Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-50/2023 06.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimləri X3 (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, 1 noyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən bilə-bilə qanunsuz hərəkətlərin edilməsindən ötrü digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində baş çavuş hərbi rütbəsində xidmətdə olarkən tanışı Şahid1 vasitəsilə vətəndaş Zərərçəkmiş şəxs1 övladı Şahid2 Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul etdirmək arzusunda olmasını bildikdən sonra özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə Şahid1la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmışlar. Bundan sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə və vəzifə bölgüsünə uyğun olaraq gəldikləri razılığa əsasən Şahid1 2020-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1la görüşüb hər hansı şəxsi Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və Zərərçəkmiş şəxs1 köməklik göstərmək niyyətində olmadığı halda halda, bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmaqla 20000 (iyirmi min) manat pulun onun vasitəsilə ad, soyad və vəzifəsini göstərmədiyi vəzifəli şəxsə rüşvət verilməsi müqabilində oğlu X6 Təhlükəsizliyi Xidmətində işə qəbul ediləcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs1 razılığını almaqla onu Şahid1la birlikdə bilə-bilə qanunsuz hərəkətlərin edilməsindən ötrü vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişlər. Daha sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq cinayət əməllərini davam etdirərək Şahid1 12 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşərək 10000 (on min) manat, həmin ərazidə müvafiq olaraq Zərərçəkmiş şəxs1la 15 fevral 2021-ci il tarixdə görüşərək 5000 (beş min) manat, 25 mart 2021-ci il tarixdə görüşərək 4000 (dörd min) manat almaqla ümumilikdə 19000 (on doqquz min) manat pul alaraq, qabaqcadan aralarında olan razılığa əsasən həmin pulun 5000 (beş min) manatını Şahid1 qrup üzvü kimi Təqsirləndirilən şəxs təqdim etmiş, lakin verdikləri vəd üzrə Zərərçəkmiş şəxs1 xeyrinə heç bir hərəkət etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs yuxarıda göstərilən qurumda xidmətdə olarkən Şahid1 vasitəsilə vətəndaş Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul olmaq arzusunda olmasını bildikdən sonra təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti ilə Şahid1la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmışlar. Bundan sonra qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə və vəzifə bölgüsünə uyğun olaraq gəldikləri razılığa əsasən Şahid1 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2lə görüşüb hər hansı şəxsi Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı və Zərərçəkmiş şəxs2 köməklik göstərmək niyyətində olmadığı halda, bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inam və etibarını qazanmaqla 18000 (on səkkiz min) manat pulun onun vasitəsilə ad, soyad və vəzifəsini göstərmədiyi vəzifəli şəxsə rüşvət verilməsi müqabilində Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul ediləcəyi barədə yalan vəd verib razılığını almaqla onu Şahid1la birlikdə təkrarən bilə-bilə qanunsuz hərəkətlərin edilməsindən ötrü vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişlər. Daha sonra Şahid1 qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq cinayət əməllərini davam etdirərək 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Səbail rayonu ərazisidnə yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının yaxınlığında görüşərək sonuncudan 10000 (on min) manat, bir neçə gün sonra həmin ay ərzində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu vağzalı yaxınlığında görüşərək 8000 (səkkiz min) manat, yəni ümumilikdə 18000 (on səkkiz min) manat pul alaraq, həmin pulları Şahid1la öz aralarında bölüşdürmüş, lakin verdikləri vəd üzrə Zərərçəkmiş şəxs2 xeyrinə heç bir hərəkət etməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsində olan zaman şəxsiyyəti istintaqa məlum olmayan "İmran" adlı şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 0,219 (sıfır tam mində iki yüz on doqquz) qram olan, narkotik vasitə - heroini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 13 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ərazidə saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş, polis şöbəsində həmin tarixdə saat 15:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumi təmiz çəkisi 0,219 (sıfır tam mində iki yüz on doqquz) qram olan, narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2016-cı ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Dövlət Təhlükəsizliyi Xidmətinə qəbul edilərək orada kiçik çavuş hərbi rütbəsində növbə rəisinin köməkçisi vəzifəsində xidmət etmiş, ona 2018-ci ildə “baş çavuş” hərbi rütbələsi verilmiş, 19 iyun 2021-ci il tarixdə ehtiyata buraxılmışdır. O, xidmətdə olan zaman 2020-ci ilin iyun ayının əvvəllərində tanışı Şahid1 ona Zərərçəkmiş şəxs1 adında tanışının oğlu Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək arzusunda olduğunu bildirmiş, o da həmin vaxtlar maddi durumu aşağı olduğu üçün gələcəkdə qaytarmaq niyyəti ilə qazanc əldə etmək üçün yalan danışaraq, vəzifəli tanışları olduğunu və həmin şəxslərin vasitəsilə işi 20000 (iyirmi min) manata həll edəcəyini, ilkin beh kimi 5000 (beş min) manat, əmr veriləndən sonra 15000 (on beş min) manat pulun verilməli olduğunu bildirmişdir. 12 iyun 2020-ci il tarixdə Şahid1la Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Bolmart" marketin yaxınlığında sonuncunun "BMW" markalı avtomobilində görüşmüş, Şahid1 Zərərçəkmiş şəxs1 10000 (on min) manat pul aldığını bildirərək, 5000 (beş min) manatı sayaraq ona vermiş, digər 5000 (beş min) manatı isə özünə götürərək avtomobilin çəkməcəsinə qoymuşdur. O, Şahid1 5000 (beş min) manatı lazımi şəxslərə çatdıracağını, ondan xəbər gözləməsini bildirmişdir. O, Şahid1 "bəs mən beh kimi ilkin olaraq 5000 (beş min) istəmişdim, niyə sən əlavə 5000 (beş min) manat almısan?" deyə soruşmuş, Şahid1 ona "özüm bilərəm özüm onlarla danışacam" demişdir. O, bu hala etirazını bildirməmiş, Şahid1la sağollaşaraq getmiş, həmin 5000 (beş min) manat pulu da özünə xərclədikdən sonra əməlindən utanaraq Şahid1 zəng edib "Tural səni, Əhədi və Vüsalı aldatmışam, mənim heç kimi Dövlət Təhlükəsizliyi Xidmətinə düzəltmək kimi bir səlahiyyətim yoxdur, dələduzluq yolu ilə əldə etdiyim 5000 (beş min) manatı geri qaytarmaq istəyirəm" demiş və həmin pulu Zərərçəkmiş şəxs1 çatdırması üçün Şahid1 qaytarmışdır. Daha sonra öyrənmişdir ki, Şahid1 onun adından istifadə edərək əlavə 9000 (doqquz min) manat pulu da Zərərçəkmiş şəxs1 almışdır. 2020-ci ilin noyabr ayında Şahid1 ona bir nəfər tanışının Dövlət Təhlükəsizliyi Xidmətində çalışmaq istədiyini, ona işlə bağlı, əmək haqqı ilə bağlı ümumi məlumat vermək lazım olduğunu bildirmiş, Şahid1la birlikdə "Gənclik" metrostansiyasının yanında olan Tofiq Bəhramov adına stadionun yaxınlığında sonuncunun tanışı olan Zərərçəkmiş şəxs2 ilə görüşmüşlər. O, Zərərçəkmiş şəxs2 Dövlət Təhükəsizliyi Xidmətində çalışdığını bildirməklə yanaşı ümumi iş, əmək haqqı, iş rejimi barədə məlumatlar vermişdir. Həmin görüşdə nə Zərərçəkmiş şəxs2lə nə də Şahid1 arasında hər hansı pul danışığı olmamışdır. Həmin görüşdən əvvəldə, sonrada Şahid1la arasındada pul danışığı olmamışdır. Daha sonra öyrənmişdir ki, Şahid1 onun adından istifadə edərək Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək üçün 2020-ci ilin dekabr ayında ümumilikdə 18000 (on səkkiz min) manat pul istəmiş və həmin məbləğdə pul almışdır. 18 iyun 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında olan zaman "İmran" adlı şəxsdən 10 manat pul qarşılığında şəxsi istifadə etmək üçün narkotik vasitə olan heroini bükülü halda almışdır. Daha sonra həmin bükümü şalvarının sağ yan cibinə qoyub evinə gedən zaman saat 13:00 radələrində həmin küçədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin iki nəfər əməkdaşı ona yaxınlaşaraq üzərində narkotik vasitə olmasına şübhələndiklərini bildirərək onu 4-cü Polis Şöbəsinə dəvət etmiş, daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmiş, o, əynindəki göy cins şalvarının sağ yan cibində olan 1 ədəd bükümdəki narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2020-ci ilin iyun ayının əvvələrində oğlu Şahid2 Şahid1 ilə tanış olmuş, sonuncu Vüsalı Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmasını və vəzifəli dost-tanışı vasitəsi ilə müəyyən dövlət orqanlarına işə düzəltmək imkanında olduğunu demiş, 10 iyun 2020-ci il tarixdə özü Şahid1la görüşdükdə sonuncu X2 Xidmətinə işə təyin üçün əvvəlcədən 10000 (on min) manat, işə düzəldikdə daha 10000 (on min) manat pul verməli olduğunu bildirmiş, 11 iyun 2020-ci il tarixdə o, oğlu Vüsal, Şahid1 və sonuncunun tanışı "Aydın" adlı şəxs ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüşlər və həmin şəxsin sonradan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Şahid1 Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ona "Tural iş görən oğlandır, Tural bacarmasa, belə özüm Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşıyam sizə köməklik edəcəm, narahat olmayın" demişdir. Görüşdən sonra o, Şahid1 Təqsirləndirilən şəxs yaxından tanımadığını, pulları ona verəcəyini bildirmişdir. 12 iyun 2020-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində oğlu Vüsalın iştirakı ilə Şahid1 10000 (on min) manat pul təqdim etmiş, sonradan sonuncu işin həll olunması ilə bağlı müxtəlif bəhanələr gətirməklə vaxt uzatmış, 15 fevral 2021-ci il tarixdə isə bu məsələyə görə əlavə 5000 (beş min) manat istədiyindən həmin tarixdə eyni ərazidə pulu Şahid1 təqdim etmişdir. 2021-ci ilin mart ayında Şahid1 yenidən oğlu Vüsalın işi ilə əlaqədar 5000 (beş min) manat pulun tələb olunduğunu dediyindən bir neçə gün sonra 24 mart 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində cəmi 4000 (dörd min) manat pul düzəldib Şahid1 təqdim etmişdir. Daha sonra oğlu Vüsalın işini nə Şahid1, nə də Təqsirləndirilən şəxs həll etməmiş, şikayət ərizəsi verdikdən sonra istintaq dövründə ona dəymiş ziyan tam şəkildə ödənmişdir. O, həmçinin sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs işin həlli üçün Şahid1 20000 (iyirmi min) manat pul lazım olduğunu, ilkin olaraq 5000 (beş min) manat verilməli olduğunu bildirmiş, lakin Şahid1 isə ilkin olaraq 10000 (on min) manat ondan pul alaraq həmin pulların 5000 (beş min) manatını Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Şahid1 qonşusu kimi tanımış, 2020-ci ilin noyabr ayında sonuncu Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlmək istədiyi halda müraciət edə biləcəyini qeyd etmiş, hansı şəkildə bu məsələnin mümkünlüyünü maraqlandıqda Şahid1 həmin Xidmətdə çalışan “Aydın” adlı tanışının olmasını deyib, həmin şəxsin qeyd olunan qurumda ad, soyadın bildirmədiyi vəzifəli tanışları olduğunu, işi həll edə biləcəyini nəzərinə çatdırmışdır. Şahid1 bu işin 25000 (iyirmi beş min) - 30000 (otuz min) manat arası həll olunacağını, amma çalışıb qiyməti aşağı salacağını bildirmişdir. Növbəti günlərdə "Gənclik" metrostansiyasının yanında olan Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında o, Şahid1 və "Aydın" adlı şəxs görüşmüşlər. O, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu sonradan öyrənmişdir. Həmin görüş zamanı Şahid1 Təqsirləndirilən şəxs DTX işçisi kimi təqdim etmiş və görüş qısa baş vermişdir. Görüş zamanı Təqsirləndirilən şəxs DTX-də xidmət növləri, əmək haqqı, iş rejimi barədə ümumi məlumat vermiş, aralarında hər hansı pul danışığı olmamışdır. Görüşdən bir-iki gün sonra Şahid1 Təqsirləndirilən şəxs 18000 (on səkkiz min) manat pul istədiyini bildirmişdir. Daha sonra 2020-ci ilin dekabr ayında Səbail rayonu ərazisində yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının yaxınlığında Şahid1la görüşərək ilkin olaraq 10000 (on min) manat pulu vermiş və pulun qalan hissəsini qısa zamanda verəcəyini bildirmişdir. Daha sonra həmin ay ərzində o, Şahid1la Sabunçu rayonu, Sabunçu vağzalı yaxınlığında görüşərək sonuncuya 8000 (səkkiz min) manat pul vermişdir. O, həmçinin Şahid1 şəxsiyyət vəsiqəsini, hərbi biletini, orta ixtisas təhsili ilə bağlı sənədlərin kserosurətində sonuncuya təqdim etmişdir. Daha sonra onun işi həll olunmadıqdan sonra şikayət ərizəsi verərək pullarını tələb etdikdən sonra Şahid1 11200 (on bir min iki yüz) manat pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxs2 Şahid1 ilə üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək sonuncunun üzünə demişdir. Şahid1 göstərmişdir ki, 2020-ci ilin iyun ayında Şahid2 ilə tanış olmuş, sonuncuya vəzifəli tanışları vasitəsi ilə müəyyən dövlət orqanlarına işə düzəltmək imkanında olduğunu demiş, tanışı Dövlət Təhlükəsizliyi Xidmətində çalışan Təqsirləndirilən şəxs Vüsalın istəyini bildirən zaman vəzifəli tanışları vasitəsilə işi həll edə biləcəyini, ilkin olaraq 10000 (on min) manat, əmr çıxandan sonra daha 10000 (on min) manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra 10 iyun 2020-ci il tarixdə Vüsalın atası Zərərçəkmiş şəxs1la görüşdükdə bu məsələ ilə bağlı əvvəlcədən 10000 (on min) manat, oğlu Vüsal işə düzəldikdə daha 10000 (on min) manat pul verməli olmasını demiş, 11 iyun 2020-ci il tarixdə Şahid1 tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində Vüsal və Zərərçəkmiş şəxs1larla görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, Təqsirləndirilən şəxs ilə birilikdə üç ay ərzində Vüsalı işə düzəltmək imkanında olmasını, lakin pulu əvvəlcədən təqdim etməli olmlarını bildirmişdir. 12 iyun 2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 10000 (on min) manat pulu sonuncunun oğlu Vüsalın yanında almış, onlar getdikdən sonra həmin ərazidə Təqsirləndirilən şəxs ilə görüşərək pulları sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs ona həmin pulları vəzifəli şəxsə çatdıracağını və ondan xəbər gözləməsini bildirmişdir. Daha sonra 15 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq "bəs pulu gözləyirlər 5000 manat çatdırılmalıdı" demişdir. O da həmin gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs1la təklikdə görüşərək sonuncudan 5000 (beş min) manat pul almışdır. 10-15 dəqiqə sonra qeyd olunan ərazidə Təqsirləndirilən şəxsylə təklikdə görüşərək 5000 (beş min) manatı sonuncuya təqdim etmişdir. 24 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək "bəs 5000 manatda bu gün çatmalıdı, artıq Vüsalın işi həll olunur" demişdir. O da həmin gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs1la təklikdə görüşmüşdür. Zərərçəkmiş şəxs1 üzərində cəmi 4000 (dörd min) manat olduğunu bildirərək həmin pulları ona təqdim etmiş, o da özündən 1000 (min) manat qoyacağını bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin ərazidə Təqsirləndirilən şəxs ilə təklikdə görüşmüş, üzərində 985 (doqquz yüz səksən beş) manat pul olduğu üçün Zərərçəkmiş şəxs1 almış olduğu 4000 (dörd min) manatın üzərinə həmin pulu əlavə edərək Təqsirləndirilən şəxs təqdim etmiş və 15 (on beş) manatın çatmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona "15 manatın problemi yoxdur, özümdən qoyaram əsas odu aparım vəzifəli tanışa verim, iş həll olunsun, işi də qısa zamanda həll edəndən sonra bu puldan 5000 manatı öz aramızda bölərik sənə ordan 2000 manat pul verərəm" demişdir. O, ümumilikdə 19985 (on doqquz min doqquz yüz səksən beş) manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Vüsalın işi həll etmədiyindən Zərərçəkmiş şəxs1 şikayət ərizəsi vermiş və istintaq dövündə 19000 (on doqquz min) manat pulu tam şəkildə Zərərçəkmiş şəxs1 qaytarmış, həmin pullardan 900 (doqquz yüz) manatını Təqsirləndirilən şəxs onun vasitəsilə qaytardığını bildirmişdir. Bundan başqa tanışı Zərərçəkmiş şəxs2 2020-ci ilin noyabr ayında ona Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlmək arzusunda olduğunu bildirmişdir. O, Dövlət Təhlükəsizliyi Xidmətində çalışan Təqsirləndirilən şəxs geniş əlaqələrə malik olduğunu və Aydn Məmmədlinin vasitəsilə işi həll edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 bu işin 25000 (iyirmi beş min) - 30000 (otuz min) manat arası olduğunu, çalışıb qiyməti aşağı salacağını bildirmişdir. Elə həmin ay o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs Gənclik metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 "DTX-da çalışıram, sənin işin düzəldəcəm, işində qiymətin Turala deyəcəm ki, sənə desin, puluda verərsən Turala gətirib mənə verər" demişdir. Görüşdən bir-iki gün sonra Təqsirləndirilən şəxs işi 18000 (on səkkiz min) manata həll edəcəyini bildirmiş və bu deyilənləri Zərərçəkmiş şəxs2 nəzərinə çatdırmışdır. 2020-ci ilin dekabr ayında Səbail rayonu ərazisində yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs2lə görüşərək ilkin olaraq 10000 (on min) manat pulu sonuncudan almışdır. Zərərçəkmiş şəxs2 getdikdən sonra həmin ərazidə Təqsirləndirilən şəxs ilə görüşərək həmin 10000 (on min) manat pulu sonuncuya təqdim etmişdir. Daha sonra həmin ay ərzində o, Zərərçəkmiş şəxs2lə Sabunçu rayonu, Sabunçu vağzalı yaxınlığında görüşərək sonuncudan 8000 (səkkiz min) manat pul almışdır. Zərərçəkmiş şəxs2 getdikdən təxminən 30 dəqiqə sonra həmin ərazidə Təqsirləndirilən şəxs ilə görüşərək həmin 8000 (səkkiz min) manat pulu sonuncuya təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işin düzəltməyib, pulunu qaytarmadıqdan sonra məcbur olub sonuncuya 11800 (on bir min səkkiz yüz) manat pulu öz şəxsi vəsaitindən qaytarmışdır. Əhmədov X1 Aydın İsmayıl oğlu ilə üzləşdirmə zamanı Şahid1 sonuncunun üzünə qarşı vətəndaş Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinə düzəltməsi üçün 18000 (on səkkiz min) manat pulu onun vasitəsilə istəməsini demişdir. Şahid2 göstərmişdir ki, 2020-ci ilin iyun ayının əvvələrində oğlu tanışı Şahid1la aralarında olan söhbət zamanı dövlət orqanların birində işə düzəlmək arzusunda olduğunu bildirmiş, Şahid1 ona Xüsusi Dövlət Mühafizə Xidmətində Kadrlar şöbəsində çalışmasını və vəzifəli dost-tanışı vasitəsi ilə müəyyən dövlət orqanlarına işə düzəltmək imkanında olduğunu demişdir. O, Şahid1 bu işlərlə atası Zərərçəkmiş şəxs1 məşğul olduğunu, onunla görüşməli olduğunu bildirmişdir. 10 iyun 2020-ci il tarixdə atası Zərərçəkmiş şəxs1 Şahid1la yaşadıqları evin yaxınlığında görüşmüşlər və görüş zamanı Şahid1 atası Zərərçəkmiş şəxs1 onun Dövlət Təhlükəsizliyi Xidmətinə işə təyini üçün əvvəlcədən 10000 (on min) manat, işə düzəldikdə daha 10000 (on min) manat pul verməli olduğunu bildirmişdir. 11 iyun 2020-ci il tarixdə o, atası Zərərçəkmiş şəxs1, Şahid1 və sonuncunun tanışı "Aydın" adlı şəxs ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüşlər və həmin şəxsin sonradan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Şahid1 Təqsirləndirilən şəxs o və atası Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs1 "Tural iş görən oğlandır, Tural bacarmasa belə özüm Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşıyam sizə köməklik edəcəm, narahat olmayın" demişdir. Görüşdən sonra atası Zərərçəkmiş şəxs1 Şahid1 Təqsirləndirilən şəxs yaxından tanımadığını, pulları ona verəcəyini bildirmişdir. 12 iyun 2020-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində atası Zərərçəkmiş şəxs1 onun iştirakı ilə Şahid1 10000 (on min) manat pul təqdim etmiş, sonradan sonuncu işin həll olunması ilə bağlı müxtəlif bəhanələr gətirməklə vaxt uzatmış, 15 fevral 2021-ci il tarixdə isə bu məsələyə görə əlavə 5000 (beş min) manat istədiyindən həmin tarixdə eyni ərazidə atası Zərərçəkmiş şəxs1 pulu Şahid1 təklikdə təqdim etmişdir. 2021-ci ilin mart ayında Şahid1 yenidən onun işi ilə əlaqədar 5000 (beş min) manat pulun tələb olunduğunu dediyindən bir neçə gün sonra 24 mart 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs1 cəmi 4000 (dörd min) manat pul düzəldib Şahid1la təklikdə görüşərək həmin pulları təqdim etmişdir. Daha sonra onun işini nə Şahid1, nə də Təqsirləndirilən şəxs həll etməmiş, atası Zərərçəkmiş şəxs1 şikayət ərizəsi verdikdən sonra istintaq dövründə atasına dəymiş ziyan tam şəkildə ödənmişdir. O, həmçinin sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs işin həlli üçün Şahid1 20000 (iyirmi min) manat pul lazım olduğunu, ilkin olaraq 5000 (beş min) manat verilməli olduğunu bildirmiş, lakin Şahid1 isə ilkin olaraq 10000 (on min) manat atası Zərərçəkmiş şəxs1 pul alaraq həmin pulların 5000 (beş min) manatını Təqsirləndirilən şəxs vermişdir. Şahid Əziz-zadə Əhəd Xostan oğlu Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 göstərmişdir ki, xidmətdə olan zaman 18 iyun 2022-ci il tarixdə qərəsiz mənbədən 1 noyabr 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkot vasitə daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, polis baş leytenantı Şahid3 əməliyyat-axtarış tədbirləri keçirmək üçün şöbənin rəisinə raport yazmış, o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, 18 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu, İ.Hacıyev küçəsində piyada gedərkən aşkar olunmuşdur. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində və ya paltarında qanunla qadağan olunmuş narkotik vasitə olmasından şübhəli olduqlarını bildirərək Binəqədi RPİ-in 4-cü PŞ-yə dəvət etmişlər, polis şöbəsində videoçəkiliş vasitəsilə Aydın Mmmədlinin üzərində şəxsi axtarış keçirməyə başlamış, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qəhvəyi rəngdə toz halında narkotik vasitə heroinə bənzər bir ədə göy rəngli siqaret kağızına bükülmüş maddəni təqdim etmişdir. O, həmin narkotik vasitəni çəkmək üçün səhər saatlarında özünü "İmran" kimi təqdim edən şəxsdən 10 (on) manat pul qarşılığında aldığını bildirmişdir. Baş təhqiqatçı, polis mayoru İsmayıl Qurbanov tərəfindən həmin narkotik vasitə olan heroinə bənzər kütlə maddi sübut əhəmiyyət kəsb etdiyindən qablaşdıraraq götürülmüş, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid4 dediklərini təsdiq etmişdir. 18 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 19 iyun 2022-ci il tarixli 6/3417 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 173 dairəvi möhür əksi, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..."yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,219 (sıfır tam mində iki yüz on doqquz) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə-narkoloji ekspertizasının 2 sentyabr 2022-ci il tarixli 4899 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsindən daxil olmuş məxfi məktub və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2016-cı il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətə qəbul olunaraq "kiçik çavuş" hərbi rütbəsi, 28 may 2017-ci il tarixdə "çavuş" hərbi rütbəsi, 7 fevral 2018-ci il tarixdə "baş çavuş" hərbi rütbəsi verilmiş, 19 iyun 2021-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. Zərərçəkmiş şəxs1 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, oğlu Vüsalı işə düzəltmək üçün 19000 (on doqquz min) manat pulun rüşvət qismində vəzifəli şəxslərə çatdırılması üçün Şahid1 vermişdir. Zərərçəkmiş şəxs2 24 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, işə düzəlmək üçün 18000 (on səkkiz min) manat pulun rüşvət qismində vəzifəli şəxslərə çatdırılması üçün Şahid1 vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1 və 178.2-ci maddəsi az ağır, Azərbaycan Respublikası CM-in 312.2-ci miaddəsi isə ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdirdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini cəzanın tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək, işin yuxarıda şərh edilən hallarını nəzərə alıb hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona təqsirli bilinəcək maddələrlə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəzalar Azərbaycan Repsublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli olduğundan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə qəti cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin təmin edilməsi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Binəqədi rayon Polis İdarəsinin maddi sübutlar kamerasında saxlanılan 0, 219 qram narkotik vasitə heroinin məhv edilməlidir. İş üzrə məhkəmə kimyəvi ekspertizası üzrə 88 (səksən səkkiz) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan 6 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Binəqədi rayon Polis İdarəsinin maddi sübutlar kamerasında saxlanılan 0, 219 qram narkotik vasitə heroinin məhv edilsin. Məhkəmə kimyəvi ekspertizası üzrə 88 (səksən səkkiz) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zeynal Ağayev hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-50/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-50/2023
06.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver