Məhkəmə qərarları › İş №1-1(093)-48/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-48/2023

03.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-48/2023 03.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxx 2004-cü il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müddətli hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 19 oktyabr 2022-ci il tarixdə saat 11:20 radələrində aralarında tabelik münasibəti olmayan əsgər Zərərçəkmiş şəxs ilə bundan bir qədər əvvəl taborda xidməti otaqların qapılarının silinməsi vaxtı aralarında yaranmış mübahisəyə görə birlikdə Qaraheybət hərbi şəhərciyində yerləşən əsgər mağazasının arxasına getmiş və orada aralarında bu zəmində baş vermiş mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, əvvəlcə əsgər Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən 2-3 (iki-üç) yumruq, ardınca isə bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq sonuncunu yerə yıxıb ona qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan “alt dodağın sağ yarısının çapılmış yarası, həmin dodağın içəri selikli qişasının sağ yarısının şişkinliyi və çapılmış yarası, sol qaşüstü nahiyənin sıyrığı, başın sağ orta təpə nahiyəsinin cızılmış yarası” xəsarətini yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində əsgər hərbi rütbəsində xidmət edir. Əsgər Zərərçəkmiş şəxs hərbi xidmət dövründən tanıyır, oradan da aralarında xidməti münasibətləri vardır. Bölüyünün baş çavuşu, gizir Şahid1 onu və əsgər Zərərçəkmiş şəxs taborda olan otaqların qapılarının təmizləməsi üçün ayırmışdır. İşlərin sonuna yaxın bir qapı silinməmiş qalmış, Zərərçəkmiş şəxs ona həmin qapını silməsini demiş, o isə sonuncuya “yaxşı silərəm” demişdir. Zərərçəkmiş şəxs ona yenidən adı çəkilən qapını silməsini demiş, o, yenə də Zərərçəkmiş şəxs “hə də yaxşı silərəm” demişdir Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətmişdir. O, Zərərçəkmiş şəxsla mübahisə edən zaman gizir Şahid1 əşya saxlanc otağından (kapityorka) bayıra çıxaraq nə səbəbə mübahisə etdiklərini onlardan soruşmuşdur. Onlar mübahisənin səbəbini Şahid1 demişlər. Şahid1 onlara iradlarını bildirmiş və sakitcə tapşırılan işləri yerinə yetirməsini tapşırmışdır. Bundan sonra Şahid1 ona otaqlardan birində istifadəyə yararsız olan əsgər çəkmələrini götürərək zibil qabına atmasını tapşırmışdır. O, Şahid1 dediyi istifadəyə yararsız əsgər çəkmələrini zibil qabına atmışdır. O, həyətdə olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əsgər mağazasının arxasına getmələrini ona təklif etmiş, o isə onun bu təklifi ilə razılaşaraq birlikdə əsgər mağazasının arxasına getmişlər. Zərərçəkmiş şəxs bir qədər öncə təmizlik işləri aparan zaman niyə görə səsinin tonunu qaldırdığını ondan soruşmuşdur. O, Zərərçəkmiş şəxs səsinin tonunu qaldırmadığını və normal şəkildə danışdığını bildirmişdir. Bu əsnada onların arasında yenidən mübahisə düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək alın hissəsinin sağ tərəfinə 1 (bir) sillə vurmuşdur. O, Zərərçəkmiş şəxs bu silləsindən sonra təxminən geriyə 1-2 (bir-iki) addım atmış və əsəbiləşərək Zərərçəkmiş şəxs üzərinə getmiş, sonuncu isə yerində dayanmışdır. O, əsəbindən özünü saxlaya bilməyərək anidən Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən 1 (bir) yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlar dalaşmağa davam edərək bir-birlərinin bədən nahiyələrinə yumruq zərbələri vurmuşlar. O, bundan sonra bir qədər cəld tərpənərək hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs hər iki ayaqlarının diz hissəsindən tutmuş və onu kürəyi üstə yerə yıxmışdır. Onların səs-küyünə tanımadığı hərbi qulluqçular gəlmiş və onları ayırmışlar. Bundan sonra baş vermiş hadisə ilə bağlı raport yazılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, eyni zamanda digər təkzib olunmaz mötəbər dəlillərlə tam sübuta yetirilmişdir Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində əsgər hərbi rütbəsində xidmət edir, 19 oktyabr 2022-ci il tarixdə səhər düzülüşündən gizir Şahid1 ona və əsgər Təqsirləndirilən şəxs taborda olan otaqların qapılarının təmizləmələrini tapşırmışdır. Bundan sonra onlar qapıları silməyə başlamışlar. İşin sonuna yaxına bir qapının üzəri silinməmiş qalmış və o, həmin qapını silməsini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ona yüksək səsli şəkildə “hə də yaxşı” silərəm dedikdə mübahisə etməyə başlamışlar. O, Təqsirləndirilən şəxs ilə mübahisə edən zaman gizir Şahid1 əşya saxlanc otağından (kapityorka) bayıra çıxaraq nə səbəbə mübahisə etdiklərini onlardan soruşmuşdur. Onlar mübahisənin səbəbini Şahid1 demişlər. Şahid1 onlara iradlarını bildirmiş və sakitcə tapşırılan işləri yerinə yetirməsini tapşırmışdır. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs otaqlardan birində istifadəyə yararsız olan əsgər çəkmələrini götürərək zibil qabına atmasını tapşırmışdır. Ə. İsazadə həmin istifadəyə yararsız əsgər çəkmələrini zibil qabına atmışdır. Ə. İsazadə həyətdə olan zaman o ona yaxınlaşaraq əsgər mağazasının arxasına getmələrini ona təklif etmiş və onlar birlikdə əsgər mağazasının arxasına getmişlər. O, Ə. İsazadədən bir qədər öncə təmizlik işləri aparan zaman niyə görə səsinin tonunu qaldırdığını soruşmuşdur. Bu əsnada onların arasında yenidən mübahisə düşmüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlədərək alın hissəsinin sağ tərəfinə 1 (bir) sillə vurmuşdur. Təqsirləndirilən şəxs onun bu silləsindən sonra təxminən geriyə 1-2 (bir-iki) addım atmış və əsəbiləşərək onun üzərinə gəlmişdir. Təqsirləndirilən şəxs anidən onun üzərinə gələrək sifət və baş nahiyəsindən 1 (bir) yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlar dalaşmağa davam edərək bir-birlərinin bədən nahiyələrinə yumruq zərbələri vurmuşlar. Onların səs-küyünə tanımadığı hərbi qulluqçular gəlmiş və onları ayırmışlar. Hazırda hər ikisi etdikləri əməldən peşman olmuşlar və barışmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddası və har hansı tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölüyünün baş çavuşu, gizir Şahid1 ifadəsində göstərmişdir ki, bölüyün baş çavuşu olaraq əsgərləri 2-3 nəfər qruplaşdıraraq hərbi hissə daxilində müxtəlif işlərə ayırmışdır. O, əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs tədris prosesinin təminatı taborunda olan otaqların qapılarını təmizləməyi tapşırmışdır. Üzərindən bir qədər keçmiş o, əşya saxlanc otağında olan zaman səs-küy eşidərək onları yanına çağırmış, onlardan nə baş verdiyini sorduqda problem olmadığını bildirmişlər. O onlara mübahisə etməmələrini, əl tutub barışmalarını bildirmişdir. O, taborda əsgər çəkmələrini səliqəyə salmasını Təqsirləndirilən şəxs tapşırmışdır. Təqsirləndirilən şəxs onun verdiyi tapşırığı icra etmişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu, döydüyünü görməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əsgər mağazasının arxa tərəfində dalaşdıqlarını eşitmişdir. O təcili olaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yanına çağırtdırmış, bu zaman onların üz-göz nahiyələrində müxtəlif qızartılar, şişkinliklər və sıyrılmış yaraların olduğunu görmüşdür. O, dərhal baş vermiş hadisə barəsində yuxarı komandanlığa məruzə etmiş və bundan sonra əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdıqlarına görə barələrində raport yazılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin lazaretinin aptek rəisi, gizir Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tibb məntəqəsinə daxil olmuşlar. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üz-gözlərinə baxan zaman xəsarətlər olduğunu görmüşdür. O nə baş verdiyini Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs soruşmuş, onlar təmizlik işləri apararkən əvvəlcə taborda mübahisə etdiklərini, daha sonra həmin mübahisəni əsgər mağazasının arxasında davam etdirərək dalaşdıqlarını və nəticədə bir-birlərinə xəsarət yetirdiklərini ona bildirmişlər. O, hər iki hərbi qulluqçuya ilkin olaraq bədən baxışı keçirərək onları müayinə etməyə başlamışdır. Məhkəmədə həmçinin aşağıdakı sübutlar araşdırılmışdır; Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 təqdim edilmiş 20 oktyabr 2022-ci il tаrixli, 1433 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs “alt dodağın sağ yarısının çapılmış yarası, həmin dodağın içəri selikli qişasının sağ yarısının şişkinliyi və çapılmış yarası, sol qaşüstü nahiyənin sıyrığı, başın sağ orta təpə nahiyəsinin cızılmış yarası” diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət aşkar olunmuşdur. Həmin xəsarətlərin Zərərçəkmiş şəxs ekspertiza zamanı göstərdiyi tarixdə (xx.xx.2022) və şəraitdə yetirilməsi inkar olunmur, Zərərçəkmiş şəxs ekspertiza zamanı 19 oktyabr 2022-ci il tarixdə saat 11:20 radələrində Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zəmnində sonuncunun onun sifət və baş nahiyəsindən 2-3 (iki-üç) yumruq, ardınca isə bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq yerə yıxmasını bildirmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinə ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, tədris prosesinin təminatı taborunun hərbi qulluqçuları əsgərlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə dalaşmış və müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə (lazaretə) müraciət etmişlər. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun komandirinə ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, təlim silahları bölüyünün hərbi qulluqçuları, əsgərlər Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozulmuş və dalaşmaları nəticəsində hər iki hərbi qulluqçuda müxtəlif bədən xəsarətləri aşkar edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 27 sentyabr 2022-ci il tarixli 233 nömrəli əmrindən edilmiş çıxаrışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs tədris prosesinin təminatı taborunun (Qaraheybət hərbi şəhərciyi) təlim silahları bölüyünün qumbaraatan taqımının 1ci qumbaraatan manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 27 sentyabr 2022-ci il tarixli 233 nömrəli əmrindən edilmiş çıxаrışdаn görünür ki, əsgər Zərərçəkmiş şəxs tədris prosesinin təminatı taborunun (Qaraheybət hərbi şəhərciyi) təlim silahları bölüyünün pulemyot taqımının 3-cü pulemyot manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən təqdim edilmiş arayışdan görünür ki, 19 oktyabr 2022-ci il tarixdə tədris mərkəzinin tədris prosesinin təminatı taborunun təlim silahları bölüyünün pulemyot taqımının 3-cü pulemyot manqasının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə tədris prosesinin təminatı taborunun təlim silahları bölüyünün qumbaraatan taqımının 1-ci qumbaraatan manqasının qumbaraatanı vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmamışdır. Аzərbаycаn Respublikаsı DİN-nin Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum оlunmаmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş 24 noyabr 2022-ci il tаrixli 13747 nömrəli аrаyışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət cəhətdən xasiyyətləndirilir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respkublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti verilməklə şərti cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti “Zəfər” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193,345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq edilsin və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə xidmət etdiyi dövrdə öz davranışı ilə islah olunduğunu sübüt etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Zəfər” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar