Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-36/2024 11.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 09 avqust N3-cü il tarixdə saat N radələrində hərbi hissənin ərazisində qərargah bölüyünün əsgər yataqxanasının dəhlizində tabelik münasibətlərində olmadığı həmin bölüyün N-ci mühafizə taqımının 1-ci manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs sanitar qovşaqdan gəldiyini görərək həmin gün saat 17 radələrində keçirilən idman dərsi zamanı sürətli qaçmamasına görə onun tutduğu iradlara məhəl qoymamasını xatırlayıb aydınlıq gətirmək məqsədi ilə sonuncunu əsgər yataqxanasının qurutma otağına çağırmış, orada Zərərçəkmiş şəxs idman dərsi zamanı daha həvəsli şəkildə qaçmamasının səbəblərini soruşmuş və xidməti düzgün təşkil etmək lazım olduğunu bildirmiş, sonuncu yorğun olmasını əsas gətirdikdə o, Zərərçəkmiş şəxs sözlərinə inanmayıb qəsdən belə hərəkət etdiyini düşündüyünə görə suallarını təkrarlamış, həmin vaxt Zərərçəkmiş şəxs ondan aşağı çağırışçı olmasına baxmayaraq onun sözlərinə əhəmiyyət verməməsini gördükdə əsəbiləşib öz üstünlüyü göstərmək və Zərərçəkmiş şəxs öz iradəsinə tabe etmək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 4N-ci, İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud surətdə pozaraq sağ əlinin barmaqlarının uc nahiyələri ilə sərt şəkildə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs sinə nahiyəsinə çoxsaylı zərbələr vurmuş, Zərərçəkmiş şəxs ondan zorakı hərəkətlərinə son qoymasını tələb etsə də, o, uca səslə bir daha idman dərsi zamanı zəif nəticə göstərənin başını qoparacağını bildirdikdə Zərərçəkmiş şəxs heç bir şəxsin ona heç nə edə bilməyəcəyini demiş, o, Zərərçəkmiş şəxs cavab qaytarmasını özünə hörmətsizlik hesab etdiyindən daha da əsəbiləşmiş və zorakı hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə sonuncunun burun nahiyəsinin üst hissəsinə qəsdən bir kəllə zərbəsi vurub zor tətbiq etməklə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngün zərər vurmaya aid «burun kökünün sıyrılmış yarası ilə müşayiət olunan burun sümüklərinin cüzi yerinidəyişən sınığı» xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 33N.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, 09 avqust N3-cü il tarixdə saat 17 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində idman dərsi təşkil olunmuş, həmin idman dərsi zamanı qərargah bölüyünün şəxsi heyəti idman hərəkətlərini, yəni fiziki məşğələləri yerinə yetirməklə məşğul olmuş, o, dərs zamanı qaçış təlimini həyata keçirərkən keçmiş əsgər yoldaşı, tabelik münasibətlərində olmadığı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs geri qaldığını görüb sonuncuya daha çox səy göstərərək qaçmalı olduğunu demiş, Zərərçəkmiş şəxs onun sözlərinə cavab verərək yorğun olduğunu bildirmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs səy göstərsə daha sürətli qaça biləcəyini və özünə əziyyət verməmək üçün daha da sürətli qaçmadığını zənn etdiyinə görə dəfələrlə sürətli qaçmalı olduğunu deməsinə baxmayaraq, Zərərçəkmiş şəxs hər dəfə onun sözlərinə etinasızcasına cavab verərək yorğun olduğunu bildirmiş, bu zaman xidmət müddəti çox olan hərbi qulluqçu kimi özünün əlindən gələni etməsinə baxmayaraq xidmət müddəti az olan Zərərçəkmiş şəxs yorğun olduğunu bəhanə gətirərək sürətli qaçmağa can atmaması onu əsəbiləşdirmişdir. İdman dərsi yekunlaşdıqdan sonra günün nizam qaydalarına uyğun olaraq əsgər yeməyinə getmiş, daha sonra asudə vaxtda öz şəxşi işləri ilə məşğul olmuş, həmin gün saat N radələrində xidmət etdiyi hərbi hissənin qərargah bölüyünün əsgər yataqxanasının dəhlizində olduğu zaman Zərərçəkmiş şəxs yuyunaraq sanitar qovşaqdan gəldiyini görmüş, idman dərsində baş verənləri xatırlamış, buna görə də idman dərsində baş verənlərlə bağlı söhbət edərək aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs xidmət etdiyi bölüyün əsgər yataqxanasının qurutma otağına çağırmışdır. Əsgər Zərərçəkmiş şəxsla qurutma otağında olduqları zaman o, Zərərçəkmiş şəxs idman dərsi vaxtı daha həvəsli şəkildə qaçmamasının, yüksək nəticə əldə etməyə səy göstərməməsinin səbəblərini soruşmuş, sonuncu onun suallarına əhəmiyyət verməyərək vecsiz şəkildə yanaşmış, yorğun olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs sözlərinə inanmadığı, habelə sonuncunun qəsdən belə hərəkət etdiyini düşündüyü üçün suallarını təkrarlamaqla idman dərsində zəif iştirak etməsinin səbəblərini bir daha soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs onun sözlərinə əhəmiyyət vermədiyini görərək sözlərinə diqqət yetirməsini istədiyi üçün sağ əlinin barmaqlarının ucları ilə sinə nahiyəsinə ardıcıl olaraq vurmaqla onu yola verməməsini tələb etmiş və eyni sualları təkrarlamışdır. O, sağ əlinin barmaqlarının ucları ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə ardıcıl olaraq vurduğu zaman sonuncu zərbənin təsirindən geriyə doğru hərəkət etmiş, onun bu hərəkəti Zərərçəkmiş şəxs narahat etdiyi üçün sonuncu əsəbiləşərək əlini aşağı salmağını tələb etmiş, buna baxmayaraq o, hərəkətlərinə davam edərək idman dərsində həvəslə qaçmaq lazım olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun sözlərinə yenə əhəmiyyət vermədiyini gördükdə əsəbiləşərək uca səslə bir daha idman dərsi zamanı zəif nəticə göstərəcəyi halda başını qopardacağını bildirmiş, Zərərçəkmiş şəxs isə onun sözlərinə cavab olaraq heç bir şəxsin ona heç nə edə bilməyəcəyini demiş, sonuncunun sözlərindən sonra o, daha da əsəbiləşmiş, nə edəcəyini, hansı sözləri deyəcəyini bilməmiş, həmçinin, həm yaşca böyük şəxs, həm də xidmət müddəti çox olan əsgər kimi Zərərçəkmiş şəxs məsləhətlər verməsinə baxmayaraq, sonuncunun ona qarşı bu cür hörmətsizlik etməsi onu daha çox özündən çıxartmış və əsəbi halda Zərərçəkmiş şəxs burun nahiyəsinin üst hissəsinə möhkəm şəkildə bir kəllə zərbəsi vuraraq xəsarət yetirmiş, həmin vaxt qurutma otağında olan sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN əsgər Zərərçəkmiş şəxs burnundan qan gəldiyini görərək əski parçası ilə sonuncunun burnunu tutmuş, otaqda olan digər sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 isə onu oradan uzaqlaşdırmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahidin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün şəxsi heyətinə 09 avqust N3-cü il tarixdə səhər saatlarında atış təlimi keçirilmiş, həmin təlimdə iştirak edərək hərbi hissəyə qayıtdıqdan sonra özünü yorğun hiss etmiş, buna görə də həmin gün saat 17 radələrində xidmət etdiyi hərbi hissədə günün nizam qaydalarına uyğun olaraq təşkil olunmuş idman dərsi zamanı yorğun olduğu üçün qaçış zamanı əvvəlki nəticələrinə nisbətən zəif nəticə göstərmiş, dərs zamanı şəxsi heyətlə birlikdə qaçsa da, yorğun olduğuna görə arxada qaçmış, lakin yorğun olduğunu kiminsə bilməsini istəməmişdir. Qaçış zamanı aralarında tabelik münasibətləri olmayan əsgər yoldaşı Təqsirləndirilən şəxs onun arxada qaçdığını görərək bir neçə dəfə sürətli qaçmalı olduğunu desə də, yorğun olduğunu sonuncuya bildirməklə sözlərinə əhəmiyyət verməmiş, idman dərsi bitdikdən sonra günün nizam qaydalarına uyğun olaraq əsgər yeməyinə getmişdir. Həmin gün saat N radələrində hərbi hissənin qərargah bölüyünün əsgər yataqxanasının sanitar qovşağına gedərək yuyunmuş, oradan qayıtdığı zaman əsgər yataqxasının dəhlizində Təqsirləndirilən şəxsla rastlaşmış, sonuncu onu əsgər yataqxanasının qurutma otağına çağırmışdır. O, 09 avqust N3-cü il tarixdə saat N radələrində qurutma otağında olduğu zaman Təqsirləndirilən şəxs idman dərsi zamanı daha həvəsli şəkildə qaçmamasının səbəblərini ondan soruşmuş və xidməti düzgün təşkil etmək lazım olduğunu bildirmişdir. O, həmin vaxt yorğun olduğu üçün Təqsirləndirilən şəxs suallarına qısa cavab vermiş, buna görə də Təqsirləndirilən şəxs onun əhəmiyyət vermədiyini düşünmüş, sonuncu sözlərinə diqqət yetirməsi üçün sağ əlinin barmaqlarının ucları ilə onun sinə nahiyəsinə ardıcıl olaraq vurmaqla yola verməməsini tələb edərək suallarını vermişdir. Təqsirləndirilən şəxs onun sinəsindən vurarkən ağrı hiss etmiş və zərbənin təsirindən geriyə doğru hərəkət etmiş, buna görə də əsəbiləşərək əlini aşağı salmasını bir neçə dəfə tələb etmiş, Təqsirləndirilən şəxs hərəkətlərinə davam etmiş, idman dərsində həvəslə qaçmaq lazım olduğunu ona bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sözlərinə onun əhəmiyyət vermədiyini görərək uca səslə bir daha idman dərsi zamanı zəif nəticə göstərəcəyi halda başını qopardacağını bildirmiş, Təqsirləndirilən şəxs sözlərinə cavab olaraq heç bir şəxsin ona heç nə edə bilməyəcəyini demiş, bu sözləri Təqsirləndirilən şəxs xoşuna gəlmədiyi üçün sonuncu anidən burun nahiyəsinin üst hissəsinə möhkəm şəkildə bir kəllə zərbəsi vuraraq ona xəsarət yetirmiş, həmin vaxt qurutma otağında olan əsgər yoldaşı ŞahidN onun burnundan qan gəldiyini görərək əski parçası ilə burnunu tutmuş, digər əsgər yoldaşı Şahid1 isə Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışdır. Bundan sonra sanitar qovşağa gedərək əlüzünü yumuş və xidmətinə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs bağışlamış və ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Zərərçəkmiş şəxs oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında Şahid1 bildirdi ki, o, 09 avqust N3-cü il tarixdə saat N radələrində xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün əsgər yataqxanasının qurutma otağında olduğu zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qurutma otağına daxil olduqlarını görmüş, diqqət çəkən hər hansı hərəkət etmədikləri üçün onlara diqqət yetirməmiş, qurutma otağının pəncərəsindən çölə baxmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs düzgün hərəkət etməsi, xidmətində göstəricilərini yüksəltməsi, daha çox səy göstərməsi barədə məsləhətlər vermiş, onlar sakit şəkildə söhbət etdikləri üçün söhbətlərinə bir o qədər də fikir verməmiş, qurutma otağının pəncərəsindən çölə baxmağa davam etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uca səslə başını qopardacağını dediyini və Zərərçəkmiş şəxs yüksək səs tonu ilə heç kimin ona heç nə edə bilməyəcəyini dediyini eşitdiyi üçün onlara tərəf baxmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinin üst hissəsinə möhkəm şəkildə bir kəllə zərbəsi vurmuş, bunu görən kimi o və qurutma otağında olan ŞahidN onları ayırmaq üçün tez yaxınlaşmışlar. Həmin vaxt ŞahidN Zərərçəkmiş şəxs burnundan qan gəldiyi üçün əski parçası ilə sonuncunun burnunu tutmuş, o isə əsgər Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmış və bundan sonra öz xidmətlərinə davam etmişlər. İstintaq zamanı ŞahidN Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 163 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 05 nömrəli sərəncamına əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən N iyun NN-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli 189 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qərargah bölüyünün komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsinə təyin edilmiş və vəzifələrinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N7 fevral N3-cü il tarixli 58 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədən gəldiyinə görə N7 fevral N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 108 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs qərargah bölüyünün N-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin qərargah bölüyünün atıcı-nizamlayıcısı, əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün N-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi vəzifəsini icra edən, tibb xidməti leytenantı Akşin Balakişiyevin 14 avqust N3-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs keçirilən bədən baxışı zamanı burun kökündə yara aşkar olunmuş və ona «burun kökünün sıyrılmış yarası» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 11 oktyabr N3-cü il tarixli 173N/ə nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - burun kökünün sıyrılmış yarası ilə müşayiət olunan burun sümüklərinin cüzi yerinidəyişən sınığı, bərk küt əşyanın (əşyaların) bilavasitə yerli zərbəvi təsirindən törənmişdir, şəxsin müayinə zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində göstərilən tarixlərdə və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «yüngül» zərərvurmaya aiddir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş N5 avqust N3-cü il tarixli 9079 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli N99 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ehtiyata buraxıldığına görə N oktyabr N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Nizami rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 noyabr N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 14 noyabr N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1N və 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, etdiyi əməldən peşman olması, müsbət xarakterizə edilməsi və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törədərək məsuliyyətə cəlb edilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N003-cü il N iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinin tələbinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara təyin olunması nəzərdə tutulmadığından Təqsirləndirilən şəxs həmin cəzanın tətbiq edilməsi mümkün deyildir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunması da mümkünsüzdür. Belə ki, intizam xarakterli hərbi hissədə saxlama cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara təyin oluna bilər. Azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Çünki törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Beləliklə, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, işin hallarını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alır və Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini cinayətin ictimai təhlükəliliyini azaldan hal kimi qəbul edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Gəncə şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Gəncə şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-36/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-36/2024
11.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver