Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-32/2025 07.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx N05-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hazırda N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədilə öz sağlamlığına zərər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Xüsusi X1 rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci xüsusi təyinatlı dəstəsinin 1-ci xüsusi təyinatlı taqımının 3-cü xüsusi təyinatlı manqasının snayperi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 07 iyul NN4-cü il tarixdə «yat» komandasından sonra saat 00:45 radələrində xidmət etdiyi dəstənin əsgər yataqxanasında özünə məxsus çarpayıda uzandığı vaxt öz sağlamlığına zərər vurmaqla hərbi xidmətə yararsız olacağını və üzərinə qoyulmuş hərbi vəzifələrdən tamamilə azad olunacağını düşünüb niyyətini qətiləşdiıdikdən sonra yatdığı çarpayıdan durub dolabından bir ədəd birdəfəlik üzqırxan götürərək cibinə qoymuş və sanitar qovşağa getmişdir. O, sanitar qovşağa daxil olduqdan sonra hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədilə özü ilə götürdüyü üzqırxanı qıraraq içərisindəki ülgücü çıxarıb həmin ülgüclə hər iki qolunun said nahiyələrini kəsərək özünə sağlamlığın pozulmasına səbəb olmadıqları üçün dərəcələri təyin edilməyən «hər iki saidin səthi kəsilmiş yaraları» xəsarətlərini yetirməklə öz sağlamlığına qəsdən zərər yetirmiş və N iyul NN4-cü il tarixdən N iyul NN4-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə qalmaqla hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 335.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, N aprel NN4-cü il tarixdə gənc əsgərlərin hazırlıq kurslarını bitirib xidmətinin davam etdirilməsi üçün Müdafiə Nazirliyinin Xüsusi X1 rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə göndərilərək həmin hərbi hissənin 1-ci xüsusi təyinatlı dəstənin 1-ci xüsusi təyinatlı taqımının 3-cü xüsusi təyinatlı manqasının snayperi vəzifəsinə təyin edilmiş və həmin hərbi hissədə müddətli həqiqi hərbi xidmətinə davam etmişdir. O, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində demək olar ki, hər gün idman və fiziki hazırlıq dərsləri, ərazi dərsləri və digər məşğələlər keçmişdir. O, əvvəllər idmanla məşğul olmadığından hərbi hissədə keçirilən idman və fiziki hazırlıq dərslərində çətinlik çəkmiş, irəli zamanlarda idmanla bağlı normativlərini düzəldəcəyini, həmçinin hərbi xidmətinin yaxşı olacağına ümid etmiş, lakin xidmət ayları artıqca hərbi xidmətlə bağlı tələblərin və normativlərin daha da artığını görmüşdür. Buna görə də, hərbi xidmət keçməkdən artıq sıxılmağa başlamış və hərbi xidmətdə qalmaq istəməmişdir. Həmçinin evin tək oğlan uşağı olduğu üçün valideynlərinin hər zaman diqqətində olmuş və valideynləri tərəfindən ona çox qayğı göstərilmişdir. Komandirləri tərəfindən ona qayğı göstərilsə də, lakin valideynləri üçün daha çox darıxmış və onları görmək üçün evlərinə getmək istəmiş, lakin gedə bilməmişdir. Məzuniyyət verildiyi təqdirdə evə gedə biləcəyini anlamış, lakin N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 9 aydan artıq həqiqi hərbi xidmət keçdikdən sonra məzuniyyətə buraxılmışdır. O, həmin ərəfədə 5-6 ayın əsgəri olduğu üçün ona məzuniyyət verilməmiş, buna görə də, 9 ay hərbi xidmətə dözə bilməyəcəyini fikirləşmiş və hərbi xidmətdən birdəfəlik kənarlaşaraq evinə getmək istəmişdir. Çünki xidmət etmək istəməmiş, hərbi xidmət ona çox çətin görsənmiş, bu səbəbdən hər nə yol olursa olsun hərbi xidmətdən kənarlaşıb ailəsinin yanına getmək üçün başqa yollar axtarmışdır. Təxminən 6 aya yaxın olmuşdur ki, hərbi xidmət etmiş, hərbi xidmətlə bağlı tələblər daha da artmış, rahatçılıq olmamış və hərbi xidmət onu çox sıxmışdır. Demək olar ki, hər gün öz çarpayısında uzanaraq hərbi xidmət etmənin çətinliyi haqqında düşünmüş və valideynləri üçün darıxmışdır. Çünki hərbi xidmət ona çox ağır gəlmiş, buna görə də, hərbi xidmətdən tərxis olunub evlərinə getmək istəmiş və bu məqsədlə özünə xəsarət yetirərək hərbi xidmətdən birdəfəlik canını qutarmaq qərarına gəlmişdir. 06 iyul NN4-cü il tarixdən 07 iyul NN4-cü il tarixədək olan müddət ərzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 xidmət etdiyi 1-ci xüsusi təyinatlı dəstənin əsgər yataqxanasında taqım üzrə cavabdeh şəxs təyin edilmiş, sonuncu həmin müddət ərzində, yəni 06 iyul NN4-cü il tarixdə saat NN:00-da əsgər heyətinə bədən baxışı keçirtdikdən sonra onlara “Yat” komandası verərək xidməti vəzifələrinin icrası ilə məşğul olmağa getmiş, lakin həmin gün şəxsi heyətə “Yat” komandası verilməsinə baxmayaraq o, öz çarpayısında uzanaraq yatmamış, 07 iyul NN4cü il tarixdə saat 00:45 radələrində yatdığı çarpayıdan duraraq dolabını açmış və oradan bir ədəd birdəfəlik üzqırxan götürüb cibinə qoyaraq sanitar qovşağa getmişdir. O, sanitar qovşağa daxil olduqdan sonra özü ilə birlikdə gətirdiyi üzqırxanı qıraraq içərisindəki ülgücü götürüb, həmin ülgüclə hər iki qoluna bir neçə dəfə kəsiklər ataraq özünə xəsarət yetirmişdir. O, özünə xəsarət yetirdikdən sonra həmin ülgücü ayaqyoluna atıb suyu çəkmiş, daha sonra sanitar qovşaqdan bayıra çıxdıqda, yataqxananın dəhlizində Şahid1 görərək yanına çağırmış və törətdiyi əməl barədə sonuncuya məlumat vermişdir. Həmin gün ona hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərildikdən sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş və həmin hospitalın psixatriya bölməsində stasionar müalicədə olmuşdur. Hazırda əməlindən peşmandır, səhvini dərk etmişdir, xidmətini davam etdirir, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci xüsusi təyinatlı dəstənin 1-ci xüsusi təyinatlı taqımının 3-cü xüsusi təyinatlı manqasının baş atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. N nömrəli hərbi hissənin 1-ci xüsusi təyinatlı dəstənin 1-ci xüsusi təyinatlı taqımının 3cü xüsusi təyinatlı manqasının snayperi vəzifəsində xidmət etmiş, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində tanımış, aralarında hər-hansı düşmənçilik və ədavət olmamış, münasibətləri xidməti olmuşdur. Əsgər Təqsirləndirilən şəxs NN4-cü ilin aprel ayının əvvələrində hərbi hissəyə təyinat alarkən gənc əsgər olmuş, buna görə də, hərbi xidmətə uyğunlaşmaq üçün sonuncuya hərbi xidmətlə bağlı müəyyən güzəştlər edilmiş, lakin xidmət müddəti artıqca hərbi xidmətlə bağlı tələblərdə artmış, lakin əsgər Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini yerinə yetirməkdə çətinlik çəkmişdir. Əsgər Təqsirləndirilən şəxs hərbi hissəyə gəldiyi gündən bəri günün nizam qaydalarına uyğun olaraq hərbi hissədə keçirilən fiziki hazırlıq və digər dərslərdə fəal iştirak etməmiş, verilən əmr və tapşırıqları vaxtında icra etməkdə, həmçinin öz vəzifə borcunu yerinə yetirməkdə çəkinlik çəkmiş, lakin tutulan iradlardan düzgün nəticə çıxararaq öz üzərində işləməyə çalışmışdır. Əsgər Təqsirləndirilən şəxs ən çox ailəsi üçün darıxmış və evə getmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs gənc əsgər olduğu üçün sonuncuya məzuniyyət verilməmiş, yalnız həftədə bir dəfə ailəsi ilə mobil telefonla əlaqə saxlayaraq danışmışdır. O, 06 iyul NN4-cü il tarixdən 07 iyul NN4-cü il tarixədək olan müddət ərzində dəstənin əsgər yataqxanasında taqım üzrə cavabdeh şəxs təyin edilmiş, həmin müddət ərzində, yəni 06 iyul NN4-cü il tarixdə saat 10:00-da şəxsi heyətə bədən baxışı keçirtdikdən sonra onlara “Yat” komandası verərək xidməti vəzifələrinin icrası ilə məşğul olmağa getmişdir. Lakin “Yat” komandası verilməsinə baxmayaraq əsgər Təqsirləndirilən şəxs öz yerində uzanaraq yatmamış, 07 iyul NN4-cü il tarixdə saat 00:45 radələrində yerindən duraraq dolabından bir ədəd üzqırxan götürmüş və sanitar qovşağa gedərək hər iki qolunu həmin üzqırxanın ülgücü ilə kəsərək özünə xəsarət yetirmişdir. O, həmin vaxt əsgər yataqxanasının dəhlizində olmaqla, bir-bir şəxsi heyətin yatdığı otaqlara girib, onlara nəzarət etmiş, bu zaman əsgər Təqsirləndirilən şəxs onu sanitar qovşağa çağıraraq qollarını ona göstərmiş və hər iki qolunu üzqırxanın ülgücü ilə kəsdiyini ona bildirmişdir. O, əsgər Təqsirləndirilən şəxs hər iki qoluna baxdıqda sonuncunun həqiqətən hər iki qolunu ülgüclə kəsərək özünə xəsarət yetirdiyini görmüşdür. O, əsgər Təqsirləndirilən şəxs nə üçün bu cür əmələ yol verdiyini soruşduqda, sonuncu hərbi xidmətin ağırlığına tab gətirə bilmədiyini, hərbi xidmətdən bezdiyini və sıxıldığını, buna görə də, xidmət etmək istəmədiyini və hərbi xidmətdən azad olunub evə getmək istədiyini bildirərək özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 01 avqust NN4-cü il tarixli, 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- hər iki saidin səthi kəsilmiş yaraları-kəsici əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.NN4) və şəraitdə əmələ gəlmələri istisna edilməmiş, sağlamlığın pozulmasına səbəb olmadıqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 15 avqust NN4-cü il tarixli, N383 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi (ruhi) xəstəlik keçirməmiş, “qısamüddətli isterik reaksiya” keçirmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuş və anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamış, sonuncunun keçirmiş olduğu “qısamüddətli isterik reaksiya” psixi (ruhi) xəstəlik hesab edilməmişdir. Təqsirləndirilən şəxs psixiatrik müalicəyə ehtiyacı olmamış, sonuncu özünə xəsarət yetirərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlik dərəcəsini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsini icra edən, tibb xidməti baş leytenantı Akşin Balakişiyevin 07 iyul NN4-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul NN4-cü il tarixdə saat 01:00 radələrində “hər iki saidin ön səthinin çoxsaylı səthi kəsilmiş yaraları” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından daxil olmuş 1N iyul NN4-cü il tarixli, 3305 nömrəli məktubdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 07 iyul NN4-cü il tarixdə “hər iki saidin ön səthinin çoxsaylı səthi kəsilmiş yaralan” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş çıxarış epikrizindən görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul NN4-cü il tarixdən 19 iyul NN4-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının “Psixiatriya bölməsində” stasionar müalicədə olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 10N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N aprel NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 11N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci xüsusi təyinatlı dəstəsinin 1-ci xüsusi təyinatlı taqımının 3-cü xüsusi təyinatlı manqasının snayperi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul NN4-cü il tarixli 199 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul NN4-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müalicəyə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul NN4-cü il tarixli N15 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul NN4-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalından müalicədən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N3 avqust NN4-cü il tarixli N44 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N1 nömrəli hərbi hissə komandirinin sərəncamına keçirildiyinə görə işlərini və vəzifəsini təhvil verərək hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və N1 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr NN4-cü il tarixli N50 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin mühafizə bölüyünün N-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş “cinayət maddələrinin çatdırılması kitabından” edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsinin tələbləri izah edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş “təhlükəsizlik qaydalarının çatdırılması kitabından” edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 07 avqust NN4-cü il tarixli 5060 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N nömrəli hərbi hissəsinin 1-ci xüsusi təyinatlı dəstənin 1-ci xüsusi təyinatlı taqımının 3-cü xüsusi təyinatlı manqasının snayperi vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün N-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsində xidmət edir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədilə öz sağlamlığına zərər yetirməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 335.N-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hazırda xidmət etdiyi N saylı hərbi hissə tərəfindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.N və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara 03 may N18-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi N40 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.N-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə N40 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-32/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-32/2025
07.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver