Məhkəmə qərarları › İş №1-1(093)-56/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-56/2025

19.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-56/2025 19.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsi N nömrəli hərbi hissənin hərbi şəhərciyində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, Qasımov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin aviasiya-texniki əmlak rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən, tanışı mayor Şahid1 ilə 2021ci ilin oktyabr ayında telefon vasitəsi ilə aralarında baş tutmuş söhbət zamanı sonuncunun tanışı olan Zərərçəkmiş şəxs1 xaricdə bakalavr pilləsində almış olduğu ali təhsil üzrə diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasını istədiyini öyrəndikdə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz qazanc əldə etmək məqsədi ilə Şahid1 yüksək vəzifəli tanışlarına 11000 (on bir min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə yalan deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs1 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Növbəti gün onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 öz növbəsində Zərərçəkmiş şəxs1 qeyd olunan təklifi çatdırmış və Zərərçəkmiş şəxs1 isə onun vədinə inanaraq həmin təkliflə razılaşmışdır. Şahid1 2021-ci ilin oktyabr ayının sonlarında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 almış olduğu 11000 (on bir min) manat məbləğdə vəsaiti bir neçə gün sonra Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Baş Klinik Hospitalının yerləşdiyi ərazidə onunla görüşərək nağd formada əlbəəl təqdim etmiş, lakin o, vədi üzrə heç bir real hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda, yəni 11000 (on bir min) manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən, tanışı mayor Şahid1 ilə 2022-ci ilin fevral ayında xidmət etdikləri N nömrəli hərbi hissədə aralarında baş tutmuş söhbət zamanı sonuncunun tanışı olan Zərərçəkmiş şəxs2 xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini öyrəndikdə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz-qazanc əldə etmək məqsədi ilə Şahid1 yüksək rütbəli vəzifəli tanışlarına 7000 (yeddi min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə yalan deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs2 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Növbəti gün onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1, Zərərçəkmiş şəxs2 qeyd olunan təklifi çatdırmış, Zərərçəkmiş şəxs2 isə onun vədinə inanaraq həmin təkliflə razılaşmışdır. Şahid1 həmin gün yəni, 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manatı götürmüş, həmin gün Bakı şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissənin ərazisində nağd formada aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs vermiş, lakin o, vədi üzrə heç bir real hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda, yəni 7000 (yeddi min) manat məbləğində pulu ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, mayor Şahid1 ilə 2022-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində telefon vasitəsi ilə aralarında baş tutmuş söhbət zamanı sonuncunun tanışı olan Zərərçəkmiş şəxs1 hərbi xidmətə zabit qismində qəbul olunmaq istədiyini öyrəndikdə, real imkana və səlahiyyətə malik olmadığı, eiəcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz qazanc əldə etmək məqsədi ilə Şahid1 yüksək vəzifəli tanışlarına 12000 (on iki min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə yalan deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs1 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Növbəti gün onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs həmin təklifini Zərərçəkmiş şəxs1 çatdırmış, sonuncu da onun vədinə inanaraq həmin təkliflə razılaşmışdır. Bundan sonra Şahid1, İzzət Nemətli ilə danışıb Zərərçəkmiş şəxs1 məxsus olan 12000 (on iki min) manat məbləğdə vəsaiti geri qaytarmasını tələb edərək, artıq ona inanmadıqlarını bildirmiş, Zərərçəkmiş şəxs2 də öz növbəsində 2022-ci ilin fevral ayının sonu, mart ayının əvvəllərində Şahid1 bank kartına elektron qaydada 5000 (beş min) manatı göndərmiş və yerdə qalan 7000 (yeddi min) manatı isə xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişmək üçün ona vermiş olduğu həmin 7000 (yeddi min) manat məbləğdə pul vəsaiti ilə əvəz edilməsini Şahid1 bildirmişdir. Şahid1 onunla razılaşaraq 2022-ci ilin fevral ayının sonları, mart ayının əvvəllərində Zərərçəkmiş şəxs2 almış olduğu Zərərçəkmiş şəxs1 məxsus 5000 (beş min) manat məbləğdə vəsaiti həmin tarixdə Təqsirləndirilən şəxsla N nömrəli hərbi hissənin ərazisində görüşərək nağd formada ona təqdim etmiş və onda olan, İzzət Nemətlinin xidmət yerinin dəyişdirilməsi müqabilində almış olduğu 7000 (yeddi min) manatı da Zərərçəkmiş şəxs1 hərbi xidmətə qəbul edilməsi istiqamətində verilən pullara əlavə edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə qeyd olunanlarla razılaşaraq 12000 (on iki min) manatı qəbul etmiş, lakin o, vermiş olduğu vəd üzrə heç bir real hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda, yəni 12000 (on iki min) manat məbləğində pulu ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən, bildirmişdir ki, o, 2019-cu ildən etibarən Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinin aviasiya-texniki əmlakı rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət etmiş, adı çəkilən vəzifədə və rütbədə xidmətdə olarkən 2021-ci ilin oktyabr ayında eyni hərbi hissədə birgə xidmət etdiyi mayor Şahid1 ilə telefon vasitəsi ilə aralarında baş tutmuş söhbət zamanı sonuncunun tanışı olan Zərərçəkmiş şəxs1 xaricdə bakalavr pilləsində almış olduğu ali təhsil üzrə diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasını istədiyini öyrənmiş, bu məqsədlə Şahid1 narahat olmamasını, yüksək vəzifəli tanışlarına 11000 (on bir min) manat məbləğində pul verilməsi qarşılığında həmin işi həll edə biləcəyini deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs1 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Bundan sonra Şahid1 2021-ci ilin oktyabr ayının sonlarında onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1lə görüşərək həmin işin həll olunması müqabilində sonuncudan 11000 (on bir min) manat məbləğdə pulu aldığını dedikdə o, Bakı şəhərində görüşəbiləcəklərini ona demişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının sonlarında Şahid1lə görüşərək aralarında olan razılığa əsasən 11000 (on bir min) manat pulu nağd formada ondan almış və narahat olmamasını, qısa zaman ərzində vermiş olduğu vədi yerinə yetirəcəyini bildirmiş, lakin sonradan vədini yerinə yetirməyərək 11000 (on bir min) manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, mayor Şahid1 ilə 2022-ci ildə xidmət etdikləri hərbi hissədə aralarında baş tutmuş söhbət zamanı sonuncudan 7000 (yeddi min) manat məbləğində borc pul almışdır. O, həmin məbləğin Zərərçəkmiş şəxs2 aid olmasını bilmiş, lakin həmin pulu Zərərçəkmiş şəxs2 işinin düzəldilməsi ilə əlaqədar almamışdır. O, Zərərçəkmiş şəxs2 xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi barədə məlumatı olmuş, imkan olduğu təqdirdə ona bu işdə köməklik edəcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1 ilə 2022-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində telefon vasitəsi ilə aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs1 hərbi xidmətə zabit qismində qəbul olunmaq istədiyini öyrəndikdə yenidən Şahid1 yüksək vəzifəli tanışlarına 12000 (on iki min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs1 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Bununla əlaqədar o, Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus 12000 (on iki min) manat məbləğində pulu alaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda hər iki zərərçəkmiş şəxsə vurulmuş ziyan onun tərəfindən ödənilmişdir. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, dostluq münasibətində olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor hərbi rütbəsində xidmət edən Şahid1 ilə 2020-ci ilin may ayının əvvəllərində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən mənzildə söhbət edərkən Müdafiə Nazirliyində zabit qismində xidmət etmək istədiyini bildirmiş, bununla bağlı köməklik etməsini xahiş etmiş, Şahid1 də bu barədə maraqlanıb məlumat verəcəyini demişdir. 2020-ci ilin iyun ayının sonlarında Şahid1 ona zəng edərək onun hərbi xidmətə qəbul olunması məsələsini həll edə biləcək Zərərçəkmiş şəxs2 adında bir nəfər şəxs tapdığını, X6 Nazirliyində tanıdığı yüksək rütbəli şəxslər vasitəsi ilə 12000 (on iki min) manat pul müqabilində bu işi həll edə biləcəyini demiş, o da bu təkliflə razılaşaraq bir neçə gün ərzində pulu hazırlayacağını və Sumqayıt şəhəri ərazisində görüşə biləcəyini Şahid1 bildirmişdir. Beləliklə 07 iyul 2020-ci il tarixdə o, Zərərçəkmiş şəxs2 ilə Sumqayıt şəhəri ərazisində görüşərək 12000 (on iki min) manat məbləğində pulu sonuncuya vermiş, lakin Zərərçəkmiş şəxs2 vermiş olduğu vədlər üzrə heç bir real hərəkət etməmişdir. Bundan sonra o, 19 avqust 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən ona xaricdə almış olduğu təhsii üzrə diplomunun təsdiq olunmasından imtina olunması barədə rəsmi məlumat verilmiş, o da, bu barədə Şahid1lə telefon danışığı zamanı sonuncuya demişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında Şahid1 mobil telefon vasitəsi ilə ona zəng edərək Təqsirləndirilən şəxs adında başqa bir vəzifəli şəxslə söhbət etdiyini, Təqsirləndirilən şəxs söhbət zamanı diplomunun təsdiq edilməsi məsələsinin həll oluması üçün yaxın vəzifəli tanışının olduğunu, həmin şəxsin vasitəsilə 11000 (on bir min) manat pul müqabilində onun diplomunun tanınmasına köməklik edə biləcəyini deməsini bildirmişdir. O, Şahid1lə razılaşaraq diplomla bağlı sənədləri sonuncuya yollamış, bir neçə gün sonra yəni, 2021-ci ilin oktyabr ayında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısında Şahid1lə görüşərək ona məxsus 11000 (on bir min) manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs çatdırması üçün Şahid1 vermiş, bundan bir neçə gün sonra Şahid1 onunla əlaqə saxlayaraq qeyd olunan məbləği 2021-ci ilin oktyabr ayının sonlarında Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalının yerləşdiyi ərazidə Təqsirləndirilən şəxsla görüşüb sonuncuya çatdırdığını və qısa zaman ərzində diplomunun təsdiqlənəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs vermiş olduğu vəd üzrə onun xeyrinə heç bir hərəkət görülməmişdir. Bundan sonra 2023-cü ilin sonlarında atası Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhərində 20 yanvar metrostansiyası ərazisində görüşmüş, bu zaman Təqsirləndirilən şəxs Şahid1 ona məxsus ümumilikdə 23000 (iyirmi üç min) manat pulu aldığını, qısa zaman ərzində onun diplomunu təsdiq etdirərək zabit qismində hərbi xidmətə qəbul etdirəcəyinə dair söz vermişdir. Lakin həmin vədlər üzrə də onun xeyrinə Təqsirləndirilən şəxs heç bir hərəkət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam həcmdə ödəmişdir. Bununla əlaqədar ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 2019-cu ilin may ayından etibarən Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissəsinin aviasiya eskadriliyasının aviasiya manqasının baş mexaniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmiş, adı çəkilən vəzifədə və həmin rütbədə xidmətdə olarkən 2020-ci ilin may ayının sonlarında həmin hərbi hissənin hərbi qulluqçusu mayor Şahid1 vasitəsilə tanıdığı vətəndaş Zərərçəkmiş şəxs1 zabit kimi xidmətə qəbul etdirəcəyi adı ilə sonuncudan 12000 (on iki min) manat pul almış, lakin xeyrinə heç bir hərəkət etməmişdir. Bu səbəbdən barəsində cinayət işi başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin ərəfədə, yəni 2022-ci ilin fevral ayında mayor Şahid1 ilə aralarında baş tutmuş söhbət zamanı xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini demiş, Şahid1 Təqsirləndirilən şəxs adlı tanışının olmasını, onunla danışıb bu barədə məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Şahid1lə söhbət zamanı, sonuncu tanışı Təqsirləndirilən şəxsla danışdığını, 7000 (yeddi min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə vəd verdiyini ona demişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq 2022-ci ilin fevral ayının əvvəllərində 7000 (yeddi min) manat pulu Şahid1 Təqsirləndirilən şəxs çatdırması üçün vermiş, Şahid1 də öz növbəsində N nömrəli hərbi hissənin ərazisində aralarında olan razılığa əsasən 7000 (yeddi min) manat məbləğində, ona məxsus pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs vermiş olduğu vəd üzrə heç bir hərəkət etməmiş, onun xidmət yeri Bakı şəhərinə dəyişdirilməmişdir. 2022-ci ilin fevral ayının sonlarında Şahid1lə telefon vasitəsi ilə aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs1 işinin həli olunması üçün vermiş olduğu 12000 (on iki min) manat pulun qaytarılmalı olduğunu ona bildirmişdir. O, cavabında 5000 (beş min) manat pulu ona göndərdiyini, qalan 7000 (yeddi min) manat pulu isə onun xidmət yerinin dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs vermiş olduğu 7000 (yeddi min) manat pulun üstünə əlavə edərək ümumilikdə 12000 (on iki min) manat pula hesablamasını bildirmiş, Şahid1 də qeyd olunanlarla razılaşmışdır. Həmin gün Şahid1 onunla telefon əlaqəsi yaradaraq Təqsirləndirilən şəxs onun təklifi iiə razılaşdığını, ondan almış olduğu 7000 (yeddi min) manatın qaytarılmış hesab edildiyini bildirmişdir. Bundan sonra 5000 (beş min) manat məbləğində pulu Şahid1 əvvəlcədən ona göndərdiyi bank hesabına göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona başqa ziyan vurulmamışdır. Hazırda Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam həcmdə ödəmişdir. Bununla əlaqədar ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin aerodrom texniki təminat taborunun komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, 2020-ci ilin may ayının əvvəllərində dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs1 ilə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən sonuncunun mənzilində söhbət edərkən Zərərçəkmiş şəxs1 ona Müdafiə Nazirliyində zabit qismində xidmət etmək istədiyini bildirdikdə bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. 2020-ci ilin may ayının sonlarında N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Zərərçəkmiş şəxs2 ilə xidmət etdikləri hərbi hissənin ərazisində söhbət edərkən o, Zərərçəkmiş şəxs1 adında tanışı olduğunu, həmin şəxsin hərbi xidmətə zabit kimi qəbul olunmaq istədiyini bildirmiş, gizir Zərərçəkmiş şəxs2 həmin məsələnin həllinə köməklik edəbiləcək Müdafiə Nazirliyində xidməti ilə əlaqədar tanıdığı vəzifəli tanışlarının olduğunu, həmin şəxslər vasitəsi ilə 12000 (on iki min) manat məbləğ pul qarşılığında Zərərçəkmiş şəxs1 hərbi xidmətə qəbul etdirə biləcəyi barədə yalan deyərək özünə inandırmış və onun vasitəsilə Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat məbləğində pulu alaraq sonuncunun xeyrinə heç bir hərəkət etməmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının sonlarında tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı, sonuncu xaricdə təhsil aldığı üçün diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmalı olmasını, bu işi həll edəcək tanışının olub- olmamasını ondan soruşmuşdur. O, Zərərçəkmiş şəxs1 cavab olaraq bu barədə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Növbəti gün hərbi hissədə olan zaman tanışı Təqsirləndirilən şəxs bu barədə məlumat verdikdə sonuncu yüksək vəzifəli tanışlarının olmasını, bu işin qısa müddətə həll ediləcəyini, bunun müqabilində həmin vəzifəli tanışına 11000 (on bir min) manat pulun verilməli olmasını, bu barədə Zərərçəkmiş şəxs1lə söhbət etdikdən sonra ətraflı danışmalarını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs dediklərini tanışı Zərərçəkmiş şəxs1 deyən zaman, sonuncu bu təkliflə razılaşaraq diplomunun təsdiq olunması üçün 11000 (on bir min) manat pulu Təqsirləndirilən şəxs verməyi qəbul etmişdir. O, 2021-ci ilin oktyabr ayının sonlarında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1lə görüşərək ondan 11000 (on bir min) manat məbləğdə pul vəsaitini almış və bir neçə gün sonra Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Baş Klinik Hospitalının yerləşdiyi ərazidə Təqsirləndirilən şəxsla görüşərək nağd formada ona təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs vədi üzrə Zərərçəkmiş şəxs1 xeyrinə heç bir real hərəkət etməyərək sonuncunun diplomunun tanınmasını həyata keçirməmişdir. Bundan başqa 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 ilə aralarında baş tutmuş söhbət zamanı sonuncu xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istədiyini ona demişdir. O, bu barədə maraqlanacağını demiş və həmin gün xidmət etdikləri N nömrəli hərbi hissədə Təqsirləndirilən şəxs həmin təklifi çatdırmış, Təqsirləndirilən şəxs yüksək rütbəli vəzifəli tanışlarına 7000 (yeddi min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs2 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Növbəti gün Zərərçəkmiş şəxs2 qeyd olunan təklifi çatdırmış, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs vədinə inanaraq həmin təkliflə razılaşmışdır. O, həmin gün yəni, 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat pulu götürmüş, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs vermiş, lakin o, vədi üzrə heç bir hərəkət etməmiş, Zərərçəkmiş şəxs2 xidmət yeri dəyişdirilməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 zabit kimi xidmətə qəbul etdirməsi barədə sonuncunun xeyrinə heç bir hərəkət etmədiyini görüb bu işi Təqsirləndirilən şəxs xahiş etməyi qərara almışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə 2022-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində telefon vasitəsi ilə aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs1 hərbi xidmətə zabit qismində qəbul olunmaq istədiyini və uzun müddətdir bu işi həll edə bilmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona yüksək vəzifəli tanışlarına 12000 (on iki min) manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə yalan deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs1 fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. Zərərçəkmiş şəxs1 deyilənləri çatdırdıqda sonuncu təkliflə razılaşmış lakin, eyni məqsədlə əvvəl Zərərçəkmiş şəxs2 onun vasitəsilə vermiş olduğu 12000 (on iki min) manat pul vəsaitinin hesabına qeyd olunan məsələnin həll edilməsini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 ona inanmadığını və verilmiş pulların qaytarılmalı olduğunu bildirdikdə, sonuncu 5000 (beş min) manat pulu qaytararaq artıq xidmət yerinin dəyişdiriləcəyinə inanmadığını, yerdə qalan 7000 (yeddi min) manatı isə Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 verilməsini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxsla xidmət etdikləri N nömrəli hərbi hissə ərazisində görüşərək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dediklərini Təqsirləndirilən şəxs çatdırmış, Təqsirləndirilən şəxs isə onunla razılaşaraq Zərərçəkmiş şəxs2 almış olduğu 7000 (yeddi min) manatı sonuncunun istəyi ilə Zərərçəkmiş şəxs1 hərbi xidmətə düzəlməsi üçün tələb olunan pullara əlavə ediləbiləcəyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 almış olduğu Zərərçəkmiş şəxs1 məxsus 5000 (beş min) manat vəsaiti də Təqsirləndirilən şəxs verərək 7000 (yeddi min) manatın da o vəsaitə əlavə edilməsini istəmişdir. Təqsirləndirilən şəxs 12000 (on iki min) manat aldığını Zərərçəkmiş şəxs1 hərbi xidmətə zabit kimi qəbul etdirəcəyini, həmçinin Zərərçəkmiş şəxs2 də əvvəl almış olduğu 7000 (yeddi min) manat vəsaitin də geri qaytarılmış hesab edildiyini demişdir. Yekunda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 xidmət yerini dəyişmək adı altında 7000 (yeddi min) manat, Zərərçəkmiş şəxs1 diplomunun təsdiq edilməsi və hərbi xidmətə zabit kimi qəbul edilməsi üçün 23000 (iyirmi üç min) manat olmaqla ümumilikdə 30000 (otuz min) manat vəsait almış, vermiş olduğu vədlər üzrə heç bir hərəkət etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 hərbi xidmətə qəbul olunmaq və diplomunun təsdiq edilməsi müqabilində Təqsirləndirilən şəxs ümumilikdə 23000 (iyirmi üç min) manat pul verilməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş sənədlər və digər mötəbər, təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi materiallarının birinci cildinin 175-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2019-cu il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs hərbi hissənin aviasiya-texniki əmlakı rəisi vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materiallarının ikinci cildinin 40-cı vərəqəsində olan Zərərçəkmiş şəxs2 Sumqayıt Hərbi prokurorluğuna ünvanlamış olduğu 07 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona xidmət yerini Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birinə dəyişdirəcəyini bildirib aldadaraq 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işi materiallarının İ cild 14-cü vərəqəsində olan vətəndaş Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə ünvanlamış olduğu 25 may 2024cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birinə zabit kimi hərbi xidmətə qəbul etdirəcəyi, həmçinin dipiomunun Azərbaycan Respublikasında tanınmasını təşkil edəcəyini bildirib aldadaraq 23000 (iyirmi üç min) manat məbləğində pulunu ələ keçirmişlər. Cinayət işi materiallarının birinci cildinin 221-222-ci vərəqələrində olan "xxxx" MMCdən daxil olmuş 05 avqust 2024-cü il tarixli və 03 sentyabr 2024-cü il tarixli 2(iki) ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, ***-***-**-** saylı mobil nömrə Zərərçəkmiş şəxs2 oğiunun adına, ***-***-**-** saylı nömrə Şahid1 adına rəsmiləşmiş, Zərərçəkmiş şəxs2 istifadəsində olan 051-993-97- 99 saylı nömrə ilə Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrələr arasında 07 iyul 2020-ci il tarixdə və digər müxtəlif tarixlərdə çoxsaylı telefon zəngləri aparılmış, anten dairələrinin yerləşmə yerlərinə əsasən 07 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı mobil telefon Sumqayıt şəhəri ərazisində olmuşdur. Cinayət işi materiallarının ikinci cildinin 07-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən Şahid2 və Şahid1 arasında “Vatsap” mobil tətbiqi vasitəsi ilə aparılan yazışmaları əks etdirən 02 (iki ədəd) vərəqəyə baxış keçirilməsi haqqında 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, yazışmalarda olan danışıqlar Şahid2 olduğu ehtimal edilən “igor1968aliyev” adlı və Şahid1 olması ehtimal edilən “Məhərrəm Aduş İŞ” adlı profillər arasında 17 fevral 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək xronoloji ardıcıllıqla aparılmış, 17 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək xronoloji ardıcıllıqla aparılmış yazışmalarda “igor1968aliyev” adlı şəxsin müntəzəm olaraq öz pulunu geri tələb etməsi məzmununda, “Məhərrəm Aduş İŞ” adlı şəxsin isə bu mesajlara cavab olaraq qısa müddət ərzində pulunun qaytarılacağı məzmununda mesajlar yazmış, 22 fevral 2024-cü il tarixdə Şahid2 olduğu ehtimal edilən “igor1968aliyev" adlı profil sahibi “Aqilə de pulu qaytarsın" ifadələri ilə mesaj yazmış, Şahid1 olması ehtimal edilən “Məhərrəm Aduş İŞ” adlı hesabdan isə cavab olaraq “Hikmət dayı göndərəcək deyir görüşdəyəm” məzmununda mesaj yazılmışdır. Bunun davamı olaraq “Məhərrəm Aduş İŞ” adlı şəxs "Məndə heç kimin pulu yoxdu sizin pulunuz Aqildədi” yazdıqda “igor1968aliyev” adlı şəxs “Mən Aqilə yox pulu sənə vermişəm” olaraq cavab vermişdir. Elektron məhkəmə sistemindən alınan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri 1990-cı il təvəllüdlü arvadı X1, 2018-ci il təvəllüdlü qızı X3, 2021-ci il təvəllüdlü oğlu X2 ibarətdir. Cinayət işi materiallarının birinci cildinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarının birinci cildinin 174-cü vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mayor Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işi materiallarının ikinci cildinin 78-80-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma orqanı tərəfindən 14 noyabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarının birinci cildinin 139-cu vərəqəsində olan “Zaqatala rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin Poliklinika şöbəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 18-1-78/2-935/2024 nömrəli məkrubda Təqsirləndirilən şəxs Narkoloji, Psixiatrik və Nevroloji kabinetlərdə qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işi materiallarının birinci cildinin 147-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli xx/xx-8854 nömrəli məkrubda Təqsirləndirilən şəxs adı yuxarıda göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15703 saylı, xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%- i yəni 7500 manat ödənilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 törədilmiş cinayət nəticəsində onlara vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılaşma əldə etmişlər və onların maddi ziyanla bağlı Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. Bu barədə ərizələrini məhkəməyə təqdim etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini etiraf etməsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə də tam sübuta yetirilir. Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat pulu borc olaraq almasını bildirməsi isə məhkəmə tərəfindən özünümüdafiə etməsi kimi qiymətləndirir və bu hal həm zərərçəkmiş şəxs, həm də pulu bilavasitə təqsirləndirlən şəxsə təqdim etmiş Şahid1 ifadəsi təkzib olunmaqla rədd edilirş Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırarq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam ödəməsini, zərəçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərəçəkmiş şəxslərin ondan şikayət və tələbləri olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddələr ilə cinayət təqibinə xitam verilməli olduğunu hesab edir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə görə müvafiq qətimkan tədbiri təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verildikdən sonra onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 39.1.2 ,39.1.11, 43.1.1 43.1.2 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maadəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar