Məhkəmə qərarları › İş №1-1(093)-34/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-34/2023

25.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-34/2023 25.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X5 Qurban oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx N04-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Viravul kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Belə ki, Şahbazlı XN Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin xilasetmə taborunun, İİ xilasetmə bölüyünün təxliyyə taqımının avtonəqliyyat manqasının xilasedici-sanitarı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçıraraq məzuniyyətə buraxılmaq məqsədi ilə hər hansısa yolla öz sağlamlığına zərər yetirmək qərarına gəlmiş və xx.xx.N-ci il tarixdə hərbi hissənin əsgər yataqxanasının birinci mərtəbəsində sanitar qovşağında əl-üz yuma yerinin qarşısında tikiş iynəsini ağzına qoyaraq məqəsdyönlü şəkildə udmuş və bu barədə öz komandirlərinə məlumat verməklə “həzm traktının yad cismi” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə daxil olmuş, bundan sonra xx.xx.N-ci il tarixdə Respublika Klinik Xəstəxanasına stasionar müalicəyə qəbul olunmuşdur. xx.xx.N-ci il tarixdə qarın boşluğunda olan iynənin təbii yolla bədənindən xaric olduğundan xx.xx.N-ci il tarixdə həmin xəstəxanadan xidmət yeri olan N nömrəli hərbi hissəyə geri qaytarılacağını öyrənərək vahid niyyətlə, yəni daha uzun müddət stasionar müalicədə qalmaq və məzuniyyətə buraxılmaq məqsədi ilə həmin gün saat 9 radələrində müalicədə olduğu palatada sistem şlanqının kəpənəkvarı iynəsinin sınmış plastik hissəsi ilə özünə “sol saidin çoxsaylı kəsilmiş yaraları” diaqnozlu xəsarət yetirmişdir. xx.xx.N-ci il tarixdə Respublika Klinik xəstəxanasında müalicəsi başa çatdığı üçün çıxarışa yazılmış və hərbi hissənin nümayəndəsinə təhvil verilmişdir. xx.xx.N-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində ümumi yoxlamada olan zaman sol qoluna xəsarət yetirdiyi aşkar olunduğu üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzindən Respublika Psixiatriya Mərkəzinə göndərilmiş və xx.xx.N-ci il tarixədək orada stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətləri özünə yetirməklə xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək 13 (on üç) gün müddətində xidməti vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmağa nail olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə gəldikdən sonra hərbi xidmət ona çətin gəldiyindən, ailəsi üçün darıxdığından bir müddətlik məzuniyyətə buraxılmaq istəmiş, lakin hərbi xidmətə yeni gəldiyi üçün məzuniyyət hüququnun gec yarandığını, həmçinin əsgərlərin cərrahi əməliyyat olunduqdan sonra bir müddətlik məzuniyyətə buraxıldığını bildiyi üçün bu məqsədlə özünə hər hansısa xəsarət yetirmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.N-ci il tarixdə axşam saat 11 radələrində yeməkxana naryadından əsgər yataqxanasına gəldikdən sonra ayaqyoluna daxil olaraq əvvəlcədən üzərində olan tikiş iynəsini məqsədyönlü şəkildə ağzına qoyaraq udqunmuş və iynəni udmuşdur. Daha sonra dəhlizə çıxaraq həmin vaxt bölük növbətçisi olan İlkin Ocaqova ehtiyatsızlıqdan tikiş iynəsini udduğunu demiş, sonuncu dərhal hissə mövbətçisi olan Şahid3 bu barədə məlumat vermişdir. Həmçinin o da Şahid3 tikiş tikərkən iynəni ağzına qoyduğunu, daha sonra isə asqırdığı üçün tikiş iynəsini ehtiyatsızlıqdan udduğunu bildirmişdir. Bundan sonra o əvvəlcə tibb məntəqəsinə daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılmışdır. Respublika Klinik Xəstəxanada olan zaman rentgen cihazı vasitəsi ilə onun qarın boşluğuna baxılan zaman qarın boşluğunda yad metal cisim olduğu müəyyən edilmiş, daha sonra isə əməliyyata ehtiyac olmadığından geri qaytarılmışdır. Daha sonra isə ertəsi gün o, Respublika Klinik xəstəxanasına göndərilərək stasionar müalicəyə qəbul edilmişdir. Stasionar müalicədə olan zaman ona iynənin təbii yolla, yəni nəcislə birlikdə bədəndən xaric oluna bilməsinin mümkün olduğu və bir müddət gözləməyin məsləhətli olduğu bildirilmişdir. Bundan sonra o, 3-4 gün orada stasionar müalicədə qaldıqdan sonra rentgen vasitəsi ilə yoxlanıldıqda ona artıq iynənin təbii yolla bədənindən xaric olunduğu, ertəsi gün artıq xəstəxanadan çıxarılıb xidmət yeri olan N nömrəli hərbi hissəyə göndəriləcəyi bildirildiyi üçün o, artıq məzuniyyətə buraxılmayacağını başa düşmüşdür. Daha sonra Respublika Klinik Xəstəxanasından çıxarıldığı gün, yəni xx.xx.N-ci il tarixdə səhər təxminən 09 radələrində eyni məqsədlə palatada sistem şlanqının kəpənəkvari iynəsinin sınmış plastik hissəsi ilə sol qoluna cızıqlar atmaqla özünə xəsarət yetirmişdir. Bundan sonra saat təxminən 10 radələrində N nömrəli hərbi hissədən gələn nümayəndə Şahid6 onu təhvil almış, ümumi yoxlama üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə aparmışdır. Orada olan zaman onun kitelinin qollarının qatlanmamış olması gizir Şahid6 diqqətini çəkmiş, onun kitelinin qollarını qatlamasını dedikdən sonra Şahid6 onun qolunda olan kəsikləri gördükdə o, sonuncuya əsəbiləşdiyi üçün qolunu kəsdiyini yalandan demişdir. Bundan sonra o, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzindən göndəriş əsasında Respublika Psixiatriya mərkəzinə göndərilmiş və təxminən bir həftə orada stasionar müalicədə qalmışdır. xx.xx.N-ci il tarixdə iynə udarkən və xx.xx.N-ci il tarixdə qoluna cızıqlar atan zaman məqsədinin məzuniyyətə göndərilmək olması barədə heç kimə bir söz deməmiş, qeyd olunan məqsədini ehtiyatsızlıq və əsəbiləşməsi kimi bəhanələrlə gizlətmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Ona qarşı xidmət etdiyi N nömrəli hərbi hissədə yə stasionar müalicədə olduğu müddət ərzində Respublika Klinik Xəstəxanasında hər hansısa şəxs tərəfindən nizamnamədən kənar qanunsuz hərəkətlər edilməmiş, psixoloji durumunda heç bir pozğunluq olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyi, hadisə yerinə baxış protokolu, çıxarışlar həmçinin mötəbərliyi şübhə doğurmayan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi ŞahidN ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N-ci ilin iyul ayından etibarən tanımış, onunla münasibətləri yalnız xidməti olmuş, aralarında heç bir dostluq, düşmənçilik qohumluq əlaqələri olmamışdır. N-ci ilin avqust ayının N4-də ona hərbi hissənin tibb məntəqəsindən zəng olunaraq əsgərlərdən birinin iynə udduğu bildirildiyindən tibb məntəqəsinə yollanmış və Təqsirləndirilən şəxs iynə udduğu ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda sonuncu ona tikiş tikərkən ehtiyatsızlıqdan iynəni udduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs bunun mümkün olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs ona soyuqqanlı bir şəkildə iynəni ehtiyatsızlıqdan udduğunu bir daha demişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinin maşını ilə Respublika Klinik Xəsətəxanasına aparmış, Təqsirləndirilən şəxs müayinə olunduqdan sonra heç bir həyat üçün təhlükəsi olmadığından stasionar müalicəyə qəbul olunmamışdır. Həmin gün o, hərbi hissəyə geri qaytarılmış və daha sonra isə yenidən Respublika Klinik Xəstəxanasına göndərilmişdir. Bundan sonra hərbi hissədə həmin fakt üzrə araşdırma başlanmış və həmin araşdırma zamanı eşitmişdir ki, Təqsirləndirilən şəxs Respublika Kliniki Xəstəxanasında stasionar müalicə və müayinədə olan zaman tibbi iynə vasitəsi ilə qoluna kəsiklər atmışdır. Təqsirləndirilən şəxs psixoloji durmunda hər hansı qeyri- adi hal müşahidə etməmiş, sonuncuya qarşı hərbi hissədə hər hansısa şəxs tərəfindən zor tətbiq edilməsi, təhqir edilməsi və s. kimi nizamnamədən kənar hərəkətlər edilməsi, hərbi hissədə kiminləsə münaqişəli və konfliktli vəziyyətdə olması halların şahidi olmamış, bu barədə də sonuncu və ya başqa hər hansısa şəxs tərəfindən də ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş N nömrəli hərbi hissənin zabiti, baş leytenant Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs N-ci ilin iyul ayından etibarən tanımış, onunla münasibətləri yalnız xidməti olmuş, aralarında heç bir dostluq, düşmənçilik qohumluq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs xidmətə gəldiyi ilk dövrlərdə yəni N-ci ilin iyul avqust aylarında xidmətə münasibəti normal olmamış, bir yol ilə xidmətdən boyun qaçırmağa, yəni hər hansısa bir yolla xidmətlərə təyin olunmamaq arzusunda olmuşdur. Belə ki, o N4 avqust N-ci il tarixdə saat 18:00 radələrində hərbi hissə növbətçisi kimi xidmətdə olan zaman bölüklərdə olan vəziyyəti maraqlanmaq və yoxlamaq üçün xilasetmə taborunun 1-ci və N-ci bölükləri yerləşən əsgər yataqxanasının birinci mərtəbəsinə getmişdir. O, əsgər yataqxanasında olan zaman bölük növbətçisi, kiçik çavuş İlkin Ocaqov onun otağına gələrək həmin gün yeməkxana fəhləsi kimi xidmətdə olan əsgər Təqsirləndirilən şəxs iynə udduğunu bildirmiş, bundan sonra Şahbazlı onun yanına yaxınlaşdığı üçün o nə baş verdiyini bir başa sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs yeməkxandan gəldikdən sonra kitelinin düyməsi qopduğu üçün və buna görə özünə irad tutulmasını istəmədiyi üçün tikişlə məşğul olduğunu, lakin həmin vaxt iyrəndiyi üçün iynəni yerə qoymaq istəmədiyindən, buna görə də ağzında saxladığını, daha sonra isə anidən asqırdığını, asqıran zaman isə iynəni udduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs intizamsız və xidmət etməyə meylli olmayan biri kimi tanıdığından buna inanmamış, sonuncunun tərxis olunmaq və ya tibb müəssisəsinə stasionar müalicəyə qəbul olunmaq məqsədi ilə məqsədyönlü şəkildə iynəni udduğunu başa düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs bir başa hərbi hissənin tibb məntəqəsinə aparmış, oradan isə Təqsirləndirilən şəxs Respublika Klinik xəstəxanasına göndərilmiş, hərbi hissədə qeyd olunan xüsusatla bağlı araşdırma başlanmışdır. Araşdırma zamanı isə Təqsirləndirilən şəxs Respublika Klinik xəstəxanasında stasionar müalicə və müayinədə olarkən tibbi iynə vasitəsi ilə öz qoluna xəsarət yetirməsi barədə eşitmiş, Təqsirləndirilən şəxs hərbi hissəyə qayıdan zaman o sonuncudan hansı səbəbdən öz qoluna xəsarət yetirdiyini soruşduqda Təqsirləndirilən şəxs ona əsəbiləşdiyi üçün qoluna xəsarət yetirdiyini bilirsə də o yenə də inanmamış, sonuncunun özünü guya psixi pozğunluqluq şəxs kimi göstərərək xidmətlərə təyin olunmamaq və hərbi hissəyə qayıtmamaq arzusunda olduğu üçün özünə xəsarət yetirdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs psixoloji durumunda heç vaxt pozğunluq olmamış, sonuncuya qarşı hərbi hissədə hər hansısa şəxs tərəfindən zor tətbiq edilməsi, təhqir edilməsi və sair kimi nizamnamədən kənar hərəkətlər edilməsi, hərbi hissədə kiminləsə münaqişəli və konfliktli vəziyyətdə olması halların şahidi olmamış, bu barədə də sonuncu və ya başqa hər hansısa şəxs tərəfindən də ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Şahid4 mahiyyəti üzrə analoji məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant Şahid5 ifadəsində ŞahidN ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin feldşeri Şahid6 ifadəsində göstəmişdir ki, Təqsirləndirilən şəxs təxminən N-ci ilin iyul ayından etibarən tanımış, münasibətləri yalnız xidməti olmaqla aralarında heç bir dostluq, düşmənçilik qohumluq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs xidmətə gəldiyi yeni vaxtlarda bir neçə dəfə xidməti vəzifələrinin icrasından boyun qaçırmaq üçün cəhd etmişdir. Belə ki, xx.xx.N-ci il tarixdə səhər saat təxminən 08:00 radələrində işə gələn zaman əsgər Təqsirləndirilən şəxs gecə tikiş iynəsi udduğunu bu səbəbdən də onu, xəstəxanaya aparmalı olduğu ona bildirildiyi üçün Təqsirləndirilən şəxs tibb məntəqəsinin maşını ilə Respublika Klinik xəstəxanasına aparmışdır. Yolda olan zaman mən Təqsirləndirilən şəxs nə baş verdiyini, necə olub iynə udduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona ayaqyolunda tikiş tikən zaman iynəni ağzına qoyduğunu, qəfil asqırdığı üçün ehtiyatsızlıqdan iynəni udduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bunun inandırıcı olmadığını, nə baş verdiyini səmimi şəkildə danışmasını dedikdə Təqsirləndirilən şəxs konkret heç nə deməyərək “nəbilime” “oldu da” “bir iş idi oldu da” kimi yayındırıcı cavablar vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Respublika Klinik xəstəxanasına aparmış və orada sonuncu stasionar müalicəyə qəbul edilmişdir. xx.xx.N-ci il tarixdə o, Təqsirləndirilən şəxs təhvil almaq üçün Respublika Klinik Xəstəxanasından təhvil alaraq umumi yoxlama üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə aparmışdır. Orada olan zaman o, yay fəsli olmasına baxmayaraq Təqsirləndirilən şəxs kitelinin qollarının aşağıda olmasından şübhələnərək, sonuncuya kitelinin qollarını qatlamasını demiş, sonuncu qollarını qatladıqdan sonra Təqsirləndirilən şəxs qollarında çoxsaylı cızıqların olduğunu görmüşdür. Bu barədə soruşduqda, Təqsirləndirilən şəxs xəstəxanada diabet xəstəsi gördüyünü, həmin xəstənin vəziyyətinin yaxşı olmamasının ona pis təsir etdiyindən qollarına cızıqlar atdığını demişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inanmamış sonuncunun xidmət vəzifələrinin icrasından boyun qaçırmaq məqsədi ilə özünə xəsarət yetirdiyini başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs psixiatr və cərrah baxışından sonra stasionar müalicəyə qəbul olunması üçün Respublika Pisixatriya Xəstəxanasına göndərilmişdir. Təqsirləndirilən şəxs psixoloji durumunda heç vaxt pozğunluq olmamış, sonuncuya qarşı hərbi hissədə hər hansısa şəxs tərəfindən zor tətbiq edilməsi, təhqir edilməsi və s. kimi nizamnamədən kənar hərəkətlər edilməsi, hərbi hissədə kiminləsə münaqişəli və konfliktli vəziyyətdə olması halların şahidi olmamış, bu barədə də sonuncu və ya başqa hər hansısa şəxs tərəfindən də ona heç bir məlumat verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs anası X1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Təqsirləndirilən şəxs xidmətə getdiyi ilk vaxtlarda xidmətə qarşı münasibəti yaxşı olmamış, müvəqqəti olaraq qısa müddətliyinə məzuniyyətə gəlmək arzusunda olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onunla telefonla danışan zaman tez-tez sıxıldığını, hərbi qaydalara öyrəşmədiyini, ev üçün darıxdığını, məzuniyyətə gəlmək istədiyini bildirmiş, o, övladının ərkəsöyün böyüdüyü üçün darıxıb-sıxıldığını yəqin etmiş, hər dəfəsində Təqsirləndirilən şəxs səbrli olmağı, hərbi həyata adaptasiya olmağı məsləhət görmüşdür. Bundan sonra N-ci ilin avqust ayında hərbi hissədən ona zəng edilərək övladı Təqsirləndirilən şəxs xidmət zamanı tikiş iynəsi udduğu, müayinə olunması üçün Respublika Klinik Xəstəxanasına göndəriləcəyi bildirilmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs darıxıb-sıxldığı üçün, tikiş iynəsini qəsdən udduğunu başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs eyni məqsədlə Respublika Klinik Xəstəxanasında olarkən sistem şlanqının şpiris iynəsi vasitəsi ilə sol qoluna kəsiklər etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs psixoloji durumunda heç vaxt pozğunluq olmamış, sonuncuya qarşı hərbi hissədə hər hansısa şəxs tərəfindən zor tətbiq edilməsi, təhqir edilməsi və sair kimi nizamnamədən kənar hərəkətlər edilməsi, hərbi hissədə kiminləsə münaqişəli və konfliktli vəziyyətdə olması halların şahidi olmamış, bu barədə də sonuncu və ya başqa hər hansısa şəxs tərəfindən də ona heç bir məlumat verilməmişdir. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli 161 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N-ci il tarixli 185 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Şahbazlı X3 taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının avtonəqliyyat manqasının xilasedici-sanitarı vəzifəsinə təyin olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N5 avqust N-ci il tarixli N5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N5 avqust Nci il tarixdə Respublika Klinik Xəstəxanasına stasionar müalicəyə göndərilmişdir. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N-ci il tarixli N9 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Klinik Xəstəxanasından stasionar müalicədən qayıtmış və vəzifələrinin icrasına başlamışdır. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N-ci il tarixli N9 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N avqust N-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə göndərilmişdir. Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N-ci il tarixli N17 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasından stasionar müalicədən qayıtmış və vəzifələrinin icrasına başlamışdır. Respublika Klinik Xəstəxanasından təqdim edilmiş xəstəlik tarixindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək həmin tibb müəssisəsində stasionar müalicədə olmuşdur. Respublika Psixatriya Xəstəxanasından təqdim edilmiş xəstəlik tarixindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək həmin tibb müəssisəsində stasionar müalicədə olmuşdur. N nömrəli hərbi hissənin ambulator xəstələrin qeydiyyatı, həmçinin zədələmələrin qeydiyyatı kitablarından edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-ci il tarixdə “həzm traktının yad cismi?” diaqnozlu xəsarətlə tibb məntəqəsinə daxil olmuşdur. Respublika Klinik Xəstəxanasından təqdim edilmiş xəstəlik tarixindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-ci il tarixdə həzm yolunun yad cismi (tikiş iynəsi) diaqnozu qoyulmuşdur. xx.xx.N-ci il tarixli N-ci il tarixli hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs iynə udduğu yer N nömrəli hərbi hissənin əsgər yataqxanasının sanitar qovşağında pəncərənin qarşısıdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertizanın rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N-ci il tarixli 1100 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-sol saidin bayır səthinin çoxsaylı səthi kəsilmiş yaraları, kəsici əşya (əşyaların) təsirindən törənmişlər, xx.xx.N-ci il tarixdə törənməsi inkar olunmurlar, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmur. Xəsarətlərin yerləşmə nahiyələrini, formalarını və digər morfoloji əlamətlərini nəzərə alınaraq şəxsin özü tərəfindən də yerinə yetirilməsi mümkündür. Həmçinin F.F.Şahazlının tibbi sənədlərindən (tibbi kitabça və 0N3869 №-li xəstəlik tarixindən edilmiş «çıxarış») göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.N-ci il tarixdə rentgenolji təsdiq olunmuş “həzm yolunun yad cismi (tikiş iynəsi)” kliniki diaqnozu təyin edilmiş, aparılmış kliniki müşahidə və dinamiki rentgenolji müayinələr zamanı iynənin orqanizmdən təbii yolla xaric olması müəyyən olunmuşdur. Yad cism - tikiş iynəsi, əvvəlcədən dilin kökünə qoyulmaqla udmaqda məqsədyönlü şəkildə baş vermiş udma aktı nəticəsində Təqsirləndirilən şəxs mədə-bağırsaq traktına düşmüşdür. xx.xx.N-ci il tarixdə udulması inkar olunmur, orqanizmdən təbii yolla xaric olaraq heç bir daxili orqanı zədələmədiyi üçün sağlamlığa zərərvurma dərəcəsi təyin edilmir. Qeyd olunan yad cisim-tikiş iynəsi Təqsirləndirilən şəxs mədə-bağırsaq traktına özünün ekspertiza zamanı göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən şəraitdə təsadüfən düşə bilməzdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.N-ci il tarixli N84N saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni hərbi xidmətə çağırılana qədər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, anamnezidə nevrotik reaksiyaların olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əməlləri törədən zaman psixi fəaliyyətin müvəqqəti pozğunluğu, kəmağıllılıq, digər psixi xəstəlikər keçirməmiş, öz hərəkətlərinin mənasını ölçübbiçmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi hərbi həkim komissiyasının xx.xx.N-ci il tarixli 1N57 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlini özünün etirafi ilə yanaşı, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmasını, xidmətini davam etmək arzusunda olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 335.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart N1N-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N10-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 345- 349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zeynal Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar