Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-53/2023 28.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dliyyə mayor Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində daimi qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, N-ci ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X4 Gözətçi Gəmisinin (G 1N6) elektromexanika döyüş hissəsinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zabit qismində hərbi xidmətdə olan zaman üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin X3 Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N noyabr NN-ci il tarixdə saat 07:30 radələrində faktiki yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, N-ci ünvan 1 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N dekabr NN-ci il tarixdə saat 09:00-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs N3 iyun N014-cü il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş və xidmət keçmək üçün Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Hazırda həmin hərbi hissənin X3 Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətini davam etdirir. Xidmət müddətində bütün təminatlarla təmin edilmiş, hərbi qulluq keçməklə bağlı heç bir problemi olmamışdır. O, şəxsi problemlərinin olması səbəbindən N noyabr NN-ci il tarixdə saat 07:30-da xidmət yerinə gəlməmişdir. O, şəxsi problemlərinin çoxunun borcları ilə bağlı olduğunu qeyd edərək borc aldığı şəxslərin borclarını istədiklərindən o, məcbur qalıb pul axtarmışdır. İşdə olan zaman bu mümkün olmadığından ona sərbəstçilik və asudə vaxt lazım olmuşdur. NN-ci ilin dekabr ayının əvvəllərində o, şəxsi problemlərinin bir çoxunu həll etmişdir. O, xidmət yerinə qayıtmaq qərarına gəlmişdir. N dekabr NN-ci il saat 09:00-da xidmət yerinə geri qayıtmışdır. O, xidmət yerinə geri qayıtdıqdan sonra Gözətçi Gəmisinin komandiri, 3-cü dərəcəli kapitan (mayor) Şahid1 onunla fərdi qaydada söhbət edərək xidmət yerinə gəlməməsinin səbəblərini soruşduqda o, xidmət yerinə gəlməməsinin səbəblərini şəxsi problemləri ilə əlaqələndirmişdir. Şahid1 ona barəsində cinayət işinin başlanacağını demiş və faktla bağlı raport yazmışdır. O, xidmət yerinə çıxmadığı zaman bu barədə heç kimə məlumat vermədiyini, yuxarı komandanlıqdan icazə almadığını, xidmət yerinə qayıtmamasının cinayət olduğunu başa düşdüyündən buna görə də, könüllü olaraq xidmət yerinə geri qayıtdığını, etdiyi hərəkətin səhv olduğunu və törətdiyi əməllərdən peşman olduğunu bildirmiş, hazırda əməllərindən peşmandır. Şahid1 məhkəməyə ifadə verərək göstərdi ki, baş leytenant Təqsirləndirilən şəxs N noyabr NN-ci il tarixdə saat 07:30-da xidmət yerinə çıxmamışdır. O, dərhal Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin telefonu açmamışdır. O, həmçinin digər hərbi qulluqçulara da baş leytenant Təqsirləndirilən şəxs harada olmasını və yerini müəyyənləşdirmələrini tapşırmışdır. Daha sonralar isə o, Təqsirləndirilən şəxs zəng edərək sonuncuya xidmət yerinə çıxmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs tezliklə xidmət yerinə gələcəyini ona demişdir. Təqsirləndirilən şəxs N dekabr NN-ci il tarixdə saat 09:00-da xidməti yerinə geri qayıtmışdır. Onun tərəfindən bu barədə raport yazılmışdır. O, Təqsirləndirilən şəxsla xidmət yerinə gəlməməsi ilə bağlı fərdi qaydada söhbətlər apararaq barəsində cinayət işinin açılacağını nəzərinə çatdırmışdır. O, Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsini şəxsi problemlərinin olması ilə əlaqələndirdiyini, lakin bununla bağlı yazılı şəkildə komandir heyətinə müraciət etmədiyini, Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi xidmət yerinə gəlməmələri ilə bağlı ondan və yuxarı komandanlıqdan heç bir icazə almadığını bildirmişdir. ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, X4 Gözətçi Gəmisinin (G 1N6) elektromexanika döyüş hissəsinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs N noyabr NN-ci il saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N dekabr NN-ci il saat 09:00-da xidmət yerinə gəlmişdir. Təqsirləndirilən şəxs göstərilən tarixlərdə xidmət yerinə gəlməməsi ilə bağlı raport yazılaraq əmrə salınmışdır. O, Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsini şəxsi problemlərinin olması ilə əlaqələndirdiyini, lakin sonuncunun bununla bağlı yazılı şəkildə komandir heyətinə müraciət etmədiyini, Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi xidmət yerinə gəlməməsi ilə bağlı ondan və yuxarı komandanlıqdan heç bir icazə almadığını bildirmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 anoloji məzmunlu ifadələr verərək şahidlər Şahid1 və ŞahidN göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 138 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, baş leytenant X6 Hərbi Dəniz Qüvvələri komandanın 07 may N-ci il tarixli 04 nömrəli əmri ilə N nömrəli hərbi hissənin X3 Gözətçi Gəmisinin (G1N9) elektromexanika döyüş hissəsinin elektriklər qrupunun komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli 186 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, baş leytenant X1 Gəmiləri Divizionunun Gözətçi Gəmisinin (G1N9) elektromexanika döyüş hissəsinin elektriklər qrupunun komandiri vəzifəsindən azad edilərək X3 Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin X3 komandirinə ünvanlanmış N noyabr NN-ci il tarixli raportdan aydın olur ki, X3 Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri, baş leytenant Təqsirləndirilən şəxs xx.xx.NN-ci il tarixində xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli 3N4 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri baş leytenant Təqsirləndirilən şəxs N noyabr NN-ci il tarixdə xidmət yerinə çıxmadığı üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissənin X3 komandirinə ünvanlanmış N dekabr NN-ci il tarixli raportdan aydın olur ki, X3 Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri, baş leytenant Təqsirləndirilən şəxs xx.xx.NN-ci il tarixində saat 09:00-da xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 349 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri baş leytenant Təqsirləndirilən şəxs N dekabr NN-ci il tarixdə saat 09:00-da xidmət yerinə qayıtdığı üçün şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN fevral N3-cü il tarixli 5N nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, X3 Gözətçi Gəmisinin (G1N6) elektromexanika döyüş hissəsinin komandiri, baş leytenant Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə N3-cü ilin hesabından 7 (yeddi) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 01 mart N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq hərbi qeydiyyata durmağı üçün SHXÇDX-nin Xətai rayon idarəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş N6 oktyabr NN-ci il tarixli, 1N707 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən ailəli olmaqla himayələrində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkərək günahlarını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Təqsirləndirilən şəxs kontrakt (bağlaşma) əsasında hərbi xidmətdə olmadığından, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının barəsində təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq alternativ olaraq törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının onun barəsində tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün saymır. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alaraq hesab edir ki, cəzanın təyin edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarına əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 6N.N-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsinin tətbiq edilməsini və onun barəsində daha yüngül cəza növü ictimai işlər cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla 350 (üç yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökm icra olunması Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili XN etdiyi 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-53/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-53/2023
28.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver