Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-38/2024 09.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonunun Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş rütbəsində hərbi xidmətdə olarkən, N iyul 2023-cü il tarixdə saat 13:00-dan N sentyabr 2023-cü il tarixə saat 07:00-dək, ailə və şəxsi problemləri olması səbəbindən hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.4cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, N iyul 2023-cü il tarixdə saat 13:00-dan N sentyabr 2023-cü il tarixə saat 07:00-dək, ailə və şəxsi problemləri olması səbəbindən hərbi hissəni özbaşına tərk etmişdir. Bu müddətdə hərbi hissəyə qayıtmağa tam imkanı və şəraiti olmuş, hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, rəislərinə hərbi hissəni özbaşına tərk etdiyi müddətlərdə məlumat verməmişdir. N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2023-cü il tarixli əmri ilə ordu sıralarından tərxis olunmuşdur. Xidmət yerinə vaxtında gəlməməsinin səbəbi xx.xx.2023-cü il tarixdə övladının dünyaya gəlməsi, həmçinin səhhətində problem olması ilə bağlı olmuşdur. Vətən Müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Səhhəti hərbi xidmətini davam etdirməyə imkan vermir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin 4cü taborunun 10-cu bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, N iyul 2023-cü il tarixdə saat 13:00-dan N sentyabr 2023-cü il tarixə saat 07:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bu ailə və şəxsi problemləri olması səbəbindən baş vermiş, Təqsirləndirilən şəxs komandirlərinə bu barədə məlumat verməmişdir. Qeyd olunan tarixlərdən başqa Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etmə hallarına yol verməmiş, həmçinin məzuniyyətdən, ezamiyyətdən və tibb müəssisəsindən gecikməmiş, hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli əmri ilə ordu sıralarından ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ailə və şəxsi problemləri olması səbəbindən N iyul 2023-cü il tarixdə saat 13:00-dan N sentyabr 2023-cü il tarixə saat 07:00-dək hərbi hissəni özbaşına tərk etməsini təsdiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may 2021-ci il tarixli 127 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsinə təyin edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2023-cü il tarixli 215 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs N iyul 2023-cü il tarixdə saat 13:00-da xidmət yerini özbaşına tərk etdiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2023-cü il tarixli 264 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs N sentyabr 2023-cü il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2023-cü il tarixli 270 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ehtiyata buraxıldığına görə N sentyabr 2023-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün komandiri, kapitan Bəhruz Hüseynlinin N iyul 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da hərbi hissəni özbaşına tərk etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün komandiri, kapitan Bəhruz Hüseynlinin N sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-da hərbi hissəyə qayıtmışdır. İş materiallarında olan həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət müddəti 2020-ci ildən etibarən 5 (beş) il müddətinə, yəni 2025-ci ilədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X3 tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs döyüşlər zamanı odlu silahla yaralanmış və travma almış, ona partlayış travması, üz-skeleti sümüklərinin titan mini lövhə ilə osteozintez əməliyyatından sonrakı vəziyyəti, alt dodağın posttravmatik çapıq deformasiyası diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixində titan lövhə və vintlərin çıxarılması, alt dodağın çapıq deformasiyasının z-plastika üsulu ilə aradan qaldırılması əməliyyatı olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 09 oktyabr 2023-cü il tarixli 10229 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 13 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.1ci maddəsi ilə təqsirli bilinmiş və aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli, 55/2020 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 13 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 04 aprel 2021-ci il tarixdə başa çatmışdır. 04 aprel 2022-ci il tarixdə onun məhkumluğu ödənilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 18 noyabr 2023-cü il noyabr tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin başlama vaxtı N iyul 2023-cü il, bitmə vaxtı isə N sentyabr 2023-cü il hesab olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə rəsmi nigahdadır və himayəsində bir (X6 xx.xx.2023-cü il təvəllüdlü) azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə edilmiş medal vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, ailənin yeganə maddi qazanc gətirəni olmasını, habelə müharibə iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzalarından biri təyin edilməlidir. Ordu sıralarından tərxis edildiyi üçün ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilə bilməz, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini və onun 44 günlük Vətən Müharibəsində iştirak etməklə medallarla təltif edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir. Çünki onun tərətdiyi əməl üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamadır. O artıq tərxis edilmişdir, hərbi xidmətdə deyildir. Beləliklə, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, işin hallarını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alır və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini və onun 44 günlük Vətən Müharibəsində iştirak etməklə medallarla təltif edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Quba rayon İcra və Probasiya həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-38/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-38/2024
09.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver