Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-56/2023 23.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, Quliyev Yusf Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru XN, müdafiəçilər- “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Alyans” Vəkil Bürosunun vəkili MüdafiəçiN və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx N99N-ci il tarixdə Şamaxı rayonunun Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olmaqla faktiki olaraq hazırda Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, ünvan N ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun avtomobil bölüyünün avtomobil tağımının avtomobil manqasının sürücüsü, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4, 29, N78.2.2, 29, N78.2.4 və 32.4, 3N2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, həmçinin aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Belə ki, Nəsirov X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun avtomobil bölüyünün avtomobil tağımının avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, baş əsgər hərbi rütbəsində xidmətdə olarkən 2020-ci ilin may ayının ortalarında telefon vasitəsilə danışaraq ona müraciət etmiş, əvvəllər birlikdə xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxsN Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Gizir hazırlığı” kursunda iştirak edərək “gizir” hərbi rütbəsi almaq və xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək istəyini bilib, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxsN pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və sələhiyyətə malik olmadığı, habelə Zərərçəkmiş şəxsN köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı, geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə yüksək vəzifədə və rütbədə xidmət edən tanışına 4000 (dörd min) manat pulun verilməsi müqabilində onun “Gizir hazırlığı” kursunda iştirak edərək “gizir” hərbi rütbəsi alması və xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilməsini təşkil və təmin edəcəyinə dair yalan vəd verib, razılığını alaraq Zərərçəkmiş şəxsN anası ŞahidN Şəmkir şəhəri ərazisində yerləşən elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi bank hesab kartına köçürdüyü 4000 (dörd min) manat məbləğində pulu nağdlaşdırmış, daha sonra cinayət əməlini davam etdirib 202N-ci ilin iyun ayının əvvəllərində işin həll olunması üçün əlavə olaraq istədiyi və Zərərçəkmiş şəxsN onun göndərdiyi bank hesab kartına köçürdüyü 600 (altı yüz) manat məbləğində pulu nağlaşdırmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxsN 4600 (dörd min altı yüz) manat məbləğində pulunu əldə etmiş, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxsN xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2020-ci ilin iyun ayının ortalarında ona müraciət etmiş tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxsN sonuncunun xidmət yoldaşı, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Gizir hazırlığı” kursunda iştirak edərək “gizir” hərbi rütbəsi almaq və xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək arzusunda olduğunu öyrəndikdən sonra həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı və sonuncuya hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək təkrarən Zərərçəkmiş şəxs2 xeyli miqdarda pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxsN vasitəsilə yüksək vəzifədə xidmət edən tanışının olduğunu və həmin şəxsin bu məsələni 5500 (beş min beş yüz) manat pulun müqabilində həll edəcəyinə dair Zərərçəkmiş şəxs2 yalandan vəd verib onun razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2 Şəmkir şəhəri ərazisində Zərərçəkmiş şəxsN anası ŞahidN 5500 (beş min beş yüz) manat məbləğində pulu vermiş, daha sonra Təqsirləndirilən şəxs ŞahidN Şəmkir şəhəri ərazisində yerləşən elektron ödəmə sistemi vasitəsi ilə özünün göndərdiyi bank hesab kartına köçürdüyü 5500 (beş min beş yüz) manat məbləğində pulu nağdlaşdırmış, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs2 xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və kiçik-çavuş hərbi rütbəsində xidmətdə olarkən 202N-ci ilin yanvar ayının əvvəllərində ona müraciət etmiş tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxsN sonuncunun xidmət yoldaşı, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs3 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Gizir hazırlığı” kursunda iştirak edərək “gizir” hərbi rütbəsi almaq və xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək arzusunda olduğunu öyrəndikdən sonra həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı və sonuncuya hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək təkrarən Zərərçəkmiş şəxs3 xeyli miqdarda pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxsN vasitəsilə yüksək vəzifədə xidmət edən tanışının olduğunu və həmin şəxsin bu məsələni 5300 (beş min üç yüz) manat pulun müqabilində həll edəcəyinə dair Zərərçəkmiş şəxs3 yalandan vəd verərək Zərərçəkmiş şəxs3 buna razılıq verdikdən sonra bu məqsədlə 202N-ci ilin yanvar ayının ortalarında Şəmkir şəhəri ərazisində Zərərçəkmiş şəxsN 5300 (beş min üç yüz) manat məbləğində pulu vermiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN Şəmkir şəhəri ərazisində yerləşən elektron ödəmə sistemi vasitəsi ilə özünün göndərdiyi bank hesab kartına köçürdüyü 5300 (beş min üç yüz) manat məbləğində pulu nağdlaşdırmış, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs3 xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və kiçik-çavuş hərbi rütbəsində xidmətdə olarkən 202N-ci ilin yanvar ayının əvvəllərində ona müraciət etmiş tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxsN sonuncunun xidmət yoldaşı, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs4 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Gizir hazırlığı” kursunda iştirak edərək “gizir” hərbi rütbəsi almaq və xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək arzusunda olduğunu öyrəndikdən sonra həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı və sonuncuya hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək təkrarən Zərərçəkmiş şəxs4 xeyli miqdarda pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxsN vasitəsilə yüksək vəzifədə xidmət edən tanışının olduğunu və 5300 (beş min üç yüz) manat pulun müqabilində bu məsələni həll edəcəyinə dair Zərərçəkmiş şəxs4 yalandan vəd verməklə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd edib, sonuncunun razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs4 202N-ci ilin fevral ayının sonlarında Bakı şəhəri ərazisində “Gənclik” metrostansiyasının yaxınlığında “Gənclik mall” ticarət mərkəzinin arxa tərəfində sonuncunun dayısı Şahid2 məxsus “Mercedes E-class” markalı avtomobildə görüşərək verdiyi 4000 (dörd min) manat məbləğində pulu əldə etmiş, daha sonra cinayət əməlini davam etdirib 202N-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisində “Birbank” mobil telefon tətbiqindən istifadə edərək göndərdiyi N000 (min) manat məbləğində pulu nağdlaşdırmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 5000 (beş min) manat məbləğində pulunu əldə etmiş, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs4 xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə onun əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və kiçik-çavuş hərbi rütbəsində xidmətdə olarkən 202N-ci ilin may ayında ona müraciət etmiş tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxsN sonuncu ilə həmin vaxt Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kursunda kursant olaraq xidmət edən xidmət yoldaşı, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs5 kursun yekun imtahanlarından keçmək və xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək arzusunda olduğunu öyrəndikdən sonra həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı və sonuncuya hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək təkrarən Zərərçəkmiş şəxs5 pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxsN vasitəsilə yüksək vəzifədə xidmət edən tanışının olduğunu və 2900 (iki min doqquz yüz) manat pulun müqabilində bu məsələni həll edəcəyinə dair Zərərçəkmiş şəxs5 yalandan vəd verib sonuncunun razılığını alaraq bu məqsədlə sonuncunun qardaşı Şahid3 Şəmkir şəhəri ərazisində Zərərçəkmiş şəxsN 2900 (iki min doqquz yüz) manat məbləğində pulu vermiş, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində idarə etdiyi qırmızı rəngli “Tofaş” markalı avtomobildə Zərərçəkmiş şəxsN görüşərək verdiyi 2900 (iki min doqquz yüz) manat məbləğində pulu əldə etmiş, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs5 xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə onun əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4, 29, N78.2.2 və 29, N78.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən zaman N9N nömrəli hərbi hissədən tanıdığı, yaxın münasibəti olduğu Zərərçəkmiş şəxsN təxminən 2020-ci ilin may ayının ortalarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan gizir hazırlığı kursuna gəlmək istədiyini, ona kursu bitirərək hərbi rütbə almağında köməklik etməyi xahiş etmişdir. O da bu işin həll olunmasında sonuncuya köməklik edəcəyini, bunun üçün yüksək vəzifədə çalışan tanışlarının olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxsN guya maraqlanmaq üçün vaxt istəmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxsN özü ona zəng vuraraq maraqlanıb-maraqlanmadığını soruşduqda, sonuncunun gizir hazırlığı kursuna qəbul olunması müqabilində vəzifəli şəxsə onun vasitəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində pulun verilməli olduğunu söyləmiş, lakin əslində onun hansısa bir vəzifəli tanışı olmamışdır. Sadəcə həmin vaxtlarda maddi ehtiyacları olduğu üçün Zərərçəkmiş şəxsN aldadaraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmçinin, Zərərçəkmiş şəxsN pulu vəzifəli şəxsə verəcəyini bildirsə də sonuncuya hansısa bir şəxsin adını söyləməmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxsN onunla əlaqə saxlayaraq həmin pulu tanışı vasitəsilə Bakı şəhərinə göndərdiyini və Lökbatan qəsəbəsinə gedərək adını və telefon nömrəsini xatırlamadığı şəxsdən götürməyini bildirmiş, o da gedib həmin 3500 manat məbləğində pulu tanımadığı həmin şəxsdən götürmüş, həmin vaxtdan sonra isə Vətən Müharibəsi başladığı üçün bir müddət kurs təşkil olunmamışdır. 2020-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxsN xidmət dostlarından olan, onunla N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxsN özünün də gizir hazırlığı kursunda iştirak etmək istədiyini və gizir hərbi rütbəsinin aldıqdan sonra Müdafiə Nazirliyinin Hərbi X7 rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətini davam etdirmək istədiyini bildirmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxsN vasitəsilə onunla danışmağını istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN ona zəng vuraraq danışmış və bir nəfər də dostunun olduğunu, sonuncunun da gizir hazırlığı kursunda iştirak etmək istədiyini və N nömrəli hərbi hissəyə köçürülmək istədiyini bildirmişdir. O da bu işin həll olunmasında sonuncuya köməklik edəcəyini, bunun üçün yüksək vəzifədə çalışan tanışlarının olduğunu, bunun müqabilində 5500 (beş min beş yüz) manat məbləğində pulun çatdırılmalı olduğunu bildirmiş, daha sonra 5550 manat məbləğində pulu Zərərçəkmiş şəxsN anası ŞahidN Şəmkir rayonu ərazisində çatdırılmışdır. Bundan sonra ŞahidN 5500 manat məbləğində pulu, 50 manat xidmət haqqı olmaqla onun dediyi bank hesab kartına Şəmkir ərazisində yerləşən ödəmə terminallarından biri vasitəsilə göndərmişdir. Təxminən 202N-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxsNla eyni hərbi hissədə xidmət edən MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs4 və MAHHXHQ, çavuş Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxsN gizir hazırlığı kursunda iştirak etmək, gizir hərbi rütbəsini aldıqdan sonra xidmətlərini N nömrəli hərbi hissədə davam etdirmək istədiklərini bildirmişlər və onun vasitəsilə bu işin görülməsini xahiş etmişlər. Bundan sonra Zərərçəkmiş şəxsN ona zəng vuraraq Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 işlərini görmək üçün köməklik göstərilməsini istəmiş, bunun müqabilində o, hər birindən 5500 (beş min beş yüz) manat məbləğində pul almağını və oradan hər birindən 200 manat olmaqla pulu özünə götürməyini, yerdə qalan 5300 manatı isə ona göndərməyini bildirmişdir. Zərərçəkmiş şəxsN vasitəsilə xatırlamadığı tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs4 və dayısı ilə sonuncuya məxsus avtomobildə görüşmüşlər. Zərərçəkmiş şəxs4 dayısı ilə birlikdə onunla Bakı şəhəri ərazisində görüşərək 4000 manat pulu nağd şəkildə ona vermiş, bundan sonra N000 manatı isə 202N-ci ilin fevral ayının sonlarında onun dediyi bank hesab kartına göndərmişdir. O, Zərərçəkmiş şəxs4 ilə nə həmin görüşdən əvvəl, nə də sonra ümumiyyətlə telefon vasitəsilə əlaqə saxlamamış, heç vaxt telefon əlaqəsi olmamışdır. Yalnız Zərərçəkmiş şəxs4 ilə Zərərçəkmiş şəxsN vasitəsilə danışmışdır. Zərərçəkmiş şəxsN və sonuncu vasitəsilə Zərərçəkmiş şəxs4 Gizir hazırlığı kursuna qəbul ilə bağlı ilk öncə xidmət etdikləri hərbi hissənin komandanlığına müraciət etmələrini, bunun zəruri olduğunu, yerdə qalan əsas məsələləri isə özünün vasitəsi ilə vəzifəli tanışlarının əli ilə həll edəcəyini bildirmişdir. Həmin vaxt onsuzda həmin hərbi qulluqçuların hərbi hissə komandanlığına müraciət edəcəkləri təqdirdə kursa çağırılacaqlarını bilmiş, lakin, guya həmin işlərin özünün vasitəsi ilə həll olunacağını bildirmişdir. Lakin bundan sonra nə Zərərçəkmiş şəxsN, nə də Zərərçəkmiş şəxs4 işinin həll olunması üçün faktiki heç bir hərəkət etməmiş, sadəcə guya işlərini həll edirmiş görüntüsü yaratmaq məqsədilə hər birinin anket məlumatlarını istəmişdir. Həm Zərərçəkmiş şəxsN, həm də Zərərçəkmiş şəxs4 özləri gizir hazırlığı kursuna onun heç bir köməkliyi olmadan qəbul olmuşlar. Təxminən 202N-ci ilin mart-iyun aylarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində həmin şəxslərin gizir hazırlığı kursu baş tutmuşdur. Kurs bitdikdən sonra Zərərçəkmiş şəxsN məhkəmədə barəsində cinayət işi olduğu üçün gizir hərbi rütbəsi ala bilməmiş, həmçinin Zərərçəkmiş şəxsN bunun üçün öz verdiyi pulun və Zərərçəkmiş şəxs4 öz biliyinə kursa qəbul olduğunu və istədiyini hərbi hissəyə təyinat almadığını bildirərək verdiyi pulu da ondan geri tələb etməyə başlamış, bundan sonra o, hissə-hissə ümumilikdə N200 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 qaytarmışdır. Zərərçəkmiş şəxs3 isə eyni məqsədlər üçün razılaşdığı 5300 məbləğində pulu Zərərçəkmiş şəxsN çatdırdıqdan sonra Zərərçəkmiş şəxsN Şəmkir şəhəri ərazisində yerləşən “Emanat” ödəmə terminalı vasitəsilə onun göndərdiyi bank hesab kartına göndərmişdir. Təxminən 202N-ci ilin may ayında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxsN yaxınlaşaraq özünün heç kimin köməyi olmadan kursun qəbul imtahanından keçdiyini, lakin yekun imtahanda kəsilməkdən qorxduğunu, həmçinin təyinatının N nömrəli hərbi hissəyə verilməyini istədiyini bildirmiş, bu səbəbdən onun tanışı olan şəxslə danışmağını istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN onunla danışdıqda həmin iş müqabilində 2900 manat pul lazım olduğunu, Zərərçəkmiş şəxs5 3000 manat almağını, N00 manat özünə götürdükdən sonra 2900 manat pulu ona göndərməyini istəmişdir. Həmin işi də tanışı olan yüksək vəzifəli şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsN Zərərçəkmiş şəxs5la danışarkən özünə heç bir məbləğ götürməyəcini deyərək istədiyi işin həll olunması üçün 2900 manat pulun verilməli olduğunu söyləmiş, Zərərçəkmiş şəxs5 da razılaşmışdır. Kurs dövründə məzuniyətə getmiş və məzuniyyətdən qayıdarkən 202N-ci ilin may ayının ortalarında Şəmkir rayonu ərazisində 2900 manat pulu Zərərçəkmiş şəxs5 qardaşı Zərərçəkmiş şəxsN vermiş və həmin gün hərbi hissəyə getməmiş Bakı şəhəri ərazisində onunla görüşərək onun idarə etdiyi qırmızı rəngli “Tofaş” markalı avtomobildə 2900 manat pulu ona vermişdir. O, maşının saxlanc yerində qeyd dəftərçəsini götürərək Zərərçəkmiş şəxs5 əvvəlcədən adını yazdığı hissənin qarşısında pulun miqdarını yazmış, daha sonra onu xidmət yerinə gətirmişdir. Kursları 03 iyun 202N-ci il tarixdə başa çatdıqdan sonra o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hər biri xidməti yerlərinə qayıtmışlar. Həmin vaxt onun barəsində araşdırma getdiyi üçün o, Zərərçəkmiş şəxsN zəng vuraraq “gizir” hərbi rütbəsi verilməsi üçün əlavə olaraq 600 manat pul lazım olduğunu bildirmiş, həmin gün onun dediyi bank hesab kartına Şəmkir rayonu ərazisində “milliön” ödəmə terminalı vasitəsilə 600 manatı göndərmişdir. Təxminən 20 gündən sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 əmrləri gəlmiş, həmin şəxslərə “gizir” hərbi rütbəsi verilmişdir. Lakin Zərərçəkmiş şəxsN rütbə verilməmiş, həmçinin heç biri onun bildirdiyi hərbi hissələrə təyinat almamışlar. Bundan sonra həmin şəxslər ondan pullarını geri tələb etməyə başlamışlar. O, ilk öncə kursda iştirak etmədiyi üçün Zərərçəkmiş şəxs3 4000 manat pulunu qaytarmış, qalan N300 manat pulunu isə onun əvəzinə müvəqqəti olaraq verməyini istəmiş, Zərərçəkmiş şəxsN da onun əvəzinə Zərərçəkmiş şəxs3 N300 manat pul vermişdir. Beləliklə Zərərçəkmiş şəxs3 pulu tam şəkildə özünə qaytarılmış, Bundan sonra o, Zərərçəkmiş şəxs4 500 manat pul göndərmiş, bir müddət sonra Zərərçəkmiş şəxsN həmin şəxslərin pullarını tələb etdiyini bildirərək ondan pulları tələb etdikdə 2000 manat pul göndərmişdir. Həmin puldan Zərərçəkmiş şəxsN 600 manatı özünə götürdükdən sonra 700 manat Zərərçəkmiş şəxs4, 700 manat da Zərərçəkmiş şəxs5 vermişdir. Onun hazırda həmin şəxslərə ümumilikdə 23.300 manat məbləğində vurduğu ziyandan ödənilməmiş N2.200 manat məbləğində borcu qalmışdır. Törətdiyi əməldən peşman olmasını, həmçinin ödənilməmiş məbləğin də müəyyən müddət ərzində ödəniləcəyini bildirmiş, bu səbəbdən məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadə verib göstərdi ki, 2020-ci ilin may ayının ortalarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq sonuncu ilə danışmış və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “gizir” hazırlığı kursunu keçmək, həmçinin xidmətinin davam etdirilməsi üçün N nömrəli hərbi hissəyə köçürülmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs cavabında “heç bir problem yoxdur, maraqlanıb hansı məbləğdə pul lazım olmasını sənə bildirərəm” demişdir. Təxminən N gündən sonra Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng vuraraq işi maraqlanıb-maraqlanmadığını soruşduqda, Təqsirləndirilən şəxs onu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından keçirəcəyini, daha sonra gizir hazırlığı kursunu keçdikdən sonra N nömrəli hərbi hissəyə köçürəcəyini, bunun müqabilində özünün vasitəsilə yüksək vəzifədə və hərbi rütbədə xidmət edən tanışına 4000 (dörd min) manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 4000 manat məbləğində pulu hansı qaydada göndərə biləcəyini soruşduqda, sonuncu ona bank hesab kartının şəklini atacağını və həmin məbləği göndərdiyi karta köçürməli olduğunu bildirmişdir. O, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar hərbi hissədən çıxa bilmədiyi üçün anası ŞahidN istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəni Təqsirləndirilən şəxs vermiş və sonuncu hazırda xatırlamadığı şəxsin adına olan bank hesab kartını anasının telefonuna “Vatsapp” proqramı vasitəsilə göndərmişdir. Onun anası Təqsirləndirilən şəxs qiyabi şəkildə tanımış və o, sonuncuya Təqsirləndirilən şəxs vasitəsilə işini həll etdirəcəyini bildirmişdir. Bir qədər sonra anası ŞahidN ona zəng vuraraq kartın üzərində “Təqsirləndirilən şəxs” yazılmadığını, kartın başqa şəxsə məxsus olduğunu bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu heç bir problem olmadığını, kartın xalası oğluna məxsus olduğunu, xidmət haqqı nəzərə alınmaqla 4040 manat pulu həmin kartın hesabına köçürməli olduğunu bildirmiş, bundan sonra anasına demiş, anası Zərərçəkmiş şəxsN həmin gün Şəmkir şəhəri ərazisində olan “milliön” ödəmə terminallarının birindən istifadə edərək 4000 manat məbləğində pulu 40 manat xidmət haqqı ilə birlikdə Təqsirləndirilən şəxs göndərdiyi bank kartının hesabına köçürmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs maraqlandıqda sonuncu pulu götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxınlarda kursun başlayacağını və onun da həmin gizir hazırlığı kursunda olacağını bildirmiş və ondan ad, soyad, ata adı, xidmət etdiyi hərbi hissədəki vəzifə və s. anket məlumatlarını istəmişdir. O, hərbi hissədə olarkən öz yaxın xidmət yoldaşları arasında söhbət edərkən bir nəfər şəxsin vasitəsilə kursa qəbul ediləcəyini və xidmət yerinin dəyişdiriləcəyini bildirmiş, bundan təxminən N ay sonra, 2020-ci ilin iyun ayının ortalarında xidmət dostlarından olan, onunla N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs2 ona özünün də gizir hazırlığı kursunda iştirak etmək istədiyini və gizir hərbi rütbəsinin aldıqdan sonra Müdafiə Nazirliyinin Hərbi X7 rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətini davam etdirmək istədiyini bildirmişdir. Bununla əlaqədar onun işini həll edən şəxslə Zərərçəkmiş şəxs2 üçün danışmağını istəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 yanında Təqsirləndirilən şəxs zəng vuraraq danışmış və bir nəfər də dostunun olduğunu, sonuncunun da gizir hazırlığı kursunda iştirak etmək istədiyini və N nömrəli hərbi hissəyə köçürülmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu işi də yüksək vəzifədə olan tanışlarının vasitəsilə həll edə biləcəyini və bunun müqabilində 5500 (beş min beş yüz) manat məbləğində pulun özünün vasitəsilə həmin şəxsə çatdırılmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi pulu əvvəl anasına göndərdiyi kart hesabına göndərməli olduqlarını bildirmiş, o da Zərərçəkmiş şəxs2la danışdıqda sonuncu razılaşmış və 5550 manat məbləğində pulu onun anası ŞahidN Şəmkir rayonu ərazisində şəxsən çatdırmışlar. Bundan sonra anası Zərərçəkmiş şəxsN 5500 manat məbləğində pulu, 50 manat xidmət haqqı olmaqla Təqsirləndirilən şəxs onlara dediyi bank hesab kartına Şəmkir ərazisində yerləşən ödəmə terminallarından biri vasitəsilə göndərmişdir. Bununla bağlı ödəniş qəbzinin surətini də Zərərçəkmiş şəxs2 özünə vermişdir. Bundan sonra onlar kursun başlanması üçün bir neçə ay gözləsələr də, onlar gizir hazırlığı kursuna çağırılmamışlar. Daha sonra isə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatları başlanmış və Kəlbəcər rayonunun işğaldan azad olunmasından sonra onların hərbi hissəsi həmin rayona köçürülmüşdür. Orada olarkən təxminən 202N-ci ilin yanvar ayının əvvəllərində onunla eyni hərbi hissədə xidmət edən yaxın münasibətdə olduğu MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs4 və MAHHXHQ, çavuş Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq gizir hazırlığı kursunda iştirak etmək, gizir hərbi rütbəsini aldıqdan sonra xidmətlərini N nömrəli hərbi hissədə davam etdirmək istədiklərini bildirmişlər, bu səbəbdən onun işini görən şəxslə danışmağını xahiş etmişlər. Bundan sonra o, həmin şəxslərin yanında Təqsirləndirilən şəxs zəng vuraraq danışdıqda sonuncu Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 işlərini görmək üçün hər birindən 5500 (beş min beş yüz) manat məbləğində pul almağını və oradan hər birindən 200 manat olmaqla pulu özünə götürməyini, yerdə qalan 5300 manatı isə Təqsirləndirilən şəxs göndərməyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 özünə heç bir pul lazım olmadığını, istədikləri işlərin görülməsi üçün tanışı olan həmin şəxsin vasitəsilə vəzifəli şəxsə 5300 manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. Təxminən onlar həmin ay məzuniyyətə çıxmış və o, Zərərçəkmiş şəxs4 sonuncu şəxsən istədiyi üçün Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir. Zərərçəkmiş şəxs4 dayısı ilə birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri ərazisində görüşərək 4000 manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra N000 manatı isə 202N-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs dediyi bank hesab kartına göndərmişdir. Beləliklə, Zərərçəkmiş şəxs4 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından yoxlanışlardan keçməsi, gizir hazırlığı kursuna qəbul edilərək hərbi rütbə aldıqdan sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyinat almaq üçün vəzifəli şəxsə çatdırılması üçün Təqsirləndirilən şəxs ümumilikdə 5000 manat məbləğində pul vermişdir. Əvvəlcədən dediyi, lakin Təqsirləndirilən şəxs göndərilməyən 300 manat pulu isə sonuncu həkim yoxlanışından keçərkən lazım olduğu təqdirdə verəcəklərini bildirmiş, lakin buna ehtiyac olmamış və 300 manat Zərərçəkmiş şəxs4 qalmışdır. Zərərçəkmiş şəxs3 isə eyni məqsədlər üçün razılaşdığı 5300 məbləğində pulunu sonuncu şəxsən ona çatdırdıqdan sonra o, Şəmkir şəhəri ərazisində yerləşən “Emanat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi, hazırda kimin adına olduğunu xatırlamadığı bank hesab kartına göndərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 adları gəlmiş və onlar 202N-ci ilin fevral ayı ərzində Baş Klinik Hospitalda tibbi yoxlanışlardan keçmişlər. Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasında digər təlimə getdiyi üçün adı gəlməmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 202N-ci ilin mart ayının əvvəllərindən 03 iyun 202N-ci il tarixədək gizir hazırlığı kursunda iştirak etmişlər. Onlar tibbi yoxlanışlardan və gizir kursuna qəbul olarkən verdikləri normativ və test imtahanlarından şəxsən keçmişlər, burada Təqsirləndirilən şəxs hər hansı formada onlara köməklik göstərməmişdir. O, kurs dövründə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs5 ilə tanış olmuş, sonuncu onlarla eyni kursda olmuş və onların işini hansısa bir şəxsin vasitəsi ilə həll etdirdiyini söhbət əsnasında öyrənmişdir. Təxminən 202N-ci ilin may ayında Zərərçəkmiş şəxs5 ona yaxınlaşaraq özünün heç kimin köməyi olmadan kursun qəbul imtahanından keçdiyini, lakin yekun imtahanda kəsilməkdən qorxduğunu, həmçinin təyinatının N nömrəli hərbi hissəyə verilməyini istədiyini bildirmiş, bu səbəbdən onun tanışı olan şəxslə danışmağını istəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla danışdıqda həmin iş müqabilində 2900 manat pul lazım olduğunu, Zərərçəkmiş şəxs5 3000 manat almağını, N00 manat özünə götürdükdən sonra 2900 manat pulu Təqsirləndirilən şəxs göndərməyini istəmişdir. Həmin işi də tanışı olan yüksək vəzifəli şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs5la danışarkən özünə heç bir məbləğ götürməyəcini deyərək istədiyi işin həll olunması üçün 2900 manat pulun verilməli olduğunu söyləmiş, Zərərçəkmiş şəxs5 da razılaşmışdır. Kurs dövründə məzuniyətə getmiş və məzuniyyətdən qayıdarkən 202N-ci ilin may ayının ortalarında Şəmkir rayonu ərazisində 2900 manat pulu Zərərçəkmiş şəxs5 qardaşı ona vermiş və həmin gün hərbi hissəyə getməmiş Bakı şəhəri ərazisində Təqsirləndirilən şəxsla görüşərək sonuncunun idarə etdiyi qırmızı rəngli “Tofaş” markalı avtomobildə 2900 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs maşının saxlanc yerində qeyd dəftərçəsini götürərək Zərərçəkmiş şəxs5 əvvəlcədən adını yazdığı hissənin qarşısında pulun miqdarını yazmış, daha sonra onu xidmət yerinə gətirmişdir. Kursları 03 iyun 202N-ci il tarixdə başa çatdıqdan sonra o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hər biri xidməti yerlərinə qayıtmışlar. Həmin vaxt onun barəsində araşdırma getdiyi üçün Təqsirləndirilən şəxs ona zəng vuraraq “gizir” hərbi rütbəsi verilməsi üçün əlavə olaraq 600 manat pul lazım olduğunu bildirmiş, o, həmin gün Təqsirləndirilən şəxs ona dediyi bank hesab kartına Şəmkir rayonu ərazisində “milliön” ödəmə terminalı vasitəsilə 600 manatı göndərmişdir. Təxminən 20 gündən sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 əmrləri gəlmiş, həmin şəxslərə “gizir” hərbi rütbəsi verilmişdir. Lakin ona rütbə verilməmiş, həmçinin heç biri Təqsirləndirilən şəxs bildirdikləri hərbi hissələrə təyinat almamışlar. O, N nömrəli hərbi hissəyə, digərləri isə N nömrəli hərbi hissəyə keçirilmək üçün Təqsirləndirilən şəxsla danışdıqlarına baxmayaraq, kursdan sonra o və Zərərçəkmiş şəxs5 öz hərbi hissələrində qalmışlar, Zərərçəkmiş şəxs2 N9N nömrəli hərbi hissəyə, Zərərçəkmiş şəxs4 isə 8N2 nömrəli hərbi hissəyə keçirilmiş, Zərərçəkmiş şəxs3 da kursda iştirak etmədiyi üçün həmin vaxt MAHHXHQ, çavuş olaraq qalmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs pullarını geri tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs o tanıdığı üçün digərlərinin əvəzinə də danışaraq pulları geri tələb etmişdir. Təqsirləndirilən şəxs ilk öncə kursda iştirak etmədiyi üçün Zərərçəkmiş şəxs3 4000 manat pulunu qaytarmış, qalan N300 manat pulunu isə onun sonuncunun əvəzinə müvəqqəti olaraq verməyini istəmiş, o da Təqsirləndirilən şəxs əvəzinə Zərərçəkmiş şəxs3 N300 manat pul vermişdir. Beləliklə Zərərçəkmiş şəxs3 pulu tam şəkildə özünə qaytarılmış, həmçinin ondan N500 manat Zərərçəkmiş şəxs5 verməyini xahiş etdiyi üçün o, öz cibindən N500 manat Zərərçəkmiş şəxs5 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 500 manat pul göndərmiş, bir müddət sonra o, həmin şəxslərin pullarını tələb etdiyini bildirərək Təqsirləndirilən şəxs pulları tələb etdikdə sonuncu ona 2000 manat pul göndərmişdir. Həmin puldan 600 manatı özünə götürdükdən sonra 700 manat Zərərçəkmiş şəxs4, 700 manat da Zərərçəkmiş şəxs5 vermişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs heç bir ödəniş etmədiyi üçün sonuncuya şikayət edəcəyini bildirmişdir. Ancaq bundan sonra Təqsirləndirilən şəxs ona 4600 manat pulunu qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlara heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs hazırda onlara ümumilikdə N2.200 manat məbləğində borcu qalmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə anası Zərərçəkmiş şəxsN və xidmət yoldaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 ilə razılaşaraq Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmiş, bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng vuraraq məlumat vermişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, yuxarıda qeyd olunan şəxslər tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 23300 (iyirmi üç min üç yüz) manat məbləğində pul verilmiş, hazırki vaxtadək yalnız NN.N00 manat məbləğində pul sonuncu tərəfindən geri qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4600 manat maddi ziyandan 2200 manat ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2200 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət edən zaman gizir hərbi rütbəsini almaq üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunda iştirak etmək arzusunda olmuşdur. Həmin ərəfələrdə 2020-ci ilin yay aylarında onunla eyni hərbi hissədə xidmət edən Zərərçəkmiş şəxsN hərbi hissədə olarkən öz yaxın xidmət yoldaşlarının arasında söhbət edərkən bir nəfər şəxsin vasitəsilə kursa qəbul ediləcəyini və xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Bundan təxminən N ay sonra, 2020-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxsN yaxınlaşaraq özünün də gizir hazırlığı kursunda iştirak etmək istədiyini və gizir hərbi rütbəsinin aldıqdan sonra Müdafiə Nazirliyinin Hərbi X7 rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmətini davam etdirmək istədiyini bildirmişdir. Bununla əlaqədar sonuncunun işini həll edən şəxslə onun üçün danışmağını istəmiş, bundan sonra Zərərçəkmiş şəxsN onun yanında tanışı olan şəxsə zəng vuraraq həmin şəxslə danışmış və daha sonra ona işinin həmin tanışı vasitəsilə həll oluna biləcəyini, bunun üçün 5500 manat məbləğində pulun tanışının vasitəsilə vəzifəli bir şəxsə çatdırılmalı olduğunu bildirmiş, o da razılaşmışdır. Aralarında olan söhbətdən N-2 gün sonra qohum və tanışlardan topladığı 5550 manat məbləğində pulu Zərərçəkmiş şəxsN anası ŞahidN Şəmkir şəhəri 4-cü küçə adlanan ərazidə “Kapital Bank”ın yanında özünə məxsus VAZ 2N06 markalı ** BH *** nömrə nişanlı avtomobildə vermişdir. Həmin pul ödəmə terminalı vasitəsilə göndərilməli olduğu üçün 50 manat ödəniş haqqını əlavə vermişdir. Bundan sonra anası Zərərçəkmiş şəxsN 5500 manat məbləğində pulu, 50 manat xidmət haqqı olmaqla tanışının sonunculara dediyi bank hesab kartına Şəmkir ərazisində yerləşən ödəmə terminallarından biri vasitəsilə göndərmişdir. O, pulu verdikdən 2-3 gün sonra Zərərçəkmiş şəxsN buraxılışdan evə qayıtdıqdan sonra 5500 manat məbləğində pulun ödənilməsinə dair qəbzi ona təqdim etmiş, həmin qəbzdən 5500 manat məbləğində pulun ödəmə terminalı vasitəsilə hansısa bank hesab kartına köçürüldüyü görünmüşdür. Həmin qəbz bir müddət onda olsa da, sonradan üzərindəki yazılar silinmiş və o, həmin qəbzi atmışdır. Hazırda ödəniş edilən kartın kimə məxsus olması, kartın nömrəsini və s. xatırlamır. Bundan sonra onlar kursun başlanması üçün bir neçə ay gözləsələr də, onlar gizir hazırlığı kursuna çağırılmamışlar, daha sonra isə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatları başlanmış və Kəlbəcər rayonunun işğaldan azad olunmasından sonra onların hərbi hissəsi həmin rayona köçürülmüşdür. Orada olarkən təxminən 202N-ci ilin yanvar ayının əvvəllərində onlarla eyni hərbi hissədə xidmət edən MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs4 və MAHHXHQ, çavuş Zərərçəkmiş şəxs3 gizir hazırlığı kursunda iştirak etmək, gizir hərbi rütbəsini aldıqdan sonra xidmətlərini N nömrəli hərbi hissədə davam etdirmək istədiklərindən Zərərçəkmiş şəxsN yaxınlaşaraq sonuncunun tanışı vasitəsilə işlərinin həll olunmasını xahiş etmişlər. Bildiyinə görə, Zərərçəkmiş şəxs3 bunun üçün 5300 manat, Zərərçəkmiş şəxs4 isə 5000 manat pulu vəzifəli şəxsə çatdırılması üçün vermişdir. O, Zərərçəkmiş şəxs4la danışdıqdan sonra sonuncunun şəxsən Zərərçəkmiş şəxsN tanışı olan şəxslə görüşdüyünü və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Onun verdiyi pulun da Təqsirləndirilən şəxs adlı şəxsə göndərildiyini sonradan öyrənmişdir. Onlar 202N-ci ilin fevral ayı ərzində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi yoxlanışlardan keçdikdən sonra gizir hazırlığı kursu 29 mart 202N-ci il tarixdə başlamış, hər biri öz hesablarına kursa daxil olmuşlar, Təqsirləndirilən şəxs onlara hər hansı formada köməkliyi dəyməmişdir. Kursda təhsil aldıqları dövrdə həmin kursda tanış olduqları Zərərçəkmiş şəxs5 da Zərərçəkmiş şəxsN vasitəsilə Təqsirləndirilən şəxs kursu bitirmək və xidmət yerinin dəyişdirilməsi üçün 2900 manat məbləğində pul vermişdir. 03 iyul 202N-ci il tarixdə kurs başa çatdıqdan sonra hər biri xidmət yerlərinə qayıtmışlar. Lakin onlar istədikləri hərbi hissələrə təyinat almamışlar. Bundan sonra o, işlərin yolunda getmədiyini gördükdə Zərərçəkmiş şəxsN tanıdığı üçün sonuncudan pulunu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN tanıdığı üçün digərlərinin əvəzinə də danışaraq pullarını geri tələb etmişlər. Bir neçə nəfərin pullarının bir hissəsi geri qaytarılsa da, ona indiyə qədər hər hansı məbləğ geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Zərərçəkmiş şəxsN anası Zərərçəkmiş şəxsN və xidmət yoldaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və onunla razılaşaraq Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmiş, bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng vuraraq məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5550 manat məbləğində maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5550 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində MAHHXHQ kimi, çavuş hərbi rütbəsində xidmət edən zaman Vətən Mübaribəsi bitdikdən sonra gizir hərbi rütbəsini almaq üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunda iştirak etmək arzusunda olmuş, 202N-ci ilin yanvar ayının əvvələrində onunla eyni hərbi hissədə xidmət edən çavuş Zərərçəkmiş şəxsNla hərbi hissə ərazisində bu barədə söhbət edən zaman sonuncu özü də yaxınlarda həmin gizir hazırlığı kursunda iştirak edəcəyini və xidmət yerinin kurs bitdikdən sonra dəyişdiriləcəyini bildirmişdir. Bunun üçün özünün 4000 (dörd min) və digər xidmət yoldaşları olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 isə 5500 (beş min beş yüz) manat məbləğində pul verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxsN ona deməsinə görə bir nəfər yaxını olmuş, həmin şəxsin yüksək vəzifədə və rütbədə xidmət edən tanışına həmin pulun rüşvət qismində çatdırılması üçün qeyd olunan məbləğlərdə pulu vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsN həmin vaxt heç nə deməmişdir. Bir müddət sonra digər xidmət yoldaşı və çox yaxın münasibətdə olduğu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs4 da bu barədə ona yaxınlaşaraq gizir hazırlığı kursunda iştirak etmək və daha sonra xidmət yerini dəyişmək istədiyini, Zərərçəkmiş şəxsN bu işlərin həll olunmasında köməklik edə biləcək tanışının olduğunu bildirmişdir. Onlar Zərərçəkmiş şəxsN tanışı olan şəxsin vasitəsilə bu işi həll etməyə və daha sonra xidmət yerlərinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə qərar vermişlər. Bundan sonra Zərərçəkmiş şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxsN yaxınlaşaraq gizir hazırlığı kursunda iştirak etmək, gizir hərbi rütbəsini aldıqdan sonra xidmətlərini N nömrəli hərbi hissədə davam etdirmək istədiklərini bildirmişlər. Bu səbəbdən sonuncunun işini görən şəxslə danışmağını xahiş edərək, nə qədər lazım olsa pul verəcəklərini demişlər. Bundan sonra Zərərçəkmiş şəxsN onların yanında tanışı olan şəxsə zəng vuraraq danışdıqda sonuncu onların işini görməyi üçün hər birindən 5500 (beş min beş yüz) manat məbləğində pul almağını və oradan hər birindən 200 manat olmaqla pulu özünə götürməyini, yerdə qalan 5300 manatı isə sonuncuya göndərməyini Zərərçəkmiş şəxsN bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN ona və Zərərçəkmiş şəxs4 özünə heç bir pul lazım olmadığını, işlərin görülməsi üçün tanışı olan həmin şəxsin vasitəsilə vəzifəli şəxsə 5300 manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. Bundan sonra onlar razılaşmış və özü bir neçə gün ərazində qohum və tanışlarından borc alaraq 5300 manat məbləğində pulu tamamlamış, təxminən 202N-ci ilin yanvar ayının ortalarında qardaşı X2 ilə birlikdə Şəmkir şəhəri 2-ci küçə adlanan ərazidə “Excelsior hotel”in yanında qardaşına məxsus avtomobildə Zərərçəkmiş şəxsN ilə görüşərək 5300 manat məbləğində pulu şəxsən vermişdir. O, qardaşını ora şahid olaraq aparmış, o, pulu verənə qədər qardaşının onun hansı məqsədlə pul verməsindən xəbəri olmamışdır. O, pulu verdikdən sonra həmin pulu hansı məqsədlə verdiyini soruşduqda qardaşına gizir hazırlığı kursuna qəbul olmaq və xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirmək üçün həmin pulu verdiyini bildirmişdir. Zərərçəkmiş şəxsN ona pulu tam şəkildə tanışı olan şəxsin bank hesab kartına göndərəcəyini bildirmiş və ona pulu karta göndərərkən şahidlik etməsini təklif etmiş, lakin o, inandığı üçün və sonuncunu tanıdığı üçün buna ehtiyac görməmişdir. Zərərçəkmiş şəxsN həmin gün ona deməsinə görə özü 5300 manat məbləğində pulu tanışı olan şəxsin bank hesab kartına göndərmiş, lakin bir müddət sonra Türkiyə Respublikasında təşkil olunan təlimlərdə iştirak edəcək şəxslərin siyahısında onun adı açıqlanmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxsNla danışaraq gizir hazırlığı kursunda iştirak edə bilməyəcəyini və pulunun geri qaytarılmasını istədiyini bildirmişdir. Zərərçəkmiş şəxsN tanışı olan şəxslə danışdıqdan sonra ona Türkiyədəki təlimlərdən qayıtdıqdan sonra həmin şəxsin növbəti gizir hazırlığı kursunda iştirak etməyini təşkil edəcəyini bildirmişdir. Buna görə də razılaşmış və pulunu tələb etməmiş, o, 202N-ci ilin yanvar ayının sonlarında Türkiyə Respublikasına yollanmış və həmin ilin may ayında kursu bitirərək Azərbaycan Respublikasına gəlmişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 202N-ci ilin 29 mart 202N-ci il tarixdən 03 iyul 202N-ci il tarixədək gizir hazırlığı kursunda iştirak etmişlər. Kursları 03 iyul 202N-ci il tarixdə başa çatdıqdan sonra hər biri xidməti yerlərinə qayıtmışlar. Kurs bitdikdən bir müddət sonra Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 əmrləri gəlmiş, sonunculara “gizir” hərbi rütbəsi verilmiş, lakin Zərərçəkmiş şəxsN rütbə verilməmiş, həmçinin həmin şəxslərin heç biri istədikləri hərbi hissələrə təyinat almamışlar. Bundan sonra o, sonuncuların işlərinin yolunda getmədiyini gördükdə Zərərçəkmiş şəxsN tanıdığı üçün pulunu geri tələb etməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxsN tanışı olan şəxsin sonuncu ilə əvvəllər birlikdə xidmət etmiş Təqsirləndirilən şəxs adlı şəxs olduğunu öyrənmiş, həmin şəxs Zərərçəkmiş şəxsN və sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, onu, həmçinin Zərərçəkmiş şəxs5 adlı şəxsi aldadaraq xeyli miqdarda pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN tanıdığı üçün digərlərinin əvəzinə də danışaraq pullarını geri tələb etmiş, Təqsirləndirilən şəxs ilk öncə kursda iştirak etmədiyi üçün onun kartına 4000 manat pul göndərmiş, N300 manat məbləğində pulu isə Zərərçəkmiş şəxsN Şəmkir rayonunda şəxsən ona vermişdir. Lakin digər şəxslərə qarşı yüksək məbləğlərdə borcu qalmışdır. Zərərçəkmiş şəxsN tərəfindən ümumilikdə 4600, Zərərçəkmiş şəxs2 tərəfindən 5500, Zərərçəkmiş şəxs4 tərəfindən 5000 manat pul Təqsirləndirilən şəxs verilmişdir. Zərərçəkmiş şəxs5 adlı şəxsin hansı miqdarda pul verməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5300 manat məbləğində maddi ziyan tam həcmdə ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində MAHHXHQ kimi, əsgər hərbi rütbəsində xidmət edən zaman Vətən Mübaribəsi bitdikdən sonra gizir hərbi rütbəsini almaq üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunda iştirak etmək arzusunda olmuşdur. 202N-ci ilin yanvar ayının əvvələrində onunla eyni hərbi hissədə xidmət edən çavuş Zərərçəkmiş şəxsNla hərbi hissə ərazisində bu barədə söhbət edən zaman sonuncu özü də yaxınlarda həmin gizir hazırlığı kursunda iştirak edəcəyini və xidmət yerinin kurs bitdikdən sonra dəyişdiriləcəyini bildirmişdir. Bunun üçün özünün 4000 (dörd min) və digər xidmət yoldaşları olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 isə 5500 (beş min beş yüz) manat məbləğində pul verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxsN ona deməsinə görə sonuncunun İlham adlı tanışı olmuşdur. Həmin şəxsin yüksək vəzifədə və rütbədə xidmət edən tanışına həmin pulun rüşvət qismində çatdırılması üçün qeyd olunan məbləğlərdə pulu vermişdir. Bundan sonra o, sonuncuya həmin vaxt heç nə deməmişdir. Daha sonra digər xidmət yoldaşı və çox yaxın münasibətdə olduğu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Fərid Soltanovla bu barədə danışaraq məsləhətləşmiş, Fərid Soltanov da onun kimi gizir hazırlığı kursunda iştirak etmək və daha sonra xidmət yerini dəyişmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxsN tanışı olan şəxsin vasitəsilə bu işi həll etməyi və daha sonra xidmət yerlərini N nömrəli hərbi hissəyə dəyişdirməyi qərara almışlar. Bundan sonra o və çavuş Fərid Soltanov Zərərçəkmiş şəxsN yaxınlaşaraq gizir hazırlığı kursunda iştirak etmək, gizir hərbi rütbəsini aldıqdan sonra xidmətlərini N nömrəli hərbi hissədə davam etdirmək istədiklərini bildirmişlər. Bu səbəbdən sonuncunun işini görən şəxslə danışmağını xahiş edərək, nə qədər lazım olsa pul verəcəklərini demişlər. Bundan sonra Zərərçəkmiş şəxsN onların yanında Təqsirləndirilən şəxs zəng vuraraq danışdıqda sonuncu onların işini görməsi üçün hər birindən 5500 (beş min beş yüz) manat məbləğində pul almağını və oradan hər birindən 200 manat olmaqla pulu özünə götürməyini, yerdə qalan 5300 manatı isə sonuncuya göndərməyini Zərərçəkmiş şəxsN bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN ona və Zərərçəkmiş şəxs3 özünə heç bir pul lazım olmadığını, işlərin görülməsi üçün tanışı olan həmin şəxsin vasitəsilə vəzifəli şəxsə 5300 manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxsN həmin şəxslə özü görüşmək istədiyini və şəxsən pulu vermək istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN ona Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir. O, 202N-ci ilin fevral ayının ortalarında məzuniyyətə çıxdıqdan sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Zərərçəkmiş şəxsN nömrəsini aldığını və qeyd olunan məbləğdə pulu vermək istədiyini bildirmişdir. Onlar vaxt təyin etdikdən sonra 202N-ci ilin fevral ayının sonlarında dayısı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri ərazisində “Gənclik” metrostansiyasının yaxınlığında “Gənclik mall”un arxa tərəfində dayısına məxsus yaş asfalt rəngli Mercedes E-class markalı avtomobildə görüşərək 4000 manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. O, həmin vaxt sonuncunun hərbi qulluqçu olduğunu bilməmiş, sonuncu özünü maşın ustası - “motorist” kimi təqdim etmiş və onun işini çox yaxın tanışı olan yüksək vəzifəli və rütbəli tanışı vasitəsilə həll edəcəyini bildirmişdir. Ondan aldığı pulu da tam şəkildə həmin vəzifəli şəxsə verəcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs inanmış və əlavə olaraq N000 manat pulu maaş aldıqdan sonra verəcəyini bildirmişdir. Bundan sonra N000 manatı isə 202N-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri ərazisində “Birbank” mobil telefon tətbiqindən istifadə edərək Təqsirləndirilən şəxs göndərmişdir. Əvvəlcədən dediyi, lakin Təqsirləndirilən şəxs göndərilməyən 300 manat pulu isə o həkim yoxlanışından keçərkən lazım olduğu təqdirdə verəcəyini bildirmişdir. Lakin buna ehtiyac olmamış və 300 manat onda qalmışdır. Ondan başqa, Fərid Soltanovun da gizir hazırlığı kursuna qəbul edilməsi və N nömrəli hərbi hissəyə təyinat alması üçün Zərərçəkmiş şəxsN vasitəsilə Təqsirləndirilən şəxs 5300 manat məbləğində pul verdiyini öyrənmişdir. Onlar 202N-ci ilin fevral ayı ərzində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi yoxlanışlardan keçmişlər. Zərərçəkmiş şəxs3 isə Türkiyə Respublikasında digər təlimə getdiyi üçün adı gəlməmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda iştirak etmişlər. Onlar tibbi yoxlanışlardan və gizir kursuna qəbul olarkən verdikləri normativ və test imtahanlarında şəxsən keçmişlər, burada Təqsirləndirilən şəxs hər hansı formada onlara köməklik göstərməmişdir. Kurs müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs onların kursda tanış olduqları MAHHXHQ, əsgər Zərərçəkmiş şəxs5 da xidmət yerinin dəyişdirilməsi üçün müəyyən məbləğdə pulu rüşvət qismində vəzifəli şəxs vermək adı altında aldatma yolu ilə ələ keçirməsini öyrənmişdir. Ona Zərərçəkmiş şəxsN vasitəsilə 500 və 700 manat məbləğində pul ayrı-ayrı vaxtlarda ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 3800 manat məbləğində pul qaytarmalıdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Zərərçəkmiş şəxsN anası Zərərçəkmiş şəxsN və xidmət yoldaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və onunla razılaşaraq Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmiş, bundan sonra Zərərçəkmiş şəxsN Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng vuraraq məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5000 manat maddi ziyandan 3800 manat ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3800 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdən olarkən Vətən Müharibəsi bitdikdən və Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra xidmət etdiyi hərbi hissə də həmin rayonun ərazisinə köçürülmüş, bu dövrlərdə təxminən 202N-ci ilin yanvar ayında xidmət etdiyi hərbi hissəyə gizir hazırlığı kursunun başlanması ilə bağlı telefonoqram gəlmiş, o da xidmətini “gizir” hərbi rütbəsi alaraq davam etdirmək istəmiş və bu səbəbdən zəruri sənədlərini toplayaraq kursda iştirak etmək üçün müraciət etmişdir. Təxminən 202N-ci ilin fevral ayı ərzində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi müayinələrdən keçmiş və sağlam olduğu üçün imtahana buraxılmışdır. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində normativ və test imtahanlarını keçdikdən sonra kursa qəbul olmuşdur. 202N-ci ilin mart ayının əvvəllərindən Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda iştirak etmişdir. Həmin vaxta qədər, tibbi yoxlanışlardan və kursa qəbul imtahanında keçərkən heç kimə rüşvət qismində pul verməmiş, öz gücü ilə bu mərhələləri keçmiş, lakin kursda olduğu müddətdə imtahandan kəsiləcəyini və ya təyinatı uzaq bir yerə olacağını düşünmüşdür. O, 20N8-ci ildə ailə həyatı qurmuş və bir azyaşlı övladı var. Ailəsi Şəmkir rayonunda yaşayır, o da həmin rayonda və ya nisbətən yaxın ərazidə xidmət etmək istəmişdir. N nömrəli hərbi hissə isə çətin relyefə malik və ailəsindən uzaq olan Kəlbəcər rayonunda yerləşmiş, Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə təyinat almağı üçün kiminləsə işini həll etməyi düşünmüşdür. Həmin vaxt onun ağlına kursda tanış olduğu, onunla eyni rayondan olan Zərərçəkmiş şəxsN gəlmiş, sonuncu, həmçinin digər kursant yoldaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 eşitdiyinə görə Zərərçəkmiş şəxsN tanışı vasitəsilə işlərini həll etmişlər. Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 gizir hazırlığı kursuna qəbul olmaq və kursu bitirdikdən sonra özlərinin istədikləri hərbi hissələrə təyinat almaq üçün Zərərçəkmiş şəxsN tanışına müxtəlif məbləğlərdə pulu rüşvət qismində vermişlər. Həmin şəxslərlə söhbət əsnasında bu barədə məlumat almış, o, həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrənmişdir. Təxminən 202N-ci ilin may ayında Zərərçəkmiş şəxsN yaxınlaşaraq özünün heç kimin köməyi olmadan kursun qəbul imtahanından keçdiyini, lakin yekun imtahanda kəsilməkdən qorxduğunu, həmçinin təyinatının N nömrəli hərbi hissəyə verilməyini istədiyini bildirmiş, bu səbəbdən sonuncunun tanışı olan şəxslə danışmağını istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN tanışı olan şəxslə danışdıqdan sonra sonuncu ondan 3000 manat pul almağını, N00 manatı götürməklə 2900 manatı göndərməsini ona dediyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxsN onunla danışarkən özünə heç bir məbləğ götürməyəcini deyərək istədiyi işin həll olunması üçün 2900 manat pulun verilməli olduğunu söyləmiş, o da razılaşmışdır. Bundan sonra qardaşı, Müdafiə Nazirliyinin həmin vaxt N nömrəli hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 2900 manat pulu hazır etməsini bildirmişdir. Şahid3 ondan həmin pulun hansı səbədən lazım olduğunu soruşduqda o, sonuncuya həmin pulun sadəcə özünə lazım olduğunu söyləmişdir. Kurs dövründə Zərərçəkmiş şəxsN məzuniyətə getmiş və məzuniyyətdən qayıdarkən 202N-ci ilin may ayının ortalarında onun qardaşı ilə əlaqə saxlayaraq Şəmkir rayonu ərazisində 2900 manat pulu qardaşından götürmüşdür. Zərərçəkmiş şəxsN xidmət yerinə çatdıqdan sonra 2900 manat pulu tanışı olan şəxsə verdiyini, işinin həll olunacağını bildirmişdir. Gizir hazırlığı kursu başa çatdıqdan sonra o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxsN - hər biri xidməti yerlərinə qayıtmışlar. Təxminən 20 gündən sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və onun əmrləri gəlmiş, onlara “gizir” hərbi rütbəsi verilmiş, lakin Zərərçəkmiş şəxsN barəsində cinayət işi olması səbəbindən rütbə verilməmiş, həmçinin heç biri Zərərçəkmiş şəxsN tanışı olan şəxsə bildirdikləri hərbi hissələrə təyinat almamışlar. Bundan sonra yalnız Zərərçəkmiş şəxsN tanıdığı üçün sonuncudan pulunu tələb etməyə başlamış, hal-hazırki vaxtadək 2900 manat məbləğində puldan ona Zərərçəkmiş şəxsN tərəfindən N500 və 700 manat olmaqla ümumilikdə 2200 manat məbləğində pul geri qaytarılmışdır. Zərərçəkmiş şəxsN hər dəfə pulu sonuncuya tanışı olan şəxsin qaytardığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2900 manat maddi ziyandan 700 manat ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 700 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN, Şahid2, Şahid3, eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq olunmuş Şahid4 hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməllərini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin N24-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş təqrirdən görünür ki, Zərərçəkmiş şəxsN N9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “N6N-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənəddən görünür ki, Zərərçəkmiş şəxsN N9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Qaynar Xətt” telefon nömrəsinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə məlumat vermişdir. ŞahidN ilkin araşdırma zamanı təqdim etdiyi bir ədəd CD diskə keçirilmiş baxışdan müəyyən olunur ki, diskin daxilində Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi səs fonoqramlarında aşağıdakı məzmunda danışıqların olması müəyyən edildi: “deməli Seyfəddinnən danışdım beyaxları, mən ba çeklərə baxıram, sizə göndərdiyim pulların çeklərinə, üç min yeddi yüz manat pul göndərmişəm Sizə”, “indi bangdan götürmüşəm, iki min beş yüz manat, qaldı indi zaminnən də verirlər, gözlürəm ki zaminim də zamin də gəlsin ezamiyyətdədi, zamin də gəlsin, onnan da gedim götürüm, nə qədər götürsən hamısın bir eliyim, bir eliyim. Seyfəddini göndərirsən, haqq hesab eliyirəm yola salıram abratnıy dala”, “Sizin kartınıza da göndərmişəm, Seyfinin də kartına göndərmişəm, hamısın çekləri bir bir atmamışam durur, hamısının çeki. Zərərçəkmiş şəxsN, Sücayət xanım”, “axşamın xeyir bibi necəsən nə var nə yox, mənim də konturum yoxdu Quran haqqı, gözdə səs atıram”, “mənim iki evladım var bibi. Allaha and olsun, mənim anamın qəbrinə and olsun on gündür yoldaşımın gözünün yaşı qurumur. Uşağa, On manat pulumuz qalıb evdə, mən bu götürdüyümün üstündən bir manat da tərpətmirəm, maaşa kimi N0 manat çörək pulumuzdu. Uşaq nəsə istiyir mən onu alıb verə bilmirəm. Allah onların bəlasını versin, min bəlasını versin”, “zamin Allahın köməkliyi ilə öndördü gələcək, indi ondördü Bakıda olmalıdı, İnşAllah. Mənə özü də dedi ki tez də gələ bilərəm yani ki, Ayın onuna mən Gəncəyə gəlməliyəm. Allah qoysa onuna kimi gələr. Gəlməsə mən Gəncəyə qayıdıb gəlməsə, heşnə özüm gələrəm, Şəmkirə kimi gələcəm, problem yoxdu. Bidənə tam toplayım əlimdə, topa hazır eliyim. Mən uje bezmişəm, bıçax sümüyə dirənibdi, az qalıramki özümə nəsə eliyəm, canım qutarsın. Evdə gedə bilmirəm, yoldaşımın üzünə baxa bilmirəm, deyir bu nə bəladı biz düşmüşük”. Həmçinin, həmin baxış zamanı ŞahidN olması ehtimal edilən şəxs tərəfindən icra olunan “çekini saxlıyıfsan lap yaxşı, lap yaxşı ama mən eləcə eləcə hesabnan eliyirəm, mən sana verəndə çeknən vurmamışdım. Yəni mənim inamım olub deyən həyatı boyu elə şey eləməmişəm, həyatı boyu, nə də sənin ona qəpiyin mana lazım deyil bala, sənin də iki evladın var” məzmununda birtərəfli səs yazısı vardır. "xxxx" MMC-dən təqdim olunan diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ŞahidN istifadəsində olan **********90 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********90 saylı mobil nömrəyə 5 mart 2022-ci il tarixdə “Salam ay İlham sayıb zengimi açmırsansa sabah axşam bakıya gəlirəm qarşıla”, 7 aprel 2022-ci il tarixdə “Salam İlham mənim nə pisdiyim kecif sizə telefonu acmırsan Mənim dərmanlarım qutarıf ikidəfə komuya düşmüşəm mən aşağı düşə bilmirəm pul yələri öldürür məni”, “İlham bibinin nə günahı var pul yələri mənim ölümə söydülər”, “İlhambala üzürlü say mənim ağzıma söydülər mənim telefonumu ac xayiş edirəm”, 23 may 2022-ci il tarixdə “İlham xaiş edirəm məndən danış xaiş edirəm yalvarıram”, “Cox sağol məni bular düşürdən kimi bakıdayam pula görə ondada telefonunu kecirərsən mən bilirəm”, 26 avqust 2022-ci il tarixdə “Salam yekə adamsan sizə xəbərdarlığ edirəm məni polisə veriflər bugun telefonu ac ayrı nömrədən yığıram axırı yaxşı olmuyacax sroşnu”, “Polis deyirəm məni blok edifsən gecə necədə mesaja baxsan zəng vur yenə deyirəm POLİS POLİS POLİS POLİS POLİS POLİS başa düşdünmü”, həmçinin **********95 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********90 saylı mobil nömrəyə 29 may 2022-ci il tarixdə “Salam ayqa teli niyə açmırsan niyə məni başa düşmürsən anam ölümdən dönüb xaiş edirəm teli aç bu işi tez həll elə xaiş edirəm vallah axırı yaxşı olmuyacaq sonrakı peşmançılıqda fayda vermir axşam mamam evdə olacaq aparacaqlar evə zəng eləmişdi ki mamam noldu demədimki teli açmırsan dedim göndərir xaiş edirəm mamama əsəbləşmək olmaz teli aç həll elə” məzmununda SMS mətnlər göndərilmişdir. Həmçinin, qeyd olunan diskə baxış zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********90 saylı mobil nömrə ilə Zərərçəkmiş şəxsN istifadəsində olan **********N6 saylı mobil nömrə arasında xx.xx.202N, xx.xx.202N, xx.xx.202N, xx.xx.202N-ci il tarixlərdə və Zərərçəkmiş şəxsN istifadəsində olan **********N9 saylı mobil nömrə ilə isə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə dəfələrlə telefon danışıqları həyata keçirilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan **********90 saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan **********50 saylı mobil nömrə arasında xx.xx.202N-ci il tarixdə bir neçə dəfə telefon danışıqlarının gerçəkləşdirilməsi müəyyən olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin NN iyun 20N9-cu il tarixli, N68 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N9N-ci Dağ-Atıcı briqadasının (N9N nömrəli hərbi hissə) N9NN-ci dağ-atıcı taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilərək N nömrəli hərbi hissəsinin avtomobil taborunun avtomobil bölüyünün avtomobil tağımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil olunaraq vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 3N mart 202N-ci il tarixli 86 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Mərkəzin dəyişən heyətinin siyahısına daxil edilərək, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun gizir hazırlığı bölüyündə kursant vəzifəsinə təyin olunmuşlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 03 iyul 202Nci il tarixli N70 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Mərkəzin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmət etdiklərin hərbi hissə komandirlərinin sərəncamına göndərilmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 04 oktyabr 202N-ci il tarixli 248 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Sultanov X3 dəyişən heyətinin siyahısına daxil edilərək, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun gizir hazırlığı bölüyündə kursant vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 29 dekabr 202N-ci il tarixli 324 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Sultanov X3 dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmət etdiyi hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən N600 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxsN bank hesab kartına, 6800 manat məbləğində pul isə sonuncunun anası ŞahidN bank hesab kartına müxtəlif tarixlərdə göndərilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N8 may 2023-ci il tarixli N40 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullquçusu, çavuş Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin ”e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N8 may 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə göndərilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 20N5-ci il NN iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “N9” may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il N7 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini tam etiraf etməsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4, 29, N78.2.2 və 29, N78.2.4-cü maddələri ilə tövsif edilməli və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.N.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və həmin Məcəllənin 59.N.N4-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tərəfindən qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.N.N-59.N.N4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2 və N78.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr N996-cı il tarixli 4 №-li qərarının, N3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törədilmiş cinayətlərdə iştirak etmə dərəcəsini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4, 29, N78.2.2 və 29, N78.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-N.N-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-N.2 və 52-N.3-ci maddələrində isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yerinə yetirməli olan vəzifələr müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək (təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla), müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-N.N-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.N.N və 99-N.N.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N.N-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış ibtidai araşdırma zamanı ŞahidN tərəfindən təqdim olunan içərisində səs fonoqramlarının olduğu 0N (bir) ədəd CD disk və "xxxx" MMC-dən təqdim olunan 0N (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə mülki iddia verilməmiş, ekspertiza və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin N80.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.20N5-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 35N-353, 356, 358, 383-384.N və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4, 29, N78.2.2 və 29, N78.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin N78.2.2 və N78.2.4-cü maddələri ilə 0N (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 29, N78.2.2 və 29, N78.2.4-cü maddələri ilə 0N (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 0N (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək (təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla), müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ibtidai araşdırma zamanı ŞahidN tərəfindən təqdim olunan içərisində səs fonoqramlarının olduğu 0N (bir) ədəd CD disk və "xxxx" MMC-dən təqdim olunan 0N (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməsi hüquqlarının olaması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-56/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-56/2023
23.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver