Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-49/2024 09.04.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısıN, Müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri MüdafiəçiN və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN iştirakları ilə, 07 yanvar 1997-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, Quba rayonunun İkinci Nügədi kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda fərdi şəkildə fəhləliklə məşğul olan, barəsində N3 dekyabr N0N3-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsi ilə, xx xxxxxxxx N001-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən, barəsində N7 dekabr N0N3-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən, N0NN-ci ilin oktyabr ayının əvvəllərində valideyinlərini müalicə etdirmək üçün pula ehtiyacı yarandığından kredit götürmək üçün ayrı-ayrı banklara müraciət edərkən banklar tərəfindən ona az məbləğdə kredit verildiyini öyrəndikdən sonra, tanıdığı şəxslərdən, habelə 19-N0 sentyabr N0N3-cü il tarixlərdə keçrilmiş antiterror tədbirlərində şəhid olmuş, həmin vaxt onunla birlikdə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, əsgər X1 da ona 5-6 min manat borca pul tapmasını xahiş etdikdə, sonuncu bankdan yüksək məbləğdə kredit götürməyə köməklik edən tanışlarının olduğunu bildirib, xahişi əsasında onun şəxsiyyət vəsiqəsinin fotoşəkilini mobil telefonu ilə çəkib “WhatsApp” mobil tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Elxan” adlı şəxsə göndərmiş, neçə gün sonra, N0NN-ci ilin oktyabr ayının ortalarında F.A.Fətizadə ilə kredit barədə söhbət edərkən sonuncu ona kredit verən “Elxan” adlı tanışı ilə danışdığını, ona lazım olan 5-6 min manat pul üçün onun adına 10000 (on min) min manat kredit götürüləcəyini, həmin pulun 3000 (üç min) manatını ona kredit götürməkdə köməklik edən “Elxan” adlı şəxsin götürəcəyini, bank xərcləri çıxdıqdan sonra yerdə qalan məbləğin isə özünün istifadə edəcəyi barədə məlumat vermiş, o, razılığını bildirdikdən sonra “Elxan” adlı şəxs tərəfindən 3000 (üç min) manat pulun müqabilində hazırlanmış, məzmunu təhrif edilməklə guya onun Dövlər Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmasını təsdiq edən, guya qeyd edilən xidmətin Kadrlar Baş İdarəsinin rəisinin imzası və həmin xidmətin möhürü ilə təsdiq edilmiş, şəxsi fotoşəkli və rekvizitləri, eləcə də xx.xx.N0N5-ci il tarixədək etibarlılıq müddəti olduğu qeyd olunan ZH №00403N nömrəli hüquq verən saxta xidməti vəsiqə ilə 09 noyabr N0NN-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında sonuncu ilə görüşdüyü zaman tanış olmuş, lakin qeyd edilən krediti götürmək üçün zamin tələb edildiyindən, həmin gün zamin tapa bilmədiyinə görə göstərilən saxta xidməti vəsiqəni istifadə edə bilməyərək, “Elxan” adlı şəxsə geri vermişdir. Bundan iki gün sonra, yəni 11 noyabr N0N3-cü il tarixdə onun üçün zamin tapıldığını bildirən F.A.Fətizadə ilə birlikdə Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığına gedib yenidən “Elxan” adlı şəxs, sonuncunun adı və şəxsiyyəti istintaqa məlum olmayan tanışı, eləcə də götürəcəyi 10000 (on min) manat kreditə zamin duracağına görə, ondan 1000 (min) manat pul alacağı vəd edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxsN ilə görüşmüşdür. Həmin vaxt “Elxan” adlı şəxs ona qeyd olunan ZH №00403N nömrəli hüquq verən saxta xidməti vəsiqəni və guya "xxxx" ASC-in müvafiq möhürləri ilə möhürlənərək səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilməklə onun adına hazırlanmış 510307******0805 nömrəli aylıq maaş ödənişi kartı üzrə hüquq verən 11 noyabr N0N3-cü il tarixli saxta çıxarışı, həmçinin həmin vaxt onun yanında olan Təqsirləndirilən şəxsN isə məzmunu təhrif edilməklə guya Təqsirləndirilən şəxsN DSX-in N nömrəli hərbi hissəsində qrup komandiri vəzifəsində, gizir kimi həqiqi hərbi xidmətdə olmasını təsdiq edən, guya qeyd edilən xidmətin Kadrlar Baş İdarəsinin rəisinin imzası və həmin xidmətin müvafiq möhürü ilə təsdiq edilmiş, fotoşəkil və rekvizitləri, eləcə də xx.xx.N0N6-cı il tarixədək etibarlılıq müddəti olduğu qeyd olunan GH №003975 nömrəli hüquq verən saxta xidməti vəsiqəni vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsNla qeyd edilən sənədlərin saxta olmalarına tam əmin olub, iş stajlarının az olması və digər obyektiv səbəblərdən bankdan qeyd edilən məbləğdə kredit götürmələri üçün real imkanlara malik olmadıqları halda, onun adına kredit götürərkən, Təqsirləndirilən şəxsN isə ona zamin durarkən hüquq verən saxta sənədlərdən birlikdə istifadə etmələrinə dair razılığa gəldikdən sonra, həmin sənədlərdə qeyd edilən məlumatları kredit götürən zaman bank əməkdaşları tərəfindən ona veriləcək dəqiqləşdirici suallara vəsiqədə göstərilən yalan məlumatlara uyğun cavab verməsi üçün əzbərləmiş, həmin gün, yəni 11 noyabr N0NN-ci il tarixdə saat 10:30 radələrində "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” filialının binasına daxil olub qeyd edilən hüquq verən saxta sənədləri, yəni o, ZH №00403N nömrəli saxta xidməti vəsiqə ilə "xxxx" ASC-yə məxsus 11 noyabr N0N3-cü il tarixli ödəniş kartı üzrə saxta çıxarışı, Təqsirləndirilən şəxsN isə GH №003975 nömrəli saxta xidməti vəsiqəni bank əməkdaşına təqdim etməklə bilə-bilə saxta sənədlərdən istifadə etmişlər. Təqsirləndirilən şəxsN Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci toborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının aşpazı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, N0NN-ci ilin noyabr ayının ortalarında yenidən pula ehtiyacı yarandığından banklar tərəfindən ona kredit verilməyəcəyini öyrəndikdən sonra yenidən F.Fətizadə ilə əlaqə saxlayıb saxta xidməti vəsiqə ilə kredit götürmək qərarına gəlib bu niyyətini sonuncuya bildirmişdir. Qısa müddət sonra F.A.Fətizadə ona zəng edib “Elxan” adlı şəxslə görüşdüyü zaman sonuncuya bu barədə bildirdiyini, “Elxan” adlı şəxsin ona saxta xidməti vəsiqə verməsinin müqabilində, əgər bankın ona 5000 manat kredit verəcəyi halda “Elxan” adlı şəxsin ondan N000 manat, bankın ona 3000 manat kredit verəcəyi halda isə “Elxan” adlı şəxsin ondan 1500 manat pul alacağını demiş, o, razı olduğunu bildirdikdən bir neçə gün sonra, yəni N8 noyabr N0NN-ci il tarixdə F.A.Fətizadə ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığına gedib yenidən “Elxan” adlı şəxs, sonuncunun adı və şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə görüşmüş, orada “Elxan” adlı şəxs ona qeyd olunan GH №003975 nömrəli hüquq verən saxta xidməti vəsiqəni və guya "xxxx" ASC-in müvafiq möhürləri ilə möhürlənərək səlahiyyətli şəxslərin müvafiq imzaları ilə təsdiq edilməklə onun adına hazırlanmış 510307******5957 nömrəli aylıq maaş ödənişi kartı üzrə hüquq verən N8 noyabr N0N3-cü il tarixli saxta çıxarışı vermişdir. Bundan sonra o, həmin gün saat 11 radələrində "xxxx" ASC-nin qeyd edilən filialına tək olaraq daxil olub saxta olmasına tam əmin olduğu həmin xidməti vəsiqə ilə saxta çıxarışı ona xidmət göstərən bank əməkdaşına təqdim edib 3000 (üç min) manat məbləğində nağd istehlak kreditini əldə etməyə nail olmaqla bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 3N0.N-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, o, N avqust N0NN-ci il tarixdən N yanvar N0N3-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün 1-ci tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, bundan sonra onun xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilmiş, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu zaman, 16 iyul N0N3-cü il tarixədə xidməti uyğunsuzuğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. N0NN-ci ilin oktyabr ayının əvvəllərində, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu müddətdə valideynlərini müalicə etdirmək üçün ona 5-6 min manat pul lazım olmuş, bu məqsədlə o, ayrı-ayrı banklara müraciət etdikdə, krediti olduğu üçün ona N-3 min manat kredit verilə biləcəyi bildirilmişdir. Həmin ərəfədə tanış və qohumlarından, o cümlədən 19-N0 sentyabr N0N3-cü il tarixlərində baş vermiş antiterror tədbirləri zamanı şəhid olmuş, həmin vaxt onunla birlikdə N nömrəli hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X1 da ona borca pul tapmasını xahiş etdikdə, sonuncu ona borca pul verən tanışının olmadığını, lakin kredit götürmək üçün tanışlarının olduğunu bildirmişdir. O, razılığını bildirdikdən qısa müddət sonra F.A.Fətizadə ondan şəxsiyyət vəsiqəsini alıb dizinin üstünə qoyub hər iki tərəfinin fotosunu çəkib “Whatsapp” mobil tətbiqi vasitəsi ilə kiməsə atmışdır. Bundan bir neçə gün sonra F.A.Fətizadədən kredit barədə soruşduqda, sonuncu kredit verən tanışları ilə danışdığını, ona lazım olan 5-6 min manat üçün onun adına 10.000 (on min) manat kredit götürülməli olduğunu, həmin pulun 3.000 (üç min) manatını kredit verən tanışlarının götürəcəyini, bank xərcləri çıxdıqdan sonra yerdə qalan məbləği isə özünün istifadə edəcəyini demişdir. F.A.Fətizadədən həmin şəxslərin ona krediti necə verəcəklərini soruşduqda, sonuncu bu suala konret cavab verməyərək, “narahat olma, mən də onları elə də yaxşı tanımıram, bildiyimə görə onların hər yerdə tanışları var, sənə kömək edələr” demişdir. 06 noyabr N0NN-ci il tarixdə iş yerində olarkən F.A.Fətizadə ona Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsin qarşısına gedib kredit verən tanışları ilə görüşüb söhbət etməyini demişdir. O da həmin gün qeyd edilən yerə gedib gözləmiş, lakin onunla görüşə gələn olmadığından, F.A.Fətizadədən bu barədə soruşduqda, sonuncu ona həmin şəxslərin onu tanımadıqları üçün ehtiyat etdiklərini, bu səbəbdən onunla görüşmədiklərini, mobil nömrələrini də tanımdıqları adamlara vermədiklərini demişdir. 09 noyabr N0NN-ci il tarixdə F.A.Fətizadə ilə birlikdə Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən xatırlamadığı otelə getmiş, sonuncu orada həmin şəxslərə zəng edib məlumat vermiş, qısa müddət sonra həmin iki nəfər şəxs otelə gəlib onunla əl verib salamlaşmış, lakin özlərini təqdim etməyib onunla ünsiyyət yaratmayaraq, F.A.Fətizadəni kənara çəkib nəsə danışmışlar. Onlardan biri 35-40 yaşlarında, orta boylu, orta bədən quruluşlu, seyrək saçlı olmaqla özünü “Elxan” kimi təqdim etmiş, digər şəxs isə hündür boylu, idmançı bədən quruluçlu, qaraşın, 30-35 yaşlarında olmaqla, sol gözü qüsurlu olmuşdur. Həmin şəxslər F.A.Fətizadə ilə kənarda söhbət etdikdən sonra sonuncu ona yaxınlaşıb istədiyi krediti alması üçün ona zamin tələb ediləcəyini bildirmiş, o isə zamin tapa bilməyəcəyini demişdir. Bu zaman özünü “Elxan” kimi təqdim edən şəxs ona yaxınlaşıb cibindən üzərində onun Dövlət Sərhəd Xidmətinin leytenantı formasında fotoşəkili olan xidməti vəsiqəni göstərib “qaqa hər şey hazırdı, bircə zamin gətir” demiş, o yenə də zamini olmadığını qeyd etmişdir. Həmin vaxt özünü “Elxan” kimi təqdim edən şəxs ona narahat olmamağını, çalışıb ona köməklik edəcəyini bildirib, adına hazırlanmış xidməti vəsiqəni cibinə qoymuşdur. Sonra onlar ayrılmış və o, F.A.Fətizadə ilə birlikdə xidmət yerinə qayıtmışdır. 10 noyabr N0NN-ci il tarixdə F.A.Fətizadə ona kredit məsələsinin həll edildiyini deyib, bunun üçün yenidən Bakı şəhərinə getməli olduqlarını bildirmişdir. Bu səbəbdən onlar yola çıxaraq, 11 noyabr N0NN-ci il tarixdə, səhər saatlarında Bakı şəhərinə çatıb, yenidən Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən otelə getmiş, iki gün əvvəl həmin yerdə görüşdükləri şəxslərlə görüşmüş, özünü “Elxan” kimi təqdim edən şəxsin tapşırığına əsasən isə oradan "xxxx" ASC-in İnşaatçılar filialının yaxınlığına yollanmışlar. Onunla F.A.Fətizadə qeyd edilən bankın yanına çatdıqda özünü “Elxan” kimi təqdim edən şəxsin yanında əvvəllər görmədiyi, hündür boylu, sarışın bir oğlanın da olduğunu görmüşdür. Özünü “Elxan” kimi təqdim edən şəxs ona həmin oğlanın Təqsirləndirilən şəxsN olduğunu qeyd edib, sonuncunun ona zamin duracağını, əvəzində bankdan ona veriləcək hər min manat üçün Təqsirləndirilən şəxsN yüz manat verəcəyini demişdir. Sonra özünü “Elxan” kimi təqdim edən şəxs ona bir ədəd DSX-nə məxsus vəsiqə və "xxxx" ASC-dən ona aid maaş kartından çıxarış vermişdir. O, həmin xidməti vəsiqəyə baxdıqda, həmin vəsiqənin özünü “Elxan” kimi təqdim edən şəxsin ona iki gün əvvəl göstərdiyi vəsiqə olduğunu, həmin vəsiqədə fotoşəklinin yapışdırıldığını, guya onun DSX-in N nömrəli hərbi hissəsinin tağım komandiri vəzifəsində xidmət edən leytenantı olmağı barədə qeydlər aparıldığını, vəsiqənin professional şəkildə saxtalaşdırılaraq hazırlandığını görmüşdür. Həmçinin ona təqdim edilən maaş kartından çıxarışda isə onun aylıq məvacibindən artıq rəqəmlərin qeyd edildiyini görüb, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etdiyini, daha az maaş aldığını demişdir. Özünü “Elxan” kimi təqdim edən şəxs isə istədiyi məbləğdə kreditin ona yalnız bu sənədlər əsasında veriləcəyini qeyd edib, ona zamin duracaq Təqsirləndirilən şəxsNla birlikdə banka gedərək, həmin sənədləri bank əməkdaşına təqdim edib 10.000 (on min) manat məbləğində kredit götürməsini bildirmişdir. Pula ehtiyacı olduğundan həmin saxta sənədlərdən istifadə edərək kredit götürmək niyyətini özündə qətiləşdirərək, saxta vəsiqədə olan yalan məlumatları əzbərləməyə başlamışdır. Bundan sonra özünü “Elxan” kimi təqdim edən şəxs onun yanında Təqsirləndirilən şəxsN sonuncunun DSX-in N nömrəli hərbi hissəsində gizir kimi, qrup komandiri vəzifəsində xidmət etdiyi qeyd edilən vəsiqə verərək, onunla Təqsirləndirilən şəxsN banka daxil olmalarını, bankda onlara veriləcək suallara onun verdiyi vəsiqələrdə qeyd edilən məlumatlara uyğun şəkildə cavablar vermələrini tapşırmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxsN birlikdə banka tərəf getmiş, bu zaman sonuncu ilə söhbət etməyə başlamış, söhbət zamanı Təqsirləndirilən şəxsN ona özünün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgər rütbəsində olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu demişdir. Təqsirləndirilən şəxsN banka saxta sənədlər təqdim etmələrinin problemli olub-olmayacağını soruşduqda, sonuncu ona narahat olmamağını özünün də banka saxta sənəd təqdim edəcəyini demişdir. Təqsirləndirilən şəxsN ona bir qədər “hörmət” etməyini, yəni götürəcəyi hər min manata görə yüzmanat deyil, səksən manat almağını xahiş etsə də, sonuncu onunla razılaşmayaraq, “yox e, yox, alınmaz” demişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxsNla birlikdə banka saxta sənəd təqdim etmək, yəni sonuncunun zaminliyi ilə bankdan onun adına 10.000 (on min) manat kredit götürmək və ona zamin durduğuna görə hər min manata görə yüz manat olmaqla, ümumilikdə min manat pul verəcəyi barədə razılaşmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxsNla birlikdə "xxxx" ASC-in İnşaatçılar filialının inzibati binasına daxil olub növbə götürdükdən sonra o, Nicat adlı kredit ekspertinə yaxınlaşıb sonuncunun qarşısında oturmuş, Təqsirləndirilən şəxsN isə ayaq üstə onun arxasında dayanmışdır. Həmin vaxt kredit eksperti ondan şəxsiyyət vəsiqəsini, özünü “Elxan” kimi təqdim edən şəxsin ona verdiyi saxta xidməti vəsiqəni və maaş kartına uyğun hazırlanmış saxta çıxarışı alıb baxa-baxa ona xidmətlə və götürəcəyi kreditlə bağlı suallar vermişdir. O, saxta vəsiqədə qeyd edilmiş yalan məlumatları təsdiq edərək, guya DSX-in N nömrəli hərbi hissəsinin tağım komandiri vəzifəsində xidmət edən leytenant rütbəli zabiti olduğunu demişdir. Kredit eksperti ondan arxasında dayanan şəxsin kim olduğunu soruşduqda, sonuncuya həmin şəxsin tanışı Təqsirləndirilən şəxsN olduğunu, zərurət yaranarsa, Təqsirləndirilən şəxsN ona zamin duracağını demişdir. Kredit eksperti məbləğin yüksək olmasına görə zamin tələb edildiyini bildirib, Təqsirləndirilən şəxsN şəxsiyyət vəsiqəsini və özünü “Elxan” kimi təqdim edən şəxsin verdiyi saxta xidməti vəsiqəsini almışdır. Təqsirləndirilən şəxsN kredit ekspertinin suallarına cavab olaraq, zaminliyinin könüllü olduğunu bildirib, adına hazırlanmış saxta vəsiqədə qeyd edilən yalan məlumatları təsdiq edərək, guya DSX-in N nömrəli hərbi hissəsinin giziri olduğunu demişdir. Bundan sonra o, bankdan verilən pulla digər bankda olan kreditini tam şəkildə ödəyib, müvafiq çeki kredit ekspertinə təqdim etmiş, daha sonra kredit eksperti sənədləşmə işlərini başa çatdırıb əmək haqqı kartına uyğun hazırlanmış saxta çıxarış əsasında onun orta aylıq əmək haqqının guya 1NNN (min iki yüz iyirmi iki) manat olduğunu deyib, ona illik NN.5 faiz olmaq şərtilə 36 ay müddətində 10.000 (on min) manat pul krediti rəsmiləşdirəcəyini, aylıq 384 manat 50 qəpik ödəniş etməli olacağını qeyd etmiş, o və Təqsirləndirilən şəxsN razı olduqlarını bildirmişlər. Daha sonra kreditlə bağlı sənədlər müvafiq olaraq ona və Təqsirləndirilən şəxsN təqdim edilmiş, onlar da həmin sənədlərin müvafiq qrafa və hissələrə imzalar etmişlər. Həmin vaxt kredit eksperti onunla Təqsirləndirilən şəxsN şəxsiyyət vəsiqələrinin və saxta xidməti vəsiqələrinin əslini özlərinə qaytarmış, onun təqdim etdiyi əmək haqqı kartına uyğun hazırlanmış saxta çıxarışın əslini isə kredit sənədlərinə əlavə etmişdir. Bundan sonra kredit sənədləri müvafiq qaydada təsdiq edilmiş, daha sonra o, kassaya yaxınlaşaraq bank faizləri və ödədiyi qalıq kreditə görə çıxılan məbləğ nəzərə alınmaqla, 10.000 (on min) manat məbləğində kreditin yerdə qalan 8.500 (səkkiz min beş yüz) manat məbləğdə hissəsini almışdır. Kredit eksperti tərəfindən kredit müqaviləsi və ödəniş cədvəlinin bir nüsxəsi onunla Təqsirləndirilən şəxsN təqdim edildikdən sonra onlar birlikdə bankdan çölə çıxmışlar. Bankdan çölə çıxan kimi özünü “Elxan” kimi təqdim edən şəxsin onu izlədiyini gömüş, bu zaman Təqsirləndirilən şəxsN ona “pulumu ver” demişdir. O da həmin puldan 1000 (min) manat sayıb Təqsirləndirilən şəxsN vermiş, bu zaman özünü “Elxan” kimi təqdim edən şəxs ona yaxınlaşmış, F.A.Fətizadə isə uzaqda dayanmaqla, baş verən proseslərə qarışmamışdır. Özünü “Elxan” kimi təqdim edən şəxs onlara yaxınlaşan kimi onunla Təqsirləndirilən şəxsN adlarına hazırlanmış saxta xidməti vəsiqələrin əslini onlardan alıb cibinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxsN onunla sağollaşaraq getmişdir. Həmin vaxt özünü “Elxan” kimi təqdim edən şəxs ondan əvvəlcədən razılaşdıqları 3.000 manat pulu, habelə yanındakı dostu ilə yeyib içməyi üçün əlavə 150 manat da pul istəmişdir. O da bankdan kreditlə götürdüyü pulun yerə qalan hissəsindən 3.150 (üç min yüz əlli) manatını özünü “Elxan” kimi təqdim edən şəxsə vermiş, sonuncu həmin pulu alıb yanındakı şəxslə birlikdə çıxıb getmişdir. Bundan sonra o, F.A.Fətizadəyə yaxınlaşıb ona N00-300 manat pul vermək istədikdə, sonuncu israrla ondan hansısa pulu qəbul etməyərək, bankdan götürdüyü 10.000 manatdan özünə qalan 4.350 (dörd min üç yüz əlli) manatı aparıb valideynlərinin müalicəsinə sərf etməyini tapşırmış, daha sonra onlar birlikdə xidmət yerlərinə qayıtmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının CM-in 3N0.N-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, N iyun N0NN-ci il tarixdən hal-hazıradək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının aşpazı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. O, N0NN-ci ilin sentyabr ayının əvvəllərində xidmət etdiyi taborla birlikdə işğaldan azad edilmiş ərazilərdə döyüş növbətçiliyi apardığı zaman həmin əraziyə ezam edilmiş, sonradan, yəni 19- N0 sentyabr N0N3-cü il tarixlərində baş vermiş antiterror tədbirlərində şəhid olmuş, həmin vaxt N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş X3 ilə tanış olmuş, zamanla aralarında dostluq münasibəti yaranmışdır. Həmin ərəfədə etdikləri telefon söhbətləri zamanı o, F.A.Fətizadəyə xəstə anasını müalicə etdirmək üçün maddi imkanının olmadığını, xidmət müddətinin altı aydan az olması səbəbindən bankların ona kredit vermədiyini bildirib, sonuncudan borca pul tapmaqda ona köməklik etməsini xahiş etmişdir. Bir müddət sonra, yəni 09 noyabr N0NN-ci il tarixdə F.A.Fətizadə ilə Beyləqan rayonu ərazisində görüşdükləri zaman sonuncu ona N nömrəli hərbi hisədə birlikdə müddətdən artıq xidmət edən bir dostunun olduğunu, bankların həmin dostuna kredit vermədiklərini, həmin dostu üçün tanıdığı başqa bir şəxsin istədiyi 10.000 (on min) manat məbləğində krediti götürməsi üçün Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etməsi barədə olan saxta xidməti vəsiqə hazırladığını qeyd edib, dostunun göstərilən məbləğdə krediti götürməsi üçün zamin tələb ediləcəyini deyib, həmin dostuna bankda zamin duracağı halda, sonuncunun ona min manat pul verəcəyini bildirmişdir. O, xidmət müddətinin az olmasına görə zamin dura bilməyəcəyini dedikdə, F.A.Fətizadə ona problem olmadığını, onun adına da saxta xidməti vəsiqə hazırlanacağını bildirib, dostuna məhz həmin vəsiqə ilə zamin duracağını qeyd etmişdir. F.A.Fətizadədən bunun problemli olubolmayacağını, habelə adına hazırlanacaq saxta sənədin kim tərəfindən və hansı üsulla hazırlanacağını soruşduqda, sonuncu ona narahat olmamağını, kredit götürəcək dostunun problemli adam olmadığını, hər ay kreditini ödəyəcəyini deyib, saxta sənədi “Elxan” adlı tanışının hazırlayacağını bildirmiş, lakin saxta sənədin hansı üsulla hazırlanmasını özünün də bilmədiyini qeyd etmişdir. Bundan sonra, F.A.Fətizadə ondan şəxsiyyət vəsiqəsini alıb dizinin üstünə qoyub hər iki tərəfinin fotosunu çəkib “Whatsapp” mobil tətbiqi vasitəsi ilə kiməsə atmışdır. Növbəti gün, yəni 10 noyabr N0NN-ci il tarixdə F.A.Fətizadə ona zəng edib Bakı şəhərinə “İnşaatçılar” metrosunun yanına getməli olduğunu bildirib, dostunun orada yerləşən bankların birindən kredit götürəcəyini və həmin vaxt onun sonuncuya zamin duracağını demişdir. O da həmin gün buraxılış götürüb gecə ilə Bakı şəhərinə yollanmış, 11 noyabr N0NNci il tarixdə saat 11 radələrində tək olaraq, metronun “İnşaatçılar” stansiyasının yaxınlığına çatıb orada F.A.Fətizadə ilə görüşmüşdür. Həmin vaxt F.Fətizadənin yanında tanımadığı üç nəfər şəxs olmuş, onlardan biri 35-40 yaşlarında, orta boylu, seyrək saçlı, özünü “Elxan” kimi təqdim edən şəxs, digəri hündür boylu, idmançı bədən quruluçlu, qaraşın, seyrək saçlı, 30-35 yaşlarında olmaqla, sol gözündə qüsur olan şəxs olmuşdur. Üçüncü şəxs isə N5-N6 yaşlarında olmaqla, saçı və üzü səliqəli olan, orta boylu şəxs olmuş, F.A.Fətizadə həmin şəxsi göstərib əvvəllər 10.000 manat məbləğində kredit götürəcəyi barədə danışdığı və onun zamin duracağı Təqsirləndirilən şəxs1 Şahbal oğlu olduğunu bildirmişdir. Bu zaman özünü “Elxan” kimi təqdim edən şəxs onlara yaxınlaşıb əvvəlcə Təqsirləndirilən şəxs1 bir ədəd xidməti vəsiqə və bir ədəd "xxxx" ASC-dən olan maaş kartından çıxarış vermişdir. O, həmin vəsiqəyə baxdıqda orada Təqsirləndirilən şəxs1 fotosunun yapışdırıldığını, vəsiqədə Təqsirləndirilən şəxs1 DSX-in N nömrəli hərbi hissəsinin tağım komandiri vəzifəsində xidmət edən leytenant hərbi rütbəli zabiti olması barədə qeydlər aparıldığını, vəsiqənin müvafiq imza və möhürlə təsdiq edildiyini görmüşdür. Həmin vaxt özünü “Elxan” kimi təqdim edən şəxs cibindən daha bir vəsdiqə çıxarıb ona vermişdir. O, qeyd edilən vəsiqəyə baxdıqda guya onun DSX-in N nömrəli hərbi hissəsində gizir kimi, qrup komandiri vəzifəsində xidmət etdiyini, həmin xidməti vəsiqənin müvafiq qaydada imza və möhürlə təsdiq edildiyini görmüşdür. Bundan sonra özünü “Elxan” kimi təqdim edən şəxs onunla Təqsirləndirilən şəxs1 danışıb razılaşmalarını, daha sonra banka gedib qeyd edilən sənədləri banka təqdim etmələrini, həmin sənədlər əsasında, onun zaminliyi ilə Təqsirləndirilən şəxs1 10.000 manat məbləğində kredit veriləcəyini bildirib, bankdan verilən suallara soyuqqanlı şəkildə və onun verdiyi saxta vəsiqələrdə qeyd edilən məlumatlara uyğun cavablar vermələrini tapşırmış, bu səbəbdən o, vəsiqədə qeyd edilən yalan məlumatları əzbərləməyə başlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1lə birlikdə banka tərəf getmiş, banka gedən zaman söhbət edərkən sonuncuya Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu demişdir. Təqsirləndirilən şəxs1 isə ona N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bir qədər “hörmət” etməyini, yəni götürəcəyi hər min manata görə yüz manat deyil, səksən manat almağını xahiş etsə də, o, razılaşmayaraq Təqsirləndirilən şəxs1 götürəcəyi 10.0000 (on min) manata görə ümumilikdə, ondan 1.000 (min) manat alacağını demişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs1lə birlikdə banka saxta sənəd təqdim etmək, yəni onun zaminliyi ilə bankdan Təqsirləndirilən şəxs1 adına 10.000 (on min) manat kredit götürmək və Təqsirləndirilən şəxs1 zamin durduğuna görə sonuncunun ona hər min manata görə yüz manat olmaqla, ümumilikdə min manat pul verəcəyi barədə razılaşmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs1lə birlikdə "xxxx" ASC-in İnşaatçılar filialının inzibati binasına daxil olub növbə götürdükdən qısa müddət sonra Təqsirləndirilən şəxs1 kredit ekspertinə yaxınlaşıb sonuncunun qarşısında oturmuş, o isə ayaq üstə dayanmışdır. Həmin vaxt kredit eksperti Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini, özünü “Elxan” kimi təqdim edən şəxsin verdiyi saxta xidməti vəsiqəni və maaş kartına uyğun hazırlanmış saxta çıxarışı alıb baxa-baxa xidmətlə və götürəcəyi kreditlə bağlı suallar vermişdir. Təqsirləndirilən şəxs1 cavab olaraq, saxta vəsiqədə qeyd edilmiş yalan məlumatları təsdiq edərək, guya DSX-in N nömrəli hərbi hissəsinin tağım komandiri vəzifəsində xidmət edən leytenant rütbəli zabiti olmağını demişdir. Kredit eksperti onun kim olduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 tanışı olduğunu və zərurət yaranarsa, ona zamin duracağını bildirmişdir. Kredit eksperti məbləğin yüksək olmasına görə zamin tələb edildiyini bildirib ondan şəxsiyyət vəsiqəsini və özünü “Elxan” kimi təqdim edən şəxsin verdiyi saxta xidməti vəsiqəni almışdır. Kredit eksperti ona xidmətlə bağlı, habelə zaminliyinin könüllü olub-olmaması barədə suallar vermiş, o isə cavabında zaminliyinin könüllü olduğunu bildirib, adına hazırlanmış qeyd edilən saxta vəsiqədə olan yalan məlumatları təsdiq edərək guya DSX-in N nömrəli hərbi hissəsinin qrup komandiri vəzifəsində xidmət edən giziri olduğunu qeyd etmişdir. Kredit eksperti Təqsirləndirilən şəxs1 təqdim etdiyi saxta əmək haqqı kartından çıxarışı bank sənədlərinə əlavə etmiş, ona verdikləri şəxsiyyət vəsiqələrinin, habelə saxta xidməti vəsiqələrin surətini çıxarıb, həmin sənədlərin əsillərini özlərinə qaytarmışdır. Bundan sonra o, kənara çəkilib gözləmiş, kredit eksperti Təqsirləndirilən şəxs1 kredit sənədlərini hazırlamağa başlamış, bir qədər sonra kredit eksperti onu da çağırıb yanında M Təqsirləndirilən şəxs1 36 ay müddətində 10.000 (on min) manat pul krediti rəsmiləşdirəcəyini, onun aylıq 384 manat 50 qəpik ödəniş etməli olduğunu demiş, Təqsirləndirilən şəxs1lə o, razı olduqlarını bildirmişlər. Daha sonra müvafiq kediti sənədləri onunla Təqsirləndirilən şəxs1 təqdim edilmiş, onlar həmin sənədlərin müvafiq qrafa və hissələrə imzalar etmişlər. Qısa müddət sonra Təqsirləndirilən şəxs1 kassaya yaxınlaşaraq oradan götürdüyü kreditin bank xərcləri çıxılmaqla yerdə qalan hissəsini götürmüşdür. Bundan sonra onlar birlikdə çölə çıxmışlar. Bankdan çölə çıxan kimi o, Təqsirləndirilən şəxs1 “pulumu ver” demiş, sonuncu da həmin puldan 1.000 (min) manat sayıb ona vermişdir. Bu zaman özünü “Elxan” kimi təqdim edən şəxs onlara tərəf gəlməyə başlamış, F.A.Fətizadə isə uzaqda dayanmaqla, baş verən proseslərə qarışmamışdır. Özünü “Elxan” kimi təqdim edən şəxs onlara yaxınlaşan kimi onunla Təqsirləndirilən şəxs1 adlarına hazırlanmış saxta xidməti vəsiqələrin əslini onlardan geri alıb cibinə qoymuş, bundan sonra o, Təqsirləndirilən şəxs1lə sağollaşaraq çıxıb getmişdir. N0NN-ci ilin noyabr ayının ortalarında anasını yenidən müalicə etdirmək zərurəti yarandığından ona təcili olaraq N-3 min manat pul lazım olmuşdur. İş stajı az olduğundan banklar trəfindən ona kredit verilməmişdir. Bu səbəbdən yenidən F.A.Fətizadə ilə əlaqə saxlayıb saxta xidməti vəsiqə ilə kredit götürmək qərarına gəlib zəng edərək bu barədə sonuncuya demişdir. Qısa müddət sonra F.A.Fətizadə ona zəng edib özünü “Elxan” kimi təqdim edən şəxslə görüşdüyü zaman sonuncudan razılıq aldığını bildirib, əgər bankın ona 5.000 manat kredit verəcəyi halda Elxanın ondan N.000 manat, bankın ona 3.000 manat kredit verəcəyi halda, Elxanın ondan 1.500 manat pul alacağını qeyd etmiş, o da bu təkliflə, eləcə də bir neçə gündən sonra F.A.Fətizadə ilə birlikdə Bakı şəhərinə gedib metronun “İnşaatçılar” stansiyasının yaxınlığında özünü “Elxan” kimi təqdim edən şəxslə görüşmək barədə razılaşmışdır. N8 noyabr N0NN-ci il tarixdə o, F.A.Fətizadə ilə Beyləqan rayonu ərazisində görüşüb birlikdə Bakı şəhərinə yollanmış və həmin gün saat 11 radələrində metronun “İnşaatçılar” stansiyasının yaxınlığına çatmışlar. Çayxanaların birində çay içdikləri zaman F.A.Fətizadə çölə çıxıb özünü “Elxan” kimi təqdim edən, habelə bir neçə gün əvvəl sonuncunun yanında gördüyü idmançı bədən quruluşlu olan şəxslə görüşmüşdür. O, pəncərədən onların nə etdiklərini müşahidə edərkən özünü “Elxan” kimi təqdim edən şəxsin cibindən iki ədəd sənəd çıxarıb F.A.Fətizadəyə verdiyin görmüşdür. F.A.Fətizadə də həmin sənədləri gətirib ona vermişdir. O, həmin sənədlərə baxdıqda birinin 11 noyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs1 zamin durduğu zaman banka təqdim etdiyi saxta xidməti vəsiqə olduğunu, digərinin isə "xxxx" ASC-dən ona aid maaş kartından çıxarış olduğunu, həmin çıxarışda onun real maaşından artıq rəqəmlərin qeyd edildiyini, yəni hər iki sənədin saxta olduğunu görmüşdür. Bundan sonra o, həmin sənədləri cibinə qoyub tək olaraq, yaxınlıqda yerləşən "xxxx" ASC-nin İnşaatçılar filialına daxil olmuşdur. Növbə götürdükdən qısa müddət sonra Bəhruz adlı kredit ekspertinin qarşısında oturmuşdur. Kredit eksperti ondan şəxsiyyət vəsiqəsini, habelə adına hazırlanmış qeyd edilən saxta xidməti vəsiqə ilə maaş kartından saxta çıxarışı alıb baxa-baxa ona xidmətlə bağlı, eləcə də kreditə aid suallar vermişdir. O, yenə də kredit ekspertinə qeyd edilən saxta xidməti vəsiqdə olan yalan məlumatlara uyğun cavablar verərək, DSX-in N nömrəli hərbi hissəsinin qrup komandiri vəzifəsində xidmət edən giziri olduğunu deyib, 5.000 manat kredit götürmək istədiyini bildirmişdir. Kredit eksperti isə sistemə baxıb bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 götürdüyü 10.000 manat məbləğində kreditə zamin durduğunu əsas gətirib, təqdim etdiyi saxta çıxarışa əsasən 106N (min altımış iki) manat orta aylıq əmək haqqı olduğunu bildirib, zaminliyi olsa da, əmək haqqının guya yüksək olmasına görə ona N4 ay aylıq müddətinə, 147 manat 61 qəpik ödəniş etmək və kreditin illik 16.5 faiz olmaq şərtilə 3.000 (üç min) manat kredit verilə biləcəyini qeyd etmişdir. O, razı olduğunu bildirəndən sonra kredit sənədləri hazırlanmış, təqdim etdiyim saxta əmək haqqı kartından çıxarış kredit sənədlərinə əlavə edilmiş, şəxsiyyət vəsiqəsi ilə saxta xidməti vəsiqəsinin surəti çıxarılaraq əsilləri ona qaytarılmışdır. Daha sonra o, bank sənədlərində olan müvafiq qrafa və hissələrə imza edərək kassaya yaxınlaşıb oradan bank faizlərinə görə çıxılan məbləğ nəzərə alınmaqla, ona ayrılan kreditin yerdə qalan N.900 (iki min doqquz yüz) manatını qəbul etmişdir. Bundan sonra o, kredit müqaviləsi və ödəniş cədvəlinin bir nüsxəsini alıb bankdan çölə çıxmışdır. Bankdan çıxan kimi özünü “Elxan” kimi təqdim edən şəxs ona yaxınlaşıb ilk əvvəl ondan razılaşdıqları 1.500 (min beş yüz) manat pulu istəmiş, daha sonra yanındakı dostu ilə yeyib içməyi üçün əlavə 100 (yüz) manat da istəmişdir. O, özünü “Elxan” kimi təqdim edən şəxsə əlavə pul verə bilməyəcəyini deyib, sonuncuya əvvəlcədən razılaşdıqları 1.500 (min beş yüz) manat pulu vermişdir. Özünü “Elxan” kimi təqdim edən şəxs həmin pulu, eləcə də ona verdiyi saxta vəsiqənin əslini ondan alıb yanındakı şəxslə birlikdə çıxıb getmişdir. O, isə F.A.Fətizadənin yanına getmiş, cibindən pul çıxarıb 100 (yüz) manat pul vermək istədikdə, sonuncu israrla hər hansı bir pul götürməyib ona anasını müalicə etdirməsini demişdir. Sonra onlar birlikdə Beyləqan rayonuna qayıtmışlar, orada o, F.A.Fətizadədən ayrılıb xidmət yerinə getmişdir. Əməlindən səmimi peşman olmasını, eləcə də ailədə yeganə qazanc gətirə bilən şəxs olmasını, cavanlığını, habelə 19-N0 sentyabr N0N3-cü il tarixlərdə baş vermiş antiterror tədbirlərində iştirak etməsini nəzərə alıb, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN ittiham olunduqları cinayəti törətmələri öz ifadələri ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, N0N1-ci ilin dekabr ayından N0N3-cü ilin yanvar ayınadək "xxxx" ASC-in İnşaatçılar filialında istehlak kreditləri bölməsinin kredit eksperti vəzifəsində çalışmış, vəzifəsi müştərini qəbul edib, onun sənədlərinə, kredit öhdəliklərinin vəziyyətinə, əmək haqqı tarixçəsinə, eləcə də ünsiyyət zamanı yaratdığı təssürata uyğun olaraq müraciəti dəyərləndirməkdən, müsbət nəticə olarsa, bankın cari şərtlərinə uyğun kredit rəsmiləşdirməkdən ibarət olmuşdur. Onun müştəriləri arasında bəzən hərbi qulluqçular da olmuş, təcrübəyə əsasən xidmət müddətləri nisbətən məhdud olduğundan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, əsasən də Müdafiə Nazirliyinin MAHHXHQ-na yüksək məbləğdə, eləcə də adətən zamin olmadan kredit verilməmiş, zabit və gizirlərə isə, əsasən də DSX-in zabit və gizirlərinə məbləğdən asılı olaraq zaminlə və ya zaminsiz, habelə daha yüksək məbləğdə kredit verilmişdir. Həqiq hərbi xidmətinin müddəti minumum altı ay olan hərbi qulluqçulara krediti onların şəxsiyyət vəsiqəsi, hərbi qulluqçu olmasını təsdiq edən rəsmi sənədi, yəni hərbi vəsiqəsi və əmək haqqı kartından çıxarışın əsli əsasında verilmişdir. Həmin üç sənəd hərbi qulluqçudan alındıqdan sonra, əmək haqqı kartından çıxarışın əsli kredit dosyesinə əlavə edilmiş, şəxsiyyət vəsiqəsi ilə xidməti vəsiqənin isə surəti çıxarıldıqdan sonra əsli hərbi qulluqçunun özünə qaytarılmışdır. Bundan əlavə, müştərinin razılığı əsasında Mərkəzi Bankın reyesterində kredit tarixçəsi yoxlanılmış, problem olmadığı halda həmin müştəriyə filial daxili qərarla kredit ayrılması məsələsinə baxılmışdır. O, 11 noyabr N0NN-ci il tarixədək Təqsirləndirilən şəxs1 tanımamış, sonuncu ilə hansısa əlaqəsi olmamışdır. 11 noyabr N0NN-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 onun əyləşdiyi masaya yaxınlaşıb kredit götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini alıb harada işlədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 DSX-in N nömrəli hərbi hissəsini zabiti olduğunu bildirib xidməti vəsiqəsini, eləcə də əmək haqqı kartından çıxarışı təqdim etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 iş stajını, eləcə də hansı məbləğdə kredit götürmək istədiyini soruşmuş, sonuncu bir ildən artıq müddətdə iş stajının olduğunu bildirib, 10.000 (on min) manat kredit götürmək istədiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 kredit öhdəlikləri barədə Azərbaycan kredit bürosundan çıxarış etmiş, sonuncunun təqdim etdiyi əmək haqqı kartının çıxarışı əsasında orta aylıq əmək haqqını hesablayıb, onun 1NNN (min iki yüz iyirmi iki) manat orta aylıq əmək haqqının olduğunu müəyyən etmişdir. Həmçinin təqdim edilən hərbi vəsiqəyə baxıb Təqsirləndirilən şəxs1 DSX-nin N nömrəli hərbi hissəsində, leytenant hərbi rütbəsində, tağım komandiri vəzifəsində xidmət etdiyini, bu sənədin müvafiq qaydada imza və möhürlə təsdiq edildiyini görmüşdür. Müəyyən xırda öhdəlikləri olduğundan Təqsirləndirilən şəxs1 zamin tələbi qoyulmuş, həmin vaxt sonuncu bir nəfəri özü ilə zamin kimi gətirdiyini demişdir. Həmin şəxsin sənədlərinə baxdıqda DSX-in N nömrəli hərbi hissəsində qrup komandiri vəzifəsində, gizir kimi xidmət edən Təqsirləndirilən şəxsN olduğunu müyəyyən etmişdir. Təqsirləndirilən şəxsNla söhbət edib zaminlik şərtlərini izah etmiş, sonuncu Təqsirləndirilən şəxs1 dostu olduğunu, DSX-in N nömrəli hərbi hissəsinin giziri olduğunu deyib, Təqsirləndirilən şəxs1 zamin durmağa razı olduğunu bildirmişdir. Həmin vaxt o, xidməti vəsiqəsinə baxa-baxa Təqsirləndirilən şəxs1 harada, hansı vəzifədə və hansı rütbədə xidmət etməsi soruşmuş, sonuncu təqdim etdiyi vəsiqədə qeyd edilmiş bütün məlumatları olduğu kimi cavablandırmışdır. Kredit rəsmiləşdirərkən mümkün ola biləcək bütün saxtakarlıqları nəzərə alaraq, həmişə diqqətli olmağa çalışsa da, Təqsirləndirilən şəxs1 təqdim etdiyi xidməti vəsiqə ilə əmək haqqı kartından çıxarışın, habelə Təqsirləndirilən şəxsN təqdim etdiyi xidməti vəsiqənin bütün standartlara uyğun olması, bütün rekvizitlərin tam olması, hansısa sənədin əsil və ya saxta olduğunu müəyyənləşdirmək üçün bankda hər hansı xüsusi texnologiyanın olmaması, eləcə də Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxsN verilən suallara sərbəst və səlis şəkildə cavablar vermələrinə görə onda hansısa şübhə yaranmamışdır. Bu səbəbdən həmin vaxt təqdim edilmiş əmək haqqı kartından çıxarışın əsli kredit dosyesinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxsN təqdim etdikləri xidməti vəsiqələrin, eləcə də onların şəxsiyyət vəsiqələrinin surətləri çıxarılmış və əsilləri özlərinə geri qaytarılaraq kredit rəsmiləşdirilmiş, Təqsirləndirilən şəxs1 aylıq 384 manat 50 qəpik ödəniş etməklə, illik NN.5 faiz olmaq şərtilə 36 ay müddətində 10.000 (on min) manat pul kreditinin ayrılacağı barədə məlumat verilmiş, sonuncu, eləcə də zamin Təqsirləndirilən şəxsN şərtlərlə razı olduqlarını bildirərək kredit sazişini və digər sənədləri imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs1 kassadan 10.000 (on min) məbləğində pulu qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxsN kredit müqaviləsi və ödəniş cədvəlinin bir nüsxəsini ondan alıb bankın inzibati binasını tərk etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, o, 01 avqust N0NN-ci il tarixdən hal-hazıradək "xxxx" ASC-in İnşaatçılar filialında istehlak kreditləri bölməsinin kredit eksperti vəzifəsində çalışmış, N8 noyabr N0NN-ci il tarixədək Təqsirləndirilən şəxsN tanımamış, sonuncu ilə hansısa əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxsN N8 noyabr N0NN-ci il tarixdə saat 11 radələrində onun əyləşdiyi masaya yaxınlaşıb kredit götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsN şəxsiyyət vəsiqəsini alıb harada işlədiyini soruşmuşdur. Təqsirləndirilən şəxsN DSX-in N nömrəli hərbi hissəsinin giziri olduğunu bildirib xidməti vəsiqəsini, eləcə də əmək haqqı kartından çıxarışı təqdim etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxsN iş stajını soruşmuş, sonuncu bir ildən artıq iş stajının olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsN başqa kredit öhdəliyinin olub-olmamasını yoxladıqda, sonuncunun iri məbləğli digər kreditinin olmadığını, ciddi gecikməsi olmayan xırda kreditlərinin olduğunu müəyyən etmişdir. Lakin Təqsirləndirilən şəxsN 11 noyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsin 10.000 (on min) manat kredit götürməsində zaminliyi olduğundan, Təqsirləndirilən şəxsN maksimum 3.000 (üç min) manat kredit vermək qərarına gəlmişdir. Bu barədə Təqsirləndirilən şəxsN məlumat verdikdə, sonuncu əslində daha çox məbləğdə kredit götürmək planının olduğunu, lakin başqa yolu olmadığından 3.000 (üç min) manat krediti götürmək istədiyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxsN təqdim etdiyi əmək haqqı kartının çıxarışı əsasında orta aylıq əmək haqqını hesablayıb, onun 106N (min altımış iki) manat orta aylıq əmək haqqının olduğunu müəyyən etmişdir. Həmçinin təqdim edilən hərbi vəsiqəyə baxıb Təqsirləndirilən şəxsN DSX-nin N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində, qrup komandiri vəzifəsində xidmət etdiyini, bu sənədin müvafiq qaydada imza və möhürlə təsdiq edildiyini görmüşdür. Təqsirləndirilən şəxsN təqdim etdiyi xidməti vəsiqəyə baxabaxa harada, hansı vəzifədə və hansı rütbədə xidmət etməsi soruşmuş, sonuncu təqdim etdiyi vəsiqədə qeyd edilmiş bütün məlumatları olduğu kimi cavablandırmışdır. Kredit rəsmiləşdirərkən mümkün ola biləcək bütün saxtakarlıqları nəzərə alaraq, diqqətli olmağa çalışsa da, Təqsirləndirilən şəxsN təqdim etdiyi xidməti vəsiqə ilə əmək haqqı kartından çıxarışın bütün standartlara uyğun olması, hansısa sənədin əsil və ya saxta olduğunu müəyyənləşdirmək üçün bankda hər hansı xüsusi texnologiyanın olmaması, eləcə də sonuncunun verilən suallara sərbəst cavablar vermələrinə görə onda hansısa şübhə yaranmamışdır. Bu səbəbdən həmin vaxt təqdim edilmiş əmək haqqı kartından çıxarışın əsli kredit dosyesinə əlavə edilmiş, xidməti vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış və əsilləri Təqsirləndirilən şəxsN geri qaytarılaraq kredit rəsmiləşdirilmiş, Təqsirləndirilən şəxsN aylıq 147 manat 61 qəpik ödəniş etməklə, illik 16.5 faiz olmaq şərtilə N4 ay müddətində 3.000 (üç min) manat pul krediti ayrılacağı bildirilmiş, sonuncu şərtlərlə razı olduğunu bildirərək kredit sənədlərini imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxsN 3.000 (üç min) məbləğində pulu kassadan qəbul edib, kredit müqaviləsi və ödəniş cədvəlinin bir nüsxəsini ondan alıb bankın binasını tərk etmişdir. İş materiallarında olan "xxxx" ASC-dən Azərbaycan Respublikası Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0N3-cü il tarixli 1175 nömrəli və xx.xx.N0N3-cü il tarixli HD-494/N3 nömrəli məktublardan görünür ki, həmin bankdan Təqsirləndirilən şəxs1 Dövlət Sərhəd Xidmətində tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etməsinə dair şübhəli sənədlər təqdim etməklə 10.000 (on min) manat məbləğində 3801000CP8N95535A88C hesab nömrəli, Təqsirləndirilən şəxsN isə DSX-in qrup komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət etməsinə dair şübhəli sənədlər təqdim etməklə 3.000 (üç min) manat məbləğində 3801000CP0683335A89C hesab nömrəli kredit götürmüşlər. İş materiallarında olan baxış keçirilməsi haqqında N5 dekabr N0N3-cü il tarixli protokoldan müəyyən olunur ki¸ həmin tarixdə "xxxx" ASC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.N0NN-ci il tarixdə, Təqsirləndirilən şəxsN isə xx.xx.N0NN-ci il tarixdə qeyd edilən ASC-nin “İnşaatçılar” filialından götürdükləri kredit dosyelərində olan sənədlərə baxış keçirilərək göstərilən sənədlərin imza nümunələri vərəqəsi, şəxsiyyət vəsiqələrinin surəti, xidməti vəsiqələrin surəti, ödəniş kartları üzrə çıxarış, ərizə-anketlər, kredit sazişləri, ödəniş cədvəlləri və digər sənədlərdən ibarət olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 aid 11 noyabr N0NN-ci il tarixli kredit dosyesindən görünür ki, həmin tarixdə onun imza nümunələri götürülmüş, Təqsirləndirilən şəxs1 banka "xxxx" ASC-in 510307******0805 hesab nömrəli aylıq məvacib kartına xx.xx.N0N1-xx.xx.N0NN tarixləri aralarında mədaxil olan məbləğin çıxarışını təqdim etmiş, nəticədə onun orta aylıq məvacibinin 1.NNN manat olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ərziə ilə müraciət edərək bankdan ona kredit ayrılmasını xahiş etmişdir. Bundan sonra 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində illik NN,50 (iyirmi iki tam əlli) faiz olmaqla kredit ayrılması barədə Təqsirləndirilən şəxs1lə, habelə ona zamin duran Təqsirləndirilən şəxsNla CP/8N955/88/35 nömrəli kredit sazişi bağlanmış və sonuncu hər ay 384.50 (üç yüz səksən dörd manat əlli qəpik) olmaqla, ümumilikdə 13847.85 (on üç min səkkiz yüz qırx yeddi manat səksən beş qəpik) məbləğində pulu 36 ay müdddətində bankın hesabına köçürməyi, Təqsirləndirilən şəxsN isə həmin kredit sazişi üzrə ona zamin durmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxsN aid N8 noyabr N0NN-ci il tarixli kredit dosyesindən görünür ki, həmin tarixdə onun imza nümunələri götürülmüş, Təqsirləndirilən şəxsN banka "xxxx" ASC-in 510307******5957 hesab nömrəli aylıq məvacib kartına xx.xx.N0N1xx.xx.N0NN tarixləri aralarında mədaxil olan məbləğin çıxarışını təqdim etmiş, nəticədə onun orta aylıq məvacibinin 1.06N manat olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxsN ərziə ilə müraciət edərək bankdan ona kredit ayrılmasını xahiş etmişdir. Bundan sonra N4 (iyirmi dörd) ay müddətinə 3.000 (üç min) manat məbləğində illik 16.50 (on altı tam əlli) faiz olmaqla kredit ayrılması barədə Təqsirləndirilən şəxsNla CP/06833/89/35 nömrəli kredit sazişi bağlanmış və sonuncu hər ay 147.61 (yüz qırx yeddi manat altımış bir qəpik) olmaqla, ümumilikdə 3543.49 (üç min beş yüz qırx üç manat qırx doqquz qəpik) məbləğində pulu N4 ay müdddətində bankın hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan baxışı keçirilən ZH 00403N nömrəli xidməti vəsiqənin surətindən müəyyən olunur ki, həmin vəsiqə Dövlət Sərhəd Xidmətinə aiddir, Quba rayonunun İkinci Nügədi kəndində qeydiyyatda olan, rütbəsi leytenant, xidmət yeri N nömrəli hərbi hissə, vəzifəsi tağım komandiri olan Təqsirləndirilən şəxs1 adlı hərbi qulluqçuya DSX-in Kadrlar Baş İdarəsinin rəisinin imzası icra edilməklə, həmçinin müvafiq möhürlərlə təsdiq edilməklə, xx.xx.N0N0-ci il tarixdə beş illik etibarlılıq müddətinə, yəni xx.xx.N0N5-ci il tarixədək verilmişdir. İş materiallarında olan baxışı keçirilən GH 003975 nömrəli xidməti vəsiqənin surətindən müəyyən olunur ki, həmin vəsiqə Dövlət Sərhəd Xidmətinə aiddir, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan, rütbəsi gizir, xidmət yeri N nömrəli hərbi hissə, vəzifəsi qrup komandiri olan Təqsirləndirilən şəxsN adlı hərbi qulluqçuya DSX-in Kadrlar Baş İdarəsinin rəisinin imzası icra edilməklə, həmçinin müvafiq möhürlərlə təsdiq edilməklə, xx.xx.N0N1-ci il tarixdə beş illik etibarlılıq müddətinə, yəni xx.xx.N0N6-cı il tarixədək verilmişdir. Cinayət işində olan məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarının N7 oktyabr N0N3-cü il tarixli 4/1687 ömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş fiziki şəxsin imza nümunələri vərəqəsinin orta hissəsində “Təqsirləndirilən şəxs1” oğlu yazılarının qarşısında olan imza; borcalana aid məlumatlar adlı sənədin yuxarı sağ tərəfində olan imza; ərizə-anket adlı sənədin aşağı sağ hissəsində “Ərizəçi” qrafasında olan imza; xx.xx.N0NN-ci il tarixli CP/8N955/88/35 nömrəli kredit sazişinin birinci səhifəsinin aşağı sağ hissəsində “imza” qrafasında olan imza; həmin sazişin “müştəri” qrafasında olan imza və aşağı sol hissəsində olan yazılar; habelə ödəniş cədvəli adlı sənədin yuxarı hissəsində icra olunmuş “S.Murad xx.xx.N0NN” yazıları və həmin səhifənin aşağı sağ hissəsində “borc alan” qrafasında olan imza- Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin xx.xx.N0N3-cü il tarixli 3-38-16/N- 1N696/N3 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adlı şəxsin DSX-də xidmət etməsi (işləməsi) barədə məlumat yoxdur. ZH 00403N nömrəli xidməti vəsiqə DSX-in Xüsusi Hava Qüvvələri Komandanlığında xidmət edən mayor XN X4 N nömrəli hərbi hissəsində kapitan hərbi rütbəsində xidmət edərkən verilmişdir. İş materiallarında olan telefon danışıqlarının və məlumatlarının ələ keçirilməsi barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli 5-1(093)-N66/N3 nömrəli qərarının icrası ilə əlaqədar olaraq "xxxx" MMC-dən daxil olmuş kompakt diskə baxış keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxsN arasında xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3cü il tarixədək olan müddət ərzində bir neçə qarşılıqlı telefon zənginin olduğu, habelə Təqsirləndirilən şəxsN istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəyə xx.xx.N0N3-cü il tarixdə saat 10:37-də “Salam murad menem sebuhi mene prablemler şöbesinnen zeng gelmişdi deyir pulu ödesin bank seni şikayet edibdi deyir ödemese prakraturaya verilecek gör nağarsan” məzmununda mesajın yazıldığı müəyyən edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust N0NN-ci il tarixli N48 nömrəli əmrindən edilmiş çıxаrışdаn müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli 061əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün 1-ci tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək həmin tarixdə şəxsi heyətin siyahısına daxil edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar N0N3-cü il tarixli 13 nömrəli əmrindən edilmiş çıxаrışdаn müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 01əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 3-cü taborunun BMP-1 bölüyünün mexanikləşdirilmiş tağımının mexanikləşdirilmiş manqasının baş atıcısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən şəxsi heyətin siyahısından çıxarəlaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N0NN-ci il tarixli 166 nömrəli əmrindən edilmiş çıxаrışdаn müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxsN Baş Qərargah rəisinin 30 may N0NN-ci il tarixli 094əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci toborunun madditexniki təminat tağımının təsərrüfat manqasının aşpazı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilərək həmin tarixdə şəxsi heyətin siyahısına daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.N0N3cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışlar. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN istinad edilən cinayət əməlinin onlar tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN əməlləri hər biri ayrılıqda Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri ayrılıqda həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.N və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N5 iyun N003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsində əsasən Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulmuş cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsN cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində əsasən Təqsirləndirilən şəxsN Аzərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsi, həmçinin Azərbaycan Respublikası CM-nin 61.1.3-ci maddəsində əsasən onun 11 noyabr N0NN-ci il tarixdə Аzərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 3N0.N-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onların şəxsiyyətini, təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsinin sanksiyasında müəyyən edilən cərimə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.N-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsN antiterror tədbirlərində iştirak etməsini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-nin 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-nin 50.1-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-nin 50.N-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-nin 50.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxsN cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq ona CM-nin 3N0.N-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxsN xidmət yeri üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Dövlət Sərhəd Xidmətinin ZH 00403N nömrəli və GH 003975 nömrəli saxta xidməti vəsiqələrinin, 510307*****0805 nömrəli aylıq maaş ödənişi kartı üzrə 11 noyabr N0N3-cü il tarixli, eləcə də 510307******5957 nömrəli aylıq maaş ödənişi kartı üzrə N8 noyabr N0N3-cü il tarixli saxta çıxarışların əsli, surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat cərimə cəzasına məkhum edilsin. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs1 faktiki yaşayış ünvanı üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxsN xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxsN barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Sərhəd Xidmətinin ZH 00403N nömrəli və GH 003975 nömrəli saxta xidməti vəsiqələrinin, 510307*****0805 nömrəli aylıq maaş ödənişi kartı üzrə 11 noyabr N0N3-cü il tarixli, eləcə də 510307******5957 nömrəli aylıq maaş ödənişi kartı üzrə N8 noyabr N0N3-cü il tarixli saxta çıxarışların əsli, surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-49/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-49/2024
09.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver