Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-59/2020 21.05.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi ilə, hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili x1 və fərdi fəaliyyət göstərən vəkil x8, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kadrlar İdarəsinin kargüzar-operatoru vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət etmiş, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə təkrarən şəxsləri, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə, bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kadrlar idarəsinin kargüzar-operatoru vəzifəsində, kiçik gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, təxminən 2017-ci ilin sonlarında tanışı, Bakı şəhər sakini Şahid7 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid7 ona müraciət edərək oğlu x4 Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid7 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid7 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid7 guya şəxsi əlaqələrindən istifadə edib, hansısa səlahiyyətli vəzifəli şəxsin (şəxslərin) vasitəsilə onun oğlu x11 Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 15.000 (on beş min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid7 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən təxminən 2017-ci ilin sonlarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində Şahid7 15.000 (on beş min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi bir-iki ay ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid7 və oğlu Süleyman Hənifəyev dəfələrlə Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulu qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Şahid7 təkidlə Təqsirləndirilən şəxs pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Təqsirləndirilən şəxs valideynləri onun məsuliyyətə cəlb edilməməsi məqsədilə təxminən 2019-cu ilin mart ayının sonlarında 15.000 manat məbləğində pulu tamamilə Şahid7 qaytarmışlar. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, təxminən 2017-ci ildə onunla birlikdə Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edən, əməliyyat işçisi, gizir Şahid9 özünü yalandan guya vəzifəsinə görə şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi Xüsusi Dövlət Mühafizə Xidmətində işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid9 ona müraciət edərək əsgər yoldaşı, Bakı şəhər sakini x2 ehtiyacı olduqda borc pul verməklə yaxşılıq etməsinin qarşılığında Toğrul Salmanovun qardaşı x5 Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid9 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid9 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid9 guya şəxsi əlaqələrindən istifadə edib, hansısa səlahiyyətli vəzifəli şəxsin (şəxslərin) vasitəsilə x14 Dövlət Mühafizə Xidmətində işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 7.000 (yeddi min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid9 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən Şahid9 təxminən 2017-ci ildə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binasının yaxınlığında 7.000 (yeddi min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid9 dəfələrlə Təqsirləndirilən şəxslə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulunu qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Şahid9 təkidlə ondan pulunu tələb etdiyini görən Təqsirləndirilən şəxs aldığı 7.000 manat məbləğində pulu təxminən 2018-ci ilin sonlarında, 2019-cu ilin əvvəllərində tamamilə Şahid9 qaytarmışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, təxminən 2018-ci ilin mart ayında tanışı, Bakı şəhər sakini Şahid11 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid11 ona müraciət edərək oğlu - onun əsgər yoldaşı Şahid8 Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid11 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid11 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid11 guya şəxsi əlaqələrindən istifadə edib, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə oğlu Şahid8 Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 5.000 (beş min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid11 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən təxminən 05 mart 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində Şahid11 5.000 (beş min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi üç ay ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid11 və oğlu Şahid8 dəfələrlə Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulu qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif yollarla pulu qaytarmaqdan yayınmışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, təxminən 2018-ci ilin mart ayında əsgər yoldaşı, Bakı şəhər sakini Şahid10 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid10 ona müraciət edərək özünün Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid10 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid10 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid10 guya şəxsi əlaqələrindən istifadə edib, Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək vəzifədə işləyən tanışının vasitəsilə onun həmin Xidmətdə işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 8.000 (səkkiz min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid10 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən Şahid10 təxminən 2018-ci ilin aprel ayında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində 5.000 (beş min) manat, təxminən 10- 15 gün sonra isə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binasının yaxınlığında 3.000 (üç min) manat olmaqla, ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi altı ay ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid10 dəfələrlə Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulunu qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif yollarla pulu qaytarmaqdan yayınmışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, təxminən 2018-ci ilin avqust ayında tanışı, Bakı şəhər sakini Şahid6 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid6 ona müraciət edərək oğlu x9 Xüsusi Dövlət Mühafizə Xidmətində sürücü kimi işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid6 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid6 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid6 guya şəxsi əlaqələrindən istifadə edib, hansısa səlahiyyətli vəzifəli şəxsin (şəxslərin) vasitəsilə oğlu x15 Dövlət Mühafizə Xidmətində işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 7.000 (yeddi min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid6 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən Şahid6 təxminən 2018-ci ilin avqust ayında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin ərazisində 7.000 (yeddi min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi dörd ay ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid6 dəfələrlə Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulunu qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Şahid6 təkidlə Təqsirləndirilən şəxs pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Təqsirləndirilən şəxs valideynləri onun məsuliyyətə cəlb edilməməsi məqsədilə təxminən 2019-cu ilin mart ayının sonlarında 7.000 manat məbləğində pulu tamamilə Şahid6 qaytarmışlar. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, təxminən 2018-ci ilin iyul-avqust aylarında tanışı, Abşeron rayonu Xırdalan şəhər sakini Şahid5 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir çağırışçının istənilən xidmət yerinə göndərilməsini həll edəcəyinə imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid5 oğlu x10 müddətli həqiqi hərbi xidmət etmək üçün daha rahat şəraitdə xidmət aparılan hərbi hissəyə göndərilməsinə köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid5 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid5 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid5 guya şəxsi əlaqələrindən istifadə edib, hansısa səlahiyyətli vəzifəli şəxsin (şəxslərin) vasitəsilə oğlu Rüfət Əsgərzadənin müddətli həqiqi hərbi xidmət etmək üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasına göndərilməsini təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 6.000 (altı min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid5 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən Şahid5 təxminən 2018-ci ilin sentyabr ayında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binasının yaxınlığında 6.000 (altı min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi 2018-ci ilin oktyabr ayının, sonradan həmin ayda mümkün olmadığını bildirməklə 2019-cu ilin yanvar ayının müddətli həqiqi hərbi xidmətə çağırış dövründə həll edəcəyinə söz verməsinə baxmayaraq, 2019-cu ilin yanvar ayının sonlarında işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid5 dəfələrlə Təqsirləndirilən şəxslə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa çalışsa da, Şahid5 təkidlə pulunu tələb etdiyini gördükdə ondan aldığı 6.000 manat məbləğində pulu təxminən 2019-cu ilin mart ayında tamamilə Şahid5 qaytarmağa məcbur olmuşdur. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, təxminən 2018-ci ilin sentyabr ayında əsgər yoldaşı, Bakı şəhər sakini Şahid1 Bəhrəm oğluna özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid1 ona müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Dövlət x17 işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid1 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid1 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid1 guya şəxsi əlaqələrindən istifadə edib, Baş Dövlət x17 yüksək vəzifədə işləyən tanışının vasitəsilə onun həmin idarədə işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində həmin vəzifəli şəxsə 17000 (on yeddi min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid1 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən təxminən 11 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində Şahid1 8.500 (səkkiz min beş yüz) manat məbləğində pulun əvəzi kimi 5.000 (beş min) ABŞ dolları, bir neçə gündən sonra həmin yerdə 8.500 (səkkiz min beş yüz) manat olmaqla, ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid1 ondan verdiyi pulu tamamilə qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Şahid1 təkidlə Təqsirləndirilən şəxs pulunu tələb etdiyini görən və hüquq mühafizə orqanlarına şikayət edəcəyindən qorxan Təqsirləndirilən şəxs valideynləri onun məsuliyyətə cəlb edilməməsi məqsədilə 2019-cu il ərzində 17.000 manat məbləğində pulu tamamilə Şahid1 qaytarmışlar. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2018-ci ilin oktyabr ayının əvvəllərində Şahid1 vasitəsilə onunla tanış olan Bakı şəhər sakini Şahid2 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid2 ona müraciət edərək oğlanları Vüsal və İlkin Hüseynovların Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (“xxxxx”) işə qəbul olunmalarına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid2 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid2 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid2 guya şəxsi əlaqələrindən istifadə edib, hansısa səlahiyyətli vəzifəli şəxsin (şəxslərin) vasitəsilə onun övladlarının həmin şirkətdə işə qəbul olunmalarını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 22.000 (iyirmi iki min) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid2 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən təxminən 18 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində Şahid2 16.000 (on altı min) manat, bir neçə gündən sonra Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin ərazisində 6.000 (altı min) manat olmaqla, ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid2 dəfələrlə Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulunu tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif yollarla Şahid2 həmin pulu qaytarmaqdan yayınmışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2018-ci ilin noyabr ayının əvvəllərində Şahid1 vasitəsilə onunla tanış olan, Bakı şəhər sakini Şahid3 özünü yalandan guya şəxsi əlaqələrindən istifadə etməklə hər hansı bir şəxsi işə düzəltmək imkanı olan şəxs kimi təqdim etdiyindən, Şahid3 ona müraciət edərək oğlu Şahid4 «xxxxxxxxxxxxxxxxx» Neft Şirkətində işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid3 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid3 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Şahid3 guya şəxsi əlaqələrindən istifadə edib, hansısa səlahiyyətli vəzifəli şəxsin (şəxslərin) vasitəsilə oğlu Şahid4 həmin şirkətdə işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 9.500 (doqquz min beş yüz) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid3 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə təkrarən rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən Şahid3 təxminən 26 noyabr 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonunun ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında 5.000 (beş min) manat, təxminən 03 dekabr 2018-ci il tarixdə isə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində 4.500 (dörd min beş yüz) manat olmaqla, ümumilikdə 9.500 (doqquz min beş yüz) manat məbləğində pul alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən və öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid3 dəfələrlə Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə mobil telefon əlaqəsi yaradıb, eləcə də görüşüb pulunu tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif yollarla Şahid3 həmin pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yalnız dələduzluq əməlinin törədilməsində təqsirli bilərək hər hansı bir şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmədiyini ifadələrində qeyd etsə də, istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bu cinayətin faktiki tərəfini göstərmişdir. Həmin ifadələr həm ayrı-ayrılıqda, həm də şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid1 Bəhrəm oğlu, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid10, Şahid11, Şahid8 və Şahid9, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadələri tədqiq edilmiş Şahid6 (həmin şəxslər ayrıayrılıqda təqsirləndirilən şəxsin cinayət əməllərini təsdiq etmişlər) ifadələri ilə müqayisəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, nəticə etibarı ilə cəm şəkildə bu ifadələr bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir epizod üzrə cinayət hadisələrinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırıb təqsirləndirilən şəxsə verilmiş hər bir ittihamı təsdiq edirlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin vəzifəli şəxsə rüşvət verməyə təhrik etməməsi hissədə ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. “xxxxxxxx” MMC-nin 04 sentyabr 2019-cu il tarixli 24032 №-li məktubuna əlavə edilmiş CD diskə 30 yanvar 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin dələduzluq cinayət əməllərini törətməsi hadisələrin baş verdiyi tarixlərə və vaxtlara uyğun olaraq vətəndaşlar Şahid7, Şahid9, Şahid11, Şahid10, Şahid6, Şahid5, Şahid1 Bəhrəm oğlu, Şahid2 və Şahid3 ilə aralarında aparılmış telefon danışıqlarına dair məlumatlar, “sms”lər və digər məlumatlarla öz təsdiqini tapmışdır (cild 5, i.v. 193-201). Şahid2 məxsus olan “NOKİA X3” markalı mobil telefonun içərisindəki məlumatlara baxış keçirilməsi haqqında 22 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vətəndaş Şahid2 övladları İlkin və Vüsal Hüseynovların “xxxxx” Neft Şirkətində işə qəbul edilmələri məsələsində köməklik göstərməsi adı ilə aldadaraq ona məxsus 22.000 manat məbləğində pulu ələ keçirməsi faktı mobil telefonun içərisindəki müvafiq bölmədə yerləşən “sms”lərlə öz təsdiqini tapmışdır (cild 2, i.v.81-93). Xüsusi Dövlət Mühafizə Xidmətinin 08 fevral 2012-ci il tarixli 15 №-li əmrindən edilmiş çıxarışa əsasən həmin tarixdə kiçik çavuş hərbi rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaqla 1-ci şöbənin əməkdaşı vəzifəsinə təyin edilmişdir (cild 1, i.v.59). Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 16 mart 2016-cı il tarixli 40 №-li əmrindən edilmiş çıxarışına əsasən həmin tarixdə 1-ci şöbənin əməkdaşı vəzifəsindən azad olunaraq baş çavuş hərbi rütbəsi ilə x3 şöbəsinin kargüzar-operatoru vəzifəsinə təyin edilmişdir (cild 1, i.v.60) Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 05 dekabr 2018-ci il tarixli 170 №-li əmrindən edilmiş çıxarışa əsasən 06 dekabr 2018-ci il tarixdə kiçik gizir hərbi rütbəsi ilə tutduğu vəzifədən azad edilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (cild 1, i.v.61). Xüsusi Dövlət Mühafizə Xidməti rəisi tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, i.v.66). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, i.v.97). Məhkəmə heyəti, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə təkrarən şəxsləri, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə, bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsi tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə heyəti, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ailənin yeganə qazanc mənbəyi olmaqla himayəsində üç azyaşlı uşaqlarının olmasını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, həmçinin vətəndaşlara (onlar şahid statusunda olsalar da belə) vurduğu ziyanın çox bir qismini ödəməsini cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında digər cəza növləri ilə yanaşı cərimə cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə heyəti, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallarının mövcudluğunu, cəzasını ağırlaşdıran hallarının olmamasını, törətdiyi cinayət əməli nəticəsində faktiki olaraq zərər çəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamalarını nəzərə alaraq barəsində ittiham olunduğu maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alıb barəsində təqsirli bilindiyi maddələrin hər birinə nisbətdə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinin (cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) tələblərinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsini, onun 09 avqust 2019-cu il tarixdən 21 may 2020-ci il tarixədək, yəni 9 (doqquz) ay 12 (on iki) gün həbsdə saxlama müddətini nəzərə alaraq Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin müddəalarını (həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir) tətbiq etməklə təyin ediləcək cərimə cəzasının yüngülləşdirilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə heyəti, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin şahid statusunda olan, törətdiyi cinayət nəticəsində zərər vurmuş vətəndaşa dəymiş maddi ziyanın müəyyən hissəsini ödəməsini, yəni vətəndaşlardan cinayət yolu ilə ələ keçirdiyi pulları çox bir qismini qaytarmasını nəzərə alaraq, məhkəmə, təqsirləndirilən şəxsdən hər hansı bir vəsaitin dövlət nəfinə alınmasını ədalət baxımından məqsədəmüvafiq hesab etmir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə heyəti gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345- 349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 8.500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs 09 avqust 2019-cu il tarixdən 21 may 2020-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş 8.500 (səkkiz min beş yüz) manat cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2.000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalında azad edilsin. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Həbib Həsənov (sədrlik edən), Elbəy Allahverdiyev, Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-59/2020
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-59/2020
21.05.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver