Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-53/2020 29.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi ilə, hakimlər Ramazanov Camal Cumar oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə, Məmmədova Aygün Fərhad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Xalıq qızının, X2, Müdafiəçi2, zərərçəkmiş şəxsin nüumayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1976-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin sabiq rəis köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etmiş, xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1969-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əmlakı müsadirə edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə isə barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2 və 320.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, habelə hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etmişlər. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin rəis köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qaynanası Zərərçəkmiş şəxs razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahəsində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alqı-satqı edərək tanışı Şahid3 xüsusi mülkiyyətinə keçirmiş, daha sonra Şahid3 adından qeyd olunan torpaq sahələrini notarial qaydada Şahid1 sataraq zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin rəis köməkçisi vəzifəsində, baş leytenant rütbəsində xidmətdə olarkən, 2017-ci ilin iyun ayından etibarən həmin ilin dekabr ayınadək olan müddətdə hissə-hissə olmaqla ayrı-ayrı tarixlərdə tanışı, Bakı şəhəri ərazisində fərdi qaydada ev alqı-satqısı ilə məşğul olan, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2, həmçinin 2017-ci ilin noyabr ayının ortalarından etibarən həmin ilin dekabr ayının ortalarınadək olan müddətdə hissə-hissə olmaqla ayrı-ayrı tarixlərdə xidmət yoldaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin Maliyyə şöbəsinin rəisinin baş köməkçisi, baş leytenant, Bakı şəhər sakini Şahid6 müxtəlif məbləğlərdə borc pul almış və ümumilikdə Təqsirləndirilən şəxs2 60000 ABŞ dolları, Şahid6 isə 20000 ABŞ dolları məbləğində pul borclu qalmışdır. 2017-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 borcunu tam şəkildə geri qaytarmasını istəmiş, bu mümkün olmadıqda xüsusi mülkiyyətində olan hər hansı daşınmaz əmlaka dair sənədləri ona verməsini, həmin sənədləri girov qoyaraq öz pulunu götürəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 borcunu qaytarmağa maddi imkanının, eləcə də xüsusi mülkiyyətində hər hansı daşınmaz əmlakın olmadığını, yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qaynanası Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində ümumi sahəsi 22 sota yaxın olan torpaq sahələrinin olduğunu dedikdə, Təqsirləndirilən şəxs2 ona həmin torpaq sahələrinin yerini göstərməsini təkid etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinə gedərək Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrinin yerinə baxmışlar. Orada, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 torpaq sahələrinə aid çıxarışların sonuncunun X9 yaşayan qaynanası Zərərçəkmiş şəxs olduğunu öyrəndikdə, Təqsirləndirilən şəxs1 nə ona olan borcunu, nə də gələcəkdə hər hansı əmlakını girov qoyub pul götürdükdən sonra həmin pulu qaytarmaq iqtidarında olmadığını bildiyi halda, Təqsirləndirilən şəxs1 borc verdiyi məbləğdə pul əldə etmək üçün, Zərərçəkmiş şəxs əmlakını onunla birlikdə qanunsuz yolla ələ keçirib digər şəxsə satmaq niyyəti ilə Təqsirləndirilən şəxs1 torpaqların sənədlərini sələmə, yəni müəyyən faiz qarşılığında pul verən hər hansı bir şəxsə girov qoyaraq pul götürüb həm ona, həm də digər şəxslərə olan borcunu ödəməsini, sonradan isə girov qarşılığında götürdüyü pulu qaytarıb torpaqların sənədlərini geri almasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 da borclu olduğu pulları qaytarmaq və bir qədər də əlavə pul vəsaiti əldə etmək niyyəti ilə qaynanası Zərərçəkmiş şəxs xususi mülkiyyətində olan torpaq sahələrini özünün razılığı və məlumatı olmadan özgəninkiləşdirilməsi barədə Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs2 torpaq sahələrinin girov qoyulub pul əldə edilməsi ilə bağlı müvafiq sənədləşdirmə məsələlərini özünün həll edəcəyini bildirərək, sonrakı günlərdə Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin fotoşəkilini, eləcə də qaynanası Zərərçəkmiş şəxs anket məlumatlarını götürüb, Təqsirləndirilən şəxs1 məlumatlandırmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin sabiq əməkdaşı, Qax rayonunun Qaxbaş kənd sakini X20 istintaqa məlum olmayan məbləğdə vəsait vermək müqabilində ondan Zərərçəkmiş şəxs adından özünün iştirakı olmadan Təqsirləndirilən şəxs1 adına 9 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 683996 blank nömrəli saxta ümumi etibarnamə, həmçinin istintaqa məlum olmayan şəxslər və üsullar vasitəsi ilə hazırlanmış Teybuşa Ələkbərovanın xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrinə aid RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli saxta çıxarışları əldə edib, bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırmışdır. 2018-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la təklikdə görüşərək ona saxta etibarnamədən istifadə edərək torpaq sahələrini onun adından formal alqısatqı etmək yolu ilə xüsusi mülkiyyətinə keçirə biləcəkləri, habelə gələcəkdə torpaq sahələrini digər şəxsə satacaqları zaman onlara problem yaratmayacaq yaxın bir şəxs tapmasını təklif etmiş, Təqsirləndirilən şəxs1 da 2018-ci ilin yanvar ayının sonlarında uzun müddət tanıdığı və aralarında yaxşı münasibətlər olan tanışı Şahid3 zəng edərək onu Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən “Özdad” adlandırılan şirniyat evinə görüşə çağırmış və orada Təqsirləndirilən şəxs1 Şahid3 Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Təqsirləndirilən şəxs1 öz cinayətkar məqsədlərini gizlədərək Bakı şəhəri, Bilgəh qəsəbəsi ərazisində xüsusi mülkiyyətində iki ədəd ümumi sahəsi 22 sota yaxın olan torpaq sahələrinin olması barədə Şahid3 yalan məlumat verib, notariat ofislərinin birində formal alqı-satqı etməklə həmin torpaq sahələrini onun xüsusi mülkiyyətinə keçirəcəyini, torpaq sahələri onun xüsusi mülkiyyətinə keçdikdən sonra onun adından başqa şəxsə satılacağını, bununla bağlı Təqsirləndirilən şəxs2 onunla əlaqə saxladığı zaman dediklərini etməsini, torpaq sahələri satıldıqdan sonra ona 300 ABŞ dolları məbləğində pul “şirinlik” kimi veriləcəyini bildirmiş, Şahid3 da torpaq sahəsi ilə bağlı alqı-satqının formal proses olmasını düşünüb bununla razılaşmışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 planlaşdırdığı qaydada xx xxxxxx 2018-ci il tarixdə saat 10:00 radələrində Emin Şahid3 Həsənovla görüşüb Bakı şəhəri, 14 saylı notariat ofisinə daxil olaraq notarius X10 qəbulunda olmuş və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən ona çatdırılması təmin edilmiş hüquq verən qanunsuz hazırlanmış xx.xx.2018-ci il tarixli 683996 blank nömrəli saxta ümumi etibarnaməni, eləcə də RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli saxta çıxarışları təqdim edib, torpaq sahələrinin hər birini 30000 manata, yəni cəmi 60000 manata Şahid3 satılmasının rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin notariat ofisində Təqsirləndirilən şəxs1 təqdim etdiyi sənədlərə əsasən müvafiq sənədləşmə işləri aparıldıqdan sonra, xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Şahid3 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən, ümumi dəyəri 263856,3 manat təşkil edən və ümumi sahəsi 0,2132 ha olan torpaq sahələri Şahid3 xüsusi mülkiyyətinə keçirilməsi notarial qaydada rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 14 saylı notariat ofisində Şahid3la arasında apardıqları alqı-satqıya dair notariat ofisindən təqdim edilən bütün sənədləri Təqsirləndirilən şəxs2 ilə görüşüb ona vermiş və gələcəkdə aparacaqları alqı-satqının asanlaşmasının təmin edilməsi məqsədi ilə Şahid3 adına iki torpaq sahələrinə vahid bir ədəd çıxarış alınması barədə razılığa gələrək xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Şahid3 adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0,2132 hektar olan torpaq sahəsinə aid çıxarış əldə etmişlər. Təqsirləndirilən şəxs2 qeyd edilən torpaq sahəsini satın almaq istəyən müştəri axtarmağa başlamış və Təqsirləndirilən şəxs1la torpaq sahəsinin tez müddətdə satılmasını təmin etmək üçün alıcıya sərfəli şərtlə, yəni torpaq sahəsinin real dəyərindən aşağı 200000 manat pula alqısatqısını həyata keçirib, sonradan bir müddət digər şəxsə satılmaması şərtilə alıcının xüsusi mülkiyyətinə keçirmə yolu ilə 3 ay müddətinə girov qoyulması, torpaq sahəsinin satın alan şəxsin özünə xeyir kimi alqı-satqıdan sonra torpağa ödədiyi pulun məbləğindən dərhal 8 faiz həcmində pul götürməsi, növbəti 3 ayda isə hər ay olmaqla Təqsirləndirilən şəxs1 torpağın alqı-satqı yolu ilə girov qoyulduğu şəxsə ödədiyi pulun məbləğinin 5 faizi həcmində pul ödəməsi, 3 aydan sonra isə Təqsirləndirilən şəxs1 torpağa ödənilmiş pulu tam şəkildə qaytarıb torpağı geri alması, ala bilmədikdə isə torpağın alıcıda qalması və sonuncunun istədiyi vaxt torpağı sata bilməsi ilə bağlı razılığa gəlmişlər. Təqsirləndirilən şəxs2 özünün təklif etdiyi qeyd olunan şərtlərlə müştəri tapmaq üçün Təqsirləndirilən şəxs1la ümumi tanışları olan, Bakı şəhər sakini Şahid4 müraciət etmiş, Şahid4 da növbəti günlərdə Təqsirləndirilən şəxs1la görüşərək qeyd olunan alqı-satqıya dair onun da məlumatlı olduğunu dəqiqləşdirmiş və həmin ərəfədə Təqsirləndirilən şəxs1 xahişi ilə Şahid4 ona 5000 ABŞ dolları məbləğində borc pul vermişdir. 2018-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar məqsədlərindən məlumatı olmayan Şahid4 dostu - Bakı şəhər sakini Şahid5 zəng edərək Təqsirləndirilən şəxs2 ona bildirdiyi şərtləri izah edib Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 22 sota yaxın olan torpaq sahəsinin alqı-satqı yolu ilə girov qoyulmaq istənilməsi barədə məlumat verib, ondan həmin şərtlərlə torpaq sahəsini satın almaq istəyən şəxs axtarmasını, tapdığı təqdirdə torpağı alacaq şəxslə şərtlərə uyğun olaraq satıcının ona ödəyəcəyi 2 ayın faiz gəlirini özlərinin götürməsi barədə əvvəllcədən şərtləşməsini bildirmiş və sonradan torpaq sahəsinin yerini Təqsirləndirilən şəxs2 iştirakı ilə ona göstərmişdir. Şahid5 də dostu Şahid11 zəng edərək Şahid4 ona izah etdiyi şəkildə torpaq sahəsinin satışı barədə məlumat vermişdir. Şahid11 də xx xxxxxx 2018-ci il tarixdə Şahid5 göstərdiyi torpaq sahəsinin ərazisi ilə yerində baxıb tanış olduqdan sonra onu 200000 manata satın almağa razılaşmış və həmin tarixdə də nahar fasiləsindən sonra notariat ofisinə gedib alqı-satqını rəsmiləşdirməyi qərarlaşmışlar. Şahid5 Şahid4 zəng edərək bu barədə ona bildirdikdə, sonuncu da Təqsirləndirilən şəxs2 zəng edib bu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs2 ona alqı-satqı aparmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 51 saylı notariat ofisinə gəlmələrini bildirmiş, lakin Şahid11 Şahid5 özünün notariat ofisinə gələ bilməyəcəyini, onun yerinə qaynatası Şahid1 onunla əlaqə saxlayıb notariat ofisinə gələrək torpaq sahəsini satın alacağını bildirmişdir. Həmin tarixdə saat 14-15 radələrində Şahid1, Şahid4 və Şahid5 Bakı şəhəri, 51 saylı notariat ofisinin qarşısına gəlmiş, eyni vaxtda tanışı - Bakı şəhər sakini Şahid2 birlikdə Təqsirləndirilən şəxs2 və sonuncu tərəfindən çağırılan Şahid3 və Şahid6 da həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 ona gəlməsinə lüzum olmadığını dediyinə görə notariat ofisinə gəlməmişdir. Həmin vaxt Şahid1 torpaq sahəsini 100000 ABŞ dolları pula satın alacağını dedikdə, Şahid5 ona etiraz edərək Şahid11lə torpaq sahəsinin satışını 100000 ABŞ dollarına deyil, 200000 manat pula danışıb razılaşdığını bildirmiş, Şahid1 isə özü ilə alqı-satqı üçün 100000 ABŞ dolları pul gətirdiyini onların razılaşmalarından məlumatlı olmadığını demişdir. Şahid5 Şahid11 zəng edərək qaynatası Şahid1 əvvəlcədən razılaşmalarının əksinə torpaq sahəsini almaq üçün özü ilə 200000 manat pul deyil, 100000 ABŞ dolları pul gətirdiyini bildirib, bu halın səbəbini soruşmuş, Şahid11 də ona hazırda Şahid1 100000 ABŞ dolları pulunun olduğunu, 5-6 günə isə qalan 30000 manat pulu da ödəyəcəyini bildirmişdir. Şahid11 vədindən sonra 51 saylı notariat ofisində Şahid1la Şahid3 arasında torpaq sahəsinin 200000 manat pula alqı-satqısı rəsmiləşdirilmiş və faktiki olaraq Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən torpaq sahəsi özünün məlumatı və razılığı olmadan Şahid1 xüsusi mülkiyyətinə keçirilmişdir. 51 saylı notariat ofisində və “xxxxxxxxx” ASC-nin 7 saylı şöbəsində alqı-satqı rəsmiləşdirildikdən sonra Şahid1 həmin alqı-satqı ilə bağlı verdiyi 100000 ABŞ dolları puldan dövlət rüsumu, vergi və bank xərcləri ödənildikdən sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs2 təqdim edilmiş və Təqsirləndirilən şəxs2 torpaq sahəsinin satışından əldə olunan puldan Ehtibar Həsənovla aralarında olan razılaşmaya görə onun borcu hesabına 20000 ABŞ dolları məbləğində pulu Şahid6, 5000 ABŞ dolları məbləğində pulu Şahid4 vermiş, 60000 ABŞ dolları məbləğində pulu özünə götürmüş, qalan pulu isə alqı-satqı şərtlərinə görə alıcıya söz verilmiş faizlərin verilməsi, eləcə də Təqsirləndirilən şəxs1 torpağın satışına görə 200000 manat puldan əksik qalan 30000 manat pulun alınıb verilməsi məsələsinin həll edilməsi üçün Şahid4 vermişdir. Şahid4 qeyd olunan bölgü barədə Təqsirləndirilən şəxs1 məlumatlandıraraq əksik qalan 30000 manat pulu torpağı alan şəxsin tezliklə ödəyəcəyini vəd etdiyini bildirmiş, lakin sonrakı müddətdə Şahid11lə qaynatası Şahid1 pulun verilməsini gecikdirdikləri üçün, onlarla sonradan hesablaşacağını qərarlaşaraq Şahid4 Təqsirləndirilən şəxs1 çatacaq 30000 manat pul öz hesabına Təqsirləndirilən şəxs1 ödəmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alqı-satqı edərək tanışı Şahid3 xüsusi mülkiyyətinə keçirməklə ələ keçirib, sonradan torpaq sahələrini Şahid3 adından notarial qaydada Şahid1 sataraq Zərərçəkmiş şəxs 263856,3 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilib ittihama uyğun ifadələr verərək törətdikləri əməllərindən peşman olduqlarını bildirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin ittihamda göstərilən qanunsuz hərəkətlərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, X4, Şahid8, Şahid9, Şahid11, Şahid10, Şahid12, Şahid13, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid5 ifadələri ilə təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiq etmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, ekspertizaların rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Sənədlərin məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına xx xxxxxx 2018-ci il tarixli ƏN-İ 683996 nömrəli etibarnamənin arxa tərəfindəki möhür əksi, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0478301 və RX0352233 nömrəli çixarişlarin arxa tərəfindəki ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0478301 və RX0352233 nömrəli çıxarışlarda olan möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə lazer printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs adına xx xxxxxx 2018-ci il tarixli ƏN-İ 683996 nömrəli etibarnamənin arxa tərəfindəki möhür əksi ekspertizaya təqdim edilmiş notarius Şahid12 eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RXQ478301 və RX0352233 nömrəli çıxarışların üzərində olan möhür əksi ekspertizaya təqdim edilmiş eyni nömrəli sənədlərdəki möhür əksləri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RXQ478301 və RX0352233 nömrəli çıxarışların arxa tərəfindəki ştamp əksləri ekspertizaya təqdim edilmiş eyni nömrəli sənədin arxa tərəfindəki ştamp əksi ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0478301 və RX0352233 nömrəli çıxarışların blankları ekspertizaya təqdim edilmiş eyni nömrəli sənədlərin blankları ilə eynilik təşkil etmir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27559 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli, ƏN-İ 683996 nömrəli etibarnamənin arxa tərəfində “Notariusun imzası” qrafasında olan imza - X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli, ƏN-İ 683996 nömrəli etibarnamənin qeydiyyatdan keçdiyi 15734 nömrəli “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E-02 reystri” kitabının 4-cü vərəqəsində 736-cı sırada “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslər və ya onların nümayəndəsi, onların yaşayış yeri” qrafasındakı “Zərərçəkmiş şəxs, Bakı U.Hacıb.27m76” əlyazmaları, “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər” qrafasındakı “AZE ******* Səb. RPİ, xx.xx.2009” əlyazmaları, “Notariat hərəkətinin məzmunu” qrafasındakı “Etib. Ümumi” əlyazmaları - Şahid7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs götürülmüş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda “Bakı şəhər Ərazi İdarəsinin rəisi Ş.Şahverdiyev” qrafalarında olan imzalar – X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs götürülmüş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlarda “Qeydiyyat icraçısı E.Babayev” qrafalarında olan imzalar; Zərərçəkmiş şəxs götürülmüş RX seriyalı, ******* nömrəli çıxarışın arxa hissəsinə vurulmuş ştampın daxilində olan imza və rəqəmlər - X24 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli, ƏN-İ seriyalı 683996 nömrəli etibarnamədə “İmza” qrafasında olan imza, həmin etibarnamənin qeydiyyatdan keçdiyi 15734 nömrəli “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E-02 reystri” kitabının 4-cü vərəqəsində 736cı sırada “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza; əksi xx xxxxxx 2016-cı il tarixli ** AA ***4949 nömrəli, reyestrdə 2-3-1147 nömrələri ilə qeydiyyata alınmış, Zərərçəkmiş şəxs adından Şahid2 harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməsinə və üzərində sərəncam verməsinə dair etibarnamənin kserosurətində “Podpisğ” qrafasında olan imza; Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 götürülmüş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların arxa hissələrinə vurulmuş ştampın daxilində olan imzalar - Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli, ƏN-İ seriyalı 683996 nömrəli etibarnamədə “İmza” qrafasında olan imza və “Ələkbərova” yazısı, həmin etibarnamənin qeydiyyatdan keçdiyi 15734 nömrəli “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E-02 reystri” kitabının 4-cü vərəqəsində 736-cı sırada “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Ələkbərova” yazısı; əksləri xx xxxxxx 2016-cı il tarixli ** AA ***4949 nömrəli, reyestrdə 2-3-1147 nömrələri ilə qeydiyyata alınmış, Zərərçəkmiş şəxs adından Şahid2 harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməsinə və üzərində sərəncam verməsinə dair etibarnamənin kserosurətində “Podpis” qrafasında olan imza və “Alekperova” əlyazması - Təqsirləndirilən şəxs1, Şahid8, Şahid12, Şahid9, Təqsirləndirilən şəxs2, Şahid2, Şahid7 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 götürülmüş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlarda “Bakı şəhər Ərazi İdarəsinin rəisi Ş.Şahverdiyev” qrafalarındakı imzalar - X7 tərəfindən yox, Zərərçəkmiş şəxs tərəfindən yox, Şahid12 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 götürülmüş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda “Qeydiyyat icraçısı E.Babayev” qrafalarında olan imzalar - X24 tərəfindən yox, Zərərçəkmiş şəxs tərəfindən yox, Şahid12 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilniş, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X8 götürülmüş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların arxa hissələrinə vurulmuş ştampın daxilində olan imzalar və rəqəmlər - Təqsirləndirilən şəxs1 tərəfindən yox, Şahid8 tərəfindən yox, Şahid12 tərəfindən yox, Şahid9 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, Şahid2 tərəfindən yox, X24 tərəfindən yox, Şahid7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqat üçün təqdim edilmiş Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 götürülmüş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlarda “Bakı şəhər Ərazi İdarəsinin rəisi Ş.Şahverdiyev” qrafalarındakı imzaların və “Qeydiyyat icraçısı E.Babayev” qrafalarındakı imzaların – Təqsirləndirilən şəxs1 tərəfindən, Şahid8 tərəfindən, Şahid9 tərəfindən, Təqsirləndirilən şəxs2 tərəfindən, Şahid2 tərəfindən, Şahid7 tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 45 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a ünvanlarında yerləşən, ümumu sahəsi 0.2132 ha olan torpaq sahəsinin 31.01-xx.xx.2018-ci il tarixlərdə orta bazar qiyməti ilə dəyəri 242286,4 manat, hazırda isə orta bazar qiyməti ilə dəyəri 263856,3 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların kserosurətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,106 ha torpaq sahəsinə aid xx xxxxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 169 nömrəli reyestr kitabının 15749 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153a saylı bağ sahəsində yerləşən 0,1072 ha torpaq sahəsinə aid xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 169 nömrəli reyestr kitabının 15748 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışlar Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli **********15 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153a saylı bağ sahəsində yerləşən 0,1072 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə, habelə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,106 ha torpaq sahəsi Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş və 14 saylı notariat ofisinin xx xxxxxx 2018-ci il tarixli 4Ə-94 və 4Ə-95 reyestr nömrəli alqısatqı müqavilələrinə əsasən Şahid3 adına özgəninkiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhər Baş polis İdarəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsinə əlavə edilmiş mobil telefonda istifadə edilən “vatsap” danışıq proqramına aid ekran görüntülərindən edilmiş çıxarışlardan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə saat 17:03 və 17:07də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən “vatsap” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrinə aid RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli saxta çıxarışların fotoşəkilləri Təqsirləndirilən şəxs1 göndərilməklə həmin tarixdə saat 19:22-19:23-də “Yayma bunu” məzmunlu mesaj yazılmışdır. Bakı şəhəri 51 saylı notariat ofisindən təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, həmin müqavilə xx xxxxxx 2018-ci il tarixdə Şahid3 ilə Şahid1 arasında Şahid3 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,2132 ha torpaq sahəsini Şahid1 200000 manat pula satışına dair bağlanılmış, satışla bağlı Şahid3 1279,20 manat vergi tutulmuş və müqavilə notariat ofisində 4Ə-137 nömrəli reyestrlə qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisindən təqdim edilmiş, “xxxxxxxxx” ASC-nin Azadlıq filiallının xx xxxxxx 2018-ci il tarixli Xəzinə mədaxil orderinin kserosurətindən görünür ki, Şahid1 həmin tarixdə saat 14:07:49-da xx xxxxxx 2018-ci il tarixli, B-131 saylı məktuba əsasən notarius X12 həmin bankdakı hesabına alqı-satqı üçün 200000 (iki yüz min) manat pul mədaxil etmişdir. Bakı şəhəri 51 saylı notariat ofisindən təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,2132 ha torpaq sahəsinə aid xx xxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 782 nömrəli reyestr kitabının 74045 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış Şahid3 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 51 saylı notariat ofisindən təqdim edilmiş, həmin notariat ofisinin xüsusi notariusu X12 xxxxxxxxx” ASC-nin 7 saylı şöbəsinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli, B-131 saylı məktubunun kserosurətindən görünür ki, notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə Şahid1 200000 (iki yüz min) manat pul qəbul edilib, müqavilə təsdiq edildikdən sonra ödəniş tapşırığı əsasında satıcının yaranmış 1279,20 (min iki yüz yetmiş doqquz manat iyirmi qəpik) manat vergi öhdəliyi satış dəyərindən çıxılaraq DXA-nın hesabına köçürülməsi təmin edilsin və **********02163AZ53 saylı depozit hesabında qalan 198720,80 (yüz doxsan səkkiz min yeddi yüz iyirmi manat səksən qəpik) manat pul Şahid3 verilsin. Bakı şəhəri 51 saylı notariat ofisindən təqdim edilmiş, Şahid3 və Şahid1 tərəfindən həmin notariat ofisinin xüsusi notariusu X14 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli ərizənin kserosurətindən görünür ki, Şahid1 və Şahid3 aralarında sonuncuya məxsus Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin 200000 (iki yüz min) manata satışı ilə bağlı razılığa gəlmişlər. Bakı şəhəri 51 saylı notariat ofisindən təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli 68 nömrəli ödəniş tapşırığının kserosurətindən görünür ki, xxxxxxxxx” ASC-nin 7 saylı şöbəsində notarius X12 hesabından Bakı Vergilər Departamentinin bank hesabına 1279,20 (bir min iki yüz yetmiş doqquz manat iyirmi qəpik) manat sadələşdirilmiş vergi köçürülmüşdür. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, həmin sistemdə Bakı şəhəri 9 saylı notariat ofisində xx xxxxxx 2018-ci il tarixdə Şahid9 tərəfindən 683996 blank nömrəli və 1 aylıq etibarlılıq müddəti olan Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs1 adına ümumi etibarnamə tərtib edilməklə təsdiq edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisindən xx xxxxxxxx 2019-cu il tarixdə hərbi prokurorluğa daxil olmuş 01 ədəd DVD formatlı optik diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin diskdə olan videogörüntülər Bakı şəhəri 9 saylı notariat ofisinin müşahidə kamerasının qeyd etdiyi videogörüntülərdir. Qeyd olunan videogörüntülərə baxış zamanı müəyyən edildi ki, həmin video görüntülər xx xxxxxx 2018-ci il tarixdə saat 10:00-da başlayır, 60 dəqiqə davam etməklə saat 11:00-da bitir. xx xxxxxx 2018-ci il tarixdə saat 10:49:35də 9 saylı notariat ofisinin əsas giriş qapısından üzü qara rəngli şərfə bənzər parça ilə örtülü, nisbətən dolu bədən quruluşlu şəxsiyyəti istintaqa məlum olmayan qadın ofisə daxil olaraq Şahid8 əyləşdiyi masaya yaxınlaşır. Saat 10:51:14-də Şahid7 əlində bir ədəd kitabla Şahid8 əyləşdiyi masaya yaxınlaşır və həmin kitabı masanın qarşısında dayanan qadının qarşısına qoyur. Saat 10:51:47-də Şahid7 qadının qarşısına qoyduğu kitabı ondan alaraq həmin yerdən ayrılır. Saat 10:56:56-da şəxsiyyəti istintaqa məlum olmayan qadın Şahid8 əyləşdiyi masanın yanından ayrılaraq 9 saylı notariat ofisinin əsas giriş qapısından çölə çıxır. Saat 10:57:40-da Şahid7 Şahid8 əyləşdiyi masaya yaxınlaşaraq onunla bir qədər danışıq aparıb oradan bir ədəd blank götürərək masanın qarşı istiqamətinə 9 saylı notariat ofisinin xüsusi notariusu Şahid12 xidməti otağına doğru gedir. Saat 10:58:56-da Şahid7 getdiyi istiqamətdən qayıdıb Şahid8 əyləşdiyi masaya yaxınlaşaraq onunla bir qədər danışıq aparıb cibindən pula bənzər kağız parçası çıxararaq saat 10:59:18-də 9 saylı notariat ofisinin əsas giriş qapısından solda yerləşən dövlət rüsumlarının ödəniş aparatına yaxınlaşır. Saat 10:59:44-də Şahid8 da Şahid7 yanına yaxınlaşıb ona aparatda ödəniş aparılması ilə bağlı izah verərək bir qədər sonra onun yanında ayrılır və saat 11:00-da videogörüntü bitir. Bakı şəhəri 9 saylı notariat ofisində kargüzar vəzifəsində işləyən X15 götürülmüş həmin ofisdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə işlənilmiş 15734 nömrəli “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reystri” kitabına keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, kitabın 4-cü səhifəsində xx.xx.2018-ci il tarixdə 736 saylı notariat hərəkəti nömrəsinin qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslər və ya onların nümayəndəsi, onların yaşayış yeri” qrafasının altında “Zərərçəkmiş şəxs, Bakı U.Hacıbeyov 27 m76”, “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər” qrafasının altında “AZE ******* Səb. RPİ, xx.xx.2009”, “Notariat hərəkətinin məzmunu” qrafasının altında “Etib. Ümumi” söz və rəqəmlər yazılmış, “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasının altında isə imza çəkilməklə kiril əlifbası ilə “Ələkbərova” sözü yazılmışdır. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, həmin müqavilə xx xxxxxx 2018-ci il tarixdə ümumi etibarnamə əsasında Təqsirləndirilən şəxs1 ilə Şahid3 arasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,106 ha torpaq sahəsinin Şahid3 30000 manat pula satışına dair bağlanılmış, satışla bağlı Təqsirləndirilən şəxs1 636 manat vergi tutulmuş və müqavilə notariat ofisində 4Ə-94 nömrəli reyestrlə qeydiyyata alınmışdır. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, Zərərçəkmiş şəxs əvəzinə ümumi etibarnamə əsasında Təqsirləndirilən şəxs1 və Şahid3 tərəfindən həmin notariat ofisinin xüsusi notariusu X16 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli ərizənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid3 aralarında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,106 ha torpaq sahəsinin 30000 (otuz min) manata satışı ilə bağlı razılığa gəlmişlər. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının kserosurətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli 4Ə/94 nömrəli alqı-satqı müqaviləsinə əsasən xxxxxxxxx” ASC-nin 5 saylı şöbəsində notarius X10 hesabından Milli Gəlir Departamentinin bank hesabına 636 (altı yüz otuz altı) manat vergi köçürülmüşdür. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018ci il tarixli Xəzinə mədaxil orderinin kserosurətindən görünür ki, Şahid3 həmin tarixdə saat 12:05:27-də 147 saylı məktuba əsasən notarius X10 oğlunun həmin bankdakı hesabına alqı-satqı üçün 23400 (iyirmi üç min dörd yüz) manat pul mədaxil etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018ci il tarixli Xəzinə mədaxil orderinin kserosurətindən görünür ki, Şahid3 həmin tarixdə saat 17:38:20-də 144 saylı məktuba əsasən notarius X10 oğlunun həmin bankdakı hesabına alqı-satqı üçün 6600 (altı min altı yüz) manat pul mədaxil etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, həmin müqavilə xx xxxxxx 2018-ci il tarixdə ümumi etibarnamə əsasında Təqsirləndirilən şəxs1 ilə Şahid3 arasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153a saylı bağ sahəsində yerləşən 0,1072 ha torpaq sahəsinin Şahid3 30000 manat pula satışına dair bağlanılmış, satışla bağlı Təqsirləndirilən şəxs1 643,20 manat vergi tutulmuş və müqavilə notariat ofisində 4Ə-95 nömrəli reyestrlə qeydiyyata alınmışdır. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının kserosurətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli 4Ə/95 nömrəli alqı-satqı müqaviləsinə əsasən xxxxxxxxx” ASC-nin 5 saylı şöbəsində notarius X10 hesabından Milli Gəlir Departamentinin bank hesabına 644 (altı yüz qırx dörd) manat vergi köçürülmüşdür. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, Zərərçəkmiş şəxs əvəzinə ümumi etibarnamə əsasında Təqsirləndirilən şəxs1 və Şahid3 tərəfindən həmin notariat ofisinin xüsusi notariusu X16 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli ərizənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid3 aralarında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153a saylı bağ sahəsində yerləşən 0,1072 ha torpaq sahəsinin 30000 (otuz min) manata satışı ilə bağlı razılığa gəlmişlər. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018ci il tarixli Xəzinə mədaxil orderinin kserosurətindən görünür ki, Şahid3 həmin tarixdə saat 12:05:05-də 149 saylı məktuba əsasən notarius X10 oğlunun həmin bankdakı hesabına alqı-satqı üçün 23400 (iyirmi üç min dörd yüz) manat pul mədaxil etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim edilmiş, “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018ci il tarixli Xəzinə mədaxil orderinin kserosurətindən görünür ki, Şahid3 həmin tarixdə saat 17:39:04-də 145 saylı məktuba əsasən notarius X10 oğlunun həmin bankdakı hesabına alqı-satqı üçün 6600 (altı min altı yüz) manat pul mədaxil etmişdir. “Azerfon” mobil operatorundan daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli AZF/LGL-23054/19 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Call_Details_**********2033__706260000” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə X18 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxxx 2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mütəmadi danışıqlar olmuşdur. “Azercell” mobil operatorundan daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli 26031 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “502005335sms” adlandırılmış “txt” formatlı fayla baxış zamanı Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 10:06:58-də “ishdayam yanimda adam var. daniwmisham saat 10.30 da gedacaklar. baxib pramoy galacaklar natariusa”, xx.xx.2018-ci il tarixdə saat 11:02:44-də “roya mashindayig bir yerda. maskivskida gedirik torpaga baxmaga. kimasa yana gorsadir. ordan cixan kimi galirik natariusa”, həmin tarixdə saat 11:03:09da “esas pul hazirdi” və saat 11:03:23-də “baxsin vse” məzmunlarda sms mətnləri göndərilmişdir. “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli, 361923 nömrəli çekinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə alqı-satqıya dair həmin bankın kassasından 5956 (beş min doqquz yüz əlli altı) manat pul almışdır. “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli, 361925 nömrəli çekinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə alqı-satqıya dair həmin bankın kassasından 5964 (beş min doqquz yüz altmış dörd) manat pul almışdır. “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli 361776 nömrəli çekinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə alqı-satqıya dair həmin bankın kassasından 23400 (iyirmi üç min dörd yüz) manat pul almışdır. “xxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli 361924 nömrəli çekinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə alqı-satqıya dair həmin bankın kassasından 23400 (iyirmi üç min dörd yüz) manat pul almışdır. “Bakcell” mobil operatorundan daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli BKC/LGL-20757 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “553171042 sms in” və “553171042 sms out” adlandırılmış “pdf” formatlı fayllara baxış zamanı Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında göstərilən tarixlərdə və məzmunlarda sms yazışmalarının olması müəyyən edilmişdir: xx.xx.2018ci il saat 17:29:48-də **********99 **********42 “Bti-den cixanda mene zeng ele gorum ne var ne yox”, xx.xx.2018-ci il saat17:41:31-də **********42 **********99 “Qaldı sabaxa vermediler”, xx.xx.2018-ci il saat 17:42:37-də **********99 **********42 “Ele vaxti sabahdirda Roya deli oldu ?”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli **********19 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 0,1072 hektar torpaq sahəsi olan 1153a saylı bağ sahəsi xx.xx.2014-cü il tarixli 2“V”-1-05 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zərərçəkmiş şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 15748 nömrəli vərəqində qeydiyyata alınmış və xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 0,106 hektar torpaq sahəsi olan 1153 saylı bağ sahəsi 38 saylı notariat kontorunda qeydə alınmış xx.xx.2014-cü il tarixli 4Ə-272 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 15748 nömrəli vərəqində qeydiyyata alınmış və xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş «Giriş-Çıxış və Qeydiyyat» X1 Axtarış Sistemindən əldə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövlət sərhədindən hərəkətlərinə dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə X5 Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2018-ci il tarixdə isə ölkə sərhədindən çıxaraq X13 getmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, **********46 nömrəli məktubdan görünür ki, Şahid3 xx xxxxxx 2018-ci il tarixdə xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək dövlət reyestrdən çıxarış almaq üçün 14 saylı notariat kontoru tərəfindən bağlanmış xx xxxxxx 2018-ci il tarixli, ******* və ******* saylı alqı-satqı müqavilələri, xx xxxxxx 2018-ci il tarixli 150 və 148 nömrəli müqavilə şərtlərinin tam icra olunması haqqında öhdəlik barədə məktublar və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. xx xxxxxx 2018-ci il tarixdə Şahid3 ********** qeydiyyat nömrəli, RX ******* seriyalı dövlət reyestrindən çıxarışını, 226751 saylı texniki pasportunu və qiymətləndirmə arayışını 201 nömrəli kitabın 48-ci səhifəsində imzasını qeyd edərək götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0.2132 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 782 nömrəli reyestr kitabının 74045 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış Şahid1 adına rəsmiləşdirilmişdir. “Azercell” mobil operatorundan daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli 26031 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD formatlı optik diskə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə aid “504443094” və “504443094sms” adlandırılmış “txt” formatlı fayllara əlavə baxış zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə saat 12:14:44-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X18 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 289 saniyə danışıq olmuş, ardınca saat 12:20:11-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 24 saniyə müddətində danışıq olmuş, bu danışığın ardınca saat 12:23:12-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəyə “X17 gizi, 06.fevral.1950-il” məzmunlu sms mətni göndərilmişdir. Bundan sonra həmin tarixdə saat 13:01:05-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 21 saniyə müddətində danışıq olmuş, ardınca saat 13:01:43-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Vasif Hacıyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 13 saniyə, saat 14:21:07-də 179 saniyə müddətində danışıqlar olmuşdur. xx xxxxxx 2018-ci il tarixli, 683996 blank nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində 1 aylıq etibarlılıq müddəti olmaqla tərtib edilməklə saat 10:47-də çap edilmiş, etibarnamədə etibar edən şəxs kimi Zərərçəkmiş şəxs adı, etibar edilən şəxs kimi Təqsirləndirilən şəxs1 adı qeyd olunmuş, etibarnamənin ön hissəsi etibar edən şəxs qrafasında kiril əlifbası ilə “Ələkbərova” soyadı yazmaqla imzalanmış, etibarnamənin arxa hissəsi isə 9 saylı notariat ofisinin xüsusi notariusu Şahid12 tərəfindən imzalanmaqla möhürlənmişdir. “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsindəki torpaq sahəsi Bilgəh-Pirşağı şosesindən “Azərbaycan qadını – 528-540” küçəsinə doğru 1 km məsafədə və həmin küçədə olan əsas yoldan 300 metr aralıda yerləşir. Torpaq sahəsi 4 tərəfdən mişar daşları ilə hasarlanmış vəziyyətdə olub giriş hissəsində yerdən hündürlüyü 2,90 metr, eni isə 3,75 metr olan dəmir materialdan həyət qapısı (darvaza) vardır. Həmin həyət qapısının giriş hissəsinin yerdən hündürlüyü 1,90 metr, eni isə 85 sm-dir. Qarşıda durduqda həyət qapısının sol, eləcə də sağ tərəfindəki hasarlarının hər birinin yerdən hündürlüyü 2,10 metrdir. Qarşıda durduqda həyət qapısının sol istiqamətində yerləşən hasarın ümumi uzunluğu təxminən 38 metr, yerdən hündürlüyü isə 1,48 metrdir. Qarşıda durduqda həyət qapısının sol istiqamətdə hasardan yerdən 1,80 metr hündürlükdə üzərində “536” rəqəmləri yazılmış dairəvi dəmir lövhə asılmışdır. Torpaq sahəsinin yer qatı otlarla örtülü olmaqla bəzi hissələrində qurumuş kol və ağaclar vardır. Torpaq sahəsinin ərazisində hər hansı tikili olmasa da, ərazidə bir neçə ədəd beton piltələr vardır. Daxildən giriş qapısından sağ tərəfdəki hasara olan məsafə 7,30 metrdir. Həmin hasarın ümumi uzunluğu 47,45 metr, yerdən hündürlüyü isə 2,60 metrdir. Daxildən giriş qapısından sol tərəfdəki hasarın ümumi uzunluğu 47,50 metr, yerdən hündürlüyü isə 2,60 metrdir. Daxildən giriş qapısının qarşı hissəsindəki hasarın ümumi uzunluğu 45 metr, yerdən hündürlüyü isə 2,60 metrdir. Fövqəladə Hallar Nazirliyinin xx xxxx 2012-ci il tarixli, 792\ş nömrəli əmrinə əsasən ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs1 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirinin xx xxxxxxxx 2019-cu il tarixli, 1254\ş nömrəli əmrinə əsasən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbə rəisinin köməkçisi baş leytenant Təqsirləndirilən şəxs1xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs1 mənfi xarakterizə edilir. Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 ay, yəni xx xxxxxxxx 2019-cu il tarixədək uzadılmış, xx xxxxxxxx 2019-cu il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 ay, yəni xx xxxxxx 2019-cu il tarixədək uzadılmış, xx xxxxxx 2019-cu il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 ay, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxxxx 2020-ci tarixdə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik və İnformasiya idarəsindən alınmış arayışdan, həmçinin müvafiq hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə əmlakı müsadirə edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmələri onların özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-ekspertizalarının rəyləri və cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə tövsif olunmalı və onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən hər bir təqsirləndirilən şəxsin törətdikləri cinayət əməllərini səmimi etiraf edib peşman olmaları, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 «uşaqlığın düyünlü fibromioması» xəstəliyindən əziyyət çəkməsi həmin təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallardır. CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi onun cəzasını ağırlaşdıran haldır. CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətlərin residivi və CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi onun cəzasını ağırlaşdıran hallardır. Təyin ediləcək cəza ilə bağlı məhkəmə şərh verməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər 2018-ci ilin yanvar ayının ortalarında CM-nin 320.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməli törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onların barəsində CM-nin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqı yekunlaşdıqdan sonra dövlət ittihamçısı çıxışında CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinin həyata keçirilməsinə imkan verən müddətin keçməsi ilə əlaqədar təqsirləndirilən şəxslərin barəsində həmin maddə ilə olan cinayət təqibinə xitam verilməsini məhkəməyə təklif etmişdir. CM-nin 75-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz (təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayət məhz böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir). Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin 41.3-cü maddəsi). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3-cü maddəsi). Məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir (CPM-nin 7.0.23, 84.6-cı maddələri). Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» xx xxxxxx 2008-ci il tarixli qərarında əks olunmuş müddəalara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət qanunvericiliyinin müddəalarına görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır (CM-nin 18.2.2-ci maddəsi). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (CM-nin 83.4-cü maddəsi). Belə olan halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CMnin 178.3.2-ci maddəsi ilə (ağır cinayət) 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, 2018-ci ilin əvvəlində yenidən ağır cinayət törətmiş Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və jna cəza təyin olunarkən CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onunt örədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosia lədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına aəsaslanaraq məhkəmə, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, barələrində cəzanı çəkmədən islah olunmalarını mümkün sayaraq, CM-nin 70-ci maddəsini (müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər) tətbiq edib sınaq müddəti verməklə şərti məhkum etmənin təyinini və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs”, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirlərinin “başqa yerə getməmək haqqında ltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışları üzərində nəzarət daimi yaşadıqları yer üzrə - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, davranışlarına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan 15734 nömrəli “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reystri” kitabı, xx.xx.2018-ci il tarixli 683996 №-li etibarnamənin əsli, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 götürülmüş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə ekspertiza xərci olan 193 (bir yüz doxsan üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 96 (doxsan altı) manat 50 (əlli) qəpik pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, təqdim etdiyi hesabata əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna istintaq zamanı 11 (on bir) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilməlidir. Məhkəmə kollegiyası Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 5-1-(093)- 179/2019 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0,2132 hektar olan torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməməsi ilə bağlı da qısa şərh verməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153a saylı bağ sahəsində yerləşən 0,1072 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə, habelə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153 saylı bağ sahəsində yerləşən 0,106 ha torpaq sahəsi Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş və 14 saylı notariat ofisinin xx xxxxxx 2018-ci il tarixli 4Ə-94 və 4Ə-95 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən əvvəlcə Şahid3 adına özgəninkiləşdirilmiş, həmin torpaq sahələrinə dair xx xxxxxx 2018-ci il tarixdə Şahid3 ********** qeydiyyat nömrəli, RX ******* seriyalı dövlət reyestrindən çıxarış verilmiş, alqı-satqı müqavilələrinin bağlanmasından 9 gün, çıxarışın alınmasından isə cəmi 2 gün sonra Bakı şəhəri 51 saylı notariat ofisində xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Şahid3 tərəfindən Şahid1 satılmışdır. Hər iki alqı-satqı saxta sənədlər əsasında aparıldığından, alqı-satqı müqavilələri formal xarakterli olduğundan, hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1, Şahid1 və qeyrilərinə qarşı “Alqı-satqı müqaviləsinin etıbarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğvinə dair” mülki işə baxıldığından məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,2132 hektar olan torpaq sahəsinin üzərinə Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 5-1-(093)-179/2019 nömrəli qərarı ilə qoyulmuş həbs, qeyd edilən daşınmaz əmlakla bağlı mülki mübahisəyə dair iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəsini alanadək, saxlanılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə və CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respkublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunsun və barəsində 1 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmənin iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulsun. Sınaq müddətində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respkublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunsun və barəsində 1 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulsun. Sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınan 15734 nömrəli “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reystri” kitabı, xx.xx.2018-ci il tarixli 683996 №-li etibarnamənin əsli, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 götürülmüş RX seriyalı, ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,2132 hektar olan torpaq sahəsinin üzərinə Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 5-1-(093)-179/2019 nömrəli qərarı ilə qoyulmuş həbs, qeyd edilən daşınmaz əmlakla bağlı mülki mübahisəyə dair iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəsini alanadək, saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 193 (bir yüz doxsan üç) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 96 (doxsan altı) manat 50 (əlli) qəpik, tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna 11 (on bir) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: Həbib Həsənov (sədrlik edən), Camal Ramazanov, Elbəy Allahverdiyev.
Məhkəmə qərarları › İş №1-1(093)-53/2020
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-53/2020
29.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver