Məhkəmə qərarları › İş №1-1(093)-51/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-51/2023

06.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-51/2023 06.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri Universal vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 9 iyul 1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Gəncə şəhəri X5 prospekti bina 62 mənzil 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 123 mənzil 47 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Hərbi məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Həsənov X2 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah bölüyünün mühəndis-istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər hərbi rütbəsində xidmətdə olarkən N noyabr 2022-ci il tarixdə saat 08:00dan N dekabr 2022-ci il tarixdə saat 13:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N dekabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmiş və 17 yanvar 2023-cü il tarixdə saat 14:58-də Sumqayıt Hərbi prokurorluğuna gələrək özünü istintaq orqanına təqdim etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemləri olduğu üçün N noyabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmiş və N dekabr 2022-ci il tarixdə saat 13:00-da hərbi hissəyə qayıtmış, daha sonra növbəti gün, yəni N dekabr 2022-ci il tarixdə saat 08 radələrində eyni səbəbdən hərbi hissəni yenidən özbaşına tərk etmiş və 17 yanvar 2023-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna gələrək istintaq hərəkətlərində iştirak etdikdən sonra növbəti gün, yəni 18 yanvar 2023-cü il tarixdə hərbi hissəyə qayıtmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah bölüyünün komandiri, baş leytenant Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində tanımış, sonuncu N noyabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmiş və hərbi hissəyə qayıtmamışdır. O, Təqsirləndirilən şəxs daha əvvəllər də hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissəni özbaşına tərk etməsinin səbəbləri barədə söhbət etdikdə Təqsirləndirilən şəxs ona şəxsi və ailə problemləri olduğu üçün hərbi hissəni özbaşına tərk etdiyini bildirmiş, lakin sonuncu dəfə hərbi hissəni özbaşına tərk etdikdən sonra hərbi hissəyə qayıtmadığından Təqsirləndirilən şəxs hansı səbəbə hərbi hissəni özbaşına tərk etməsi barədə məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah bölüyünün atəşdəstək taqımının 60 mm-lik minaatan manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində tanımış, sonuncu N dekabr 2022-ci il tarixdə hərbi hissəni özbaşına tərk etmiş və 18 yanvar 2023-cü il tarixdə hərbi hissəyə qayıtmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Şahid1 baş leytenant Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətinə daxilolma haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2022-ci il tarixli 169 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusununun Baş Qərargah rəisinin 4 iyun 2022-ci il tarixli N əç nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusununun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş və N iyun 2022-ci il tarixdən hərbi hissənin sərəncamda olan şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2022-ci il tarixli 189 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Həsənov X2 nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 04 iyun 2022-ci il tarixli N əç nömrəli əmri ilə hərbi hissənin 2-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsinə təyin edildiyinə görə N iyun 2022-ci il tarixdən sərəncamda olan şəxsi heyətin siyahısından çıxarılmış, vəzifəsini təhvil almış, icrasına başlamış və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissəsinin 2-ci taborunun komandirinin müavini, kapitan Sənan Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, 2-ci taborun qərargah bölüyünün mühəndis taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixdə saat 08:00-da xidməti yerinə çıxmamışdır. N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 351 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 2-ci taborun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixdə saat 08:00-dan etibarən xidməti yerinə çıxmamış hesab edilmiş və adı hərbi hissənin xidməti yerinə çıxmayanların siyahısına salınmışdır. N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2022-ci il tarixli 383 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 2-ci taborun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs N dekabr 2022-ci il tarixdə saat 13:00-dan etibarən xidməti yerinə qayıtmış hesab edilmiş və adı hərbi hissənin xidməti yerinə çıxmayanların siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2022-ci il tarixli 385 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 2-ci taborun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs oğlu N dekabr 2022-ci il tarixdə saat 08:00-dan etibarən xidməti yerinə çıxmamış hesab edilmiş və adı hərbi hissənin xidməti yerinə çıxmayanların siyahısına salınmışdır. “Vətəndaşların Hərbi prokurorluğun inzibati binasına buraxılmasının qeydiyyatı kitabı”ndan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 14:58-də Sumqayıt Hərbi prokurorluğunun inzibati binasına daxil olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 31 avqust 2022-ci il tarixli 10510 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2023-cü il tarixli 708 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası başlanılmamışdılr. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsi həmin məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunmasını, eyni zamanda əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməsinin başlanılmadığı nəzərə alındıqda, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin ediləcək hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına həmin hökmlə təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası qismən toplanılmaqla qəti cəza təyin edilməli və bu cəzasının başlanğıcı onun barəsində birinci hökm üzrə icranın başlandığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandirinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Hərbi məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətində hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar