Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-43/2024 12.03.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərinin Yasamal rayonunun Qanlı Göl qəsəbəsində yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1 və 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 191 nömrəli əmri ilə 10 (on) gün müddətinə məzuniyyətə buraxılmış, N iyul N3-cü il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda üzürlü səbəb olmadan N iyul N3-cü il tarixədək, yəni üç gündən artıq, lakin on gündən çox olmayan müddətə hərbi hissəyə vaxtında gəlməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N iyul N3-cü il tarixdə hərbi həkim komissiyasından müayinədən keçməsi məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına aparılmış, müayinədə olarkən həmin gün saat 16 radələrində poliklinikanı özbaşına tərk etmiş və 23 oktyabr N3-cü il tarixdə hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq xidmət etdiyi hərbi hissənin nümayəndələrinə təhvil verilmişdir. Bununla da o, üç aydan artıq müddətə xidməti yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.1 və 333.4-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edərkən N nömrəli hərbi hissənin komandirinin əmri ilə N iyun N3-cü il tarixdən 10 gün müddətinə, yəni N iyul N3-cü il tarixədək növbəti məzuniyyətə buraxılmış, N iyul N3-cü il tarixdə xidməti yerinə qayıtmalı olsa da, hərbi hissəyə qayıtmamışdır. N iyul N3-cü il tarixdə o, hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq N nömrəli hərbi hissəyə gətirilmiş və hərbi hissənin nümayəndələrinə təqdim edilmişdir. Bundan başqa, o, N iyul N3-cü il tarixdə hərbi hissə tərəfindən hərbi-həkim komissiyasından keçməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş, lakin poliklinikada olarkən onu poliklinikaya aparmaq üçün təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid2 onu poliklinikanın 2-ci mərtəbəsində müayinələrdən keçməsi üçün tək qoyaraq adını xatırlamadığı digər əsgəri ekspertizadan gətirmək üçün getdikdə həmin poliklinikadan qaçmış və 23 oktyabr N3-cü il tarixdə Yasamal rayonunun Qanlı Göl qəsəbəsində hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq N nömrəli hərbi hissənin nümayəndələrinə təhvil verilmişdir. Hərbi xidmətə münasibəti normal olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq, habelə xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Məzuniyyətdən gec qayıtmağının səbəbi əməliyyatdan sonra yaranan ağrılarının olması olmuşdur. Əməliyyatdan sonra hissədə əvvəlki qaydada xidmət etmiş, sıradan və digər ağır fiziki işlərdən azad edilməmişdir. Valideynləri hərbi hissəyə qayıtmalı olduğunu bildirsələr də, həbs olunmaqdan qorxduğu üçün qayıtmamışdır. Təqsirləndirilən şəxs son sözündə isə bildirmişdir ki, xidmət etdiyi hərbi hissəsinə geri qayıtmaq və xidmətini davam etmək istəyir, bu səbəbdən də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün inzibati təsərrüfat manqasının tibb qardaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid2 göstərdi ki, N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyündə xidmət edən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə həıbı xidmətə yararlı olubolmamasının müəyyən edilməsi məqsədi ilə hərbi həkim kommisiyasından keçməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına, habelə tibbi ekspertizaya göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs başqa adlarını xatırlamadığı əsgərlər də yoxlanış üçün poliklinkaya göndərilmiş, həmin vaxt o, həmin əsgərlərə nümayəndə kimi təyin edilmişdir. Həmin gün, yəni N iyul N3-cü il tarixdə digər əsgəri ekspetiza binasında müayinəyə salıb Təqsirləndirilən şəxs hərbi həkim kommisiyasında müayinədən keçməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına gətirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs müayinələrdən keçməsi üçün poliklinikanın 2-ci mərtəbəsində yerləşən nevropotoloq və psixiatrın yanına göndərmiş, özü isə adını hazırda xatırlamadığı digər əsgəri poliklinikaya gətirmək üçün ekspertiza binasına getmişdir. Təxminən 10-15 dəqiqə sonra poliklinikaya qayıtdıqda Təqsirləndirilən şəxs poliklinikadan qaçdığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3- cü taborunun 8-ci bölüyünün komandiri, baş leytenant Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizamintizamsız əsgər kimi göstərmiş və bir neçə dəfə intizamsızlıq etmiş, habelə hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmri ilə N iyun N3-cü il tarixdən 10 gün müddətinə, yəni N iyul N3- cü il tarixədək növbəti məzuniyyətə buraxılmış, lakin N iyul N3-cü il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamış, N iyul N3-cü il tarixdə hərbi polis əməkdaşları tərəfindən saxlanılıb N nömrəli hərbi hissəyə gətirilərək hərbi hissənin nümayəndələrinə təhvil verilmişdir. Daha sonra isə N iyul N3-cü il tarixdə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmiş və həmin tarixdə hospitalda olarkən oradan da qaçmış və bir daha hərbi hissəyə qayıtmamışdır. Təqsirləndirilən şəxsmıı 23 oktyabr N3-cü il tarixdə yenidən hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq hərbi hissənin nümayəndələrinə təhvil verildiyini və bu faktla bağlı cinayət işi istintaq olunduğundan həbs edildiyini eşitmişdir. Təqsirləndirilən şəxs ilə hərbi hissəni tərk etməsi ilə bağlı söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs ona şəxsi və ailə problemləri olduğu üçün hərbi hissəyə gəlmədiyini demişdir. Təqsirləndirilən şəxs məzuniyyətdən gecikərkən və ya hospitaldan qaçarkən bununla bağlı ona və ya digər komandirlərinə məlumat verməmiş və ya icazə almamışdır. Təqsirləndirilən şəxs əməliyyat olunduqdan sonra hospitaldan hərbi hissəyə gəlmiş, sənədlərində ağır işlərdən azad olunması qeyd edildiyindən sıra təlimlərinə, digər təlimlərə, ağır işlərə, idmana cəlb edilməmiş, bunlardan azad edilmiş, müraciəti olduqda tibb məntəqəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs yalnız şəxsi heyətin yoxlanışı ilə bağlı sıraya durmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının komadiri, leytenant X3 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət müddəti ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, bir-neçə dəfə xidmətdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmri ilə N iyun N3-cü il tarixdən 10 gün müddətinə , yəni N iyul N3-cü il tarixədək növbəti məzuniyyətə buraxılmış, lakin N iyul N3-cü il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamışdır. Bundan sonra N iyul N3-cü il tarixdə Təqsirləndirilən şəxs hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq hərbi hissəyə gətirilmiş və hərbi hissənin nümayəndələrinə təqdim edilmişdir. Daha sonra isə N iyul N3cü il tarixdə hospitalda olarkən oradan da qaçmış və bir daha hərbi hissəyə qayıtmamışdır. N iyul N3-cü il tarixdə Təqsirləndirilən şəxs hərbi hissəyə gətirildiyi zaman onunla hərbi hissəyə niyə qayıtmaması barədə söhbət etmiş və Təqsirləndirilən şəxs ona şəxsi, ailə problemləri olduğu üçün hərbi hissəyə gəlmədiyini demişdir. Təqsirləndirilən şəxs məzuniyyətdən gecikərkən və ya hospitaldan qaçarkən bununla bağlı rəislərinə məlumat verməmiş, icazə almamışdır. Təqsirləndirilən şəxs əməliyyat olunduqdan sonra hospitaldan hərbi hissəyə gəlmiş, sənədlərində ağır işlərdən azad olunması qeyd edildiyindən sıra təlimlərinə, digər təlimlərə, ağır işlərə, idmana cəlb edilməmiş, bunlardan azad edilmiş, müraciəti olduqda tibb məntəqəsinə göndərilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi, tibb xidmət kapitanı Şahid4 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs varikosel xəstəliyi ilə bağlı hərbi hissənin tibb xidmətinə müraciət etmiş, Hərbi Hospitala göndərilmişdir. Təqsirləndirilən şəxs əməliyyat olunmuş, daha sonra isə həkim müayinəsi nəticəsində və Hərbi Hospitalın rəyi əsasında ona 15 günlük məzuniyyət verilmişdir. Həmçinin o, ağır fiziki işlərdən azad olunmuşdur. Məzuniyyətdən qayıdandan sonrakı dövrdə Təqsirləndirilən şəxs səhhəti ilə bağlı onun əməliyyat yerinin qanaxması və s. kimi hallar aşkar edilməmişdir. O, 15 günlük məzuniyyətdən qayıtdıqdan bir müddət sonra növbəti məzuniyyətə getmiş, qayıtdıqda Təqsirləndirilən şəxs müayinədən keçməsi məqsədi ilə Həkim komissiyasına göndərilmiş və oranı tərk etmişdir. Əməliyyatdan sonra onun ağır işlərə cəlb edilməsi, səhhətində bununla bağlı ağırlaşmalar olması barədə müraciət etməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral N3-cü il tarixli 48 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N fevral N3-cü il tarixdə hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün komandiri, baş leytenant Şahid1 tərəfindən tərtib edilmiş N iyul N3-cü il tarixli raportdan görünür ki, həmin bölüyün 1-ci taqımının 2-ci manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə məzuniyyətdən qayıtmalı olduğu halda xidməti yerinə qayıtmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün komandiri, baş leytenant Şahid1 tərəfindən tərtib edilmiş N iyul N3-cü il tarixli raportdan görünür ki, həmin bölüyün 1-ci taqımının 2-ci manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə saat 15:00-da xidməti yerinə qayıtmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi, tibb xidməti kapitanı Şahid4 tərəfindən tərtib edilmiş N iyul N3-cü il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə saat 16 radələrində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olarkən poliklinikanı özbaşına tərk etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N3-cü il tarixli 191 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyun N3-cü il tarixdən 10 gün müddətinə, N iyul N3-cü il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N3-cü il tarixli 201 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə məzuniyyətdən qayıtmadığı üçün xidməti yerinə gəlməmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. Cinayət işinin materiallarında olan N iyul N3-cü il tarixli aktdan görünür ki, əsgot Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə məzuniyyətdən qayıtmalı olduğu halda qayıtmamış və N iyul N3-cü il tarixdə 1-ci hərbi polis bölməsi tərəfindən saxlanılaraq N nömrəli hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N3-cü il tarixli 210 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdə saat 15:00-da xidməti yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarında olan N iyul N3-cü il tarixli 1819 nömrəli göndərişdən görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N3-cü il tarixli 215 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyul N3-cü saat 16:00-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olarkən poliklinikanı özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. Cinayət işinin materiallarında olan 23 oktyabr N3-cü il tarixli 3893 nömrəli aktdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 23 oktyabr N3-cü il tarixdə saat 15:30 radələrində 1-ci hərbi polis bölməsinin axtarış bölməsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Yasamal rayonunun ərazisində saxlanılaraq N nömrəli hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N3-cü il tarixli 317 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, ********* nömrəli cinayət işi üzrə 25 oktyabr N3-cü il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs barəsində 13 yanvar N4-cü il tarixədək həbs növündə qətimkan tədbiri seçildiyindən bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 18 noyabr N3cü il tarixli 3204 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni hərbi xidmətə çağırılana kimi hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş və halhazırda da, onda hər hansı bir psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs qərarda göstərilən əməlini törətdiyi dövrdə (N3-cü ilin iyun ayından oktyabr ayınadək) onda psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq, digər psixi xəstəliklər olmamış, göstərilən əməli törətdiyi dövrdə hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı hesab edilir, o, hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, buna görə də öz hərəkətlərini ölçüb-biçmək onları idarə etmək iqtidarındadır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır və prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim komisiyası tərəfindən təqdim edilmiş N oktyabr N3-cü il tarixli 11053 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Hərbi Məhkəməsi tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına verilmiş sorğuya cavab məktubundan və ona əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 1181 nömrəli göndərişi əsasında xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X1 bölməsində “Soltərəfli ikinci dərəcəli varikosele” diaqnozu ilə satisonar müayinə və müalicədə olmuşdur. xx.xx.N3-cü il tarixdə yerli keyləşdirmə altında (sol. Novocaini 0.5%) “Soltərəfli varkoselektomiya” əməliyyatı icra olunmuşdur. xx.xx.N3-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuş, xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilmiş, ağır fiziki işlərdən və idmandan bir ay müddətinə azad olunması tövsiyə olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.1 və 333.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin əməliyyat olunduqdan sonra hərbi hissəyə qayıtdıqda ağır işlərə və təlimlərə cəlb edilməsi, səhhətinin pisləşməsi ilə bağlı göstərdiklərinə tənqidi yanaşır və hesab edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur, bununla o məsuliyyətdən boyun qaşırmaq məqsədi güdür. Bununla bərabər, müdafiə tərəfi iddia etmişdir ki, Təqsirləndirilən şəxs ağır şərait zəminində hissəni özbaşına tərk etmişdir. Bu xüsusatlarla bağlı müdafiə və ittiham tərəflərinin vəsatətləri əsasında tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, göstərilənlər təsdiq edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran, ona bəraət verilməsinə əsas olan hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, 333.4-1-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin 15-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu 333.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən, 333.4-1-ci maddəsi isə az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası, 333.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməli, cəza çəkmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 23 oktyabr N3-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.4-1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 oktyabr N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-43/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-43/2024
12.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver