Məhkəmə qərarları › İş №1-1(093)-54/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-54/2025

30.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-54/2025 30.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı Əlimövsüm oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Samux rayonunun Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Samux rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan, Gəncə Hərbi Məhkəməsinin 14 noyabr NN4-cü il tarixli 1-1(095)- 1N/NN4 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək barəsində CM-nin 6N-ci maddəsi tətbiq edilməklə ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlandığı N ay N gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilmiş və üzərində 300 (üç yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs gizir kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1090 nömrəli telefonoqrammasına əsasən “Komanda bölmələrinin mobilləşdirilməsi kursu”nda iştirak etməsi məqsədi ilə N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1N6 nömrəli əmri ilə N aprel NN4-cü il tarixdən N8 iyul NN4-cü il tarixədək Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunmuş, həmin hərbi hissədə ezamiyyətdə olarkən N iyun NN4-cü il tarixdə saat N radələrində iş vaxt bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N iyun NN4-cü il tarixdə saat 07:00-da hərbi hissəyə qayıtmalı olduğu halda üzürlü səbəblər olmadan qayıtmamış, N nömrəli hərbi hissə komandirinin N avqust NN4-cü il tarixli N35 nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxıldığı üçün həmin tarixdə şəxsi heyətin siyahısından çıxarılmaqla üzürlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən, bildirmişdir ki, o, Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N aprel NN4-cü il tarixdən N9 iyul NN4-cü il tarixədək Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəbəsində yerləşən N nömrəli hərbi hissəsində təşkil edilmiş “Komando bölmələrinin hazırlıq kursu”nda iştirak etmək üçün ezamiyyətə göndərilmiş və ezamiyyətdə olduğu dövrdə həmin hərbi hissənin 5-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri vəzifəsinə təyin edilməklə gizir hərbi rütbəsində xidmətini davam etdirmişdir. O, N iyun NN4-cü il tarixdə saat N radələrində hərbi hissədən şəhərə buraxıldıqdan sonra növbəti gün, yəni N iyun NN4-cü il tarixdə saat 07:00-da xidmət yerində olmalı olduğu halda həmin tarixdən etibarən xidmət yerinə qayıtmamışdır. Xidmət yerinə qayıtmamağına səbəb şəxsi və ailə problemləri olmuş, həmin müddət ərzində Samux rayonu və Gəncə şəhəri ərazisində olaraq şəxsi işlərinin, o cümlədən digər ailə problemlərinin həlli ilə məşğul olmuşdur. Hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, hərbi qulluqçularla heç bir düşmənçilik münasibəti və ya ədavəti olmamışdır. O xidmət yerinə qayıtmadığı tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş, məsuliyyətsizlik etmiş və onlardan icazə almamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi onun öz ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, sənədlər və digər mötəbər, təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün sabiq komandiri, hazırda Müdafiə Nazirliyinin 7N nömrəli hərbi hissəsinin 3-cü taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin 1- ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəbəsində yerləşən N nömrəli hərbi hissəsində təşkil edilmiş “Komando bölmələrinin hazırlıq kursu”nda iştirak etmək üçün ezamiyyətə göndərilmişdir. Təqsirləndirilən şəxsla eyni vaxtda o da, N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmiş və hərbi hissənin 5-ci taborunun 3-cü bölüyünün komandiri vəzifəsində xidmətini davam etdirmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu müddət ərzində hərbi hissədən getmiş və xidmət yerinə qayıtmamışdır. Hazırda hadisənin üzərindən çox vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs hərbi hissəyə qayıtmadığı müddəti dəqiq xatırlamır. Lakin ibtidai istintaq ifadə verərkən həmin tarixləri dəqiq göstərmişdir. Hətta o həmin tarixlərlə bağlı raportlar tərtib etmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyi vaxtlarda bununla bağlı ona və ya yuxarı rəislərinə məlumat verməmiş və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. O, Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyi tarixlərdə sonuncu ilə dəfələrlə əlaqə saxlamaq istəsə də, Təqsirləndirilən şəxs onda olan mobil telefon nömrəsinə zəng çatmamış, buna görə də əlaqə saxlaya bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının N-ci qrupunun kəşfiyyatçıqumbaraatan köməkçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- əsgər ŞahidN analoji məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Cinayət işi materiallarının İİ cildinin 48-ci vərəqəsində olan Azərbaycan Ordusunun gizir və miçmanların həqiqi hərbi xidmətinə daxil olma haqqında 18 aprel NN3-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 5 (beş) il müddətinə Azərbaycan Ordusunda gizir heyəti vəzifəsində həqiqi hərbi xidmətə daxil olmuşdur. Cinayət işi materiallarının İ cildinin 16-cı vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N4 may NN3-cü il tarixli 150 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edildiyi üçün N4 may NN4-cü il tarixdən 7N nömrəli hərbi hissədən (Goranboy rayonu) gəlmiş hesab edilmiş, həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materiallarının İ cildinin 17-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1N6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, həmin hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1090 nömrəli telefonoqrammasına əsasən “Komando bölmələrinin mobilləşdirilməsi kursu”nda iştirak etmək məqsədi ilə N aprel NN4-cü il tarixdən N8 iyul NN4-cü il tarixədək, 90 (doxsan) gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmiş, qazan təminatından çıxarılmış və ərzaq attestatı ilə təmin olunmuşdur. Cinayət işi materiallarının İ cildinin 06-cı vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 133 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs “Komando bölmələrinin hazırlıq kursu”nda iştirak etmək üçün N aprel NN4-cü il tarixdən N9 iyul NN4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş və xüsusi norma (7 nömrə) üzrə qazan təminatına qoyulmuşdur. Cinayət işi materiallarının İ cildinin 04-cü vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 3-cü bölüyünün komandiri, baş leytenant Şahid1 tərəfindən tərtib olunmuş N iyun NN4-cü il tarixli 6814 nömrəli raportdan görünür ki, həmin hərbi hissənin 5-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N iyun NN4-cü il tarixdə saat 07:00-da xidmət yerinə çıxmamışdır. Cinayət işi materiallarının İ cildinin 05-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun NN4-cü il tarixli 170 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, həmin hərbi hissənin 5-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs N iyun NN4-cü il tarixdə 07:00 radələrində xidmət yerinə gəlmədiyi üçün ezamiyyətə gələnlərin siyahısından çıxarılıb xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. Cinayət işi materiallarının İİ cildinin 53-cü vərəqəsində olan Müdafiə Nazirinin müavini - X1 30 iyul NN4-cü il tarixli 0N6gm nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işi materiallarının İ cildinin 48-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə gizir Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işi materiallarının İ cildinin 51-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N30 nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 15 noyabr NN4-cü il tarixli 1165 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlıdır Cinayət işi materiallarının İİ cildinin 07-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust NN4-cü il tarixli N35 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri, gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N avqust NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux Rayon Bölməsinə göndərilmişdir. Cinayət işi materiallarının İİ cildinin 56-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 X4 Şöbəsindən daxil olmuş NN noyabr NN4-cü il tarixli 884 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri müşahidə olunmur. O, cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmiş, öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuş, yəni anlaqlı olmuş, hərəkətləri Azərbaycan Respublikası CM-nin N1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri müşahidə olunmaması səbəbindən o, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətindədir. Cinayət işi materiallarının İ cildinin 180-181-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma orqanı tərəfindən 15 noyabr NN4-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarının İİ cildinin 6N-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Cinayət işi materiallarının İİ cildinin 13-N-ci vərəqələrində olan Gəncə Hərbi Məhkəməsinin 14 noyabr NN4-cü il tarixli 1-1(095)-1N/NN4 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək barəsində CM-nin 6N-ci maddəsi tətbiq edilməklə ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-nin 69.4cü maddəsinə əsasən həbsdə saxlandığı N ay N gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilmiş və üzərində 300 (üç yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işi materiallarının İ cildinin 144-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan Samux rayon İcra və probasiya şöbəsinin 33/NN5 nömrəli, N3 yanvar NN5-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 300 manat cərimə məbləği tam şəkildə ödənildiyi üçün xx.xx.NN4-cü il tarixdə məhkum qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun gizir kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsi, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini onun əməlində məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində Gəncə Hərbi Məhkəməsində Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsi ilə cinayət işi olduğu vaxtda hazırkı cinayət əməlini törətməsini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 14 noyabr NN4-cü il tarixli 1-1(095)-1N/NN4 nömrəli hökmü ilə təyin edilmiş 300 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunan cəza ilə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Gəncə Hərbi Məhkəməsinin 14 noyabr NN4-cü il tarixli 1-1(095)-1N/NN4 hökmündən əvvəl törətmişdir. Bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul NNN-ci il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.N-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.NN5-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və ekspertiza xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N10-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən N5 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 0N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-1N/NN4 saylı xx.xx.NN4-cü il tarixli hökmü ilə təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplanmaqla Təqsirləndirilən şəxs üzərində 300 (üç yüz) manat cərimə cəzası və 0N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-1N/NN4 saylı xx.xx.NN4cü il tarixli hökmü ilə çəkdiyi 300 (üç yüz) manat cərimə cəzası onun cəzasından çıxılaraq üzərində qəti olaraq 0N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 yanvar NN5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 0N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi N5 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 0N saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan N gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan N (iyirmi) gün sonra qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar