Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-41/2023 03.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1996-cı il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində N azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Kür qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi ev 6 ünvanında daimi olaraq qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N-ci sərhəd komendantlığının 8-ci sərhəd zastavasının təminat qrupunun komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullluqçusu-çavuş hərbi rütbəsində xidmətdə olarkən 17 noyabr N0NN-ci il tarixdə saat 08:N0-dən 0N dekabr N0NN-ci il tarixdə saat 16:50-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 03 dekabr N0NN-ci il tarixdə saat 08:N0-dən N dekabr N0NN-ci il tarixdə saat 16:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N-ci sərhəd komendantlığının 8-ci sərhəd zastavasının təminat qrupunun komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş hərbi rütbəsində xidmətdə olarkən 17 noyabr N0NN-ci il tarixdə saat 08:N0-dən 0N dekabr N0NN-ci il tarixdə saat 16:50-dək və 03 dekabr N0NN-ci il tarixdə saat 08:N0-dən N dekabr N0NN-ci il tarixdə saat 16:00-dək hərbi hissəni özbaşına tərk etmiş, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evində olmuşdur. Onun hərbi hissəni özbaşına tərk etməsinə səbəb şəxsi və ailə problemləri olmuş, həmin tarixlərdə Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evində təmir işləri aparmışdır. O, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, törətdiyi əməllərin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuş, xidmət dövründə DSX-nin N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamışdır. DSX-nin N nömrəli hərbi hissədə olan digər hərbi qulluqçularla arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. O, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Alıyev X3 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N-ci sərhəd komendantlığının 8-ci sərhəd zastavasının təminat qrupunun komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuçavuş hərbi rütbəsində xidmətdə olarkən 17 noyabr N0NN-ci il tarixdə saat 08:N0-dən 0N dekabr N0NN-ci il tarixdə saat 16:50-dək və 03 dekabr N0NN-ci il tarixdə saat 08:N0-dən N dekabr N0NNci il tarixdə saat 16:00-dək hərbi hissəni özbaşına tərk etmiş, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evində olmuşdur. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxsın hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuşdur. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N hərbi hissəsinin hərbi qulluqçusu, başleytenant ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, Alıyev X3 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N-ci sərhəd komendantlığının 8-ci sərhəd zastavasının təminat qrupunun komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuçavuş hərbi rütbəsində xidmətdə olarkən 17 noyabr N0NN-ci il tarixdə saat 08:N0-dən 0N dekabr N0NN-ci il tarixdə saat 16:50-dək və 03 dekabr N0NN-ci il tarixdə saat 08:N0-dən N dekabr N0NNci il tarixdə saat 16:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Həmin tarixlərdə mənim tabeliyimdə olmudur. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş, lakin hərbi xidmətə münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxsın hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuşdur. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuşdur. Xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N8 dekabr N0N1-ci il tarixli 0310 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N1 dekabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N iyun N0NN-ci il tarixli 0140 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 31 may N0NN-ci il tarixdən 1ci sərhəd komendantlığı 3-cü sərhəd zastavası N-ci qrupun komandiri vəzifəsindən azad olunmaqla N-ci sərhəd komendantlığı 8-ci sərhəd zastavası təminat qrupun komandiri vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N0NN-ci il tarixli 0N38 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, çavuş Təqsirləndirilən şəxs hərbi hissənin komandirinin göstərişi ilə 30 sentyabr N0NN-ci il tarixdə sərhəd dəstəsinə gəlmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış NN noyabr N0NN-ci il tarixli 1845 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 0N80 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığı 8-ci sərhəd zastavasının təminat qrupunun komandiri, çavuş Təqsirləndirilən şəxs 17 noyabr N0NN-ci il tarixdə saat 08:N0-də hərbi hissəni özbaşına tərk etmişdir. Sumqayıt Hərbi prokurorluğunun “Vətəndaşların hərbi prokurorluğun inzibati binasına buraxılmasının qeydiyyatı kitabından” edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs 0N dekabr N0NN-ci il tarixdə saat 16:50-də prokurorluğun inzibati binasına daxil olmuşdur. N dekabr N0NN-ci il tarixli 1978 nömrəli raportdan və Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 0N98 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N dekabr N0NN-ci il tarixdə saat 16:00-da xidmət yerinə qayıtmış hesab edilmişdir. Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul haqqında bağlaşmadan edilmiş müvafiq çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N3 oktyabr N0N1-cu il tarixdə könüllü şəkildə üç il müddətinə hərbi xidmətə daxil olmuşdur. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N0NN-ci il tarixli 0N99 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığı 8-ci sərhəd zastavasının təminat qrupunun komandiri, çavuş Təqsirləndirilən şəxs xidməti uyğunsuzluğa görə vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.N0N1-ci il tarixli bağlaşmanın ləğv edilməsi ilə əlaqədar N dekabr N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasından təqdim edilmiş N1 sentyabr N0NN-ci il tarixli N865 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını, eləcə də, qardaşı XN N016-cı il Aprel döyüşlərində şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin 15-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinin tələbinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təyin oluna bilər. Cinayət işi materiallarında olan DSX-nin N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli, 0N99 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, DSX-i rəisinin müavini-X1 N dekabr N0NN-ci il tarixli 1N ş/h nömrəli əmri ilə hərbi hissənin N-ci sərhəd komendantlığı 8-ci sərhəd zastavası təmin qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Təqsirləndirilən şəxs vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış N3 oktyabr N0N1-ci il tarixli bağlaşmanın ləğv edilməsi ilə əlaqədar N dekabr N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminat normalarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinə göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 8.1, 41.N və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alıb onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün saymır. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral N017ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 333.3-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü cərimə cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 345-349, 351-353, 356, 358, 383-384.1, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutuldmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla 500 (beş yüz) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-41/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-41/2023
03.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver