Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-54/2023 24.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi- “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlidir, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayon, X23 küşəsi, ev 28, mənzil 38 ünvanda qeydiyyatda olan, faktiki isə ünvan 2 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. İmanov X12 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən 07 noyabr 2022-ci il tarixdə saat 13 radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus “Mercedes Benz E 200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ələt- Astara-İran sərhəddi avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 3,8-ci kilometrliyində Astara rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, idarəetməni itirməsi nəticəsində avtomobil əvvəlcə yolun sol kənarında, daha sonra isə sağ kənarında yerləşən dəmir çəpərə çırpılıb, sağ tərəfdə yerləşən dərəyə aşaraq yanmağa başlamış və qəza nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər, avtomobilin ön sağ oturacağında əyləşmiş, 1948-ci il təvəllüdlü X9 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə və öldükdən sonra ümumi bədən səthinin yanaraq kömürləşməsinə, avtomobilin arxa sağ oturacağında əyləşmiş, 1987-ci il təvəllülü Zərərçəkmiş şəxs isə dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «Baş beynin silkələnməsi, üzün sağ yarısının əzilmiş, sıyrılmış yarası, sağ gözün subkonyuktival qansızması və sağ əng cibinin arxa divarının sınığı ilə müşayiət olunan qapalı kəllə beyin travması, ikinci bel fəqərə cisminin fəsadlaşmamış stabil kompression sınığı, sağ dirsək nahiyəsinin qançırı və xarici cinsiyyət üzvlərinin hematoması» bədən xəsarətlərini almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Motoatıcı” ixtisası üzrə təhsil almışdır. 2006-cı ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Sonrakı vaxtlarda ayrı-ayrı hərbi hissələrdə müxtəlif vəzifələrdə qulluq etdikdən sonra 2021-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun komandiri vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə, mayor hərbi rütbəsində qulluğunu davam etdirir. 2021-ci ilin avqust ayında xidmətdə olmasının iyirmi ili tamam olduğu üçün o, 2022-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəllərində hərbi xidmətdən tərxis olunmaq istəməsi ilə bağlı yuxarı komandanlığıa müraciət etmiş və bundan sonra hərbi xidmətdən tərxis olunması ilə əlaqədar hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi üçün Mərkəzi Hərbi-Həkim Komissiyasına getməsi barədə ona göndəriş verilmişdir. O, göndərişi aldıqdan sonra 06 noyabr 2022-ci il tarixdə xidmət etdiyi N saylı hərbi hissəyə Bakı şəhərinə gəlmiş və səhəri gün, 07 noyabr 2022-ci il tarixdə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına getmişdir. Qeyri-iş gününün olması ilə əlaqədar o, həmin gün hərbi həkim komissiyasından keçə bilməmiş və bir neçə gün sonra qohumlarının olduğu Salyan rayonunda rəhmətə getmiş qardaşı X7 il mərasiminin keçirilməsi nəzərdə tutulduğu üçün arvadı Zərərçəkmiş şəxs zəng edərək, hazırlaşmalarını, Salyan rayonuna gedəcəklərini demişdir. X4 da, onların evində olmuş və ailə üzvləri onun idarə etdiyi, özünə məxsus “Mercedes Benz E 200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə oturduqdan sonra onlar Bakı şəhərindən çıxaraq Salyan rayonuna getmişlər. Avtomobili özü idarə etmiş, atası Fəxrəddin İmanov ön sağ oturacaqda, arvadı Zərərçəkmiş şəxs isə azyaşlı övladları Yaqut və Həsən İmanlı ilə birlikdə arxa oturacaqda əyləşmişdir. Onlar yaşadıqları evin qarşısından ayrıldıqdan sonra qardaşının il mərasimi ilə əlaqədar gül almalarından ötrü əvvəlcə Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə getmiş və oradan gül aldıqdan sonra Ələt-Astara avtomobil yolu ilə Salyan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Həmin gün keçdirdiyi avtomobil qəzası nəticəsində kəlləbeyin travması alması, eyni zamanda hadisənin şokunda olması səbəbindən o, daha sonra nə baş verdiyini xatırlamamışdır. 01 dekabr 2022-ci il tarixdə ayılanda Müdafiə Nazirliyinin Baş X3 bölməsində palatada olduğunu bilmişdir. O, ayılan zaman özü ilə yanaşı arvadı Zərərçəkmiş şəxs da, xəsarət aldığını, hər ikisinin hospitalda olduqlarını bilmiş və nə baş verdiyini soruşduqda arvadı Təqsirləndirilən şəxs avtomobil qəzası keçirdiklərini demişdir. Arvadı Təqsirləndirilən şəxs harada, hansı şəraitdə avtomobil qəzası keçirdiklərini deməmiş və o, qəza haqqında heç nə xatırlamamışdır. Onlar müalicələrinin başa çatması ilə əlaqədar 09 dekabr 2022-ci il tarixdə hospitaldan çıxıb yaşadıqları ünvan 3 ünvanında yerləşən evə gəldikdən sonra qohumları ona Salyan rayonuna gedən zaman Ələt qəsəbəsi ərazisində avtomobil qəzası keçirdiyini demilər. Söhbət zamanı atası Fəxrəddin İmanovun həmin gün öldüyünü bilmişdir. O, atasının nə üçün öldüyünü soruşduqda qohumları atası Fəxrəddin İmanovun hadisə zamanı avtomobildə olmasını gizlətmiş və ona yalandan qəzadan sonra atası Fəxrəddin İmanovun hadisə yerinə gedən zaman infarkt keçirdiyini demişlər. Bir neçə gün sonra, 14 dekabr 2022-ci il tarixdə o, atası Fəxrəddin İmanovun yas mərasimi ilə əlaqədar Salyan rayonuna gedən zaman arvadı Zərərçəkmiş şəxs və anası Yaqut İmanova ona həqiqətləri, yəni qəzadan əvvəl atası Fəxrəddin İmanovun da, avtomobildə olduğunu, atasının qəza zamanı aldığı xəsarətlərdən öldüyünü demiş və daha sonra baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını bilmişdir. Hazırda atasının faciəvi şəkildə ölməsi, həyat yoldaşınin xəsarət alması ona mənəvi çox pis təsir etdiyini və əzab çəkdiyini, 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunduğunu bildirərək məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, əri Təqsirləndirilən şəxs hərbi xidmətdən tərxis olunması ilə əlaqədar hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsindən ötrü 06 noyabr 2022-ci il tarixdə xidmət yerindən Bakı şəhərinə gəlmiş və səhəri gün, 07 noyabr 2022-ci il tarixdə hospitala getsə də, qeyri-iş günü olduğu üçün həkim komissiyasından keçə bilməmişdir. X1 da, onların evində olmuş və bir neçə gün sonra qohumlarının yaşadığı Salyan rayonunda rəhmətə getmiş qaynı Həsrət İmanovun il mərasimin keçirilməsi nəzrədə tutulduğu üçün əri Səidİmanov telefon vasitəsilə əlaqə saxlayaraq Salyan rayonuna getmələri üçün hazırlaşmalarını bildirmişdir. Əri Təqsirləndirilən şəxs evə gəldikdən sonra onlar ərinə məxsus Mercedes Benz markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və qayınatası Fəxrəddin İmanov ön sağ oturacaqda, o, isə azyaşlı övladları Yaqut və Həsən İmanlı ilə birlikdə arxa oturacaqda oturmuşdur. Onlar əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yaşadıqları evin qarşısından ayrıldıqdan sonra əvvəlcə yas mərasimi ilə əlaqədar gül almalarından ötrü Qaradağ rayonu ərazisində yerləşən “Sədərk” Ticarət Mərkəzinə getmiş və oradan gül aldıqdan sonra Bakı-Astara avtomobil yolu ilə Salyan rayonu istiqamətində hərəkət etmişlər. Onlar Bakı şəhərindən çıxdıqdan bir qədər sonra o, avtomobildə yatmış və özünə gələndə bilmədiyi bir yerdə avtomobil qəzasına düşdüklərini, avtomobilin əsas yoldan çıxaraq yolun kənarındakı dərəyə düşdüyünü, özünün isə avtomobilin yaxınlığında yerə uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, avtomobilin arxa və sağ yan tərəfinin əzildiyini, avtomobilin arxa şüşəsinin tamamilə sındığını görmüş və hansı şəraitdə, necə qəzaya düşmələrini xatırlamasa da, qəza zamanı özünün avtomobilin arxa şüşəsindən yerə düşdüyünü bilmişdir. O, ayağa qalxan zaman əvvəlcə hiss etməsə də, daha sonra bütün bədənində, əsasən da başında və belində güclü ağrılar yaranmağa başlamışdır. O, avtomobilə yaxınlaşan zaman hər iki uşağının avtomobilin arxa oturacağında oyaq vəziyyətdə olduqlarını, onların heç bir xəsarət almadıqlarını görmüşdür. O, qayınatası Fəxrəddin İmanovun ön sağ oturacaqla arxa oturacağın arasında hərəkətsiz vəziyyətdə qaldığını, əri Təqsirləndirilən şəxs isə kəməri bağlı olduğu üçün oturduğu yerdə qalaraq başının ön tərəfdə yerləşən hər iki oturacağın arasına sıxışdığını görmüşdür. Əri Təqsirləndirilən şəxs hərəkət etməsə də, ondan xırıltılı səs gəldiyini eşitmişdir. O, çətinliklə avtomobilin sağ tərəfinə keçib arxa və ön qapını açmağa çalışsa da, həmin hissədə əzilmələr olduğu üçün qapılar açılmamış və bundan sonra o, avtomobilin sol yan tərəfinə gəlmişdir. O, sol tərəfdə yerləşən arxa qapını özünə tərəf çəkdikdə qapı açılmış və uşaqları avtomobildən düşdükdən sonra o, səsləsə də, qayınatası Fəxrəddin İmanov cavab verməmişdir. Avtomobil qəzaya düşdükdən sonra ön tərəfində tüstüləmə olduğu üçün bir qədər sonra avtomobildə yanğın başlamış və o, çalışsa da, əri Təqsirləndirilən şəxsla qayınatası Fəxrəddin İmanovu avtomobildən çıxara bilməmişdir. Azyaşlı oğlu Həsən İmanlı kömək çağırması üçün yaxınlıqdan keçən avtomobil yoluna getmiş və həmin vaxt oradan keçən, kim olduğunu bilmədiyi bir polis işçisi avtomobilini saxlayıb qəzaya düşdüklərini gördükdən sonra yanlarına gələrək kömək etməyə başlamışdır. Polis işçisi əri Təqsirləndirilən şəxs avtomobildən çıxardıqdan sonra tanımadığı başqa adamalar da, köməyə gəlmiş və qayınatası Fəxrəddin İmanovu avtomobildən çıxarmağa çalışsalar da, yanğın şiddətləndiyi üçün çıxara bilməmişlər. O, əri Təqsirləndirilən şəxs huşsuz vəziyyətdə olduğunu görmüşdür. Sonra orada olan adamlar təcili-tibbi yardım çağırmışlar. Təcili-tibbi yardım avtomobili onları Bakı şəhərində yerləşən 1 saylı X22 gətirmişdir. Əri Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğu üçün oradan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına köçürülmüşdür. Baş vermiş avtomobil qəzası nəticəsində övladları Həsən və Şahid hər hansı xəsarət almamış və o, müalicə olunan zaman yanına gələn qohumlarından baş vermiş avtomobil qəzasında qayınatası Fəxrəddin İmanovun aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. O, aldığı xəsarətlərlə bağlı bir neçə gün 1 saylı X21 müalicə olunduqdan sonra 10 noyabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına köçürülmüş və hər ikisi bir müddət hospitalda müalicə olunduqdan sonra sağaldıqları üçün 09 dekabr 2022-ci il tarixdə hospitaldan çıxarılmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə ifadə verib göstərdi ki, o, 07 noyabr 2022-ci il tarixdə günorta saatlarında Salyan rayonunda çalışdığı iş yerində olan zaman böyük X15 qaynı Vaqif Məmmədov onunla telefon vasitəsilə əlaqə saxlamış və qardaşı oğlu Təqsirləndirilən şəxs Bakı şəhərindən Salyan rayonuna gələn zaman idarə etdiyi avtomobillə qəza keçirdiyini deyərək, dərhal Ələt qəsəbəsinə gəlməsini bildirmişdir. Vaqif Məmmədov avtomobildə kimlərin olmasını, avtomobildə olanların xəsarət alıbalmamalarını deməmiş və bundan sonra o, avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, yolda olan zaman bacısı oğlu Əfqan İsmayılov onunla telefon vasitəsilə əlaqə saxlamışdır. X15 da, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olduğunu, qəza nəticəsində X15 aldığı xəsarətlərdən öldüyünü demişdir. O, Ələt qəsəbəsinə çatan zaman qardaşı oğlu Təqsirləndirilən şəxs Mercedes Benz markalı avtomobilinin Salyan rayonuna gəliş istiqamətində yolun sağ tərəfindəki dərəyə aşdığını, avtomobilin tamamilə yandığını görmüş və həmin vaxt orada çoxlu adam olmuşdur. O, qəzanın baş verdiyi yerə gələn zaman X15 meyitinin artıq avtomobildən çıxarıldığını bilmiş və həmin gün qardaşının meyiti morqda müayinə olunan zaman o, meyitin tamamilə yandığını görmüşdür. Qəza nəticəsində qardaşı oğlu Təqsirləndirilən şəxs, eləcə də, arvadı Zərərçəkmiş şəxs xəsarət aldıqları üçün bir müddət hər ikisi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunmuş və hospitaldan çıxarıldıqdan sonra o, qardaşı oğlu Sevinc İmanovdan hadisənin necə baş verdiyini soruşduqda hadisənin şokunda olduğu üçün qəzanın necə baş verməsini xatırlamadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır və ona qarşı hər hansı şikayəti, tələbi, iddiası yoxdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Şahid məhkəməyə ifadə verib göstərdi ki, o, 07 noyabr 2022-ci il tarixdə günorta saatlarında ailə üzvləri ilə birlikdə atası Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı şəhərindən Salyan rayonuna getmişdir. Həmin vaxt o, anası Zərərçəkmiş şəxs və qardaşı Həsən İmanlı ilə birlikdə avtomobilin arxa oturacağında, babası Fəxrəddin İmanov isə avtomobilin ön sağ oturacağında oturmuşdur. Baş vermiş avtomobil qəzasının şokunda olduğu üçün o, daha sonra nə baş verdiyini xatırlamamış və özünə gələndə avtomobilin bilmədiyi yerdə qəzaya düşərək yandığını, özünün isə avtomobildən kənarda olduğunu görmüşdür. O, daha sonra qəza nəticəsində babası Fəxrəddin İmanovun aldığı xəsarətlərdən öldüyünü bilmiş və qəza zamanı o, və azyaşlı qardaşı Həsən İmanlı hər hansı xəsarət almasalar da, anası Zərərçəkmiş şəxs və atası Sevinc İmanov xəsarət aldıqları üçün bir müddət xəstəxanada müalicə olunmuşlar. İş materiallarına əlavə olunmuş Məhkəmə-tibbi ekspertinin xx.xx.2022-ci il tarixli 101 nömrəli rəyindən görünür ki, mərhum X9 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı ümumi bədən səthinin (kəllə sümükləri, yuxarı və aşağı ətraf sümükləri) yanaraq kömürləşməsi aşkar edilmişdir. Qeyd olunan yanıq xəsarətləri ölümündən sonra yüksək hərarətin təsirindən törənmişdir və həmin yanıq xəsarətlərinin xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri ekspert tərəfindən inkar olunmamışdır. Mərhum F.İmanovun meyitinin yanaraq kömürləşməsi səbəbindən onun bədən səthində hər hansı bir xəsarətin olub-olmamasını, eləcə də, ölümünün səbəbini təyin etmək mümkün olmamışdır. Meyitin daxili müayinəsi və histoloji müayinəsinə əsasən mərhum F.İmanovun ölümü yol-nəqliyyat hadisəsi zamanı avtomobilin yanaraq alovlanmasından əvvəl baş vermişdir. Məhkəmə-tibbi ekspertin xx.xx.2023-cü il tarixli 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş avtomobil qəzası nəticəsində “baş beynin silkələnməsi, üzün sağ yarısının əzilmiş, sıyrılmış yarası, sağ gözün subkonyuktival qansızması və sağ əng cibinin arxa divarının sınığı ilə müşayiət olunan qapalı kəllə beyin travması, ikinci bel fəqərə cisminin fəsadlaşmamış stabil kompression sınığı, sağ dirsək nahiyəsinin qançırı və xarici cinsiyyət üzvlərinin hematoması” xəsarətlərini almışdır. Qeyd edilən xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İstintaq zamanı sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğunsuzluq olub-olmamasının, onun hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3695 nömrəli rəyindən görünür ki, Mercedes Benz E 200 markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamamlıdırlar. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrımamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması iə əlaqədar hərkətləri vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 3,8-ci kilometrliyidir və hadisənin baş verdiyi yerdə yolun sağ kənarında dərəyə aşmış və yanaraq tamamilə yararsız vəziyyətə düşmüş bir ədəd Mercedes Benz E 200 markalı avtomobil vardır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 4718/K nömrəli aktından görünür ki, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. AC 510709 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AC 288062 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E 200 markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 309 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə Nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0398 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun komandiri vəzifəsinə təyin edilmiş mayor Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 49 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor İmanov X12 nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 4cü taborunun komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 318 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs həmin tarixdə müalicə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1 və 59.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və ona qarşı şikayət və tələbin olmamasını, ailəsinin yeganə maddi təminatçısı olmasını, eləcə də xidmət etdiyi hərbi hissə üzrə müsbət xarakerizə olunmasını, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə Füzulinin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” və “hərbi xidmətə görə” medallarla təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə işin hallarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını onun barəsində azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməli olmasını qaçılmaz etdiyindən o, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Lakin bununla belə məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini ( işə, xidmətə vicdanlı münasibəti, mülayim xarakterli, qayğıkeş olması və s.), hadisənin təsadufi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini (təqsirkar üçün aşkar surətdə xarakterik olmayan cinayətkar əməllərin törədilməsi), zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və ona qarşı şikayət və tələbin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə Füzulinin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” və “hərbi xidmətə görə” medallarla təltif olunmasını nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsinə münasibətdə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsi də müzakirə edilməlidir. Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, hadisənin təsadufi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını nəzərə alaraq, bu halların məcmusunu müstəsna hal hesab edib, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza təyin etməyi məqsədə uyğun hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi “Mersedes Benz E 200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin, mülkiyyətçi-Təqsirləndirilən şəxs istifadəsinə verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılmış 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X8, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməməklə aylıq pul təminatından dövlət nəfinə 05 % məbləğində pul tutulmaqla 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin.Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X2 etdiyi 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun vasitəsilə ödənilsin. İş üzrə maddi sübut-“Mersedes Benz E 200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin, mülkiyyətçi-Təqsirləndirilən şəxs istifadəsinə verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X8, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-54/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-54/2023
24.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver