Məhkəmə qərarları › İş №1-1(093)-54/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-54/2024

01.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-54/2024 01.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx N997-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Xəlfəli kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Əzizov XN0 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci tank taborunun N-ci tank bölüyünün N-ci tank taqımının N-ci heyətinin tuşlayıcı operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən həmin bölüyün komandiri, kapitan ŞahidN tərəfindən 05 avqust N0N3-cü il tarixdə səhər düzülüşü zamanı əsgər Zərərçəkmiş şəxs da daxil olmaqla hərbi hissənin ərazisində yerləşən avtomobil parkında təmizlik işləri görəcək şəxsi heyət üzərində böyük təyin olunmuş, bundan sonra 05 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində iş vaxtı hərbi hissənin avtomobil parkında təmizlik işləri üçün ayrılmış əsgər Zərərçəkmiş şəxs ərazini təmizləməsi üçün süpürgənin olmaması və bu səbəbdən təmizlik işləri apara bilməyəcəyini deməsinə görə aralarında baş vermiş mübahisə zamanı sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sıxaraq sonuncuya fiziki аğrılаrlа müşаyət оlunаn, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən “boğaz nahiyəsinin çoxsaylı qançırı” xəsarətini yetirmiş və bununla da Təqsirləndirilən şəxs rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 05 avqust N0N3-cü il tarixdə səhər düzülüşü zamanı hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün komandiri, kapitan ŞahidN bölüyün şəxsi heyətini qərargahın qarşısında düzməklə əsgərlər Zərərçəkmiş şəxs, Şahid3, ŞahidN və X4, habelə hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər XNN, X9 və XN qarşısına çıxarmışdır. Bundan sonra kapitan ŞahidN onu adları çəkilən hərbi qulluqçuların üzərində böyük təyin edərək sonuncunun verdiyi göstərişlərin və tapşırıqların icra olunmasının vacib olduğunu söyləmişdir. ŞahidN onun rəhbərliyi altında həmin hərbi qulluqçulara hərbi hissənin avtomobil parkında olan boksların silinibsüpürülməsi və təmizlənməsi barədə müvafiq göstəriş vermişdir. Bundan sonra adları qeyd olunan hərbi qulluqçular onun rəhbərliyi altında hərbi hissənin avtomobil parkına getmiş və o, həmin vaxt hərbi qulluqçuları qruplaşdıraraq hər birinə görülməsi üçün ayrıca işlər tapşırmışdır. O, həmin gün saat N0:00 radələrində əsgərlər Zərərçəkmiş şəxs, Şahid3, ŞahidN və M.E.Qocayevə hərbi hissənin avtomobil parkının ərazisini və boksları süpürmək barədə göstəriş vermişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs ona yeri təmizləmək üçün süpürgənin olmadığını demiş, bundan sonra o, sonuncuya yaxınlaşaraq süpürgə tapıb ərazini süpürməsini demişdir. Zərərçəkmiş şəxs yeri süpürmək üçün ərazidə süpürgənin olmadığını ona söyləmiş, Zərərçəkmiş şəxs süpürgənin olmaması və bu səbəbdən təmizlik işləri apara bilməyəcəyini deməsi onu əsəbiləşdirmişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmış və o, əsgər Zərərçəkmiş şəxslə danışdığı zaman əsəbiləşərək sağ əli ilə sonuncunun boğaz nahiyəsindən sıxa-sıxa arxaya itələmiş və Zərərçəkmiş şəxs bir daha “get süpürgə tap, əsgər” demişdir. Həmin vaxt əsgər ŞahidN orada olmuş və hadisəyə şahidlik etmişdir. O, əsgər Zərərçəkmiş şəxs boğaz nahiyəsindən sıxan zaman sonuncu ona heç bir müqavimət göstərməmiş və ona qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Həmin vaxt o da əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməmişdir. Əsgər Zərərçəkmiş şəxs bundan sonra avtomobil parkının ərazisindən süpürgə tapmış və ərazini süpürməyə başlamışdır. Təxminən N0-N5 dəqiqədən sonra onun rəhbərliyi altında hərbi hissənin avtomobil parkında təmizlik işləri bitmiş və o, adları qeyd edilən hərbi qulluqçularla birlikdə bölüyə qayıtmışdır. Bir müddət sonra baş vermiş bu fakta görə barəsində cinayət işinin başlandığını öyrənmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. 44 günlük Vətən Müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. “Füzulinin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün komandiri, kapitan ŞahidN 05 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində bölüyün şəxsi heyətini qərargahın qarşısında düzərək onu və əsgərlər Şahid3, X6 və XN qarşısına çıxarmışdır. Adları qeyd edilən hərbi qulluqçularla birlikdə hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər XNN, X9 və X7 da sıranın qarşısına çıxmışlar. Həmin vaxt ŞahidN hərbi hissənin N-ci tank bölüyünün N-ci tank taqımının N-ci heyətinin tuşlayıcı-operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs adları qeyd olunan hərbi qulluqçuların üzərində rəhbər təyin edərək hərbi hissənin avtomobil parkında boksların silinib-süpürülməsi və təmizlənməsi barədə göstəriş vermişdir. Bunun sonra o və digər hərbi qulluqçular Təqsirləndirilən şəxs rəhbərliyi altında hərbi hissənin avtomobil parkına getmişlər. Hərbi hissənin avtomobil parkına çatdıqları zaman Təqsirləndirilən şəxs əsgərlərə “gedin boksları süpürün” demişdir. Oкфвф yerdə N (bir) ədəd süpürdə olmuş, həmin süpürgəni də əsgər M.Qocayev götürərək yeri süpürməyə başlamışdır. O, Təqsirləndirilən şəxs yeri təmizləmək üçün süpürgənin olmadığını söyləmişdir. Həmin vaxt əsgər ŞahidN da orada olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əsəbi halda onun üzərinə gələrək “get süpürgə tap, əsgər!” demişdir. Bu zaman Təqsirləndirilən şəxsla aralarında sözlü mübahisə yaranmış, mübahisə əsnasında Təqsirləndirilən şəxs ilk öncə sağ əli ilə anidən onun boğaz nahiyəsindən tutaraq bərk sıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs onun boğaz nahiyəsindən bərk sıxa–sıxa arxaya itələmiş və ona bir daha “get süpürgə tap, əsgər” demişdir. O, həmin vaxt boğaz nahiyəsində şiddətli ağrılar hiss etmişdir. O, bundan sonra hərbi hissənin avtomobil parkının ərazisindən süpürgə taparaq ərazini süpürməyə başlamış və təxminən N0-N5 dəqiqə ərzində hərbi hissənin avtomobil parkında boksları təmizlədikdən sonra xidmət yerinə qayıtmışdır. Həmin gün, yəni 05 avqust N0N3-cü il tarixdə saat N7:N0 radələrində o, şəxsi heyət ilə birlikdə hamamda yuyunan zaman güzgüdə, boğaz nahiyəsində qançırın olduğunu görmüşdür. Həmin vaxt boğazındakı qançırın bir neçə saat əvvəl Təqsirləndirilən şəxs sağ əli ilə onun boğaz nahiyəsindən bərk tutaraq sıxması nəticəsində yaranması onun yadına düşmüşdür. O, şəxsi heyətlə birlikdə yuyunduqdan sonra tabora qayıtmış və taborda şəxsi heyətlə birlikdə axşam yoxlanışına düzülmüşdür. Həmin gün hərbi hissənin N-ci tank taborunun növbətçisi olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ravil Məhəmmədov taborda düzülmüş şəxsi heyətə bədən baxışı keçirmişdir. Ravil Məhəmmədov ona yaxınlaşmış və boğaz nahiyəsində olan qançırı görərək ilk öncə hərbi hissənin N-ci tabor üzrə cavabdehi (məsul şəxs) olmuş baş leytenant Əkbər Əkbərova bu barədə məlumat vermiş, sonra o, hərbi hissənin tibb məntəqəsinə göndərilmiş və ona orada ilkin tibbi yardım göstərilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddiası və hər hansı tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər ŞahidN göstərmişdir ki, hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün komandiri, kapitan ŞahidN 05 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində bölüyün şəxsi heyətini qərargahın qarşısında düzərək onu və əsgərlər Zərərçəkmiş şəxs, X8 və Şahid3 sıranın qarşısına çıxarmışdır. Adları çəkilən hərbi qulluqçularla birlikdə hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər XNN, X9 və X7 da sıranın qarşısına çıxarılmışdır. Bu zaman kapitan ŞahidN hərbi hissənin N-ci tank bölüyünün N-ci tank taqımının N-ci heyətinin tuşlayıcıoperatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs üzərinlərində rəhbər təyin edərək hərbi hissənin avtomobil parkında boksların silinib-süpürülməsi və təmizlənməsi barədə tapşırıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi heyəti hərbi hissənin avtomobil parkına aparmışdır. Hərbi hissənin avtomobil parkına çatdıqları zaman Təqsirləndirilən şəxs ərazinin təmizlənməsi tapşırığını vermişdir. Həmin vaxt əsgər M.Qocayev yerdən süpürgə götürərək ərazini süpürməyə başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs süpürgənin olmaması səbəbindən hərbi hissənin avtomobil parkında olan boksu təmizləyə bilməyəcəyini Təqsirləndirilən şəxs demiş, sonuncu isə əsəbi halda əsgər Zərərçəkmiş şəxs üzərinə gedərək “get süpürgə tap, əsgər!” demişdir. Həmin anda Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq bərk sıxa-sıxa arxaya tərəf itələmiş və bir daha sonuncuya “get süpürgə tap, əsgər” demişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs avtomobil parkının ərazisindən süpürgə taparaq avtomobil parkının ərazisini təmizləmişdir. Zərərçəkmiş şəxs həmin gün boğaz nahiyəsindəki xəsarətlə bağlı komandanlığa məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan ŞahidN eyniməzmunlu ifadə verərək ŞahidN göstərdiklərini ifadəsində təsdiq etmişdir. İstintaq zamanı Şahid3 eyniməzmunlu ifadə verərək ŞahidN göstərdiklərini ifadəsində təsdiq etmişdir. İş materiallarında olan “şübhəli şəxs qismində tanımaq və qətimkan tədbiri seçmək haqqında” N4 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır və onun barəsində “başqa yerə getməmək haqqımda iltizam” növündə qətikan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” N4 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 təqdim edilmiş N7 oktyabr N0N3-cü il tаrixli, N880 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs “boğaz nahiyəsinin çoxsaylı qançırı” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.N0N3) və şəraitdə əmələ gəlməsi inkar olunmur, sağlamlığa zərərvurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 07 avqust N0N3-ci il tarixli 4006 nömrəli raportdan görünür ki, hərbi hissənin N-ci tank taborunun hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə saat NN:00 radələrində hərbi hissənin tibb məntəqəsinə daxil olmuş və ona “boğaz nahiyyəsinin çox saylı qançırı” diaqnozu qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 07 avqust N0N3-ci il tarixli 4009 nömrəli raportdan görünür ki, hərbi hissənin N-ci taboru üzrə məsul şəxs baş leytenant Əkbər Əkbərov tərəfindən 05 avqust N0N3-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs boğaz nahiyəsində barmaq izləri aşkar olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tаrixli N65 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin N09 nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 044 əç nömrəli əmri ilə əsgər Təqsirləndirilən şəxs hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün N-ci tank taqımının N-ci heyətinin tuşlayıcı-operatoru vəzifəsinə təyin edilməklə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N7 dekabr N0NN-ci il tarixli 396 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün N-ci tank taqımının N-ci heyətinin mexanik-sürücüsü vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 3N oktyabr N0N3-cü il tarixli 3N5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “a” bəndinə müavifq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə 3N oktyabr N0N3-cü il tarixdən hərbi hissəni şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissədən təqdim edilmiş N0 dekabr N0N3-cü il tarixli N645 nömrəli arayışdan görünür ki, xx.xx.N0N3-cü il tarixdə saat N0 radələrində hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün komandiri kapitan ŞahidN şəxsi heyəti taborun qarşısında düzərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs bir qrup şəxsi heyətin üzərində böyük təyin etmiş və 05 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində yəni, hadisə baş verən gün Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs üçün ümumilikdə rəis hesab olunmaqla aralarında tabelik münasibətləri olmuşdur. İş materiallarında olan Аzərbаycаn Respublikаsı DİN-nin Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum оlunmаmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş NN avqust N0N3-cü il tаrixli 8860 nömrəli аrаyışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxs, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.N-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.N.NN və 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmişlə şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, habelə 44 günlük Vətən Müharibəsində iştirak edərək təltif ediməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin N5-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 3N9.N-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N.N-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N003-cü il N5 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N7-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın N3.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın N3.4-cü bəndi). Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 3N9.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək azadlıqdan məhrum etmə cəzalarından biri təyin edilməlidir. Ordu sıralarından tərxis edildiyi üçün ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Eyni zamanda, törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir. O artıq tərxis edilmişdir, hərbi xidmətdə deyildir. Beləliklə, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, işin hallarını, onun şəxsiyyətini, müharibəs iştirakçısı olması və medallarla təltif olunmasını, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alır və Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 3N9.N-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 35N- 353, 356, 358, 383-384.N və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar