Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-43/2025 17.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X7 Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı XN, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx N000-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.N.1, 177.N.3, 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək 0N il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Kərimov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam taborunun 1ci mühəndis istehkam bölüyünün 1-ci mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, komandir heyətindən icazə istəmədən N1 avqust N0N4-cü il tarixdə saat 08 radələrində xidmət yerini, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində dislokasiya edilmiş tibb məntəqəsinin ərazisini özbaşına tərk etmiş, yalnız N6 oktyabr N0N4-cü il tarixdə saat 1N radələrində xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N-cü ilin fevral ayında könüllü olaraq müraciət edərək müvafiq kurs keçdikdən sonra N may N-cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş və həmin vaxtdan hazıradək qeyd edilən hərbi hissənin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün 1ci mühəndis istehkam tağımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etdirmişdir. N1 avqust N0N4-ci il tarixdə şəxsi problemləri ilə bağlı bir qədər mülki həyatda yaşayıb sonradan xidmət yerinə qayıtmaq qərarına gəlmiş və səhər saat 08 radələrində, səhər yerbəyeri başlayan ərəfədə o, xidmət yeri olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən tibb məntəqəsini icazə almadan, özbaşına, gizlin şəkildə tərk etmişdir. Xidmət yerini özbaşına tərk edərək qayıtmadığı müddətdə Bakı şəhərində hazırda xatırlamadığı ayrı-ayrı dostlarının və tanışlarının evində qalmışdır. Hərbi hissədən onu axtarmamaları üçün mobil telefonunu sönülü saxlamışdır. Bir müddət sonra əməlindən peşman olmuş və N6 oktyabr N0N4-cü il tarixdə saat 1N radələrində hansısa kənar təsir olmadan xidmət yerinə qayıdıb özünü komandir heyətinə təqdim etmişdir. Törədiyi əməldən peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını, medallarla təltif edilməsini və himayəsində azyaşlı övladının olmasını cəza təyin edilərəkən məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifələrini icra edir. Xidmət etdiyi hərbi hissənin mühəndis istehkam taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N0N4-cü ilin aprel ayından tanımışdır. Təqsirləndirilən şəxs tibb məntəqəsində xidmət etdiyi müddətdə, yəni 18 aprel N0N4-cü il tarixdən sonra hər gün saat 07:30-dan 18:30-dək bütün hərbi qulluqçular kimi xidmət yerində olmuşdur. Lakin, Təqsirləndirilən şəxs N1 avqust N0N4-cü il tarixdə saat 08 radələrində xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə yalnız N6 oktyabr N0N4-cü il tarixdə saat 1N radələrində qayıtmışdır. Xidmət yerinə qayıtmadığı müddətdə o, xidmət yerinə qaytarmaq məqsədi ilə dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Xidmət yerinə qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsinin səbəbini soruşduqda, sonuncu ona müxtəlif bəhanələr bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərdi ki, N004-cü ildən hal-hazıradək N saylı hərbi hissənin tibb məntəqəsinin aptek rəisi-əczaçısı vəzifəsində xidmət edir. Xidmət etdiyi hərbi hissənin mühəndis istehkam taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 18 aprel N0N4-cü il tarixdən tanımış, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs N1 avqust N0N4-cü il tarixdə saat 08 radələrində xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə yalnız N6 oktyabr N0N4-cü il tarixdə saat 1N radələrində qayıtmışdır. Xidmət yerinə qayıtdıqdan sonra o, xidmət yerini özbaşına tərk etməsinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs hərbi hissəni özabşına tərk etməsi səbəblərini izah etməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 140 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kursunu bitirmiş əsgər Təqsirləndirilən şəxs qeyd edilən hərbi hissənin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün 1-ci mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N1 avqust N0N4-cü il tarixli N47 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerini özbaşına tərk etdiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınaraq bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N6 oktyabr N0N4-cü il tarixli 319 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1N radələrində xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılaraq bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində Tovuz rayon PŞ-nin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci maddəsi ilə cinayət işi vardır. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-17/N0N5 saylı, xx.xx.N0N5-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.N.1, 177.N.3, 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcələsinin 170.1 maddəsi ilə 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 177.N.1, 177.N.3-cü maddələri ilə N (iki) il müddətə, Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 01 (bir) il müddətə, Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə N il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq N (iki) il 3 (üç) ay müdətinə azaqdlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəl həbsə alındığı 15 aprel N0N5-ci il tarixdən hesablanmışdır. İş materiiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-17/N0N5 saylı, N9 may N0N5-ci il tarixli hökmün icra edilməsi haqqında göstərişinin surətindən görünür ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-17/N0N5 saylı, xx.xx.N0N5-ci il tarixli hökmü N7 may N0N5-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarındab görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və birgə nikahdan xx.xx.N018-ci il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs N1 aprel N0NN-cü il tarixdə “Vətən müharibəsi iştirakçısı” və N4 iyun N0N1-ci il tarixdə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etrafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rşad oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N4-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 1N4.N.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N5 iyun N003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.N-ci maddəsinə əsasən “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilməsini cəzasını yüngülləşirən hal kimi məhkəmə nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün saymır. Ona görə də, ona təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.N.1, 177.N.3, 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq N (iki) il 3 (üç) ay müdətinə azaqdlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırki işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs onun barəsində Bakı Hərbi Məhkəməsinin 07 may N0N5-ci il tarixdə hökm çıxarıldıqdan əvvəl Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təyin edilən cəzalar Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmənin hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli Qərarında əksini tapmış izahlardan irəli gəlir. Həmçinin həmin Qərarın 17-ci bəndinə görə CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, əvvəlki iş üzrə hazırda həbsdə olması nəzərə alınmalı və barəsindəki seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri N saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N34.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli (iş №1-1(060)-N44/N0N4) qərarını icra edərək, xx.xx.N0N4-cü il tarixli 001N19 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.N-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli 31 saylı qərarına (xx.xx.N018-ci il tarixli N0N saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi N40 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri N saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.N.1, 177.N.3, 333.3 və 333.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş N (iki) il 3 (üç) ay müdətinə azaqdlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 0N (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 aprel N0N5-ci il tarixdən 17 iyun N0N4-cü il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti 0N (iki) il 08 (səkkiz) ay təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun çəkəcəyi qəti cəza 0N (iki) il 05 (beş) ay N8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.N0N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin, əvvəlki iş üzrə hazırda həbsdə olması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə N40 (iki yüz qırx) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Bakı şəhəri N saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1-1(093)-43/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-43/2025
17.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver