Məhkəmə qərarları › İş №1-1(093)-37/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-37/2023

17.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-37/2023 17.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx N004-cü il tarixdə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsas komanda məntəqəsinin rabitə bölüyünün 1-ci radio taqımının N-ci komanda-qərargah maşınları manqasının mexanik radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N iyul N0NN-ci il tarixdə 10 (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, lakin N8 iyul N0NN-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda, N4 oktyabr N0NN-ci il tarixədək üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamışdır. Bununla da, o, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, həmin hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün 1-ci radio taqımının N-ci komanda-qərargah maşınları manqasının mexanik radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N iyul N0NN-ci il tarixdə 10 (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, lakin N8 iyul N0NN-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda, N4 oktyabr N0NN-ci il tarixədək üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamış, N4 oktyabr N0NN-ci il tarixdə polis əməkdaşları tərəfindən Gəncə şəhərində tutulub Sumqayıt şəhərinə gətirilərək istintaq orqanına təhvil verilmiş, həmin müddəti Gəncə şəhərində keçirmiş, xidmətdə olduğu müddətdə ailə və şəxsi problemləri olmuş, bu səbəbdən, yuxarıda qeyd olunan vəzifədə və rütbədə xidmətdə olarkən N8 iyul N0NN-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda, N4 oktyabr N0NN-ci il tarixədək xidmət yerinə vaxtında qayıtmamışdır. Qeyd etdiyi vaxtlarda hərbi hissəni özbaşına tərk etməsinə şəxsi problemləri səbəb olmuşdur. Onu xidmət yerində döyən, söyən, təhqir edən, hər hansı bir üsulla təzyiq göstərən olmamış, hərbi hissənin şəxsi heyəti üçün nəzərdə tutulmuş təminatlarla təmin edilmiş, bu barədə heç bir problemi olmamışdır. O, törətdiyi əməllərdən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsas komanda məntəqəsinin rabitə bölüyünün komandiri, kapitan Şahid1 məkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün 1-ci radio taqımının N-ci komanda qərargah maşınları manqasının mexanik radiotelefonçusu vəzifəsində xidmət edərkən N iyul N0NNci il tarixdə 10 (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N8 iyul N0NN-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda xidmət yerinə qayıtmamışdır. N8 iyul N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyini gördükdə bununla bağlı hərbi hissə rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs bu müddətdə özünü hərbi hissəyə təqdim etməmiş, xidmət yerinə gəlməməsi ilə bağlı Təqsirləndirilən şəxs harada olması barədə hər hansı məlumatı olmamış və özü də bu barədə rəislərinə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları: kapitan ŞahidN və leytenant Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin 1-ci radio taqımının N-ci komanda-qərargah maşınları manqasının mexanik radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N iyul N0NN-ci il tarixdə 10 (on) gün müddətinə növbəti məzuniyyətə buraxıldıqdan sonra N8 iyul N0NN-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda, N4 oktyabr N0NN-ci il tarixədək üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında qayıtmamasını təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin N mart N0NN-ci il tarixli, 9N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının 06 mart N0NN-ci il tarixli 07 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün 1-ci radio taqımının N-ci komanda-qərargah maşınları manqasının mexanik radiotelefonçusu vəzifəsinə təyin edilmiş və vəzifələrinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin N iyul N0NN-ci il tarixli, N04 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N iyul N0NN-ci il tarixdən 10 (on) gün müddətinə növbəti məzuniyyətə getmiş hesab edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin N8 iyul N0NN-ci il tarixli, N14 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N8 iyul N0NN-ci il tarixdən hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N4 oktyabr N0NN-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs N4 oktyabr N0NN-ci il tarixdə saat N0:30-da Daxili İşlər Nazirliyinin Gəncə şəhər baş polis idarəsinin polis əməkdaşları tərəfindən Gəncə şəhərində tutulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün komandiri kapitan Şahid1 N8 iyul N0NN-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs N8 iyul N0NN-ci il tarixdə xidmət yerinə üzrlü səbəblər olmadan qayıtmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N1 dekabr N0NN-ci il tarixli 14634 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, şahid ifadələri ilə, əmrdən çıxarışlarla, işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin 15-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu 333.4-cü maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinin tələbinə əsasən kontrakt (bağlaşma) əsasında hərbi xidmət çəkən hərbi qulluqçulara təyin oluna bilər. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 54-cü maddəsinin tələbinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən olunmuş xidmət müddətini başa vurmamışlarsa, təyin oluna bilər. Lakin, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən hərbi xidmət yerini özbaşına tərketmə ilə bağlı törədilmiş cinayət əməlinə hüquqi qiymət verərkən hal-hazırda regiondakı ictimai-siyasi vəziyyət nəzərə alınmıqla, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş sözügedən hüquqazidd əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə artırır, habelə törədilən bu cinayət əməli nəticəsində ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri olan şəxsi heyətin nizam-intizamına zərbə vurulması halı kimi qiymətləndirir və sanksiyada göstərilən azadlıqdan məhrumetmə cəzasına alternativ daha yüngül cəza növü olan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyini ilə bu qəbildən olan cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə ümumi xəbərdaredici məqsədə nail olmanı mümkünsüz edir. Həmçinin, məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində onun şəxsiyyətini səciyyələndirən bu halı da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığından və istintaq orqanından gizləndiyi üçün istintaqın gedişinə suni şəkildə mane olmağa çalışmış, nəticədə barəsində axtarış elan edilməklə tutulması haqqında qərar qəbul edilmiş və Bakı Hərbi Məhkəməsinin N6 oktyabr N0NN-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.N-ci və Cəzaların İcrası Məcəlləsinin 11N.1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməli, cəza çəkmənin əvvəli onun tutulduğu vaxtdan, yəni N4 oktyabr N0NN-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N4 oktyabr N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar