Məhkəmə qərarları › İş №1-1(093)-32/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-32/2023

28.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-32/2023 28.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Bayramov Mail Allahverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili X7, müdafiəçi- Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Qaradağ rayonu Puta 1 Hərbi şəhərciyində daimi qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əliyev X15 Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X6 XN (D433) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin operator-radiometrçisi vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2 oktyabr N22-ci il tarixdə "xxxx" MMC-nin “rent-a-car” şirkətindən etibarnamə əsasında “Hyundai Elantra” markalı avtomobil icarəyə götürmüş, bundan sonra N oktyabr N22-ci il tarixdə saat 02:27-də müvafiq sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında icarəyə götürərək idarə etdiyi açıq boz metallik rəngli “Hyundai Elantra” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Salyan şossesinin maksimum surətin 90 km/saata qədər məhdudlaşdırıldığı Bakı şəhəri Səbail rayonu Bibiheybət məscidi istiqamətində təxminən 90-100 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, həmin şossenin sağ yan kənarından sol tərəfə keçmək istəyən piyada, xx.xx.1983-cü il tarixdə ünvan 2 ünvanında daimi qeydiyyatda olan X3 vuraraq, ona ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «sol döş boşluğuna çoxlu qanaxma (2 litr), sol ağciyərin yuxarı və aşağı paylarının cırılmış yaraları, soldan İİİ,İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta qoltuqaltı, İX qabırğanın döşyanı xətt üzrə sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; sol bazunun orta və sağ baldırın yuxarı 1/3-nin qapalı sınıqları; burunun, sağ budun orta və aşağı 1/3-nin ön səthinin, sol budun yuxarı, orta və aşağı 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthinin, sol baldırın bayır səthinin, qarının sol yan səthinin, sağ əlin arxa səthinin, sol saidin arxa səthinin sıyrıqları» xəsarətlərini yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur, bundan sonra o,“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinə əsasən hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X6 komandiri, mayor (3-cü dərəcəli kapitan) Rza Rzayev tərəfindən tərtib olunmuş növbətçilik cədvəlinə əsasən o, 03 oktyabr N22-ci il tarixdə saat 17:00-dan 0N oktyabr N22-ci il tarixdə saat 17:00-dək divizionunun D 433 XN gəmi növbətçisi təyin edilmişdir. Həmin vaxt divizionunun baş elektriki vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X8 divizion üzrə X19 Hissəsinin dazor nəfəri növbətçiliyinə təyin edilmişdir. Onlar xidmətlərini Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində təmirdə olan gəmidə aparmışlar. 03 oktyabr N22-ci il tarixdə saat 21:30-da Ə.Qasımzadə ona yaxınlaşaraq istirahət vaxtının olduğunu və bu səbəbdən istirahət otağına gedəcəyini ona demiş, o isə sonuncuya istirahətə getməyə icazə vermişdir. O, növbədə olan zaman səhəri gün, yəni 0N oktyabr N22-ci il tarixdə 06:30-da N nömrəli hərbi hissənin qərargahında düzülüş olacağı barədə ona məlumat verilmişdir. Həmin düzülüşdən sonra şəxsi heyət üçün “Üçtəpə” deyilən ərazidə atışa getmək nəzərdə tutulmuşdur. O, səhər düzülüşü və təlim üçün nəzərdə tutulan işçi yay formasını evdə unutmuş, həmçinin anası X12 onkoloji xəstə olduğundan növbədə olan gün anası ona zəng edərək ağrılarının olduğunu və özünü çox pis his etdiyini ona söyləmişdir. Bu xəbər ona pis təsir etmiş və evə getmək üçün uyğun vaxt axtarmışdır. O, bir qədər fikirləşdikdən sonra 0N oktyabr N22-ci il tarixdə saat 01:30-da Ə.Qasımzadəyə növbəni təhvil verdikdən sonra istirahətə getməmək və anasının yaşadığı Bakı şəhəri, Səbail rayonu, N-ci Sahə ərazisində yerləşən evinə getmək barədə qərar vermişdir. 0N oktyabr N22-ci il tarixdə saat 01:30-da Ə.Qasımzadə onun yanına gəlmiş və onlar növbəni dəyişmişlər. Növbə zamanı o, 4 saat istirahət etdiyini, 4 saat isə Ə.Qasımzadənin istirahət etdiyini qeyd etmişdir. O, Ə.Qasımzadəyə avtomobilindən həm siqaret götürəcəyini, həm də telefonla danışacağını bildirmişdir. O, bundan sonra avtomobilin yanına getmişdir. O, 02 oktyabr N22-ci il tarixdə "xxxx" MMC şirkətinin idarəçisi olan Şahid3 adlı şəxsdən açıq boz metallik rəngli "Hyundai Elantra" markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüşdür. Şahid3 etibarnamə əsasında həmin avtomobili ona 31 dekabr N22-ci il tarixədək sürmək hüququ vermişdir. 0N oktyabr N22-ci il tarixdə saat 01:45 radələrində o, avtomobillə Bakı-Salyan şossesinə çıxmış və üzü Bibiheybət məscidi istiqamətində hərəkətə başlamışdır. O, adı çəkilən şosseyə çıxıb avtomobili bir qədər idarə etdikdən sonra yuxuladığını hiss etmiş, həmin gün xidmət apardığına görə yatmamış və istirahət vaxtında isə yatmaq əvəzinə evinə getməyi qərarlaşdırmışdır. O, ilk öncə Lökbatan dairəsi deyilən əraziyə gəlmiş, oradan isə üzü Bibiheybət məscidi istiqamətində getmişdir. Həmin vaxt o, avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmişdir. Adı çəkilən şossedə ondan qarşı tərəfdə demək olar ki, avtomobillər görünməmişdir. 0N oktyabr N22-ci il tarixdə saat 02:27 radələrində o, Bakı-Salyan şossesində yolun sağ tərəfində yerləşən “İlkin” marektin qarşısına çatanda bir anlıq olaraq gözlərini açan zaman ondan təxminən 5-8 metr qarşıda orta yaşlı bir qadının şossenin sağ yan kənarından sol tərəfə keçmək istədiyini görmüşdür. Həmin qadın artıq demək olar ki, yolun ortasında olmuşdur. O, son anda avtomobilin sükanını sol tərəfə burub həmin qadını soldan keçməyə çalışmış, lakin sükanı nə qədər sol tərəfə döndərmək istəsə də buna nail ola bilməmiş və avtomobilin sağ ön hissəsi ilə həmin qadını vurmuşdur. O, bunun ardınca isə tutulmaqdan qorxduğu üçün avtomobillə vurduğu qadına kömək etmədən hadisə yerindən qaçmışdır. O, təcili olaraq avtomobili Bakı şəhəri, Səbail rayonu, N-ci sahə adlanan əraziyə sürmüş və yaxınlıqdakı “Araz” marketin yanında yerləşən küçələrdən birinə park etmişdir. O, bir qədər özünə gəldikdən sonra hərbi hissəyə qayıtmaq qərarına gəlmişdir. Onun məqsədi hərbi hissəyə qayıtmaq və səhəri gün hadisəni komandir heyətinə məruzə etmək olmuşdur. O, yaxınlıqdakı taksilərdən birinə əyləşmiş və xidmət yerinə getmişdir. O, hadisə yerinin yanından keçən zaman orada polis əməkdaşlarının toplaşdığını görmüşdür. Lakin o, yenə də qorxduğu üçün orada dayanmamış və oradan isə birbaşa xidmət yerinə getmişdir. Həmin günü, yəni 0N oktyabr N22-ci il tarixdə saat 04 radələrində o, xidmət yerinə gəlib çatmış və Ə.Qasımzadə ilə bir qədər söhbət etdikdən sonra yatmağa getmişdir. Bir qədər sonra Ə.Qasımzadə onu yuxudan oyatmış və ondan avtoqəza edib-etmədiyini soruşmuş və o sonuncuya avtoqəza etdiyini demişdir. Üzərindən bir qədər keçmiş mayor R.Rzayev onun xidmət yerinə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlmiş və onu avtomobilinə mindirərək birlikdə hərbi hissənin qərargahına getmişlər. Bundan sonra onlar hərbi hissəyə gəlib çatmış və dərhal hərbi hissə komandiri polkovnik (1-ci dərəcəli kapitan) Elnur Məmmədovun xidməti otağına keçmişlər. O, otağa daxil olan zaman orada Səbail Rayon polis İdarəsinin əməkdaşlarını da görmüşdür. Bir qədər sonra o, polis əməkdaşları ilə birlikdə Səbail rayon Polis İdarəsinə getmiş, polis İdarəsində olan zaman avtomobillə vurduğu qadının X10 olduğunu və sonuncunun aldığı xəsarətlər nəticəsində hadisə yerində öldüyünü öyrənmişdir. Bundan sonra barəsində cinayət işi başlanmışdır. Hazırda törətdiyi əməllərə görə çox peşmandır, dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaqda verdiyi məhkəmədə elan olunmuş ifadəsində görünür ki, o, ünvan 3 ünvanında yaşayır. xx.xx.1983-cü il tarixdə ünvan 2 ünvanında daimi qeydiyyatda olan mərhum X10 onun balaca bacısıdır. X16 subay olmuş, əvvəlki nikahlardan isə 5 oğlu və 1 qızı olmuşdur. 0N oktyabr N22-ci il tarixdə günorta saatlarında ona X16nın 0N oktyabr N22-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi **- RV-*** qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobil ilə vurması nəticəsində hadisə yerində vəfat etməsi barədə məlumat verilmişdir. O, **-RV-*** qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X9, Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notarisu X11 təsdiq etdiyi etibarnamə əsasında təmsil edən “ARBİTRİUM” Vəkil Bürosunun vəkili X14 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, mülki iddiası və tələbin olmadığını bildirdi. Dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir . Şahid "xxxx" MMC-nin idarəçisi Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs 1 ildən çox müddətə tanımışdır. Təqsirləndirilən şəxs dəfələrlə onların şirkətindən icarə əsasında sürməyə avtomobil götürmüşdür. 02 oktyabr N22-ci il tarixdə Təqsirləndirilən şəxs şirkətə yaxınlaşıb avtomobil icarəyə götürmək istədiyini demişdir. Beləliklə o, yol vərəqəsi kimi "xxxx" MMCnin şirkətinin adından etibarnamə əsasında Təqsirləndirilən şəxs açıq boz metallik rəngli "Hynudai Elantra" markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili 31 dekabr N22-ci il tarixədək sürmək hüququ vermişdir. Belə ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.N29-cu il tarixədək olmuş, habelə sistemdə sonuncunun sürmək hüququnun məhdudlaşdırılmadığı görülmüşdür. 0N oktyabr N22-ci il tarixdə saat 06 radələrində Səbail rayon Polis İdarəsindən zəng olunub ona "Hynudai Elantra" markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onlara məxsus şirkətə aid olub-olmadığı soruşulmuş, o isə avtomobilin şirkətə məxsus olduğunu təsdiq etmişdir. Daha sonra ona avtomobilin qəza törətdiyini, sürücünün isə qaçdığını bildirilmişlər. Polis əməkdaşları adı çəkilən avtomobili sürmək üçün kimə verdiyini soruşulduqda o, sonunculara Təqsirləndirilən şəxs şəxsiyyət və sürücülük vəsiqəsinin nömrəsini vermişdir. O, daha sonra Təqsirləndirilən şəxs həmin avtomobili idarə edən zaman 0N oktyabr N22-ci il tarixdə saat 02:N radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi ilə asfalt yolda şəhərin Bibiheybət məscidi istiqamətində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq vətəndaş X3 ehtiyatsızlıqdan vurduğunu, həyəcanlı olduğundan hadisə yerindən qaçdığını və T.Qurbanovanın isə almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin şirkətinə məxsus və etibarnamə əsasında icarəyə götürdüyü Hyundai Elantra” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.N22-ci il tarixdə saat 02 radələrində Səbail rayonu Yeni Salyan şossesində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində şirkətə ümümilikdə 1050 manat dəyərində ziyan dəymişdir. Belə ki, avtomobilin ehtiyat hissələrinə 800 manat və ustaların zəhmətinin haqqına isə 250 manat xərclənmişdir. Həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən tez bir zamanda öz şəxsi vəsaiti hesabına tamamilə qarşılanmış və avtomobili tam təmir edərək ona geri qaytarmışdır. O şirkətlərininin, yəni o da daxil olmaqla Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, mülki iddiası və ya hər hansı maddi tələbinin olmadığını bildirmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X26 Alayının 4-cü patrul bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edən X13 məhkəməyə ifadə verib göstərdi ki, 0N oktyabr N22-ci il tarixdə saat 02 radələrində dislokasiya üzrə təyin olduğu Səbail rayonu Şıxov çimərliyi ərazisində polis baş serjantı Şahid2 ilə birlikdə xidmət aparmışlar. Onlar həmin vaxt üzü Bibiheybət məscidi istiqamətində bir qədər hərəkət etdikdən sonra yolun sağında yerləşən “İlkin” marketin qarşısına gəlmiş və yeməli bir-iki şey almaqdan ötrü həmin marketə daxil olmuşlar. Onlar marketdən yeməy alıb yeyən zaman bir qadının onların xidməti avtomobillərinə yaxınlaşdığını görmüşlər və onlar həmin qadından nə istədiyini soruşmuşlar. Həmin qadın mobil telefonunun taksidə qaldığını onlara bildirmişdir. Onlar həmin qadından taksinin nömrəsini və sürücünün adını soruşmuş, lakin sonuncu onlara cavab verməmişdir. Onlar həmin qadından harada yaşadığını soruşmuşlar. Lakin həmin qadın harada yaşadığını onlara deyə bilməmişdir. Qadın bundan sonra yol ilə getməyə başlamışdır. Onlar qadına yolun kənarı ilə hərəkət etməsini və bir qədər ehtiyatlı olmasını demişlər. Lakin qadın onların çox saylı xəbərdarlıqlarına məhəl qoymayaraq yoluna davam etmişdir. İlk öncə bir avtomobil uzaqdan gələn zaman təhlükəni hiss edərək sürətini dayanma həddinə qədər endirmişdir. Bundan sonra həmin avtomobil qadının solundan tam təhlükəsiz qaydada oradan uzaqlaşmışdır. Bunun ardınca eyni qaydada 2-ci və 3-cü avtomobil də təhlükəni hiss edərək sürətlərini tam dayanma həddinə qədər endirmişlər və daha sonra hər hansı hadisə baş vermədən oradan uzaqlamışlar. O, bu vaxt uzaqdan təxminən 100-1N km/saat sürətlə hərəkət edən bir avtomobilin gəldiyini görmüşdür. O və Yusif həmin avtomobilə sürətini azaltması üçün çox əl-qol hərəkətləri etmiş, lakin bu heç bir fayda verməmişdir. Həmin avtomobil “Hyundai Elantra” markalı olmuşdur və bu zaman sürücü zərblə həmin qadını vurmuşdur. Zərbənin təsirindən qadın kənara düşmüşdür. Bundan sonra avtomobilin sürücüsü həmin qadını vurduqdan sonra vurduğu qadına kömək edib onu yaxınlıqdakı xəstəxanalardan birinə çatdırmaq əvəzinə hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O və Yusif yaxınlıqda olan şəxslərə təcili tibbi yardım çağırmalarını demiş və özləri isə “Hyundai Elantra” markalı avtomobilin arxasınca getmişlər. Onlar “Bibiheybət” məscidinin yaxınlığında yerləşən işıqfora çatmış, lakin həmin avtomobili görə bilməyərək hadisə yerinə qayıtmışlar. Bundan sonra o, xidmətini davam etdirməyə başlamış və daha sonra nə baş verməyini bilməmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X26 Alayının 4-cü patrul bölüyünün polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edən Şahid2 anoloji məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş xx.xx.N22-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesidir. Hadisənin baş verdiyi yer asfalt örtüklü, hamar və qurudur. Hadisə yeri asfalt örtüklü eyni istiqamətdə 3 (üç) hərəkət zolağından ibarətdir. Piyada vurulan yolun ümumi eni 12 (on iki) metrdir. Hadisə piyada Təhminə Qurbanova yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən zaman baş vermişdir. Belə ki, Təhminə Qurbanova yola daxil olmuş və bu anda yolun ikinci zolağı ilə hərəkətdə olan minik avtomobili tərəfindən vurulmuşdur. Avtomobilin sürücüsü hadisəni törətdikdən sonra hadisə yerindən qaçmışdır. Hadisə yerində tormoz izi və qan izi aşkar edilməmişdir. Hadisə yerində ətraf ərazilər təsvir edilən zaman TŞ 1-035 nömrəli müşahidə qurğusunun olduğu müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.N22-ci il tarixli 66 nömrəli rəyindən aydın olur ki, mərhum X5 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda «sol döş boşluğuna çoxlu qanaxma (2 litr), sol ağciyərin yuxarı və aşağı paylarının cırılmış yaraları, soldan İİİ,İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta qoltuqaltı, İX qabırğanın döşyanı xətt üzrə sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; sol bazunun orta və sağ baldırın yuxarı 1/3-nin qapalı sınıqları; burunun, sağ budun orta və aşağı 1/3-nin ön səthinin, sol budun yuxarı, orta və aşağı 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthinin, sol baldırın bayır səthinin, qarının sol yan səthinin, sağ əlin arxa səthinin, sol saidin arxa səthinin sıyrıqları» xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.N22-ci il tarixində yol nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcələrinə görə ümumilikdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.N22-ci il tarixli 8/2698 nömrəli rəyindən məlum olur ki, “Hyundai Elantra” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi, tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücünün hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sağ kənarından sola doğru hərəkətə başladığı andan yaranmışdır. Aparılmış hesabata əsasən tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 34,9-55,6 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 95,3-127,1 metr aralı məsafədə olmuşdur. Bundan başqa sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən uyğunsuzluq olmuşdur. Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən təqdim edilən bir ədəd diskə köçürülmüş hadisə anının videogörüntüsündən və həmin videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mərhum X10 0N oktyabr N22-ci il tarixdə saat 02:26:55-də Bakı şəhəri Səbail rayonu Salyan şossesinin və “Bibiheybət” məscidi istiqamətində yolun sağ tərəfindən sol tərəfə keçməsi üçün sağ tərəfdə yerləşən birinci hərəkət zolağının başlanğıcında dayanır və təxminən 1 dəqiqəyə yaxın müddət ərzində yolun ortasında dayanır. Bu zaman videogörüntülərdən də göründüyü kimi hadisə baş verənə qədər 3 avtomobil maksimum ehtiyatlılıq göstərək və tormozlama hərəkətlərini yerinə yetirərək Təhminə Qurbanovaya hər hansı xəsarət yetirmədən yollarına davam edirlər. 02:27:58-də şəxsin orta zolaqda əllərini yuxarı qaldırıb avtomobilə doğru gəlməsi, bu zaman minik avtomobilin sürücüsünün əyləcə təmas edərək sükanı nisbətən sağa, yəni orada olan şəxsə doğru çəkib həmin şəxsi avtomobilin qabaq hissəsi ilə vurması, daha sonra sola doğru istiqamətlənib avtomobili saxlamadan hərəkətini davam etdirməsi, vurulan şəxin orta zolaqda yerdə uzanıqlı vəziyyətdə qalması, 2-ci dəqiqə 13-cü saniyədə yaxınlıqda olan avtomobilin sayrışan işıqları yandırıb yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin hərəkəti istiqamətində yola düşməsi, orta zolaqla hərəkət edən 4-cü minik avtomobilinin artıq 1-ci işıqlandırma qurğusunun yaxınlığında əyləcə təmas edərək sürətini azladıb sola doğru istiqamətlənməklə hadisə zamanı vurulan şəxsin yanından keçməsi müşahidə edildi. T.Qurbanova yolun sağ kənarından, yəni birinci hərəkət zolağının başlanğıcından hərəkətə başladığı andan orta hərəkət zolağında avtomobillə vurulduğu vaxtadək yolda piyadanın görünməsini məhdudlaşdıran iri qabaritli avtomobillərin hərəkəti müşahidə edilmir və həmin vaxt hava qaranlıq, lakin işıq dirəkləri vasitəsilə işıqlandırılmış və avtomobil yolu isə quru vəziyyətdədir. Səbail Rayon Polis İdarəsinin rəisinin adına yazılmış raportdan aydın olur ki, xx.xx.N22-ci il tarixdə saat 02:39 radələrində Səbail rayonu Salyan şossesi “1001 Gecə” istirahət mərkəzinin yanında naməlum markalı avtomobil piyada naməlum qadını vurması nəticəsində piyada vəfat etmişdir. İş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.N22-ci il tarixli 2/33391 nömrəli aktdan məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. İş materiallarına əlavə olunmuş AD N5018 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N19-cı il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 02 oktyabr N22-ci il tarixli etibarnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin idarəedicisi Şahid3 Adil oğlu tərəfindən verilmiş 12 dekabr N22-ci il tarixli ərizədən məlum olur görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir maddi tələbi və ondan heç bir şikayəti yoxdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim edilmiş N dekabr N22-ci il tarixli N/1357 nömrəli məktubdan görünür ki, N oktyabr N22-ci il tarixdə saat 02:00-02:30 radələrində Bakı şəhəri, Səbail rayonunun (Yeni Salyan şossesi) ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş N oktyabr N22-ci il tarixli raportdan aydın olur ki, çavuş Təqsirləndirilən şəxs xx.xx.N22-ci il tarixdə gəmi növbətçisi olduğu vaxt saat 01:30 radələrində gəmi növbətçiliyini həmin vaxt elektromexanika döyüş hissəsi üzrə dozor nəfəri olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 təhvil verdikdən sonra öz istirahət vaxtından istifadə edərək siqaret almaq adı ilə gəmini tərk etmiş, daha sonra Şıxov çimərliyi istiqamətində idarə etdiyi **-RV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan qadını vurmuş və qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 117 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri komandanının müvafiq əmri ilə hərbi hissənin X6 XN (D 433) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin operator-radiometrçisi vəzifəsinə təyin edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili X7 məhkəməyə təqdim etdiyi 28 fevral N23-cü il tarixli ərizədən aydın olur ki, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxslə barışmış, maddi və mənəvi ziyan ödənildiyindən ona qarşı hər hansı bir iddia, tələb və şikayət yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinə tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1 və 59.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və ona qarşı şikayət və tələbin olmamasını, anasının onkoloji xəstə olmasını, ailəsinin yeganə maddi təminatçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N03-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə işin hallarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 263.2 və 264-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırıması cəzaları nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinin tələblərinə əsasən azadlığın məhdudlaşdırıması cəzası hərbi qulluqçulara təyin edilmir (CM-nin 52-1.6-cı maddəsi) Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmaması və yüngülləşdirən halların olmasını nəzərə alaraq onun barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir.. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini (işə, xidmətə vicdanlı münasibəti, mülayim xarakterli, qayğıkeş olması və s.), hadisənin təsadufi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini (təqsirkar üçün aşkar surətdə xarakterik olmayan cinayətkar əməllərin törədilməsi), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və ona qarşı şikayət və tələbin olmamasını, ailəsinin yeganə maddi təminatçısı olmasını, eləcə də anasının onkoloji xəstə olmasını nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü-cü maddələrinə münasibətdə həmin maddələrdə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsi də müzakirə edilməlidir. Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, hadisənin təsadufi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını nəzərə alaraq, bu halların məcmusunu müstəsna hal hesab edib, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza təyin etməyi məqsədə uyğun hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut,- “Hyundai Elantra” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin “rent-a-car” şirkətinin idarəçisi Şahid3 istifadəsinə verilməsi nəzərə alınmalı, qara rəngli geyim qalıqları, saç telləri, güzgü qalıqlarıvə süşə sınıqlarıhökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılmış 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilməlidir. iş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N03cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N06-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 263.2-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməməklə aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, CM-nin 264-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməməklə aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməməklə aylıq pul təminatından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm qanuni qüvvəsini alanadək dəyişdiilmədən saxlanılsın. Barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. iş üzrə maddi sübut- “Hyundai Elantra” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin “rent-a-car” şirkətinin idarəçisi Şahid3 istifadəsinə verilməsi nəzərə alınsın, qara rəngli geyim qalıqlaırı, saç telləri, güzgü qalıqları və süşə sınıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar