Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-45/2025 10.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx N00N-ci il tarixdə Tovuz rayonunun Çatax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış və ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Puta-1 hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N oktyabr N0N4-cü il tarixdə saat 08:30 radələrində faktiki yaşayış yeri olan ünvan 1 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 0N noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən, bildirmişdir ki, o, 14 fevral N0N3-ci il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və hazırda N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmətini davam etdirir. O, ailə problemlərinin olması səbəbindən N oktyabr N0N4-cü il tarixdə saat 08:30 radələrində xidmət yerinə gəlməmişdir. Həmin ərəfələrdə o, ailə problemlərinin olması səbəbindən fikrini xidmətə yönəldə bilməmişdir. O, xidmət yerinə getmədiyi zamanlarda komandirləri ona zəng edərək harada olduğunu və niyə görə xidmət yerinə gəlmədiyini ondan soruşmuşlar. O, komandirlərinə ailə problemlərinin olması ilə əlaqədar xidmət yerinə gələ bilmədiyini söyləmişdir. O, zaman keçdikcə xidmət yerinə qayıtmamasının cinayət olduğunu başa düşmüş və tezliklə ailədaxili problemlərini həll edib xidmət yerinə qayıtmağı düşünmüşdür. O, ailəsində olan problemlərin müəyyən qədər normala döndüyünü görmüş və 0N noyabr N0N4-cü il tarixdə saat 08:00-da könüllü olaraq xidmət yerinə geri qayıtmışdır. O, xidmət yerinə getmədiyi müddət ərzində bu barədə heç kimə məlumat vermədiyini, yuxarı komandanlıqdan icazə almadığını, xidməti yerinə qayıtmamasının cinayət olduğunu başa düşdüyünü, etdiyi hərəkətin səhv olduğunu və törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:30 radələrində xidmət yerinə çıxmamışdır. O, bundan sonra dərhal Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi ilə bağlı yuxarı komandanlığa raportla müraciət etmişdir. Bunun ardınca o, tabeliyində olan lazımi şəxslərə Təqsirləndirilən şəxs axtarılıb-tapılması istiqamətində müəyyən tapşırıqlarını vermişdir. Əsgər Təqsirləndirilən şəxs 0N noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. O, bundan sonra Təqsirləndirilən şəxs xidmət yerini tərk etməsinin səbəbini soruşmuş, sonuncu xidmət yerinə gəlməməsinin səbəbini ailə problemərinin olması ilə əlaqələndirmişdir. O, xidmət yerinə gəlməməsi ilə bağlı barəsində cinayət işinin açılacağını Asim Hüseyonvun nəzərinə çatdırmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi xidmət yerinə gəlməməsi ilə bağlı ondan və yuxarı komandanlıqdan heç bir icazə almamışdır. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, ona qarşı nizamnamədənkənar hərəkətlər edən, şərəf və ləyaqətini alçaldan olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:30 radələrində xidmət yerinə çıxmamışdır. O, bu barədə dərhal hərbi hissənin qərargah və təhizat bölüyünün komandiri kapitan Şahid1 məlumat vermişdir. Şahid1 da öz növbəsində Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyinə görə raportla yuxarı komandanlığa məruzə etmişdir. Təqsirləndirilən şəxs 0N noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə geri qayıtmışdır. O, Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsinin səbəblərini soruşmuş, sonuncu ailə problemlərinin olduğunu və bu səbəbdən xidmət yerinə gəlmədiyini ona söyləmişdir. Təqsirləndirilən şəxs ailə problemlərinin olması ilə bağlı yazılı şəkildə nə ona, nə də komandir heyətinə müraciət etməmişdir. Bundan başqa o, şəxsi heyətə pis örnək olduğunu, nizam-intizamlı olmasını və barəsində cinayət işinin açılacağını Təqsirləndirilən şəxs nəzərinə çatdırmışdır. Həmçinin əsgər Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi xidmət yerinə gəlməməsi ilə bağlı ondan və yuxarı komandanlıqdan heç bir icazə almamışdır. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hazırda xidməti yerində olduğunu və xidmətini davam etdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən anoloji məzmunlu ifadə verərək şahidlər Şahid1 və ŞahidN göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi onun öz ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, sənədlər və digər mötəbər, təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. Cinayət işi materiallarının 4-cü vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 47 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 14 fevral N0N3-cü il tarixli 033 əç nömrəli əmrinə əsasən həmin hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə taqımının informasiya texnologiyaları manqasının mexaniki-radiotelefonçusu vəzifəsinə təyin edildiyinə görə N fevral N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materiallarının 5-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N0N4-cü il tarixli 65 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə taqımının informasiya texnologiyaları manqasının mexaniki-radiotelefonçusu vəzifəsindən hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarının 6-cı vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N oktyabr N0N4-cü il tarixli 11515 nömrəli raportdan görünür ki, hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:30-da xidmət yerinə çıxmamışdır. Cinayət işi materiallarının 7-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli N95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N4-cü il tarixdə saat 08:30-da xidmət yerinə çıxmadığı üçün bütün növ təminatlar dayandırılmışdır. Cinayət işi materiallarının 10-cu vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 0N noyabr N0N4-cü il tarixli 1NN30 nömrəli raportdan görünür ki, hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 0N noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Cinayət işi materiallarının 11-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 0N noyabr N0N4-cü il tarixli 314 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə bölməsinin xətt nəzarətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 0N noyabr N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəldiyi üçün bütün növ təminatlara daxil edilmişdir. Cinayət işi materiallarının 34-cü vərəqəsində olan 14 fevral N0N3-cü il tarixli bağlaşmanın sürətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Ordusunda 3 (üç) il müddətinə könüllü xidmət keçmə ilə bağlı bağlaşma imzalamışdır. Cinayət işi materiallarının 36-cı vərəqəsində olan olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş N5 noyabr N0N4-cü il tаrixli 10770 nömrəli аrаyışdаn görünür ki, Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. Cinayət işi materiallarının 77-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işi materiallarının 13N-133-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma orqanı tərəfindən 11 dekabr N0N4-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarının 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini onun əməlində məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, iş üzrə yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.N-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-50.N-ci maddələrinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur . Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 18 iş saatına görə 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz pul tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq pul təminatından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər N saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan N0 (iyirmi) gün sonra qüvvəyə minir. XN
Məhkəmə qərarları › İş №1-1(093)-45/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-45/2025
10.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver