Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-52/2025 19.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı Əlimövsüm oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Pro Bono Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ki yaşamış, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri Qaradağ rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N sentyabr 2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N oktyabr 2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsində məhkəmə baxış iclasında iştirak etmiş və Bakı Hərbi Məhkəməsinin N oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu ərazisində dislokasiya olunmuş 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. N sentyabr 2024-cü il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda həmin tarixdə xidmət yerinə qayıtmayaraq yalnız 11 oktyabr 2024-cü il və N oktyabr 2024-cü il tarixlərində Bakı Hərbi Məhkəməsində məhkəmə baxış iclaslarında iştirak etmiş, Bakı Hərbi Məhkəməsinin N oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci dəniz piyada taborunun atəş dəstək bölüyünün texniki müşahidə manqasının komandiri, miçman Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N sentyabr 2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, həmin tarixdə xidmət yerinə gəlməmişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il və N oktyabr 2024-cü il tarixlərində Bakı Hərbi Məhkəməsində məhkəmə baxış iclaslarında iştirak etmiş və N oktyabr 2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissəsinin 3-cü dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün komandiri, gizir Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən Şahid1 ifadəsi ilə anoloji məzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi onun öz ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, sənədlər və digər mötəbər, təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. Cinayət işi materialının 6-cı vərəqəsində olan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul haqqında 12 sentyabr 2023-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda 3 il müddətinə MAHHXHQ-su kimi xidmət etməyi öhdəsinə götürmüşdür. Cinayət işi materialının 7-ci vərəqəsində olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli 83 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq xidmətini davam etdirmək üçün N sentyabr 2023-cü il tarixdən N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsinə təyin olunmaqla vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materialının 3-cü vərəqəsində olan N nömrəli hərbi hissənin 3-cü dəniz piyada taborunun atəş dəstək bölük komandirinin N sentyabr 2024-cü il tarixli 5355 daxilolma nömrəli raportundan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs N sentyabr 2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Cinayət işi materialının 4-cü vərəqəsində olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2024-cü il tarixli 272 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N sentyabr 2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına daxil edilmişdir. Cinayət işi materialının 28-ci vərəqəsində olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli 292 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyinə görə N oktyabr 2024cü il tarixdən bütün növ təminatlardan çıxarılmış və cəzasını çəkmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi materialının 35-ci vərəqəsində olan Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin N oktyabr 2024-cü il tarixli 1-1(093)-184/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmçinin Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında, 09 sentyabr 2024-cü il, 11 oktyabr 2024-cü il və N oktyabr 2024-cü il tarixlərində məhkəmə baxış iclaslarında iştirak etmişdir. Cinayət işi materialının 9-cu vərəqəsində olan olan N nömrəli hərbi hissədən Təqsirləndirilən şəxs barəsində verilmiş xidməti xasiyyətnamədən görünür ki, o, mənfi xarakterizə olunmuşdur. Cinayət işi materiallarının 10-12-ci vərəqələrində olan N nömrəli hərbi hissədən təqdim edilmiş xidməti vərəqədən görünür ki, xidmət müddətində Təqsirləndirilən şəxs 3 (üç) dəfə həvəsləndirilmiş, 1 (bir) dəfə intizam qaydasında cəzalandırılmışdır. Cinayət işi materiallarının 19-cu vərəqəsində olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş 27 iyun 2024-cü il tarixli 6408 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işi materialının 88-ci vərəqəsində olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş 18 dekabr 2024-cü il tarixli 8657 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 6408 nömrəli “Arayış” qüvvədədir. Cinayət işi materialının 45-ci vərəqəsində olan “X1 Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin N oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarının 44-cü vərəqəsində olan AZ-İV № 615985 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2020-ci il təvəllüdlü övladı doğulmuşdur. Cinayət işinin materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müəyyən edilmiş, Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli N oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri il əvəz edilmiş və dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-55/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-184/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını və antiterror əməliyyatında iştirak etməsini əməlində məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, iş üzrə yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-184/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay miqdarında azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işi materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-184/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 01 (bir) gün tutulması nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-184/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə tutulub saxlanıldığı 01 (bir) gün müddət hazırkı hökmlə təyin olunaraq çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 15 iş saatına görə 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-184/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-184/2024 saylı xx.xx.2024cü il tarixli hökmü ilə tutulub saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli N oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil2 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1-1(093)-52/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-52/2025
19.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver