Məhkəmə qərarları › İş №1-1(093)-57/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-57/2023

03.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-57/2023 03.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1, müdafiəçi- “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, Səfərli X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən N-ci ilin iyul ayının sonlarında tabeliyində olan həmin bölüyün 3-cü taqımının 2-ci manqasının atıcı-sanitarı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs4 hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında yerləşən xidməti otağından təhvil-təslim kitabını gətirməsini tapşırmış, lakin Zərərçəkmiş şəxs4 uzun müddət qayıtmadığını gördükdə verdiyi tapşırıqdan yayındığını düşünərək əsəbiləşib xidməti otağına getmiş və Zərərçəkmiş şəxs4 hələ də kitabı axtardığını görərək kitabı tapıb-tapmadığını soruşmuş, Zərərçəkmiş şəxs4 kitabı tapmadığını deməsindən əsəbiləşərək sonuncuya sillə vurmaq istədikdə Zərərçəkmiş şəxs4 onun əlindən tutmuş, bu zaman o, bir qədər də əsəbiləşərək xidməti otağında sağ əli ilə Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 2 (iki) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının əvvəllərində N nömrəli hərbi hissənin ərazisində yerləşən qarovul evində olarkən qarovul xidmətində olan əsgərlərə “posta basqın” komandası vermiş, həmin vaxt xidmətdə olan əsgərlər öz postlarına doğru getsələr də, o, tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 gec hərəkət etdiyini görərək əsəbiləşib qarovul evinin yanında sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında N nömrəli hərbi hissənin ərazisində yerləşən qarovul evində olarkən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 kitelinin qollarının açıq olduğunu görüb sonuncudan nəyə görə kitelinin qollarının açıq olduğunu soruşduqda Zərərçəkmiş şəxs4 havanın soyuq olması səbəbindən kitelinin qollarını açdığını söyləmiş və o, Zərərçəkmiş şəxs4 qarovul evində olduğu üçün kitelinin qollarını qatlamasını tapşırmışdır. Lakin səhər yeməyindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 hələ də kitelinin qollarını qatlamadığını görüb əsəbiləşərək sonuncunu yanına çağırmış və qarovul evində yerləşən anbarın qarşısında sağ əli ilə Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə bir sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N sentyabr N-ci il tarixdə axşam saatlarında N nömrəli hərbi hissənin avtomobil parkında tabeliyində olan həmin hərbi hissənin 2-ci taborun 6-cı bölüyünün 1-ci taqımının 1-ci döyüş maşın heyətinin sürücüradiotelefonçusu, əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncuya təhkim olunmuş “MAZ 531605” markalı “K 975 QQ” hərbi qeydiyyat nişanlı avtomobili növbəti gün səhər saatlarında təmizləməsini tapşırmış, 01 oktyabr N-ci il tarixdə saat 07 radələrində avtomobil parkına gedərək Zərərçəkmiş şəxs2 avtomobilin təmizlənməsini hələ də yekunlaşdırmadığını görüb avtomobili tez təmizləməsini söyləmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 avtomobili təmizlədiyini dedikdə o, cavab qaytarmasına əsəbiləşərək Zərərçəkmiş şəxs2 sağrı nahiyəsinə 1 (bir) təpik zərbəsi, sağ əli ilə isə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının ortalarında qarovul evində olarkən qarovul xidmətində olan və tabeliyində xidmət edən 2-ci taborun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının pulemyotçusu, əsgər Zərərçəkmiş şəxs3 xidmət zamanı qoluna saat taxmasını tapşırmış, lakin daha sonra Zərərçəkmiş şəxs3 qolunu narahat etməsi səbəbindən saatı qolundan çıxarmış, bir müddət sonra “bayraq postu” adlanan yerdə o, Zərərçəkmiş şəxs3 qolunda olan saatı çıxardığını görərək əsəbiləşmiş və qarovul evinə qayıtdıqda Zərərçəkmiş şəxs3 qolundakı saatı çıxardığına görə danlayaraq hər iki sifət nahiyəsinə çoxsaylı sillə zərbələri vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin sentyabr ayının əvvəllərində tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci taborun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının pulemyotçusu, əsgər Zərərçəkmiş şəxs3 və həmin bölüyün 2-ci taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi, əsgər Zərərçəkmiş şəxs6 6-cı bölüyün inzibati binasında yerləşən xidməti otağını təmizləmələrini tapşıraraq bölükdən getmiş, qayıtdıqda otağındakı suyun olmadığını görüb icazə almadan ona məxsus əşyaların istifadə edilməsinə əsəbiləşərək Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 xidməti otağına çağırıb onlardan suyu kimin içdiyini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs3 suyu içdiyini söyləmiş və o, icazə almadan ona məxsus əşyanı istifadə etməsinə əsəbiləşərək sağ əli ilə Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində komandiri olduğu 2-ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən tabeliyində olan həmin bölüyün 3-cü taqımının 1-ci manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs8 oturduğu stula söykənərək həmin stulun ön ayaqlarını havaya qaldırdığını, yəni düzgün oturmadığını görüb əsəbiləşərək yaxınlaşıb nəyə görə düzgün oturmadığını soruşmuş və sağ əli ilə Zərərçəkmiş şəxs8 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin sentyabr ayının əvvəllərində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs8 N nömrəli hərbi hissənin 2ci taborunun 6-cı bölüyünün inzibati binasında yerləşən məişət otağını təmizləməsini tapşırmış, lakin bundan bir neçə saat sonra o, məişət otağına daxil olduqda otağın təmizlənmədiyini görərək əsəbiləşib Zərərçəkmiş şəxs8 yanına çağırmış və sonuncudan nəyə görə məişət otağını təmizləmədiyini soruşduqda Zərərçəkmiş şəxs8 ona məişət otağını təmizlədikdən sonra dərsə getdiklərini, həmin vaxt otağın dağınıq hala düşdüyünü söyləmiş, lakin o, Zərərçəkmiş şəxs8 bəhanə gətirməsinə və verdiyi tapşırığı yerinə yetirməməsinə əsəbiləşərək yenidən sonuncuya irad tutmuş və bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və sillə zərbələri vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcı heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs5 yazı xətti yaxşı olduğu üçün “2-ci tabor 6cı bölük növbətçiliyin qəbulu və təhvili” kitabını yazmasını tapşırmış, N-ci ilin sentyabr ayının ortalarında saat 19 radələrində axşam yeməyinə düzülüş zamanı o, həmin kitabı yoxlayarkən bəzi yazı səhvləri olduğunu görüb əsəbiləşərək Zərərçəkmiş şəxs5 yanına çağırıb 2-ci taborun 6-cı bölüyünün inzibati binasında yerləşən silah otağında Zərərçəkmiş şəxs5 danlayaraq kitabda səhv qeyd apardığını söyləyərək sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 2 (iki) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının sonlarında tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının qumbaraatan köməkçisi, əsgər Zərərçəkmiş şəxs6 və komandiri olduğu 6-cı bölüyün bir neçə əsgərinə xidmət etdikləri bölüyün məişət otağından çadırları götürərək hərbi hissənin əşya anbarına təhvil vermələrini tapşırmış, həmin gün saat 11 radələrində o, Zərərçəkmiş şəxs6 ləng hərəkət etdiyini görərək əsəbiləşib məişət otağının qarşısında çadırın komplekt hissəsi olan taxta parçası ilə sonuncunun sağ ayağına 1 (bir) zərbə vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin sentyabr ayının əvvəllərində 2-ci taborun 6-cı bölüyünün silah otağının qarşısında olarkən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs6 ona yaxınlaşaraq özünün bölük növbətçisi təyin olunduğunu, lakin yorğun olduğu üçün ondan özünü yeni xidmətə yazmamasını xahiş etmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs6 əsəbiləşərək sonuncuya sözünün üstünə söz deməməsini deyib həmin gün xidmətə çıxacağını söyləmiş və silah otağının qarşısında əlində olan iş dəftəri ilə Zərərçəkmiş şəxs6 baş nahiyəsinə 1 (bir) zərbə vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin sentyabr ayının ortalarında saat 15 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs6 ilə birlikdə N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında 2-ci çıxış qapısının yanında dayanmış, həmin vaxt o, Zərərçəkmiş şəxs6 onunla birlikdə bölüyün əşya otağına gəlməsini söyləmiş və birlikdə əşya otağına gedib həmin otağa baxdıqda əşya otağının dağınıq olduğunu görüb əsəbiləşərək Zərərçəkmiş şəxs6 həmin otağı təmizləməsini tapşırmış və otaqdan çıxarkən əşya otağının qapısının yanında olan döşəməni silmək üçün nəzərdə tutulmuş döşəmə siləni götürərək döşəmə silənin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs6 sağrı nahiyəsinə 2 (iki) dəfə vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının ortalarında günorta saatlarında hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasına daxil olduqda 2-ci girişdə olan dəhlizdə tabeliyində olan həmin bölüyün 1-ci taqımının 1-ci manqasının qumbaraatan köməkçisi, əsgər Zərərçəkmiş şəxs1 heç bir iş görmədən güzgünün qarşısında dayanaraq güzgüyə baxdığını görmüş, həmin vaxt şəxsi və ailə problemləri olması səbəbindən əsəbi olduğundan Zərərçəkmiş şəxs1 heç bir iş görməməsindən əsəbiləşərək sonuncunun yanına gedib başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, bu zaman Zərərçəkmiş şəxs1 ona tərəf dönərək nəyə görə vurduğunu soruşduqda o, Zərərçəkmiş şəxs1 hansı səbəbdən heç bir iş görmədiyini və güzgüyə baxdığını soruşmuş, Zərərçəkmiş şəxs1 ona üzünün səpməsi səbəbindən güzgüdə üzünə baxdığını dedikdə o, Zərərçəkmiş şəxs1 nəyə görə üzünün səpdiyini soruşmuş və sonuncu ona üzünü qırxdığı üçün üzünün səpdiyini söylədikdə o, Zərərçəkmiş şəxs1 yalan danışaraq heç bir iş görməməsinə bəhanə gətirdiyini düşünüb bir qədər də əsəbiləşmiş və sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının sonlarında “Qasmalı” atış poliqonunda olarkən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 dəfələrlə səsləmiş, lakin buna baxmayaraq sonuncunun cavab vermədiyini gördükdə əsəbiləşərək həmin poliqonda qurulmuş çadıra daxil olmuş və Zərərçəkmiş şəxs1 həmin çadırda olduğunu görərək başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin sentyabr ayının əvvəllərində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında yerləşən məişət otağına çağıraraq rabitə qurğusu üçün nəzərdə tutulmuş qabın iki dəmir tutacağından birinin olmadığını deyərək həmin tutacağın harada olmasını soruşmuş, bu zaman Zərərçəkmiş şəxs1 ona tutacağın məişət otağında ola biləcəyini dedikdə o, həmin tutacağı axtarmasını tapşırmış, lakin Zərərçəkmiş şəxs1 həmin tutacağı tapa bilmədiyini görüb tutacağı itirməsinə əsəbiləşərək sonuncunun başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N-ci ilin avqust ayının ortalarında hərbi hissənin 2-ci taborun 6-cı bölüyün əsgər yataqxanasına daxil olduqda tabeliyində olan həmin bölüyün 3-cü taqımının 2-ci manqasının atıcı-sanitarı, əsgər Zərərçəkmiş şəxs4, bölüyün 2-ci taqımının 1-ci manqasının pulemyotçusu, əsgər Zərərçəkmiş şəxs3 və bölüyün 3-cü taqımının 2-ci manqasının atıcı heyət nəfəri, əsgər X1 çarpayılarda uzanaraq söhbət etdiklərini eşitmiş və onların mübahisə etdiyini düşünərək nəyə görə mübahisə etdiklərini soruşmuş, bu zaman Zərərçəkmiş şəxs4 ona mübahisə etmədiklərini sadəcə söhbət etdiklərini bildirdikdə o, Məhəmməd Abiyevin əsgər çəkmələri ilə çarpayıda uzandığını görüb əsəbiləşərək hər üçünü məişət otağına çağırmış, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Məhəmməd Abiyev məişət otağına gəldikdə o, hər üçünü danlamış və sağ əli ilə Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsinə 1 (bir) sillə, Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 2 (iki) sillə və Məhəmməd Abiyevin sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən bütün əsgərlər yerdə oturmuş, həmin vaxt o, bütün əsgərlərin oturmasına baxmayaraq tabeliyində olan həmin hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 2ci manqasının atıcı heyət nəfəri, əsgər X1 və həmin bölüyün 3-cü taqımının 1-ci manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs8 yerdə uzandıqlarını görüb əsəbilərəşək onlara tərəf gedərkən Zərərçəkmiş şəxs8 və Məhəmməd Abiyevin onu görmələrinə baxmayaraq ayağa qalxmadıqlarını görüb əsəbiləşərək əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyəsinə 1 (bir) zərbə vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etdiyi vaxtlarda şəxsi və ailə problemləri olması səbəbindən müəyyən vaxtlarda gərgin və əsəbi olduğundan tabeliyində xidmət edən əsgərlər: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı fiziki zor tətbiq etmişdir. N-ci ilin iyul ayının sonlarında o, əsgər Zərərçəkmiş şəxs4 xidməti otağından təhvil-təslim kitabını gətirməsini tapşırmış, lakin Zərərçəkmiş şəxs4 uzun müddət qayıtmadığını gördükdə verdiyi tapşırıqdan yayındığını düşünərək əsəbiləşib xidməti otağına getmiş və Zərərçəkmiş şəxs4 hələ də həmin kitabı axtardığını görərək kitabı tapıb-tapmadığını soruşmuş, Zərərçəkmiş şəxs4 kitabı tapmadığını dedikdə əsəbiləşərək sonuncunu danlayaraq sillə vurmaq istədikdə Zərərçəkmiş şəxs4 onun əlindən tutmuş, bu zaman o, Zərərçəkmiş şəxs4 əlini tutmasına yenidən əsəbiləşərək sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 2 (iki) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində komandiri olduğu 2-ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən əsgər Zərərçəkmiş şəxs8 oturduğu stula söykənərək həmin stulun ön ayaqlarını havaya qaldırdığını, yəni düzgün oturmadığını görüb əsəbiləşərək Zərərçəkmiş şəxs8 yaxınlaşıb nəyə görə düzgün oturmadığını soruşmuş və sağ əli ilə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, N-ci ilin sentyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs8 bölüyün məişət otağını təmizləməsini tapşırdıqdan bir neçə saat sonra 2-ci taborun 6-cı bölüyünün inzibati binasında yerləşən məişət otağına daxil olmuş və otağın təmizlənmədiyini görərək əsəbiləşib Zərərçəkmiş şəxs8 yanına çağırmış, Zərərçəkmiş şəxs8 məişət otağına daxil olduqda o, nəyə görə məişət otağını təmizləmədiyini soruşmuş, lakin Zərərçəkmiş şəxs8 ona məişət otağını təmizlədikdən sonra dərsə getdiklərini, həmin vaxt otağın dağınıq hala düşdüyünü söylədikdə o, Zərərçəkmiş şəxs8 bəhanə gətirməsinə və verdiyi tapşırığı yerinə yetirməməsinə əsəbiləşərək yenidən Zərərçəkmiş şəxs8 irad tutub bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və sillə zərbələri vurmuşdur. Həmçinin həmin vaxt o, Zərərçəkmiş şəxs1 məişət otağına çağıraraq rabitə qurğusu üçün nəzərdə tutulmuş qabın 2 dəmir tutacağından birinin olmadığını demiş və ondan həmin tutacağın harada olmasını soruşmuş, Fərid Seydməmirov tutacağın məişət otağında ola biləcəyini dedikdə sonuncuya həmin tutacağı axtarmasını tapşırmış, lakin Zərərçəkmiş şəxs1 həmin tutacağı tapa bilmədiyini görüb tutacağı itirməsinə əsəbiləşərək sonuncunun başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş və əsgər yataqxanasına getmişdir. Bundan əlavə 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən bütün əsgərlər yerdə oturmuş, həmin vaxt o, bütün əsgərlərin oturmasına baxmayaraq əsgərlər: Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 yerdə uzandıqlarını görüb əsəbilərəşək onlara tərəf gedərkən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 onu görmələrinə baxmayaraq ayağa qalxmadıqlarını görüb əsəbiləşərək əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyələrinə 1 (bir) zərbə vurmuşdur. Bundan başqa o, N-ci ilin avqust ayının ortalarında günorta saatlarında hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasına daxil olduqda həmin binanın 2-ci girişində olan dəhlizində əsgər Zərərçəkmiş şəxs1 heç bir iş görmədən güzgüyə baxdığını görüb əsəbiləşərək yanına gedib başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, bu zaman Zərərçəkmiş şəxs1 ona tərəf dönərək nəyə görə vurduğunu soruşduqda o, Zərərçəkmiş şəxs1 nəyə görə heç bir iş görmədiyini və güzgüyə baxdığını soruşmuş, Zərərçəkmiş şəxs1 ona üzünün səpməsi səbəbindən güzgüdə üzünə baxdığını dedikdə o, nəyə görə üzünün səpdiyini soruşmuş və Zərərçəkmiş şəxs1 üzünü qırxdığı üçün səpdiyini söylədikdə o, Zərərçəkmiş şəxs1 yalan danışaraq heç bir iş görməməsinə bəhanə gətirdiyini düşünüb yenidən əsəbiləşmiş və sağ əli ilə Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan əlavə o, N-ci ilin avqust ayının sonlarında “Qasmalı” atış poliqonunda olarkən əsgər Zərərçəkmiş şəxs1 dəfələrlə çağırmasına baxmayaraq sonuncunun cavab vermədiyini gördükdə əsəbiləşərək həmin poliqonda qurulmuş çadıra daxil olmuş və Zərərçəkmiş şəxs1 həmin çadırda olduğunu görüb başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, N sentyabr N-ci il tarixdə axşam saatlarında avtomobil parkında əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşaraq növbəti gün səhər saatlarında sonuncuya təhkim olunmuş “MAZ 531605” markalı “K 975 QQ” hərbi qeydiyyat nişanlı avtomobili təmizləməsini tapşırmış, lakin 01 oktyabr N-ci il tarixdə saat 07 radələrində avtomobil parkına gedərək Zərərçəkmiş şəxs2 avtomobilin təmizlənməsini hələ də yekunlaşdırmamasını görüb əsəbiləşərək sonuncuya avtomobili tez təmizləməsini söyləmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 ona avtomobili təmizlədiyini dedikdə o, Zərərçəkmiş şəxs2 cavab qaytarmasına əsəbiləşərək sonuncunun arxa nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmuş, bu zaman Zərərçəkmiş şəxs2 ayağa qalxdıqda sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan əlavə o, N-ci ilin avqust ayının ortalarında 2-ci taborun 6-cı bölüyünün əsgər yataqxanasına daxil olduqda əsgərlər: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 çarpayılarda uzanaraq söhbət etdiklərini eşitmiş və onların mübahisə etdiyini düşünərək nəyə görə mübahisə etdiklərini soruşmuş, bu zaman Zərərçəkmiş şəxs4 ona mübahisə etmədiklərini sadəcə söhbət etdiklərini bildirdikdə o, Zərərçəkmiş şəxs7 əsgər çəkmələri ilə çarpayıda uzandığını görüb əsəbiləşərək hər üçünü məişət otağına çağırmış, əsgərlər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 məişət otağına gəldikdə o, hər üçünü danlayaraq sağ əli ilə Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsinə 1 (bir) sillə, Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 2 (iki) sillə və Zərərçəkmiş şəxs7 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, N-ci ilin avqust ayının ortalarında qarovul evində olarkən qarovul xidmətində olan əsgər Zərərçəkmiş şəxs3 xidmət zamanı qoluna saat taxmasını tapşırmış, lakin bir müddət sonra o, “bayraq postu” adlanan yerdə Zərərçəkmiş şəxs3 qolunda olan saatı çıxardığını görüb əsəbiləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 qarovul evinə qayıtdıqda o, nəyə görə qolundakı saatı çıxardığını soruşmuş və Zərərçəkmiş şəxs3 danlayaraq hər iki sifət nahiyəsinə çoxsaylı sillə zərbələri vurmuşdur. Bundan əlavə o, N-ci ilin sentyabr ayının əvvəllərində əsgərlər: Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 2-ci taborun 6-cı bölüyünün inzibati binasında yerləşən xidməti otağını təmizləmələrini tapşırmış və bölükdən getmişdir. Bir müddət sonra o, 2-ci taborun 6-cı bölüyünün inzibati binasında yerləşən xidməti otağına qayıtdıqda otaqdakı suyun olmadığını görüb icazə almadan ona məxsus əşyalardan istifadə etmələrinə əsəbiləşərək Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 yanına çağırmış və onlardan suyu kimin içdiyini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs3 suyu içdiyini söylədikdə o, icazə almadan ona məxsus əşyanı istifadə etməsinə əsəbiləşərək sağ əli ilə Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, N-ci ilin avqust ayının əvvəllərində N nömrəli hərbi hissədə yerləşən qarovul evində olarkən qarovul xidmətində olan əsgərlərə “posta basqın” komandası vermiş, həmin vaxt xidmətdə olan əsgərlər öz postlarına doğru getmiş, lakin o, əsgər Zərərçəkmiş şəxs4 gec hərəkət etdiyini görərək əsəbiləşib qarovul evinin yanında sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, daha sonra həmin gün Zərərçəkmiş şəxs4 və qarovul xidmətində olan hərbi qulluqçuları qarovul evinin içərisində düzərək onları danlamışdır. Bundan bir neçə gün sonra, yəni N-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında o, qarovul evində olarkən əsgər Zərərçəkmiş şəxs4 kitelinin qollarının açıq olduğunu görüb kitelin qollarını qatlamasını tapşırmış, həmin gün səhər yeməyindən sonra o, Zərərçəkmiş şəxs4 hələ də kitelinin qollarını qatlamadığını görüb əsəbiləşərək sonuncunu yanına çağırmış və qarovul evində yerləşən anbarın qarşısında sağ əli ilə Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, yazı xətti yaxşı olduğu üçün “2-ci tabor 6-cı bölük növbətçiliyin qəbulu və təhvili” kitabını yazmağı əsgər Zərərçəkmiş şəxs5 tapşırmış, N-ci ilin sentyabr ayının ortalarında saat 19 radələrində axşam yeməyinə düzülüş zamanı həmin kitabı yoxlayarkən Zərərçəkmiş şəxs5 bəzi yazı səhvləri etdiyini görüb əsəbiləşərək əsgər Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs5 yanına çağırmasını tapşırmış, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 ilə birlikdə yanına, yəni 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında yerləşən silah otağına gəlmiş, otağa daxil olduqda o, həmin otağın qapısını bağlamış və Zərərçəkmiş şəxs5 danlayaraq “2-ci tabor 6-cı bölük növbətçiliyin qəbulu və təhvili” kitabını açıb həmin kitabda səhv qeyd apardığını söyləyərək sağ əli ilə Zərərçəkmiş şəxs5 sol sifət nahiyəsinə 2 (iki) sillə zərbəsi vurmuşdur. Bundan əlavə o, Nci ilin avqust ayının sonlarında əsgər Zərərçəkmiş şəxs6 və komandiri olduğu 6-cı bölüyün bir neçə əsgərinə xidmət etdikləri 2-ci taborun 6-cı bölüyünün məişət otağından çadırları götürərək hərbi hissənin əşya anbarına təhvil vermələrini tapşırmış, həmin gün saat 11 radələrində o, Zərərçəkmiş şəxs6 ləng hərəkət etdiyini görərək əsəbiləşib məişət otağının qarşısında çadırın komplekt hissəsi olan taxta parçası ilə sonuncunun sağ ayağına 1 (bir) zərbə vurmuşdur. Bundan başqa o, N-ci ilin sentyabr ayının əvvəllərində 2-ci taborun 6-cı bölüyünün silah otağının qarşısında olarkən əsgər Zərərçəkmiş şəxs6 ona yaxınlaşaraq bölük növbətçisi təyin olunduğunu, lakin yorğun olduğu üçün yeni xidmətə yazmamasını demiş, həmin vaxt o, Zərərçəkmiş şəxs6 əsəbiləşərək sonuncuya sözünün üstünə söz deməməsini söyləyib həmin gün xidmətə çıxacağını bildirmiş və silah otağının qarşısında əlində olan iş dəftəri ilə Zərərçəkmiş şəxs6 baş nahiyəsinə 1 (bir) zərbə vurmuşdur. Bundan əlavə o, N-ci ilin sentyabr ayının ortalarında saat 15 radələrində N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında 2-ci çıxış qapısının yanında dayanmış, həmin vaxt əsgər Zərərçəkmiş şəxs6 da onun yanında dayanmış, bu zaman o, Zərərçəkmiş şəxs6 onunla birlikdə bölüyün əşya otağına gəlməsini söyləmiş və onlar birlikdə əşya otağına getmişlər. O, əşya otağına baxıb əşya otağının dağınıq olduğunu gördükdə əsəbiləşərək Zərərçəkmiş şəxs6 həmin otağı təmizləməsini tapşırmış və otaqdan çıxarkən əşya otağının qapısının yanında olan döşəməni silmək üçün nəzərdə tutulmuş döşəmə siləni götürərək döşəmə silənin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs6 arxa nahiyəsinə 2 (iki) dəfə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, o, N-ci ilin aprel ayında N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmiş, N yanvar N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətini başa çatdıraraq ordu sıralarından ehtiyata buraxılmışdır. Leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsinə təyin olunduğu vaxtdan həmin bölükdə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgərlərə qarşı müxtəlif tarixlərdə fiziki zor tətbiq edərək onu və həmin bölüyün əsgərlərini incitmişdir. N-ci ilin avqust ayının ortalarında hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasının 2-ci girişində olan dəhlizində güzgünün qarşısında üzü səpdiyi üçün üzünə baxarkən bölük komandiri, leytenant Təqsirləndirilən şəxs arxasından gələrək başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, o, həmin vaxt leytenant Təqsirləndirilən şəxs tərəf dönərək nəyə görə vurduğunu soruşduqda sonuncu onun sualına cavab vermədən ondan nəyə görə güzgüyə baxdığını soruşmuş, o, Təqsirləndirilən şəxs üzünün səpməsi səbəbindən güzgüdə üzünə baxdığını dedikdə Təqsirləndirilən şəxs nəyə görə üzünün səpdiyini soruşmuş və o, üzünü qırxdığı üçün üzünün səpdiyini söylədikdə leytenant Təqsirləndirilən şəxs sağ əli ilə onun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, o, həmin zərbənin təsirindən fiziki ağrı hiss etmişdir. Bundan başqa o, N-ci ilin avqust ayının sonlarında Abşeron rayonunda yerləşən “Qasmalı” atış poliqonunda qurulmuş çadırda olarkən leytenant Təqsirləndirilən şəxs arxadan gələrək başının arxa nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, o, Təqsirləndirilən şəxs tərəf dönərək nəyə görə vurduğunu soruşduqda sonuncu onu dəfələrlə çağırdığını deyib nəyə görə cavab vermədiyini soruşmuş, bu zaman o, Təqsirləndirilən şəxs eşitmədiyini, bu səbəbdən də cavab vermədiyini söylədikdə sonuncu ona hər hansı bir söz demədən getmişdir. Bundan əlavə N-ci ilin sentyabr ayının əvvəllərində leytenant Təqsirləndirilən şəxs onu 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında yerləşən məişət otağına çağıraraq rabitə qurğusu üçün nəzərdə tutulmuş qabın 2 dəmir tutacağından birinin olmadığını bildirib ondan həmin tutacağın harada olmasını soruşmuş, o, Təqsirləndirilən şəxs həmin tutacağın məişət otağında ola biləcəyini dedikdə Təqsirləndirilən şəxs ona həmin tutacağı axtarmasını tapşırmışdır. O, məişət otağında olan dolabçalarda həmin tutacağı axtararkən Təqsirləndirilən şəxs onun başının arxa nahiyəsinə 1 (bir) qüvvətli sillə zərbəsi vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin gün məişət otağını təmizləmədiyinə görə əsgər yoldaşı Zərərçəkmiş şəxs8 bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və sillə zərbələri vurmuşdur. Bundan başqa N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində Təqsirləndirilən şəxs xidmət etdiyi 2-ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən həmin vaxt əsgər yoldaşı Zərərçəkmiş şəxs8 oturduğu stula söykənərək həmin stulun ön ayaqlarını havaya qaldırmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 görüb ona yaxınlaşaraq sağ əli ilə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Həmçinin o, N-ci ilin avqust ayının əvvəllərində qarovul evində olarkən Təqsirləndirilən şəxs qarovul xidmətində olan əsgərlərə “posta basqın” komandası vermiş, həmin vaxt o və xidmətdə olan əsgərlər öz postlarına doğru getmiş, lakin əsgər Zərərçəkmiş şəxs4 həmin vaxt gec hərəkət etmiş və Təqsirləndirilən şəxs gec hərəkət etdiyini görərək qarovul evinin yanında sağ əli ilə Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan əlavə N-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs xidmət etdikləri 2-ci taborun 6-cı bölüyünün məişət otağının qarşısında çadırın komplekt hissəsi olan taxta parçası ilə əsgər yoldaşı Zərərçəkmiş şəxs6 sağ ayağına 1 (bir) zərbə vurduğunu görmüşdür. Həmçinin o, N-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs bölüyün əşya otağında döşəməni silmək üçün nəzərdə tutulmuş döşəmə silənin dəmir hissəsi ilə əsgər yoldaşı Zərərçəkmiş şəxs6 vurmasının şahidi olmuşdur. Bundan başqa 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən bölüyün bütün əsgərləri yerdə oturmuş, həmin vaxt əsgərlər: Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 yerdə uzanmışlar. Bu zaman Təqsirləndirilən şəxs onları görüb yanlarına getmiş və hər hansı bir söz demədən əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyələrinə 1 (bir) zərbə vurmuşdur. Həmçinin 01 oktyabr N-ci il tarixdə saat 07 radələrində o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 N nömrəli hərbi hissənin avtomobil parkında avtomobili təmizləyərkən Təqsirləndirilən şəxs gələrək Zərərçəkmiş şəxs2 irad bildirmiş və avtomobili tez təmizləməsini söyləmiş, bu zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs avtomobili təmizlədiyini söylədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arxa nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmuş, sonuncu ayağa qalxdıqda isə Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs2 sol sifət nahiyəsinə qüvvətli bir sillə zərbəsi vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, o, N1-ci ilin oktyabr ayında N nömrəli hərbi hissənin 6-cı bölüyünün 1-ci taqımının döyüş maşınının sürücüsü vəzifəsinə təyin edilmiş, N yanvar N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətini başa çatdıraraq ordu sıralarından ehtiyata buraxılmışdır. N sentyabr N-ci il tarixdə axşam saatlarında avtomobil parkında olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq növbəti gün səhər saatlarında ona təhkim olunmuş “MAZ531605” markalı “K 975 QQ” hərbi qeydiyyat nişanlı avtomobili təmizləməsini tapşırmış, 01 oktyabr N-ci il tarixdə saat 06:00-da o, “qalx” komandasından sonra oyanaraq hərbi hissənin avtomobil parkına getmiş və özünə təhkim olunmuş avtomobili təmizləməyə başlamışdır. Həmin gün saat 07 radələrində Təqsirləndirilən şəxs avtomobil parkına gələrək avtomobili tez təmizləməsini söyləmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs avtomobili təmizlədiyini dedikdə sonuncu onun arxa nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmuş, bu zaman o, ayağa qalxdıqda Təqsirləndirilən şəxs sağ əli ilə onun sol sifət nahiyəsinə qüvvətli bir sillə zərbəsi vurmuş, o, Təqsirləndirilən şəxs vurduğu təpik və sillə zərbələrinin təsirindən fiziki ağrı hiss etmişdir. Bundan başqa o, N-ci ilin avqust ayının əvvəllərində qarovul evində olarkən leytenant Təqsirləndirilən şəxs qarovul xidmətində olan əsgərlərə “posta basqın” komandası vermiş, həmin vaxt o və xidmətdə olan əsgərlər öz postlarına doğru getmiş, lakin əsgər Zərərçəkmiş şəxs4 həmin vaxt gec hərəkət etmiş və Təqsirləndirilən şəxs gec hərəkət etdiyini görərək qarovul evinin yanında sağ əli ilə Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Həmçinin o, N-ci ilin sentyabr ayının ortalarında 6-cı bölükdən avtoparka gedərkən bölüyün silah otağında Təqsirləndirilən şəxs əsgər Başxəliyev Təbriz Abuzər oğlunun sifət nahiyəsinə 2 (iki) sillə zərbəsi vurduğunu görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ifadə verib göstərdi ki, o, N-ci ilin aprel ayında N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının pulemyotçusu vəzifəsinə təyin edilmiş, N yanvar N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətini başa çatdıraraq ordu sıralarından ehtiyata buraxılmışdır. Nci ilin avqust ayının ortalarında o və əsgər Zərərçəkmiş şəxs4 6-cı bölüyün əsgər yataqxanasında çarpayılarda uzanaraq söhbət etmiş, həmin vaxt xidmət yoldaşı əsgər Zərərçəkmiş şəxs7 də yataqxanada boş çarpayılardan birində əsgər çəkmələrini çıxarmadan uzanıb onlarla söhbət etmiş, bu zaman Təqsirləndirilən şəxs yataqxanaya daxil olmuş və onlardan nəyə görə mübahisə etdiklərini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini bildirdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 əsgər çəkmələri ilə çarpayıda uzandığını görüb onları məişət otağına çağırmış, o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 məişət otağına getdikdə Təqsirləndirilən şəxs hər üçünü danlamış və sağ əli ilə onun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurduqdan sonra Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 də sifət nahiyələrinə sağ əli ilə sillə zərbələri vurmuşdur. Bundan başqa N-ci ilin avqust ayının ortalarında o, qarovul xidmətində olarkən Təqsirləndirilən şəxs ona qoluna saat taxmasını tapşırdığından o, qoluna saat taxmış, lakin saat qolunu narahat etdiyindən həmin saatı qolundan çıxarmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs hərbi hissənin qarovul binasının qarşısında “bayraq postu” adlanan yerdə onu görmüş və nəyə görə qolundakı saatı çıxardığını soruşmuş, onu danlayaraq hər iki sifət nahiyəsinə çoxsaylı sillə zərbələri vurmuşdur. Bundan əlavə N-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona və əsgər Zərərçəkmiş şəxs6 2-ci taborun 6cı bölüyünün inzibati binasında yerləşən xidməti otağını təmizləmələrini tapşırmış və bölükdən getmişdir. Təqsirləndirilən şəxs xidməti otağını təmizləyərkən o, susadığı üçün həmin otaqda stolun üzərində olan suyu götürərək içmişdir. Otağı təmizlədikdən sonra yataqxanada olarkən Təqsirləndirilən şəxs bölüyə gələrək xidməti otağına daxil olduqda suyun olmadığını görüb onu və Zərərçəkmiş şəxs6 yanına çağırmış, onlar Təqsirləndirilən şəxs yanına getdikdə onlardan suyu kimin içdiyini soruşmuş və o, suyu özünün içdiyini söyləmiş, həmin vaxt Təqsirləndirilən şəxs əsəbiləşərək onun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində leytenant Təqsirləndirilən şəxs 2-ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən əsgər Zərərçəkmiş şəxs8 oturduğu stula söykənərək həmin stulun ön ayaqlarını havaya qaldırmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 görüb ona yaxınlaşaraq sağ əli ilə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş və nəyə görə düzgün oturmadığını soruşmuş, lakin Zərərçəkmiş şəxs8 heç bir cavab verməmişdir. Həmçinin o, N-ci ilin avqust ayının əvvəllərində qarovul evində olarkən Təqsirləndirilən şəxs qarovul xidmətində olan əsgərlərə “posta basqın” komandası vermiş, həmin vaxt o və xidmətdə olan əsgərlər öz postlarına doğru getmiş, lakin əsgər Zərərçəkmiş şəxs4 həmin vaxt gec hərəkət etmiş və Təqsirləndirilən şəxs gec hərəkət etdiyini görərək qarovul evinin yanında sağ əli ilə Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ifadə verib göstərdi ki, o, 17 aprel N-ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının atıcı-sanitarı vəzifəsinə təyin edilmişdir. N-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs ona xidməti otağından təhvil-təslim kitabını gətirməsini tapşırmış, o, bölük komandirinin xidməti otağına gedərək təhvil-təslim kitabını axtarsa da, həmin kitabı tapa bilməmiş, həmin vaxt Təqsirləndirilən şəxs xidməti otağına gələrək kitabı tapıbtapmadığını soruşmuş, o, Təqsirləndirilən şəxs kitabı tapmadığını bildirdikdə sonuncu onu danlamış və ona sillə zərbəsi vurmaq istədikdə o, vura bilməməsi üçün Təqsirləndirilən şəxs əlindən tutmuş, bu zaman Təqsirləndirilən şəxs əlini tutmasına əsəbiləşərək sağ əli ilə onun sol sifət nahiyəsinə 2 (iki) qüvvətli sillə zərbəsi vurmuşdur. Bundan başqa N-ci ilin avqust ayının əvvəllərində o, qarovul xidmətində olarkən Təqsirləndirilən şəxs qarovul xidmətində olan əsgərlərə “posta basqın” komandası vermiş, həmin vaxt xidmətdə olan əsgərlər öz postlarına doğru getmiş, lakin o, həmin vaxt yorğun olduğundan gec hərəkət etmiş və Təqsirləndirilən şəxs onun gec hərəkət etdiyini görərək qarovul evinin yanında sağ əli ilə onun sol sifət nahiyəsinə qüvvətli 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan bir neçə gün sonra, yəni N-ci ilin avqust ayının əvvəllərində səhər saatlarında o, qarovul xidmətində olarkən hava soyuq olduğu üçün kitelinin qollarını açmış, postdan qayıtdıqda qarovul evində bölük komandiri, leytenant Təqsirləndirilən şəxs onun kitelinin qollarının açıq olduğunu görüb nəyə görə kitelinin qollarının açıq olduğunu soruşduqda o, hava soyuq olduğu üçün açdığını bildirmiş, daha sonra səhər yeməyini yedikdən sonra Təqsirləndirilən şəxs kitelinin qollarını qatlamadığını görüb onu yanına çağırmış və qarovul evində yerləşən anbarın qarşısında sağ əli ilə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan başqa o, N-ci ilin avqust ayının ortalarında 6-cı bölüyün əsgər yataqxanasında çarpayılarda uzanaraq xidmət yoldaşı əsgər Zərərçəkmiş şəxs3la söhbət etmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs7 də yataqxanada boş çarpayılardan birində əsgər çəkmələrini çıxarmadan uzanıb onlarla söhbət etmiş, bu zaman Təqsirləndirilən şəxs yataqxanaya daxil olmuş və onlardan nəyə görə mübahisə etdiklərini soruşmuş, o, Təqsirləndirilən şəxs mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini bildirdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 əsgər çəkmələri ilə çarpayıda uzandığını görüb hər üçünü məişət otağına çağırmış, o, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 məişət otağına getdikdə Təqsirləndirilən şəxs onları danlamış və sağ əli ilə onun sifət nahiyəsinə 2 (iki) sillə zərbəsi, həmçinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 sol sifət nahiyələrinə sağ əli ilə sillə zərbələri vurmuşdur. Habelə N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində Təqsirləndirilən şəxs 2ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən əsgər Zərərçəkmiş şəxs8 oturduğu stula söykənərək həmin stulun ön ayaqlarını havaya qaldırmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 görüb sonuncuya yaxınlaşaraq sağ əli ilə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan əlavə o, N-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs xidmət etdikləri 2-ci taborun 6-cı bölüyünün məişət otağının qarşısında çadırın komplekt hissəsi olan taxta parçası ilə əsgər Zərərçəkmiş şəxs6 sağ ayağına 1 (bir) zərbə vurduğunu görmüşdür. Həmçinin 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən bölüyün bütün əsgərləri yerdə oturmuş, həmin vaxt əsgərlər: Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 yerdə uzanmışlar. Bu zaman Təqsirləndirilən şəxs onları görüb yanlarına gedərək əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyələrinə 1 (bir) zərbə vurmuşdur. Habelə 01 oktyabr N-ci il tarixdə saat 07 radələrində o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin avtomobil parkında avtomobil təmizləyərkən Təqsirləndirilən şəxs gələrək Zərərçəkmiş şəxs2 irad bildirib avtomobili tez təmizləməsini söyləmiş, bu zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs avtomobili təmizlədiyini söylədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arxa nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmuş və Zərərçəkmiş şəxs2 ayağa qalxdıqda sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə qüvvətli 1 (bir) sillə zərbəsi vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ifadə verib göstərdi ki, o, N1-ci ilin aprel ayında N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcı heyət nəfəri vəzifəsinə təyin edilmiş, N yanvar N3cü il tarixdə müddətli həqiqi hərbi xidmətini başa çatdıraraq ordu sıralarından ehtiyata buraxılmışdır. Onun yazı xətti yaxşı olduğu üçün Təqsirləndirilən şəxs “2-ci tabor 6-cı bölük növbətçiliyin qəbulu və təhvili” kitabını yazmağı ona tapşırmış, N-ci ilin sentyabr ayının ortalarında saat 19 radələrində axşam yeməyinə düzülüş zamanı əsgər Zərərçəkmiş şəxs6 gələrək Təqsirləndirilən şəxs onu çağırdığını bildirmiş və o, Zərərçəkmiş şəxs6 ilə birlikdə Təqsirləndirilən şəxs yanına, yəni 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında yerləşən silah otağına getmişlər. Otağa daxil olduqda Təqsirləndirilən şəxs otağın qapısını bağlamış və onu danlayaraq “2-ci tabor 6-cı bölük növbətçiliyin qəbulu və təhvili” kitabını açıb həmin kitabda səhv qeyd apardığını demiş və onun sol sifət nahiyəsinə qüvvətli 2 (iki) sillə zərbəsi vurmuşdur. Bundan başqa N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində leytenant Təqsirləndirilən şəxs 2-ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən əsgər Zərərçəkmiş şəxs8 oturduğu stula söykənərək həmin stulun ön ayaqlarını havaya qaldırmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 görüb yaxınlaşaraq sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuşdur. Bundan əlavə o, N-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs xidmət etdikləri 2-ci taborun 6-cı bölüyünün məişət otağının qarşısında çadırın komplekt hissəsi olan taxta parçası ilə əsgər Zərərçəkmiş şəxs6 sağ ayağına 1 (bir) zərbə vurduğunu görmüşdür. Həmçinin 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən bölüyün bütün əsgərləri yerdə oturmuş, həmin vaxt əsgərlər: Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 yerdə uzanmışlar. Bu zaman Təqsirləndirilən şəxs onları görüb yanlarına getmiş və əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyələrinə 1 (bir) zərbə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ifadə verib göstərdi ki, o, N1-ci ilin oktyabr ayında N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə, N-ci ilin fevral ayında həmin manqanın qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmiş, N yanvar N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətini başa çatdıraraq ordu sıralarından ehtiyata buraxılmışdır. N-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona və hazırda adlarını xatırlamadığı bir neçə əsgərə xidmət etdikləri 2-ci taborun 6-cı bölüyünün məişət otağından çadırları götürərək hərbi hissənin əşya anbarına təhvil vermələrini tapşırmış, həmin gün saat təxminən 11 radələrində o, çadırı götürərək hərbi hissənin əşya anbarına apararkən bölüyün məişət otağının qapısının yanında dayanaraq onlara nəzarət edən Təqsirləndirilən şəxs həmin otağın qarşısında çadırın komplekt hissəsi olan taxta parçası ilə onun sağ ayağına 1 (bir) zərbə vurmuş, o, zərbənin təsirindən fiziki ağrı hiss etmişdir. Bundan başqa N-ci ilin sentyabr ayının əvvəllərində hazırda adını xatırlamadığı hərbi qulluqçu ona həmin gün Təqsirləndirilən şəxs tərəfindən bölük növbətçisi xidmətinə təyin olunduğunu bildirmiş, o, həmin hərbi qulluqçuya xidmətdən yeni çıxdığını və yorğun olduğunu, bu səbəbdən də Təqsirləndirilən şəxs onu xidmətə yazmamasını deməsini xahiş etmiş, bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış, o, Təqsirləndirilən şəxs yanına getmək üçün 2-ci taborun 6-cı bölüyünün inzibati binasına daxil olduqda Təqsirləndirilən şəxs silah otağının qarşısında dayandığını görmüş və yanına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona bölük növbətçisi təyin olunduğunu bildirdikdə o, Təqsirləndirilən şəxs xidmətdən yeni çıxdığı üçün yorğun olduğunu və onu yeni xidmətə yazmamasını xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona əsəbi şəkildə cavab qaytarmamasını deyib xidmətdə olduğunu söyləmiş və silah otağının qarşısında əlində olan iş dəftəri ilə onun baş nahiyəsinə qüvvətli 1 (bir) zərbə vurmuşdur. Daha sonra N-ci ilin sentyabr ayının ortalarında saat 15 radələrində o, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün inzibati binasında 2-ci çıxış qapısının yanında Təqsirləndirilən şəxs yanında dayanmış, bu zaman Təqsirləndirilən şəxs ona birlikdə bölüyün əşya otağına gəlməsini söyləmiş, o, Təqsirləndirilən şəxs ilə birlikdə əşya otağına getdikdə Təqsirləndirilən şəxs əşya otağına baxıb ona həmin otağı təmizləməsini tapşırmış və otaqdan çıxarkən əşya otağının qapısının yanında olan döşəməni silmək üçün nəzərdə tutulmuş döşəmə siləni götürərək döşəmə silənin dəmir hissəsi ilə qüvvətli şəkildə onun arxa nahiyəsinə 2 (iki) dəfə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəməyə ifadə verib göstərdi ki, o, N-ci il dekabr ayında N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün atıcı heyət nəfəri, 17 oktyabr N-ci il tarixdə həmin bölüyünün atıcı qumbaratan köməkçisi vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər hərbi rütbəsində xidmət edir. N-ci ilin avqust ayının ortalarında 6-cı bölüyün əsgər yataqxanasında o və əsgərlər: Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 çarpayılarda uzanaraq söhbət edərkən o, çarpayıda əsgər çəkmələrini çıxarmadan uzanmış, bu zaman Təqsirləndirilən şəxs yataqxanaya daxil olmuş və onlardan nəyə görə mübahisə etdiklərini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini bildirdikdə Təqsirləndirilən şəxs onun əsgər çəkmələri ilə çarpayıda uzandığını görüb onları məişət otağına çağırmış, o, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məişət otağına getdikdə Təqsirləndirilən şəxs onları danlamış və sağ əli ilə onun sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi, habelə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 da sifət nahiyələrinə sillə zərbələri vurmuşdur. Bundan başqa 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən o və əsgər yoldaşı Zərərçəkmiş şəxs8 yerdə uzanmışlar, bu zaman o və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs onlara tərəf gəldiyini görüb ayağa qalxmaq istədikdə Təqsirləndirilən şəxs onların yanına çataraq hər hansı bir söz demədən əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyələrinə 1 (bir) zərbə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəməyə ifadə verib göstərdi ki, o, 26 mart N-ci il tarixdə N nömrəli hərbi hissənin 6-cı bölüyünün atıcısı vəzifəsinə, 05 yanvar N3-cü il tarixdə N nömrəli hərbi hissənin 2-ci taborunun qərargah bölüyünün tuşlayıcısı vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər hərbi rütbəsində xidmət edir. N-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində Təqsirləndirilən şəxs onu, xidmət etdiyi 2-ci taborun 6-cı bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını və həmin bölükdə xidmət edən bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bölüyün dərs otağına çağıraraq həmin otaqda günün yekununu müzakirə edərkən o, oturduğu stula söykəndiyindən həmin stulun ön ayaqları havaya qalxmış, bu zaman Təqsirləndirilən şəxs onu görmüş və ona yaxınlaşaraq sağ əli ilə sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurub nəyə görə düzgün oturmadığını soruşduqda o, heç bir cavab verməmişdir. Bundan başqa N-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bölüyün məişət otağını təmizləməsini tapşırmış, o, verilən tapşırığa əsasən məişət otağını təmizlədikdən sonra bölüyün inzibati binasından çöldə dərs olduğu üçün çölə çıxmış, dərsdən qayıtdıqdan sonra o, bölüyün yataqxanasını təmizləyərkən Təqsirləndirilən şəxs məişət otağına daxil olmuş və daha sonra onu yanına çağırmış, o, məişət otağına daxil olduqda Təqsirləndirilən şəxs ona nəyə görə məişət otağını yaxşı təmizləmədiyini soruşmuş və o, Təqsirləndirilən şəxs məişət otağını təmizlədikdən sonra dərsə getdiklərini, həmin vaxt otağın dağınıq hala düşdüyünü söylədikdə Təqsirləndirilən şəxs ona yenidən irad tutaraq bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və sillə zərbələri vurmuşdur. Bundan əlavə 29 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində keçirilən “çöl dərsi” zamanı istirahət verildiyindən o və əsgər yoldaşı Zərərçəkmiş şəxs7 yerdə uzanmış, bu zaman Təqsirləndirilən şəxs onlara tərəf gəldiyini görüb ayağa qalxmaq istədikdə Təqsirləndirilən şəxs onların yanına çataraq və hər hansı bir söz demədən əlində olan dəbilqə ilə hər ikisinin baş nahiyələrinə 1 (bir) zərbə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid3, Şahid1 və Şahid2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadələr verərək, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N0-ci il tarixli 164 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Səfərli X3 nazirinin 05 iyun N0-ci il tarixli 0403 nömrəli əmri ilə N nömrəli hərbi hissənin komandirinin sərəncamına təyin edildiyinə görə xidmətini davam etdirməsi üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş, N iyun N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N0-ci il tarixli 170 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun 12-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may N-ci il tarixli 162 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 4-cü motoatıcı taborunun 12-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının komandiri, leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 014 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci sühməramlı qüvvələr taborunun 6-cı sülhməramlı bölüyünün komandiri vəzifəsinə təyin edilmiş, vəzifəsini təhvil vermiş, təyin olunduğu vəzifənin qəbuluna və icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N-ci il tarixli 383 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini təhvil vermiş, N dekabr N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N-ci il tarixli 386 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 2-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, N dekabr N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N1-ci il tarixli 196 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən gəldiyinə görə N iyul N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və əsgər hərbi rütbəsi verilməklə 2-ci taborun 1-ci bölüyünün 2-ci taqımının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr N1-ci il tarixli 283 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığını keçən əsgərlər: Zərərçəkmiş şəxs1 – 2-ci taborun 5-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə, Zərərçəkmiş şəxs6 – 2-ci taborun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə, Zərərçəkmiş şəxs2 – 2-ci taborun 6-cı bölüyünün 1-ci taqımının 1-ci döyüş maşın heyətinin sürücü-radiotelefonçusu vəzifəsinə, Zərərçəkmiş şəxs5 – mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsinə, Zərərçəkmiş şəxs3 – mühafizə bölüyünün 2-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsinə, Zərərçəkmiş şəxs4 – mühafizə bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N1-ci il tarixli 381 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığını keçən əsgər Zərərçəkmiş şəxs7 – 2-ci taborun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N-ci il tarixli 79 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 2-ci taborun 5-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsindən azad edilib həmin taborun 6-cı bölüyünün 1ci taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N-ci il tarixli 91 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığını keçən əsgər Zərərçəkmiş şəxs8 N mart N-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və ixtisasına uyğun olaraq 2-ci sülhməramlı taborun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N-ci il tarixli 105 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs8 2-ci taborun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsindən azad edilib həmin bölüyün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N-ci il tarixli 129 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, N nömrəli hərbi hissənin döyüş hazırlığı vəziyyətinin yüksəldilməsi və düşmənin təxribatının qarşısının alınması məqsədi ilə əsgər Zərərçəkmiş şəxs3 mühafizə bölüyünün 2-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsindən azad edilib 2-ci taborun 6-cı bölüyünün 2-ci taqımının 1-ci manqasının pulemyotçusu vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs5 mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsindən azad edilib 2-ci taborun 6-cı bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcı heyət nəfəri vəzifəsinə və əsgər Zərərçəkmiş şəxs4 mühafizə bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsindən azad edilib 2-ci taborun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının atıcı-sanitarı vəzifəsinə təyin edilmişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar N3-cü il tarixli 4 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgərlər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 müddətli həqiqi hərbi xidmətlərini başa vurduqlarına görə N yanvar N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində xidmət edən leytenant Təqsirləndirilən şəxs həmin bölükdə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər: Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 ilə aralarında tabelik münasibətləri var. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən təqdim edilmiş 28 oktyabr N-ci il tarixli 1483, 1484, 1485, 1486, 1487, 1488 nömrəli, 05 noyabr N-ci il tarixli 1530 nömrəli və 19 dekabr N-ci il tarixli 1N nömrəli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthlərində sözügedən hadisələrlə bağlı, o cümlədən arxa keçəcək dəliklərində, onun ətrafında və anal dəliyin düz bağırsağa keçən hissəsinin selikli qişasında hər hansı xəsarət, xəsarət izi və ya dəyişiklik aşkar olunmamışdır. Lakin göstərilən şəxslər məhkəmə-tibbi ekspertizası zamanı leytenant Təqsirləndirilən şəxs onlara qarşı fiziki zor tətbiq etməsini təsdiq etmişlər. Zərərçəkmiş şəxs4 Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı 10 oktyabr N-ci il tarixli ərizəsindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri, leytenant Təqsirləndirilən şəxs ona və əsgər yoldaşlarına qarşı müxtəlif tarixlərdə zor tətbiq etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 25 oktyabr N-ci il tarixli 12703 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası ordenin və medalının verilməsi haqqında vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0-ci il 15 dekabr tarixli 2348 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2711 və 2716 nömrəli Sərəncamı ilə “ Füzulinin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxslərin, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddələrlə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, ilk dəfə cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və mülki iddialarının olmamasını, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 15 dekabr tarixli 2348 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2711 və 2716 nömrəli Sərəncamı ilə “ Füzulinin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 329.2.1 və 329.2.2-ci maddələri az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə, X2 Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, Azərbaycan Respublikası CM-nin 54.1-ci maddəsinin tələbinə əsasən, hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral 2017ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edilənlərlə yanaşı Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, zərərçəkmiş şəxslərdən üzr istəyib barışmasını onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də, nəzərə alaraq, barəsində tətbiq ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi haqqında qərar qəbul edilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ədalət və humanizm prinsipləri baxımından Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini, xidmətini davam etdirməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığının sərəncamına verilməsini, sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etməyi vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa onda daimi yaşadığı yer üzrə icra şöbəsinə həvalə edilməli, sınaq müddətində xidmət zamanı komandanlığın icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına təhvil verilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə, həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində xidmət müddətində xidmət etdiyi hərbi hissə komandanlığının icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa, davranışı üzərində nəzarəti həyata keçirən orqana, daimi yaşadığı yer üzrə icra bölməsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar