Məhkəmə qərarları › İş №1-1(093)-46/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-46/2023

20.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-46/2023 20.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhər 36 saylı vəkil bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1998-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonunun Xanəgah kəndində qeydiyyatda olmaqla Cəlləbad rayonu, Uzuntəpə kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmişdir. Cəfərov X9 Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X6 X15 (D431) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı-siqnalçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli göndərişi əsasında N5-N8 oktyabr N0NN-ci il tarixlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi müayinələrdən keçdikdən sonra 31 oktyabr N0NN-ci il tarixdə tibbi arayışı götürmək məqsədilə hospitala müraciət etdikdə ona arayışın poçt vasitəsilə hərbi hissəyə göndəriləcəyi bildirildikdə, həmin gün hərbi hissəyə qayıtmalı olduğu halda xidmət yerinə gəlməmiş, yalnız 01 dekabr N0NN-ci il tarixdə saat 14:30-da Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 5-ci hərbi polis bölməsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq N dekabr N0NN-ci il tarixdə xidmət yeri üzrə təhvil verilməklə bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N oktyabr N0NN-ci il tarixdə onun hərbi həkim komissiyasından keçməyi üçün N nömrəli hərbi hissədən göndəriş təqdim olunmuşdur. Hərbi Həkim Komissiyasından keçmək üçün N5 oktyabr N0NN-ci il tarixdə səhər saatlarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gəlmişdir. N5, N6, N7 və N8 oktyabr tarixlərində o, hərbi həkim komissiyasından keçərək müayinələri yekunlaşdırmışdır. O, N9 oktyabr N0NN-ci il tarixdə səhər saatlarında hərbi həkim komissiyasının arayışının alınması üçün müraciət etdikdə, arayışın hazır olmamasını, və növbəti gün, 30 oktyabr N0NN-ci il tarixdə gəlməyini ona bildirmişlər. 30 oktyabr N0NN-ci il tarixdə o, Bakı şəhəri, Səbayıl rayonunda yerləşən fərdi yaşayış evində olmuşdur. 31 oktyabr N0NN-ci il tarixdə o, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gələrək, hərbi həkim komissiyasının arayışının alınması üçün müraciət etmiş, ona bildirilmişdir ki, hərbi həkim komissiyasının arayışı poçt vasitəsi ilə xidmət etdiyi N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin gün o, Bakı şəhəri, Səbayıl rayonunda yerləşən fərdi yaşayış evə getmişdir. N noyabr N0NN-ci il tarixdə o, xidmət yeri olan N nömrəli hərbi hissəyə getməli olduğu halda getməmişdir. 0N noyabr N0NN-ci il tarixdə qeydiyyatda olduğu Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi evə getmiş və orada qalmışdır. 01 dekabr N0NN-ci il tarixdə saat 1N radələrində şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən N nömrəli hərbi hissənin X6 D431 X15 komandiri, kapitan-leytenant Şahid1 şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 04 dekabr N0NN-ci il tarixdə xidmət yerinə gələcəyini bildirmişdir. Kapitanleytenant Şahid1 dərhal xidmət yerinə gəlməli olduğunu bildirmişdir. O, hərbi qeyim formasını geyinərək yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndi Dəmirçilər küçəsində yerləşən evdən çıxmışdır. Evin qarşısında hərbi polis əməkdaşları onu görərək şəxsiyyətini müəyyən etmək məqsədilə avtomobilə əyləşərək 5-ci hərbi polis bölməsinə dəvət etmişlər. Orada müvəqqəti saxlama kamerası olmadığından həmin gün saat 19:N0də 4-cü hərbi polis bölməsinə gətirilmiş və orada saxlanılmışdır. N dekabr N0NN-ci il tarixdə saat 1N:00-da o, N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən təhvil alınaraq xidmət yerinə gətirilmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin X6 D431 X15 komandiri, kapitanleytenant Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N oktyabr N0NN-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçməsi üçün N nömrəli hərbi hissədən göndəriş təqdim olunmuşdur. Həmin tarixdə əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi D431 gəmisində xidmətdə olması səbəbindən N5 oktyabr N0NN-ci il tarixdə göndərişə əsasən hərbi həkim komissiyasından keçməsi üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getmişdir. Növbəti günlərdə, N6 və N7 oktyabr tarixlərində o, şəxsi istifadəsində olan ***-***-**-** saylı nömrədən əsgər Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək hərbi həkim komissiyasından keçib-keçməməsi barədə məlumat almaq istəmiş, lakin, sonuncu daxil olan zənglərə cavab verməmişdir. 31 oktyabr N0NN-ci il tarixdə adını xatırlamadığı hərbi hissənin hərbi qulluqçusu ona yaxınlaşaraq həmin tarixdə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs MN BKH-da gördüyünü bildirmişdir. N noyabr N0NN-ci il tarixdə o, mobil telefon vasitəsilə yenidən əsgər Təqsirləndirilən şəxsla əlaqə saxlamağa cəhd etsə də daxil olan zənglərə cavab verməmişdir. Həmin tarixdə o, əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi barədə raport tərtib edərək yuxarı komandanlığa təqdim etmişdir. 01 dekabr N0NN-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək 04 dekabr N0NN-ci il tarixdə xidmət yerinə gələcəyini bildirmişdir. O, əsgər Təqsirləndirilən şəxs dərhal xidmət yerinə gəlmək göstərişi vermişdir. Əsgər Təqsirləndirilən şəxs 01 dekabr N0NN-ci il tarixdə 5-ci hərbi polis bölməsinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və N dekabr N0NN-ci il tarixdə hərbi hissəyə gətirilmişdir. O, N dekabr N0NN-ci il tarixdən əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlməsi barədə raport tərtib edərək yuxarı komandanlığa təqdim etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN və Şahid3 kapitanleytenant Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N0N1-ci il tarixli 90 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs X5 X15 (D431) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançısı-siqnalçısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N0N1-ci il tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs 03 aprel N0N1-ci il tarixdən öz vəzifələrini qəbul etmiş və X15 (D431) qazan təminatına qoyulmuşdur. X6 komandirinə ünvanlanmış raportdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 308 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə xidmət yerinə çıxmamış hesab edilməklə 0N noyabr N0NN-ci il tarixdən qazan təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 4-cü hərbi polis bölməsinin hərbi müfəttişliyinin rəisi Fuad Rüstəmovun N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.N0NN-ci il tarixli 1071 nömrəli məktubdan aydın olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə 5-ci hərbi polis bölməsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq saat 19:N0-də 4-cü hərbi polis bölməsinə gətirilmiş, 4-cü hərbi polis bölməsinin hauptvaxt rəisinin köməkçisi leytenant X1N tərəfindən aktla qəbul edilərək müvəqqəti saxlama kamerasında saxlanılmışdır. X6 komandirinə ünvanlanmış raportdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 17:40-da xidmət yerinə gəlmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 341 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N dekabr N0NN-ci il tarixdə saat 17:40-da xidmət yerinə gəlmiş və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N3 dekabr N0NN-ci il tarixli 363 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri komandanının 1N dekabr N0NN-ci il tarixli 0100əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə N3 dekabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq hərbi qeydiyyata durmağı üçün SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan N noyabr N0NN-ci il tarixli 1N911 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhməməsinin 11 aprel N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5% məbləğdə pul tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 135 nömrəli məktubdan məlum olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin 11.04.NN-ci il tarixli hökmə əsasən borc məbləği tam tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N0-ci il tarixdə X7, xx.xx.N0N1-ci il tarixdə X8 doğulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini tam etiraf etməsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.N-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə maddi təminatcısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunaraq hərbi qulluqçu statusunda olmadığından ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ittiham olunduğu CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini də ədalət və hümanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 333.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü ictimai işlər cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər 36 saylı Vəkil Bürosunun vəkili XN Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökm icra olunması Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Cəlilabad rayon Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 36 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 saylıVəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar