Məhkəmə qərarları › İş №1-1(093)-55/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-55/2023

22.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-55/2023 22.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, müdafiəçilər- “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 334.1 və 335.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, həmçinin sənədləri saxtalaşdırmaq yolu ilə müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getmiş və xidmət yerinə qayıtmamışdır. Belə ki, Əhmədov X8 Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya tağımının komandiri – batareyanın baş zabiti vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən N1-ci ilin oktyabr ayının əvvəllərində aralarında yaxın münasibət olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid1 vasitəsilə tanış olduğu, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 ilə Bakı şəhərində görüşüb söhbət edən zaman sonuncunun işsiz olduğunu, işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs1 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə R.X10 Şirkətində (SOCAR) yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına 10.000 (on min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onun həmin şirkətdə fəhlə kimi işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs1 razılığını alaraq onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 12 oktyabr N1-ci il tarixdə Sumqayıt şəhərində Zərərçəkmiş şəxs1 əvvəlcə 5000 manat, 14 dekabr N1-ci il tarixdə isə Bakı şəhərində yenə də, 5000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 10.000 (on min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən sənədləri saxtalaşdırmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırması məqsədilə 2 dekabr N1-ci il tarixdə səhəti ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müayinəyə göndərilməsi barədə kompüterdə raport yazıb, artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 adının qarşısına özü imza çəkərək, sonuncunun imzasını saxtalaşdırmaqla həmin raport əsasında hərbi hissə komandanlığı tərəfindən ona müayinəyə getməsi barədə göndəriş verilməsinə nail olmuş, Təqsirləndirilən şəxs 04 dekabr N1-ci il tarixdə hospitalda ambulator müayinədə olsa da, bir daha xidmət yerinə qayıtmamış, yalnız 18 avqust N2ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq xidmət etdiyi hərbi hissəyə qaytarılmaqla bu müddət ərzində hərbi xidmət üzrə vəzifələrin icrasından boyun qaçırmağa nail olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən hərbi xidmətə yararlılığının təyini məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsindən ötrü hərbi hissə komandanlığı tərəfindən ona 20 avqust N2-ci il tarixdə göndəriş verilmiş və o, göndərişi alıb hərbi hissədən ayrıldıqdan sonra Mərkəzi Hərbi-Həkim Komissiyasına getməyərək, hərbi xidmətdən boyun qaçırmaq məqsədilə bir daha xidmət yerinə qayıtmamaqla fərarilik etmiş, yalnız 16 noyabr N2-ci il tarixdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Ucar rayon sakini X7 vasitəsilə tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs2 ilə N2-ci ilin yanvar ayında Bakı şəhərində görüşüb söhbət edən zaman sonuncunun tanışı X3 yaşadığı Buzovna qəsəbəsində yerləşən və babası X4 adına olan evi Ə.Babayevin qızı Zeynəb Babayevanın adına rəsmiləşdirmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta evin Z.Babayevanın adına rəsmiləşdirilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs2 yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına rüşvət verilməsi müqabilində evin Z.Babayevanın adına rəsmiləşdiriləcəyini deyib, Zərərçəkmiş şəxs2 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən N2-ci ilin yanvar-mart aylarında Zərərçəkmiş şəxs2 Bakı şəhərində hissə-hissə olmaqla, ümumilikdə vahid niyyətlə 10.500 (on min beş yüz) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N2-ci ilin may ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisində təsadüfən tanış olduğu, hospitalın yanğından mühafizə xidmətində mülki işçi kimi sürücü vəzifəsində çalışan vətəndaş Zərərçəkmiş şəxs6 ilə aralarındakı söhbət zamanı sonuncunun aylıq əmək haqqının az olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs6 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs6 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs6 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına 26.000 (iyirmi altı min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onun həmin nazirlikdə aylıq əmək haqqı yüksək olan işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs6 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən N2-ci ilin iyun ayından N2-ci ilin oktyabr ayının əvvəllərinədək Zərərçəkmiş şəxs6 Bakı şəhərində hissə-hissə olmaqla, ümumilikdə vahid niyyətlə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N2-ci ilin aprel-may aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığındakı kafelərin birində tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı sonuncunun hospitalda mülki işçi kimi işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs3 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışının olduğunu, həmin tanışına 21.000 (iyirmi bir min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onun həmin nazirlikdə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən N2-ci ilin iyul ayının sonundan N2-ci ilin oktyabr ayının sonunadək Zərərçəkmiş şəxs3 Bakı şəhərində hissə-hissə olmaqla, ümumilikdə vahid niyyətlə 21.000 (iyirmi bir min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N2-ci ilin təxminən sentyabr ayında Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı sonuncunun tanışı vətəndaş Zərərçəkmiş şəxs5 qızı Nigar Kazımovanın iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta N.Kazımovanın işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs5 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışına 15.000 (on beş min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində Nigar Kazımovanın həmin nazirlikdə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs5 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən N2-ci ilin sentyabr ayında E.X16 Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hospitalının yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 verdiyi 15.000 (on beş min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N2-ci ilin avqust ayında Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı sonuncunun tanışı vətəndaş Zərərçəkmiş şəxs4 işsiz olduğunu, iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs4 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs4 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışına 21.000 (iyirmi bir min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində Zərərçəkmiş şəxs4 həmin nazirlikdə işə düzələcəyini deyib, Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs4 razılığını alaraq təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən N2-ci ilin sentyabr ayının sonundan 15 noyabr N2-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhərində Zərərçəkmiş şəxs4 həm birbaşa, həm də, Zərərçəkmiş şəxs3 vasitəsilə verdiyi 21.000 (iyirmi bir min) manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, ali təhsilini başa vurduqdan sonra 2011-2012-ci illərdə Müdafiə Nazirliyinin Lənkəran Qarnizonu Hərbi Polisində müddətli həqiqi hərbi xidmətdə olmuş və N0-ci ilin mart ayında ehtiyyat zabit hazırlığı kursunu keçməsi üçün Müdafiə Nazirliyinə müraciət etdiyinə görə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kursa cəlb edilmişdir. O, üç ay kurs keçdikdən sonra N0-ci ilin iyun ayında leytenant hərbi rütbəsi almış və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin edilmişdir. Bir il iki ay həmin vəzifədə xidmət etdikdən sonra N1-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya tağımının komandiri – batareyanın baş zabiti vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə, leytenant hərbi rütbəsində qulluğunu davam etdirir. O, N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən N0-ci ilin sonu, N1-ci ilin əvvəllərində dost-tanışı vasitəsilə taksi sürücüsü işləyən X13 adında bir şəxslə tanış olmuş və aralarındakı söhbət zamanı sonuncu Dövlət Neft Şirkətində (Socar) yüksək vəzifədə çalışan tanışının olduğunu, onun vasitəsilə istənilən şəxsi həmin şirkətdə fəhlə kimi işə düzəldə biləcəyini deyərək, birlikdə qazanc əldə etmələri üçün belə bir tanışı olarsa məlumat verməsini istəmişdir. Həmin vaxt o, razılaşmış və bir neçə gün sonra, yəni N1-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tanış olduğu, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid1 ilə aralarındakı söhbət zamanı ona bu barədə məlumat vermişdir. Aralarında olan bu söhbətdən bir müddət sonra, N1-ci ilin təxminən oktyabr ayının əvvəllərində Şahid1 onunla telefon vasitəsilə əlaqə saxlayıb, tanışı Zərərçəkmiş şəxs1 iş axtardığını deyərək ondan sonuncunu Dövlət Neft Şirkətində fəhlə kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuş və o, pul əldə etməsi üçün Zərərçəkmiş şəxs1 işə düzəldə biləcəyini deyərək, yalandan bunun müqabilində işi həll edəcək vəzifəli şəxsə 10.000 (on min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla görüşüb söhbət etmək istədiyi üçün bir neçə gün sonra o, Şahid1 və Zərərçəkmiş şəxs1la Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında görüşmüş və söhbət zamanı o, Zərərçəkmiş şəxs1 SOCAR şirkətində yüksək vəzifədə çalışan tanışının olduğunu, tanışına 10.000 manat məbləğində pulun verilməsi müqabilində həmin şirkətdə fəhlə kimi işə düzələ biləcəyini demişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulu bir dəfəyə verə bilməyəcəyini demiş və o, sonuncunun çəkindiyini görüb inanadırmaq məqsədilə 5000 manat pulu əvvəlcədən, qalan 5000 manat pulu isə işə qəbul olunduqdan sonra verməsini, hətta istədiyi təqdirdə pulu verməsinə dair aralarında notarial qaydada müqavilə bağlaya biləcəklərini təklif etmişdir. Zərərçəkmiş şəxs1 onun təklifini qəbul etdiyi üçün 12 oktyabr N1-ci il tarixdə onlar Sumqayıt şəhərində görüşmüş və orada nömrəsini xatırlamadığı notairat ofisində borc müqaviləsi bağladıqdan sonra Zərərçəkmiş şəxs1 ona işə düzəlməsinə kömək etməsi üçün 5000 manat pul vermişdir. O, pulu aldıqdan sonra N2-ci ilin yanvar-fevral ayında işə qəbul olunacağını demiş və yanından ayrıldıqdan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 aid bəzi sənədlərin surətini işə düzəlməsinə kömək etməsi üçün Zaur Yusifova versə də, Zərərçəkmiş şəxs1 pul almasını deməmiş və yalandan sonuncunun işə qəbul olunduqdan sonra pul verəcəyini bildirmişdir. Bir müddət sonra N1-ci ilin dekabr ayının ortalarında şəxsi ehtiyaclarına görə pula ehtiyacı olduğu üçün o, Zərərçəkmiş şəxs1 pulun qalan hissəsini, yəni 5000 manatı almaq qərarına gəlmiş, lakin onunla yenidən borc müqaviləsi bağlamaq istəmədiyi üçün tanışı Zaur Yusifovun adından zəng edərək yalandan işə qəbul olunması ilə bağlı əmrin verildiyini deməyi planlaşdırmışdır. O, Z.Yusifovun adından zəng etməyi planlaşdırsa da, sonuncunun özünə bu barədə bir söz deməmiş və bir neçə gün sonra Z.Yusivola görüşən zaman zəng etmək adı ilə telefonunu alaraq kənara çəkilmişdir. O, həmin vaxt Zaura kimə zəng edəcəyini deməmiş və Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vurduqan sonra Zaurun adından danışıb, yalandan işə qəbul olunması ilə bağlı əmrin verildiyini demişdir. O, Zaurun adından danışdıqdan bir qədər sonra Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng vurmuş və bu barədə məlumat verdikdə o, Zaurun SOCAR şirkətində yüksək vəzifədə çalışan şəxs olduğunu, işə qəbul olunması ilə bağlı əmrin verildiyini deyərək, pulun qalan hissəsini aparıb Zaura verməsini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Zaur adlı şəxsi tanımadığını, pulu ancaq ona verəcəyini dediyi üçün bir neçə gün sonra, yəni 14 dekabr N1-ci il tarixdə onlar Bakı şəhərində görüşmüş və Zərərçəkmiş şəxs1 pulu borc müqaviləsi bağladıqdan sonra verəcəyini dediyi üçün o, məcbur qalıb sonuncu ilə Nəsimi rayonu ərazisində yerləşən nömrəsini xatırlamadığı notariat ofisinə getmişdir. Onlar notariat ofisində borc müqaviləsi bağladıqdan sonra Zərərçəkmiş şəxs1 ona 5000 manat pul vermiş və o, pulu aldıqdan sonra yaxın günlərdə işə çağırılacağını deyərək yanından ayrılmışdır. Bir müddət sonra işə çağırılmadığını görən Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb bu barədə soruşduqda o, müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işə başlayacağını demiş, lakin daha sonra aldadıldığını başa düşən Zərərçəkmiş şəxs1 ondan verdiyi 10.000 manat pulu tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 1500 manat pul qaytarmış, pulun qalan hissəsini qaytara bilməmiş və Zərərçəkmiş şəxs1 onun barəsində müvafiq orqanlara şikayətini bildirdiyi üçün barəsində araşdırma aparılmağa başlanılmışdır. Bundan başqa o, xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirildiyi üçün N noyabr N1-ci il tarixdə həmin hərbi hissəyə getmiş və N0-ci ilin sentyabr-oktyabr aylarında aparılan döyüş əməliyyatları zamanı yaralanması ilə əlaqədar müalicəyə ehtiyacı olduğu üçün 02 dekabr N1-ci il tarixdə hospitala getmək istəməsi ilə bağlı xidmət etdiyi artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 müraciət etmişdir. Həmin vaxt polkovnik-leytenant Şahid2 işinin olduğunu, raportu özünün imzalamasını dediyi üçün o, yazdığı raportda sonuncunun adını qarşısına imzasını çəkmiş və həmin raportu hərbi hissənin qərargahına təqdim etdikdən sonra hospitala getməsi üçün ona göndərilş verilmişdir. O, göndərişi götürüb hərbi hissədən ayrıldıqdan sonra Bakı şəhərinə gəlmiş və hospitala müraciət etsə də, orada stasionar müalicəyə qəbul edilməyərək, xidmət yerinə qayıtması bildirilmişdir. Onun zabit kimi könüllü hərbi xidmət keçməsi ilə bağlı götürdüyü öhdəliyin müddəti 05 dekabr N1-ci il tarixdə bitdiyi üçün o, daha xidmət etmək istəməmiş və buna görə də, hospitaldan çıxdıqdan sonra xidmət yerinə qayıtmamışdır. Sonrakı günlərdə xidmət etdiyi batareyanın komandiri, baş leytenant Şahid3 bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlayıb xidmət yerinə gəlməsini bildirsə də, o, xidmət yerinə qayıtmamış və bir neçə ay sonra hərbi hissə komandanlığı tərəfindən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinə müraciət edildiyini bildiyi üçün o, 12 avqust N2-ci il tarixdə Bakı Qarnizobu Hərbi Polisinə getmişdir. Hərbi Polisdən ona xidmət yerinə qayıtması bildirildiyi üçün o, 18 avqust N2-ci il tarixdə N nömrəli hərbi hissəyə getmiş və xidmət etmək istəmədiyini, tərxis olunmaq istədiyini bildirdiyi üçün tərxis olunması ilə əlaqədar hərbi-həkim komissiyasından keçirilməsindən ötrü 20 avqust N2-ci il tarixdə ona göndəriş verilmişdir. O, göndəriş alıb N nömrəli hərbi hissədən ayrılsa da, hərbi həkim komissiyasından keçməyərək bir daha xidmət yerinə qayıtmamış və barəsində cinayət işi istintaq olunduğu üçün 16 noyabr N2-ci il tarixdə Laçın rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, o, N nömrəli hərbi hissədə qeyd edilən vəzifədə, leytenant hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin təxminən yanvar ayında Bakı şəhərində olan zaman tanışı, Ucar rayon sakini Nəriman Əzizov onunla telefon vasitəsilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs2 adında bir tanışının hansısa evin sənədləşməsi məsələsi ilə əlaqədar probleminin olduğunu deyərək, ondan bu işi həll edə bilib-bilməyəcəyini soruşduqda o, pul əldə etməkdən ötrü yalandan həll edə biləcəyini demişdir. N.Əzizov onun mobil telefonunun nömrəsini Zərərçəkmiş şəxs2 verdiyi üçün bir neçə gün sonra sonuncu onunla əlaqə saxlamış və həmin gün onlar Nəsimi Rayon Polis İdarəsinin yaxınlığındakı kafelərin birində görüşmüşlər. Arlarındakı söhbət zamanı Zərərçəkmiş şəxs2 hansısa bir qohumunun yaşadığı evin sonuncunun babasının adına olduğunu, həmin evi qohumunun qızının adına rəsmiləşdirmək istədiyini demiş və bu işi həll edə bilib-bilməyəcəyini soruşduqda o, pul əldə etməkdən ötrü yalandan yüksək vəzifədə çalışan tanışlarının olduğunu, pul verilməsi müqabilində bu işi həll edə biləcəyini demişdir. O, tanışlarından bu barədə maraqlansa da, bu işi həll etməsinin mümkün olmadığını bilmiş, lakin bu barədə Zərərçəkmiş şəxs2 bir söz deməyərək evin sənədləşməsi məsələsini həll etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 N2-ci ilin yanvar ayından N2-ci ilin mart ayının sonunadək Bakı şəhərində hissə-hissə olmaqla, ümumilikdə 10.500 manat məbləğində pul almışdır. O, aldığı pulları şəxsi ehtiyaclarına xərcləyərək evin sənədləşmə məsələsi ilə əlaqədar heç bir iş görməmiş və bir müddət sonra aldadıldığını başa düşən Zərərçəkmiş şəxs2 ondan pulunu tələb etmişdir. O, pulu qaytarmadığı üçün Zərərçəkmiş şəxs2 onun barəsində Daxili İşlər Nazirliyinə şikayətini bildirmiş və barəsində araşdırma aparılmağa başlanıldıqdan sonra o, sonuncuya N00 manat pul qaytarmışdır. O, araşdırmanın gedişində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Bundan başqa, o, N nömrəli hərbi hissədə qeyd edilən vəzifədə, leytenant hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin təxminən yay aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında yerləşən kafelərin birində olan zaman təsadüfən Zərərçəkmiş şəxs3 ilə tanış olmuş və aralarındakı söhbət zamanı sonuncunun hospitalda mülki işçi kimi işə düzəlmək istədiyini bilmişdir. Onlar bir qədər söhbət etdikdən sonra o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışının olduğunu, tanışının vasitəsilə onu həmin nazirlikdə əmək haqqı yüksək olan işə düzəldə biləcəyini demiş, lakin Zərərçəkmiş şəxs3 ona müsbət cavab verməmişdir. O, Zərərçəkmiş şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışının olduğunu, tanışının vasitəsilə onu həmin nazirlikdə işə düzəldə biləcəyini desə də, əslində belə bir tanışı olmamış, sadəcə olaraq bir müddət əvvəl maraqlanan zaman həmin nazirlikdə işə düzəlməklə bağlı sənəd qəbulunun keçirildiyini bildiyi üçün pul əldə etməkdən ötrü yalandan belə demişdir. Arlarında olan bu söhbətdən bir müddət sonra Zərərçəkmiş şəxs3 onunla telefon vasitəsilə əlaqə saxlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə kömək etməsini istəmiş və bu zaman o, bunun üçün 21.000 (iyirmi bir min) manat məbləğində pul verməli olduğunu deyərək, həmin pulun 20.000 manatının yüksək vəzifədə çalışan tanışına, 1000 manatının isə özünə qalacağını, 2-3 ay ərzində işə düzələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 razılıq verdiyi üçün o, N2-ci ilin iyul-oktyabr aylarında sonuncudan Bakı şəhərində hissə-hissə olmaqla ümumilikdə 21.000 manat məbləğində pul almış və Zərərçəkmiş şəxs3 işə düzəlməsi ilə bağlı heç bir iş görməyərək, aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Dediyi vaxt başa çatdıqdan sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq nə üçün işə çağırılmadığını soruşmuş və bundan sonra o, müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işə qəbul olunacağını demişdir. Daha sonra aldadıldığını başa düşən Zərərçəkmiş şəxs3 verdiyi pulu tələb etmiş, lakin maddi imkanı pis olduğu üçün o, pulu qaytara bilməmişdir. Pulunun qaytarılmadığını görən Zərərçəkmiş şəxs3 onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ünvanlamış və barəsində araşdırma aparılmağa başlanıldıqdan sonra o, Zərərçəkmiş şəxs3 1500 manat pul qaytarmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 işə düzəltmək adı ilə pul aldığı ərəfədə aralarındakı söhbət zamanı sonuncu Zərərçəkmiş şəxs4 adında tanışının işsiz olduğunu, iş axtardığını deyib, ondan Zərərçəkmiş şəxs4 işə düzəlməsinə kömək edə bilib-bilməyəcəyini soruşmuş və bu zaman o, pul əldə etməkdən ötrü yalandan Zərərçəkmiş şəxs4 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışının vasitəsilə həmin nazirlikdə işə düzəldə biləcəyini deyərək, bunun müqabilində 21.000 (iyirmi bir min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 yenə də, həmin pulun 20.000 manatının yüksək vəzifədə çalışan tanışına, 1000 manatın isə ona qalacağını demiş və bir neçə gün sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs4 razılıq verdiyini bildirmişdir. Bundan sonra o, N2-ci ilin sentyabroktyabr aylarında Zərərçəkmiş şəxs4 Bakı şəhərində hissə-hissə olmaqla ümumilikdə 21.000 manat məbləğində pul almış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək, sonuncunun işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. O, Zərərçəkmiş şəxs4 iki ay sonra işə düzələcəyini dediyi üçün həmin müddət başa çatdıqdan sonra sonuncu ondan nə üçün işə düzəlmədiyini soruşmuş və bu zaman o, müxtəlif bəhanələr gəitərək yaxın günlərdə işə başlayacağını bildirmişdir. Daha sonra aldadıldığını başa düşən Zərərçəkmiş şəxs4 verdiyi pulu tələb etmiş, lakin o, pulu qaytarmadığı üçün onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayətini bildirmişdir. Bundan sonra barəsində araşdırma aparılmağa başlanılmış və araşdırma zamanı o, Zərərçəkmiş şəxs4 2000 manat məbləğində pul qaytarmışdır. Bundan başqa, o, N nömrəli hərbi hissədə qeyd edilən vəzifədə, leytenant hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin təxminən sentyabr-oktyabr aylarında Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs3 onunla telefon vasitəsilə əlaqə saxlamış və tanışı Zərərçəkmiş şəxs5 qızı Nigar Kazımovanın ali təhsilli olduğunu, iş axtardığını deyib, ondan sonuncunun işə düzəldilməsinə kömək edə bilib-bilməyəcəyini soruşduqda o, pul əldə etmək üçün yalandan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışı vasitəsilə N.Kazımovanın həmin nazirlikdə işə düzəldə biləcəyini deyərək, bunun müqabilində 15.000 (on beş min) manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs5la danışdıqdan sonra sonuncunun buna razılıq verdiyini demiş və bir neçə gün sonra Zərərçəkmiş şəxs3 onunla X9 Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hospitalının yaxınlığında görüşərək N.Kazımovanın işə düzəlməsinə kömək etməsi üçün ona 15.000 manat pul vermişdir. O, pulu aldıqdan sonra yenə də yalandan N.Kazımovanın iki ay ərzində işə düzələcəyini demiş və həmin müddət başa çatdıqdan sonra Zərərçəkmiş şəxs3 onda N.Kazımovanın nə üçün işə düzəlmədiyini soruşmuşdur. Həmin vaxt o, müxtəlif bəhanələr gətirərək N.Kazımovanın yaxın günlərdə işə düzələcəyini demiş və daha sonra aldadıldığını başa düşən Zərərçəkmiş şəxs3 ondan Zərərçəkmiş şəxs5 verdiyi 15.000 manat pulu tələb etmişdir. O, maddi imkanının olmaması səbəbində pulu qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs3 onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və barəsində araşdırma aparılmağa başlanılmışdır. Bundan başqa o, N2-ci ilin təxminən yay aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisində olan zaman təsadüfən orada Zərərçəkmiş şəxs6 adında bir şəxslə tanış olmuş və tanış olan zaman sonuncunun hospitalın yanğından mühafizə xidmətində mülki işçi kimi çalışdığını bilmişdir. Aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxs6 aylıq əmək haqqının az olduğunu dediyi üçün o, pul əldə etməkdən ötrü yalandan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışının olduğunu, pul verməsi müqabilində tanışının vasitəsilə onu həmin nazirlikdə əmək haqqı yüksək olan işə düzəldə biləcəyini demiş və Zərərçəkmiş şəxs6 bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda o, işə düzəlməsi üçün 26.000 (iyirmi altı min) manat məbləğində pul verilməli olduğunu deyərək, həmin pulun 25.000 manatının vəzifəli şəxsə, 1000 manatının isə özünə qalacağını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs6 ona konkret cavab verməsə də, bir neçə gün sonra əlaqə saxlayaraq təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs6 Bakı şəhərində hissə-hissə olmaqla ümumilikdə 26.500 manat məbləğində pul almış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs6 işə düzəlməsi məsələsi ilə bağlı heç bir iş görməmişdir. O, iki ay ərzində işə düzəlcəyini dediyi üçün N2-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs6 ondan nə üçün işə qəbul olunmadığını soruşmuş və aldadıldığını başa düşdüyü üçün verdiyi pulu tələb etmişdir. O, pulu qaytarmadığı üçün daha sonra Zərərçəkmiş şəxs6 onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətini bildirmiş və araşdırma aparılmağa başlanıldıqdan sonra o, Zərərçəkmiş şəxs6 2000 manat məbləğində pul qaytarmışdır. O, məhkəmə istintaqı gedişində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, N1-ci ilin yay aylarında işsiz olması ilə əlaqədar dost-tanışından iş tapmaqda ona kömək etmələrini istidiyi üçün N1-ci ilin təxminən sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində tanışı Şahid1 ona Təqsirləndirilən şəxs adından bir hərbi qulluqçu ilə tanış olduğunu bildirmiş və həmin şəxsin Dövlət Neft Şirkətində (SOCAR) çalışan tanışı vasitəsilə istənilən şəxsi həmin şirkətdə fəhlə kimi işə düzəldə biləcəyini demişdir. O, fəhlə kimi işə düzəlmək istədiyi üçün Şahid1 onu Təqsirləndirilən şəxsla görüşdürməsini xahiş etmiş və bir neçə gün sonra o, Şahid1 vasitəsilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşdür. Tanış olan zaman Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hrbi hissəsində tağım komandiri vəzifəsində xidmət etdiyini demiş və 10.000 manat məbləğində pul verməsi müqabilində onu SOCAR şirkətindı yüksək vəzifədə çalışan tanışının vasitəsilə həmin şirkətdə fəhlə kimi işə düzəldə biləcəyini demişdir. O, həmin məbləğdə pulu əvvəlcədən verə bilməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs aralarında notarial qaydada borc müqaviləsi bağlamaqla, 5000 manat əvvəlcədən, 5000 manat isə işə qəbul olunduqdan sonra verə biləcəyini təklif etmiş və pulu olmadığı üçün o, bu işə dərhal razılıq verməmişdir. O, Təqsirləndirilən şəxs yanından ayrıldıqdan sonra dost-tanışından borc pul axtarmağa başlamış və bu zaman Şahid1 qardaşı, Şahid5 Lombard kredit təşkilatından kredit götürərək ona borc pul verə biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq təklifini qəbul etdiyini demiş və Şahid5 Lombard kredit təşkilatından 5000 manat kredit götürüb ona verdiyi üçün o, 12 oktyabr N1-ci il tarixdə Təqsirləndirilən şəxsla Sumqayıt şəhərində görüşmüşdür. Onlar Sumqayıt şəhərində yerləşən 4 saylı notariat ofisinə gedib orada borc müqaviləsi bağladıqdan sonra o, üzərində olan 5000 manat pulu, 4 ədəd fotoşəklini, atestatının, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini Təqsirləndirilən şəxs vermiş və bu zaman sonuncu N2-ci ilin yanvar ayında işə başlayacağını deyərək yanından ayrılmışdır. Bir müddət sonra, təxminən 11-12 dekabr N1-ci il tarixdə o, Bakı şəhərində olan zaman mobil telefonuna ***-***-**-** nömrəsindən zəng daxil olmuş və zəng edən şəxs özünü SOCAR şirkətinin kadrlar idarəsində çalışan Zaur kimi təqdim edib, işə qəbul olunması ilə bağlı qərarın çıxdığını deyərək, Təqsirləndirilən şəxsla əlaqə saxlamasını bildirmişdir. O, telefon danışığını sonlandırıb Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman sonuncu zəng edən şəxsin həqiqətən SOCAR şirkətində çalışan Zaur olduğunu demiş və işi ilə bağlı qərarın çıxdığını, N2-ci ilin yanvar ayında işə başlayacağını deyərək, qalan 5000 manat pulu aparıb Zaura verməsini bildirmişdir. Həmin vaxt o, Zaur adlı şəxsi tanımadığını, pulu ancaq özünə verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs hazırda Laçın rayonunda olduğunu demiş və bir neçə gün sonra Bakı şəhərinə gəlib onunla görüşəcəyəni bildirmişdir. O, Təqsirləndirilən şəxsla danışdıqdan sonra aralarında dostluq münasibəti olan Şahid5 yenidən borc olaraq 5000 manat pul istədiyi üçün sonuncu Lombard kredit təşkilatından 5000 manat kredit götürərək ona vermiş və o, 14 dekabr N1-ci il tarixdə Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşmüşdür. Həmin vaxt Şahid1 də, yanlarında olmuş və onlar Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 32 saylı notariat ofisində borc müqaviləsi bağladıqdan sonra o, üzərində olan 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 5000 manat pulu aldıqdan sonra 20 yanvar N2-ci il tarixdə işə başlayacağını demiş, lakin həmin müddət çatsa da, o, işə çağırılmamışdır. Sonrakı günlərdə o, tez-tez Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayıb, hətta görüşüb iş barədə soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işə çağırılacağını demiş və daha sonra o, aldadıldığını başa düşdüyü üçün Təqsirləndirilən şəxs verdiyi 10.000 manat pulu tələb etmişdir. Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla ümumilikdə 1500 manat pul qaytarsa da, pulun qalan hissəsini qaytarmamış və buna görə də, o, N2-ci ilin may ayında müxtəlif dövlət orqanlarına Təqsirləndirilən şəxs barəsində şikayətini bildirmişdir. Daha sonra istintaq və məhkəmə gedişi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, bacanağı X3 bir neçə il əvvəldən ona 60.000 manat borcu olduğu üçün N1ci ilin sonlarında o, növbəti dəfə borcunu qaytarmasını istəmiş və həmin vaxt sonuncu borcunu qaytarmasından ötrü yaşadığı, vəfat etmiş babası X4 adına olan və Buzovna qəsəbəsində yerləşən evi girov qoyub kredit götürmək istəsə də, evi qızı Zeynəb Babayevanın adına keçirə bilməməsi səbəbindən bunun mümkün olmadığını demişdir. Aralarındakı söhbət zamanı Ə.Babayev yaşadığı evin qızı Z.Babayevanın adına keçirilməsinə kömək edəcəyi təqdirdə tez bir zamanda borcunu qaytaracağını demiş və o, N2-ci ilin yanvar ayında Ucar rayonunda aralarında yaxın münasibət olan X14 ilə görüşüb söhbət edən zaman sonuncuya bu barədə məlumat vermişdir. Həmin vaxt N.Əzimov Bakı şəhərində yaşayan Soltan adlı bir tanışının geniş əlaqələrinin olduğunu, bu məsələdə ona kömək edə biləcəyini deyərək əlaqə saxlaması üçün telefon nömrəsini ona vermiş və bir neçə gün sonra o, Soltanla əlaqə saxlayaraq Nəsimi rayon Polis İdarəsinin yaxınlığında yerləşən kafedə görüşmüşdür. Tanış olan zaman Soltan harada, hansı vəzifədə çalışmasını, nə işlə məşğul olmasını deməmiş və o, probleminin nədən ibarət olması barədə məlumat verdikdən sonra sonuncu kim olduğunu demədiyi, yüksək vəzifədə çalışan general rütbləi tanışına pul verilməsi müqabilində onun vasitəsilə bu işi həll edə biləcəyini demişdir. Həmin vaxt Soltan bu işin həlli üçün nə qədər pul verməli olduğunu deməsə də, lazım olduğu zamanlarda özünün əlaqə saxlayıb pul istəyəcəyini demiş və o, bu işə razılıq verərək oradan ayrılmışdır. Sonrakı vaxtlarda Soltan tez-tez onunla əlaqə saxlayaraq evin sənədləşəməsi məsələsi ilə əlaqədar ondan müxtəlif məbləğərdə pul istədiyi üçün o, həmin pulları vermiş və o, Soltana konkret olaraq hans, tarixdə, hansı məbləğdə pul verdiyini xatırlamasa da, N2-ci ilin yanvar ayından N2-ci ili mart ayının sonunadək Soltana Bakı şəhərində hissə-hissə olmaqla, həm əlbə-əl, həm də bank kartına köçürmə yolu ilə ümumilikdə 10.500 manat məbləğində pul vermişdir. Soltan N2-ci ilin mart ayının sonunadək evin sənədləşmə məsələsini həll edəcəyinə söz versə də, işi həll etməmiş və o, əlaqə saxlayıb bu barədə soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bundan sonra o, aldadıldığını başa düşərək verdiyi pulu tələb etmiş, lakin Soltan pulu qaytaracağına söz versə də, qaytarmamışdır. O, Soltanın pulu qaytarmadığını gördükdən sonra 01 sentyabr N2-ci il tarixdə bununla bağlı Daxili işlər Nazirliyinə şikayət ünvanlamış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma başlanıldıqdan sonra o, Soltanın soyadının Əhmədov, atasının adının Raqif olduğunu, Təqsirləndirilən şəxs Müdafə Nazirliyinin hansısa hərbi hissəsində leytenant hərbi rütbəsində xidmət etdiyini bilmişdir. Daha sonra istintaq və məhkəmə gedişi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ifadə verib göstərdi ki, o, 1996-cı ildən N2-ci ilin fevral ayınadək Daxili Qoşunların N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və orada xidmətdə olarkən 2017-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında yerləşən “Özət” adlı kafedə olan zaman orada təsadüfən Təqsirləndirilən şəxs adında bir şəxslə tanış olmuşdur. Tanış olan zaman Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğunu desə də harada, hansı vəzifədə və rütbədə xidmət etdiyini bildirməmiş və o, bu barədə soruşmamışdır. Həmin gündən sonra o, Təqsirləndirilən şəxs görməmiş və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi təqaüdə çıxdıqdan sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında mülki işçi kimi işə düzəlməsi üçün N2-ci ilin təxminən mart-aprel aylarında oraya getmişdir. O, hospitaldan çıxdıqdan sonra yaxınlıqda yerləşən “Özət” adlı kafeyə getmiş və orada təsadüfən Təqsirləndirilən şəxsla rastladığı üçün yaxınlaşıb tanışlıq verərək onunla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs zabit kimi xidmət etdiyini desə də, hansı hərbi hissədə, hansı vəzifədə xidmət etdiyini, rütbəsinin nə olduğunu bildirməmiş və o, bu barədə soruşmamışdır. Onlar bir qədər söhbət etdikdən sonra Soltan kim olduğunu demədiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışının olduğunu, tanışının vasitəsilə pul müqabilində istənilən şəxsi həmin nazirlikdə işə düzəldə biləcəyini demiş və işə düzəlmək istəyən tanışı olarsa məlumat verməsini istəmişdir. O, hospitalda mülki işçi kimi işə düzəlmək istədiyi üçün bu barədə maraqlanmamış və Təqsirləndirilən şəxs mobil telefonunun nömrəsini öyrəndikdən sonra oradan arılmışdır. O, hospitalda mülki işçi kimi işə düzələ bilmədiyi üçün bir müddət sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə kömək etməsindən ötrü Təqsirləndirilən şəxsla əlaqə saxlamış və aralarındakı söhbət zamanı sonuncu 21.000 manat məbləğində pul verməsi müqabilindi həmin nazirlikdə işə düzələ biləcəyini, pulun 20.000 manatının yüksək vəzifədə çalışan tanışına, 1000 manatının isə ona qalacağını demişdir. O, razılaşsa da, pulu olmadığ üçün həmin məbləğdə pulu hissə-hissə vermə biləcəyini demiş və Təqsirləndirilən şəxs etiraz etməyərək 2-3 ay ərzində işə düzələcəyini bildirmişdir. Bundan sonra o, dost-tanışından borc olaraq, bankdan kredit götürmüş və N2-ci ilin iyul ayının sonundan N2-ci ilin oktyabr ayının sonunadək Təqsirləndirilən şəxs Bakı şəhərində həm əlbə-əl, həm də bank kartına köçürməklə ümumilikdə 21.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs dediyi müddət başa çatsa da o, işə çağırılmamış və N2-ci ilin noyabr ayında tez-tez əlaqə saxlayıb bu barədə soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək bir neçə günə işə çağırılacağını demişdir. O, aldadıldığını başa düşdükdən sonra verdiyi pulu tələb etmiş, lakin Təqsirləndirilən şəxs pulunu qaytarmadığı üçün N2-ci ili noyabr ayında o, bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ünvanlamış və araşdırma aparılmağa başlanılmışdır. Daha sonra istintaq və məhkəmə gedişi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ifadə verib göstərdi ki, o, 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra dost-tanışına, eləcə də ailəvi tanışlıqlarının olduğu, Kürdəmir rayon sakini Zərərçəkmiş şəxs3 iş axtardığını, işə düzəlməsinə kömək etmələrini demiş və bir müddət sonra N2-ci ilin təxminən avqust ayında Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq Soltan adlı bir tanışının 21.000 manat məbləğidə pul verməsi müqabilində yüksək vəzifədə çalışan tanışının vasitəsilə onu Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəldə biləcəyini demişdir. O, bir qədər fikirləşib, valideynləri ilə məsləhətləşdikdən sonra təklifi qəbul etmiş və Zərərçəkmiş şəxs3 tanışı Soltannın pulun yarısını əvvəlcədən, qalan hissəsini isə işə qəbul olunduqdan sonra verməli olduğunu dediyi üçün N2-ci ilin sentyabr ayının sonunda o, özünə məxsus Hyundai Elantra markalı avtomobili sataraq Zərərçəkmiş şəxs3 11.000 manat pul vermişdir. O, pulu Zərərçəkmiş şəxs3 verdikdən sonra Soltanla görüşmələri üçün Nərimanov metrostansiyasının yaxınlığına getmiş və orada Zərərçəkmiş şəxs3 avtomobildən düşərək pulu verməsi üçün Soltanla görüşəməyə getmişdir. Həmin vaxt o, avtomobildə qalmış və Zərərçəkmiş şəxs3 bir qədər sonra qayıdaraq pulu Soltana verdiyini demişdir. Zərərçəkmiş şəxs3 pulu verib qayıtdıqdan sonra Soltanın mobil telefonunun nömrəsini ona demiş və hansı sənədləri hazırlamasını öyrənməsi üçün özünün Soltanla əlaqə saxlamasını bildirmişdir. O, Soltanla əlaqə saxlayıb nə zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gedəcəyini soruşduqda Soltan on gündən sonra həmin nazirliyə gedəcəyini bildirmiş və işə qəbulla bağlı hazırlaması üçün ona bir sıra sənədlərin adını demişdir. O, Soltanın dediyi sənədləri, yəni diplomunun, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini, özünün bir neçə şəklini hazırladıqdan sonra yendən Soltanla əlaqə saxlamış və həmin vaxt sonuncu səhəri gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə getməsini demişdir. Səhəri gün Soltan onunla əlaqə saxlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısındakı istirahət parkına gedib gözləməsini, hansısa bir şəxsin gəlib onunla görüşəcəyini dediyi üçün o, həmin parka gedərək bir qədər gözləmiş və heç kimin gəlmədiyinii görüb Soltanla əlaqə saxladıqda sonuncu nazirliyin qəbul otağına daxil olub sənədlərini təqdim etməsini bildirmişdir. O, nazirliyin qəbul otağına daxil olduqda içəridə 28-35 yaşlarında üç qadının olduğunu görmüş və geyimlərindən, davranışlarından onların həmin nazirliyin işçiləri olduğunu başa düşmüşdür. O, qadınlarında birin yaxınlaşıb sənədlərini təqdim etdikdən sonra həmin şəxs ona işə qəbul olunması ilə bağlı ərizə yazdırmış və o, ərizəni yazdıqdan sonra həmin qadın işçi ona işə qəbulla bağlı ona məlumat veriləcəyini dediyi üçün o, oradan ayrılmışdır. O, işə qəbul olunması ilə bağlı sənədlərini versə də, sənədlərini qəbul edən qadın işçi ona Soltan barədə heç nə deməmiş və o, Soltanın onu göndərdiyini bildirməmişdir. Bir neçə gün sonra mobil telefonuna internet sayıtı vasitəsilə sənədlərinin icraata verilməsi ilə bağlı SMS göndərilsə də, sonrakı günlərdə işə qəbul olunub-olunmaması ilə bağlı nazirlikdən ona heç bir məlumat verilməmiş və 12 noyabr N2-ci il tarixdə Soltan onunla telefon vasitəsilə əlaqə saxlayıb işə qəbul olunması ilə bağlı əmrin verildiyini deyərək dərhal pulun qalan hissəsini istədiyi üçün o, həmin gün dost-tanşından borc pul istəmişdir. Həmin gün o, 6000 manat pul əldə edərək Soltanın dediyi bank kartına göndərmiş və pulun qapal hissəsini bir neçə günə verəcəyini bildirmişdir. O, 600 manat pulu verdikdən sonra Soltana görüşmək istədiyini dediyi üçün onlar 14 noyabr N2-ci il tarixdə Qara Qarayev metostansiyasının yaxınlığında görüşmüş və aralarındakı söhbət zamanı Soltan yenə də işə qəbul olunması ilə bağlı əmrin verildiyini, bir neçə günə işə çağırılacağını demişdir. Soltan pulun qalan hissəsini də istədiyi üçün daha sonra o, atası X1 4000 manat pul istəmiş və atası pulu verdikdən sonra 15 noyabr N2-ci il tarixdə o, Soltanla Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında görüşərək həmin pulu ona vermişdir. Soltan 4000 manat pulu aldıqdan sonra 1-2 günə işə qəbul olunması ilə bağlı əmrin “mygov.az” portalında yerləşdiriləcəyini demişdir. Sonrakı günlərdə o, dəfələrlə yoxlamasına baxmayaraq adının portalda çıxmadığını görmüş və Soltanla əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Soltanın onu aldatdığını başa düşdükdən sonra onun haqqında maraqlanmış və soyadının Əhmədov olduğunu, onun Müdafiə Nazirliyinin hansısa hərbi hissəsində leytenant hərbi rütbəsində xidmət etdiyini bilmişdir. Bundan sonra həm o, həm də Zərərçəkmiş şəxs3 verdikləri pulu tələb etmiş, lakin Soltan pulu qaytarmadığı üçün 06 dekabr N2-ci il tarixdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində şikayətini bildirmişdir. Daha sonra istintaq və məhkəmə gedişi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ifadə verib göstərdi ki, qızı Nigar Kazımova N2-ci ildə Universiteti bitirdikdən sonra işləmək istədiyini bildirmiş və buna görə də, o, qızına iş axtarmışdır. N2-ci ilin təxminən sentyabr ayında aralarında tanışlıq münasibəti olan, Kürdəmir rayon sakini Zərərçəkmiş şəxs3 ilə söhbət edən zaman qızına iş axtardığını demiş və bu zaman Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyinin hansısa bir hərbi hissəsində zabit kimi xidmət edən bir tanışının yüksək vəzifədə çalışam adamlarının olduğunu, həmin şəxsin qızı N.Kazımovanın işə düzəlməsinə kömək edə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs3 inandığı üçün tanışı ilə bu barədə maraqlanmasını istəmiş və bir neçə gün sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq 15.000 manat məbləğində pul verilməsi müqabilində tanışının qızı N.Kazımovanı Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəldə biləcəyini demişdir. O, razılıq verdiyi üçün bir neçə gün sonra Zərərçəkmiş şəxs3la əlaqə saxlayaraq pulu hazır etdiyini demiş və tanışı olduğu üçün pulu özünün aparıb verməsini istəmişdir. Zərərçəkmiş şəxs3 etiraz etmədiyi üçün həmin gün pulu götürməsindən ötrü bacısı oğlu Şahid4 onunla görüşməyə göndərmiş və o, pulu sonuncuya vermişdir. Şahid4 pulu alıb yanından ayrıldıqdan bir neçə saat sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlamış və pulu tanışına verdiyini, qızı N.Kazımovanın iki ay ərzində işə düzələcəyini demişdir. İki ay tamam olduqdan sonra qızı işə düzəlməmiş və o, Zərərçəkmiş şəxs3la əlaqə saxlayıb maraqlandqda danışığından Eşənin aldadıldığını başa düşüb verdiyi pulu geri istəmişdir. Bir neçə gün sonra, yəni N2-ci ilin dekabr ayının sonunda Elşən ona 15.000 manat pul qaytarmış və daha sonra o, Elşənin tanışından şikayət etdiyini bilmişdir. Daha sonra həmin şikayət əsasında araşdırma aparılmağa başlanılmış və araşdırma zamanı qızı N.Kazımovanı işə düzəltmək adı ilə aldadaraq 15.000 manat pulunu alan şəxsin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı bir şəxs olduğunu bilmişdir. Daha sonra məhkəmə gedişi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yanğından mühafizə xidmətində mülki işçi kimi sürücü vəzifəsində çalışır və N2-ci ilin may ayında iş yerində olan zaman təsadüfən orada mülki geyimdə olan Təqsirləndirilən şəxs adlı bir şəxslə tanış olmuşdur. Tanış olan zaman Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmət etdiyini demiş və həkim komissiyasından keçməsi üçün hospitala gəldiyini bildirmişdir. Aralarındakı söhbət zamanı o, aylıq əmək haqqının az olduğu dedikdə Təqsirləndirilən şəxs geniş əlaqələrinin olduğunu, istədiyi təqdirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışının vasitəsilə onu həmin nazirlikdə əmək haqqı yüksək olan işə düzəldə biləcəyini demiş, lakin yüksək vəzifədə çalışan tanışının kim olmasını bildirməmişdir. O, həmin yerdə işə düzələcəyi təqdirdə aylıq əmək haqqının nə qədər olduğunu soruşduqda Təqsirləndirilən şəxs aylıq əmək haqqının 1200-1N0 manat olacağını demiş və bu zaman o, tanışı ilə bu haqda danışmasını istəmişdir. Aralarında olan bu söhbətdən bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq görüşmüş və tanışı ilə danışdığını, 26.000 manat məbləğində pul verməsi müqabilində tanışının onu Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəldə biləcəyini, həmin pulun 25.000 manatının yüksək vəzifədə çalışan tanışına, 1000 manatının isə ona çatacağını demişdir. O, razılşadığı üçün N2-ci ilin iyun ayının əvvəllərindən N2-ci ilin oktyabr ayının əvvəllərinədək Bakı şəhərində Təqsirləndirilən şəxs həm əlbə-əl, həm də bank kartlarını köçürməklə ümumilikdə 26.500 manat pul vermiş və Təqsirləndirilən şəxs üç ay ərzində işə düzələcəyini deməsinə baxmayaraq işə qəbul olunması ilə bağlı əmr verilməmişdir. Sonrakı günlərdə o, Təqsirləndirilən şəxsla tez-tez əlaqə saxlayb bu barədə soruşduqda sonuncu müxtəlif bəhanələr gətirmiş və o, aldadıldığını başa düşdüyü üçün verdiyi pulları tələb etmişdir. Təqsirləndirilən şəxs pulu qaytarmadığı üçün o, N2-ci ilin noyabr ayında Daxili İşlər Nazirliyinə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ünvanlamışdır. Bundan sonra o, aparılan araşdırma ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdır. Daha sonra istintaq və məhkəmə gedişi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N1-ci ilin təxminən yanvar ayında müayinə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olan zaman təsadüfən orada Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin vaxt sonuncunun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində taqım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etdiyini bilmişdir. Aralarındakı söhbət zamanı o, Təqsirləndirilən şəxs döyüş əməliyyatları zamanı aldığı xəsarətlə bağlı stasionar müalicədə olduğunu bilmiş və sonrakı günlərdə o, yenə də hospitala gələn zaman Təqsirləndirilən şəxsla görüşüb söhbət etdiyi üçün aralarında yaxın münasibət yaranmışdır. Aralarında olan yaxın münasibətə görə N1-ci ilin təxminən mart ayında o, Təqsirləndirilən şəxsla hospitaldan kənarda görüşən zaman sonuncu Dövlət Neft şirkətində (SOCAR) yüksək vəzifədə çalışan bir şəxslə yaxın tanışlıq münasibətinin olduğunu, həmin şəxsin vasitəsi ilə pul müqabilində istənilən şəxsi qeyd edilən şirkətdə fəhlə kimi işə düzəldə biləcəyini demiş və işə düzəlmək istəyən tanışı olarsa məlumat verməsini istəmişdir. Bu söhbətdən bir neçə ay sonra, N1-ci ilin sentyabr ayında qardaşı Şahid5 işsiz olduğu üçün o, qardaşına Təqsirləndirilən şəxs barəsində məlumat vermiş, lakin Şahid5 SOCAR şirkətində fəhlə kimi işə düzəlmək istəmədiyini deyərək, bu təklifi aralarında dostluq münasibəti olan və özünə iş axtaran Zərərçəkmiş şəxs1 təklif etməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs1la yaşadıqları Sumqayıt şəhərində görüşüb bu barədə ona məlumat vedikdə sonuncu SOCAR şirkətində fəhlə kimi işə düzəlməyə razılıq vermiş, lakin Təqsirləndirilən şəxsla özünün görüşüb söhbət etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün bir neçə gün sonra, yəni N1-ci ilin oktyabr ayının əvvələrində onlar Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs Rahil Süleynmanova SOCAR şirkətində yüksək vəzifədə çalışan “Qaraməli” adlı tanışının vasitəsi ilə onu həmin şirkətdə fəhlə kimi işə düzəldə biləcəyini, bunun müqabilində 10.000 manat məbləğində pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 10.000 manat məbləğində pulu əvvəlcədən verə bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs 5000 manatı əvvəlcədən, qalan 5000 manatı isə işə qəbul olunması ilə bağlı əmr imzalandıqdan sonra verə biləcəyini, istədiyi təqdirdə pulun verilməsi ilə bağlı aralarında notarial qaydada borc müqaviləsi bağlaya biləcəklərini təklif etmiş və Rahil Süleynmanov bu təkliflə razılaşmışdır. Təqsirləndirilən şəxs işə qəbul üçün bir sıra sənədlərin də hazırlamalı olduğunu dediyi üçün daha sonra onlar oradan ayrılmış və bi neçə gün sonra, yəni 12 oktyabr N1-ci i tarixdə o, Zərərçəkmiş şəxs1la telefon vasitəsi ilə əlaqə saxlayan zaman sonuncu həmin gün Təqsirləndirilən şəxsla Sumqayıt şəhərində yerləşən 4 saylı notarial ofisində borc müqaviləsi bağlayaraq ona 5000 manat pul verdiyini demişdir. Həmin gün o, Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu 5000 manat pulu aldığını təsdiqləmiş və Zərərçəkmiş şəxs1 N2-ci ilin yanvar ayında işə başlayacağının demişdir. Aralarında olan bu söhbətdən bir müddət sonra, 11 dekabr N1-ci il tarixdə Zərərçəkmiş şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq SOCAR şirkətində çalışan “Zaur” adlı şəxsin onunla telefon vaitəsilə əlaqə saxlayıb işə qəbul olunması ilə bağlı əmrin imazalandığını deməsini bildirmiş və buna görə də 14 dekabr N1-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşüb qalan 5000 manatı da verəcəyini demişdir. Zərərçəkmiş şəxs1 5000 manat pulu verən zaman onun da yanlarında olmasını istədiyi üçün onlar 14 dekabr N1-ci il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxsla görüşmüş və nömrəsini xatırlamadığı notariat ofisində borc müqaviləsi bağladıqdan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 N2-ci ilin yanvar ayında işə başlayacağının desə də Zərərçəkmiş şəxs1 işə çağırılmamış və buna görə də o, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb bu barədə soruşduqda sonuncu SOCAR şirkətində yerdəyişmələr olduğunu, yaxın günlərədə işin müsbət həll olunacağını demişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış və aldadılıdığın başa düşən Zərərçəkmiş şəxs1 bundan sonra verdiyi pulu tələb etməyə başılamışdır. Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 1500 manat pulu qaytarsa da pulun qalan hisssəsini verməmiş və buna görə də Zərərçəkmiş şəxs1 bununla bağlı müxtəlif dövlət orqanlarına şikayətini bildirmişdir. X11 Zərərçəkmiş şəxs1 10.000 manat məbləğində pulu qardaşı Şahid5 borc olaraq aldığını, sonuncunun isə həmin pulu lombard kredit təşkilatından kredit olaraq götürdüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid1 və Zərərçəkmiş şəxs1 ifadələrinə oxşar məzmunlu ifadə verərək, qardaşı Şahid1 tanışı Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 sonuncunu SOCAR şirkətində fəhlə kimi işə düzəltmək adı ilə aldığını, həmin pulu özünün Sumqayıt şəhərində yerləşən lombard kredit təşkilatından kredit olaraq götürüb aralarında yaxın dostluq münasibəti olduğu üçün Zərərçəkmiş şəxs1 borc olaraq verdiyini və işin həll etmədiyini gördükdən sonra Zərərçəkmiş şəxs1la birlikdə Təqsirləndirilən şəxsla görüşərək verilən pulu tələb etdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, leytenant Təqsirləndirilən şəxs 01 sentyabr N1-ci il tarixdə komandiri olduğu divizionun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının komandiri-batareyanın baş zabiti vəzifəsinə təyin edilsə də səhhəti ilə əlaqədar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında malicə olunduğu üçün xidmət yerinə, yəni Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hisssəyə N noyabr N2-ci il tarixdə gəlmiş və həmin gün səhhətində olan problemlərlə bağlı müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getməli olduğunu deyərək bununla bağlı yazdığı raportu imza etməsindən ötrü ona təqdim etmişdir. Xidmət yerinə yenicə gəldiyi üçün o, leytenant Təqsirləndirilən şəxs yazdığl raportu imzalamamış və leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Laçın rayonu Qarıqışlaq kəndində yerləşən qərargahından rayonun Minkənd kəndi ərazisində yerləşən haubitsalı artileriya divizionuna aparmışdır. Səhəri gün xidməti işləri ilə bağlı başı qarışıq olduğu üçün o, leytenant Təqsirləndirilən şəxsla maraqlanmamış və 02 dekabr N1-ci il tarixdə divizionun şəxsi heyyətinin düzülüşü zamanı o, leytenant Təqsirləndirilən şəxs sırada görməyib harada olması ilə maraqlandıqda hospitala göndərilməsi üçün əvvəlki gün hərbi hissənin qəragahına getdiyini öyrənmişdir. O, hərbi hissənin şəxsi heyətin uçotu bölməsi ilə telefon vasitəsi ilə əlaqə saxladıqda leytenant Təqsirləndirilən şəxs hospitala getməsi üçün göndəriş alıb Laçın rayonundan ayrıldığını bilmiş və maraqlandıqda göndəriş alması üçün yazılmış raportda onun adının qarşısında imza olduğunu bilib leytenant Təqsirləndirilən şəxs onun imzasının saxtalaşdırdığını başa düşərək bununla bağlı hərbi hissə komandirinə raport yazmışdır. O, özü əlaqə saxlamasa da 3-cü artilleriya batareyasının komandiri, baş leytenant Şahid3 leytenant Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamasını tapşırmış, lakin bir qədər sonra baş leytenant Şahid3 yanına gələrək leytenant Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilmədiyini məruzə etmişdir. Həmin gündən sonra leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmamış və 03 iyun N2-ci il tarixdə onun xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirildiyi üçün bu haqda maraqlanmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq olunmuş Şahid3 Məjdun oğlu şahid Daxil Şıxaliyevin ifadəsinə analoji məzmunlu ifadə verərək, leytenant Təqsirləndirilən şəxs 3-cü artilleriya batareyasına N noyabr N1-ci il tarixdə gəldiyini, 02 dekabr N1-ci il tarixdə hospitala getməsi barədə raport yazıb divizion komandiri, polkovnikleytenant Daxil Şıxaliyevin imzasını saxtalaşdıraraq həmin raport əsasında göndəriş almaqla hərbi hissədən getdiyini, sonrakı günlərdə Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayıb nə üçün xidmət yerinə gəlmədiyini soruşduqda sonuncunun xidmət müddətinin başa çatdığını, xidmət etmək istəmədiyi üçün gəlməməsini bildirdiyini, bir neç ay sonra, yəni 18 avqust N2-ci il tarixdə leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdığını, tərxis olunmaq istədiyi üçün hərbi-həkim komissiyası tərəfindən şəhadətlədirilməsindən ötrü 20 avqust N2-ci il tarixdə ona göndəriş verilsə də bir daha xidmət yerinə qayıtmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyə ifadə verib göstərdi ki, o, 16 dekabr N1-ci il tarixdə N nömrəli hərbi hissədə şəxsi heyətin uçotu bölməsinin rəisi kimi ximətə başladıqdan sonra sənədlərlə tanış olan zaman hərbi hissənin haubitsalı artilleriya divizionun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya tağımının komandiri, leytenant Təqsirləndirilən şəxs 02 dekabr N1-ci il tarixdə hospitala getməsi barədə raport yazıb, divizion komandiri, polkovnik-leytenant Daxil Şıxaliyevin imzasının saxtalaşdıraraq, yəni onun əvəzinə özü imza çəkərək həmin raport əsasında göndəriş almaqla hərbi hissədən getdiyini və qeyd olunan faktla bağlı raport yazıldığı üçün araşdırma aparıldığını bilmişdir. Leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığı üçün hərbi hisssə komandanlığı tərəfindən yaşadığı ünvana məktublar göndərilərək, hərbi polisə müraciət edilmiş və 18 avqust N2-ci il tarixdə hərbi polisin köməkliyi ilə leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qaytarılmışdır. Leytenant Təqsirləndirilən şəxs zabit kimi könüllü hərbi ximətə qəbul olunması ilə bağlı götürdüyü öhdəliyin müddəti N1-ci ilin dekabr ayında başa çatdığı üçün sonuncu xidmət yerinə qayıtdıqdan sonra xidmət etmək istəmədiyini bildirmiş və bununla əlaqədar olaraq hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilməsindən ötrü hərbi hisssə komandanlığı tərəfindən 20 avqust N2-ci il tarixdə ona göndəriş verilmişdir. Leytenant Təqsirləndirilən şəxs 20 avqust N2-ci il tarixdə hərbi hissədən ayrılsa da sonrakı vaxtlarda hərbi hissəyə onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı hər hansı sənəd daxil olmamış və o, xidmət yerinə qayıtmamışdır. Leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığı üçün o, 09 oktyabr N2-ci il tarixdə hərbi hissə komandirinə bununla bağlı raport yazmış və faktla bağlı araşdırma təyin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar məzmunlu ifadə verərək, N2-ci ilin sentyabr ayında dayısı Zərərçəkmiş şəxs3 istəyinə əsasən Zərərçəkmiş şəxs5la görüşərək, ondan 15.000 manat pul aldığını və həmin gün dayısı Zərərçəkmiş şəxs3 onun iştirakı ilə 15.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs5 qızı Nigar Kazımovanı işə düzəltməsi üçün Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hospitalının yaxınlığında Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş leytenant Təqsirləndirilən şəxs səhəti ilə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müayinəyə göndərilməsi barədə N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 02 dekabr N1-ci il tarixli raportda artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 adının qarşısındakı imzanın Təqsirləndirilən şəxs, yaxud Şahid2 tərəfindən icra edilib-edilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Ekspertin xx.xx.N2-ci il tarixli 4/1819 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.N1-ci il tarixli raportda artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 qrafasındakı imza Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.N1-ci il tarixli raportda artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 qrafasındakı imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərləndirici əlamətlərin mövcud olması, imzanın oxşadılmaqla icra olunması səbəbindən imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.N2-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 leytenant Təqsirləndirilən şəxs Dövlət Neft Şirkətində (SOCAR) fəhlə kimi işə düzəlməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan N1-ci ilin oktyabr-dekabr aylarında ümumilikdə 10.000 (on min) manat məbləğində pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.N2-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 leytenant Təqsirləndirilən şəxs qohumu Əsəd Babayevin yaşadığı evin qızı Zeynəb Babayevanın adına rəsmiləşdirilməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan N2-ci ilin fevral-mart aylarında 10.500 (on min beş yüz) manat məbləğində pul alması barədə müxtəlif dövlət orqanlarına məlumat vermişdir. xx.xx.N2-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 leytenant Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan 21.000 (iyirmi bir min) manat məbləğində pul alması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat vermişdir. xx.xx.N2-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 leytenant Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan 21.000 (iyirmi bir min) manat məbləğində pul alması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat vermişdir. xx.xx.N2-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs6 leytenant Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə düzəlməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pul alması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat vermişdir. xx.xx.N3-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 leytenant Təqsirləndirilən şəxs qızı X6 və Təbii Sərvətlər Nazirliyində işə düzəldəcəyi adı ilə aldadaraq ondan 15.000 (on beş min) manat məbləğində pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. Kredit müqaviləsinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 xx.xx.N1-ci il tarixdə leytenant Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vermişdir. Kredit müqaviləsinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 xx.xx.N1-ci il tarixdə leytenant Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə Şahid5 adına olan bank kartına N0 manat pul köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə Şahid5 adına olan bank kartına 500 manat pul köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 leytenant Təqsirləndirilən şəxs bank kartlarına xx.xx.N2-ci il tarixdə 500 manat, xx.xx.N2-ci il tarixdə 1N0 manat, xx.xx.N2-ci il tarixdə 1000 manat, xx.xx.N2-ci il tarixdə 5000 manat, xx.xx.N2-ci il tarixdə 1000 manat, xx.xx.N2-ci il tarixdə 2000 manat məbləğində pul köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş bağlaşmanın surətindən görünür ki, leytenant Təqsirləndirilən şəxs N0-ci ilin iyun ayında 1 il 6 ay müddətinə zabit kimi könüllü hərbi xidmət keçməklə bağlı öhdəlik götürmüşdür. xx.xx.N1-ci il tarixli raportdan görünür ki, leytenant Təqsirləndirilən şəxs səhəti ilə bağlı müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməsi barədə N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 müraciət etmiş və həmin raport əsasında hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. xx.xx.N1-ci il tarixli 28217 nömrəli göndərişdən görünür ki, leytenant Təqsirləndirilən şəxs həmin tarixdə müayinə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. xx.xx.N1-ci il tarixli raportdan görünür ki, N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun komandiri, polkovnik-leytenant Şahid2 leytenant Təqsirləndirilən şəxs hospitala göndərilməsi barədə yazdığı raportu onun əvəzindən imzalayaraq, həmin raport əsasında göndəriş alıb hərbi hissədən ayrılması barədə hərbi hissə komandirinə məlumat vermişdir. xx.xx.N2-ci il tarixli raportdan görünür ki, xx.xx.N1-ci il tarixdə müalicə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getmiş leytenant Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. xx.xx.N2-ci il tarixli raportdan görünür ki, leytenant Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtmışdır. xx.xx.N2-ci il tarixli 350 nömrəli göndərişdən görünür ki, leytenant Təqsirləndirilən şəxs şəhadətləndirilməsi üçün həmin tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmişdir. xx.xx.N2-ci il tarixli raportdan görünür ki, mayor Şahid6 xx.xx.N2-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmiş leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmaması barədə hərbi hissə komandirinə məlumat vermişdir. xx.xx.N2-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş xx.xx.N2-ci il tarixli 147N nömrəli məktubdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Hərbi-Həkim Komissiyasından keçməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına yalnız xx.xx.N2-ci il tarixdə müraciət etmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından təqdim edilmiş xx.xx.N2-ci il tarixli 10145 nömrəli məktubdan görünür ki, leytenant Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdən xx.xx.N2-ci il tarixədək hospitalda stasionar müayinə və müalicədə olmamışdır. Leytanant Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qəbul bölməsində ambulator müayinədən keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0-ci il tarixli 0403 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, ehtiyat zabit hazırlığı kursunu bitirmiş Təqsirləndirilən şəxs leytenant hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmişdir və N nömrəli hərbi hissənin 1-ci mexaniləşdirilmiş taborunun minaatan batareasının minaatan tağımının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli N0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini – X5 xx.xx.N1-ci il tarixli 017 nömrəli əmri ilə N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya tağımının komandiri-batareyanın baş zabiti vəzifəsinə təyin edilmiş leytenant Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli N1 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs həmin tarixdə müalicə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 246 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtdığı üçün hospitaldan gecikənlərin siyahısınada çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 248 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs həmin tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 299 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs müayinədən qayıtmadığı üçün adı hospitaldan gecikənlərin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş xx.xx.N2-ci il tarixli 13933 nömrəli arayışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 72 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının komandiri-batareyanın baş zabiti leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral N3-cü il tarixli 0136 nömrəli əmri ilə, Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidməti müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş medal vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr N1-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirildi. Lakin ona Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı2 təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirərək, həmin hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsini, həmin Məcəllənin 312.2-ci maddəsi isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməni və ya təkrar rüşvət verməni nəzərdə tutur. Məhkəmə, qeyd etməyi lazım bilir ki, cinayət-hüquq elmində səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “CM-in 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul N2-ci il tarixli qərarına əsasən, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən, yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin CM-nin 32.4 və 312.2-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may N3-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” N2-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” N3-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndiriləın şəxs Təqsirləndirilən şəxs zərərçəkmişlərdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmişlərin xeyinə hər hansı hərəkət etmək, onlara kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-cü maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X12 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr N1-ci il tarixli qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı2 ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə sadalanan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələri ilə törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3- cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi onun özünün həmin cinayəti törətdiyini tam etiraf etməsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 334.1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 335.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaları nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N mart N3cü il tarixli 72 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral N3-cü il tarixli 0136 nömrəli əmri ilə, Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidməti müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N aprel N1-ci il tarixli qərarının 2-3-cü bəndinə görə, həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviriəsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Məhkəmə, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 maddələri ilə sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəllənin 335.2-ci maddəsi ilə cərimə cəzasının təyin olunmasını, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmasını, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 noyabr N2-ci il tarixdən 17 noyabr N2-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaya daxil edilməklə həmin cəzadan çıxılmalıdır. Belə ki, Laçın RPŞ-nin əməkdaşlarının axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs 16 noyabr N2-ci il tarixdə tutularaq, Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmiş və 17 noyabr N2-ci il tarixdə Bakı Hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Arif Fərzəliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilərək, tutulmuş şəxsin azad edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs 17 noyabr N2-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında Bakı Hərbi Məhkəməsinin xx.xx.N3-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə Laçın RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.N3-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli- 03 iyun N3-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.N1-ci il tarixli raport cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənildiyindən adına “Unibank”, “MuğanBank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” banklarında olan bank hesablarının üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə heyəti gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilsin və həmin maddə ilə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 334.1 və 335.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 334.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 335.2-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 noyabr N2-ci il tarixdən 17 noyabr N2-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli- 03 iyun N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.N1-ci il tarixli raport cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs adına “Unibank”, “MuğanBank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” banklarında olan bank hesablarının üzərinə qoyulmuş həbs götürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar