Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-41/2025 14.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X19 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin nümayəndələri: N nömrəli hərbi hissənin nümayəndəsi Nümayəndə3 və N nömrəli hərbi hissənin nümayəndəsi NümayəndəN Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhər N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin X3 X14 (G 1N7) şturman, rabitə döyüş hissə və radiotexnika xidmətinin manqa komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən keçmiş arvadı Şahid1 və azyaşlı övladı XN ilə birlikdə faktiki olaraq atası ŞahidN adına olan ünvan N ünvanında yaşamasına baxmayaraq, Müdafiə nazirinin xx.xx.N9-cü il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydasının 3.14.3-cü maddəsinin “yaxın qohumunun yaşayış sahəsində yaşayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməməsinə” dair tələbinə əsasən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq hüququ olmadığından, öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək, yəni qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq qərarına gəlmişdir. O, bu məqsədlə N avqust N9- cu il tarixdə qonşusu vətəndaş XN ilə notarial qaydada bağladığı, sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin kirayəyə götürülməsi ilə əlaqədar sözügedən müqaviləni raportla və digər zəruri sənədlərlə birlikdə hərbi hissənin mənzil komissiyasına təqdim edib, guya həmin mənzildə kirayədə yaşaması barədə yalan məlumat vermiş, bununla da, faktiki olaraq kirayədə yaşamadığı halda qeyd edilən hərbi hissədə xidmət etdiyi müddətdə, yəni N avqust N9-cu il tarixdən 31 dekabr N0N0-ci il tarixinədək müvəqqəti mənzilin kirayəsi üçün nəzərdə tutulan 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul kompensasiyasının hər ay bank vasitəsi ilə onun əmək haqqı kartının hesabına ödənilməsinə nail olaraq öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Müdafiə nazirinin N9 dekabr N0N0-ci il tarixli 01453 əmrinə əsasən ona ilkin “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında Azərbaycan Ordusunda 1 (bir) il 6 (altı) ay müddətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul olunduqdan sonra Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Mühafizə taborunun xüsusi mühafizə və xidmət taqımı komandirinin müavini vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən keçmiş arvadı Şahid1 və az yaşlı övladı K.Təqsirləndirilən şəxs ilə birlikdə faktiki olaraq atası ŞahidN adına olan qeyd edilən ünvanda yaşamağa davam etməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək, yəni qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq qərarına gəlmişdir. O, bu məqsədlə vətəndaş Yunis Əsgərovla aralarında bağlanmış sözügedən müqaviləni yenə də müvafiq raportlarla və sənədlərlə birlikdə qeyd edilən hərbi hissənin mənzil komissiyasına eyni qaydada təqdim edib, guya ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşaması barədə yalan məlumat vermiş, bununla da faktiki olaraq kirayədə yaşamadığı halda qeyd edilən hərbi hissədə xidmət etdiyi müddətdə, yəni N0N1-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində müvəqqəti mənzilin kirayəsi üçün nəzərdə tutulan 1N00 (bir min iki yüz) manat məbləğində pul kompensasiyasının hər ay bank vasitəsi ilə onun əmək haqqı kartının hesabına ödənilməsinə nail olaraq öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir Bundan əlavə, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Mühafizə taborunun mühafizə bölüyünün 3-cü taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən keçmiş arvadı Şahid1 və az yaşlı övladı K.Təqsirləndirilən şəxs ilə birlikdə faktiki olaraq atası ŞahidN adına olan qeyd edilən ünvanda yaşamağa davam etməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək, yəni qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq qərarına gəlmişdir. O, bu məqsədlə vətəndaş Yunis Əsgərovun xəstəliyi ilə əlaqədar olaraq könüllü vermiş olduğu etibarnamə və razılığı əsasında, habelə sonuncunun nümayəndəsi qismində oğlu Şahid3la N9 iyul N0NN-ci il tarixdə notarial qaydada bağladığı və Y.Əsgərovun adına olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin kirayəyə götürülməsi ilə əlaqədar olaraq aralarında bağlanmış müqaviləni yenə də müvafiq raportlarla və sənədlərlə birlikdə qeyd edilən hərbi hissənin mənzil komissiyasına eyni qaydada təqdim edib, guya ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşaması barədə yalan məlumat vermiş, bununla da faktiki olaraq kirayədə yaşamadığı halda qeyd edilən hərbi hissədə xidmət etdiyi müddətdə, yəni N5 yanvar N0NN-ci il tarixdən 05 iyul N0N3-cü il tarixinədək müvəqqəti mənzilin kirayəsi üçün nəzərdə tutulan 5380 (beş min üç yüz səksən) manat məbləğində pul kompensasiyasının hər ay bank vasitəsi ilə onun əmək haqqı kartının hesabına ödənilməsinə nail olaraq öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N7-ci il tarixdən Azərbaycan Ordusunda xidmət edir. N6-cı ildə keçmiş arvadı Şahid1 ilə ailə həyatı qurduqdan sonra atası ŞahidN adına olan ünvan 4 ünvanında yaşamışdır. Həmin ərəfələrdə maddi durumu yaxşı olmadığından o, dövlətdən qanunsuz olaraq pul kompensasiyası almaq üçün tanışı Yunis Əsgərova yalandan ailəsi ilə birlikdə sonuncuya məxsus ünvan 3-də kirayədə yaşamaq istədiyini söyləmişdir. Yunis Əsgərov və oğlu Şahid3 ona ailəsi ilə birlikdə sözügedən mənzildə təmənnasız yaşaya biləcəyini də söyləmişlər. O da Y.Əsgərova həmin mənzildə yaşaya biləcəyini söyləsə də onun sonuncuya məxsus həmin evdə yaşamaq fikri olmamış, məqsədi sadəcə olaraq mənzilin mülkiyyətçisi ilə formal xarakterli əmlak kirayə müqaviləsi bağlamaqla pul kompensasiyası almaq üçün həmin müqaviləni digər sənədlərlə birlikdə hərbi hissənin komandanlığına təqdim etmək olmuşdur. O, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olan zaman, yəni NN may N9cu il tarixdə xidmət yerində mənzillə təmin edilmədiyinə görə ona və ailə üzvləri üçün müvəqqəti mənzilin kirayə sənədlərinin toplanması və pul kompensiyasının ödənilməsi haqqında yuxarı komandanlığa raportla müraciət etmişdir. Bundan sonra o, N avqust N9cu il tarixdə tanışı, vətəndaş X7 mülkiyyətində olan qeyd edilən mənzildə yaşamaq üçün sonuncu ilə N (iki) il müddətinə kirayə müqaviləsi bağlamışdır. Həmin müqavilədə onun guya sözügedən mənzildə ailəsi ilə birlikdə kirayədə qalması və Y.Əsgərova kirayə haqqı kimi aylıq 300 manat məbləğində pul verməli olduğu göstərilmişdir. O, sözügedən tarixdə Y.Əsgərovla əmlak kirayə müqaviləsi bağlasa da, sonuncunun mənzilində yaşamamışlar və ona kirayə haqqı ödəməmişdir. Sözügedən kirayə müqaviləsini və pul kompensasiyası alması üçün digər zəruri sənədləri hərbi hissənin komandanlığına təqdim etməklə yalan məlumat vermişdir. Hərbi hissə tərəfindən ona ailə vəziyyəti nəzərə alınmaqla N avqust N9-cu il tarixdən 31 dekabr N0N0-ci il tarixinədək hər ay 300 manat olmaqla, ümumilikdə 4800 manat məbləğində pul kompensiyası ödənilmişdir. Bundan başqa Müdafiə nazirinin N9 dekabr N0N0-ci il tarixli 01453 əmrinə əsasən ona ilkin “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında Azərbaycan Ordusunda 1 (bir) il 6 (altı) ay müddətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul olunmuşdur. Bunun ardınca onu xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərmişlər. Orada xidmət etdiyi zaman eynilə ona və ailə üzvləri arvadı Səkinə və qızı Kübra üçün nəzərdə tutulmuş müvəqqəti mənzilin kirayə sənədlərinin toplanması və pul kompensiyasının ödənilməsi haqqında N6 avqust N0N1-ci il tarixdə yuxarı komandanlığa raportla müraciət etmişdir. O, eynilə yalandan N avqust N9-cu il tarixli kirayə müqaviləsinə əsasən guya kirayədə qaldığı yaşayış yerini ünvan 5 ünvanını qeyd etmişdir. Sənədlər yuxarı komandanlığa təqdim etdikdən sonra N0N1-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində ona hər ay 300 manat olmaqla ümumilikdə 1N00 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Bundan əlavə, N5 yanvar N0NN-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə onun xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdikdən sonra eynilə pul kompensasiyası almaq üçün müvafiq olaraq N8 yanvar N0NN-ci il və 14 yanvar N0N3-cü il tarixlərdə raportlarla yuxarı komandanlığa müraciət etmişdir. Onun Y.Əsgərovla bağladığı kirayə müqaviləsi N avqust N0N1-ci il tarixdə qüvvədən düşdüyündən o, yenidən pul kompensasiyasını almaq üçün Y.Əsgərov ilə qeyd edilən kirayə müqaviləsini yeniləmək zərurəti yaranmış, lakin sonuncunun yaşlılığı və xəstəliyi ilə əlaqədar olaraq özü həyata keçirə bilməmişdir. N0NNci ilin iyul ayında o, tanışı Y.Əsgərovun oğlu Şahid3 müraciət edərək atasının əvəzinə onunla yenidən əmlak kirayə müqaviləsi bağlamasını xahiş etmişdir. Şahid3 kirayə müqaviləsinin nə səbəbə lazım olduğunu ondan soruşmuş, o, yalandan qeyd edilən kirayə müqaviləsinin xidmət etdiyi hərbi hissədən istənildiyini sonuncuya söyləmişdir. O, Y.Əsgərovun xəstəliyi ilə əlaqədar olaraq sonuncunun etibarnamə əsasında nümayəndəsi oğlu, Şahid3la N9 iyul N0NN-ci il tarixdə notarial qaydada 3 (üç) illik müddətə əmlak kirayə müqaviləsini bağlamışdır. Həmin kirayə müqaviləsində kirayə haqqının ödənilməsi kimi 400 manat göstərilsə də, o, Y.Əsgərov və oğlu Şahid3 sözügedən kirayə müqavilələri üzrə hər hansı məbləğdə pul verməmişdir. Üzərindən bir müddət keçdikdən Şahid3 ona zəng edərək nə səbəbdən kirayə üzrə mənzilə köçmədiyini soruşmuş, o, həmin vaxt yalandan Qarabağ bölgəsində xidmət etdiyindən mənzildə qala bilmədiyini və lakin tezliklə ailəsi ilə birlikdə mənzilə köçəcəyinə dair yalandan sonuncuya vəd vermişdir. Həmin ərəfələrdə sözügedən müqaviləni yenə müvafiq raportlarla və sənədlərlə birlikdə N nömrəli hərbi hissənin mənzil komissiyalarına təqdim edərək xidmət etdiyi zaman faktiki olaraq kirayə yaşamadığı halda ona N5 yanvar N0NN-ci il tarixdən 05 iyul N0N3-cü il tarixinədək hər ay 300 manat olmaqla, ümumilikdə 5380 manat məbləğində pul kompensiyası ödənilmişdir. Hazırda törətdiyi əməllərdən peşmadır, vurulmuş ziyan və döflət nəfinə N5 faizi tərəfindən ödənilmişdir, məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, N-ci dərəcəli kapitan Quliyev llhami Ənvərxan oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xidmət edən zaman intizamlı hərbi qulluqçu kimi fəaliyyət göstərib, verilən tapşırıqları hər zaman yerinə yetirib, heç vaxt intizam məsuliyyəti törətməyib. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi X6 N3 fevral N7-ci il tarixli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hərbi hissəyə göndərilmiş və hərbi hissənin X3 Gözətçi gəmisinin (G1N7) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı-siqnalçısı vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs xidmətdə olarkən, keçmiş həyat yoldaşı Şahid1 və X8 ilə birlikdə faktiki olaraq atası ŞahidN məxsus ünvan 4 ünvanında yaşamasına baxmayaraq, qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq üçün Təqsirləndirilən şəxs tanışı, vətəndaş X10 məxsus ünvan 6 ünvanında yerləşən mənzilin kirayə götürülməsi ilə əlaqədar müqaviləni raport və digər sənədlərlə birlikdə sözügedən hərbi hissənin komandanlığına təqdim edib guya həmin mənzildə kirayədə yaşaması barədə yalan məlumat vermişdir. Bununla da Təqsirləndirilən şəxs sözügedən ünvanda faktiki olaraq kirayə yaşamadığı halda, N avqust N9-cu il tarixdən 31 dekabr N0N0-ci il tarixinədək ona hər ay 300 manat olmaqla ümumilikdə 4800 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Qeyd edilən cinayət hadisəsindən hərbi hissənin komandanlığının, eləcə də onun sonradan, yəni bu fakt üzrə araşdırma başlanıldıqdan sonra məlumatı olmuşdur. Həmçinin onu da qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olub. N nömrəli hərbi hissədən Təqsirləndirilən şəxs də daxil olmaqla 140 nəfər ilkin variantda döyüş əməliyyatlarında iştirak eləmişdir. Hərbi hissədən aldığı məlumata görə Təqsirləndirilən şəxs də bu əməliyyatlarda fəal iştirak edib. Hazırda vurulmuş 4800 manat ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor NümayəndəN ifadəsində göstərdi ki, hərbi hissənin sabiq hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirinin 14 avqust N0N1-ci il tarixli əmri ilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hərbi hissəyə göndərilmiş və hərbi hissənin Mühafizə taborunun xüsusi mühafizə və xidmət taqımı komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs xidmət yerində mənzillə təmin edilmədiyinə görə kirayə sənədlərinin toplanması və pul kompensiyasının ödənilməsi haqqında N6 avqust N0N1-ci il tarixdə yuxarı komandanlığa raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs N0N1-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində hər ay 300 manat olmaqla ümumilikdə 1N00 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi N avqust N9-cu il tarixli kirayə müqaviləsinə əsasən o, həyat yoldaşı Şahid1 və azyaşlı övladı olan N7-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 6 ünvanında yaşamalı olduğu halda sözügedən mənzildə yaşamamışdır. Təqsirləndirilən şəxs N0N1-ci ilin sentyabr-dekabr ayları ərzində ailəsi ilə birlikdə atası ŞahidN məxsus ünvan 7 ünvanında yaşadığı halda guya kirayədə qalırmış kimi dövlətə qeyd edilən aylar ərzində ümumilikdə 1N00 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən dövlətə ümumilikdə vurulan 1N00 manat məbləğində maddi ziyan sonuncu tərəfindən ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, ədliyyə kapitanı Nümayəndə3 verdiyi ifadəsində göstərdi ki, hərbi hissənin sabiq hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirinin N5 yanvar N0NN-ci il tarixli əmri ilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hərbi hissəyə göndərilmiş və hərbi hissənin Mühafizə taborunun mühafizə bölüyünün 3-cü taqımın komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs xidmət yerində mənzillə təmin edilmədiyinə görə kirayə sənədlərinin toplanması və pul kompensiyasının ödənilməsi haqqında N8 yanvar N0NN-ci il və 14 yanvar N0N3-cü il tarixlərində yuxarı komandanlığa raportla müraciət etmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs N avqust N9-cu il və N9 iyul N0NN-ci il tarixli kirayə müqavilələrini və pul kompensasiyasını alması üçün zəruri sənədləri hərbi hissənin komandanlığına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi N avqust N9-cu il tarixli və N9 iyul N0NN-ci il tarixli kirayə müqavilələrinə əsasən o, həyat yoldaşı Şahid1 və qızı Təqsirləndirilən şəxs ilə birlikdə guya ünvan 6 ünvanında yaşadığını göstərsə də, həqiqətdə isə Təqsirləndirilən şəxs qeyd edilən tarixlərdə ailəsi ilə birlikdə atası ŞahidN məxsus ünvan 7 ünvanında yaşamışdır. Bundan sonra Təqsirləndirilən şəxs sözügedən raportları və kirayə pulu alması üçün topladığı sənədləri əsasında ailə vəziyyəti nəzərə alınmaqla ona hər ay 300 manat olmaqla, N0NNci il ərzində 353N manat, N5 yanvar N0NN-ci il tarixdən 05 iyul N0N3-cü il tarixinədək 1848 manat olmaqla, ümumilikdə 5380 manat məbləğində pul kompensasiyası ödənilmişdir. Təqsirləndirilən şəxs Müdafiə nazirinin müvafiq əmri ilə 16 iyul N0N3- cü il tarixdə xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulan 5380 manat məbləğində maddi ziyan sonuncu tərəfindən ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş vətəndaş X11 verdiyi ifadəsində göstərdi ki, N6 yanvar N6-cı il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan N3 mart N7-ci il tarixdə bir qız övladı dünyaya gəlmişdir. O, N6 yanvar N6-cı il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra qayınatası ŞahidN məxsus ünvan 4 ünvanına köçərək birlikdə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs N7-ci ilin mart ayından N0N0-ci ilin sonlarınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, N0N1-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, N0NN-N0N3-cü illər ərzində isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində zabit qismində xidmət etmişdir. Müdafiə nazirinin müvafiq əmri ilə Təqsirləndirilən şəxs xidmət yeri dəyişdirilərək N nömrəli hərbi hissəyə göndərilmişdir. O, evli olduğu müddətdə Təqsirləndirilən şəxs konkret olaraq hansı məbləğdə maaş aldığını bilməsə də, maaşının hər ayın N0-N5-i arası köçürüldüyünü bilmişdir. Birlikdə yaşadığı müddətdə onun maaşından əlavə digər məbləğdə pul almasını, o cümlədən kirayə pulu almasını, kirayə pulu alması üçün kiminləsə, eləcə də sonradan adını öyrəndiyi vətəndaş Yunis Əsgərovla notarial qaydada müqavilə bağlayıb guya sonuncuya məxsus ünvan 6 ünvanında yaşaması barədə yuxarı komandanlığına müvafiq qaydada müraciət edib, buna görə qanunsuz olaraq aylıq 300 manat məbləğində pul almasını bilməmişdir. Həmin ərəfələrdə otaqlarını qaydaya salan zaman Təqsirləndirilən şəxs aylıq 300 manat kirayə pulu almasına dair içərisində qeydlər olan ağ vərəq aşkarlamışdır. Bundan sonra onun Təqsirləndirilən şəxs 300 manat almasına dair şübhələri artmağa başlamışdır. O, bu şübhə ilə Təqsirləndirilən şəxs yatan zaman sonuncunun mobil telefonuna daxil olaraq mobil tətbiq vasitəsilə hesabına daxil olan pullara baxış keçirmişdir. O, həmin vaxt həqiqətən də Təqsirləndirilən şəxs dövlətdən 300 manat kirayə pulu aldığını aşkar etmişdir. Bundan sonra o, N0N3-cü ilin sentyabr ayının axırlarında bu barədə Təqsirləndirilən şəxs ilə söhbət etdiyi zaman sonuncu ona etiraf etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edərkən qanunsuz olaraq kirayə pulu almaq üçün müvafiq sənədlər toplamağa başladığını, adı çəkilən hərbi hissədə xidmət edən zaman N avqust N9-cu il tarixdə guya vətəndaş Yunis Əsgərova məxsus ünvan 6 ünvanında yaşadığına dair sonuncu ilə notarial qaydada əmlak kirayə müqaviləsi bağladığını və həmin tarixdən başlayaraq təxminən 300 manat həcmində pul kompensasiyası almağa başladığını ona söyləmişdir. O, Təqsirləndirilən şəxs ilə birgə nikah dövründə heç vaxt kirayədə yaşamamış və ancaq qayınatası ŞahidN məxsus ünvan 4 ünvanında yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş vətəndaş ŞahidN verdiyi ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs N6 yanvar N6-cı il tarixdə keçmiş gəlini Şahid1 ilə rəsmi nikaha daxil olmuşdur. Oğlu Təqsirləndirilən şəxs ailə həyatı qurduqdan sonra onun adına olan ünvan N ünvanına köçərək yaşamağa başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs rahat olduğu üçün ailəsi ilə birlikdə ona məxsus evdə yaşamağa davam etmişlər. Təqsirləndirilən şəxs N7-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda hərbi xidmətə başlamış və xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən hərbi hissəyə qeydiyyata düşmüşdür. Sonradan K.X1 mülkiyyətində olan ünvan 8 ünvanında yaşaması üçün sonuncu ilə kirayə müqaviləsi bağladığını öyrənmişdir. Təqsirləndirilən şəxs Y.Əsgərovla hansı məbləğ qarşılığında kirayə müqaviləsi bağlamasından və hərbi hissədən mənzil kirayəsi üçün nə qədər pul kompensasiyası almasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs evlilik müddətində ailəcə ancaq onun adına olan mənzildə yaşamışlar. Təqsirləndirilən şəxs aid məsələlərə qarışmadığımdan aldığı əmək haqqından və digər müavinatlardan xəbərinin olmamışdır.. O, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən başqa Müdafiə Nazirliyinin 11N, N nömrəli hərbi hissələrində də xidmət etdiyi zamanlarda dövlətdən pul kompensasiyası alması barədə sonradan məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, hərbi qulluqçu Təqsirləndirilən şəxs və atası Məhəmmədi Qaradağ rayonu Sahil qəsəbəsinin sakinləri olduğu üçün tanımış və hər iki şəxslə münasibəti yaxşı olmuşdur. X17 90 yaşlı və hazırda yataq xəstəsidir. Y.Əsgərov Təqsirləndirilən şəxs xahişi ilə guya sonuncunun onlara məxsus ünvan 3 ünvanında yaşamasına görə N avqust N9-cu il tarixdə Y.Əsgərovla əmlak kirayə müqaviləsi bağlamışdır. Söhbət əsnasında o və Y.Əsgərov Təqsirləndirilən şəxs qazi kimi tanımış, habelə maddi imkanının zəif olması səbəbindən sonuncuya yaxşılıq etmək məqsədilə sözügedən mənzildə təmənnasız yaşaya biləcəyi təklif etmişlər. Təqsirləndirilən şəxs mənzilə baxaraq ailəsi ilə birlikdə yaşayacağını ona söyləmişdir. Təqsirləndirilən şəxs daha sonra atası Y.Əsgərova formal müqavilə bağlamasını xahiş etmiş, atası da müqavilənin mahiyyətini dərk etmədən K.Əsgərovla N avqust N9-cu il tarixli əmlak kirayə müqaviləsi bağlamışdır. Həmin müqavilədə Təqsirləndirilən şəxs guya sözügedən mənzildə ailəsi ilə birlikdə kirayədə qalması və sonuncunun onlara kirayə haqqı kimi 300 manat məbləğində pul verməli olduğu göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs atası Y.Əsgərova heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs əvvəl tez bir zamanda ailəsi ilə birlikdə kirayədə qalacağı mənzilə köçəcəyini bildirsə də, yaşaması üçün həmin mənzilə köçməmişdir. Atası ilə Təqsirləndirilən şəxs arasında bağlanmış sözügedən kirayə müqaviləsinin müddəti N avqust N0N1-ci il tarixdə bitdiyindən Təqsirləndirilən şəxs N0NN-ci ilin iyul ayında Y.Əsgərova yaxınlaşaraq yenidən əmlak kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin atası yaşlı və xəstə olduğu üçün həmin müqaviləni bağlamaqdan imtina etmişdir. Sonra Təqsirləndirilən şəxs Y.Əsgərovun nümayəndəsi kimi həmin müqaviləni bağlamasını ondan xahiş etmişdir. O, həmin müqavilənin nə səbəbdən lazım olduğunu Təqsirləndirilən şəxs soruşduqda, sonuncu qeyd edilən kirayə müqaviləsinin xidmət etdiyi hərbi hissədən istənildiyini ona söyləmişdir. Təqsirləndirilən şəxs yaxşılıq etmək məqsədilə N9 iyul N0NN-ci il tarixdə notarial qaydada kirayə müqaviləsi bağlamışdır. Həmin kirayə müqaviləsində kirayə haqqı 400 manat göstərilsə də o, Təqsirləndirilən şəxs sözügedən məbləği almamışdır. Üzərindən bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs evdə qalmadığını görərək bunun səbəbini soruşduqda sonuncu ona Qarabağ bölgəsində xidmət etdiyindən mənzildə qala bilmədiyini söyləmişdir. Sonradan həm ona, həm də atası Y.Əsgərova məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlarla bağladığı kirayə əmlak müqaviləsini guya həmin mənzildə yaşayırmış kimi göstərməklə və həmin müqaviləni hərbi hissəyə təqdim etməklə xidmət etdiyi hərbi hissələrdən müxtəlif məbləğlərdə pul kompensasiyası almışdır. Onun və atası Y.Əsgərovun Təqsirləndirilən şəxs xidmət etdiyi bir sıra hərbi hissələrdən qanunsuz olaraq pul kompensasiyası alması barədə heç bir məlumatı olmamışdır. Cinayət işi materiallarından görünür ki, N6 noyabr N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tanınmış və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. N7 noyabr N0N4-cü il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.N.4-cü maddəsindən həmin məcəllənin 178.N.3 və 178.N.4-cü maddələrinə tövsif edilmişdir. 03 dekabr N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.N.3 və 178.N.4-cü maddəsindən həmin məcəllənin 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələrinə tövsif edilmiş və 04 dekabr N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğuna yazılmış 03 oktyabr N0N3-cü il tarixli ərizədən görünür ki, vətəndaş Şahid1 keçmiş əri, hərbi qulluqçu Təqsirləndirilən şəxs evlilik müddətində atası ŞahidN məxsus ünvan 9 ünvanında birlikdə yaşamalarına baxmayaraq sənəd düzəldərək qeyri-qanuni kirayə pulu alması barədə məlumat vermişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N mart N7-ci il tarixli 75 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi X6 N3 fevral N7-ci il tarixli 010əç nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyinə, X3 Gözətçi gəmisinin (G 1N7) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı- siqnalçısı vəzifəsinə təyin edilməklə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N avqust N9-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə) müqaviləsindən görünür ki həmin tarixdə kirayəyə verən XN ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 38 kv/m olan mənzilini kirayəçi Təqsirləndirilən şəxs kirayəyə vermiş, sonuncu da bunun müqabilində Y.B.Əsgərova hər ay 300 (üç yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 36N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs X3 Gözətçi gəmisinin (G 1N7) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin manqa komandiri Müdafiə nazirinin N9 dekabr N0N0-ci il tarixli 01453 əmrinə əsasən ona ilkin “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında Azərbaycan Ordusunda 1 (bir) il 6 (altı) ay müddətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul olunduqdan sonra tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N5 yanvar N0NN-ci il tarixli N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 08 yanvar N0NN-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin Mühafizə bölüyünün 3-cü mühafizə taqımının komandiri vəzifəsinə təyin edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müvafiq olaraq 08 sentyabr N0N1-ci il tarixli, 05 yanvar N0NN-ci il tarixli və 09 yanvar N0N3-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlaklar aşkar edilməmişdir. İş materiallarında olan N9 iyul N0NN-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə) müqaviləsindən görünür ki, həmin tarixdə kirayəyə verən X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu Şahid3 ünvan 6 ünvanında yerləşən, yaşayış sahəsi 38 kv/m olan mənzilini kirayəçi Təqsirləndirilən şəxs kirayəyə vermiş, sonuncu da bunun müqabilində Şahid3 hər ay 400 (dörd yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentindən təqdim edilmiş 18 sentyabr N0N4-cü il tarixli 903 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs kirayə müqaviləsi ilə ünvan 6 ünvanında yaşadığı bildirilsə də sonuncu həmin mənzildə yaşamamış və adı çəkilən qurumun işçiləri tərəfindən dəfələrlə sözügedən mənzilə baxış keçirilərkən mənzil bağlı olmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş 1N sentyabr N0N4-cü il tarixli 54 nömrəli arayışdan görünür ki, hərbi hissənin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs mənzil kirayəsinə görə N avqust N9-cu il tarixdən 31 dekabr N0N0-ci il tarixinədək aylıq 300 manat olmaqla ümumilikdə 4800 manat məbləğində pul kompensasiyası ödənilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş N sentyabr N0N4-cü il tarixli N5N nömrəli arayışdan görünür ki, hərbi hissənin sabiq hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs mənzil kirayəsinə görə N5 yanvar N0NN-ci il tarixdən 05 iyul N0N3-cü il tarixinədək ümumilikdə 5380 manat məbləğində pul kompensasiyası ödənilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş 0N dekabr N0N4-cü il tarixli N17 nömrəli arayışdan görünür ki, hərbi hissənin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs mənzil kirayəsinə görə N0N1-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün aylıq 300 manat olmaqla ümumilikdə 1N00 manat məbləğində pul kompensasiyası ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.N0N4-cü il tarixli, BPM**********61 nömrəli, BPM**********01 nömrəli və xx.xx.N0N5-ci il tarixli, BPM**********89 nömrəli ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın ödənilməsi üçün 5380 manat, 1N00 manat və 4800 manat, ümumilikdə 11.380 manat məbləğində pulu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödəmişdir. Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli, N nömrəli və N nömrəli həbri hissələrinin səlahiyyətli nümayəndələrinin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs törədilmiş əməl nəticəsində vurulmuş 1N80 manat ziyanın iyirmi beş faizi olan N845 manat məğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 73-1.N-ci maddəsinə görə, Bu Məcəllənin 178.N, 179.N 186.N.1, 189-1.N-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.N-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın tam şəkildə ödənilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, həmçinin zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 1N80 manat pul Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatda müdafiəyə N5 saat sərf etdiyini göstərmişdir. Məhkəmə işin həcmini, işə baxılma vaxtını, məhkəmə iclas protokolundakı məlumatları nəzərə alaraq hesab edir ki, müdafiəçinin bu iş üzrə təqsirləndirilən şəxsin müdafiəsinə N5 saat sərf etməsi ağlabatandır və baxılma saatlarına daha uyğundur. Ona görə də, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N5 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 3N1, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.3 və 178.N.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.N-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 1N80 manat pul Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N5 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-41/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-41/2025
14.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver