Məhkəmə qərarları › İş №1-1(093)-44/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-44/2023

03.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-44/2023 03.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 3 may 1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin maddi-texniki təminat şöbəsinin zirehli tank xidməti rəisinin köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 2 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində xidməti otağında nişanlısı, həmin mərkəzin döyüş təminatı kafedrasının operatoru (təlimatçı) vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zərərçəkmiş şəxs burnunu əməliyyat etdirmək istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun sifətinin sol tərəfinə 3-4 sillə zərbəsi vurub, daha sonra sol qolundan tutub sıxaraq arxaya itələmiş və yerə yıxıldıqdan sonra hər iki diz nahiyəsinə 3-4 təpik zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rütbə üzrə tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, baş leytenant Təqsirləndirilən şəxs həmin yerdə və eyni vəzifədə xidmətdə olarkən 25 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Təlim və Tədris Mərkəzinin 113 nömrəli xidməti otağında nişanlısı, mərkəzin döyüş təminatı kafedrasının operatoru (təlimatçı) vəzifəsində xidmət edən çavuş Zərərçəkmiş şəxs evləndikdən sonra əmək haqqı kartının özündə qalacağını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun sifətinə iki sillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rütbə üzrə tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, baş leytenant Təqsirləndirilən şəxs həmin yerdə və eyni vəzifədə xidmətdə olarkən 4 dekabr 2021-ci il tarixdə saat 14 radələrində mərkəzin 113 nömrəli xidməti otağında nişanlısı, mərkəzin döyüş təminatı kafedrasının operatoru (təlimatçı) vəzifəsində xidmət edən çavuş Zərərçəkmiş şəxs səhər tezdən xidmət yerinə gələrkən yemək yemədiyi üçün ac olduğunu, nə üçün ona qulluq etmədiyini deyib, mübahisə etməyə başlamış və mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinin hər iki tərəfinə bir neçə sillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rütbə üzrə tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 329.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2020-ci ilin may ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin maddi-texniki təminat şöbəsinin zirehli tank xidməti rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs orada xidmətə başladıqdan sonra tanımış, 2020-ci ilin təxminən noyabr-dekabr aylarında çavuş Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibətləri yaranmış və ailələrinin də razılığı olduğu üçün 27 mart 2021-ci il tarixdə onlar nişanlanmışlar. Nişanlı olduğu müddətdə o, Yusif adlı tanışı ilə şərikli biznes qurmuş və sonuncu X1 mobil telefon, mobil telefon üçün aksesuar, noutbuk gətirərək satmışdır. Qeyd edilən əşyaların Azərbaycan Respublikasına gətirilib satılması ilə tanışı Yusif məşğul olduğu üçün o, yalnız həmin məhsulların satın alınmasına pul vermiş və bir müddət sonra Yusif borca pul götürüb artıq miqdarda mobil telefon, mobil telefon üçün aksesuar gətirdiyi, eyni zamanda gətirdiyi məhsulları sata bilmədiyi üçün təcili olaraq borcun qaytarılması zərurəti yaranmışdır. Borcun qaytarılması üçün Yusif adlı tanışı ilə yanaşı o, da pul axtarmış, lakin onlar pul tapa bilməmişlər. Nişanlısı Zərərçəkmiş şəxs onun nə üçün fikirli olduğunu soruşduqda o, borcunu qaytara bilmədiyini dedikdə Zərərçəkmiş şəxs borcunu qaytarması üçün öz adına bankdan kredit götürüb ona verə biləcəyini təklif etmişdir. O, razılıq verdiyi üçün bir neçə gün sonra nişanlısı Zərərçəkmiş şəxs AzərTürk bankdan 5000 manat məbləğində kredit götürmüş və həmin pulun 4000 manatını borcunu qaytarması üçün ona verərək, qalan 1000 manatı özünə götürmüşdür. O, həmin gün 4000 manatı pulu tanışı Yusifə çatdırmış və sonuncu borcunu qaytarmışdır. Nişanlısı Zərərçəkmiş şəxs götürdüyü kreditə görə hər ay banka 330 manat məbləğində pul ödəməli olduğu üçün onlar həmin pulu birlikdə ödəmək barədə razılığa gəlmiş və buna görə də o, hər ay banka 230 manat, nişanlısı Zərərçəkmiş şəxs isə 100 manat pul ödəmişdir. Bir müddət sonra, yəni 2022-ci ilin yanvar ayında aralarında olan narazılıqlara görə onlar ayrılmış, lakin buna baxmayaraq o, Zərərçəkmiş şəxs adına götürülmüş kreditə görə hər ay banka 230 manat pul ödəmişdir. O, hər ay banka alıq ödənişin özünə aid olan hissəsini ödəsə də, Zərərçəkmiş şəxs yalandan krediti ödəməməsi, həmçinin ona qarşı fiziki zorakılıq etməsi barədə yuxarı komandanlığa şikayətini bildirmiş və bundan sonra barəsində cinayət işi başlanmışdır. Lakin o, çavuş Zərərçəkmiş şəxs qarşı fiziki zorakılıq etməmiş və nişanı qaytardığı üçün sonuncunu ona böhtan atmışdır. Lakin, məhkəmənin sonrakı gedişində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməklə, ona istinad edilən cinayət əməllərinin törətməsini etiraf etmiş və buna görə səmimi peşimançılıq çəkməsini bildirərək Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alınmasını xahiş etmişdir. Bununla da, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsirli özünün etirafından başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və işdə olan digər sənədlərlə də, tam təsdiq olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 10 mart 2019-cu il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq Azərbaycan Ordusunun Təlim və X4 təminatı kafedrasının operator-təlimatçısı vəzifəsinə təyin edilmiş və orada xidmətdə olarkən mərkəzin zirehli tank xidməti rəisinin köməkçisi vəzifəsində xidmət edən, baş leytenant Təqsirləndirilən şəxs ilə aralarında sevgi münasibətləri yarandığı üçün 27 mart 2021-ci il tarixdə onlar nişanlanmışlar. Nişanlandıqdan bir müddət sonra, 2021-ci ilin təxminən aprel-may aylarında o, Təqsirləndirilən şəxs tez-tez düşüncəli vəziyyətdə olduğunu görüb nə baş verdiyini soruşmuş və sonuncu hansısa bir şəxsdən işə düzəltmək adı ilə 5000 manat məbləğində pul alıb, başqa bir şəxsə verdiyini, həmin şəxsin işi həll etməyərək pulu qaytarmadığını, pul sahibinin isə pulunu ondan tələb etdiyini demişdir. Təqsirləndirilən şəxs banka borcu olduğu üçün kredit ala bilmədiyini deyərək, borcunu qaytarması üçün ondan öz adına bankdan kredit götürməsini istəmiş və o, razılaşdığı üçün AzərTürk banka müraciət etmişdir. Ona kredit verilməsi üçün nişanlısı Təqsirləndirilən şəxs ona zamin durmuş və bankdan 7000 manat məbləğində kredit alınmışdır. O, həmin pulun 5000 manatını borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs verərək, qalan 2000 manatını özünə götürmüş və daha sonra nişanlısı Təqsirləndirilən şəxs soruşduqda sonuncu borcunu qaytardığını demişdir. O, özünə də, pul götürdüyü üçün kreditin aylıq ödənişlərini birlikdə ödəmək barədə razılığa gəlmiş və buna görə də, sonrakı aylarda hər ikisi öz payına düşən pulu banka ödəmişlər. Bir neçə ay sonra, 2 oktyabr 2021-ci il tarixdə nahar fasiləsi zamanı o, nişanlısı baş leytenant Təqsirləndirilən şəxs xidməti otağında olan zaman sonuncuya burnunu əməliyyat etdirmək üçün 2000 manat pula ehtiyacının olduğunu demiş və bankdan kredit götürməsinə zamin durması üçün baş leytenant B.Bəhrəmli ilə söhbət etməsini istəmişdir. Onun bu sözündən Təqsirləndirilən şəxs əsəbiləşərək mübahisə etməyə başlamış və mübahisə zamanı əvvəlcə sifətinin sol tərəfinə 3-4 sillə zərbəsi vurub, daha sonra sol qolundan tutub sıxaraq onu itələmişdir. Həmin vaxt o, müvazinətini itirərək yerə yıxılmış və yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs hər iki diz nahiyəsinə 3-4 təpik zərbəsi vurmuşdur. O, ayağa qalxdıqdan sonra sol dizində ağrı hiss etmiş və yeriməkdə çətinlik çəkdiyi üçün axsamağa başlamışdır. Bu hadisədən bir neçə gün sonra baş leytenant Təqsirləndirilən şəxs yanına gələrək ona, borclarının olduğunu, həbs ediləcəyini demiş və borclarını qaytarması üçün bankdan adına kredit götürüb ona verməsini istəmişdir. O, razılaşdığı üçün daha sonra yenidən kredit götürməklə bağlı AzərTürk banka müraciət etmiş və baş leytenant B.Bəhrəmlinin zaminliyi ilə ona ümumilikdə 3800 manat məbləğində kredit verilmişdir. Həmin pulu nişanlısı Təqsirləndirilən şəxs vermiş və daha sonra maraqlandıqda sonuncu həmin pul ilə borclarının bir hissəsini ödədiyini demişdir. Bir neçə gün sonra, 25 noyabr 2021-ci il tarixdə nahar fasiləsi zamanı nişanlısı Təqsirləndirilən şəxs onun oturduğu 113 nömrəli otağa gəlmiş, onunla və həmin vaxt otaqda olan Şahid1lə söhbət etməyə başlamış və söhbət zamanı evləndikdən sonra onun adına olan əmək haqqı kartını özünün götürəcəyini bildirmişdir. Həmin vaxt o, bunun əksini dediyi üçün Təqsirləndirilən şəxs əsəbiləşərək üzərinə gəlmiş və sifətinə iki sillə zərbəsi vurmuşdur. Bu zaman otaqda olan Şahid1 Təqsirləndirilən şəxs ondan kənarlaşdırmış və etdiyi hərəkətə görə iradını bildirərək otaqdan çıxarmışdır. Təqsirləndirilən şəxs vurduğu sillə zərbələrinin təsirindən sifəti qızarsa da, o, hər hansı xəsarət almamış və nişanlısına problem olmaması üçün Şahid1 bu barədə mərkəz rəhbərliyinə məruzə etməməsini xahiş etmişdir. Bu hadisədən bir neçə gün sonra, yəni 4 dekabr 2021-ci il tarixdə nahar fasiləsi zamanı nişanlısı Təqsirləndirilən şəxs yenə də, onun oturduğu 113 nömrəli xidməti otağa gəlmiş və bir qədər söhbət etdikdən sonra ona səhər xidmət yerinə gələn zaman yemək yemədiyi üçün ac olduğunu deyib, nə üçün ona qulluq etmədiyini soruşaraq onunla mübahisə etməyə başlamış və onun sifətinin hər iki tərəfinə bir neçə sillə zərbəsi vurmuşdur. Polkovnik-leytenant Şahid2 pəncərədən bu hadisənin şahidi olmuşdur. Baş leytenant Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq etdikdən sonra otaqdan çıxıb getmiş və nişanlısı olduğu üçün o, polkovnik-leytenant Şahid2 bu barədə mərkəz rəhbərliyinə məruzə etməməsini xahiş etmişdir. Baş leytenant Təqsirləndirilən şəxs vurduğu sillə zərbələri nəticəsində hər iki gözünün alt hissəsində göyərmələr əmələ gəlsə də, o, bəzək əşyalarından istifadə edərək həmin xəsarətləri gizlətmiş və aldığı xəsarətlərlə bağlı hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. O, nişanlısı Təqsirləndirilən şəxs bu kimi hərəkətlərinə görə artıq onunla anlaşa bilməyəcəyini başa düşmüş və buna görə də, 2022-ci ilin yanvar ayında nişanı pozmuşdur. Ayrıldıqdan bir müddət sonra baş leytenant Təqsirləndirilən şəxs onun adına götürülmüş kreditə görə bankın aylıq ödənişlərini bəzən etməyərək, bəzən isə az miqdarda ödəniş etmiş və buna görə də onlar arasında yenidən problem yaranmışdır. Baş leytenant Təqsirləndirilən şəxs bankın aylıq ödənişlərini vaxtıvaxtında etmədiyi üçün 2022-ci ilin iyun ayında o, bununla bağlı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə şikayətini bildirmiş və araşdırma zamanı o, izahatında sonuncunun nişanlı olduqları müddətdə ona qarşı fiziki zorakılıq etməsini də, göstərmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zaman Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək 2 oktyabr, 25 noyabr və 4 dekabr 2021-ci il tarixlərdə xidmət yerində aralarında baş vermiş mübahisə zamanı baş leytenant Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq etdiyini göstərmişdir. Şahid qismində dindirilmiş Təlim və Tədris Mərkəzinin ərzaq xidmətinin mühasibi, vətəndaş Şahid1 göstərmişdir ki, o, Mərkəzin 113 nömrəli xidməti otağında ərzaq xidməti rəisi, polkovnikleytenant Şahid2 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs ilə birlikdə oturmuş və aralarındakı söhbət zamanı sonuncunun mərkəzin zirehli tank xidməti rəisinin köməkçisi, baş leytenant Təqsirləndirilən şəxs ilə nişanlı olduğunu bilmişdir. 2021-ci ilin təxminən oktyabr ayında o, çavuş Zərərçəkmiş şəxs otağa gələrkən axsadığını görmüş və nə baş verdiyini soruşduqda sonuncu yıxıldığını demişdir. Bir neçə gün sonra o, çavuş Zərərçəkmiş şəxs sol diz nahiyəsində və sol qolunda qançır əmələ gəldiyini görmüş və çavuş Zərərçəkmiş şəxs həmin xəsarətləri əslində yıxılması nəticəsində deyil, nişanlısı baş leytenant Təqsirləndirilən şəxs vurması nəticəsində aldığını demişdir. Bu hadisədən bir müddət sonra 2021-ci ilin təxminən noyabr ayının sonlarında baş leytenant Təqsirləndirilən şəxs otağa gəlib Zərərçəkmiş şəxs ilə söhbət edərkən ailə həyatı qurduqdan sonra sonuncunun əmək haqqı kartının onda qalacağını demiş, Təqsirləndirilən şəxs həmin vaxt onun da, bu barədə fikirini soruşmuş və o, fikrinin yanlış olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə ailə həyatı qurduqdan sonra əmək haqqı kartının özündə qalacağını demiş və onun bu cavabından sonra baş leytenant Təqsirləndirilən şəxs əsəbiləşərək çavuş Zərərçəkmiş şəxs sifətinə 2-3 sillə zərbəsi vurmuşdur. Bu zaman o, dərhal yaxınlaşaraq baş leytenant Təqsirləndirilən şəxs kənara çəkmiş və etdiyi hərəkətə görə ona öz iradını bildirərək otaqdan çıxarmışdır. Baş leytenant Təqsirləndirilən şəxs vurduğu sillə zərbələrinin təsirindən çavuş Zərərçəkmiş şəxs sol gözünün alt hissəsi qızarmış və sonuncu ondan bu barədə heç kimə bildirməməsini istədiyi üçün o, baş vermiş hadisə barədə mərkəz rəhbərliyinə məruzə etməmişdir. Bir müddət sonra, yəni 2022-ci ilin yanvar ayında aralarında olan problemlərə görə çavuş Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs ayrılaraq nişanı qaytarmış və sonuncu çavuş Zərərçəkmiş şəxs adına götürülmüş kreditin aylıq ödənişlərini vaxtında etmədiyi üçün daha sonra çavuş Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparılmağa başlanmışdır. Şahid1lə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zaman Şahid1 ifadəsini bir daha təsdiq edərək 2021-ci ilin noyabr ayının sonunda 113 nömrəli otaqda baş leytenant Təqsirləndirilən şəxs çavuş N.Piralızadınin sifətinə 2-3 sillə zərbəsi vurduğunu göstərmişdir. Şahid qismində dindirilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Şahid2 göstərmişdir ki, o, 2021-ci ilin sentyabr ayında Təlim və Tədris Mərkəzində xidmətə başladıqdan sonra Mərkəzin ərzaq xidmətinin mühasibi Şahid1 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs ilə 113 nömrəli otağında oturmuş və aralarındakı söhbət zamanı çavuş Zərərçəkmiş şəxs mərkəzin zirehli tank xidməti rəisinin köməkçisi vəzifəsində xidmət edən, baş leytenant Təqsirləndirilən şəxs ilə nişanlı olduğunu bilmişdir. O, çavuş Zərərçəkmiş şəxs ilə eyni otaqda oturduğu üçün mütəmadi olaraq onun düşüncəli olduğunu görüb nə baş verdiyini soruşduqda sonuncu nişanlısı Təqsirləndirilən şəxs onu incitdiyini demişdir. Bunun səbəbini soruşduqda çavuş Zərərçəkmiş şəxs nişanlısı Təqsirləndirilən şəxs çoxlu borcunun olduğunu, həm bu, həm də müxtəlif səbəblərdə aralarında mübahisələrin yarandığını demiş və onun baş leytenant Təqsirləndirilən şəxs ilə yaxın tanışlığı olmadığı üçün özü ilə bu barədə söhbət etməmişdir. 4 dekabr 2021-ci il tarixdə günorta saatlarında o, 113 nömrəli otağın pəncərəsinin qarşısından keçən zaman baş leytenant Təqsirləndirilən şəxs otaqda nişanlısı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, mübahisə zamanı sonuncunun sifətinə bir neçə sillə zərbəsi vurduğunu görmüşdür. Bu zaman o, dərhal 113 nömrəli otağa tərəf gəlmiş və içəriyə daxil olan zaman sonuncunun artıq çıxıb getdiyini görmüşdür. Zərərçəkmiş şəxs ona nişanlısı baş leytenant Təqsirləndirilən şəxs onu döydüyünü demiş və o, bunun səbəbini soruşduqda çavuş Zərərçəkmiş şəxs nişanlısı Təqsirləndirilən şəxs “səhər xidmət yerinə gələn zaman yemək yemədiyi üçün ac olduğunu, nə üçün ona qulluq etmədiyini” deyib onunla mübahisə edərək, ona sillə zərbələri vurduğunu demişdir. Çavuş Zərərçəkmiş şəxs bu barədə heç kimə bildirməməsini istədiyi üçün o, baş vermiş hadisə barədə mərkəz rəhbərliyinə məruzə etməmiş və səhəri gün baş leytenant Təqsirləndirilən şəxs xidməti otağına gedib, etdiyi hərəkətə görə iradını bildirsə də, sonuncun ona heç nə deməmişdir. Bu hadisədən bir müddət sonra, 2022-ci ilin yanvar ayında aralarında olan anlaşılmazlıqlara görə çavuş Zərərçəkmiş şəxs ilə baş leytenant Təqsirləndirilən şəxs nişanı pozulmuş və daha sonra çavuş Zərərçəkmiş şəxs şikayəti əsasında baş leytenant Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmağa başlanılmışdır. Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zaman Şahid2 ifadəsini bir daha təsdiq edərək 4 dekabr 2021-ci il tarixdə 113 nömrəli xidməti otaqda aralarında baş vermiş mübahisə zamanı baş leytenant Təqsirləndirilən şəxs nişanlısı çavuş Zərərçəkmiş şəxs sifətinə bir neçə sillə zərbəsi vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1212 nömrəli rəyindən görünür ki, müayinə zamanı çavuş Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət, yaxud xəsarət izi aşkar olunmasa da, o, ekspertə keçmiş nişanlısı baş leytenant Təqsirləndirilən şəxs nişanlı olduqları dövrdə ona qarşı bir neçə dəfə fiziki zorakılıq etdiyini bildirmişdir. Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2019-cu il tarixli 64 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 040əç nömrəli əmri ilə Mərkəzin döyüş təminatı kafedrasının operatoru (təlimatçı) vəzifəsinə təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən mərkəzin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2020-ci il tarixli 130 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0218 nömrəli əmri ilə Mərkəzin maddi-texniki təminat şöbəsnin zirehli tank xidməti rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş leytenant Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2022-ci il tarixli 5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 090əç nömrəli əmri ilə Mərkəzin döyüş təminatı kafedrasının operatoru (təlimatçı) vəzifəsindən mərkəzin şəxsi heyət şöbəsinin nizami bölməsinin kargüzar-operatoru vəzifəsinə təyin edilmişdir. Təlm və Tədris Mərkəzindən təqdim edilmiş arayışdan görünür ki, 2 oktyabr, 25 noyabr və 4 dekabr 2021-ci il tarixlərdə Mərkəzin döyüş təminatı kafedrasının operatoru vəzifəsində xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs ilə Mərkəzin maddi-texniki təminat şöbəsinin zirhli tank xidməti rəisinin köməkçisi vəzifəsində xidmət etmiş, baş leytenant Təqsirləndirilən şəxs arasında tabelik münasibəti olmuşdur. Həkim komissiyasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “Cəbrayıl və Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətlərə görə”, Vətən uğrunda medallarla təltif olunmasını, 2-ci Qarabağ döyüşlərində yaralanmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini və xidmət yeri üzrə müsbət xarakterizə olunmasını da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinəəsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran halın olmaması, onun şəxsiyyətinin səciyyələndirilməsi ilə bağlı müsbət hallar, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilənlərə əsasən barəsində təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət yeri üzrə hərbi hissə komandanlığına həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar