Məhkəmə qərarları › İş №1-1(093)-40/2024

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-40/2024

24.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-40/2024 24.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 7 aprel 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N nömrəli hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci xüsusi vasitələrin tətbiqi yarımqrupunun atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmətdə olarkən N0N1-ci ilin yay aylarında dayısı oğlu Zərərçəkmiş şəxs Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Mənzil X1 tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yasamal yaşayış kompleksindən güzəştli şərtlərlə 3 (üç) otaqlı mənzil almaq arzusunda olduğunu bilib, sonradan sonuncunun mülkiyyətinə keçmək şərtilə qulluq mövqeyindən istifadə edərək hərbi qulluqçu kimi öz adına qeyd edilən yaşayış kompleksindən güzəştli və imtiyazlı şərtlərlə 3 (üç) otaqlı mənzil alacağına dair Zərərçəkmiş şəxs yalandan vəd versə də, mənzil almaq niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə sonuncuya bu sahədə geniş əlaqələrə malik olmaqla, mənzilin alınması üçün ilkin ödəniş olaraq 16000 (on altı min) manat məbləğində pulun guya özünün vasitəsilə evlərin alqı-satqısı ilə məşğul olan tanışlarına çatdırılması müqabilində Zərərçəkmiş şəxs qısa müddət ərzində qeyd olunan ərazidən mənzilə sahib olacağını bildirərək, özünə inandırmaqla razılığını almışdır. Bundan sonra, o, N0N1-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan N ünvanına gələrək bir neçə gün aralığında göstərilən ünvanda sonuncudan müvafiq olaraq 10000 (on min), 3000 (üç min) və N000 (iki min) manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə sözügedən məsələ ilə bağlı Zərərçəkmiş şəxs müdir işlədiyi ünvan 3 ünvanında yerləşən “Araz” supermarketə gələrək sonuncudan əlavə olaraq 1000 (min) manat, yəni ümumilikdə 16000 (on altı min) manat məbləğində pul almış, lakin vədi üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3 və 178.N.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N0N1-ci ilin təxminən avqust ayında dayısı oğlu Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs mənzil probleminin olmasına görə əsas arzusunun Mənzil X1 tabeliyində olan "xxxx"-nın Yasamal yaşayış kompleksindən güzəştli və imtiyazlı şərtlərlə 3 (üç) otaqlı mənzil almaq olduğunu ona söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs hərbi qulluqçu olduğu üçün ona şamil olunan imtiyaz və güzəştlərlə "xxxx"-nın Yasamal yaşayış kompleksindən öz adına ipoteka ilə N0-N5 (iyirmi-iyirmi beş) il müddətinə 3 (üç) otaqlı mənzil götürməsini təklif etmiş və daha sonra adına aldığı 3 (üç) otaqlı mənzili bir müddət sonra öz adına keçirəcəyini ona söyləmişdir. Zərərçəkmiş şəxs həmçinin narahat olmamasını və ipotekaya götürəcəyi mənzilin hər aylıq kreditini vaxtlıvaxtında verəcəyini və tələb olunan bütün zəruri xərcləri çəkəcəyini də ona demişdir. O, Zərərçəkmiş şəxs öz adına güzəştli və imtiyazlı şərtlərlə mənzil ala biləcəyini deyərək sonuncunun pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin ərəfələrdə maddi ehtiyaclarına görə ona müəyyən miqdarda pul lazım olmuşdur. Üzərindən təxminən 5-6 (beş-altı) gün keçdikdən sonra o, Zərərçəkmiş şəxslə Bakı şəhərində görüşmüş və sonuncuya adı çəkilən mənzilin alınması üçün ilkin ödəniş olaraq 16000 (on altı min) manat pul lazım olduğunu söyləmişdir. Lakin o, əvvəlcə işə başlamaq üçün 10000 (on min) manat məbləğində pulun lazım olduğunu Zərərçəkmiş şəxs söyləmişdir. Zərərçəkmiş şəxs ona “bu barədə fikirləşəcəyini və məsləhət olarsa onunla əlaqə saxlayacağını” söyləmişdir. N0N3-cü ilin avqust ayının ortalarında saat N1 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanına getmişdir. Zərərçəkmiş şəxs həmin vaxt bir neçə dəfə adına "xxxx"-nın Yasamal yaşayış kompleksindən güzəştli şərtlərlə 3 (üç) otaqlı mənzil götürə bilib-bilməyəcəyini ondan soruşduqda, o, əminliklə bu işi həll edəcəyini deyib sonuncunu inandırmışdır. Zərərçəkmiş şəxs bu məsələni kimin vasitəsilə həll edəcəyini və həmçinin mənzili nə vaxt alacağını ondan soruşmuşdur. O, həmin vaxt pul əldə etmək üçün yalandan ad və soyadını bildirmədiyi güzəştli evlərin alqı-satqısı ilə məşğul olan tanışı (makler) vasitəsilə həll edəcəyini və adı çəkilən mənzili N0N1-ci ilin dekabr ayında alacağını Zərərçəkmiş şəxs söyləmişdir. Bundan başqa o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğuna görə öz adına asanlıqla güzəştli və imtiyazlı şərtlər əsasında ipoteka ilə mənzil götürəcəyinə Zərərçəkmiş şəxs inandırmışdır. E. Musayev bundan sonra üzərində olan Beynəlxalq Banka aid içərisində 10000 (on min) manat olan plastik kartı adı çəkilən mənzilin ilkin ödənişini etməsi üçün ona vermişdir. O, təxminən 6-7 gün müddət ərzində tam kartın içərisində olan 10000 (on min) manatı nağdlaşdırmış və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Üzərindən təxminən 15 gün keçdikdən sonra o, Zərərçəkmiş şəxs zəng edərək ad və soyadını bildirmədiyi tanışının (makler) evin alınması üçün 3000 (üç min) manat istədiyini sonuncuya söyləmişdir. Həmin gün o, Zərərçəkmiş şəxslə görüşmüş və 3000 (üç min) manat məbləğində pulu sonuncudan almışdır. Səhəri gün o, Zərərçəkmiş şəxs bu məqsədlə N000 (iki min) manat, bir gün sonra isə Zərərçəkmiş şəxs işlədiyi ünvan 7 ünvanında yerləşən “Araz” supermarketin qarşısında qeyd olunan məsələ ilə əlaqədar ona 1000 (bir min) manat pul vermişdir. O, mənzil alması adı ilə Zərərçəkmiş şəxs ilkin ödəniş olaraq 16000 (on altı min) manat məbləğində pul alsa da, bununla bağlı heç bir iş görməyərək, heç kimə müraciət etməmiş və aldığı pulun demək olar ki, hamısını öz şəxsi ehtiyaclarına xərcləmişdir. 15 dekabr N0N1-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək "xxxx"-dan ev barəsində maraqlandığını və onun adına heç bir evin qeydiyyata alınmadığını söyləmişdir. O, Zərərçəkmiş şəxs Şuşa və Laçın rayonlarında olduğuna görə qeyd olunan mənzili ala bilmədiyini və həmin mənzili N0NN-ci ilin mart ayında onun adına rəsmiləşdirəcəklərini söyləmişdir. Lakin Zərərçəkmiş şəxs bir müddət sonra özü yenidən "xxxx"-nın baş ofisinə gedərək oradan onun adına mənzilin qeydiyyata alınıb-alınmadığını soruşmuşdur. "xxxx"-nın baş ofisindən Zərərçəkmiş şəxs onun adına heç bir mənzilin qeydiyyata alınmadığını bildirmişlər. Zərərçəkmiş şəxs bundan sonra ona zəng edərək niyə görə sonuncunu aldatdığını ondan soruşmuş və tez bir zamanda "xxxx"-dan güzəştli mənzil almaq üçün ilkin ödəniş qismində verdiyi 16000 (on altı min) manatı ondan geri istəmişdir. Həmin vaxt onun mənzil almaq üçün Zərərçəkmiş şəxs aldığı 16000 manatı sonuncuya qaytarmaq üçün pulu olmamışdır. Bundan sonra o, vaxtı uzatmağa başlamışdır. O, hər dəfə Zərərçəkmiş şəxs "xxxx"-dan mənzili tezliklə alacağına dair yalandan vədlər vermişdir. Zərərçəkmiş şəxs 07 fevral N0NN-ci il tarixdə 16000 manatı qaytarmadığı üçün onun barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin N8-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, 1N noyabr N0N3-cü il tarixdə saat NN radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvanına gedərək mənzil almaq üçün aldığı 16000 (on altı min) manat məbləğində pulu tam olaraq sonuncuya geri qaytarmışdır. Hazırda isə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş və bununla bağlı qəbzi də məhkəməyə təqdim etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, ziyanı tam ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə almağı və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.N0N4-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Əməlindən peşmandır. Ona görə ərizənin nəzərə alınmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, N0N1-ci ilin təxminən avqust ayında axşam saatlarında bibisi oğlu Təqsirləndirilən şəxsla birlikdə mənzil almaq barədə söhbət etmişlər. O, həmin ərəfələrdə özünə ipoteka krediti ilə mənzil götürmək istəmişdir. Çünki özü Bakı şəhərində işlədiyindən və faktiki yaşayış yeri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsinə gedib-gəlməkdə müəyyən çətinliklər çəkməsi səbəbdən o, Bakı şəhərinə köçmək istəmişdir. Onun əsas istəyi Mənzil X1 tabeliyində olan "xxxx"-nın Yasamal yaşayış kompleksindən güzəştli və imtiyazlı şərtlərlə 3 (üç) otaqlı mənzil almaq olmuşdur. O, söhbət əsnasında Təqsirləndirilən şəxs şamil olunan imtiyaz və güzəştlərlə "xxxx"-nın Yasamal yaşayış kompleksindən öz adına ipoteka ilə N0-N5 (iyirmi-iyirmi beş) il müddətinə 3 (üç) otaqlı mənzil götürməsini təklif etmiş və alacağı mənzili sonradan öz adına keçirəcəyini sonuncuya demişdir. O, bundan başqa qeyd olunan mənzilin aylıq pullarını vaxtlı-vaxtında verəcəyini və bu səbəbdən narahat olmamasını Təqsirləndirilən şəxs söyləmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və öz adına güzəştli və imtiyazlı şərtlərlə mənzil götürəcəyini ona demişdir. Üzərindən təxminən 5-6 (beş-altı) gün keçdikdən sonra o, Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs adı çəkilən mənzilin alınması üçün həmin mənzilin qiymətindən ilkin olaraq 16000 (on altı min) manat ödəniş etmək lazım olduğunu ona söyləmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəlcə işə başlamaq üçün 10000 (on min) manat məbləğində pulun lazım olduğunu ona demişdir. Bundan sonra o, ailə üzvləri ilə məsləhətləşəcəyini və sonra bu barədə məlumat verəcəyini Təqsirləndirilən şəxs söyləmişdir. Səhəri gün, yəni N0N1-ci ilin avqust ayının ortalarında saat N1 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 5 ünvanına gəlmiş və bu mövzuda bir qədər ətraflı söhbət etməyə başlamışlar. O, bir neçə dəfə adına qeyd olunan mənzili götürə bilib-bilməyəcəyini Təqsirləndirilən şəxs soruşduqda sonuncu bu məsələni əminliklə həll edəcəyini ona demişdir. O, bundan başqa mənzili nə vaxt alacağını Təqsirləndirilən şəxs soruşmuş, sonuncu N0N1-ci ilin dekabr ayında qeyd olunan mənzili alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğuna görə öz adına asanlıqla güzəştli və imtiyazlı şərtlər əsasında ipoteka ilə mənzil götürəcəyinə onu inandırmışdır. O, Təqsirləndirilən şəxs sözlərinə inanmış və üzərində olan Beynəlxalq Banka aid içərisində 10000 (on min manat) olan plastik kartını qeyd olunan məqsədlə sonuncuya vermişdir. Üzərindən təxminən 15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək ad və soyadını bildirmədiyi tanışının (makler) evin alınması üçün 3000 (üç min) manat istədiyini ona söyləmişdir. Həmin gün o, Təqsirləndirilən şəxsla görüşmüş və 3000 (üç min) manatı sonuncuya vermişdir. Səhəri gün o, Təqsirləndirilən şəxs bu məqsədlə N000 (iki min) manat, bir gün sonra isə işlədiyi ünvan 7 ünvanında yerləşən “Araz” supermarketin qarşısında qeyd olunan məsələ ilə əlaqədar sonuncuya 1000 (bir min) manat pul vermişdir. Beləliklə o, qeyd olunan mənzilin alması adı ilə Təqsirləndirilən şəxs 16000 (on altı min) manat məbləğində pul vermişdir. Üzərindən təxminən 4 aya yaxın müddət keçmiş və .o, N0N1-ci ilin dekabr ayında "xxxx"-nın Yasamal rayonunda yerləşən baş ofisinə gedərək Təqsirləndirilən şəxs adına mənzilin qeydiyyatdan keçmədiyini öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək maraqlandığını və sonuncunun adına heç bir mənzilin qeydiyyatdan keçmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs xidməti ezamiyyətlə əlaqədar olaraq Laçın-Şuşa bölgəsində olması səbəbindən adına heç bir mənzil ala bilmədiyini və həmin mənzili N0NN-ci ilin mart ayında adına qeydiyyatdan keçirəcəyini ona demişdir. O, N0NN-ci ilin yanvar ayında yenidən "xxxx"-nın baş ofisinə gedərək yenidən Təqsirləndirilən şəxs adına mənzilin qeydiyyatdan keçməməsi barədə məlumat almışdır. O, bundan sonra yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq nə səbəbə onu aldatdığını sonuncudan soruşmuş və dərhal mənzil almaq üçün verdiyi 16000 (on altı min) manatı sonuncudan geri istəmişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək 16000 manatı ona qaytarmaqdan imtina etmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs barəsində 07 fevral N0NN-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin N8-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, pulunu geri qaytarması üçün Təqsirləndirilən şəxs müəyyən qədər vaxt versə də sonuncu yenə də onun pulunu qaytarmamış və hər dəfə pulu ona qaytarmamaq üçün müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs 1N noyabr N0N3-cü il tarixdə saat NN radələrində onun yaşadığı ünvana gələrək ümumi olaraq ondan aldığı 16000 (on altı min) manat məbləğində pulu tam olaraq ona geri qaytarmışdır. O, hazırda Təqsirləndirilən şəxsla barışmış və sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam həcmdə ödəmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 07 fevral N0NN-ci il tarixdə günorta radələrində yaşadığı evdə olan zaman ona telefon zəngi gəlmiş və zəng edən şəxs onu Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin N8-ci polis bölməsinə dəvət etmişdir. O nə baş verdiyini zəng edən polis əməkdaşından soruşmuşdur. Polis əməkdaşı oğlu Təqsirləndirilən şəxsla bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin N8-ci polis bölməsinə çağırıldığını ona demişdir. O, qeyd olunan polis bölməsinə getmiş və həmin vaxt qohumu olan Zərərçəkmiş şəxs orada görmüşdür. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, sonuncu oğlu Təqsirləndirilən şəxs Mənzil X1 tabeliyində olan "xxxx" Yasamal yaşayış kompleksindən öz adına güzəştli və imtiyazlı şərtlərlə 3 (üç) otaqlı mənzil alması üçün ilkin ödəniş qismində 16000 (on altı min) manat məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs mənzil almadığını və həmin pulları dələduzuq yolu ilə ələ keçirdiyini ona demişdir. Zərərçəkmiş şəxs həmin vaxt Yasamal rayon Polis İdarəsinin N8-ci polis bölməsində təhqiqatçının xidməti otağında izahat yazmaq istəyərkən o, izahat yazmamasını yaxın zamanlarda oğlu Təqsirləndirilən şəxs mənzil almaq adı ilə ələ keçirdiyi 16000 (on altı min) manatı tezliklə sonuncuya qaytaracağını demişdir. Son nəticədə onlar qeyd olunan məbləği toplaya bilmişlər. Təqsirləndirilən şəxs 1N noyabr N0N3-cü il tarixdə saat NN radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək mənzil almaq üçün ondan ümumi olaraq aldığı 16000 (on altı min) manat məbləğində pulu tam olaraq Zərərçəkmiş şəxs geri qaytarmışdır. Bununla da, dəymiş ziyan tam ödənildiyindən qohumu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış və sonuncuya dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN və Şahid3 eyniməzmunlu ifadələr verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin N8-ci polis bölməsinin rəisinin adına yazılmış 07 fevral N0NN-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs N0N1-ci ilin yay aylarında ev alması üçün tanışı Təqsirləndirilən şəxs 16000 (on altı min) manat verməsi, lakin sonuncunun həmin pula ev almaması və pulunu qaytarmaması barədə məlumat vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr N0NN-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs N0N1-ci ilin avqust ayının ortalarında ünvan 8 ünvanında yerləşən “Araz” marketin qarşısında Təqsirləndirilən şəxs 1000 (min) manat pul vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən göndərilən 31 avqust N0N3-cü il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və X3 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat axtarış tədbirləri nəticəsində barəsində 91568/N3 saylı axtarış işi açılmış və axtarışda olan Təqsirləndirilən şəxs 31 avqust N0N3-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri Xəzər rayonu Heydər Əliyev adına XN saxlanılaraq Yasamal RPİnin X4 təhvil verilmişdir. İş materiallarında olan Daxili Qoşunların N nömrəli hərbi hissə komandirinin NN avqust N016-cı il tarixli N35 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına, bütün təminat növlərinə daxil edilmiş və həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Daxili Qoşunların N nömrəli hərbi hissə komandirinin N mart N0NN-ci il tarixli Ə-N45-386-NN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı Hərbi Prokurorluğuna ünvanlanmış 13 noyabr N0N3-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 16000 (on altı min) manat ziyanı tamamilə Zərərçəkmiş şəxs ödəmiş və onunla barışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddələri ilə ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.N-ci maddələrinin şərh edilməsinə dair" 1N may N009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 73-1.N-ci maddəsinə görə, Bu Məcəllənin 178.N, 179.N 186.N.1, 189- 1.N-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.N-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini qeydə alır, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın tam şəkildə ödənilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, həmçinin zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 3N1, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4cü maddələri ilə həmin Məcəllənin 73-1.N-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar