Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-47/2024 17.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Şərur rayonu Alışar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 1-ci köndələn, ev 80də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Bakı Hərbi Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə işin məhkəmə baxışına verilməsini qeyri-mümkün edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulması aşkar edilmədi. İşin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur, ittiham aktının prosessual formasına riayət edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün pulemyot manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 21 iyul 2023-cü il tarixdə saat 10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "Mersedes Benz C180 minik" markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Sabunçu dairəsindən Heydər Əliyev adına X2 istiqamətində təxminən 60-70 km/saat surətdə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini, yəni özündən qabaqda gedən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmağın qarşısını almağın mümkün olması üçün ara məsafəsi seçməli olduğu halda, həmin qaydalara riayət etməyərək 1-ci zolaqda özündən qabaqda irəliləyərək Suraxanı rayonu ərazisində yerləşən Ramanı Parkın yanından sağa dönmə əməliyyatı etmək istəyərkən surətini azaltmış vətəndaş Şahid1 etibarnamə əsasında idarə etdiyi **-PR-*** dövlət qeydiyyat nişanlı, "Ravon R3" markalı avtomobili arxadan vurmaqla toqquşmuş, nəticədə **-PR-*** dövlət qeydiyyat nişanlı, "Ravon R3" markalı avtomobil zərbənin təsirindən sağa doğru istiqamətini dəyişərək yolun kənarında ağacları sulayan vətəndaş Zərərçəkmiş şəxs dəyməklə ehtiyatsızlıqdan sonuncuya dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid "Th12, L2-L4 fəqərələrin fəsadsız kompression sınıqları, baş beynin silkələnməsi" xəsarətlərini yetirmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi qaydada vəsatət verərərək bildirmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışmışlar, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, bu səbəbdən də cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı da müdafiəçinin vəsatətini, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ərizələrini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə olan cinayət təqibinə qanunvericiliyin tələblərinə əsasən xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri məsələsinə baxılması üçün qərarın surəti Bakı Hərbi prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 10 (on) iş saatına görə 60 (yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün Bakı Hərbi Prokuroruna göndərilsin. Ekspertiza xərci - 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1-1(093)-47/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-47/2024
17.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver