Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-36/2025 03.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx N998-ci il tarixdə Göyçay rayonu Yalman kəndində anadan olmuş, Göyçay rayonu Yalman kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ramana südçülük sovxozu ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan, habelə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətlərdə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Qafarov XN Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin yol-texniki taborunun N- ci mühəndis-yol bölüyünün N-ci mühəndis-yol tağımının N-ci mühəndis-yol manqasının maşın komandirimanqa komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən N9 iyul NNN4-cü il tarixdə saat N7:3N-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N6 avqust NNN4-cü il tarixdə saat N5:NN-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N4 avqust NNN4-cü il tarixdə saat N7:3N-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, yalnız N6 sentyabr NNN4-cü il tarixdə saat N4:3N-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N6 sentyabr NNN4-cü il tarixdə saat N7:3N-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, yalnız N4 noyabr NNN4-cü il tarixdə saat N3:NN-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.3 və 333.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin yol-texniki taborunun N-ci mühəndis-yol bölüyünün N-ci mühəndis-yol taqımının N- ci mühəndis-yol manqasının maşın komandiri-manqa komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş rütbəsində xidmət edir. N7 sentyabr NNNN-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi uğrunda başlanan döyüş əməliyyatlarında iştirak etmiş, müxtəlif medallarla təltif olunmuşdur. Xidmət müddətində həmişə nizam intizama ciddi şəkildə riayət etmiş, lakin, son dövrlərdə açıqlamaq istəmədiyi şəxsi problemləri onun xidmətinə də ciddi şəkildə mənfi təsir göstərmişdir. NNN4-cü ilin iyul-noyabr ayları ərzində şəxsi problemləri ilə bağlı xidmət yerinə gəlməmə hallarına yol vermişdir. Belə ki, N9 iyul NNN4-cü il tarixdə saat N7:3N radələrində xidmət yerinə çıxmalı olduğu halda çıxmamış, yalnız N6 avqust NNN4-cü il tarixdə saat N5:NN radələrində xidmət yerinə qayıtmışdır. Bununla bağlı komandir heyətindən kiməsə məlumat verməmiş, şifahi və ya yazılı formada icazə almamışdır. Bundan başqa, N4 avqust NNN4-cü il tarixdə saat N7:3N-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N6 sentyabr NNN4-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Komandir heyəti bu barədə onunla danışdıqda şəxsi problemlərinin olduğunu, bu səbəbdən xidmət yerinə gələ bilmədiyini bildirmişdir. Son olaraq N6 sentyabr NNN4-cü il tarixdə səhər N7:3N-da xidmət yerinə çıxmalı olduğu halda çıxmamış və yalnız N4 noyabr NNN4-cü il tarixdə saat N3:NN-da xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtmışdır. Xidmət yerinə açıqlamaq istəmədiyi şəxsi problemləri ilə əlaqədar çıxmamışdır. Xidmət yerinə gəlməmək ilə bağlı komandir heyətindən kimdənsə yazılı və ya şifahi formada icazə almamış, özü ağır xəstəlikdən əziyyət çəkməmiş, ağır həyat şəraiti də olmamışdır. Xidmətdə olduğu müddət ərzində onu incidən, nizamnamədənkənar hərəkətlərə məruz qoyan, şərəf və ləyaqətini hər hansı formada alçaldan olmamışdır. İşə məhkəmə baxılan dövrlərdə də həmin problemlə bağlı xidmət yerinə getməmiş, yalnız məhkəmə iclaslarına gəlmişdir. Təqsirləndirilən şəxs son sözündə isə bildirmişdir ki, hərbi xidmətdən tərxis olunmaq istədiyindən ona bildirmişlər ki, hisəni özbaşına tərk etsə daha tez tərxis oluna bilər, bu səbəbdən hissəni tərk etmiş, xidmətə getməmişdir. Ancaq hazırda səhvini dərk edir, xidmətini davam etmək istəyir, bu səbəbdən də məhkəmədən bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin yoltexniki taborunun komandiri vəzifəsini müvəqqəti icra etmiş, leytenant ŞahidN bildirdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs əvvəllər xidmətə qarşı münasibəti normal olmaqla, komandir heyəti və xidmət yoldaşları ilə münasibətləri yaxşı olmuş, verilən tapşırıqları vaxtında və düzgün icra etmişdir. Lakin son dövrlərdə bir neçə dəfə uzun müddətli xidmət yerinə çıxmama hallarına yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs N9 iyul NNN4-cü il tarixdə saat N7:3N radələrində xidmət yerinə çıxmalı olduğu halda çıxmamış, yalnız N6 avqust NNN4-cü il tarixdə saat N5:NN radələrində xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə gəlməyəcəyi ilə bağlı heç bir şəxsə məlumat verməmiş, bundan sonra da bir neçə dəfə xidmət yerinə çıxmama hallarına yol vermiş, məsuliyyətsiz bir hərbi qulluqçu kimi özünü göstərmiş, tutulan iradlardan nəticə çıxarmamışdır. Belə ki, Təqsirləndirilən şəxs yenidən N4 avqust NNN4- cü il tarixdə saat N7:3N-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N6 sentyabr NNN4-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə bu barədə danışdıqda sonuncu şəxsi problemlərinin olduğunu, bu səbəbdən xidmət yerinə gələ bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son olaraq N6 sentyabr NNN4-cü il tarixdə səhər N7:3N-da xidmət yerinə çıxmalı oldu halda çıxmamış və yalnız N4 noyabr NNN4-cü il tarixdə saat N3:NN- da xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmətdə olduğu müddətdə söyən, döyən, ona qarşı nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin yol- texniki taborunun N-ci mühəndis-yol bölüyünün komandiri, kapitan ŞahidN, həmin bölüyün baş çavuşu, gizir Şahid3 və N-ci mühəndis-yol taqımının 3-cü maşınmanqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 ŞahidN ilə eyniməzmunlu ifadələr verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etdilər. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr NNN9-cu il tarixli 34N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edildiyinə görə hərbi hissənin yol-texniki taborunun N-ci mühəndis-yol bölüyünün yol texnikaları taqımının N-ci yol texnikaları manqasının maşın komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul NNNN-ci il tarixli NN6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin yol-texniki taborunun N-ci mühəndis-yol bölüyünün N-ci mühəndis-yol taqımının N-ci mühəndis-yol manqasının maşın komandiri-manqa komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral NNN3-cü il tarixli 5N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət müddəti N8 noyabr NNN7-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N9 iyul NNN4-cü il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin N iyul NNN4-cü il tarixli NN4 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N9 iyul NNN4-cü il tarixdə xidmət yerinə gəlməmiş hesab edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N6 avqust NNN4-cü il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli N4N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N6 avqust NNN4-cü il tarixdə saat N5:NN radələrində xidmət yerinə gəlmiş hesab edilməklə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N4 avqust NNN4-cü il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin həmin tarixli N5N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N4 avqust NNN4-cü il tarixdə saat N7:3N-da səhər yerbəyerində iştirak etmədiyi üçün xidmət yerinə gəlməmiş hesab edilməklə bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N6 sentyabr NNN4- cü il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli N63 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N6 sentyabr NNN4-cü il tarixdə saat N4:3N radələrində xidmət yerinə gəlmiş hesab edilməklə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N6 sentyabr NNN4- cü il tarixli raportdan və N nömrəli hərbi hissə komandirinin həmin tarixli N85 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N6 sentyabr NNN4-cü il tarixdə saat N7:3N-da səhər yerbəyerində iştirak etmədiyi üçün xidmət yerinə gəlməmiş hesab edilməklə bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N4 noyabr NNN4- cü il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli 3N8 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N4 noyabr NNN4-cü il tarixdə saat N3:NN- da xidmət yerinə gəlmiş hesab edilməklə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan N4 sentyabr NNN4-cü il tarixli 9NNN nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs mənfi xarakterizə edilir. Cinayət işinin materiallarındakı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medal ilə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran, ona bəraət verilməsinə əsas olan hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə əsasən 44 günlük Vətən Müharibəsində iştirak edərək müxtəlif medallarla təltif edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 6N.N.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsidir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin N5-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi isə az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki yüngülləşdirici halları nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.N.N-ci və Cəzaların İcrası Məcəlləsinin NNN.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməli, cəza çəkmənin əvvəli onun tutulduğu vaxtdan, yəni N3 fevral NNN5-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 35N və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə N6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə NN (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq NN (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli N3 fevral NNN5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) NN gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan NN (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-36/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-36/2025
03.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver