Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-37/2024 06.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Cəyirli kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən on gündən artıq, lakin bir aydan çox olmayaraq, yəni N iyul 2023-cü il tarixdə saat 07:00-dan N avqust 2023-cü il tarixə saat N radələrinədək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.3cü maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N iyul 2023-cü il tarixdə saat 07:00-dan N avqust 2023-cü il tarixdə saat N radələrinədək xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. Onun hərbi hissəni özbaşına tərk etməsinə səbəb şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, N iyul 2023-cü il tarixdə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdikdən sonra yaşadığı Bərdə rayonun Cəyirli kəndinə getmişdir. O, törətdiyi əməllərin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuş, atasının səhhəti ilə əlaqədar olaraq olaraq hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamışdır. Xidmət yerini özbaşına tərk etməsinin əsas səbəbi kimi atasının ağır xəstə olması və ona qulluq etməsi olmuşdur. Hətta bununla bağlı yuxarı rəhbərliyə müraciət edərək xidmət yerini evinə yaxın ərazidə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini xahiş etmiş, bu səbəbdən onun xidmət yeri dəyişdirilmiş və hazırda N nömrəli hərbi hissədə xidmətini davam etdirir. 44 günlük Vətən Müharibəsində və antiterror tədbirlərində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, xidmət etmək arzusu var, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin X3 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N iyul 2023-cü il tarixdə saat 07:00-da hərbi hissəni özbaşına tərk etmiş və daha sonra N avqust 2023-cü il tarixdə saat 23 radələrində xidmət etdiyi hərbi hissəyə geri qayıtmışdır. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. İstintaq zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Şahid2 (məhkəmə iclasına gəlmədiyindən istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) şahid qismində verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul haqqında 31 dekabr 2021-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 5 (beş) il müddətinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2022-ci il tarixli 90 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N iyul 2023-cü il tarixli 6485 nömrəli raportdan görünür ki, hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 3-cü taqımının 2-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N iyul 2023cü il tarixdə saat 07:00-da xidmət yerinə çıxmamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2023-cü il tarixli 223 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N iyul 2023-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N avqust 2023-cü il tarixli 7605 nömrəli raportdan görünür ki, hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 3-cü taqımının 2-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N avqust 2023-cü il tarixdə saat 07:30-da xidmət yerinə qayıtmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2023-cü il tarixli 254 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 3-cü taqımının 2-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N avqust 2023-cü il tarixdə saat 07:30-da xidmət yerinə qayıtmış və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin müddətinin başlama vaxtı N iyul 2023-cü il tarixdə saat 07:00, bitmə müddəti isə onun könüllü olaraq xidmət etdiyi N nömrəli hərbi hissəyə gəldiyi gün, yəni N avqust 2023-cü il tarixdə saat 23 radələri olaraq qəbul edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2023-cü il tarixli 269 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “z” və 78-ci maddəsinin “b” bəndlərinə müvafiq olaraq N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə N sentyabr 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin komandirinin sərəncamına göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2023-cü il tarixli 261 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “z” bəndinə (ailə vəziyyətinə görə) və 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N sentyabr 2023-cü il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və həmin tarixdən şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 07 oktyabr 2023-cü il tarixli 711 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “şübhəli şəxs qismində tanınma haqqında” 31 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan medal vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xidməti xasiyyətnamənin məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. O, müsbət keyfiyyətləri ilə fərqlənmiş, özünü savadlı və işgüzar hərbi qulluqçu kimi göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN tərəfindən verilmiş sənədə əsasən Təqsirləndirilən şəxs atası X1 ikinci dərəcə əlillik təyin olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, atasının əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirli şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah edilə bilər. Ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyini, həmçinin cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun və cəzanın əvvəli aylıq pul təminatından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-37/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-37/2024
06.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver