Məhkəmə qərarları › İş №1-1(093)-38/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-38/2023

24.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-38/2023 24.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlu (sədrlik edən), Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenatı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 199N-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci S-NNNPMUN zenit-raket divizionunun radiolokasiya kəşfiyyatı bölməsinin bütün hündürlüklərdə aşkarlayan stansiyasının (96L6E) rəisi, kapitan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N, N11.N.N və NN.4, N1N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə və qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmiş və almış, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində və bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu bölüyün radiolokasiya stansiyasının baş operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN NNN1-ci ilin iyul ayının ortalarında saat 11-1N radələrində xidməti otağında təklikdə ona yaxınlaşaraq, əmisi qızı XN Bakı şəhərində keçiriləcək toy şənliyində iştirak etməklə onlara köməklik etmək məqsədilə NN iyul NNN1-ci il tarixdə onun hər hansı rəsmiləşdirilmə aparılmadan, qeyri-rəsmi qaydada xidmətə çıxmamasına, xidmət yerinə gəlməməsinə icazə verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, bölük komandiri kimi tabeliyində xidmət edən hərbi qulluqçunun ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətə buraxılması üçün hərbi hissə komandirinə müvafiq qaydada təqrirlə müraciət olunmasını təmin etməli olduğu halda, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək bu məqsədlə, aralarındakı həmin söhbət zamanı əsgər ŞahidN onun N (iki) gün müddətində qeyri-rəsmi qaydada xidmət yerinə çıxmamasına icazə verməsi müqabilində, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə 1NN (yüz) manat məbləğində pulu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər ŞahidN həmin pulu yaxın aylarda verəcəyi şərti ilə onun təklifini qəbul edərək razılaşmış və Təqsirləndirilən şəxs qeyriqanuni qaydada verdiyi icazəsi əsasında bir günlük müddətə, NN iyul NNN1-ci il tarixdə xidmət yerinə gəlməyərək əmisi qızının toy şənliyində iştirak etmiş və bunun müqabilində NNN1-ci ilin oktyabr ayı üçün şəxsi heyətin pul təminatı köçürüldükdən sonra, 19 noyabr NNN1-ci il tarixdə özünə məxsus olan «Kapital Bank»a aid 51NN N714 861N N144 №-li kartından «Birbank» köçürmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan «Kapital Bank»a aid 51NN N714 81N4 7NNN №-li karta 1NN (bir yüz) manat məbləğində pul köçürmüş və sonuncu sonrakı müddətdə həmin pulu kartdan məxaric edərək vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu bölüyün radiolokasiya stansiyasının «P18MA» RLS-in baş sürücüelektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid5 NNN1-ci ilin avqust ayının ortalarında xidmət yerinə N (iki) saat müddətinə gecikmiş və onun gecikməsinin səbəbi araşdırılarkən, əsgər Şahid5 Bakı şəhərinin Yasamal rayonu ərazisində Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə etdiyinə görə hərbi hissəyə gecikdiyini etiraf etdiyindən bununla bağlı onun barəsində hərbi hissədə şərəf məhkəməsinin keçirilməsinə və əməlinin orada müzakirə olunmasına qərar verilmişdir. Təqsirləndirilən şəxs, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək bu məqsədlə, növbəti gün NNN1-ci ilin avqust ayının ortalarında günorta saatlarında komandiri olduğu bölüyün avtoparkında olduğu zaman əsgər Şahid5 yanına çağıraraq sonuncuya barəsində yol patrul xidmətinin əməkdaşları ilə mübahisə etdiyinə görə araşdırma təyin edildiyini və hərbi hissədə keçiriləcək şərəf məhkəməsi zamanı onun yol verdiyi nöqsana görə ordu sıralarından ehtiyata buraxılması ilə bağlı qərar qəbul ediləcəyini deyərək, ehtiyata buraxılmaq istəmədiyi təqdirdə özünün vasitəsi ilə Müdafiə Nazirliyinin Hərbi X15 hücumundan müdafiə rəisinin radiotexniki qoşunlar üzrə köməkçisi, polkovnik-leytenant Şahid6 NNN-4NN (üç yüz-dörd yüz) manat məbləğində pul verməsi müqabilində onun ehtiyata buraxılmamasına nail ola biləcəyini deyərək, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Əsgər Şahid5 əməllərinin ola biləcək nəticələrindən qorxub, kapitan Təqsirləndirilən şəxs təklifini qəbul edərək həmin pulu hissə-hissə verəcəyi şərti ilə razılaşmış və ona 1NN manat məbləğində pulunun hərbi hissənin kənarında saxladığı avtomobilində olduğunu, pulu oradan götürüb kapitan Təqsirləndirilən şəxs istifadəsində olan «Kia” markalı, “Sorento” modelli avtomobilinə qoya biləcəyini sonuncuya bildirib, ondan avtomobilin açarını almış həmin gün günorta saatlarında 1NN manat məbləğində pulu kapitan Təqsirləndirilən şəxs avtomobilinin sürücünün sağ tərəfində yerləşən “qoltuqaltı” nahiyədə yerləşən saxlanc yerinə qoymuş və avtomobilin açarını kapitan Təqsirləndirilən şəxs qaytarmışdır. Kapitan Təqsirləndirilən şəxs ondan polkovnik-leytenant Şahid6 vermək adı ilə 1NN (yüz) manat məbləğində pulu qəbul edərək həmin pulu ələ keçirib verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməmiş, barəsində keçirilmiş şərəf məhkəməsi zamanı isə əsgər Şahid5 kapitan Təqsirləndirilən şəxs hər hansı müdaxiləsi və təsiri olmadan etdiyi əmələ görə intizam qaydasında cəzalandırılmışdır. Həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin Qoşun Xidməti rəisi, polkovnik-leytenant X1N NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında komandiri olduğu bölüyün radiolokasiya stansiyasının baş operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər ŞahidN istifadəsi hərbi hissənin ərazisində qadağan edilmiş smartfon tipli mobil telefon aşkar edərək, həmin telefonu bu barədə əsgər ŞahidN barəsində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi üçün yuxarı komandanlığa məruzə etməsi məqsədi ilə bölüyün ərazisində kapitan Təqsirləndirilən şəxs təqdim etmişdir. Polkovnik-leytenant A.İ.Həmzəyev hərbi hissədən getdikdən sonra əsgər ŞahidN həmin gün saat 16 radələrində kapitan Təqsirləndirilən şəxs onun xidməti iş otağında təklikdə yaxınlaşaraq telefonunu qaytarmasını xahiş etmiş və bu zaman kapitan Təqsirləndirilən şəxs, bölük komandiri kimi tabeliyində xidmət edən hərbi qulluqçunun yol verdiyi intizam pozuntusu barədə hərbi hissə komandirinə müvafiq qaydada təqrirlə məruzə etməli olduğu halda, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə aralarındakı həmin söhbət zamanı ilk öncə əsgər ŞahidN istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətməsi və həmin telefonun polkovnik-leytenant A.İ.Həmzəyev tərəfindən onda aşkar edilməsi barədə hərbi hissə komandanlığına məruzə edəcəyini, nəticədə onun ordu sıralarından tərxis ediləcəyini bildirmiş, daha sonra isə ona NNN (üç yüz) manat məbləğində pul verəcəyi təqdirdə bu barədə heç kimə məruzə etməyəcəyini və həmin faktı komandanlıqdan gizlədəcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Əsgər ŞahidN həmin məbləğdə pulunun olmadığını bildirib onunla 15N (yüz əlli) manat məbləğində pul verməyə dair razılaşmış və Təqsirləndirilən şəxs aralarındakı sövdələşməyə əsasən, əsgər ŞahidN istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətməsi və həmin telefonun polkovnik-leytenant A.İ.Həmzəyev tərəfindən onda aşkar edilməsi barədə yuxarı komandanlığa məruzə etməyərək, həmin mobil telefonunu elə həmin vaxt əsgər ŞahidN qaytarmış və həmin ayın ortalarında günorta saatlarında sonuncu 15N (yüz əlli) manat məbləğinlə pulu xidməti iş otağında təklikdə ona verdikdə kapitan Təqsirləndirilən şəxs həmin pulu qəbul edib təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu bölüyün maddi-texniki təminat tağımının sürücü-elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında xidməti iş otağında ona təklikdə yaxınlaşaraq bölüyün 5N84MA radiolokasiyasının operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid8 ilə birlikdə vizual müşahidə postuna xidmətə təyin olunmaq istədiklərini bildirib onları həmin döyüş postuna təyin etməsini xahiş etmişdir.Kapitan Təqsirləndirilən şəxs, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının 16 dekabr NN19-cu il tarixli, NNN5 №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin radiotexniki, kəşfiyyat və radioelektron mübarizə (REM) bölmələrində döyüş növbətçiliyinin təşkili və aparılması üzrə» Təlimatına əsasən, döyüş heyətinə təyin olunacaq şəxsi heyətin cədvəli bölük komandiri kimi onun tərəfindən təsdiq olunduğundan, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə əsgər Şahid9 onun və əsgər Şahid8 vizual müşahidə postuna xidmətə təyin edilmələri müqabilində hər birindən 1NN (bir yüz) manat məbləğində pul olmaqla ümumilikdə NNN (iki yüz) manat məbləğində pulu təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər Şahid9 bununla bağlı elə həmin gün əsgər Şahid8la məsləhətləşib razılığını alaraq elə həmin gün bir neçə saat sonra yenidən kapitan Təqsirləndirilən şəxs xidməti iş otağına gələrək orada təklifini qəbul etdiklərini bildirmiş və NNN1-ci ilin oktyabr ayı üçün şəxsi heyətin pul təminatı köçürüldükdən sonra, əsgər Şahid9 NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında kapitan Təqsirləndirilən şəxs xidməti otağına daxil olaraq orada ona təklikdə özünün və əsgər Şahid8 adından hər biri 1NN (bir yüz) manat olmaqla ümumilikdə NNN (iki yüz) manat məbləğində pul vermiş və kapitan Təqsirləndirilən şəxs həmin pulu qəbul etməklə təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almış, daha sonra aldığı rüşvətin müqabilində NNN1-ci ilin oktyabr-dekabr ayları ərzində əsgər Şahid9 19 (on doqquz) dəfə, əsgər S.İ.Muradovu isə N (iki) dəfə vizual müşahidə postuna xidmətə təyin etmişdir. Həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Təqsirləndirilən şəxs NNN1-ci ilin noyabr ayının əvvəllərində, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhərinin Zirə qəsəbəsinin ərazisində yerləşən “Zirə-7” hərbi şəhərciyinin xarici su təmirçi çilingər vəzifəsində xidmət edən, mülki işçisi vətəndaş Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən kafelərin birində aralarındakı söhbət zamanı sonuncunun arvadı ŞahidN, bunun üçün onun heç bir qanuni əsasları olmadığı halda, xəstəliyə görə əmək pensiyasının təyin olunmasına nail olmaq istədiyini bilib, hər hansı şəxsə əmək pensiyasının təyin olunmasını təşkil və ya təmin etməyə heç bir səlahiyyətlərinin və real imkanlarının olmadığı halda, yaranmış vəziyyətdən istifadə edib özgənin əmlakını qanunsuz ələ keçirməklə varlanmaq qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən adını və rütbəsini demədiyi tanışının köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 9NNN (doqquz min) manat məbləğində pul verilməsi müqabilində arvadı ŞahidN bunun üçün onun heç bir qanuni əsasları olmadığı halda, xəstəliyə görə əmək pensiyasının təyin olunmasını təşkil və təmin edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs onun dediklərinə inanıb təklifini qəbul etsə də, maddi imkanı yol vermədiyinə görə, yalnız 6NNN (altı min) manat məbləğində pul verə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməyərək, aralarındakı sövdələşməyə əsasən, NNN1-ci ilin noyabr ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Zərərçəkmiş şəxslə təklikdə görüşərək orada sonuncudan 4NNN (dörd min) manat məbləğində pul alaraq onunla qalan NNNN (iki min) manat məbləğində pulu sonradan alacağına dair razılaşmış və ona yaxın müddət ərzində arvadı ŞahidN xəstəliyə görə əmək pensiyasının təyin olunacağına dair yalan vəd verib verdiyi vədin icrası ilə bağlı sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası CM-nin 178.N.N, N11.N.N və NN.4, N1N.N-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, NN11-ci ilin iyun ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirib leytenant hərbi rütbəsi almış, NNNN-ci ilin may ayından isə N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində xidmət edir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər ŞahidN, Şahid5, Şahid9, Şahid8 və Zərərçəkmiş şəxs həmin bölmədəki xidmət dövründə tanımışdır. Onlarla münasibətləri xidməti olmuş, düşmənçilik və ədavətləri olmamışdır. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN NN iyul NNN1-ci il tarixdə əmisi qızının toyunda iştirak etmək üçün icazə verdiyini xatırlamır, ŞahidN toyda iştirak etmək üçün icazə verməsi qarşılığında ondan 1NN (yüz) manat məbləğində pul istəməmiş, o cümlədən də bu məqsədlə ona hər hansısa bir məbləğdə pul verməmişdir. NNN1-ci ilin noyabr ayının ortalarında onun borc pula ehtiyacı olduğuna görə ŞahidN 1NN manat məbləğində borc pul istəmiş, ŞahidN də onun istifadəsində olan “Kapital bank”a məxsus 51NN N714 81N4 7NNN nömrəli bank kartına həmin məbləği göndərmişdir. ŞahidN həmin borc olaraq aldığı 1NN manat pulu qaytarmışdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid5 yolpatrul xidmətinin əməkdaşları ilə mübahisə etməsi səbəbindən hərbi hissədə keçiriləcək “şərəf məhkəmə”sində tərxis edilməməsi üçün Müdafiə Nazirliyinin Hərbi X15 hücumundan müdafiə rəisinin radiotexniki qoşunlar üzrə köməkçisi, polkovnik-leytenant Şahid6 vermək adı ilə NNN-4NN (üç yüz-dörd yüz) manat məbləğində pul istəməmişdir. Bu məqsədlə Şahid5 ona hər hansısa bir məbləğdə pul verməmiş, ümumiyyətlə hər hansı məqsədlə Şahid5 pul istəməmiş və almamışdır. NNN1-ci ilin oktyabr ayının ortalarında Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin Qoşun Xidməti rəisi, polkovnik-leytenant X1N tərəfindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər ŞahidN bölmənin ərazisində smartfon tipli mobil telefon aşkar edərək, həmin mobil telefonu ona vermiş və bu barədə hərbi hissəyə məlumat verməsini bildirmişdir. Lakin sonra əsgər ŞahidN xalası oğlu olan bölmənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid4 onun xidməti otağına gələrək polkovnikleytenant A.İ.Həmzəyevdən xahiş etdirdiyini, razılıq verdiyini deyərək ondan ŞahidN barəsində yuxarı komandanlığa məruzə etməməsini xahiş etmişdir. O, bu barədə polkovnik-leytenant A.İ.Həmzəyev ilə zəng edib heç bir dəqiqləşdirmə aparmadığı halda əsgər ŞahidN təklikdə onun xidməti otağına daxil olduqda telefonu qaytarmışdır. Polkovnik-leytenant A.İ.Həmzəyevlə dəqiqləşdirmə aparmağa ehtiyac görməmişdir. O, ŞahidN yuxarı komandanlığa məruzə edilməməsi üçün hər hansısa bir məbləğdə pul almamış, ümumiyyətlə, hər hansı məqsədlə ondan pul istəməmiş və almamışdır. Eləcə də, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid9 və Şahid8 NNN1-ci ilin oktyabr ayında onun tərəfindən həmin əsgərlərin vizual müşahidə postuna xidmətə təyin edilmələri üçün hər hansı məbləğdə, o cümlədən hər birindən 1NN manat olmaqla, ümumilikdə NNN (iki yüz) manat məbləğində pulu Şahid9 vasitəsilə istəməmiş və almamışdır. Bu şəxsləri vizual müşahidə postuna həmin vaxt şəxsi heyət arasında çatışmazlıq olmasına görə təyin etmişdir. Əsgər Şahid9 NNN manat məbləğində borc pul almış, sonradan həmin pulu Cavidin atası Şahid1N qaytarmışdır. 14-cü bölüyün mülki işçisi Zərərçəkmiş şəxs arvadı ŞahidN pensiya düzəltmək adı ilə 9.NNN manat məbləğində pul istəməmiş, aralarında bu məqsədlə 6.NNN manat məbləğində pula razılıq olmamışdır. O, bu məqsədlə 4.NNN (dörd min) manat məbləğində pul almamışdır. O, anası X11 pensiya düzəltmək üçün Zərərçəkmiş şəxs 4.NNN (dörd min) manat məbləğində pulu borc olaraq almış və anasının pensiya məsələsini həll edəcəyi təqdirdə, Ramizə köməklik edəcəyini bildirmişdir. O, anasının pensiya alması üçün köməklik edə bilən şəxs tapmadığına görə sonradan Zərərçəkmiş şəxs arvadına da pensiya almaq üçün köməklik edə bilməmiş, sonradan Zərərçəkmiş şəxs aldığı pulları qaytarmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək müxtəlif epizodlarda bir-birini təkzib edən ifadələr versə də, bu ifadələr həm ayrı-ayrılıqda, həm də zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən müəyyən olunur ki, nəticə etibarı ilə cəm şəkildə həmin ifadələr bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmaqla onun ifadəsinin özünümüdafiə xarakteri daşımasına dəlalət edir. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 14-cü bölüyündə su xətti üzrə çilingər vəzifəsində mülki işçi kimi işləyir. Kapitan Təqsirləndirilən şəxs 14-cü bölüyə komandir vəzifəsinə təyin olunduğu zamandan tanımışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olmuş arvadı ŞahidN NNN1-ci ildə sağlamlığında yaranmış problemlərə görə ehtiyata buraxılmışdır. Ona xəstəliklə əlaqədar təqaüdə çıxmasına görə pensiya müəyyən edilmədiyindən arvadı ŞahidN xəstəliklə əlaqədar ehtiyata buraxıldığına görə pensiya müəyyən edilməsi üçün kimlərinsə köməyindən istifadə etmək istəmişdir. NNN1-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən adını xatırlamadığı kafelərdən birində kapitan Təqsirləndirilən şəxs ilə oturub söhbət edən zaman, arvadının xəstəliyə görə ehtiyata buraxılmasına baxmayaraq, təqaüd almadığını, arvadının təqaüd almasına kömək edə biləcək şəxs axtardığını demişdir. Kapitan Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışın olduğunu, həmin şəxsin vasitəsi ilə arvadı ŞahidN təqaüd təyin etdirə biləcəyini demişdir. Ondan 9NNN (doqquz min) manat məbləğində pul istəyərək, guya həmin pulu həmin vəzifəli şəxsə verəcəyini bildirmişdir. O, kapitan Təqsirləndirilən şəxs bu məsələnin həlli məqsədilə 7NNN manat pul verə biləcəyini bildirmiş və kapitan Təqsirləndirilən şəxs də onun razılaşmışdır. Bu söhbətdən bir həftə sonra, NNN1-ci ilin noyabr ayında N nömrəli hərbi hissənin 14-cü bölüyündə, kapitan Təqsirləndirilən şəxs ilə otağında onunla söhbət edən zaman ona arvadı ŞahidN təqaüd düzəldilməsi məqsədilə 7NNN manat deyil, 6NNN manat məbləğində pul verə biləcəyini demişdir. Kapitan Təqsirləndirilən şəxs də onu bu təklifi ilə razılaşmışdır. NNN1-ci ilin noyabr ayının ortalarında saat 14-15 radələrində kapitan Təqsirləndirilən şəxs ilə aralarında olan razılığa əsasən 6NNN (altı min) manat məbləğində pulun 4NNN (dörd min) manatını vermək məqsədilə arvadı ŞahidN ilə birlikdə istifadəsində olan “Kia” markalı, “Sorento” modelli avtomobillə kapitan Təqsirləndirilən şəxs evinin yaxınlığına, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinə getmişdir. Kapitan Təqsirləndirilən şəxs ilə görüşərək 4NNN (dörd min) manat məbləğində pulu ona vermiş, qalan NNNN (iki min) manat məbləğində pulu isə düzəldib verəcəyini bildirmişdir. Onlar avtomobildən kənarda söhbət etdiklərindən bütün bu hadisələrin gedişatını arvadı ŞahidN da görmüşdür. Kapitan Təqsirləndirilən şəxs narahat olmamasını, 4 (dörd) ay müddətində arvadı ŞahidN təqaüd məsələsinin həll olunacağını bildirmişdir. NNNN-ci ilin fevral ayına kimi kapitan Təqsirləndirilən şəxs qeyd edilən məsələnin üzərində iş getdiyi barədə vədləri ilə gözlədikdən sonra arvadı ŞahidN təqaüd məsələsi alınmadığına görə ona verdiyi 4NNN (dörd min) manat məbləğində pulu qaytarmasını tələb etmişdir. Kapitan Təqsirləndirilən şəxs pulu məsələni düzəldən şəxsə verdiyini, ondan alıb qaytaracağını bildirmişdir. Kapitan Təqsirləndirilən şəxs NNNN-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinin ərazisində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında onunla görüşərək N8NN (iki min səkkiz yüz) manat məbləğində pulu qaytarmış, qalan pula hissəsini isə bir qədər sonra verəcəyini bildirmişdir. Bu hadisəni onunla birlikdə kapitan Təqsirləndirilən şəxs ilə görüşə gedən tanışı Şahid1 da avtomobildə oturduğundan görmüşdür. Kapitan Təqsirləndirilən şəxs pulun qalan hissəsini isə yalnız barəsində cinayət işi başlanıldıqdan sonra, NNNN-ci ilin iyul ayının ortalarında N nömrəli hərbi hissənin 14-cü bölüyünün dislokasiya olunmuş ərazisində tam şəkildə ona qaytarmışdır. Hazırda kapitan Təqsirləndirilən şəxs qarşı hər hansı iddia və tələbi yoxdur, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verdi. ŞahidN Zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək göstərdi ki, kapitan Təqsirləndirilən şəxs qiyabi olaraq əri Zərərçəkmiş şəxs bölük komandiri kimi tanımış, real tanışlığı olmamışdır. NNN1-ci ilin noyabr ayının əvvəllərində əri Zərərçəkmiş şəxs ona pensiya düzəltmək üçün kapitan Təqsirləndirilən şəxs ilə danışdığını, müvafiq dövlət orqanında yüksək vəzifədə işləyən qohumunun olduğunu, həmin şəxs vasitəsilə ona pensiya düzəldə biləcəyini demişdir. Bu məqsədlə ilkin olaraq 9NNN manat məbləğində pul istədiyini, lakin qarşılıqlı olaraq bu məsələni həll etmək üçün 7NNN manata razılaşdıqlarını bildirmişdir. Lakin o, kapitan Təqsirləndirilən şəxs 7NNN manat deyil, cəmi 6NNN manat pul verə biləcəyini deyərək bu barədə onun özü ilə yenidən danışacağını demişdir. Zərərçəkmiş şəxs NNN1-ci ilin noyabr ayının ortalarında kapitan Təqsirləndirilən şəxs ilə danışdığını, pensiya təyin etdirmək üçün 6NNN manata razılaşdığını deyərək həmin puldan 4NNN manatını kapitan Təqsirləndirilən şəxs vermək üçün onunla birlikdə getməsini xahiş etmişdir. O, əri Zərərçəkmiş şəxslə birlikdə NNN1-ci ilin noyabr ayının ortalarında ailələrinə məxsus avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisinə, kapitan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Oraya çatdıqdan sonra Zərərçəkmiş şəxs avtomobildən düşərək orada kapitan Təqsirləndirilən şəxs ilə görüşüb pulu ona vermiş, o isə avtomobildən onları görmüşdür. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs qayıdaraq ona 4NNN manat məbləğində pulu kapitan Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Kapitan Təqsirləndirilən şəxs ona pensiya düzəltmək üçün möhlət olaraq istədiyi dörd aydan sonra onlar heç bir hərəkət etmədiyini görüb, aldığı pulu ələ keçirdiyini başa düşmüşlər. Kapitan Təqsirləndirilən şəxs qanunsuz əməlləri haqqında hərbi hissədə araşdırma təyin edildikdən sonra bu fakt barədə Zərərçəkmiş şəxs də şikayət etmiş, yalnız bundan sonra NNNN-ci ilin mart və iyul ayında kapitan Təqsirləndirilən şəxs pulu hissə-hissə olmaqla onlara qaytarmışdır. ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, o, NNN1-ci ilin mart ayının ortalarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu” kursunu bitirərək əsgər hərbi rütbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün 5N84MA RLS-in baş operatoru vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətini davam etdirir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün sabiq komandiri, kapitan Təqsirləndirilən şəxs həmin hərbi hissədə hərbi xidmət dövründə tanımışdır. NNN1-ci ilin iyul ayının ortalarında saat 11-1N radələrində xidmət apardığı bölüyün inzibati binasında bölük komandiri olan kapitan Təqsirləndirilən şəxs xidməti otağında ona yaxınlaşaraq NN iyul NNN1-ci il tarixdə Bakı şəhərində keçiriləcək əmisi qızı XN toy şənliyində iştirak etmək üçün ondan iki günlük icazə istəmişdir. Kapitan Təqsirləndirilən şəxs iki günlük icazə verməyi qarşılığında ondan 1NN (yüz) manat məbləğində pul istəmişdir. Orada yalnız ikisi olmuşdur. O, əlacsızlıqdan kapitan Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış, lakin ona hazırda maddi problemlərinin olduğunu, yaxın aylarda həmin maddi problemlərini həll edib, iki günlük buraxılışa buraxmağı qarşılığında istədiyi 1NN (yüz) manat məbəğində pulu ona verəcəyinə dair vəd vermiş, kapitan Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Kapitan Təqsirləndirilən şəxs razılığı ilə o, NN iyul NNN1-ci il tarixdə toy şənliyində iştirak etmək üçün həmin gün saat N8:NN-da işə getməmişdir. Bir neçə saat sonra kapitan Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrədən ona zəng edərək, şəxsi heyətin çatışmadığını bildirib, toy şənliyində iştirak edərək növbəti gün, N1 iyul NNN1-ci il tarixdə səhər saatlarında işə gəlməsini tapşırmışdır. O, toy şənliyində iştirak etdikdən sonra növbəti gün, N1 iyul NNN1-ci il tarixdə saat N8:NN-da xidmət yerinə gedərək, üzərinə düşən vəzifələrin icrasına başlamışdır. NN iyul NNN1-ci il tarixdən 19 noyabr NNN1-ci il tarixə kimi olan müddət ərzində kapitan Təqsirləndirilən şəxs hər ay aylıq əmək haqqları kartlarına köçürülən zaman onu bir günlük buraxılışa göndərdiyi üçün razılaşdıqları həmin 1NN manat pulu istəmiş, o da maddi problemləri olduğuna görə hər dəfə kapitan Təqsirləndirilən şəxs pulu növbəti ay verəcəyini demişdir. NNN1-ci ilin noyabr ayında kapitan Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital Bank”-a məxsus bank kartının şəklini onun istifadəsində olan mobil telefonundakı “w.app” mobil tətbiqinə göndərmiş, və o, toy şənliyində iştirak etmək üçün NN iyul NNN1-ci il tarixdə bir günlük buraxılışa buraxmağı qarşılığında ondan istədiyi 1NN (yüz) manat məbləğində pulu istifadəsində olan “Kapital Bank”a məxsus 51NN N714 861N N144 nömrəli bank kartından kapitan Təqsirləndirilən şəxs istifadəsində olan “Kapital Bank”a məxsus 51NN N714 81N4 7NNN №-li bank kartına göndərmişdir. O, NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında gün növbətçisi olaraq bölüyün nəzarət-buraxılış məntəqəsində xidmət aparan zaman Hərbi Hava Qüvvələrinin Qoşun Xidmət rəisi, polkonik-leytenant Altay Həmzəyev bölüyün dislokasiya ərazisinə gələrək onun istifadəsində olan “Redmi note 1N” markalı smartfon tipli mobil telefonunu növbətçi otağında aşkar edərək götürüb bölmənin inzibati binasına getmişdir. Təxminən bir saat ərzində polkovnik-leytenant Altay Həmzəyev bölüyün ərazisində olduqdan sonra bölüyün ərazisini tərk etməklə nəzarət-buraxılış məntəqəsindən çıxarkən ona mobil telefonu bölük komandiri, kapitan Təqsirləndirilən şəxs verdiyini bildirərək getmişdir. Polkovnik-leytenant Altay Həmzəyev getdikdən sonra o, həmin gün saat 16 radələrində kapitan Təqsirləndirilən şəxs bölüyün ərazində yaxınlaşmış, o, da ona qısa müddət sonra xidməti otağına gəlməsini bildirmişdir. O, qısa vaxt sonra kapitan Təqsirləndirilən şəxs xidməti otağında ona yaxınlaşaraq mobil telefonunu istəmişdir. Kapitan Təqsirləndirilən şəxs onun smartfon tipli mobil telefon işlətməsi barədə yuxarı komandanlığa məlumat verməli olduğunu, bu məsələyə görə isə onu ordu sıralarından tərxis edəcəklərini demişdir. O, kapitan Təqsirləndirilən şəxs smartfon tipli mobil telefon işlətməsi barədə yuxarı komandanlığa məlumat verməməsini, ordu sıralarından tərxis olunmaq istəmədiyini bildirmişdir. Buna cavab olaraq kapitan Təqsirləndirilən şəxs onun smartfon tipli mobil telefon işlətməsi barədə yuxarı komandanlığa məruzə etməməsi qarşılığında, NNN (üç yüz) manat məbləğində pul verməli olduğunu, həmin pulu guya hərbi hissənin yuxarı komandanlığından kiməsə verəcəyini demişdir. Kapitan Təqsirləndirilən şəxs NNN manat məbləğində pulunun olmadığını, maddi problemləri olduğundan bu məqsədlə yalnız 15N (yüz əlli) manat verə biləcəyini dedikdə, kapitan Təqsirləndirilən şəxs onunla razılaşmış və elə həmin günün sonunda mobil telefonunu ona qaytarmışdır. Bir neçə gün sonra NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında o, 15N (yüz əlli) manat məbləğində pulu kapitan Təqsirləndirilən şəxs xidməti otağında vermişdir. Fakt barədə yuxarı komandanlığa raport yazmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid9 və Şahid8 vizual müşahidə postuna döyüş növbətçiliyinə xidmətə təyin edilmələri üçün kapitan Təqsirləndirilən şəxs onlardan pul alaraq həmin xidmətə yazmasından şübhələnmişdir. Bununla bağlı araşdırma aparılmağa başlandığı zaman isə bu fakt öz təsdiqini tapmış, lakin o, kapitan Təqsirləndirilən şəxs həmin əsgərlədən nə qədər pul aldığını bilməmişdir. Şahid4 məhkəməyə ifadə verərək göstərdi ki, o, NN18-ci ilin sentyabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün rabitə və idarəetmə tağımının idarəetmə manqasının planşetçi-telefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət edir. Kapitan Təqsirləndirilən şəxs Arif oğlunu hərbi xidmət dövründə tanımışdır. NNN1-ci ilin oktyabr ayının əvvəllərində kapitan Təqsirləndirilən şəxs ondan avtomobilini təmir etdirmək üçün NNN manat məbləğində borca pul almış, bir neçə gün sonra verəcəyini bildirmişdir. Bir neçə gündən sonra kapitan Təqsirləndirilən şəxs pulu qaytarmadıqda bölmənin ərazisində ona yaxınlaşaraq pulu qaytarmasını xahiş etmişdir. Kapitan Təqsirləndirilən şəxs ona bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid9 və Şahid8 vizual müşahidə postuna xidmətə təyin etdiyinə görə onların hər birinin ona 1NN (yüz) manat, olmaqla ümumilikdə NNN manat məbləğində pul verməli olduqlarını, bir neçə günə həmin pulu onlardan alıb borcunu verəcəyini demişdir. Növbəti gün, kapitan Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Şahid9 NNN manat məblğində pulu gətirdiyini bildirib, həmin pulu ona verərək borcunu qaytarmışdır. Xalası oğlu olan N nömrəli hərbi hissənin 14-cü bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X14 ona NNN1-ci ilin iyul ayında əmisi qızının toyunda iştirak etmək üçün kapitan Təqsirləndirilən şəxs icazə istədiyini, onun toyda iştirak etməyə icazə vermək üçün 1NN manat pul istədiyini, nəticədə həmin pulu kapitan Təqsirləndirilən şəxs verdiyinə görə ona toyda iştirak etmək üçün icazə verdiyini demişdir. NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında döyüş növbəsində olan zaman əsgər ŞahidN istifadəsində olan mobil telefona zəng edərək Hərbi Hava Qüvvələri rəisinin Qoşun Xidmət rəisi, polkovnik-leytenant X1N tərəfindən smartfon tipli mobil telefonunun aşkar edilərək götürüldüyünü, sonuncunun mobil telefonu kapitan Təqsirləndirilən şəxs təhvil verdiyini deyib ondan telefonunun qaytarılması üçün köməklik etməsini xahiş etmişdir. Əsgər ŞahidN ilə telefon danışığından bir neçə dəqiqə sonra kapitan Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq xalası oğlu əsgər ŞahidN smartfon tipli mobil telefonu bölmənin ərazisində istifadə edən zaman yuxarı komandanlıq tərəfindən aşkar edildiyini, əsgər ŞahidN NNN manat məbləğində pul verəcəyi halda sonuncunun smartfon tipli mobil telefon işlətməsi barədə yuxarı komandanlığa raportla müraciət etməyəcəyini bildirmişdir. O, kapitan Təqsirləndirilən şəxs pul məsələlərinə onu daxil etməməsini, öz problemlərini özlərinin həll etməsini demiş və kapitan Təqsirləndirilən şəxs ilə sağollaşmışdır. Sonradan ona məlum olmuş ki, kapitan Təqsirləndirilən şəxs əsgər ŞahidN smartfon tipli mobil telefon işlətməsi barədə yuxarı komandanlığa raport yazmaması və mobil telefonu qaytarması qarşılığında ondan 15N (yüz əlli) manat məbləğində pul almışdır. Şahid5 məhkəməyə ifadə verərək göstərdi ki, o, NN19-cu ilin dekabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının P18MA RLS sürücü-elektriki vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etməyə başlamışdır. Kapitan Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır. O, NNN1-ci ilin avqust ayının ortalarında yol patrul xidmətinin əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparıldığına görə aralarında mübahisə yaranmış, bu fakt barədə kapitan Təqsirləndirilən şəxs hərbi hissə komandanlığına məlumat vermişdir. Avtomobilini cərimə meydançasından çıxartdıqdan sonra o, növbəti gün xidmət yerinə getmişdir. Həmin gün günorta saatlarında kapitan Təqsirləndirilən şəxs onu avtomobil parkına çağırtdırmışdır. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid7la birlikdə kapitan Təqsirləndirilən şəxs yanına getmişdir. Kapitan Təqsirləndirilən şəxs avtomobil parkında ona əsgər Şahid7 yanında baş vermiş hadisə barədə yuxarı komandanlığa məlumat verdiyini, onu Ordu sıralarından tərxis edəcəklərini, tərxis olunmaq istəmədiyi təqdirdə onun vasitəsilə Müdafiə Nazirliyinin Hərbi X15 hücumundan müdafiə rəisinin radiotexniki qoşunlar üzrə köməkçisi, polkovnik-leytenant Şahid6 NNN-4NN manat məbləğində pul verməli olduğunu, həmin pulun ona çatacağını demişdir. O, kapitan Təqsirləndirilən şəxs ilə bu məsələnin həlli üçün NNN (üç yüz) manat məbləğində pula razılaşmış və avtomobilində saxladığı 1NN (yüz) manat məbləğində pulu kapitan Təqsirləndirilən şəxs vermək məqsədilə ondan istifadəsində olan avtomobilin açarı götürmüşdür. O, bölmənin ərazisini tərk edərək avtomobil dayanacağında olan avtomobilində saxladığı 1NN manat pulu götürüb, kapitan Təqsirləndirilən şəxs dayanacaqda saxladığı istifadəsində olan «Kia” markalı, “Sorento” modelli, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili açaraq sürücünün sağ tərəfində qoltuqaltı nahiyədə olan saxlancına 1NN (yüz) manat məbləğində pulu qoymuşdur. Avtomobilin qapılarını bağlayaraq açarı kapitan Təqsirləndirilən şəxs qaytarmış və pulu qoyduğu yeri bildirmişdir. Bir müddət sonra o, hərbi hissə komandanlığı tərəfindən hərbi hissənin qərargahının yerləşdiyi Salyan rayonuna çağırıldıqda kapitan Təqsirləndirilən şəxs yaxınlaşaraq hansı səbəbdən qərargaha çağırıldığını soruşmuş, sonuncu ona tərxis edilməməsi üçün yuxarı komandanlığa verməli olduğu NNN (üç yüz) manat puldan cəmi 1NN manat verdiyini, NNN manat pulu vermədiyini, ona görə də çağırıldığını, barəsində “şərəf məhkəməsi” keçiriləcəyini və ordu sıralarından tərxis ediləcəyini demişdir. Kapitan Təqsirləndirilən şəxs əmək haqqı aldığı zaman qalan NNN manatı da verə biləcəyini desə də, sonuncu buna əhəmiyyət verməmişdir. Növbəti gün, o Salyan rayonuna hərbi hissənin qərargahına getmiş, orada barəsində keçirilən “şərəf məhkəməsi”ndə ona “töhmət” intizam cəzası verilmişdir. O, barəsində keçiriləcək “şərəf məhkəməsi”ndə iştirak etmək üçün hərbi hissənin qərargahına gedən zaman kapitan Təqsirləndirilən şəxs tərəfindən haqqında tərtib edilmiş xasiyyətnamədən mənfi cəhətdən xarakterizə olunduğunu görsə də, sonuncu barəsində müsbət xasiyyətnamə verdiyini ona demişdir. Bu səbəbdən də, kapitan Təqsirləndirilən şəxs tərxis olunmamaq üçün söz verdiyi qalan NNN (iki yüz) manat məbləğində pulu verməmişdir. NNNN-ci ilin mart ayında kapitan Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə araşdırma başlanıldıqdan sonra polkovnik-leytenant Şahid6 də oraya gəlmiş və həmin vaxt sonuncu ilə söhbəti zamanı ona məlum olmuşdur ki, kapitan Təqsirləndirilən şəxs polkovnik-leytenant Şahid6 adından istifadə edərək ondan NNN manat məbləğində pul istəyərək 1NN manat məbləğində pulu aldatma yolu ilə almışdır. Polkovnik-leytenant Şahid6 kapitan Təqsirləndirilən şəxs yanına çağıraraq onun adından pul almasına və adından istifadə etməsinə görə tənbeh edib, öz etirazını bildirmişdir. Şahid6 məhkəməyə ifadə verərək göstərdi ki, kapitan Təqsirləndirilən şəxs və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid5 hərbi xidmət dövründə tanımışdır. Kapitan Təqsirləndirilən şəxs NNN1-ci ilin avqust ayında otağında olan daxili xidməti nömrəsinə zəng edərək, MAHHXHQ-su əsgər Şahid5 idarə etdiyi avtomobilin konstruksiya dəyişikliyi etdiyinə görə Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisəsi yarandığını bildirmişdir. O, da kapitan Təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Şahid5 şərəf məhkəməsinə çıxarılması üçün sənədlərini toplayıb göndərməsini tapşırmışdır. Sonradan ona məlum olmuş ki, əsgər Şahid5 barəsində şərəf məhkəməsi keçirilmiş və ona “töhmət” intizam cəzası elan edilmişdir. NNNN-ci ilin mart ayında N nömrəli hərbi hissənin 14-cü bölüyündə baş vermiş qanunsuzluqlar araşdırılan zamanı ona məlum olmuşdur ki, kapitan Təqsirləndirilən şəxs ona vermək adı ilə əsgər Şahid5 pul istəyərək almışdır. O, əsgər Şahid5 yanına çağırtdıraraq ondan həmin məsələ barədə ətraflı soruşmuş, o, NNN1-ci ilin avqust ayında yol patrul xidmətinin əməkdaşları ilə mübahisə etdiyinə görə xidmətdən tərxis edilməməsi üçün kapitan Təqsirləndirilən şəxs ona vermək adı ilə NNN-4NN manat məbləğində pul istədiyini, NNN manata razılaşdıqlarını, həmin puldan cəmi 1NN manat pulu kapitan Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. O, kapitan Təqsirləndirilən şəxs yanına çağırtdırıb ona öz etirazını bildirmiş, kapitan Təqsirləndirilən şəxs isə heç bir cavab verməmişdir. Şahid7 məhkəməyə ifadə verərək göstərdi ki, kapitan Təqsirləndirilən şəxs Arif oğlunu hərbi xidmət dövründə tanımışdır. NNN1-ci ilin avqust ayının ortalarında günorta saatlarında kapitan Təqsirləndirilən şəxs bölüyün ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid5 yanına çağırmışdır. O, da sonuncu ilə kapitan Təqsirləndirilən şəxs yanına getmişdir. Kapitan Təqsirləndirilən şəxs Şahid5 bir gün əvvəl yol patrul xidmətinin əməkdaşları ilə müabhisə etməsi faktı ilə bağlı hərbi hissə komandanlığına məlumat verdiyini, barəsində müvafiq tədbir görüləcəyini deyərək, ordu sıralarından yol verdiyi pozuntuya görə tərxis olunmaq istəmədiyi təqdirdə, NNN-4NN manat məbləğində pul verməli olduğunu, həmin pulu yuxarı komadanlığa çatdıracağını, yalnız bundan sonra tərxis edilməyəcəyini, habelə barəsində olan xidməti xasiyyətnaməni də müsbət yazacağını bildirmişdir. Şahid5 isə ona NNN manat pul verə biləciyini demiş və onlar razılaşmışlar. Şahid5 həmin gün avtomobilində saxladığı 1NN manat məbləğində pulu kapitan Təqsirləndirilən şəxs vermiş, NNN manatı isə yaxın günlərdə verəcəyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Şahid5 qalan NNN manat pulu kapitan Təqsirləndirilən şəxs verməmişdir. Şahid8 məhkəməyə ifadə verərək göstərdi ki, o, NN19-cu ilin dekabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya stansiyasının (5N84MA) operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət edir. Kapitan Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır. NNN1-ci ilin oktyabr ayının əvvəllərində axşam saatlarında kapitan Təqsirləndirilən şəxsn istifadəsində olan «Kia” markalı, “Sorento” modelli avtomobil ilə yolda olan zaman ailə vəziyyətinə görə ondan bir neçə dəfə icazə aldığını deyib, tez-tez icazə almaması üçün onu vizual müşahidə postuna döyüş növbətçiliyinə xidmətə təyin etməsini xahiş etmişdir. Vizual müşahidə postunda hərbi qulluqçular N4 saat xidmət apardıqdan sonra növbəti gün xidmətdən azad olunaraq evində istirahət edir. Kapitan Təqsirləndirilən şəxs həmin vaxt çalışıb onu həmin xidmətə yazacağını demişdir. Bundan bir neçə gün sonra, NNN1-ci ilin oktyabr ayının əvvəllərində bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 ilə birlikdə xidmətdə olan zaman sonuncuya ailə problemlərindən danışmış və onun ay ərzində bir neçə dəfə vizual müşahidə postuna xidmətə təyin edildiyini bilib, kapitan Təqsirləndirilən şəxs ilə yaxşı münasibətləri olduğunu təxmin edərək, ona kapitan Təqsirləndirilən şəxs ilə danışmasını, onu da vizual müşahidə postuna döyüş növbətçiliyinə yazmasını xahiş etmişdir. Bir neçə gün sonra NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında əsgər Şahid9 bölmədə ona yaxınlaşaraq kapitan Təqsirləndirilən şəxs ilə danışdığını, sonuncunun onların vizual müşahidə postuna döyüş növbətçiliyinə xidmətə təyin etməsi üçün hər birindən 1NN (yüz) manat olmaqla, ümumilikdə NNN (iki yüz) manat məbləğində pul istədiyini demişdir. Bu təklif ilə əlacsızlıqdan razılaşdıqlarından əsgər Şahid9 onun və özünün əvəzinə hər biri üçün 1NN manat olmaqla, ümumilikdə NNN manat məbləğində pulu kapitan Təqsirləndirilən şəxs xidməti otağında NNN1-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında vermişdir. O, əsgər Şahid9 onun əvəzinə kapitan Təqsirləndirilən şəxs verdiyi 1NN manatı qaytarmışdır. Bu hadisədən sonra o, bir neçə dəfə vizual müşahidə postuna döyüş növbətçiliyinə təyin edilmişdir. NNNN-ci ilin mart ayının əvvəllərində kapitan Təqsirləndirilən şəxs bölükdəki qanunsuz əməlləri haqqında araşdırma aparılmağa başlandıqdan sonra sonuncu ondan vizual müşahidə postuna döyüş növbətçiliyinə təyin etmək məqsədilə əsgər Şahid9 vasitəsilə aldığı 1NN manat məbləğində pulu əsgər Şahid9 atası Şahid1N vasitəsilə ona qaytarmışdır. Şahid9 məhkəməyə ifadə verərək göstərdi ki, N9 avqust NN19-cu il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün maddi-texniki təminat tağımının sürücü-elektriki vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etdirir. Kapitan Təqsirləndirilən şəxs sonuncu həmin bölüyün komandiri təyin edildikdən sonra tanımışdır. NNN1-ci ilin oktyabr ayının əvvəllərində bölükdə olan vizual müşahidə postuna bir neçə dəfə xidmətə təyin edildiyindən xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid8 ona yaxınlaşaraq həmin xidmətə çıxmaq üçün kapitan Təqsirləndirilən şəxs onun əvəzinə xahiş etməsini istəmişdir. O da növbəti gün səhər saatlarında kapitan Təqsirləndirilən şəxs xidməti iş otağında yaxınlaşaq “VMP”də tək xidmət apardığından çətinlik çəkdiyini deyərək, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Şahid8 onunla birlikdə həmin xidmətə çıxmağa şərait yaratmasını xahiş etmişdir. Kapitan Təqsirləndirilən şəxs də məsələni dəyərləndirib ona cavab verəcəyini bildirmiş, lakin sonuncu bu barədə ona heç bir söz deməmişdir. Belə olan halda bir neçə gün sonra o, yenidən kapitan Təqsirləndirilən şəxs xidməti otağında təklikdə eyni məsələ ilə bağlı yaxınlaşıb söhbət etdikdə, sonuncu həm onun, həm də əsgər Şahid8 vizual müşahidə postuna xidmətə təyin edilmələri üçün hər birinin 1NN (yüz) manat olmaqla, ona ümumilikdə NNN (iki yüz) manat məbləğində pul verməli olduqlarını demişdir. O, kapitan Təqsirləndirilən şəxs yanından çıxaraq əsgər Şahid8 ilə görüşmüş və ona vizual müşahidə postuna xidmətə təyin edilmələri üçün kapitan Təqsirləndirilən şəxs hər birindən 1NN manat məbləğində pul istədiyini demişdir. Əsgər Şahid8 da bu təklif ilə razılaşmışdır. O, Şahid8 və özünün əvəzindən ümumilikdə NNN (iki yüz) manat məbləğində pulu NNNN-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında kapitan Təqsirləndirilən şəxs xidməti otağında ona təklikdə vizual müşahidə postuna təyin edilmələri məqsədilə həm öz, həm də Şahid8 adından pul vermişdir. Kapitan Təqsirləndirilən şəxs NNN1-ci ilin oktyabr-noyabr aylarında onu təxminən 1N-15 dəfə, Şahid8 isə bir neçə dəfə vizual müşahidə postuna xidmətə təyin etmişdir. Onların həmin xidmətə çıxmaq istəmələrinin əsas səbəbi həmin xidmətdən sonrakı gün istirahət verilməsi olmuşdur. Onlar kapitan Təqsirləndirilən şəxs “VMP”də xidmətə təyin edilməli üçün pul vermələri barədə heç bir şəxsə məlumat verməmişlər. NNN1-ci ilin dekabr ayının əvvəllərində kapitan Təqsirləndirilən şəxs ondan NNN manat məbləğində borca pul almış, daha sonra barəsində araşdırma təyin edildikdən sonra ondan vizual müşahidə postuna təyin olunmaq üçün aldığı NNN (yüz) manat məbləğində pulu və borc kimi aldığı NNN manat məlbəğində pulu NNNN-ci ilin mart ayında atası Şahid1N qaytarmışdır. O, da həmin puldan əsgər Şahid8 1NN (yüz) manat məbləğində pulunu qaytarmışdır. Vizual müşahidə postunda təyin olunmaları üçün NNN manat pulu kapitan Təqsirləndirilən şəxs özü şəxsən vermişdir. Polkovnik-leytenant Altay Həmzəyev tərəfindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN də smartfon tipli mobil telefon aşkar etməsi, həmin mobil telefonu kapitan Təqsirləndirilən şəxs verilməsi, buna baxmayaraq bu məsələ ilə bağlı ŞahidN barəsində kapitan Təqsirləndirilən şəxs tərəfindən hər hansısa tədbir görülməməsindən hadisələrin gedişatı zamanı məlumatı olmuşdur. Şahid1N Şahid9 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazısı ilə bağlı keçirilmiş məhkəməfonoskopik ekspertizasının NN oktyabr NNNN-ci il tarixli, 4/1165-4/117N №-ekspert rəyindən görünür ki, “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “KN” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Qeyd edilən səs yazılarında Təqsirləndirilən şəxs hansısa işi düzəltmək adı ilə Zərərçəkmiş şəxs pul aldığı, işin düzəlmədiyi, Təqsirləndirilən şəxs isə pulu qaytaracağı ilə bağlı nitqlər müəyyən edilir. Baxış keçirilməsi haqqında NN dekabr NNNN-ci il tarixli protokoldan aydın olur ki, ŞahidN istifadəsində olmuş 51NN N714 861N N144 №-li Kapital banka məxsus bank kartından 19 noyabr NNN1-ci il tarixdə 1N1 (yüz bir) manat məbləğində pul birbank mobil tətbiqi vasitəsilə digər hesaba köçürülmüşdür. Baxış keçirilməsi haqqında NN dekabr NNNN-ci il tarixli protokoldan məlum olur ki, ŞahidN əmisi qızı XN toy şənliyində iştirak etmişdir. Baxış keçirilməsi haqqında NN dekabr NNNN-ci il tarixli protokoldan görünür ki, Şahid9 və Şahid8 NNN1-ci ilin oktyabr-dekabr aylarında ümumilikdə müvafiq olaraq 19 və N dəfə olmaqla N nömrəli hərbi hissənin 14-cü bölüyündə kapitan Təqsirləndirilən şəxs tərəfindən vizual müşahidə postuna döyüş növbətçiliyinə xidmətə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N №-li, NN iyun NN17-ci il tarixli əmrindən çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin 1N-ci radiolokasiya bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 16N №-li, NN aprel NN19-cu il tarixli əmrindən çıxarışdan məlum olur ki, ilə Təqsirləndirilən şəxs həmin hərbi hissənin 1N-cü radiolokasiya bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N №-li, N4 may NNN1-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin 14-cü radiolokasiya bölük komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 17N №-li, NN may NNNN-ci il tarixli əmrindən çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin N-ci S- NNNPMUN zenit-raket divizionun radiolokasiya kəşfiyyatı bölməsinin bütün hündürlüklərdə aşkarlayan stansiyasının (96L6E) rəisi vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlıqları tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin zərərçəkmiş şəxs, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.N.N, N11.N.N və NN.4, N1N.N-ci maddələrinə tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməllərində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun NNNN-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah edilməsinə, həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.N-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarını nəzərə alan məhkəmə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 66.N-cü maddəsinin (cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) tələblərinə görə cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın müəyyən olunmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının başlanğıcının həbsə alındığı N4 fevral NNNN-cü il tarixdən hesablanmasını (Cinayət- Prosessual Məcəlləsinin 158.N-ci maddəsi), Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsini, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınmasını, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə xərci NNN (üç yüz) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 45 (qırz beş) iş saatına görə N7N (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri NN saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.NNNN-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.NNN6-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19N, 197, 198, N45-N49, N51-N5N, N56, N58, N8N-N84.1 və N85-ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, N11.N.N və NN.4, N1N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N-cü maddəsi ilə N (iki) il müddəttə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin N11.N.N-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN.4, N1N.N-ci maddəsi ilə 4 (dörd) il müddəttə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.N-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N4 fevral NNNN-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. iş üzrə məhkəmə xərci NNN (üç yüz) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 14N59N, Büdcə səviyyəsinin kodu: N, SAP (XİİS) hesabı (X7, KOD N1NNN5, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZNN, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZN4CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 45 (qırx beş) iş saatına görə N7N (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri NN saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan NN (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən), Aslan Kalbalıyev, Camal Ramazanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar