Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-55/2024 13.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx N003-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tərtər Hərbi Məhkəməsinin 6 oktyabr N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat cərimə cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilmiş, Xocavənd rayonunun Əmiranlar kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq Beyləqan rayonunun inzibati ərazisində məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli nömrəli hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonunun Qaraheybət təlim mərkəzində yerləşən 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının baş pulemyotçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 31 avqust N0N3-cü il tarixdə saat N radələrində hərbi hissədə təşkil olunan N-ci səviyyəli NATO qiymətləndirilməsi ilə bağlı təlimlərə hazırlıq keçirilməsi ilə əlaqədar şəxsi heyətlə birlikdə sırada dayanan zaman həmin hərbi hissənin hərbi qulluqçusu, 1-ci taqım komandirinin müavini gizir Zərərçəkmiş şəxs ona dəmir baş geyimini (dəbilqə) geyinməməsini irad tutmasından narazı qaldığına görə həmin gün, yəni 31 avqust N0N3cü il tarixdə saat N0:00 radələrində günlük xidmətini başa vurduqdan sonra sonuncu ilə birlikdə Qaraheybət təlim mərkəzindəki ön əməliyyat bazasının nəzarət buraxılış məntəqəsinin qapısından çıxdıqdan sonra da yol boyu sırada aralarında yaranmış mübahisəni davam etdirmiş, təxminən 90-100 (doxsan-yüz) metr irəlilədikdən sonra hərbi qulluqçuların avtomobillərini saxlamaq üçün nəzərdə tutulmuş duracağın yaxınlığında həmin vaxt rütbə üzrə rəisi hesab olunan gizir Zərərçəkmiş şəxsla mübahisəni davam etdirərək sol əli ilə onun yaxalıq hissəsindən tutub sağ əli ilə şalvarının sol yan cibindən təxminən 4 sm ölçüdə, qara rəngli və qatlanmış vəziyyətdə olan bıçağı çıxarıb açaraq Zərərçəkmiş şəxs sol kürəkaltı nahiyəsinə 1 (bir) bıçaq zərbəsi vurmaqla sonuncuya qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan “sol kürək nahiyəsinin kəsilmiş yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar rəisə zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, 31 avqust N0N3-cü il tarixdə saat 0N radələrində hərbi hissənin komandanlığı tərəfindən düzülüş verildiyindən xidmət etdiyi 3-cü bölüyün şəxsi heyəti sıra meydançasında düzülmüşdür. Həmin vaxt o, tam təchizatla sırada dayanmış, lakin başı ağrıdığından dəmir baş geyimini geyinməmişdir. Bu vaxt hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının komandirinin müavini gizir Zərərçəkmiş şəxs niyə görə dəmir baş geyimini başına qoymadığını ondan soruşmuş, o, başının ağrıması səbəbindən dəmir baş geyimini geyinmədiyini sonuncuya söyləmişdir. Zərərçəkmiş şəxs dəbilqəni başına qoymayacağı təqdirdə hərbi hissədə təşkil olunan N-ci səviyyəli NATO qiymətləndirməli təlimlərə hazırlıq dərslərinə girməyəcəyi barədə ona xəbərdarlıq etmişdir. Bundan sonra o, dəmir dəbilqəni başına qoyaraq şəxsi heyətlə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qaraheybət ərazisində yerləşən təlim mərkəzinə getmiş və həmin gün, saat 1N radələrində xidmət yerinə geri qayıtmışdır. Həmin gün saat 14:00 radələrində ŞahidN tərəfindən şəxsi heyətin Qaraheybət ərazisində yerləşən təlim mərkəzinə getməsi üçün düzülüş komandası verilmiş və sıradan tapşırıq icra edilməsi üçün 1N (on iki) hərbi qulluqçu seçilmişdir. Həmin vaxt 1N nəfər hərbi qulluqçunun içərisində həm o, həm də gizir Zərərçəkmiş şəxs olmuşdur. Bu vaxt ŞahidN “dəbilqələr başa” komandasını vermiş, lakin o, həmin vaxt fikirli olduğundan qeyd olunan komandanı eşitməmişdir. Zərərçəkmiş şəxs niyə görə dəbilqəsini başına qoymadığını ondan soruşmuş, o, heç bir şey demədən dəbilqəsini başına qoymuşdur. Onlar bir qədər sonra təlim mərkəzinə çatmış, həmin gün saat 17 radələrində təlim bitdiyi üçün onlar hərbi hissəyə qayıtmışlar. O, bölükdə Zərərçəkmiş şəxsla üzbəüz gəlmiş, sonuncu niyə görə dəbilqəni başına qoymadığını ondan soruşmuş, o, başı ağrıdığı üçün dəbilqəni başına qoymadığını və həmçinin düşmənçilik etməməsini Zərərçəkmiş şəxs söyləmişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs onunla heç bir düşmənçilik aparmadığını və onu hələ də tanımadığını qeyd etmişdir. Həmin gün, yəni 31 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində hərbi hissənin 1-ci taborunun nəzarət buraxılış məntəqəsinin qapısından çıxdıqdan sonra o, yolda Zərərçəkmiş şəxs görmüşdür. Onlar yol boyu həmin gün səhər radələrində aralarında yaranmış mübahisə barədə bir qədər söhbət etməyə başlamış, təxminən 90-100 (doxsan-yüz) metr irəlilədikdən sonra hərbi hissənin avtomobil duracağına çatmışlar. Bu zaman Zərərçəkmiş şəxs nə etmək istədiyini ondan soruşmuş, o, sonuncuya düşmənçilik eləməməsini demişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona “çolpa, nə edəssən, vurassan?” sualını vermişdir. O, Zərərçəkmiş şəxs uzaq durmasını demiş və sol əli ilə sonuncunun köynəyinin yaxalıq hissəsindən tutmuşdur. Zərərçəkmiş şəxs da buna qarşılıq olaraq onun köynəyinin yaxalıq hissəsindən tutmuşdur. Həmin an Zərərçəkmiş şəxs onun yaxasından tutması ona çox pis təsir etmiş və sonuncuya yaxasından əlini çəkməsini demişdir. Zərərçəkmiş şəxs isə ona yaxasını buraxacağı təqdirdə, onun yaxasından əlini çəkəcəyini demişdir. O, bu vaxt Zərərçəkmiş şəxs bu sözündən əsəbləşərək əvvəlcə sağ əli ilə şalvarının sol yan cibindən təxminən 4 sm ölçüdə, qara rəngli və qatlanmış vəziyyətdə olan bıçağı çıxarmış və daha sonra həmin bıçağı açmışdır. O, Zərərçəkmiş şəxs geriyə itəliyərək sonuncunun sol qolundan vurmaq istəmiş, lakin sonuncu bıçaq zərbəsindən yayınmaq istəyərkən özünü cəld şəkildə kənara çəkmiş və nəticədə bıçaq zərbəsi Zərərçəkmiş şəxs sol kürək nahiyəsinə dəymişdir. Bıçaq zərbəsindən sonra Zərərçəkmiş şəxs onun yaxasından əlini çəkmişdir. Həmin vaxt onun niyyəti gizir Zərərçəkmiş şəxs ağır xəsarət yetirmək və yaxud sonuncunu öldürmək olmamışdır. O, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman sonuncuya qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Hadisə zamanı o, mülki geyim formasında olmuş, Zərərçəkmiş şəxs əynində isə xaki rəngli komuflyaj tipli qısaqol köynək olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs avtomobil duracağında qara rəngli şəxsi avtomobilinə əyləşərək ərazidən getmişdir. O isə piyada yoluna davam edərək yaşadığı evinə getmiş və həmin gün hadisə barəsində heç kimə məlumat verməmişdir. N sentyabr N0N3-cü il tarixdə baş leytenant ŞahidN onu xidməti otağına çağıraraq bir gün əvvəl Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirib-yetirmədiyini ondan soruşmuş, o, cinayət əməlini etiraf edərək sonuncunu bıçaqla vurduğunu demişdir. O, cinayət əməlini törətdiyi bıçağı təxminən N-3 gün özündə saxlamış, bundan sonra qorxduğu üçün sözügedən bıçağı Abşeron rayonunun Müşviqabad və Aşağı Güzdək qəsəbələri arasında yerləşən Daşagil gölünə atmışdır. Daha sonra barəsində araşdırma başlandığını eşitmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 31 avqust N0N3-cü il tarixdə saat 0N radələrində hərbi hissənin komandanlığı tərəfindən təşkil olunan düzülüş zamanı 1-ci taborun 3-cü bölüyün bütün şəxsi heyəti sıra meydançasında düzülmüşdür. Həmin bölüyün 1-ci taqımının 3-cü manqasının baş pulemyotçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs sırada dayanarkən dəmir baş geyimini (dəbilqəli) geyinmədiyini gördükdə o, sonuncudan nə səbəbə dəbilqəsini başına qoymadığını soruşmuş, Təqsirləndirilən şəxs başının ağrıdığını ona söyləmişdir. O, Təqsirləndirilən şəxs dəbilqəni başına taxmasını söyləmişdir. O, Təqsirləndirilən şəxs dəbilqəsini başına qoymadığını görüb sonuncuya sıranı tərk etməsini və hazırlıq dərslərinə girməməsini söyləmişdir. Bundan sonra o, taqımın şəxsi heyətini Bakı şəhəri Qaradağ rayonu Qaraheybət ərazisində yerləşən təlim mərkəzinə aparmış, həmin gün saat 1N radələrində təlim bitmiş və o, xidmət yerinə geri qayıtmışdır. Həmin gün saat 14:00 radələrində hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün komandiri baş leytenant ŞahidN tərəfindən Qaraheybət ərazisində yerləşən təlim mərkəzinə getmələri üçün bölüyün şəxsi heyətinə düzülüş komandası verilmiş və şəxsi heyət sırasından 1N (on iki) hərbi qulluqçu seçilmişdir. Onlar zirehli texnikaya minən zaman ŞahidN “dəbilqələr başa” komandasını vermiş, həmin vaxt o, Təqsirləndirilən şəxs dəbilqəsini başına qoymadığını görmüşdür. O, həmin vaxt Təqsirləndirilən şəxs “başının ağrıması səbəbindən dəbilqəni qoymursan” sualını vermişdir. Təqsirləndirilən şəxs bundan sonra kinayəli şəkildə dəbilqəsini başına qoymuşdur. Onlar təlim mərkəzinə çatmış, orada təlimdə iştirak etmişlər və həmin gün saat 17:00 radələrində yenidən hərbi hissəyə geri qayıtmışlar. O, bölüyün əsgər yataqxanasında Təqsirləndirilən şəxs görmüş və sonuncuya “sən dəbilqəni başına qoymamaqla nə etmək istəyirsən, sənin fikrin nədir” sualını vermişdir. Təqsirləndirilən şəxs ona “gizir Həsənov, düşmənçilik etmə” sözlərini demişdir. Həmin gün, yəni 31 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində hərbi hissədə xidmət gününün sonuncu düzülüşü başa çatmış və şəxsi heyətin evə getməsi barədə müvafiq göstəriş verilmişdir. O, hərbi hissənin 1-ci taborunun nəzarət buraxılış məntəqəsindən (NBM) çölə çıxmışdır. O, nəzarət buraxılış məntəqəsindən çıxdıqdan sonra yanında Təqsirləndirilən şəxs görmüş və sonuncu həmin vaxt onun üzünə baxıb bir qədər gülümsəmişdir. O, nə baş verdiyini və niyə güldüyünü əsgər Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs ona “gizir Həsənov, çalış düşmənçilik eləmə, nə sənə sərf eləməz, nə mənə” demişdir. Bu vaxt o, Təqsirləndirilən şəxs “çolpa, nə edəssən vurassan” sualını vermişdir. Təqsirləndirilən şəxs bu zaman sol əli ilə onun köynəyinin yaxalıq hissəsindən tutmuş, o, da buna qarşılıq olaraq sol əli ilə Təqsirləndirilən şəxs köynəyinin yaxalıq hissəsindən tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxasından əlini çəkməsini demiş, o, ilk öncə Təqsirləndirilən şəxs əlini yaxasından çəkməsini tələb etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt sağ əli ilə şalvarının sol yan cibindən təxminən 4 sm ölçüdə, qara rəngli və qatlanmış vəziyyətdə olan bıçağı çıxardaraq açmış, ardınca onu geriyə itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bıçaqla onun sol qolundan vurmaq istəyərkən, o bıçaq zərbəsindən yayınmaq üçün kənara çəkildiyindən bıçaq zərbəsi onun sol kürək nahiyəsinə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona növbəti bıçaq zərbəsini vurmamış və o, sonuncuya “nə etdin sən” demişdir. Həmin vaxt hava işıqlı olduğundan o, sol kürək altı nahiyəsində köynəyinin qanadığını görmüşdür. O, dərhal şəxsi dayanacaqda olan **-FM- *** dövlət qeydiyyat nişanlı qara rəngli “Hyundai Elantra” markalı şəxsi avtomobilinə əyləşmiş və yaşadığı ünvana getmişdir. O, N sentyabr N0N3-cü il tarixdə səhər 07 radələrində sıra düzülüşü zamanı bölük komandiri ŞahidN onun sırada düz dayana bilmədiyini görüb onu yanına çağıraraq nə baş verdiyini soruşmuş, o sonuncuya həqiqəti danışaraq bir gün öncə Təqsirləndirilən şəxs onun sol kürək altı nahiyəsindən bir bıçaq zərbəsi vurduğunu demişdir. Daha sonra o, hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs barəsində həmin fakta görə cinayət işi başlanmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi, mülki iddiası yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant ŞahidN göstərdi ki, 31 avqust N0N3-cü il tarixdə saat 14:00 radələrində təlimlərlə əlaqədar bölüyün şəxsi heyətinin Qaraheybət ərazisində yerləşən təlim mərkəzinə getməsi üçün düzülüş komandası vermiş, bundan sonra şəxsi heyət düzüldükən sonra tapşırıq icra edilməsi üçün 1N (on iki) hərbi qulluqçu sıradan seçilmiş və həmin hərbi qulluqçular tapşırıq icra etmək üçün Bakı şəhəri Qaradağ rayonu Qaraheybət ərazisində yerləşən təlim mərkəzi istiqamətində yola çıxmışdır. Həmin vaxt həm müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs, həm də gizir Zərərçəkmiş şəxs adı çəkilən zirehli texnikada olmuşdur. Şəxsi heyət zirehli texnikaya minən zaman o, “dəbilqələr başa” komandasını verdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs niyə görə dəbilqəsini başına qoymaması barədə irad tutduğunun şahidi olmuşdur. Zərərçəkmiş şəxs bu iradından sonra Təqsirləndirilən şəxs dəbilqəsini başına qoymuşdur. Onlar bir qədər sonra adı çəkilən təlim mərkəzinə çatmışlar, təlimdə iştirak etmişlər və həmin gün saat 17:00 radələrində yenidən hərbi hissəyə geri qayıtmışlar. N sentyabr N0N3-cü il tarixdə saat 07:30 radələrində səhər düzülüşü zamanı Zərərçəkmiş şəxs tam təchizat olmadan sırada dayandığını görmüş və bunun səbəbini sonuncudan soruşmuşdur. Zərərçəkmiş şəxs ağrıdığını və bu səbəbdən tam təchizatla sıraya gəlmədiyini ona demişdir. Şəxsi heyətin tam təchizatı hərbi qulluqçunun avtomat silahlı, dəmir baş geyimli, qoruyucu zirehli, jiletli, tibbi ləvazimatlı və sair şəkildə olması nəzərdə tutulur. O, niyə görə ağrıdığını Zərərçəkmiş şəxs soruşmuş, sonuncu bir gün əvvəl dəbilqəsini geyinmədiyinə görə nəzarət buraxılış məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini və nəticədə sonuncu tərəfindən sol kürək altı nahiyəsindən bıçaqlandığını ona demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs xidməti otağına çağırmış və Zərərçəkmiş şəxs sol kürək altı nahiyəsindən bıçaqlayıbbıçaqlamadığını Rəvandan soruşmuşdur. Təqsirləndirilən şəxs göstərilən tarixdə Zərərçəkmiş şəxs sol kürəkaltı nahiyəsindən bıçaqladığını etiraf etmişdir. O, bundan sonra baş vermiş hadisə barəsində hərbi hissənin 1-ci taborunun komandiri, mayor Mehman Qaragözova bu barədə məlumat vermiş, həmçinin raportla yuxarı komandanlığa məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində adı çəkilən faktla bağlı araşdırma başlandığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant Şahid1 ŞahidNla eyniməzmunlu ifadə verərək onun dediklərini mahiyyəti üzrə təsdiq etdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 0N dekabr N0N3cü il tarixli protokoldan görünür ki, hadisə yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu Qaraheybət hərbi şəhərciyində yerləşən 1-ci taborunun nəzarət buraxılış məntəqəsindən təxminən 90-100 metr aralıda avtomobillərin duracağıdır. 31 avqust N0N3-cü il tarixdə saat N0:00 radələrində mübahisə nəticəsində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yaxalaşmış və sonuncu həmin vaxt sağ əli ilə şalvarının sol yan cibindən təxminən 4 sm ölçüdə, qara rəngli və qatlanmış vəziyyətdə olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs geriyə itəliyərək sonuncunun sol qolundan vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs bıçaq zərbəsindən yayınmaq istəyərkən özünü cəld şəkildə kənara çəkmiş və nəticədə bıçaq zərbəsi Zərərçəkmiş şəxs sol kürək nahiyəsinə dəymişdir. Qeyd edilən əraziyə baxış keçirilərkən həmin ərazidə iş üzrə həmiyyət kəsb edə biləcək hər hansı iz, əşya və ya predmet aşkar olunmadı və götürülmədi. İş materiallarında olan N nömrəli hərbi hissədən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqım komandirinin müavini vəzifəsində xidmət edən gizir Zərərçəkmiş şəxs həmin hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının baş pulemyotçusu vəzifəsində edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs rəisi hesab olunur. İş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 təqdim edilmiş 11 oktyabr N0N3-cü il tarixli 1744 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs «sol kürək nahiyəsinin kəsilmiş yarası» diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət aşkar olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin 1-ci taborunun komandirinə ünvanlanmış 0N sentyabr N0N3-cü il tarixli 11303 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının baş pulemyotçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 31 avqust N0N3-cü il tarixdə həmin taborun 3-cü bölüyünün 1-ci taqım komandirinin müavini, gizir Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti kapitanı Murad Əhmədov tərəfindən yazılmış 03 sentyabr N0N3-cü il tarixli 11313 nömrəli raportdan görünür ki, hərbi hissənin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs 0N sentyabr N0N3-cü il tarixdə saat 11:00 radələrində hərbi hissənin tibb məntəqəsində müayinə olunan zaman onda «sol kürək nahiyəsinin bayır səthinin əməliyyatdan sonrakı vəziyyəti» diaqnozlu xəsarət aşkar olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə kоmаndirinin N9 yanvar N0NN-ci il tаrixli 30 nömrəli əmrindən edilmiş çıxаrışdаn görünür ki, gizir Zərərçəkmiş şəxs hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi vəzifəsindən həmin hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə kоmаndirinin N avqust N0N3-cü il tаrixli N37 nömrəli əmrindən edilmiş çıxаrışdаn görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının baş pulemyotçusu vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Аzərbаycаn Respublikаsı DİN-nin Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Tərtər Hərbi Məhkəməsinin 6 oktyabr N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.N0NN-ci ildə cərimə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinin müddəalarına görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.3.N-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs оğlunun əvvəl törətdiyi və məhkum olunduğu əməl, həmçinin baxılan iş üzrə təqsirləndirildiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddirlər və onun ödənilməmiş məhkumluğu bu iş üzrə nəzərə alınmır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş N3 oktyabr N0N3-cü il tаrixli 10943 nömrəli аrаyışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” N0 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxs, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci və 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 330.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından N0% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-55/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-55/2024
13.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver