Məhkəmə qərarları › İş №1-1(093)-40/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-40/2023

07.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-40/2023 07.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri N6 saylı vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında N7 mart 1997-ci il tarixdə Balakən rayonunun Tülü kəndində anadan olmuş və Balakən rayonunun Tülü kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu leytenant hərbi rütbəsində xidmət edən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü sərhəd zastavasının rəis müavini vəzifəsində leytenant hərbi rütbəsində xidmətdə olarkən 05 sentyabr N0NN-ci il tarixdə saat 08:N0-dən N oktyabr N0NN-ci il tarixdə saat 08:N0-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, bir aydan artıq lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o, N0N1-ci ilin iyun ayının əvvəllərində leytenant hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində xidmətə başlamış, N8 oktyabr N0NN-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə göndərilmiş, hazırda həmin hərbi hissənin 3-cü sərhəd zastavasının rəis müavini vəzifəsində leytenant hərbi rütbəsində xidmətini davam etdirir. 5 sentyabr N0NN-ci il tarixdə saat 08:N0-də N nömrəli hərbi hissədə səhər düzülüşünə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, xidmət yerinə gəlmədiyi müddətlərdə şəxsi və ailə problemlərini həll etmiş, habelə bu barədə yuxarı komandanlığa məruzə etməmişdir. O, xidmət yerinə gəlmədiyi müddətdə N nömrəli hərbi hissənin hərbi qulluqçuları onunla mobil telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlayaraq xidməti yerinə qayıtmasını bildirsə də, o bəzi şəxsi problemlərinin olduğunu, problemlərini həll etdikdən sonra gələcəyini bildirmiş və N oktyabr N0NNci il tarixdə saat 08:N0-də hərbi hissəyə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Şahid1 göstərmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, hazırda Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəsində xidmət edən, leytenant Təqsirləndirilən şəxs 5 sentyabr N0NN-ci il tarixdə saat 08:N0-də xidmət etdiyi N nömrəli hərbi hissəyə gəlməmiş və N oktyabr N0NN-ci il tarixdə 08:N0-də xidmət yerinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etdiyi müddətlərdə sonuncu ilə dəfələrlə əlaqə saxlayıb xidməti yerinə qayıtmasını bildirsə də, Təqsirləndirilən şəxs şəxsi problemlərinin olduğunu və hərbi hissəyə qayıdacağını demişdir. Təqsirləndirilən şəxs xidməti problemi olmamış, xidmət yerini tərk etməsinin səbəbi kimi şəxsi problemlərini əsas gətirmiş, xidməti yerini özbaşına tərk edən zaman komandanlığa şifahi və ya yazılı formada məruzə etməmiş və ya icazə almamışdır. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu ŞahidN Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N0N1-ci il tarixli 0137 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi hissənin çevik hərəkət bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə N iyun N0N1-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 1N noyabr N0N1-ci il tarixli 0N71 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi hissənin çevik hərəkət bölüyünün 1-ci taqımının komandiri vəzifəsindən azad olunmaqla 4-cü sərhəd zastavasının rəisinin müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N0 may N0NN-ci il tarixli 01N0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 4-cü sərhəd zastavası rəisinin müavini, leytenant Təqsirləndirilən şəxs N0 may N0NN-ci il tarixdə sərhəd dəstəsinə ezam olunmuş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0NN-ci il tarixli 0N14 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 4-cü sərhəd zastavası rəisinin müavini, leytenant Təqsirləndirilən şəxs 5 sentyabr N0NN-ci il tarixdə saat 08:N0-də xidmət yerindən getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli 0N51 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 4-cü sərhəd zastavası rəisinin müavini, leytenant Təqsirləndirilən şəxs N oktyabr N0NN-ci il tarixdə saat 08:N0-də xidmət yerinə qayıtmış hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 0N61 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq, leytenant Təqsirləndirilən şəxs 4-cü sərhəd zastavası rəisinin müavini vəzifəsindən azad olunmaqla 8-ci sərhəd dəstəsinə (N nömrəli hərbi hissə) 1-ci sərhəd komendantlığı 3-cü sərhəd zastavası rəisinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar N8 oktyabr N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 0N56 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq, 5-ci sərhəd dəstəsi 4-cü sərhəd zastavası rəisinin müavini leytenant Təqsirləndirilən şəxs vəzifəsindən azad olunmaqla 8-ci sərhəd dəstəsi 1-ci sərhəd komendantlığının 3-cü sərhəd zastavası rəisinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar N noyabr N0NN-ci il tarixdən şəxsi heyətin siyahısına, həmçinin bütün növ təminata daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasından təqdim edilmiş 5 dekabr N0NN-ci il tarixli 3375 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin Məcəllənin 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hərbi təhsilli gənc zabit olmasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından cəza siyasətinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Həmin Məcəllənin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar