Məhkəmə qərarları › İş №1-1(093)-49/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-49/2023

01.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-49/2023 01.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru mayoru Dövlət ittihamçısı, müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında 03 avqust N004-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş və Şahbuz rayonunun Şahbuzkənd kəndində daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Heydər Əliyev adına Hərbi İnstitutun sabiq kursantı, hazırda isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcı qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə vaxtında gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutun 1ci kursant taborunun 3-cü kursant bölüyünün 9-cu kursant taqımının kursantı vəzifəsində hərbi xidmətdə olarkən institut rektorunun 06 avqust N0NN-ci il tarixli 58 nömrəli əmrinə əsasən həmin tarixdən 30 (otuz) gün müddətinə yay tətili məzuniyyətinə göndərilmiş, 04 sentyabr N0NN-ci il tarixdə saat 17:00-da məzuniyyətdən qayıtmalı olduğu halda qayıtmamış, yalnız 1N noyabr N0NN-ci il tarixdə saat 1N:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə vaxtında gəlməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1N avqust N0N1-ci il tarixdə Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. 06 avqust N0NN-ci il tarixdə o, müvafiq əmr ilə 30 (otuz) gün müddətinə yay tətili məzuniyyətində olarkən ailəsinin yaşadığı Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuzkənd kəndinə getmişdir. Onun məzuniyyəti 04 sentyabr N0NN-ci il tarixdə saat 17:00-da bitmişdir. O, məzuniyyətdə olduğu zaman valideynləri arasında mübahisələr yaranmış və bu münaqişə ona pis təsir etmişdir. O, N0NN-ci ilin avqust ayının axırlarında Bakı şəhərində yerləşən Heydər Əliyev adına Hərbi İnstituta qayıtması üçün aviabilet almış, lakin o, müəyyən səbəblərdən gecikərək təyyarəyə minə bilməmişdir. O, bundan sonra yaşadığı evinə qayıtmış və ailəsində yenidən münaqişə olduğunu görmüş, münaqişə bitənədək təhsil aldığı instituta getməməsi barədə qərar vermişdir. O, N0NN-ci il noyabr ayının əvvəllərində ailəsində olan problemlərin normallaşdığını görüb 1N noyabr N0NN-ci il tarixdə saat 01:05 radələrində təyyarə ilə Bakı şəhərinə qayıtmış, həmin gün saat 1N:00 radələrində təhsil müəssisəsinə gəlmişdir. O, adı çəkilən instituta gələn zaman komandirləri onunla fərdi söhbət apararaq niyə görə məzuniyyətdən təhsil müəssisəsinə vaxtında gəlmədiyini ondan soruşmuşlar. O, komandirlərinə həqiqəti deyərək ailəsində problemlərin olduğunu bildirmişdir. O, N0NN-ci ilin noyabr-dekabr aylarında ailəsi ilə danışan zaman ona evdə vəziyyətin yenidən yaxşı olmadığını bildirmişlər. Bundan sonra o, fikrini təhsilinə yönəldə bilməmiş, dərslərini hazırlamaqda çətinliklər çəkdiyinə görə N3 dekabr N0NN-ci il tarixdə təhsil müəssisəsindən xaric edilərək xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. O, təhsil müəssisəsinə gəlmədiyi müddət ərzində bu barədə heç kimə məlumat vermədiyini, yuxarı komandanlıqdan icazə almadığını, təhsil müəssisəsininə gəlməməsinin cinayət olduğunu başa düşdüyündən buna görə də, könüllü olaraq xidmət yerinə geri qayıtdığını, etdiyi hərəkətin səhv olduğunu və törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, əmrdən çıxarışlar, sənədlər və eyni zamanda digər təkzib olunmaz mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Heydər Əliyev adına Hərbi İnstitutun hərbi qulluqçusu, kapitan Şahid1 ifadəsində göstərmişdir ki, sabiq kursant Təqsirləndirilən şəxs 06 avqust N0NN-ci il tarixdə yay tətilini keçirməsi üçün məzuniyyətə buraxılmış, lakin sonuncu 04 sentyabr N0NN-ci il tarixdə saat 17:00-da məzuniyyətdən təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsinə gəlməli olduğu halda gəlməmişdir. Təqsirləndirilən şəxs 1N noyabr N0NN-ci il tarixdə saat 1N:00 radələrində təhsil müəssisəsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs təhsil müəssisəsinə gəlməsi ilə bağlı yuxarı komandanlığa raportla müraciət etmişdir. O, Təqsirləndirilən şəxsla bununla bağlı fərdi qaydada söhbətlər aparmış, sonuncu zabit olmaq üçün dərslərini oxumaqda müəyyən çətinliklər çəkdiyini, bu gedişlə zabit ola bilməyəcəyini və gələcəkdə müddətli əsgər kimi xidmətini başa vurmaq niyyətində olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi təhsil müəssisəsinə gəlməməsi ilə bağlı ondan və yuxarı komandanlıqdan heç bir icazə almamışdır. N3 dekabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs institutun şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq müvafiq əmr ilə təhsil müəssisəsindən xaric edilərək müddətli əsgər kimi xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir.. Məhkəmədə şahid qismində dindirilmiş Heydər Əliyev adına Hərbi İnstitutun hərbi qulluqçusu, kapitan ŞahidN ifadəsində göstərmişdir ki, sabiq kursant Təqsirləndirilən şəxs yay semestr imtahanlarından sonra 06 avqust N0NN-ci il tarixdə yay tətilini keçirməsi üçün məzuniyyətə buraxılmışdır. Təqsirləndirilən şəxs məzuniyyəti 04 sentyabr N0NN-ci il tarixdə saat 17:00-da bitmiş, lakin sonuncu təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsinə gəlməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs taqım komandiri bir neçə dəfə onun atası Vüqarla əlaqə saxlamış, lakin sonuncu hər dəfəsində ona müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs 1N noyabr N0NN-ci il tarixdə saat 1N:00 radələrində təhsil müəssisəsinə gəlmiş, o, sonuncu ilə bununla bağlı söhbət apararaq ondan niyə görə məzuniyyətdən vaxtında gəlməməsinin səbəblərini soruşmuşdur. Təqsirləndirilən şəxs ailə problemləri ilə əlaqədar olaraq məzuniyyətdən vaxtında təhsil müəssisəsinə gəlmədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi təhsil müəssisəsinə gəlməməsi ilə bağlı ondan və yuxarı komandanlıqdan heç bir icazə almamışdır. Təqsirləndirilən şəxs təhsil müəssisəsinə gəlmədiyinə görə komandirləri tərəfindən raport yazılmışdır. N3 dekabr N0NNci il tarixdə Təqsirləndirilən şəxs müvafiq əmr ilə adı çəkilən təhsil müəssisəsindən xaric edilərək müddətli əsgər kimi xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Heydər Əliyev adına Hərbi İnstitutun hərbi qulluqçusu, leytenant Şahid3 da anoloji məzmunlu ifadələr verərək şahidlər Şahid1 və ŞahidN göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar araşdırılmışdır; Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 1N avqust N0N1-ci il tarixli 198 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunaraq bütün növ təminatlara daxil edilmişdir. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 06 avqust N0NN-ci il tarixli 58 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs 06 avqust N0NN-ci il tarixdən 04 sentyabr N0NN-ci il tarixədək yay tətili məzuniyyətinə getmiş, 07 avqust N0NN-ci il tarixdən institutun qazan təminatından çıxarılmış və ərzaq payı əvəzinə pul təminatı ödənilmişdir. Heydər Əliyev adına Hərbi İnstitutun 1-ci kursant tabor komandirinin müavininə ünvanlanmış 05 sentyabr N0NN-ci il tarixli raportdan görünür ki, 1-ci kursant taborunun 3-cü kursant bölüyünün kursantı Təqsirləndirilən şəxs yay tətili məzuniyyətindən qayıtmamışdır. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 05 sentyabr N0NN-ci il tarixli 84 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs 04 sentyabr N0NN-ci il tarixdə məzuniyyətdən qayıtmadığına görə xidmət yerinə gəlməmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. Heydər Əliyev adına Hərbi İnstitutun 1-ci kursant taborunun komandirinə ünvanlanmış 16 noyabr N0NN-ci il tarixli raportdan görünür ki, 3-cü kursant bölüyünün 1N07 yaxa nömrəli kursantı Təqsirləndirilən şəxs getdiyi məzuniyyətdən 1N noyabr N0NN-ci il tarixdə qayıtdığı üçün şam yeməyindən etibarən institutun qazan təminatına qoyulmuşdur Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 18 noyabr N0NN-ci il tarixli 149 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs 1-ci kursant taborunun 3-cü kursant bölüyünün kursantı 1N noyabr N0NN-ci il tarixdə məzuniyyətdən gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun N3 dekabr N0NN-ci il tarixli 180 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci kursant taborunun 3-cü kursant bölüyünün kursantı Təqsirləndirilən şəxs intizamsızlığına görə institutdan xaric edilərək şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N6 dekabr N0NN-ci il tarixli 370 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməklə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş 05 dekabr N0NN-ci il tarixli, 14089 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. R.X1 adına Hərbi İnstitut tərəfindən mənfi cəhətdən xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.. Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin cinayət Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədə müvafiq sayır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın N5-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini qanunun tələblərinə əsasən düzgün sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.N.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti “Universal” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193,345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası N nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Universal” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan N0 (iyirmi) gün sonra qüvvəyə minir. XN

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar