Məhkəmə qərarları › İş №1-1(093)-33/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-33/2023

16.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-33/2023 16.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 1N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şağlaküçə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik-çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində "həbs" növündə qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs üç aydan artıq müddətdə üzrlü səbəblər olmadan hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin dəniz sahəsi mühafizə divizionunun artilleriya katerinin (PNNN) baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik-çavuş hərbi rütbəsində xidmətdə olarkən 06 iyun N0NN-ci il tarixdə saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda çıxmamış, yalnız NN dekabr N0NN-ci il tarixdə saat 01:30-da Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq N3 dekabr N0NN-ci il tarixdə istintaqa təqdim olunmaqla, üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 03 oktyabr N016-cı il tarixdə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursunda iştirak etmişdir. Həmin kursu bitirdikdən sonra 16 yanvar N017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsindən hərbi xidmətə çağırılaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etməyə başlamışdır. N4 dekabr N019-cu il tarixdə xidmət müddəti NN dekabr N0NN-ci il tarixədək uzadılmışdır. Hazırda müqavilə üzrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi müddəti başa çatmışdır. Xidmətdə olduğu müddətdə bütün növ təminatlarla təmin olunmuş, komandirləri və digər xidmət yoldaşları ilə münasibətləri yaxşı, xidməti olmuş, heç kimlə düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 30 dekabr N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin daxilində dəniz sahəsinin mühafizəsi divizionunun artilleriya katerinin (PNNN) baş radiotelefonçusu vəzifəsinə təyinat almış, xidmət yerinə gəlmədiyi günə qədər xidmətində hər hansı ciddi nöqsana yol verməmişdir. Xidmətə qarşı həmişə düzgün münasibət bəsləmiş, komandir heyəti tərəfindən verilən tapşırıqları düzgün və vaxtında icra etmişdir. Sonuncu dəfə 04 iyun N0NN-ci il tarixdə saat 09:00-dan 05 iyun N0NN-ci il tarixdə saat 09:00-dək PNNN katerinin növbətçisi kimi xidmətdə olmuş, 05 iyun N0NN-ci il tarixdə növbəni təhvil verdikdən sonra hərbi hissədən ayrılmışdır. Bundan sonra 06 iyun N0NN-ci il tarixdə saat 07:10-da xidmət yerində olmalı olduğu halda xidmət yerinə getməmişdir. Xidmət yerinə getməməyinin səbəbi açıqlamaq istəmədiyi şəxsi məsələləri ilə əlaqədar olmuş, həmin şəxsi problemlərinin olması səbəbindən xidmət etməkdə çətinlik çəkmişdir. Xidmət etməkdən heç vaxt boyun qaçırmaq məqsədi olmamış, lakin, bəzi açıqlamaq istəmədiyi məsələlər ilə bağlı olaraq xidmət yerinə çıxmamış, xidmət yerinə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəbi olmamışdır. Özü və ailə üzvlərindən kimsə ağır xəstəlikdən əziyyət çəkməmiş, ağır həyat şəraiti də olmamışdır. Xidmətdə olduğu müddət ərzində onu incidən, nizamnamədənkənar hərəkətlərə məruz qoyan, şərəf və ləyaqətini hər hansı formada alçaldan olmamışdır. Həmin vaxtdan etibarən xidmət yerinə çıxmamış, NN dekabr N0NN-ci il tarixdə saat 01:30 radələrində Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin dəniz sahəsinin mühafizə divizionunun artilleriya katerinin (PNNN) baş radiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs sonuncu onun xidmət etdiyi bölməyə təyin olunduğu vaxtdan tanımış, Təqsirləndirilən şəxs ilə aralarında münasibətlər xidməti olmuş, sonuncu ilə heç bir düşmənçilik, ədavət, qohumluq və s. münasibətləri olmamışdır. Kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyi günə qədər xidmətində hər hansı ciddi nöqsana yol verməmiş, xidmətə qarşı münasibəti normal olmuşdur. Komandirlər tərəfindən verilən göstərişlərin vaxtı-vaxtında və düzgün icra etmişdir. Təqsirləndirilən şəxs ona hər hansı probleminin olması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs 04 iyun N0NN-ci il tarixdən 05 iyun N0NN-ci il tarixədək PNNN katerinin növbətçisi kimi xidmətdə olmuş, sonuncu növbəni təhvil verdikdən sonra hərbi hissəni tərk etmişdir. Təqsirləndirilən şəxs 06 iyun N0NN-ci il tarixdə saat 07:10-da xidmət yerində olmalı olduğu halda xidmət yerinə gəlmədiyini aşkar edildikdən sonra uzun müddət sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs nə özü, nə də başqa bir şəxs sonuncunun xidmət yerinə gəlməməsi ilə bağlı icazə almamış, Təqsirləndirilən şəxs onun bilmədiyi səbəbdən intizamsızlıq edərək xidmət yerinə qayıtmamışdır. Təqsirləndirilən şəxs yalnız NN dekabr N0NN-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq N3 dekabr N0NN-ci il tarixdə Bakı Hərbi Prokurorluğuna gətirilmiş, daha sonra isə Təqsirləndirilən şəxs xidməti yerinə geri qayıtmışdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs özü və ailə üzvlərindən kimsə ağır xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs bununla bağlı hər hansı bir məlumat verməmiş, sonuncunun ağır həyat şəraiti də olmamışdır. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, sonuncuya qarşı nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin dəniz sahəsinin mühafizə divizionunun artilleriya katerinin (PNNN) baş radiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs sonuncu onun xidmət etdiyi bölməyə təyin olunduğu vaxtdan tanımış, Təqsirləndirilən şəxs ilə aralarında münasibətlər xidməti olmuş, sonuncu ilə heç bir düşmənçilik, ədavət, qohumluq və s. münasibətləri olmamışdır. Kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyi günə qədər xidmətində hər hansı ciddi nöqsana yol verməmiş, xidmətə qarşı münasibəti normal olmuşdur. Sonuncu dəfə 05 iyun N0NN-ci il tarixdə səhər 09:00-da növbəni təhvil vermişik, həmin zaman hər şey qaydasında olmuşdur. Təqsirləndirilən şəxs da növbəni təhvil verdikdən sonra hərbi hissəni tərk etmişdir. Məhz sonuncu dəfə Təqsirləndirilən şəxsı həmin vaxt gördüyünü, daha sonra isə onun xidmət yerinə gəlməməsini öyrənmişdir. Hansı səbəbdən Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi barədə məlumatı olmamışdır. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, sonuncuya qarşı nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib göstərdi ki, kiçik çavuş Təqsirləndirilən şəxsı o bölməyə təyin olunduğu vaxtdan tanımış, aralarında münasibətlər xidməti olmuş, sonuncu ilə heç bir düşmənçilik, ədavət, qohumluq və s. münasibətləri olmamışdır. 05 iyun N0NN-ci il tarixdə kater növbətçiliyini Təqsirləndirilən şəxs və ŞahidN təhvil aldığını, daha sonra Təqsirləndirilən şəxsı görməmişdir. Təqsirləndirilən şəxs xidmət yerini tərk etməsi ilə bağlı heç bir məlumatı olmamış, onunla əlaqə saxladıqda “rəisdən icazə aldığını xidmət yerinə gəlməyəcəyini” bildirmişdir. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, sonuncuya qarşı nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 11 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik-çavuş Təqsirləndirilən şəxs dəniz sahəsi mühafizə divizionunun artilleriya katerinin (PNNN) baş radiotelefonçusu vəzifəsinə təyin edilməklə həmin vəzifənin qəbuluna və icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim olunan arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik-çavuş Təqsirləndirilən şəxs xidmət müddəti N nömrəli hərbi hissə komandirinin N4 dekabr N019-cu il tarixli 065əç nömrəli əmri ilə 3 (üç) il müddətinə, yəni NN dekabr N0NN-ci il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin dəniz sahəsi mühafizə divizionunun komandirinə ünvanlanan 06 iyun N0NN-ci il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli 155 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik-çavuş Təqsirləndirilən şəxs 06 iyun N0NN-ci il tarixdə xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin dəniz sahəsi mühafizə divizionunun komandirinə ünvanlanan N4 dekabr N0NN-ci il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli 364 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik-çavuş Təqsirləndirilən şəxs N4 dekabr N0NN-ci il tarixdə saat 07 radələrində xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim olunan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun N0NN-ci il tarixdən N4 dekabr N0NN-ci il tarixədək xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan N6 dekabr N0NN-ci il tarixli 14741 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs xidmət yeri üzrə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim olunan N7 yanvar N0N3-cü il tarixli N5 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N7 yanvar N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 10 fevral N0N3-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayındığına və qaçıb gizləndiyinə görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Qaradağ rayon Polis idarəsinin 10-cu Polis bölməsindən məhkəməyə daxil olmuş xx.xx.N0N3-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.N0N3-cü il tarixdə 30911 saylı axtarış işi açılmış və Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.N0N3-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.N0N3-cü il tarixli 3-16-17/38/N-1437/N0N3 nömrəli məktubdan görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.N0N3-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “X4” tərəfindən verilmiş xəstəlik sənədinə əsasən görünür ki, Təqsirləndirilən şəxs anası Xancanova Vəsmənin səhhətində problemlər olmuş, ağır ürək əməliyyatı keçirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üç aydan artıq müddətdə üzrlü səbəblər olmadan hərbi hissəni özbaşına tərk etməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, şahid ifadələri ilə, əmrdən çıxarışlarla, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, ordu sıralarından ehtiyyata buraxılmasını, eləcə də, anasının səhhəti ilə bağlı problemlərin olması (ürək əməliyyatı keçirməsi), daimi nəzarətdə saxlanılma və qayğıya ehtiyacı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin 15-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu 333.4-1-ci maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral N017ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib, həmçinin Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunması halını da nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinin müddəaları tətbiq olunmaqla ittiham olunduğu maddəyə nisbətdə bu maddənin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü- azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun N4 fevral N0N3-cü il tarixdən 16 mart N0N3-cü il tarixədək həbsdə saxlanıldığı N0 (iyirmi) gün müddətin 01 (bir) günü hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 0N (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılmaqla üzərində qəti cəza təyin edilməsi və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından dərhal azadlığa buraxılması qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 5N-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 6N-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.4-1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs N4 fevral N0N3-cü il tarixdən 16 mart N0N3-cü il tarixədək həbsdə saxlanıldığı N0 (iyirmi) gün müddətin 01 (bir) günü hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 0N (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 10 (on) ay N0 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar