Məhkəmə qərarları › İş №1-1(093)-45/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-45/2023

21.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-45/2023 21.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimləri XN (sədrlik edən), Abbasov Rafiq Qaraxan oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhər NN saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və MüdafiəçiN və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN iştirakları ilə Bakı hərbi məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs1 (xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, hərbi hissənin hərbi şəhərciyində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər) və Təqsirləndirilən şəxsN (4 noyabr 1970-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Ağsu rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə xx.xx.N000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 4N-1, 83.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 1 il 6 ay sınaq müddəti təyin edilməklə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş və hazırda məhkumluğu ödənilmiş, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 178.N.1, 178.N.N və 3N.4, 31N.N-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN təkrarən bilə-bilə qanunsuz hərəkətlərin edilməsindən ötrü digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxsN N0N1-ci ilin noyabr ayında tanışı Müdafiə Nazirliyinin hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 vasitəsilə həmin hərbi hissənin hərbi qulluqçusu, kapitan Zərərçəkmiş şəxs1 barəsində araşdırılan cinayət xarakterli materialın onun xeyrinə həll edilməsi arzusunda olmasını bildikdən sonra özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmışlar. Bundan sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq gəldikləri razılığa əsasən Təqsirləndirilən şəxs1 N0N1-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən hərbi hissənin ərazisində Zərərçəkmiş şəxs1la görüşüb hər hansı şəxsin barəsində araşdırılan cinayət xarakterli materialın araşdırılmasına təsir etmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və Zərərçəkmiş şəxs1 köməklik göstərmək niyyətində olmadığı halda, sonuncuya 1000 (min) manat məbləğində pulun Dövlət Təhlükəsizlik Xidmətinin adını və soyadını bildirmədiyi yüksək vəzifəli şəxslərinə rüşvət qismində verilməsi müqabilində, barəsində araşdırılan cinayət xarakterli materialın xeyrinə həll ediləcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 razılığını almaqla sonuncunu Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə qanunsuz hərəkətlərin edilməsindən ötrü vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişlər. Daha sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la N0N1-ci ilin noyabr ayının sonlarında saat N0-N1 radələrində Sumqayıt şəhəri Sülh küçəsi, 1-ci döngədə yerləşən “Sumqayıt Baxça Şəhər” yaşayış kompleksinin yanında görüşərək sonuncudan 1000 (min) manat pul alaraq, qabaqcadan aralarında olan razılığa əsasən 850 (səkkiz yüz əlli) manatını ona verib, 150 (yüz əlli) manatını isə Təqsirləndirilən şəxs1 özünə götürmüş, lakin verdikləri vədlər üzrə Zərərçəkmiş şəxs1 xeyrinə heç bir hərəkətlər etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişlər. Bundan başqa o, N0NN-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxsN övladı xidmət yoldaşı olan gizir ŞahidN barəsində araşdırılan cinayət xarakterli materialın xeyrinə həll edilməsi arzusunda olmasını bildikdən sonra özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1la təkrar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmışlar. Bundan sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq gəldikləri razılığa əsasən Təqsirləndirilən şəxs1 10 yanvar N0NN-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonunun mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxsNla görüşüb hər hansı şəxsin barəsində araşdırılan cinayət xarakterli materialın araşdırılmasına təsir etmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və ŞahidN köməklik göstərmək niyyətində olmadığı halda, Zərərçəkmiş şəxsN 1500 (min beş yüz) manat məbləğində pulun Dövlət Təhlükəsizlik Xidmətinin adını və soyadını bildirmədiyi yüksək vəzifəli şəxslərinə rüşvət qismində verilməsi müqabilində, övladının barəsində araşdırılan cinayət xarakterli materialın ŞahidN xeyrinə həll ediləcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxsN razılığını almaqla Təqsirləndirilən şəxs1la birlikdə digər şəxsi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə qanunsuz hərəkətlərin edilməsindən ötrü vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişlər. Daha sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs1 10 yanvar N0NN-ci il tarixdə saat 17:N5-də Zərərçəkmiş şəxsN tanışı Şahid3 tərəfindən ünvan N ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********195703” nömrəli bank kartına 1000 (min) manat məbləğində pulun göndərilməsini təmin edərək nəğdləşdirmiş, bir neçə gün sonra N0NN-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs1 saat 16-18 radələrində Zərərçəkmiş şəxsNla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin yaxınlığında görüşərək sonuncudan 550 (beş yüz əlli) manat pul alaraq, qabaqcadan aralarında olan razılığa əsasən 300 (üç yüz) manat pulu ona vermiş, 1N50 (min iki yüz əlli) manat pulu isə Təqsirləndirilən şəxs1 özü götürmüş, lakin verdikləri vədlər üzrə heç bir hərəkətlər etməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N və 3N.4, 31N.N-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, NN aprel N019-cu il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində Müdafiə Nazirliynin hərbi hissəsində xidmət edir. Təqsirləndirilən şəxsN N017-ci il tarixdən tanımış, onun deməsindən müxtəlif qurumlarda vəzifəli tanışlarının olduğunu, hərbiyə aid istənilən məsələni həll etmək iqtidarında olduğunu bilmişdir. N0N1-ci ilin noyabr ayının ortalarında onunla eyni bölmədə xidmət edən kapitan Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq həmin bölmədə xidmət edən əsgər X1 qarşı zor tətbiq etdiyindən barəsində hərbi hissədə araşdırma aparıldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona barəsində aparılan araşdırmanın xeyrinə həll olunmasını, yəni cinayət işinin başlanmasını istəmədiyini, bu səbəbdən işi həll edəcək tanış adam axtardığını bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxsN dediklərini xatırlamış və Zərərçəkmiş şəxs1 sonuncunun adını çəkməyərək maraqlanıb xəbər edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsN istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsini yığaraq Zərərçəkmiş şəxs1 məsələsini bildirmiş, sonuncu həmin işi Dövlət Təhlükəsizlik Xidmətində çalışan ad, soyadını bildirmədiyi vəzifəli tanışı vasitəsilə 1000 (min) manat pul qarşılığında həll edə biləcəyini söyləmişdir. Elə həmin gün Zərərçəkmiş şəxs1la danışaraq işi həll edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 işin hansı qaydada həll olunacağını soruşan zaman o, Təqsirləndirilən şəxsN inandığından sonuncunun adını çəkməyərək birbaşa guya özünün Dövlət Təhlükəsizlik Xidmətində çalışan ad, soyadını çəkmədiyi vəzifəli tanışının olduğunu və həmin tanışına onun vasitəsilə veriləcək 1000 (min) manat pul qarşılığında işin həll olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 onun dedikləri ilə razılaşaraq N0N1-ci ilin noyabr ayının sonlarında iş vaxtı bitdikdən sonra onunla Sumqayıt şəhərində görüşmüşdür. Hər ikisi Sumqayıtda yerləşən Baxça şəhərciyinə getmişlər və təxminən saat N1-NN radələrində Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 aşağı düşərək 1000 (min) manatı borc şəklində Zərərçəkmiş şəxs1 vermiş, Zərərçəkmiş şəxs1 da həmin pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs1 bir daha narahat olmamasını, pulu lazımi şəxslərə çatdıracağını bildirmişdir. Elə həmin gün təxminən saat NN-N3 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində "Limon" çay evinin yaxınlığında 1000 (min) manat pulu Təqsirləndirilən şəxsN vermişdir. Təqsirləndirilən şəxsN məsələnin həll olunacağını, arxayın olmasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 dekabr ayında cinayət işi başlanmış və bundan sonra N0NN-ci ilin yanvar ayının əvvəlləri-ortaları arasında sonuncu onunla əlaqə saxlayaraq "yalan danışırsan, mənə cinayət işi açılıb, dindirildim" demişdir. O, məcbur olub ilk dəfə mobil telefonda Zərərçəkmiş şəxs1 həqiqəti danışaraq sonuncuya pulları Vüqar adlı şəxsə verməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 Vüqarın telefonunu verərək onunla danışmasını demiş, o isə "mən Vüqarı tanımıram, ilk dəfədir ki, adını eşidirəm, mən səni tanımışam, özün danış demişdir". O, Zərərçəkmiş şəxs1 israr edərək danışması üçün Təqsirləndirilən şəxsN ***-***-**-** mobil nömrəsini vermişdir. Bir neçə gün sonra yenə də Zərərçəkmiş şəxs1 onunla görüşərək pullarını tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 "gəl gedək Hövsanda qalır, gedək qapısına bütün pullarını ondan alım sənə qaytaracam" demiş və sonuncu buna razılaşmışdır. Hər ikisi Hövsana getsələr də Təqsirləndirilən şəxsN evdə olmadığını öyrənmişlər. Zərərçəkmiş şəxs1 əsəbiləşərək Təqsirləndirilən şəxsN zəng etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsN öz mobil nömrəsi ilə zəng edərək danışması üçün mobil telefonu ona vermiş və səsucaldanı aktiv etmişdir. O, mobil telefonda Təqsirləndirilən şəxsN "bəs Hövsana gəlmişik, gəl görüş camaatın pulunu qaytar" demiş, Təqsirləndirilən şəxsN ona Hövsanda olmadığını, şəhərdə olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 daha da əsəbiləşib telefonu alıb Təqsirləndirilən şəxsNlə özü danışmağa başlamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsN "işim alınmır, pulumu qaytar" demiş, Təqsirləndirilən şəxsN də ona "sənin işin həll olunub, qaytarmıram, get nə istəyirsən elə" demiş və mobil telefonu söndürmüşdür. Zərərçəkmiş şəxs1 ondan niyə mobil telefonu söndürməsini soruşan zaman o, əl-qol hərəkəti ilə əlindən heç nə gəlmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxsN ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N və 3N.4, 31N.N-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 hazırda Almaniya Federativ Respublikasında yaşayan Adil adlı dostunun vasitəsilə N0N0-ci ildən tanımışdır. N0N1-ci il noyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng edərək bölük yoldaşı Zərərçəkmiş şəxs1 barəsində cinayət xarakterli araşdırma getdiyi və sonuncu işinin xeyrinə həll edilməsi üçün tanışlarından xahiş etməsini bildirmişdir. Daha sonra tanımadığı mobil nömrədən zəng gəlmiş, mobil telefonda danışan şəxs Təqsirləndirilən şəxs1 olmuş və ona "dayı mənəm Vüsal, Coşqun yanımdadı, onun nömrəsi ilə zəng etmişəm, sən də danış" demişdir. Zərərçəkmiş şəxs1 mobil telefonu götürərək "dayı maxe var, onu vurmuşam, işim ekspertizadadır" demişdir. O, Zərərçəkmiş şəxs1 "get ekspertizaya hansı ekspert işinizə baxırsa yaxınlaş hörmətin et, kömək edəcək" demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 xətrinə N0N1-ci ilin noyabr ayının ortalarında vəzifəli tanışları çox olan ailəvi dostu Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini yığaraq Zərərçəkmiş şəxs1 işi barədə məlumat vermiş və sonuncu barəsində hərbi hissədə araşdırılan cinayət xarakterli materialın xeyrinə həll edilməsi üçün köməklik edib-edə bilməyəcəyini soruşduqda Şahid4 adını, soyadını, vəzifəsini və rütbəsini demədiyi tanışı vasitəsiylə işin həll edilməsi üçün xahiş edəcəyini bildirmişdir. Lakin, onunla nə Təqsirləndirilən şəxs1, nə də Şahid4 arasında pul söhbəti olmamışdır. Həmçinin, Şahid4 adını nə Təqsirləndirilən şəxs1 nə də Zərərçəkmiş şəxs1 bildirməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1la danışmasını, işin alınacağı barədə məlumat verməsini bildirmişdir. O, isə mobil nömrəsini verərək Zərərçəkmiş şəxs1 ona zəng etməsini bildirmişdir. Təxminən N0NN-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona zəng edən zaman Təqsirləndirilən şəxs1 adından xahiş edərək səbrli olmasını, işin həll olunacağını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 mobil telefonda ona həmin işin həlli üçün Təqsirləndirilən şəxs1 1000 (min) manat pul verdiyini demişdir. O, Zərərçəkmiş şəxs1 dediklərinə təəccüblənmiş, çünki Təqsirləndirilən şəxs1 pul alması barədə ona hər hansı məlumat verməmişdir. O, Zərərçəkmiş şəxs1 işin həll edilməsinə kömək etməyə çalışacağını bildirmiş, amma pul məsələsindən onun xəbəri olmadığını demişdir. Köməklik mənasında isə Şahid4 nəzərdə tutmuşdur ki, sonuncu yəqin kiməsə zəng edib xahiş etmişdir. Daha sonra pul məsələsini Təqsirləndirilən şəxs1 soruşan zaman sonuncu Zərərçəkmiş şəxs1 işin həlli üçün 1000 (min) manat pul aldığını etiraf etmişdir. O, Təqsirləndirilən şəxs1 aparıb pulu qaytarmasını bildirmişdir. Daha sonra həmin ayın ortaları-axırları arasında Zərərçəkmiş şəxs1 mobil nömrəsindən zəng gəlmiş və mobil telefonda danışan Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 ona "dayı Hövsandayıq gəlmişik, bu kapitan da yanımdadı, gəl görüşək bu adama kömək lazımdır" demişdir. O, Təqsirləndirilən şəxs1 "şəhərdəyəm, gəlməyəcəm, get camaatdan necə pulunu almısansa elə də qaytar" demiş və mobil telefonu söndürmüşdür. Daha sonra mobil telefonuna N-3 zəng olunsa da zəngləri açmamışdır. Ona Zərərçəkmiş şəxs1 zəng etmiş və o, mobil telefonu açaraq Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul almadığını, pulunu Təqsirləndirilən şəxs1 tələb etməsini bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, N0NN-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 zəng edərək bölük yoldaşı ŞahidN barəsində cinayət xarakterli araşdırma getdiyi və sonuncu işinin xeyrinə həll edilməsi üçün tanışlarından xahiş etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 xətrinə N0NN-ci ilin yanvar ayının əvvəllərində dostu Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini yığaraq ŞahidN işi ilə bağlı məlumat vermiş və sonuncu barəsində hərbi hissədə araşdırılan cinayət xarakterli materialın xeyrinə həll edilməsi üçün köməklik edib-edə bilməyəcəyini soruşduqda Şahid4 adını, soyadını, vəzifəsini və rütbəsini demədiyi tanışı vasitəsiylə işin həll edilməsi üçün xahiş edəcəyini bildirmişdir. Lakin, həmin məsələ ilə bağlı onunla nə Təqsirləndirilən şəxs1, nə də Şahid4 arasında pul söhbəti olmamışdır. Həmçinin, Şahid4 adını nə Təqsirləndirilən şəxs1, nə ŞahidN, nə də Zərərçəkmiş şəxsN bildirməmişdir. Bundan bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq ŞahidN atası Zərərçəkmiş şəxsN mobil nömrəsini ona verərək danışmasını bildirmişdir. Səbəb isə işin bir az gecikməsi və Təqsirləndirilən şəxs1 sıxmaları olmuşdur. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxsNla onun adından danışaraq, səbrli olmalarını, onu sıxmamalarını, işin həll olunacağını deməsini xahiş etmişdir. Daha sonra N0NN-ci ilin fevral ayının əvvəllərində o, Zərərçəkmiş şəxsN zəng edərək Təqsirləndirilən şəxs1 adından danışaraq ŞahidN işinin tezliklə xeyrinə həll olunacağını, narahat olmamasını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 onunla yenidən əlaqə saxlayaraq Zərərçəkmiş şəxsNla onun əvəzindən danışmasını, onu sıxmamasını, pulu qaytaracağını deməsini xahiş etmişdir. O, ilk dəfə həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsN pul aldığını öyrənmişdir. O, Təqsirləndirilən şəxs1 nə qədər pul aldığını soruşmuş və sonuncu 300 (üç yüz) manat pul aldığını bildirmişdir. O, bir-iki gün sonra Zərərçəkmiş şəxsN zəng edərək Vüsalı sıxmamasını, pulun qaytarılması üçün möhlət verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsN ona rayona getdiyini, qayıdan zaman görüşüb üzbəüz söhbət edəcəyini bildirmişdir. Bir neçə gün sonra N0NN-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxsN ona zəng edərək "Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Al Marketin yaxınlığındayam, harda görüşək?" demiş, o da cavabında "orda dur gəlirəm" demişdir. O, Zərərçəkmiş şəxsN həmin vaxtı ilk dəfə görmüşdür. Zərərçəkmiş şəxsN həmin görüşdə Təqsirləndirilən şəxs1 ondan həmin işin həlli üçün 1550 (min beş yüz əlli) manat pul aldığını bildirmişdir. O, Zərərçəkmiş şəxsN "nə 1550 manat, axı o mənə deyib 300 manat pul alıb" demişdir. O, Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs1 vaxt verməsini, pulları qaytaracağını bildirmişdir. Daha sonra elə oradaca Təqsirləndirilən şəxs1 zəng edərək sonuncudan "Qaraş kişi deyir ki, 300 yox 1550 manat pul sənə verib, bu nə məsələdi?" deyə soruşmuş, Təqsirləndirilən şəxs1 isə etiraf edərək 1550 (min beş yüz əlli) manat pul aldığını demişdir. O, Təqsirləndirilən şəxs1la olan danışığı bir az kənarda etmiş, daha sonra mobil telefon qulağında Zərərçəkmiş şəxsN yanına yaxınlaşaraq Təqsirləndirilən şəxs1 mobil telefonda "Qaraş kişi mənim yanımdadır, kişinin pulu qayıtmalıdı, sənin üçün möhlət istəmişəm, kişinin pulunu qaytar" demiş və mobil telefonu söndürmüşdür. Daha sonra Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs1 vaxt verəcəyini bildirmiş və onlar ayrılmışlar. O, Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul almadığını, aralarında hər hansı pul bölgüsü olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsindən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, sənədlər və iş üzrə toplanmış digər təkzib olunmaz sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş həmin hərbi hissənin hərbi qulluqçusu, kapitan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 3 iyun N015-ci il tarixdən həmin hərbi hissədə xidmət edir. Təqsirləndirilən şəxs1 hərbi hissədən tanıyır, Təqsirləndirilən şəxsN kim olduğunu araşdırma vaxtı bilmişdir. Xidmətdə olarkən əsgərlərin biri ilə mübahisə etdiyi üçün barəsində cinayət xarakterli araşdırma aparılması başlanılmışdır. Barəsində aparılan araşdırmanın xeyrinə həll olunması üçün əsgər Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Vüsalın tanışlarının olduğunu eşitmiş, ona demişdir ki, ona işində kömək edə bilərmi? Təqsirləndirilən şəxs1 isə onun tanıdığı dövlət orqanında çalışan vəzifəli şəxs olmasını, həmin şəxsin Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını və kömək edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə ona fikirləşəcəyini söyləmiş və sonra Vüsal N-3 dəfə yanına gəlib kömək etməsi barədə təkliflər etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 razılaşmış və Vüsalla birlikdə Sumqayıta qardaşının yanına gedərək, orada qardaşından 1000 manat pulu alıb Təqsirləndirilən şəxs1 vermişdir. Bir müddət sonra müstəntiq Zərərçəkmiş şəxs1 onu gözləyən cəzaların nədən ibarət olduğunu demiş, o da Vüsala zəng vurub pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs1la bir neçə dəfə danışmış və sonunda Təqsirləndirilən şəxs1 bir nömrə verərək həmin nömrə ilə danışmagını, həmin adamın işi həll etməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 demişdir ki, həmin şəxsin evini göstərsin, gedib ondan pulunu alsınlar. Vüsal onunla razılaşaraq birlikdə Hövsana getmişlər. Vüsal həmin adama zəng vurmuş, lakin həmin adam evdə olmadığını demişdir. Zərərçəkmiş şəxs1 bundan qəzəblənmiş və Vüsaldan telefonu alıb onunla danışmışdır. Təqsirləndirilən şəxsN telefonda ondan “nə istəyirsən?” deyə soruşmuş, o isə Təqsirləndirilən şəxsN pulunu qaytarmasını söyləmişdir. Zərərçəkmiş şəxs1 ona dəyən ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməsini, ondan şikayətçi olmadığını bildirmiş, ancaq Təqsirləndirilən şəxsN şikayətçi olmasını göstərmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş hərbi hissəsinin mülki işçisi Zərərçəkmiş şəxsN ifadəsində göstərmişdir ki, həmin hərbi hissədə gizir rütbəsində xidmət edən oğlu ŞahidN N0N1-ci il ərzində bir neçə vətəndaşı aldadaraq pullarını ələ keçirdiyi üçün barəsində N0NN-ci ilin yanvar ayının əvvəllərində hərbi prokurorluqda araşdırma başlanmışdır. Oğlunun barəsində aparılan araşdırmanın xeyrinə həll edilməsi üçün tanış adamlar axtarmağa başlamışdır. Həmin ərəfədə oğlu ilə eyni bölmədə xidmət edən MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs1 oğluna yaxınlaşaraq barəsində gedən araşdırmanın xeyrinə həll edəcəyini bildirmişdir. O, özü Təqsirləndirilən şəxs1la görüşmək qərarına gələrək 10 yanvar N0NN-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun mərkəzinin yaxınlığında sonuncu ilə görüşmüşdür. Təqsirləndirilən şəxs1 oğlunun barəsində olan araşdırmanın xeyrinə həll olunması üçün 1500 (min beş yüz) manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs1 işi Dövlət Təhlükəsizlik Xidmətində işləyən adını, soyadını, vəzifəsini və rütbəsini demədiyi vəzifəli şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vəzifəli şəxsin aşağı vəzifədə olmadığını, ən azından 1000 (min) manat pulun həmin gün köçürülməli olduğunu, qalan 500 (beş yüz) manatı isə sonra verə biləcəyini bildirmişdir. Həmin gün o, dostu Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs1 "xxxx" kart hesabına 1000 (min) manat pulu borc olaraq göndərməsini, sonradan həmin pulu qaytaracağını bildirərək xahiş etmiş, sonuncu da etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 zəng edərək Şahid3 mobil nömrəsini verərək "dostumdur pul ondadır, pulu o göndərir, onun pulu göndərməkdən başı çıxır" demişdir. Təqsirləndirilən şəxs1 ona "Qəhrəmanla danışıb bank kartımın şəklini ona ataram" demişdir. Şahid3 1000 (min) manat pulu MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs1 kart hesabına göndərməsi barədə həmin gün ona məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1la əlaqə saxlayan zaman sonuncu onun kartına 1000 (min) manat pul yox, 950 (doqquz yüz manat) pul köçdüyünü bildirmişdir. Daha sonra dəqiqləşdirmək üçün Şahid3 zəng etmiş və sonuncu 1000 (min) manat pul köçürdüyünü, çeki saxladığını bildirmişdir. Bundan N-3 gün sonra N0NN-ci ilin yanvar ayının ortalarında o, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində saat 16-18 radələrində Təqsirləndirilən şəxs1la görüşüb, sonuncuya 550 (beş yüz əlli) manat pulu əlbəəl vermişdir. O, işin həll olunması üçün 50 (əlli) manat artıq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona narahat olmamasını, pulu lazımı şəxsə elə bu gün aparıb çatdıracağını bildirmişdir. Bundan bir müddət sonra oğlunun məsələsi düzəlməmiş və oğluna cinayət işi başlanmışdır. O, Təqsirləndirilən şəxs1 məsələni soruşan zaman narahat olmamasını, işin həll olunacağını bildirmişdir. Daha sonra oğlu Cəsarətin barəsində istintaqın davam etdiyini görüb Təqsirləndirilən şəxs1 pullarını tələb etməyə başlamışdır. Daha sonra N0NN-ci ilin fevral ayının əvvəllərində ********** saylı mobil nömrədən onun istifadəsində olan nömrəyə zəng gəlmiş və tanımadığı bir şəxs özünü Vüqar kimi təqdim etmişdir. Daha sonra həmin Vüqar adlı şəxsin Təqsirləndirilən şəxsN olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxsN vəzifəsini bildirməyərək oğlu Cəsarətin işinin tezliklə xeyrinə həll olunacağını, narahat olmamasını, pulun da lazımı şəxslərə verildiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsN "sən kimsən, mən səni tanımıram, mən pulu Vüsala vermişəm, Vüsal da pulu alanda sənin adını çəkməyib, pulu Vüsaldan tələb edirəm, mənə zəng etmə" demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxsN ona yenidən zəng edərək Vüsalı sıxmamağını, pulun da qaytarılacağını demişdir. O, Təqsirləndirilən şəxsN rayona getməli olduğunu, qayıdanda görüşüb üzbəüz söhbət edəcəklərini bildirmişdir. Bundan N-3 gün sonra N0NN-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxsNlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Al Marketin yaxınlığında görüşmüşdür. O, Təqsirləndirilən şəxsN ilk dəfə görmüş və həmin görüşdə sonuncuya Təqsirləndirilən şəxs1 oğlunun barəsində gedən araşdırmanın xeyrinə həll etməsi üçün ümumilikdə 1550 (min beş yüz əlli) manat pul verdiyini və Təqsirləndirilən şəxs1 həmin işi Dövlət Təhlükəsizlik Xidmətində çalışan ad, soyadını çəkmədiyi vəzifəli şəxs vasitəsilə həll edəcəyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxsN "indi sən düşmüsən ortalığa ki, Vüsalı sıxışdırma, pulun qaytarılacaq, belə çıxır pulum ikinizdədir" demişdir. Bu zaman Təqsirləndirilən şəxsN ona "nə 1550 mənə cəmi 300 manat Təqsirləndirilən şəxs1 həmin puldan veribdi" demişdir. Daha sonra Təqsirləndirilən şəxsN ondan xahiş edərək 10 gün vaxt verməsini bildirmişdir. O, Təqsirləndirilən şəxsN "300 manat verməmişəm, kimdən almısan ona qaytar öz aranızda həll edin, mən pulumu bütöv istəyirəm" demişdir. Daha sonra onun yanında Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 zəng edərək "Qaraş kişi mənim yanımdadır, kişinin pulu qayıtmalıdı, möhlət istəmişəm, məndəkini mən qaytaracam, səndəkin də sən qaytar" demiş və danışığı sonlandırmışdır. Daha sonra Təqsirləndirilən şəxsN 10 günə ona çatan 300 (üç yüz) manatı qaytarmamış, Təqsirləndirilən şəxs1 isə həmin puldan 500 (beş yüz) manat qaytarmışdır. Daha sonra şikayət ərizəsi vermiş və araşdırma başlanmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN hərəkətlərindən belə qənaətə gəlmişdir ki, hər ikisi qabaqcadan əlbir olan bir qrup şəxs halında ona qarşı dələduzluq edərək pullarını ələ keçirib, 1N50 (min iki yüz əlli) manatı Təqsirləndirilən şəxs1, 300 (üç yüz) manatı isə Təqsirləndirilən şəxsN özünə götürmüşdür. Hazırda Təqsirləndirilən şəxs1 bütün dəymiş ziyanı ödədiyi üçün ondan şikayətçi deyildir. O, Vüqarın onu pis vəziyyətə saldığına görə ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və ŞahidN ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxsN ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsN tanımışdır. Onun qardaşı ilə birlikdə işləmiş, digər şəxsləri tanımır. Vüqar ona zəng edərək hansısa hərbi hissədə yaxın qız olduğunu, həmin qıza kömək etməsini xahiş etmişdir. O, da demişdir ki, bir yoldaş var, ondan soruşacaqdır. Maraqlanmış, ona həmin adamın dələduz olduğunu bildirmişlər. Ona bu işə heç baş qoşmamasını məsləhət görmüşlər. O da bu barədə Vüqara demişdir. Aralarında başqa söhbət olmamışdır. Məhkəmədə həmçinin aşağıdakı sübutlar da tədqiq olunmuşdur. Həmin hərbi hissə komandirinin N3 fevral N01N-ci il tarixli 57 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxsN həmin tarixdən hərbi hissənin mənzil istismar xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin hissə komandirinin N iyun N015-ci il tarixli 144 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Zərərçəkmiş şəxs1 həmin tarixdə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək, hərbi hissənin şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Həmin hərbi hissə komandirinin NN aprel N019-cu il tarixli 119 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Sİlahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək həmin hərbi hissənin müvafiq manqasının komandiri-baş operatoru vəzifəsinə təyin edilib, şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Cinayət işinə əlavə edilmiş vətəndaş Zərərçəkmiş şəxsN xx.xx.N0NN-ci il tarixli ərizəsindən görünür ki, övladı ŞahidN barəsində gedən araşdırmanın xeyrinə həll edilməsi üçün 1550 (min beş yüz əlli) manat pulun rüşvət qismində vəzifəli şəxslərə çatdırılması üçün MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs1 vermişdir. Cinayət işinə əlavə edilmiş kapitan Zərərçəkmiş şəxs1 xx.xx.N0NN-ci il tarixli ərizəsindən görünür ki, barəsində gedən araşdırmanın xeyrinə həll edilməsi üçün 1000 (min) manat pulun rüşvət qismində vəzifəli şəxslərə çatdırılması üçün MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs1 vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxsN əvvəllər Ağsu rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə xx.xx.N000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 4N-1, 83.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 1 il 6 ay sınaq müddəti təyin edilməklə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş və hazırda məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində əsgər hərbi rütbəsində xidmət edir və xidmət yerində mənfi xarakterizə edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N və 3N.4, 31N.N və maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası CMnin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində N (iki) azyaşlı uşağınin olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edimişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsN cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN CM-in 3N.4, 31N.N-ci maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi onların cəzalarını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, Azərbaycan Respublikası CMin 178.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının, həmin Məcəllənin 31N.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq saymır, həmin maddələrin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini cəzanın tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN yaşayış yerləri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.N.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə "Azərcell MMC" tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD disk, habelə Şahid3 tərəfindən təqdim edilmiş "E-manat" ödəmə terminalı ilə ödənən qəbz maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikasının CPM-nin 13N.1.6-cı maddəsinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda həmin Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Odur ki, həmin CD disk və ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia verməmiş zərərçəkmiş şəxslərə mülki iddialarını mülki icraat qaydasında vermələri izah olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və MüdafiəçiN hər birinə 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.N.1, 178.N.N və 3N.4, 31N.N-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 178.N.1 və 178.N.N-ci maddələri ilə 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 3N.4, 31N.N-ci maddəsi ilə 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8.500 (səkkiz min beş) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasının icrası onun yaşayı yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-in 178.N.1, 178.N.N və 3N.4, 31N.N-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 178.N.N və 178.N.3-cü maddələri ilə 5.000 (beş min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 3N.4, 31N.N- ci maddəsi ilə 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10.000 (on min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsN təyin edilmiş cərimə cəzasının icrası onun yaşayı yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxsN barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə mülki iddia verməmiş zərərçəkmiş şəxslərə mülki iddialarını mülki icraat qaydasında vermələri izah olunsun. İş üzrə maddi sübut olan "Azərcell MMC" tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD disk, habelə Şahid3 tərəfindən təqdim edilmiş "E-manat" ödəmə terminalı ilə ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait, Təqsirləndirilən şəxsN məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkili MüdafiəçiN sərf etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri NN saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan N0 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Rafiq Abbasov Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar