Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-36/2023 25.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X1N Qurban oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – XN, zərərçəkmiş- Şahid1, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Şubanı qəsəbəsi Şubanı hərbi şəhərcikdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin Bakı şəhərinin Şubanı qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N6 oktyabr N0NN-ci il tarixdə saat 03 radələrində özünə məxsus “Nissan X- Trail” markalı “** CJ ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Qobustan rayonunun Nabur kəndindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin «qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur» (3.N4 “maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələbini, habelə həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni «Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» kimi tələblərini kobud surətdə pozaraq Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonunun ərazisindən keçən 61.1-ci kilometrliyində 60 km/saat surətlə hərəkət etməli olduğu halda 80 km/saat sürətlə hərəkət edərək yolun döngəli olan hissəsində idarəetməni itirməsi nəticəsində avtomobil sola tərəf istiqamətlənib yolun sol tərəfində olan beton arakəsməyə dəymiş, həmin vaxt o, sükanı dərhal sağa tərəf çevirmiş və avtomobil sağa tərəf istiqamətlənib yolun sağında olan çınqıllıq hissəyə, daha sonra isə çınqıllıq hissədən sağda olan su axını üçün nəzərdə tutulmuş beton örtüklü çökəkliyə düşərək bir neçə dəfə aşmış və nəticədə ehtiyatsızlıqdan ön sağ sərnişin oturacağında əyləşmiş vətəndaş Şahid1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid “sol mil-bilək nahiyəsinin yarası, soldan 5, 6, 7-ci qabırğaların yerini dəyişən sınıqları” xəsarətlərini almasına, habelə arxa sağ sərnişin oturacağında əyləşmiş X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sağdan 3, 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğaların yerini dəyişən sınıqları, qaraciyərin cırılması, kəskin qanitirmə, sağ saidin yuxarı 1/3-də dirsək sümüyünün qapalı sınığı” xəsarətlərini alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs göstərilən cinayətin törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, baxış protokolu, digər istintaq hərəkəti protokolları, raportlar, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o N oktyabr N0N0-ci il tarixdə N0 (iyirmi) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N5 oktyabr N0NN-ci il tarixdə valideynlərinin yaşadığı Qobustan rayonunun Nabur kəndinə getmişdir. Həmin gün axşam saatlarında hərbi geyim forması yaşadığı evdə qaldığı üçün formasını götürmək məqsədi ilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşadığı evə getmək istəyərkən uşaqlıqdan tanıdığı Şahid1, X7 və ŞahidN onunla birlikdə gedib qayıtmağı təklif etmiş və o razılaşmışdır. Bundan sonra Şahid1 ona məxsus "Nissan X-Trail" markalı "** CJ ***" dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına, Amil Mayılov arxa sağ sərnişin oturacağına, ŞahidN isə arxa sol sərnişin oturacağına əyləşmiş və onlar N6 oktyabr N0NN-ci il tarixdə saat 0N radələrində Qobustan rayonunun Nabur kəndindən Bakı şəhəri istiqamətində yola düşmüşlər. Həmin gün saat 03 radələrində o, özünə məxsus "Nissan X-Trail" markalı “** CJ ***" dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 80 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 61-ci kilometrliyində yolun döngəli hissəsini görməyərək anidən idarəetmeni itirmiş ve nəticədə avtomobil sol tərəfə istiqamətlənib yolun sol tərəfində olan beton arakəsməyə dəymiş, həmin vaxt o, sükanı dərhal sağa tərəf çevirmiş ve avtomobil sağa tərəf istiqamətlənib yolun sağında olan çınqıllıq hissəyə daha sonra isə çınqıllıq hissədən sağda olan su axını üçün nəzərdə tutulmuş beton örtüklü çökəkliyə düşərək bir neçə dəfə aşmışdır. Hadisə nəticəsində ön sərnişin oturacağında əyləşmiş Şahid1la arxa sağ sərnişin oturacağında əyləşmiş Amil Mayılov xəsarət almış və Amil Mayılov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən sonra kənardan kömək üçün gələn tanımadığı şəxslərdən kimsə təcili tibbi yardım çağırmış və təcili tibbi yardım gələrək Şahid1la Amil Mayılovu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, N5 oktyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs valideynlərinin yaşadığı Qobustan rayonunun Nabur kəndinə gəlmiş, həmin gün oğlu Amil Mayılov və bir neçə həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evə qonaq getmişlər. Daha sonra N6 oktyabr N0NN-ci il tarixdə saat 06 radələrində hazırda xatırlamadığı bir nəfər ona mobil telefon vasitəsi ilə zəng edərək Amil Mayılovun qəzaya düşərək öldüyünü və Qobustan rayon xəstəxanasında olduğunu bildirmiş, o, xəstəxanaya gedərək oğlu Amil Mayılovu morqdan götürmüş və həmin gün Qobustan rayon Nabur kənd qəbristanlığında dəfn etmişdir. Daha sonra o, dəfndə iştirak edən şəxslərdən oğlu Amil Mayılovun, ŞahidN, Şahid1 və Təqsirləndirilən şəxs sonuncuya məxsus avtomobillə N6 oktyabr N0NN-ci il tarixdə saat 0N radələrində Qobustan rayonunun Nabur kəndindən Bakı şəhəri istiqamətinə yola düşdüklərini, həmin gün saat 03 radələrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsini görməyərək anidən idarəetməni itirdiyini və nəticədə avtomobilin sola tərəf istiqamətlənib yolun sol tərəfində olan beton arakəsməyə dəydiyini, həmin vaxt Təqsirləndirilən şəxs sükanı dərhal sağa tərəf çevirdiyini və avtomobilin sağa tərəf istiqamətlənib yolun sağında olan çınqıllıq hissəyə daha sonra isə çınqıllıq hissədən sağda olan su axını üçün nəzərdə tutulmuş beton örtüklü çökəkliyə düşərək bir neçə dəfə aşdığını, hadisə nəticəsində Şahid1la oğlu Amil Mayılovun xəsarət aldığını və Amil Mayılovun aldığı xəsarətlərdən hadisə yerində öldüyünü öyrənmişdir. Həkimxan Mayılov məhkəmə iclasında ərizə təqdim edərək, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, N5 oktyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs valideynlərinin yaşadığı Qobustan rayonunun Nabur kəndinə gəlmiş, o, ŞahidN, X8 və bir neçə digər həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evə qonaq getmiş, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs hərbi geyim forması Xırdalan şəhərində yaşadığı evdə qaldığı üçün formasını götürmək məqsədi ilə Xırdalan şəhərində yerləşən yaşadığı evə getmək istədiyini söyləmiş, həmin vaxt o, Amil Mayılov və ŞahidN Təqsirləndirilən şəxsla birlikdə Xırdalan şəhərinə gedib yenidən Nabur kəndinə qayıtmağı təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşdıqdan sonra o, Təqsirləndirilən şəxs məxsus avtomobilin ön sərnişin oturacağına, Amil Mayılov arxa sağ sərnişin oturacağına, ŞahidN isə arxa sol sərnişin oturacağına əyləşmiş, avtomobili Təqsirləndirilən şəxs idarə etmiş və onlar N6 oktyabr N0NN-ci il tarixdə saat 0N radələrində Qobustan rayonunun Nabur kəndindən Bakı şəhəri istiqamətində yola düşmüşlər. Təqsirləndirilən şəxs həmin gün saat 03 radələrində özünə məxsus avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsini görməyərək anidən idarəetmeni itirmiş ve nəticədə avtomobil sola tərəf istiqamətlənib yolun sol tərəfində olan beton arakəsməyə dəymiş, o, avtomobilin ön pəncərəsindən çölə düşmüş və avtomobil bir neçə dəfə aşmışdır. Hadisə nəticəsində o, xəsarətlər almışdır. Həmçinin baş vermiş hadisə nəticəsində arxa sağ sərnişin oturacağında əyləşmiş Amil Mayılov xəsarət almış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Şahid1 məhkəmə iclasında ərizə təqdim edərək, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında ŞahidN ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O zərəçəkmiş şəxs Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsindəki xüsusatlari təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizaların rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən təqdim edilmiş N6 oktyabr N0NN-ci il tarixli 06 nömrəli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində sağdan 3, 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğaların yerini dəyişən sınıqları, qaraciyərin cırılması, kəskin qanitirmə, sağ saidin yuxarı 1/3-də dirsək sümüyünün qapalı sınığı xəsarətləri aşkar olunmuş, həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmiş, xəsarətlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır, qərarda göstərilən yol-nəqliyyat qəzası nəticəsində, yəni N6 oktyabr N0NN-ci il tarixdə sərnişin qismində alınması mümkündür. X3 ölümünə səbəb çoxsaylı qabırğaların sınması, qaraciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuş, ölümü N6 oktyabr N0NN-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən təqdim edilmiş N6 oktyabr N0NN-ci il tarixli 178 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 almış olduğu xəsarətlər – sol mil-bilək nahiyəsinin yarası, soldan 5, 6, 7-ci qabırğaların yerini dəyişən sınıqları, küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni N6 oktyabr N0NN-ci il tarixdə avtomaşının maneəyə dəyməsi nəticəsində aşması zamanı sərnişin qismində alınması mümkündür. Şahid1 almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın uzun müddətə (3 həftədən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı N9N951 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 “travmatik ikincili və ya residivləşən qanaxma” səbəbindən N6 oktyabr N0NN-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 dekabr N0NN-ci il tarixli 8/3438 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Nissan X-Trail” markalı “** CJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.N4 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.N4 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun N6 oktyabr N0NN-ci il tarixli raportundan görünür ki, N6 oktyabr N0NN-ci il tarixdə saat 03 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 61.1-ci kilometrliyində ünvan N ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan X-Trail” markalı “** CJ ***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarına aşmış, nəticədə avtomobildə olan sərnişinlərdən 1976-cı il təvəllüdlü Şahid1 xəsarət almış, digər sərnişin 198N-ci il təvəllüdlü X8 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Vüsal Məmmədov tərəfindən həmin şöbənin növbətçi hissəsinə verilən N6 oktyabr N0NN-ci il tarixli məlumatdan görünür ki, N6 oktyabr N0NN-ci il tarixdə saat 03 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 61.1-ci kilometrliyində ünvan N ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan X-Trail” markalı “** CJ ***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarına aşmış, nəticədə avtomobildə olan sərnişinlər – 1976-cı il təvəllüdlü Şahid1 xəsarət almış, 198N-ci il təvəllüdlü X8 ölmüşdür. Cinayət işinin materiallarında olan N6 oktyabr N0NN-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 61.1-ci kilometrliyində Şamaxı rayonu istiqamətindən Bakı şəhəri istiqamətində baş vermiş, yolun işlək hissəsi döngəli, yolun örtüyü asfaltbeton, örtüyün vəziyyəti quru olmuş, yol örtüyünün eni 7,4 metr, hərəkət zolaqlarının sayı N, işlək hissənin eni 7,4 metr olmuş, işlək hissədə Bakı şəhəri və Şamaxı rayonu istiqamətlərini orta hissədən 80 sm. hündürlükdə beton zolaq ayırmış, yolnəqliyyat hadisəsi baş verdiyi Bakı şəhəri istiqamətli yol ağ qırıq xəttlər çəkilməklə N zolaqlı olmuşdur. Yolun işlək hissəsinə sağdan 60 sm. asfalt örtük sarı xətt, 3 metr enində çınqıl torpaq örtüklü ehtiyat hissə, həmin hissənin sağ tərəfində beton örtüklü arx və təpəcik birləşmişdir. Yolun işlək hissəsinə soldan 40 sm. asfalt örtük sarı düz xətt, Bakı şəhəri və Şamaxı rayonu istiqamətlərini orta hissədən ayıran beton hissə birləşmişdir. Yolda hərəkət nizamlanmamış, avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi 60 km/saat olmuş və “döngəli yollar” nişanı mövcud olmuşdur. Hadisə yerində solda olan orta ayrıcı zolağın yanından başlayaraq irəli Bakı şəhəri istiqamətində yolun sağ kənarınadək 61,5 metr məsafədə şin izləri müşahidə olunmuş, tormozlanma izləri mövcud olmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N01N-ci il tarixli N05 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N iyul N01N-ci il tarixli 0077gm saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N-ci maddəsinin “q” bəndinə, N6-cı maddəsinin “v” bəndinə və 53-cü maddəsinə müvafiq olaraq 03 yanvar N01N-ci il tarixdən N iyun N01N-ci il tarixədək xüsusi təyinatlı qüvvələr kursunu keçmiş, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan– gizir, Təqsirləndirilən şəxs gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, əsgər heyətinin siyahısından çıxarılmış, “kiçik gizir” hərbi rütbəsi verilməklə N nömrəli hərbi hissənin xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (radioteleqrafçı) vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N014-cü il tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar N014-cü il tarixli 09 nömrəli əmrinə əsasən Xüsusi Təyinatlı Qüvvələrin quruluşunda təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs xüsusi təyinatlı alayının xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı (radioteleqrafçı) vəzifəsindən N nömrəli hərbi hissənin tabeçiliyində olan N nömrəli hərbi hissənin xüsusi əməliyyat briqadasının xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust N0N1-ci il tarixli N55 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, təşkilat ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 09 avqust N0N1-ci il tarixli 0N09 nömrəli əmrinə, N nömrəli hərbi hissə komandirinin N6 avqust N0N1-ci il tarixli 031 gm nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq hərbi hissənin kadrlar və şəxsi heyətin uçotu bölməsinin operatoru, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin operatoru vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N0NN-ci il tarixli 3N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin operatoru gizir Təqsirləndirilən şəxs N oktyabr N0NN-ci il tarixdən Qobustan rayonunda keçirməklə N0 (iyirmi) təqvim günü müddətinə N0NN-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. Cinayət işinin materiallarında olan “bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və qaydası”na dair N nömrəli əlavənin surətindən görünür ki, gizir Təqsirləndirilən şəxs xidmət müddəti 5 (beş) il, yəni N8 dekabr N0NN-ci il tarixədək uzadılmışdır. BBN01430 nömrəli sürücülük vəsiqəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs N5 dekabr N030-ci il tarixədək «B1, B, C1, C» kateqoriyalı avtomobilləri idarə etmək hüququ verilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi N6 oktyabr N0NN-ci il tarixdə sərxoş olmamışdır. N nömrəli hərbi hissədən təqdim edilən xidməti xasiyyətnaməyə əsasən gizir Təqsirləndirilən şəxs rəhbərliyi tərəfindən müsbət cəhətdən xarakterizə olunur. N7 oktyabr N0NN-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 0N aprel N011-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və xx.xx.N01N-ci il tarixdən N nömrəli hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi XN 31 oktyabr N0NN-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki azyaşlı uşağı vardır. Qobustan rayon İHB-nın Nabur İƏD üzrə nümayəndəliyindən xx.xx.N0NN-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Qobustan rayon Nabur kəndindən olan şəhid X1 qardaşıdır. N nömrəli hərbi hissədən təqdim edilən xx.xx.N0NN-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə döyüş tapşırıqlarında iştirak edib və “Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” N-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda” medalı, “Şücaətə” görə medalı, “Cəsur” döyüşçü medalı, “Kəlbəcərin” azad olunmasına görə, “Cəbrayılın” azad olunmasına görə medalı, “Xocavəndin azad olunmasına” görə medalı, “Şuşanın azad olunmasına” görə medalı və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, zərəçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.1Nmaddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun hüquqi varisi ilə barışıq əldə edilməsini, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşməsini, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” N-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda” medalı, “Şücaətə” görə medalı, “Cəsur” döyüşçü medalı, “Kəlbəcərin” azad olunmasına görə, “Cəbrayılın” azad olunmasına görə medalı, “Xocavəndin azad olunmasına” görə medalı, “Şuşanın azad olunmasına” görə medalı və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.N-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, lakin Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində ikisi azyaşlı olmaqla və ailəsinin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət yeri üzrə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yeri dəyişdirilərsə həmin xidmət yerinin rəisinə, tərxis olunarsa onda daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində xidmət zamanı rəisin icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının aparılması ilə bağlı məhkəmə xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.N maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi ziyan yoxdur. Mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 345-349, 351- 353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 0N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 01 (bir) il müddətə sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığının sərəncamına verilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yeri dəyişdirilərsə həmin xidmət yerinin komandanlığına, tərxis olunarsa onda daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində xidmət zamanı komandanlığının icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının aparılması ilə bağlı məhkəmə xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 14 (on dörd ) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zeynal Ağayev
Məhkəmə qərarları › İş №1-1(093)-36/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-36/2023
25.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver