Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-45/2024 06.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun maddi-texniki təminat taqımının texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə, saat 13 radələrində, Qusar rayonunun Ləgər Qışlaq kəndində rəsmi nikahda olduğu arvadı Şahid ilə mübahisə zamanı müdaxilə edən qayınanası Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən bir qüvvətli yumruq zərbəsi vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «alnın ortasının əzilmiş-çapılmış yarası, hər iki göz orbiti ətrafının qançırları» xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2019-cu ilin may ayından N nömrəli hərbi hissədə xidmətə başlamış, həmin hərbi hissənin 2-ci əməliyyat taborunun maddi-texniki təminat taqımının texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətini davam etdirmişdir. 2014-cü ildə X1 ilə ailə həyatı qurmuş, həmin nikahdan iki qız övlad olmuş, 2023-cü ilin yay aylarının əvvəllərindən onunla Şahid arasında mübahisələr başlamış, münasibətləri pozulmuş, eyni zamanda o, qısqanc olduğundan ara-sıra bununla bağlı da arvadı ilə aralarında sözlü mübahisələr baş vermişdir. 29 iyun 2023-cü il tarixdə səhər saatlarında Şahid ilə aralarında yenidən mübahisə yaranmış, mübahisə zamanı Şahid daha bu qaydada yaşaya bilmədiyini, ayrılmaq istədiyini ona bildirmiş, o, isə Şahid sonuncunu valideynlərinin evinə aparacağını söyləmişdir. Beləliklə, həmin gün onlar iki övladları ilə birlikdə onun istifadəsində olan avtomobillə Xudat şəhərindən Qusar rayonuna yola düşmüş, Qusar rayonunun Ləgər Qışlaq kəndində yerləşən Şahid valideynlərinin yaşadığı evə çatdıqda o Şahid avtomobildən düşürmüş, özü isə övladları ilə birlikdə çıxıb getmişdir. Təxminən bir saat sonra onunla birlikdə avtomobildə olan kiçik qızı Gulay anası üçün ağlamağa başladıqda məcbur olub Şahid düşürdüyü, sonuncunun valideynlərinin evinə qayıtmışdır. Həmin gün, yəni 29 iyun 2023cü il tarixdə saat 13 radələrində o, Şahid valideynlərinin evinin həyətinə daxil olmuş, Şahid ilə boşanmaq qərarına gəldiyindən sonuncudan əsəbi şəkildə nikah haqqında şəhadətnaməni tələb etməyə başlamış, Şahid buna etiraz etdikdə isə o, Şahid üzərinə getmiş, Şahid onun zor tətbiq etmək istədiyini görərək mənzilə daxil olmuş və qapını bağlamaq istəmişdir. Bu zaman o əvvəlcə qapını tutmuş, daha sonra Şahid saçlarından tutub yerə yıxmış, həmin vaxt qayınanası Zərərçəkmiş şəxs onun hərəkətlərini sonlandırmaq və Şahid müdafiə etmək məqsədi ilə müdaxilə etdikdə o, Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə etməsindən bir qədər də hiddətləndiyindən sağ əlini Şahid çəkərək həmin əli ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə bir yumruq zərbəsi vurmuş, zərbə nəticəsində Zərərçəkmiş şəxs alın nahiyəsindən qan gəlmiş, lakin onun hirsi soyumadığından Şahid qolundan tutub bir qədərdə yerlə sürümüş, Şahid ondan zorakı hərəkətlərini dayandırıb evi tərk etməsini təkidlə tələb etdikdə o, artıq vəziyyətin nəzarətindən çıxdığını, Zərərçəkmiş şəxs alın nahiyəsindən qan gəldiyim görərək evi tərk edib getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını nəzərə almağı və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə ərizənin nəzərə alınmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ailəsi ilə birlikdə Qusar rayonunun Ləgər Qışlaq kəndində yaşayır, qızı Şahid 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan iki qız övladları doğulmuş, Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin yaz aylarından Şahid ilə Təqsirləndirilən şəxs münasibətləri pozulmuş, 29 iyun 2023-cü il tarixdə saat 12 radələrində o, yaşadığı evin həyətində yerləşən xərəy otağında çörək bişirərkən Şahid evə gəlmiş, qızının ağladığını gördükdə nə baş verdiyini soruşmuş, Şahid Xudat şəhərində yerləşən yaşadıqları evdə Təqsirləndirilən şəxsla aralarında sözlü mübahisə baş verdiyini, mübahisə zamanı Şahid artıq bezdiyini, Təqsirləndirilən şəxs ata-anası ilə yola getmədiyini, həmçinin artıq bu şəraitə dözə bilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə onları, yəni Şahid, habelə qızları Məryəm və Gülayı istifadəsində olan avtomobillə Qusar rayonunda yerləşən valideyn evinə gətirmişdir. Bundan bir qədər sonra, yəni 29 iyun 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə qayıtmış, Təqsirləndirilən şəxs həyətə daxil olaraq Şahid nikah haqqında şəhadətnaməni tələb etməyə başlamış, Şahid buna etiraz etdikdə isə o, nalayiq ifadələrdən istifadə etmiş, Şahid Təqsirləndirilən şəxs zor tətbiq etmək istədiyini görərək mənzilə daxil olmuş və qapını bağlamaq istəmiş, lakin Təqsirləndirilən şəxs əvvəlcə qapını tutmuş, daha sonra Şahid saçlarından dartıb yerə yıxmış, o Təqsirləndirilən şəxs zorakı hərəkətlərini sonlandırmaq və qızını müdafiə etmək məqsədi ilə həyətdən süpürgə götürüb Təqsirləndirilən şəxs qolundan vurmuş, bu zaman Təqsirləndirilən şəxs qəflətən ona tərəf çevrilərək sağ əli onun alın nahiyəsinə bir qüvvətli yumruq zərbəsi vurmuş, zərbə nəticəsində onun alın nahiyəsindən qan gəlmişdir. Hadisədən sonra o, «102» qaynar xəttinə zəng edərək baş verənlərlə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs onun alın nahiyəsinə vurduğu yumruq zərbəsi nəticəsində qaş nahiyəsi partlamış, bir qədər sonra isə alın nahiyəsi şişmiş, gözlərinin ətrafı isə göyərmişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışmış və sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İstintaq zamanı Şahid (məhkəmə iclasına gəlmədiyindən istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) şahid qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2019-cu il tarixli 179 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci motoatıcı bölüyünün baş texniki vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N iyun 2019-cu il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlarla daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2019-cu ıl tarixli 379 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun 11-ci motoatıcı bölüyünün baş texniki vəzifəsindən azad edilərək həmin hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborunun 5-ci mexanikləşdirilmiş bölüyünün baş texniki vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2021-ci il tarixli 292 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborunun 5-ci mexanikləşdirilmiş bölüyünün baş texniki vəzifəsindən azad edilərək həmin hərbi hissənin 2- ci əməliyyat taborunun maddi-texniki təminat taqımının baş texniki vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Qusar rayon polis şöbəsinin Samur polis bölməsinin məsul növbətçisi, polis leytenantı Fuad Şamilovun 29 iyun 2023-cü il tarixli raportundan görünür ki, Qusar rayonunun Ləgər Qışlaq kənd sakini Zərərçəkmiş şəxs həmin gün saat 12:53-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. İş materiallarında olan Qusar rayon polis şöbəsinin Samur polis bölməsinin məsul növbətçisi, polis leytenantı Fuad Şamilovun 29 iyun 2023-cü il tarixli raportundan görünür ki, həmin gün saat 17:57-də Qusar rayon mərkəzi xəstəxanasından Qusar rayonunun Ləgər Qışlaq kənd sakini Zərərçəkmiş şəxs «alın nahiyəsinin əzilməsi, qaş arası sıyrılmış yarası» xəsarətləri ilə tibb müəssisəsinə daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar rayon polis şöbəsinə ünvanladığı 29 iyun 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, həmin gün saat 13 radələrində yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı yeznəsi Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə üzündən vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X5 rayon şöbəsinin 30 iyun 2023-cü il tarixli 325 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «alnın ortasının əzilmişçapılmış yarası, hər iki göz orbiti ətrafının qançırları» xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 3394 nömrəli kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə törətdiyi əməl dövründə (Şahid və Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərkən) hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 73.2-ci maddəsinə görə, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. O, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur və ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi həmin Məcəllənin 15-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın ödənilməsini qeydə alır, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-45/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-45/2024
06.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver