Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-47/2023 28.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusf Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakışəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Səbail rayonu N-ci sahə ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun özü üçün birbaşa, şəxsən, özünün vasitəsi ilə rüşvət verməyə təhrik etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Kərimov X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin Mərkəzi rabitə qovşağının telefon bölməsinin kabel-xətt manqasının baş xətt nəzarətçisi-kabelçi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən N21-ci ilin avqust ayının əvvəllərində ona müraciət etmiş tanışı Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Şahid1 sonuncunun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət edən tanışı Zərərçəkmiş şəxs xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirilməsi arzusunda olduğunu öyrəndikdən sonra gizir Zərərçəkmiş şəxs xidmət yerinin dəyişdirilməsi üçün real imkana və səlahiyyətə malik olmadığı və sonuncuya hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək gizir Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid1 vasitəsilə Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışının olduğunu və həmin şəxsin bu məsələni 11000 (on bir min) manat pulun rüşvət qismində verilməsi müqabilində həll edəcəyinə dair yalandan vəd verib gizir Zərərçəkmiş şəxs razılığını almaqla onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra, gizir Zərərçəkmiş şəxs 24 avqust N21ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində C.Naxçıvanski adına hərbi liseyin qarşısında matros Şahid1 vermiş olduğu 11000 (on bir min) manat məbləğində pulu 25 avqust N21-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bayıl bazarı” adlanan ərazidə sonuncudan almış, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Baş Qərargahının mərkəzi rabitə qovşağının qəbuledici radio mərkəzinin dizelçielektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən, gizir Zərərçəkmiş şəxs və Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Şahid1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi vaxtdan tanımış, həmin şəxslərlə müasibətləri normal, xidməti olmuş, aralarında heç bir düşmənçilik, ədavət, qohumluq və s. münasibət olmamışdır. N21-ci ilin avqust ayının ortalarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Şahid1 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib N nömrəli hərbi hissədə xidmət edən və əvvəldən tanıdıqları gizir Zərərçəkmiş şəxs xidmət yerinin dəyişdirilməsi üçün köməklik etməyini xahiş etmişdir. Həmin vaxt ona pul lazım olduğundan yalandan özü tərəfindən «Rəhim» adlı bir nəfər olduğunu uydurub həmin şəxsin Müdafiə Nazirliyində tanışlarınının olduğunu və gizir Zərərçəkmiş şəxs işinin həll olunması üçün köməklik edə biləcəyini demişdir. Beləliklə də, Şahid1 da, uydurduğu yalana inandırıb «Rəhim» adlı şəxsin vəzifəli şəxsə çatdırılması üçün 11000 (on bir min) manat pul istədiyini söyləmişdir. Təxminən N21-ci ilin avqust ayının axırlarında Şahid1 onun mobil telefon nömrəsinə zəng edib 11000 manat pulun hazır olduğunu bildirmişdir. O, Şahid1 həmin pulu götürdükdən sonra özü ilə əlaqə saxlamasını söyləmişdir. Gizir Zərərçəkmiş şəxs Şahid1la N21-ci ilin avqust ayının sonlarında Cəmşid Naxçıvanski adına hərbi liseyin qarşısında görüşmüş və həmin vaxt Zərərçəkmiş şəxs bankdan götürdüyü 11000 manat pulu Bakı şəhəri, Xətai rayonu ərazisində Şahid1 vermişdir. Bundan sonra o, Şahid1la «Bayıl bazarı» adlanan ərazidə görüşmüş və sonuncu həmin pulu ona vermişdir. Həmin vaxt onun pula ehtiyacı olduğundan Şahid1 guya “Rəhim” adlı tanışı ilə görüşə gedəcəyini, istədiyi təqdirdə həmin görüşə gələ biləcəyini bildirmişdir. Həmin gün axşam saat 18 radələrində Şahid1 məxsus olan «OPEL ASTRA» markalı **-CD-*** qeydiyyat nişanlı avtomobillə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən Hüseyn Cavid adına parka getmiş, Şahid1 avtomobili parkın yaxınlığında saxlamışdır. Özü maşından düşüb parka getmiş və guya “Rəhim” adlı şəxslə görüşüb pul verməyi ilə bağlı görüntü yaradaraq orada təxminən N dəqiqə qaldıqdan sonra parkdan çıxıb avtomobilə əyləşərək Şahid1 pulu guya “Rəhim” adlı şəxsə verdiyini söyləmişdir. Həmin 11000 manat məbləğində pulun verilməsini təklif edərkən və həmin məbləğdəki pulu alarkən Zərərçəkmiş şəxs işinin həll olunması niyyətində olmamış, həmin vaxt pula ehtiyacı olduğu üçün belə bir addım atmışdır. Lakin, sonradan etdiyi əməldən peşiman olmuşdur. Hazırda vurduğu ziyanı maddi imkanının aşağı olması səbəbindən geri qaytara bilmədiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən müddətdən artıq hərbi qulluqçusu, əsgər Şahid1 N4-N8-ci illərdə N nömrəli hərbi hissədə birlikdə xidmətdə olarkən tanımışdır. Həmin vaxtdan onların arasında yaxın münasibətləri yaranmış, münasibəti normal, xidməti olmuş, aralarında heç bir düşmənçilik, ədavət, qohumluq və s. münasibət olmamışdır. N8-ci il tarixdə xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmiş, Şahid1 xidmət yeri isə bir müddət sonra N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Hər ikisi vaxtaşırı telefon əlaqəsi ilə bir-birinin hal-əhvalını yad edib işləri barədə söhbətlər etmişlər. Özü də həmişə Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində xidmət etmək arzusunda olmuş, Şahid1 da orada xidmət etdiyi üçün özünə hansısa yolla köməklik edəcəyini düşünmüşdür. Bu məqsədlə N21-ci ilin avqust ayında Şahid1 zəng edib xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsini xahiş etmiş, həmin vaxt Şahid1 ona Müdafiə Nazirliyində tanışının olduğunu deyib həmin şəxslə danışacağını bildirmiş, təxminən 3-4 gün sonra isə ona zəng edərək işin düzəlməsi müqabilində tanışının 11000 manat pul istədiyini demişdir. O, Şahid1 bu barədə düşünəcəyini və atası ilə məsləhətləşdikdən sonra xəbər edəcəyini demiş, növbəti gün bir həftəlik məzuniyyətə çıxmış və valideynlərinin yaşadığı Şəki şəhərinə gedərək 23 avqust N21-ci il tarixdə "xxxx" ASC-dən 7300 manat pul krediti götürmüş, qalan 3700 manatını isə qohum-əqrəbasından borc olaraq almaqla, 11000 manat pulu tam olaraq düzəltmişdir. 24 avqust N21-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Cəmşid Naxçıvanski adına hərbi liseyin qarşısında görüşərək 11000 manat pulu təklikdə Şahid1 vermişdir. Bundan sonra Şahid1la həmin ay ərzində bir neçə dəfə telefonla danışmış, sonuncu ona qısa bir müddət ərzində işi həll edəcəyinə dair vəd vermişdir. Şahid1 pulunu qaytarmasını tələb etdikdə, sonuncu onların ortaq tanışı olan və N nömrəli hərbi hissədə birlikdə xidmət etdikləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxsla onu əlaqələndirmişdir. Bundan sonra isə özü Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə danışdıqdan sonra Təqsirləndirilən şəxs ona Şahid1 həmin pulu tam şəkildə özünə verdiyini, 11000 manat məbləğində pulu isə başqa bir yüksək vəzifəli və rütbəli şəxsə çatdırdığını, işinin qısa zamanda həll olunacağını bildirmişdir. Bir müddət sonra yenidən işinin həll olunmadığını və 11000 manat məbləğində pulu ala bilmədiyini gördükdən sonra aldadıldığını anlayaraq N22-ci ilin iyul ayının ortalarında ərizə ilə Bakı Hərbi Prokurorluğuna müraciət etmişdir. Hazırda ona heç bir məbləğdə pul geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, N21-ci il ərzində özü N nömrəli hərbi hissədə xidmətdə olarkən Zərərçəkmiş şəxs bir neçə dəfə onunla əlaqə saxlayaraq xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirmək istədiyini bildirmişdir. Lakin, həmin vaxtlarda o, bu işin həll olunması üçün hər hansı bir tanışının olmadığını Zərərçəkmiş şəxs söyləmişdir. N21-ci ilin avqust ayında gizir Zərərçəkmiş şəxs yenidən onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng edərək xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi barədə xahiş etmişdir. Həmin vaxt onun ağlına ortaq tanışları olan Təqsirləndirilən şəxs gəlmiş və Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində bir tanışının olduğunu deyib həmin adamla danışacağını bildirmişdir. Bundan sonra həmin vaxt Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib bu barədə dedikdə, sonuncu ona “Rəhim” adlı tanışı ilə danışıb dəqiq bir söz deyəcəyini bildirmişdir. Son danışıqdan 3-4 gün sonra Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edib köməklik edə biləcəyini və bunun müqabilində yüksək vəzifədə və rütbədə xidmət edən tanışına özünün vasitəsilə 11000 (on bir min) manat pul verilməli olduğunu demişdir. Həmin vaxt o, mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs zəng edərək işinin düzəlməsi müqabilində 11000 manat pul istənildiyini söyləmiş, Zərərçəkmiş şəxs da ona düşünüb və atası ilə məsləhətləşib bu barədə bir xəbər edəcəyini bildirmişdir. Ertəsi gün Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edib razılığını vermiş və banka gedib pul götürdükdən sonra dəqiq bir söz deyəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir həftəlik məzuniyyətə çıxmış və Şəki şəhərinə gedərək orada olan bankların birindən 7300 manat, qalan pulu isə, yəni 3700 manatını qohum-əqrəbadan borc olaraq almışdır. 23 avuqust N21-ci il tarixdə Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək pulun hazır olduğunu onunla harada görüşə biləcəyini dedikdə Bakı şəhəri, Xətai rayonuna gəlməsini bildirmişdir. Bundan sonra 24 avqust N21-ci il tarixdə Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək Bakı şəhərində olduğunu dedikdə, sonuncuya Cəmşid Naxçıvanski adına hərbi liseyin qarşısına gəlməsini söyləmişdir. Onlar həmin gün saat 14 radələrində həmin liseyin qarşısında görüşərək Zərərçəkmiş şəxs üzərində olan və qəzətə bükülmüş halda içərisində 11000 (on bir min) manat pul olan bağlamanı ona vermişdir. Onlar birlikdə yaxınlıqda olan kafelərdən birində oturub çay içərkən bağlamanı açaraq orada olan pulları sayıb 11000 manat pul olduğuna əmin olduqdan sonra Zərərçəkmiş şəxs narahat olmamağını və qısa bir müddətə işinin düzələcəyini demişdir. Bundan bir gün sonra, yəni 25 avqust N22-ci il tarixdə qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs zəng edib pulun hazır olduğunu deyərək görüş təyin etmiş və Bakı şəhəri Səbail rayonunda yerləşən “Bayıl bazarı” adlanan ərazidə görüşərək pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanında guya “Rəhim” adlı şəxsə zəng edərək pulun hazır olduğunu demiş, bundan bir gün sonra Təqsirləndirilən şəxs “Rəhim” adlı şəxsin görüş təyin etdiyini bildirmişdir. 26 avqust N22ci il tarixdə axşam saat 18-19 radələrində Təqsirləndirilən şəxs ona məxsus olan “OPEL ASTRA” markalı **-CD-*** qeydiyyat nişanlı avtomobilinə əyləşib ona “Elmlər metrosu”nun yaxınlığına sürməyini bildirmişdir. Təqsirləndirilən şəxs “Rəhim” adlı şəxslə Elmlər metrosunun yaxınlığında yerləşən parkda görüş təyin etdiyini bildirmiş, həmin yerə çatdıqdan sonra maşını «Hüseyn Cavid» adına parkın kənarında saxlamışdır. Təqsirləndirilən şəxs isə maşından enərək “Rəhim” adlı şəxslə görüşmək məqsədilə parka girdiyini görmüş. Təqsirləndirilən şəxs həmin şəxslə görüşərkən onu dəvət etməmişdir. Təqsirləndirilən şəxs 11000 manat məbləğində pulu “Rəhim” adlı şəxsə verməsini görməmiş, təxminən N dəqiqə sonra Təqsirləndirilən şəxs maşına qayıdaraq pulu “Rəhim” adlı şəxsə verdiyini demişdir. Özü isə ümumiyyətlə “Rəhim” adlı şəxsi görməmişdir, həmin şəxsi tanımır, Təqsirləndirilən şəxs mobil telefonda həmin şəxslə danışdığını bildirsə də sonuncunun konkret olaraq kiminlə və hansı məzmunda danışması barədə məlumatı olmamışdır. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs deməsinə görə sonuncu mobil telefonla “Rəhim”lə danışmış və “Rəhim” hər dəfə «səbrli ol, bu gün, sabah düzələcək» sözlərini demişdir. Təqsirləndirilən şəxs əvvəllər “Rəhim” adlı şəxsin mobil telefon nömrəsinə zəng çatmadığını, “Rəhim”in hansı ünvanda yaşamasını və qeydiyyatda olmasını bilmədiyindən sonuncunu tapa bilmədiyini bildirsə də, daha sonra ümumiyyətlə “Rəhim” adlı şəxsin olmadığını, həmin adda bir şəxsi özündən uydurduğunu, 11000 (on bir min) manat məbləğində pulu özünə götürərək şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Hazırki günədək Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilməmiş olaraq qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək ittihamda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 152 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin səhra rabitə qovşağının kanalyaratma mərkəzinin radiorele bölüyünün radiorele tağımının radirele stansiyasının sürücüelektriki vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına daxil olunaraq bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N21-ci il tarixli, 294 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Mərkəzi rabitə qovşağının telefon bölməsinin kabel-xətt manqasının baş xətt nəzarətçisi-kabelçi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mobil rabitə mərkəzinin kabel-xətt taqımının kabel-xətt manqasının baş xətt nəzarətçisi vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N21-ci il tarixli, 6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mobil rabitə mərkəzinin kabel-xətt taqımının kabel-xətt manqasının baş xətt nəzarətçisi vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına daxil olunaraq bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 101 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Baş qərargahın mərkəzi rabitə qovşağının qəbuledici radio mərkəzinin dizelçi-elektriki vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim olunmuş 4/1263-4/1269 nömrəli, 07 dekabr N23-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunan 01 ədəd CD diskin daxilində yer alan səs fonoqramlarındakı danışıqlarda olan “K1” kimi işarələnmiş diktorun səsi və nitqi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi isə Zərərçəkmiş şəxs məxsusdur. Həmin səs fonoqramlarının məzmunundan görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs arasında sonuncunun xidmət yerinin dəyişdirilməsi məsələsinin vəzifəli şəxs vasitəsilə həll olunması, bunun üçün rüşvət qismində müəyyən məbləğdə pul verilməsi haqqında müxtəlif vaxtlarda danışıqlar həyata keçirilmişdir. "xxxx" MMC-nin 18 noyabr N22-ci il tarixli məktubuna qoşma kimi təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında 02 aprel N21-ci il tarixdə bir dəfə olmaqla telefon danışığı həyata keçirilsə də, həmin mobil nömrələr arasında cinayət hadisəsinin baş verdiyi tarixlərdə hər hansı telefon danışıqları həyata keçirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrə arasında N mart N22-ci il və 14 may N22-ci il tarixlərdə telefon danışıqları həyata keçirilmiş, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ********** saylı mobil nömrə arasında 26 may N21-ci il tarixdən etibarən müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Həmin diskə baxış zamanı əlavə olaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə 27 mart N22-ci il tarixdə “Salam Araz necəsən qaqa. Nəsə olacaq qaqa vaxtada az qalib. Əmrimizdə var 1 qat olacaq aprəldən. Bir xəbər denəndə qaqa” məzmundu SMS göndərilmiş, ardınca Təqsirləndirilən şəxs ona həmin tarixdə “Qaqa seher bayram qutarir gorusecem.Xeber edecem” məzmunda SMS yazılmışdır. Bundan başqa, 29 mart N22-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Salam axsamin xeyir Araz. Noldu nəsə maraqlana bildin?. Yoxsa ayin 4 dən oyana keçəgək?”, 01 aprel N22-ci il “Salam Araz mənəm Zərərçəkmiş şəxs zəng vurda qaqa” məzmunlu SMS mətnlər göndərilmişdir. Bundan başqa, Şahid1 mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə hər hansı SMS göndərilməsi və ya qəbul edilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini tam etiraf etməsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törədilmiş cinayətlərdə iştirak etmə dərəcəsini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş sərimə cəzasının təyin olunmasını, təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq cərimə cəzasını təyin etməyi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş içərisində “Vatsapp” tətbiqi vasitəsilə göndərilən səs fonoqramlarının və yazışmaların olduğu 01 (bir) ədəd CD disk və "xxxx" MMC-dən təqdim olunmuş 18 noyabr N22-ci il tarixli 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi ilə əlaqədar təşkil edən 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməsi hüquqlarının olaması izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N03-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N06-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N5-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 4000 (dörd min) manat cərimə cəzası, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş içərisində “Vatsapp” tətbiqi vasitəsilə göndərilən səs fonoqramlarının və yazışmaların olduğu 01 (bir) ədəd CD disk və "xxxx" MMC-dən təqdim olunmuş 18 noyabr N22-ci il tarixli 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi ilə əlaqədar təşkil edən 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməsi hüquqlarının olaması izah edilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-47/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-47/2023
28.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver