Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-35/2023 28.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlu, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında, xx xxxxx 1986-cı il tarixdə Salyan rayonunun Yenikənd kəndində anadan olmuş, Salyan rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla Dövlət Sərhəd Xidmətinin 2005 olan həmin ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş çavuş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Dövlət Sərhəd N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş çavuş hərbi rütbəsində xidmətdə olarkən 23 avqust 2022-ci il tarixdə hərbi hissə tərəfindən ona təhkim edilmiş “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobillə 11, 12, N və 14-cü sərhəd zastavalarına ərzaq təminatı aparmaq məqsədi ilə Qusar rayonunda yerləşən 11-ci sərhəd zastavasına getmək üçün Dağıstan sərhədi istiqamətində hərəkət etmiş, Bakı- Quba-Dağıstan yolunun Qusar rayonunun ərazisindən keçən N,5-ci kilometrliyində təxminən 30-35 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini, habelə həmin qanunun 65-ci maddəsinin 1-ci hissəsinin “məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini göstərir” (4.1.2 “sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı) tələblərini pozaraq avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda əyləcdən istifadə etməyərək yolu sağdan sola keçən piyada Türkiyə Respublikası vətəndaşı X6 vurmuş və nəticədə ehtiyatsızlıqdan İsmail Şahinin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “alnın ortasında, burnun üstündə, sol almacıq nahiyəsində, sol qulaq seyvanın iç səthində, sol çiynin arxa səthində, sol saidin yan səthində, sağ bazunun yuxarı 1/3-nin yan səthində, sağ dirsəyin yan səthində, sağ əlinin arxa səthində, sol çiynin yan səthində, sol əlinin arxa səthində, döş qəfəsində sümük xırçıltı səsi, qarnın ön səthində, sağ və sol dizin ön səthində, sol baldırın orta 1/3-nin ön səthində, sağ və sol ayağının üstündə sıyrıqlar, sol və sağ qasıq nahiyələrində cırılmış yaralar, həmin yaralardan çölə çıxmış bağırsaqlar, sağdan 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğaların qapalı, çanaq sümüklərinin isə açıq sınıqları, sağ ağciyərin, qaraciyərin və dalağın cırılmaları” xəsarətlərini alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs hərbi texnikanı idarə etmə qaydalarını pozaraq ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə nahar yeməyindən sonra, günorta saatlarında özünün “sürücü”, Şahid1 isə “maşın böyüyü” olması ilə bağlı qeydiyyat aparıb “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil ilə N nömrəli hərbi hissənin 11, 12, N və 14-cü sərhəd zastavalarına ərzaq təminatı aparmaq üçün yola düşmüşlər. Həmin gün, saat 16 radələrində “Samur” keçid məntəqəsinə yaxınlaşdıqda yol təmir işləri aparılması səbəbindən bağlı olduğu üçün o, hərəkətini düzünə əks yolla, yəni yolun Bakı şəhəri istiqamətinə gedən hərəkət zolağında davam etdirmiş, yolun hər iki tərəfində xarici qeydiyyat nişanlı qoşqulu yük avtomobillərinin dayandığından yolun hərəkət istiqamətinin dar olduğuna görə o, avtomobilin sürətini 30-35 km/saatadək azaltmış, birdən yolun sağında olan yük avtomobilinin arxasından gözündə eynək, əlində sənəd olan təxminən 45-50 yaşlarında bir nəfər şəxs çıxaraq iti addımlarla yolun əks tərəfinə, yəni yolu sağdan sola doğru keçmək üçün avtomobilin qarşısına çıxmış, tappıltı səsi eşidən kimi o, əyləcdən istifadə etmiş və avtomobili sola doğru istiqamətləndirmiş, həmin şəxs avtomobilin ön hissəsi ilə vurulub avtomobilin altına düşüb təkərin altında qalmışdır. Bunu gördükdə o, avtomobili saxlamış və Şahid1 ilə birlikdə avtomobildən enərək piyadanın ağır xəsarətlər aldığını görmüşlər. Lakin, ibtigai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə təqsirli bilərək hadisənin baş vermə mexanizminə dair məhkəmədəki ifadəsindən fərqli olaraq göstərmişdir ki, yük avtomobillərinə çatmalarına az qalmış, yəni təxminən 25-30 metr məsafədə olarkən yolun sağında olan yük avtomobilinin arxasından gözündə eynək, əlində sənəd olan təxminən 45-50 yaşlarında bir nəfər şəxs çıxaraq iti addımlarla yolun əks tərəfinə, yəni yolu sağdan sola doğru keçmək üçün avtomobilin qarşısına çıxmış, lakin o, həmin vaxt həyəcanlandığından avtomobili dayandırmaq üçün əyləcdən istifadə etməmiş və avtomobili sola doğru istiqamətləndirmişdir. Buna baxmayaraq həmin şəxs hərəkətini dayandırmadığı üçün o, idarə etdiyi “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə həmin şəxsi hərəkət yolunun ortasında vurmuş və həmin piyada avtomobilin altına düşüb təkərin altında qalmışdır. Təqsirləndirilən şəxs göstərilən cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, baxış protokolları, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 göstərmişdir ki, X13 onun atası olmuş, 23 avqust 2022-ci il tarixdə axşam saatlarında atasının dostu olan Şahid2 mobil telefon vasitəsi ilə ona zəng edərək atası İsmail Şahinlə birlikdə Azərbaycan Respublikasında olduğunu və atasının qəzaya düşdüyünü demiş, bundan bir neçə dəqiqə sonra atasının işlədiyi “Talhatur Lojistik” şirkətinin direktoru Yusuf Abah onun yaşadığı evə gələrək atası İsmail Şahinin qəza nəticəsində vəfat etdiyini, bu səbəbdən də Azərbaycan Respublikasına gedib cənazəni Türkiyə Respublikasına göndərəcəyini bildirmişdir. 25 avqust 2022-ci il tarixdə o və ailə üzvləri Türkiyə Respublikasının Qaziantep şəhərində atası İsmail Şahinin cənazəsini təhvil alaraq həmin gün “Qaziantep Merkez ASRİ” qəbristanlığında dəfn etmişlər. Daha sonra o, atasının dostu olan Şahid2la hadisə barədə söhbət edərkən Şahid2 ona atası İsmail Şahinlə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiklərini, idarə etdikləri yük avtomobillərini Qusar rayonunun Samur qəsəbəsində saxladıqlarını, həmin vaxt atası yolu qarşıya keçərkən Təqsirləndirilən şəxs adlı hərbi qulluqçunun idarə etdiyi avtomobillə atasını vurduğunu və nəticədə atasının öldüyünü demişdir. Şahid1 göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə nahar yeməyindən sonra, o, 145 nömrəli yol vərəqəsini götürərək həmin yol vərəqəsində Təqsirləndirilən şəxs “sürücü”, onun isə “maşın böyüyü” olması ilə bağlı qeydiyyat aparıb “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil ilə N nömrəli hərbi hissənin 11, 12, N və 14-cü sərhəd zastavalarına ərzaq təminatı aparmaq üçün yola düşmüşlər. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmiş və o, “maşın böyüyü” olduğu üçün sərnişin oturacağında əyləşmişdir. Həmin gün saat 16 radələrində “Samur” keçid məntəqəsinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs hərəkətini düzünə əks yolla, yəni yolun Bakı şəhəri istiqamətinə gedən hərəkət zolağında davam etdirdiyini görüb səbəbini soruşduqda Təqsirləndirilən şəxs “əks yolda təmir gedir, bütün avtomobillər bu yolla hərəkət edir” demiş, onlar həmin yolla hərəkətlərini davam etdirərkən o, qarşıda yolun hər iki tərəfində xarici qeydiyyat nişanlı qoşqulu yük avtomobillərinin dayandığını, yolun hərəkət istiqamətinin dar olduğunu görüb Təqsirləndirilən şəxs sürətini azaltmasını demiş və sonuncu avtomobilin sürətini 30- 35 km/saata. Onlar yük avtomobillərinə çatdıqda yolun solunda olan bir nəfər şəxs əl işarəsi ilə yolun sağında olan digər şəxsə işarə edərək yanına çağırmış və həmin anda yolun sağında olan yük avtomobilinin arxasından gözündə eynək, əlində sənəd olan təxminən 45-50 yaşlarında bir nəfər şəxs çıxaraq iti addımlarla yolun əks tərəfinə, yəni yolu sağdan sola doğru keçmək üçün avtomobilin qarşısına çıxmış, lakin Təqsirləndirilən şəxs həmin vaxt avtomobili dayandırmaq üçün əyləci sıxmalı olduğu halda, əyləcdən və ya avtomobilin səs siqnalından istifadə etməmiş və avtomobili sola doğru istiqamətləndirmişdir. Buna baxmayaraq həmin şəxs hərəkətini dayandırmadığı üçün Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə həmin şəxsi hərəkət yolunun ortasında vurmuş və həmin piyada avtomobilin altına düşüb təkərin altında qalmışdır. Bunu gördükdə Təqsirləndirilən şəxs avtomobili saxlamış və onlar avtomobildən enərək həmin piyadanın yanına getdikdə piyadanın ağır xəsarətlər aldığını görmüşlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasının Qaziantep şəhərində yaşayan X6 təxminən 15 il əvvəl tanımış, Şahin İsmail də onun kimi beynəlxalq yük daşımalarında sürücü işləmiş, 23 avqust 2022-ci il tarixdə o və İsmail Şahin hər biri öz idarə etdikləri yük avtomobili ilə Rusiya Federasiyasından “Samur” Gömrük məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına gəlmişlər. Həmin vaxt o, “Daf” markalı “** GH ***” dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin “Frauf” markalı “** AZ ***” dövlət qeydiyyat nişanlı yarım qoşqusunu, İsmail Şahin isə “Daf” markalı “ ** TT ***” dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin “Frauf” markalı “** TT ***” dövlət qeydiyyat nişanlı yarım qoşqusunu idarə etmişlər. Onlar Rusiya Federasiyasının Moskva şəhərindən Türkiyə Respublikasına taxta materialları daşımış, Azərbaycan Respublikası sərhədini keçdikdən sonra çörək almaq məqsədi ilə o, yolun sağ kənarında, İsmail Şahin isə yolun sol kənarında avtomobillərini saxlamış, həmin vaxt yolun hər iki kənarında digər yük avtomobilləri də dayanmışlar. Bu zaman o, avtomobilindən enməmiş, İsmail Şahin isə idarə etdiyi avtomobildən enərək yolu soldan sağa doğru keçərkən yolun əks istiqamətindən “Samur” keçid məntəqəsi istiqamətində hərəkət edən “Kamaz” markalı avtomobil ön hissəsi ilə İsmail Şahini vurmuşdur. O, dərhal idarə etdiyi avtomobildən enərək İsmail Şahinin ağır xəsarət aldığını görmüş və sonuncunu xəstəxanaya aparmış, lakin xəstəxanada İsmail Şahinin öldüyünü söyləmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 oktyabr 2022-ci il tarixli 8/2726 nömrəli ekspert rəyindən görünür ki, “Kamaz 43114” markalı “X 079 SQ” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 65-ci maddəsinin 1-ci hissəsinin (4.1.2 “Sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 23 avqust 2022-ci il tarixli 30 nömrəli ekspert rəyindən görünür ki, İsmail Şahinin meyitinin bədən səthində xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur - alnın ortasında, burnun üstündə, sol almacıq nahiyəsində, sol qulaq seyvanın iç səthində, sol çiynin arxa səthində, sol saidin yan səthində, sağ bazunun yuxarı 1/3-nin yan səthində, sağ dirsəyin yan səthində, sağ əlinin arxa səthində, sol çiynin yan səthində, sol saidin yan səthində, sol əlinin arxa səthində, döş qəfəsində sümük xırçıltı səsi, qarnın ön səthində, sağ və sol dizin ön səthində, sol baldırın orta 1/3-nin ön səthində, sağ və sol ayağının üstündə sıyrıqlar, sol və sağ qasıq nahiyələrində cırılmış yaralar, həmin yaralardan çölə çıxmış bağırsaqlar; Daxili müayinədə: döş boşluğunda 2 litrə, qarın boşluğunda isə 2,2 litrə yaxın duru qan aşkar edilmişdir, sağ 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğaların qapalı, çanaq sümüklərinin isə açıq sınıqları, sağ ağciyərin, qaraciyərin və dalağın cırılmaları. Qeyd olunan xəsarətlər həyati olub və birbaşa İsmail Şahinin ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23 avqust 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya malikdirlər. X14 ölümünə səbəb sınmış qabırğa uclarının sağ ağciyərin deşilmiş-cırılmış yaralarından və küt travma nəticəsində qaraciyərin və dalağın cırılmalarından baş vermiş daxili qanaxma olmuşdur və birbaşa ölümü ilə səbəbli əlaqəsi vardır. 23 avqust 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Quba-Dağıstan yolunun Qusar rayonunun ərazisindən keçən N.5-ci kilometrliyində baş vermiş, yolun hərəkət hissəsi üfüqi, düz, yol örtüyü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 14,2 metr olmuş, yolun hərəkət hissəsinə sağdan beton plitə və əks hərəkət yolu, soldan eni 2 metr olan yol çiyni və su kanalı birləşmiş, yolda şin və tormozlanma izləri aşkar olunmamış, vurulma nöqtəsindən 5 metr qarşıda yolun sağ kənarından 7,8 metr məsafədə qan izləri mövcud olmuşdur. 18 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə məxsus avtomobil “Kamaz 43114” markalıdır, “X 079 SQ” hərbi qeydiyyat nişanlıdır, yük avtomobilidir, qismən çirklidir, yaşıl rənglidir, 2 (iki) qapılıdır, saz vəziyyətdədir. Baxış keçirilən zaman avtomobilin ön hissəsində aşınma nəticəsində sürtünmə izləri aşkar edildi. Avtomobilin yük yerinin üzəri qapalı, içərisi isə boşdur. Avtomobilin xarici görünüşünə baxış keçirildikdən sonra avtomobilin içərisinə də baxış keçirildi, baxış zamanı avtomobilin içərisində hər hansı zədə və ya zədə izi aşkar olunmadı. 1 may 2021-ci il tarixli Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə könüllü olaraq 3 (üç) il müddətinə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2021-ci il tarixli 0157 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X3 Çevik hərəkət briqadasının nəzdində təşkil edilmiş “qrup komandirlərinin hazırlanması” proqramı üzrə kursu bitirmiş X9 Komandanının sərəncamında olan kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin təminat bölüyünün avtomobil nəqliyyatı taqımının xüsusi maşınlar qrupunun sürücüsü vəzifəsinə təyin edilməsi ilə əlaqədar 25 iyun 2021-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilmiş hesab edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2022-ci il tarixli 011 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs təhkim edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N may 2022-ci il tarixli 0110 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti hərbi rütbələrin verilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 30 dekabr N0-cu il tarixli 208 nömrəli əmrini və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsini rəhbər tutaraq vəzifələrinin icrası zamanı yüksək səy və əzmkarlıq göstərdiyinə görə çavuş Təqsirləndirilən şəxs 5 may 2022-ci il tarixdən “baş çavuş” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, “Kamaz 43114” markalı, N6-cı il buraxılışlı, 431140G0000124 şassi nömrəli, 74031240G2813660 mühərrik nömrəli, “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil N nömrəli hərbi hissənin çevik hərəkət bölüyünə şəxsi heyətin və təminat yüklərinin daşınması məqsədi ilə hərbi hissə komandirinin N mart N7-ci il tarixli 41 nömrəli müvafiq əmri ilə təhkim olunmuş hərbi texnikadır. Cinayət işinin materiallarında olan 23 avqust 2022-ci il tarixli 145 nöməli yol vərəqəsindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş çavuş Təqsirləndirilən şəxs “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil üzrə sürücü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – kiçik çavuş Şahid1 isə maşın böyüyü təyin edilmiş, avtomobil 5 ton ərzaq aparması üçün 23 avqust 2022-ci il tarixdə saat 15:39-da N nömrəli hərbi hissədən 11-ci sərhəd zastavasına yola düşmüşdür. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı tərəfindən təqdim edilmiş 2188 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona təqsirli bilinəcək maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 351.2-ci maddənin sanksiyalarında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.1-ci maddəsinə görə isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-in 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-in 187-ci maddəsi). Məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən Təqsirləndirilən şəxs qarşı 13.000 (on üç min) manat maddi ziyan, 27.000 (iyirmi yeddi min) manat mənəvi ziyan olmaqla, cəmi 40.000 (qırx min) manat məbləğində mülki iddia verilmiş, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq X7 verilməsi istənilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 mülki iddiasında maddi ziyan görə çəkdiyi xərclərin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində atası X5 ölməsinə görə yarandığının (dəfn və yas mərasimi, onun özünün yaşadığı yerdən araşdırmanın aparıldığı yerə gəlib-getməsi ilə bağlı xərclər) əsaslandırdığı və bu xərclərin inandırıcı göründüyü üçün, məhkəmə hesab edir ki, bu hissədə mülki iddia tam həcmdə təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 07 saylı qərarında göstərilmişdir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxus olan şəxsi qeyri-əmlak xarkterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü biruzə verir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X11 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsinə dair zərər çəkmiş şəxsin hüquqi varisinin iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini, eləcə də verilən şərhi nəzərə alıb belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən təqsirləndirilən şəxsə qarşı 13.000 (on üç min) manat maddi ziyan və 7.000 (yeddi min) manat mənəvi ziyan, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 verilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub X7 qaytarılmalı. Qalan hissədə mülki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 85 (səksən beş) manat təşkil etmiş ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Maddi sübut qismində tanınmış Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə məxsus “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil N nömrəli hərbi hissəsiyə verilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cəzaları İcra Məcəlləsinin 68.1-ci maddəsinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən həbsdə saxlanmayan məhkumun cəzanın icrası müddəti məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 351.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 1 (bir) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən təqsirləndirilən şəxsə qarşı 13.000 (on üç min) manat maddi ziyan və 7.000 (yeddi min) manat mənəvi ziyan, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 verilsin, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub X7 qaytarılsın. Qalan hissədə mülki iddia tələbi təmin edilməsin. Maddi sübut qismində tanınmış Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə məxsus “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil N nömrəli hərbi hissəsiyə verilsin. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 85 (səksən beş) manat təşkil etmiş ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-35/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-35/2023
28.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver