində yerləşən 9-cu Hərbi Polis bölməsinin təsərrüfat hissəsinin rəisi vəzifəsində, 01 avqust 2022-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərməklə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən Azərbaycan Ordusunun Kinologiya Mərkəzinin bələdçilər taqımının (minaaxtaran xidməti itlərinin) manqa komandiri (təlimatçı) vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olarkən arvadı Şahid3, övladları X7 və X5 ilə birlikdə atası Şahid2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamasına və Azərbaycan Respublikası Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 06 nömrəli qərarı ilə təsdiq etdiyi “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi” qaydasının 3.14, 4.3 və 4.6-cı bəndlərinin tələblərinə əsasən yaxın qohumunun yaşayış sahəsində yaşadığına görə mənzil kirayəsi üçün pul kompensasiyasını almaq hüququ olmadığı halda, habelə yaxın qohumuna məxsus mənzildə yaşaması barədə xidmət yerinə ən geci 3 (üç) gün müddətində bildirməli olduğu halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə dövlət əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə 18 iyun 2019-cu il tarixdə xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər X3 anası Şahid1 məxsus Bakı şəhərinin ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini kirayə götürməsi ilə bağlı həqiqətə uyğun olmayan kirayə müqaviləsi bağlayaraq həmin müqaviləni və müvafiq sənədləri 2020-ci ilin, 2021-ci ilin və 2022-ci ilin yanvar aylarında yazdığı özü və ailə üzvlərinin mənzillə təmin edilməməsi ilə bağlı raportlarla birlikdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin komandanlığına təqdim etmiş və 2020-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində aldatma yolu ilə 13537 (on üç min beş yüz otuz yeddi) manat məbləğində pul vəsaitini ələ keçirmiş, ardınca N fevral 2023-cü il tarixdə gizir Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının komandirinin müavini vəzifəsinə təyin olunduqdan sonra cinayət əməlini davam etdirərək arvadı Şahid3, övladları İnci Hüseynova və Ruslan Hüseynov ilə birlikdə atası Şahid2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamasına baxmayaraq Şahid1 ilə bağladığı sonuncuya məxsus Bakı şəhərinin ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini kirayə götürməsi ilə bağlı həqiqətə uyğun olmayan kirayə müqaviləsini və müvafiq sənədləri 2023-cü ilin fevral ayında özü və ailə üzvlərinin xidmət yerində mənzillə təmin edilməməsi ilə bağlı raportla birlikdə N nömrəli hərbi hissənin komandanlığına təqdim edərək 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddət ərzində isə 746 (yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitini əldə etməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda ziyan vurmaqla dövlət əmlakını, yəni 14283 (on dörd min iki yüz səksən üç) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, 28 fevral 2018-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhərinin Binəqədi rayonunun ərazisində yerləşən Bakı Qarnizonu Hərbi Polisinin 1-ci mühafizə bölüyünün 3-cü mühafizə taqımının komandirinin müavini-mühafizə manqasının komandiri vəzifəsində xidmət etmişdir. 2018-ci ildə atası Hüseynov X2 şəhərində yerləşən evini sataraq ünvan 3 ünvanında yerləşən üç otaqlı fərdi yaşayış evini almış və bundan sonra o da ailə üzvləri yaşlı olduğundan onlarla birlikdə yaşamağa qərar verərək bu məqsədlə həmin vaxtdan arvadı Şahid3, övladları X7 və X5 ilə birlikdə atası Şahid2 istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Bundan sonra o, mənzil kirayəsi üçün pul kompensasiyası almaq üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 06 nömrəli qərarı ilə təsdiq etdiyi “Azərbaycan Ordusunun hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi” qaydasında qeyd edilən sənədləri toplamış, mənzil kirayəsi üçün pul kompensasiyası almaqdan ötrü kirayə müqaviləsi bağlamalı olduğundan 18 iyun 2019-cu il tarixdə xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər X3 anası Şahid1 məxsus Bakı şəhərinin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini kirayə götürməsi ilə bağlı kirayə müqaviləsi bağlamışdır. O, dövlət büdcəsindən mənzil kirayəsi üçün ümumilikdə 14283 (on dörd min iki yüz səksən üç) manat pul kompensasiyası almışdır. O, Şahid1 məxsus evi kirayə götürdüyü zaman həmin evdə yaşamaq niyyəti olmuş, lakin xidmət yerininin dəyişdirildiyi üçün habelə həmin ərəfələrdə həyat yoldaşı Şahid3 ilə münasibətləri pisləşdiyi üçün qeyd edilən evdə yaşaya bilməmişdir. Barəsində olan cinayət işinin ibtidai istintaq zamanı atası Şahid2 tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə dəymiş 14283 manat məbləğində maddi ziyanın 1000 manatını Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülməklə ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi qismində izahat vermiş Nümayəndə bildirmişdir ki, 06 oktyabr 2022-ci il tarixdən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət-təftiş şöbəsinin inspektor müfəttişi vəzifəsində, polkovnikleytenant hərbi rütbəsində xidmət edir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli “Hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 171 nömrəli qərarına uyğun olaraq Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 06 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi” qaydalarında nəzərdə tutulmuş formada müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası ala bilərlər. Belə ki, hərbi qulluqçu həmin qaydalarda nəzərdə tutulmuş zəruri sənədləri toplayıb kirayə kompensasiyası almaq məqsədi ilə hərbi hissə komandirinin əmri ilə təşkil olunmuş mənzil komissiyasına verir. Müvafiq qaydalar qəbul olunanadək, yəni 06 may 2019-cu il tarixədək olan müddət ərzində Müdafiə nazirinin əmrinə əsasən hərbi qulluqçu müvafiq ilin hər ayında kirayə kompensasiyası almaq istəyi ilə bağlı hərbi hissə komandirinə raportla müraciət etdiyi halda, 06 may 2019-cu il tarixdən etibarən isə həmin tarixli qaydalara əsasən müvafiq il üçün yalnız həmin ilin yanvar ayında hərbi hissə komandirinə hərbi qulluqçu tərəfindən kirayə kompensasiyası almaqla bağlı raport ünvanlanır. Sənədləri tam toplayıb mənzil komissiyasına təqdim etdikdən sonra komissiya tərəfindən baxılaraq yekun protokol tərtib edilir. Tərtib edilmiş protokol əsasında hərbi hissə komandirinin əmri ilə sənədlər ödənişə hazırlanır. Bu əmr əsasında kirayə kompensasiyasının Müdafiə Nazirliyinin büdcəsindən hərbi hissənin hesabına keçməsini təmin etmək məqsədi ilə hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə hər ay hərbi hissəyə ayrılmalı maliyyə vəsaiti ilə bağlı sifariş tələbnamə göndərilir. Bundan sonra hərbi hissəyə ayrılmış maliyyə vəsaitindən mənzil kirayəsi üçün pul kompensasiyaları hərbi qulluqçuların müvafiq maaş kart hesabına köçürülür. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Müdafiə nazirinin mənzil kirayəsi üçün pul kompensasiyasını qanunsuz almaqla qazanc əldə etmək məqsədi ilə kirayə müqaviləsi bağlayaraq, eyni zamanda kirayə müqaviləsi bağladığı mənzildə ümumiyyətlə yaşamadığına baxmayaraq həmin müqaviləni xidmət etdiyi Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin komandanlığına və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına təqdim etməklə atası Şahid2 mülkiyyətində olan mənzildə özü və ailə üzvləri ilə birlikdə yaşamasına, habelə ən geci 03 gün müddətində xidmət etdiyi hərbi hissəyə bildirməli olmasına baxmayaraq qəsdən gizlədib məlumat verməyərək, 2020, 2021, 2022 və 2023-cü ilin yanvar aylarında mənzil kirayəsi üçün pul kompensasiyası almaq istəyi ilə bağlı raportu xidmət etdiyi Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və N nömrəli hərbi hissənin komandanlığına ünvanlamaqla aldatma yolu ilə ələ keçirərək dövlət büdcəsinə ümumilikdə 14283 manat məbləğində pul vəsaitini maddi ziyan vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Hüseynova (Fərəcova) Şəbnəm İlham qızı məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, 09 avqust 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin ailə həyatından Ruslan və İnci adlı iki övladı dünyaya gəlmişdir. O, ailə həyatı qurduqdan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs və sonuncunun valideynləri Şahid2 və X1 ilə birlikdə Mingəçevir şəhərində yaşamağa başlamışdır. 2018-ci ilin ortalarında qayınatası Şahid2 Mingəçevir şəhərində yerləşən evini sataraq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bundan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs və övladları ilə birlikdə 08 avqust 2018-ci il tarixdə qeyd olunan ünvanda yerləşən mənzilə köçmüşdür. 2022-ci ilin ortalarında ailə daxili problemləri yarandığından və həyat yoldaşı Təqsirləndirilən şəxs ilə münasibətləri pisləşdiyi üçün boşanma ilə bağlı Xətai rayon məhkəməsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxsla evli olduğu müddətdə, habelə münasibətləri pisləşdikdən sonra heç vaxt Şahid1 məxsus Bakı şəhərinin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində yaşamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin ortalarında tanımışdır. Təqsirləndirilən şəxs onun X13la birlikdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmət etmişdir. O, hazırda ünvan 6 ünvanında yerləşən mənzildə yaşayır. X13 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 7 ünvanında yerləşən mənzil iki otaqdan ibarətdir. 2019-cu ilin ortalarında X13 xidmət yoldaşı, gizir Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar kirayə müqaviləsi bağlamalı olduğunu bildirmiş, 18 iyun 2019-cu il tarixdə oğlunun xahişi ilə Təqsirləndirilən şəxsla kirayə müqaviləsi bağlayaraq yaşadığı Səbail rayonunun Badamdar qəsəbəsinin ev 3, mənzil 117 ünvanda yerləşən yaşayış sahəsini Təqsirləndirilən şəxs kirayə vermişdir. O, həmin kirayə müqaviləsinin müqabilində Təqsirləndirilən şəxs kirayə pulu almamış, habelə Təqsirləndirilən şəxs qeyd edilən mənzildə heç vaxt yaşamamış və qeydiyyata düşməmişdir. Onun Təqsirləndirilən şəxsla bağladığı kirayə müqaviləsinin müddəti 2 il olmuş, lakin müqavilə tərəflərinin heç biri etiraz etmədiyi üçün kirayə müqaviləsinin müddəti müqavilə şərtlərinə əsasən bir il də artırılmışdır. O, Təqsirləndirilən şəxs həmin kirayə müqaviləsindən istifadə etməklə dövlətdən əlavə müavinət almasından xəbərdar olmamış, həmin müqavilənin Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar lazım olduğunu düşünmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Nurlan, gəlini Şəbnəm və onların övladları ona məxsus ünvan 8 ünvanında yerləşən mənzildə yaşamışlar. Oğlu Nurlan ailəsi ilə birlikdə başqa evdə kirayədə yaşamaq üçün evdən çıxmaq istəsə də o özü Nurlanın kirayə çıxmalarına imkan verməmişdir. Onun evində yaşadıqları müddətdə oğlu Nurlanla gəlini Şəbnəm arasında bir neçə dəfə sözlü mübahisələri olmuşdur. Nurlanın dövlət hesabına kirayə pulu almasından məlumatı olmamışdır. Oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaq zamanı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə dəymiş 14283 manat məbləğində maddi ziyanın 1000 manatını Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülməklə ödəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Hərbi prokurorluğunun böyük müstəntiqi Xəzər Səlimzadənin qəbul etdiyi 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı Qarnizonunun Hərbi Polisinin rəisinin-Bakı qarnizonunun hərbi komendantının 28 fevral 2018-ci il tarixli 61 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi polisinin 1-ci mühafizə bölüyünün 3-cü mühafizə taqımının komandirinin müavini-mühafizə manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı Qarnizonunun Hərbi Polisinin rəisinin-Bakı qarnizonunun hərbi komendantının 10 iyun 2020-ci il tarixli 165 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Bakı Qarnizonu Hərbi polisinin 1-ci mühafizə bölüyünün 3-cü mühafizə taqımının komandirinin müavinimühafizə manqasının komandiri gizir Təqsirləndirilən şəxs xidmət müddəti 08 may 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 1-ci Hərbi Polis bölməsinin rəisi- Bakı qarnizonunun hərbi komendantının 23 fevral 2022-ci il tarixli 56 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 9-cu hərbi polis bölməsinin təsərrüfat hissəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş və 23 fevral 2022-ci il tarixdən 1-ci hərbi polis bölməsinin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 9-cu Hərbi Polis bölməsinin rəisinin 24 fevral 2022-ci il tarixli 14 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 9-cu Hərbi Polis bölməsinin təsərrüfat hissəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün 1-ci Hərbi polis bölməsindən gəlmiş hesab edilmiş və 24 fevral 2022-ci il tarixdən 9-cu Hərbi polis bölməsinin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 9-cu Hərbi Polis bölməsinin rəisinin 01 avqust 2022-ci il tarixli 179 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Kinologiya Mərkəzinin bələdçilər taqımının (minaaxtaran xidməti itlərinin) manqa komandiri (təlimatçı) vəzifəsinə təyin edildiyi üçün 01 avqust 2022-ci il tarixdən 9-cu hərbi polis bölməsinin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Ordusunun Kinologiya Mərkəzinin rəisinin 02 fevral 2022-ci il tarixli 12 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Ordusunun Kinologiya Mərkəzinin bələdçilər taqımının (minaaxtaran xidməti itlərinin) manqa komandiri (təlimatçı), gizir Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə 02 fevral 2023-cü il tarixdən şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2023-cü il tarixli 41 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə N fevral 2023-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 103 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə N aprel 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 104 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə N aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı Qarnizonu Hərbi Polisinin rəisinə ünvanlanmış 2020-ci il tarixli 615 nömrəli, 2021-ci il tarixli 169 nömrəli 2022-ci il tarixli 197 nömrəli raportlardan görünür ki, gizir Təqsirləndirilən şəxs 2020-2022-ci il tarixlərdə mənzil kirayəsinə görə pul kompensasiyası almasına dair Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı Qarnizonu Hərbi Polisinin komandanlığına raportla müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsindən təqdim edilmiş 17 mart 2023-cü il tarixli arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayınadək olan müddət ərzində ümumilikdə 11662 (on bir min altı yüz altmış iki) manat mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Ordusunun Kinologiya Mərkəzindən təqdim edilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində ümumilikdə 1875 (min səkkiz yüz yetmiş beş) manat mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış 06 fevral 2023-cü il tarixli 1503 nömrəli raportdan görünür ki, gizir Təqsirləndirilən şəxs 2023-cü ildə mənzil kirayəsinə görə pul kompensasiyası almasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına raportla müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, 2023-cü ilin fevral ayından may ayınadək olan müddət ərzində gizir Təqsirləndirilən şəxs ümumilikdə 746 (yeddi yüz qırx altı) manat mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında predmeti sonuncuya məxsus olan Bakı şəhərinin ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi olan kirayə müqaviləsi bağlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş BPM**********56 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid2 tərəfindən Sumqayıt Hərbi prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə oğlu Təqsirləndirilən şəxs dövlətə vurduğu maddi ziyanın 1000 (bir min) manatı dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhərinin Xətai rayonunun 66 saylı Mənzil-Kommunal İstismar Sahəsindən təqdim edilmiş sənəddən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi Şahid2dur, həmin mənzildə Şahid2la yanaşı X1, Təqsirləndirilən şəxs, Şahid3, X7 və X5 da yaşamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin ünvan 11 ünvanında yerləşən 165 saylı tam orta məktəbindən təqdim edilmiş 24 may 2023-cü il tarixli 123 nömrəli məktubundan görünür ki, X5 2022-2023-cü tədris ilində məktəbin “1e” sinfinə qəbul edilmiş, 2023-cü ilin yanvar ayında 37 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xətai rayonunun Elman Məmmədov adına körpələr evi-uşaq bağçası tərəfindən təqdim edilmiş 25 may 2023-cü il tarixli 06 nömrəli məktubdan görünür ki, X7 18 oktyabr 2022-ci il tarixdə Elman Məmmədov adına körpələr evi-uşaq bağçasına qəbul edilmiş və 06 yanvar 2023-cü il tarixdə anası Şahid3 ərizəsi əsasında uşaq bağçasından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ 055888 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2015-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİİ 801789 nömrəli və AZ-İV 214505 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 30 iyun 2016-cı il tarixdə, X7 11 noyabr 2018-ci il tarixdə doğulmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhərinin Xətai rayonunun məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(011)-3177/2023 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Hüseynova (Fərəcova) Şəbnəm İlham qızı arasında 10 oktyabr 2015-ci il tarixdə 319 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Şahid1 ilə kirayə müqaviləsi bağlayaraq sonuncuya məxsus yaşayış sahəsini kirayə götürməkdə məqsədinin aldatma yolu ilə dövlət əmlakını ələ keçirmək olmadığını, əsas məqsədinin həmin evdə ailə üzvləri ilə birlikdə yaşamaq olduğunu, lakin əvvəlcə müharibədə iştirak etməsi, daha sonra həyat yoldaşı Şahid3 ilə ailə daxili münasibətlərin pisləşməsi, habelə xidmət yerininin dəyişdirilməsi səbəbindən həmin mənzildə yaşaya bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə məhkum olunmasını, dəymiş zərərin bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirləndirili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün (cərimə cəzasının) icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxsin (mülki iddaçının) nümayəndəsi Nümayəndə mülki idda verərək, dəymiş zərər olan 14283 (on üç min iki yüz səksən üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin atası tərəfindən dəymiş zərər üzrə 1000 (bir min) manat məbləğində pulun Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülməsini nəzərə alaraq, hesab edir ki, zərərçəkmiş şəxsin (mülki iddaçının) nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddası qismən təmin olunmalı, dəymiş zərərin qalıq hissəsi olan 13283 (on üç min iki yüz səksən üç) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və məhkəmə xərci yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən BPM**********56 nömrəli ödəniş tapşırığı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülmüş 1000 (bir min) manat məbləğində pul Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 346-347, 349 və 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləini törətməkdə təqsirli bilinsin və ona 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq olunmasın. Zərərçəkmiş şəxsin (mülki iddaçının) nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddası qismən təmin olunsun, dəymiş zərərin qalıq hissəsi olan 13283 (on üç min iki yüz səksən üç) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ödənilsin. Hökmün (cərimə cəzasının) icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən BPM**********56 nömrəli ödəniş tapşırığı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülmüş 1000 (bir min) manat məbləğində pul Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar