Məhkəmə qərarları › İş №1-1(093)-42/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-42/2023

24.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-42/2023 24.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Nuriyev X14 Nazirliyinin N nömrəli hərbi hissəsinin orkestrinin baş musiqiçisi-solist köməkçi vəzifəsində kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 07 avqust 2022-ci il tarixdə saat 20 radələrində ayıq vəziyyətdə “BC” kateqoriyalı “AE” seriyalı “037299” nömrəli sürücülük vəsiqəsi və “ƏN-Vİ” seriyalı “166704” nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahil-Zeynalabdin Tağıyev avtomobil yolunun Abşeron rayonunun ərazisindən keçən 31-ci kilometrliyində Sumqayıt şəhərinin X18 qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni «Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» və həmin Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin yəni «Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər» tələblərini kobud şəkildə pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməmiş və sürət həddini aşaraq 70-75 km/saat sürətlə idarə etdiyi avtomobil ilə yolu soldan sağa keçən piyada xx.xx.1985-ci il təvəllüdlü vətəndaş X5 ehtiyatsızlıqdan vuraraq Pərviz Surxayevə dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid “baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, alın və sol ayaq sümüklərinin açıq sınıqları, alın-təpə nahiyəsinin, alt dodağın mərkəzi hissəsinin və çənə nahiyəsini əhatə edən sahənin və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları, sol baldırın sıyrığı” diaqnozlu xəsarətlər yetirmiş və nəticədə sonuncu hadisə yerində ölmüşdür. Bununla da o, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, N mart 2021-ci il tarixdən N sentyabr 2022-ci il tarixədək Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun Buta qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin orkestrının baş musiqiçisi-solist köməkçisi vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmət etmişdir. N sentyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilərək hərbi hissənin 2-ci mühafizə bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının komandiri vəzifəsinə təyin edilmiş, hazırda da qeyd edilən vəzifədə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətini davam etdirir. O, 07 avqust 2022-ci il tarixdə saat 20 radələrində dayısı X9 ziyarət etmək üçün istifadəsində olan 20 iyul 2022-ci il tarixdə etibarnamə əsasında əldə etdiyi vətəndaş X2 mülkiyyətində olan “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə dayısının Abşeron rayonunun Müşfiq qəsəbəsində yerləşən evinə getmiş və dayısı Ərəstun Qədirovun evdə olmadığını müəyyən etdikdən sonra Sumqayıt şəhərində yerləşən evinə geri qayıtmışdır. O, həmin vaxt tək olmuş və Sumqayıt şəhərinə qayıdarkən X7 avtomobil yolundan istifadə etmişdir. O, 07 avqust 2022-ci il tarixdə saat 20 radələrində “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahil-Zeynalabdin Tağıyev avtomobil yolunun Abşeron rayonunun ərazisindən keçən 31-ci kilometrliyində Sumqayıt şəhərinin X18 qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolda sürət həddi 60 km/saat müəyyən edildiyi halda sürət həddini aşaraq 70-75 km/saat sürətlə idarə etdiyi avtomobil ilə olduğu yerdən 200 metr irəlidə yolu soldan sağa keçən piyada vətəndaş X5 görmüş, bu zaman dayanacağını düşünərək hərəkətini davam etdirmişdir. Pərviz Surxayevə yaxınlaşdığı zaman piyadanın hərəkətini davam etdirdiyini gördükdə həyəcanlanaraq özünü itirmiş və əyləcə basmayaraq ehtiyatsızlıqdan Pərviz Surxayevi vurmuş və Pərviz Surxayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. O, 07 avqust 2022-ci il tarixdə avtomobil idarə edərkən hər hansı spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, həmin gün Sumqayıt şəhər Narkoloji Dispanserdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı orqanizmində hər hansı spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir göstərən maddə aşkar olunmamış, avtomobili “BC” kateqoriyalı “AE” seriyalı “037299” nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmiş, avtomobil hadisə baş verən vaxt texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə ifadə verib göstərdi ki, 16 oktyabr 2014-cü il tarixdə mərhum X10 ilə nikaha daxil olmuş və həmin nikahdan X13 və X6 adlı iki övladı dünyaya gəlmişdir. 07 avqust 2022-ci il tarixdə axşam saatlarında atası X20 ona yol nəqliyyat hadisəsi baş verdiyini və nəticədə həyat yoldaşı Pərviz Surxayevin hadisə zamanı aldığı xəsarətlər nəticəsində öldüyünü bildirmişdir. O, yol nəqliyyat hadisəsini Təqsirləndirilən şəxs törətdiyini, 07 avqust 2022-ci il tarixdə saat 20 radələrində istifadəsində olan “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Pərviz Surxayevi vurduğunu və Pərviz Surxayevin almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü öyrənmişdir.Təqsirləndirilən şəxs dəfn xərcləri üçün çəkilmiş 4830 manat, mülki iddiaçının azyaşlı övladlarının əmək münasibətlərinə girmək hüquqi yarananadək olan dövr üçün 41530 manat, cəmi 46.360 manat ödənilməsi barədə hökm çıxarılmasını və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edirəm. Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, 07 avqust 2022-ci il tarixdə saat 20 radələrində Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinin “Müşfiqabad 710” saylı X26i postuna yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında postun əməkdaşları hadisə yerinə getmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs polis postuna gətirilmiş, Təqsirləndirilən şəxs orada 07 avqust 2022ci il tarixdə saat 20 radələrində 20 iyul 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi vətəndaş X2 mülkiyyətində olan “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonundan Sumqayıt şəhərinə qayıdarkən X7 avtomobil yolunun Abşeron rayonunun ərazisindən keçən 31-ci kilometrliyində körpünün üzərində yolu keçən piyada X5 gördüyünü və piyadanın dayanacağını düşünərək hərəkətini davam etdirdiyi, lakin piyadanın dayanmadığını gördükdən sonra həyəcanlanaraq əyləcə basmadığını, nəticədə piyada Pərviz Surxayevi vurduğunu və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçmayaraq polis əməkdaşlarını gözləmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş və həmin avtomobili “BC” kateqoriyalı “AE” seriyalı “037299” nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. O, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə, bazar günü saat 20 radələrində Abşeron rayonunun ərazisində yerləşən “Müşfiq” körpüsü adlanan yerdə yolnəqliyyat hadisəsi törətdiyini öyrənmiş və dərhal hadisənin baş verdiyi yerə getmişdir. O, hadisə yerinə çatdıqdan sonra Təqsirləndirilən şəxs orada olduğunu sonuncunun idarə etdiyi “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsinin, kapotunun və radiator barmaqlığının zədələndiyini görmüşdür. Təqsirləndirilən şəxs ona avtomobillə hərəkətdə olarkən bir nəfər kişi cinsli şəxsin yolu keçərkən gördüyünü və piyadanın dayanacağını düşünərək hərəkətini davam etdirdiyini, lakin piyadaya yaxınlaşarkən sonuncunun dayanmadığını və həmin vaxt həyəcanlanaraq əyləcə basmadığını, nəticədə piyadanı ehtiyatsızlıqdan vuraraq ölümünə səbəb olduğunu bildirmişdir. Hadisədən sonra polis bölməsində olarkən o, Təqsirləndirilən şəxs vurduğu şəxsin vətəndaş X10 olduğunu və Pərviz Surxayevin almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü polis əməkdaşlarından öyrənmişdir. Təqsirləndirilən şəxs vətəndaş Pərviz Surxayevi daha əvvəl tanınamışdır. Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş və həmin avtomobili 2022-ci ilin iyul ayının sonlarında etibarnamə əsasında əldə etmiş, bundan başqa Təqsirləndirilən şəxs həmin avtomobili ““BC” kateqoriyalı “AE” seriyalı “037299” nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmiş, qeyd edilən avtomobil hadisə baş verən zaman texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Şahid vətəndaş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizaların rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 tərəfindən təqdim edilmiş 07 sentyabr 2022-ci il tarixli 113 nömrəli ekspert rəyindən görünür ki, X1 meyiti üzərində “baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar: alın və sol ayaq sümüklərinin açıq sınıqları, alın-təpə nahiyəsinin, alt dodağın mərkəzi hissəsinin və çənə nahiyəsini əhatə edən sahənin və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları, sol baldırın sıyrığı” xəsarətləri aşkar olunmuş, həmin xəsarətlər həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07 avqust 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb-baş beyinin yumşaq qişasına diffuz qansızmalarla və alın sümüyünün sınığı ilə müşayiət olunan açıq kəllə-beyin travması olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 oktyabr 2022-ci il tarixli 8/2895 nömrəli ekspert rəyindən aydın olur ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun 07 avqust 2022-ci il tarixli raportundan məlum olur ki, 07 avqust 2022-ci il tarixdə Sahil-Zeynalabdin Tağıyev avtomobil yolunun Abşeron rayonunun ərazisindən keçən 31-ci kilometrliyində Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobillə Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt piyada Qaradağ rayonunun Qobustan qəsəbəsinin 1-ci massivində yaşayan, 1985-ci il təvəllüdlü X5 vurmuş, nəticədə piyada X10 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis kapitanı Fuad Şirinov tərəfindən həmin şöbənin növbətçi hissəsinə verilən 07 avqust 2022-ci il tarixli məlumatdan görünür ki, 07 avqust 2022-ci il tarixdə Sahil-Zeynalabdin Tağıyev yolunun Abşeron rayonunun ərazisindən keçən 31-ci kilometrliyində xx.xx.1993cü il təvəllüdlü, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt yolu keçən piyada xx.xx.1985-ci il təvəllüdlü, Qaradağ rayonunun Qobustan qəsəbəsinin 1-ci massivində yaşayan X5 vurmuş, nəticədə piyada Pərviz Surxayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. 07 avqust 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, yol-nəqliyyat hadisəsi Sahil-Zeynalabdin Tağıyev qəsəbəsinin 31-ci kilometrliyində qaranlıq havada baş vermiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer yaşayış məntəqəsi olmuş, yolun işlək hissəsi düz, yolun örtüyü asfaltbeton, örtüyün vəziyyəti yaş olmuş, yol örtüyünün eni 8 metr, hərəkət zolaqlarının sayı 2, işlək hissənin eni 8 metr olmuş, yol-nəqliyyat hadisəsi baş verdiyi yol ağ düz xətlər çəkilməklə 2 zolaqlı olmuşdur. Yolun işlək hissəsi sağdan ağ xətt və təhlükəsizlik adacığı ilə soldan ağ xətt və təhlükəsizlik adacığı ilə birləşmişdir. Yolda hərəkət nizamlanmamış, avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi 60 km/saat olmuş və hadisə yeri işıqlandırılmamışdır. Hadisənin baş verdiyi yolda şin və tormozlama izləri olmamışdır. Piyada yolun sol kənarından sağ kənarına keçən zaman çəpinə 12 (on iki) metr qət etdikdən sonra yolun Zeynalabdin Tağıyev istiqamətində olan hərəkət zolağında sağ hissədəki ağ düz xətdən sola doğru 1(bir) metr məsafədə vurulmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış protokolundan məlum olur ki, iştirakçı Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə saat 20:40 radələrində Sahil-Zeynalabdin Tağıyev avtomobil yolunun Abşeron rayonunun ərazisindən keçən 31-ci kilometrliyində körpünün üzərində qəza işıqlarını yandıraraq dayanmış avtomobilin hadisə zamanı onun istifadəsində olmuş “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və hadisə baş verdikdən sonra avtomobili məhz həmin yerdə saxladığını bildirmişdir. “AE” seriyalı “037299” nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B və C” kateqoriyalı avtomobilləri idarə etmək hüququ olmuşdur. 20 iyul 2022-ci il tarixli “ƏN Vİ” seriyalı “166704” nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs vətəndaş X4 məxsus “Mercedes Benz C180” markalı “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobili 20 iyul 2024-cü il tarixədək idarə etmək hüququnu əldə etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsindən göndərilmiş məktubdan məlum olur ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) “AE” seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən tərtib olunmuş 07 avqust 2022-ci il tarixli 3982 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol və ya digər güclü təsir göstərən maddələr aşkar olunmamış, alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. AZ-İİ seriyalı 290248 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X10 “baş beyinin ocaqlı travması” səbəbindən 07 avqust 2022-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli 87 nömrəli əmrindən edilmiş çıxarışdan mlum olur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci və 38.1.2-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” və 72-ci maddəsinin “v” bəndinə müvafiq olaraq 2021-ci ilin mart ayında “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu bitirmiş əsgər Təqsirləndirilən şəxs hərbi hissənin orkestrının baş musiqiçisi-solist köməkçisi vəzifəsinə təyin olunmaqla Azərbaycan Ordusuna bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmişdir. Cinayət işinin materiallarında olan N mart 2021-ci il tarixli “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul haqqında bağlaşmanın” surətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs məxsus xidməti vərəqənin surətindən aydın olur ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandirinin N noyabr 2021-ci il tarixli 365 nömrəli əmri ilə “N noyabr “Zəfər Bayramı”nın birinci ildönümü münasibəti ilə döyüş hazırlığında, hərbi intizamda və qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və nümunəvi xidmətinə görə” həvəsləndirilmiş və ona “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli 253 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, N nömrəli hərbi hissənin orkestırının baş musiqiçisi-solist köməkçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq Hərbi Dəniz Qüvvələri komandanının 13 sentyabr 2022-ci il tarixli 063əç əmri ilə N nömrəli hərbi hissənin (Xızı rayonu) mühafizə bölüyünün mühafizə taqımının mühafizə manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş və N sentyabr 2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli 255 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri komandanının 13 sentyabr 2022-ci il tarixli 063əç əmri ilə N nömrəli hərbi hissənin (Xızı rayonu) mühafizə bölüyünün mühafizə taqımının mühafizə manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin komandanlıqları tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobil idarə edən şəxs olaraq yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, məhkəmə-tibbi və yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablanmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltazam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oluna qarşı 46.360 (qırx altı min üç yüz altımış) manat mülki iddiası vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci olan 135 (yüz otuz beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır, həmçinin «Mercedes Benz C180» markalı, «**-LN-***» dövlət qeydiyyat nişanlı minik avtomobilin, avtomobilin mülkiyyətçisi X4 təhvil verilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə 1 (bir) il müddətə sürücülük hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsinə qeydiyyata düşdüyü gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CPM-in 354.1.3-cü maddəsinə əsasən mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə xərci olan 135 ( yüz otuz beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən Vəkil 38 (otuz səkkiz) iş saatı üçün 228 (iki yüz iyirmi səkkiz) manat Bakı şəhəri 28 saylı Vəkil Bürosu vasitəsi ilə ödənilsin. Maddi sübut kimi tanınmış: • «Mersedes Benz C180» markalı «**-LN-***» dövlət qeydiyyat nişanlı minik avtomobilin mülkiyyətçisi X4 təhvil verilməsi nəzərə alınsın. • bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar