Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-59/2023 05.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- “Fİdes” Vəkil Bürosunun vəkili Vəkil2 və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş sabiq hərbi qulluqçu- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə xx.xx.2011-ci il tarixli, 1049ş/h nömrəli əmrlə Dövlət Sərhəd Xidmətinin təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı, xx.xx.2016-cı il tarixli, 1440ş/h nömrəli əmrlə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin müstəntiqi, xx.xx.2021-ci il tarixli, 1479 ş/h nömrəli əmrlə həmin şöbənin baş müstəntiqi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, şübhəli şəxs tərəfindən cinayətin törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək, şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) aparmaq, məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək, cinayət işi üzrə icraatın dayandırılması və ya xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə edəcəyi hərəkətə, yəni icraatında olan ********* nömrəli cinayət işi üzrə qaçaqmalçılığa və satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməyə cəhd etməklə Azərbaycan Respublikası CM-nin 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 28 sentyabr 2020-ci il tarixdə özü tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilməklə Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X3 barəsində həmin cinayət işi üzrə istintaqın sonrakı mərhələsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsinə görə öz qulluq mövqeyindən istifadə etməklə maddi nemət olan 25.000 (iyirmi beş min) manat pul vəsaitini sonuncunun qardaşı Şahid2 ilə 2020ci ilin oktyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən Dövlət Sərhəd Xidmətinin inzibati binasının yaxınlığında görüşləri zamanı sonuncudan istəyərək razılığını alıb, həmin niyyətlə 2020ci ilin oktyabr ayında ünvan 2 ünvanında özünün istifadəsində olan **-SL-*** dövlət qeydiyyat nişanlı “KİA Optima” markalı avtomobilində Şahid2 15.000 manat, həmin ayda Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsində yerləşən “Sahil bağı”nın yaxınlığında Şahid2 atası X2 5.000 manat, 2021-ci ilin avqust ayında Faiq Məmmədovun cinayətdən xəbərsiz qohumu Şahid3 sonuncunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Zığ yolu 22c ünvanında 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat, xx.xx.2021-ci il tarixdə Şahid2 tərəfindən sonuncuya məxsus olan "xxxx" ASC tərəfindən verilmiş 4169********6622 nömrəli “Umico” plastik kart vasitəsilə özünə məxsus olan "xxxx" ASC tərəfindən verilmiş 5492********9725 nömrəli plastik karta göndərilmiş 1.600 manat pul vəsaitini xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən Bakı şəhəri, Atatürk prospektində quraşdırılmış “ATM EXB Atatürk” bankomatı vasitəsilə çıxarıb əldə etməklə, qeyd edilən qaydada əldə etdiyi ümumilikdə 25.000 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 2011-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı, 2016-cı ildən 2021-ci ilədək Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin müstəntiqi, baş müstəntiqi, 2021-ci ilin oktyabr ayından öz ərizəsi ilə ehtiyata buraxılmışdır. Müstəntiq kimi hüquq və vəzifələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, ittiham aktı tərtib etmək və sair olmuşdur. 25 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsi tərəfindən X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma şübhəsi ilə inzibati qaydada tutulmuş və 26 sentyabr 2022-ci il tarixdə DSX-nın İstintaq və Təhqiqat İdarəsinə təhvil verildikdən sonra, icraatına verilmiş ********* nömrəli cinayət işi üzrə o, Faiq Məmmədov və digər şəxsi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutmuş, 28 sentyabr 2020-ci il tarixdə tərəfindən Faiq Məmmədov və qeyrisi həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verilmiş və Səbail rayon məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Faiq Məmmədov saxlanılandan sonra ailə üzvləri ilə əlaqə saxlanılmasına sərait yaradılmış, sonuncunun qohumu Şahid3la əlaqə saxlayıb danışmışdır. Faiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçiləndən sonra ailə üzvləri ona yaxınlaşmışlar. Vüqar ona köməklik etməsini bildirmiş, Faiqin həbsdən buraxılması və ittihamın tövsif olunması ilə əlaqədar 25000 manat pul verə biləcəklərini demişlər. O da onlara razılıq vermişdir. Bundan sonra birinci dəfə 2020-ci ilin oktyabr ayında Şahid2 işlədiyi Dövlət Sərhəd Xidmətinin inzibati binasının yaxınlığına gəlmiş, xatırladığı qədəri ilə onun istifadəsində olan “Kia Optima” markalı avtomobilində 15000 manat pulu Şahid2 almış, bundan sonra ikinci görüş təxminən 10 gün sonra olmuş Fərman Məmmədov “Sahil Bağı” yaxınlığına gəlmiş, orada Fərman Məmmədovla görüşmüş, 5000 manatı sonuncu ona vermiş, daha sonra xx.xx.2021-ci il tarixdə Faiqin qohumu Şahid3la sonuncunun yaşadığı mənzilin yaxınlığında görüşmüş, orada Vüqar ona 2000 ABŞ dolları, həmin tarixin məzənnəsi ilə 3400 manat pul vermiş, həmin vaxtdan təxminən bir həftə sonra Faiq Məmmədov istifadəsində olan plastik kartdan özünün istifadəsində olan **********199725 nömrəli “EksressBank” plastik debit karta 1600 manat pul köçürmüşdür. O, sadəcə olaraq onları inandırmaq və pul almaq məqsədi ilə “dabro” və bu kimi ifadələr işlətmişdir. Həmin pulu da Şahid2 öz adına olan kartdan köçürmüşdür. Özləri ona yaxınlaşıb köməklik istəmişlər, o da onların özləri ilə danışmışdır. Həmin ərəfədə pula ehtiyacıolduğundan belə bir əməl törətdiyini, pulu almaqda məqsədinin əvvəlcədən maddi qazanc əldə etmək niyyəti ilə dələduzluq etmək olduğunu, Faiq Məmmdovla bağlı cinayət işinə xitam verilməsi, tövsif olunması onun səlahiyyətində olmamasını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tamamilə ödənmiş və onunla barışmışdır. Cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə qanunvericiliyin tələbinə əsasən məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, oğlu Faiq Məmmədov 25 sentyabr 2020-ci il tarixdə DSX əməkdaşları tərəfindən narkotik vasitələrinin daşımasında şübhəli olduğundan tutulmuş, 25 sentyabr 2020-ci il tarixdə isə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaqını DSX-nın müstəntiqi Təqsirləndirilən şəxs aparırdı. Təqsirləndirilən şəxsla görüşdükdə onlara nə kimi köməklik göstərə biləcəyini soruşmuş, o da vəkil Şahid4 məsləhət görmüş, onun bu işdə oğlunun müdafiəsi işini yaxşı təşkil edə biləcəyini bildirmişdir. Vəkil Şahid4la müqavilə bağladıqdan bir müddət sonra o, bu işin həll olması üçün müstəntiqə 40.000 manat pul verməli olduqlarını bildirmişdir. Oğlu Şahid2 və qohumu Şahid3 müstəntiqlə görüşdükdə cinayət işinin xitam olunması üçün vəkilin onlardan 40.000 manat pul istədiyini bildirmiş, Təqsirləndirilən şəxs vəkilin dediklərini təsdiq etmişdir. Daha sonra Vüqar və Şaiq müstəntiqlə danışaraq məbləği 25.000 manata endirmişdir. Həyat yoldaşı ilə birgə qohumların köməkliyilə 2020-ci ilin oktyabr ayında 15.000 manat pul düzəldib oğlu Şaiq vasitəsilə Bakıda vəkil Şahid4, o da müstəntiq Təqsirləndirilən şəxs çatdırması üçün vermişdir. Vəkil Bağır isə pulu müstəntiqə vermələrini bildirmişdir. Oğlu Şahid2 isə Nicatla görüşərək onun avtomobilinə əyləşmiş və 15.000 manat pulu Nicatın ona verdiyi qara rəngli papkaya qoymuş, pulun qalan hissəsini isə yaxın müdət ərzində çatdırılacağını bildirmişdir. Təxminən bir həftə sonra həyat yoldaşı ilə birgə Bakı şəhərinə gəlmiş, Sahil bağında həyat yoldaşı müstəntiq və vəkillə görüşmüş 5.000 manat pulu müstəntiqə vermişdir. Ondan sonra müstəntiq ona səbrli olmağını, oğlunun bir həftəyə həbsdən buraxılacağını, pulun qalan hissəsini isə buraxıldıqdan sonra verməli olduqlarını demişdir. Lakin bu söhbətdən xeyli müddət keçməsinə baxmayaraq oğlu həbsdən buraxılmamış, müstəntiq hər dəfə bir bəhanə ilə vaxtı uzatmışdır. Təxminən 2021-ci ilin avqust ayında bacısı oğlu Şahid3 onlara köməklik edib müstəntiqə bacardığı qədər pul verməsini demişdir. O da Təqsirləndirilən şəxsla görüşmüş 2.000 ABŞ dolları vermişdir. Daha sonra oğlu Şaiq də adına olan plastik kartdan Təqsirləndirilən şəxs onlara “whatsapp” proqramı vasitəsilə göndərdiyi plastik karta 1.600 manat pul köçürmüş, müstəntiq də yaxın vaxtlarda oğlunun həbsdən azad olunacağını bildirsə də, oğlu həbsdən azad olmamış və AR CMnin müvafiq maddələri ilə cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Müstəntiqlə danışıb verdiyi vədə hansı səbəbdən əməl etməyini soruşduqda o, məhkəmə zamanı kömək edəcəyini və oğlunun həbsdən buraxılacağı ilə bağlı o, öz qulluq mövqeyindən istifadə etməklə yalan vədlər vermişdir. Nəticədə məhkəmənin hökmü ilə oğlu 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onlar Təqsirləndirilən şəxs verdikləri pulu qaytarmağı tələb etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, və ona dəymiş maddi ziyan tamamilə ödənmişdir. Ona qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, qardaşı Faiq Məmmədov 25 sentyabr 2020-ci il tarixdə DSX əməkdaşları tərəfindən guya narkotik vasitələrinin daşımasında şübhəli olduğundan tutulmuş, 28 sentyabr 2020-ci il tarixdə isə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaqını DSX-nın müstəntiqi Təqsirləndirilən şəxs aparmışdır. Valideynləri müstəntiq Təqsirləndirilən şəxsla görüşüb nə kimi köməklik göstərə biləcəyini soruşmuşlar, Nicat da vəkil Bağırı onlara məsləhət görərək onun Faiqin müdafiəsi işini yaxşı təşkil edə biləcəyini bildirmişdir. Validenləri də vəkil Bağırla müqavilə bağlamış və sonuncu müdafiəçi kimi işə cəlb olunmuşdur. Bir müddət sonra təxminən 2020-ci ilin oktyabr ayında Bağır atasına zəng edərək işlə bağlı Bakıya gəlməyini demiş, atası da onu göndərmişdir. O, Bağırın “Azərpoçt” inzibati binasının qarşısında yerləşən ofisində görüşmüş və o, işi danışdığını, cinayət işinin xitam olunması üçün 40000 manat pul verməli olduqlarını demişdir. O da evə gedib məsləhətləşdikdən sonra məlumat verə biləcəyini demişdir. Həmin gün axşam Bağır istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək onu yenə ofisinə dəvət etmiş və orada məbləği 25000 manata endirildiyini demişdir. O da Bağıra 15000 manat pul verə biləcəyini, pulun qalan hissəsini isə sonra verəcəyini demişdir. Bundan sonra o, Yevlax rayonuna getmiş və valideynlərindən 15000 manat pul götürüb təxminən 2-3 gün ərzində Bakıya qayıtmışdır. Bakıya gəldikdən sonra xalası oğlu Vüqara zəng vurub məsləhət etmiş, Vüqar da Təqsirləndirilən şəxsla görüşüb sonuncunun avtomobilinə oturmuş, Nicat Vüqarı inandırmışdır ki, burada hər hansı dələduzluq ola bilməz və pulu verəcəkləri təqdirdə Faiq 3 gün ərzində həbsdən azadlığa buraxılacaq, işə xitam veriləcəkdir. O, həmin vaxt DSX-nın inzibati binasının yanında dayanmış, daha sonra Vüqar onun yanına gəlmiş, Vüqar ona demişdir ki, Bağır onları aldatmır, pul Nicata çatacaqdır. O da Bağıra demişdir ki, pulu şəxsən Nicata verəcəkdir. Bundan sonra o, Bağırla ofisdən çıxaraq DSX-nın inzibati binasının yanına gəlmiş və sonradan Nicat palıd rəngli “Kia Optima” markalı avtomobili ilə yanlarına gəlmiş, o, arxa oturacaqda əyləşmişdir. Avtomobil hərəkətdə olduğu zaman Nicat pulu arxa oturacaqda olan qara rəngli qovluğun altına qoymağını demiş, o da Nicatın dediyi kimi etmişdir. O, Nicatdan bu işin necə həll olunacağını soruşmuş, Nicat da çətin iş olduğunu, Vüqara da dediyini, narahat olmamağını, yaxın müddət ərzində məsələ öz həllini tapacağını demişdir. Təxminən bir həftədən sonra valideynləri Bakı şəhərinə gəlmişlər və “Sahil Bağı” yaxınlığında görüşüb Nicata əlavə olaraq 5000 manat pul vermişlər. Qalan 5000 manat pul isə Faiq həbsdən buraxıldıqdan sonra verilməli olmuşdur. Lakin bir xeyli müddətin keçməsinə baxmayaraq, Faiq həbsdən buraxılmamış, 2021-ci ilin avqust ayında Nicat onlara işin yekunlaşdığını, qalıq pul vəsaitini verməli olduqlarını demiş, xalası oğlu Vüqar həmin ayın 24-də Nicatla görüşərək 2000 ABŞ dollar, həmin dövrün məzənnəsi ilə 3400 manat pul vermişdir. Bundan sonra Nicat ***-***-**-** saylı mobil telefon nömrəsindən “vvatsap” vasitəsilə ona öz plastik kartının nömrəsini göndərmişdir ki, qalan 1600 manat pulu Nicatın kartına köçürsün. O da də özünə məxsus "xxxx" kartından Nicatın kartına 1600 manat pul köçürmüşdür. Lakin qardaşı həbsdən buraxılmamış və cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, cinayət işi məhkəmə baxışında olan müddət ərzində də Nicat onları aldadaraq Faiqi həbsdən azad edəcəyini demiş, lakin yekunda məhkəmənin hökmü ilə qardaşı 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra onlar Nicatdan verdikləri pulu geri qaytarmağını tələb etmişlər. Nicat da təxminən 6-7 aya 2022-ci il ərzində hissəhissə olmaqla 25.000 manatı pulu müxtəlif yerlərdə xalası oğlu Vüqar vasitəsi ilə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, təxminən 2020-ci ilin oktyabr ayında Faiqin qardaşı Şaiq ona demişdir ki, vəkil Bağır Faiqin işini aparan müstəntiq Təqsirləndirilən şəxs işin xitam olunması müqabilində 25000 manat pul istəyir. Daha sonra o, Bağırla danışmış, onun Bağırla telefonda mübahisəsi düşdüyünə görə söhbəti alınmamış, sonra müstəntiq Nicatın nömrəsini tapıb istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Nicatla danışıb görüşmək istədiyini demiş, Nicatdan DSX-nın Səbail rayonunda yerləşən inzibati binasının yaxınlığında görüşmüş işin xitam olunması müqabilində onun 25000 manat pul istəyib-istəmədiyini soruşmuş, Nicat da bunu təsdiq etmiş, o da başa düşmüşdür ki, Bağır müstəntiqin dediyi sözləri onlara çatdırmış və Şaiqə müstəntiqin pul istədiyini demişdir. Bir müddət sonra 2020-ci ilin oktyabr ayında Şaiq gəlib demişdir ki, 15000 pulu Nicata vermiş, Nicat da 3 günə Faiq azadlığa buraxılacağını, qalan pulu da Faiq buraxıldıqdan sonra verəcəklərini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra xalası Məhsəti və həyat yoldaşı Fərman Bakıya gəlmişlər, Fərman Nicatla görüşüb və əlavə olaraq 5000 manat pulu Nicata vermişdir. Həmin vaxt da Təqsirləndirilən şəxs yaxın müddət ərzində Faiqin həbsdən azadlığa buraxılacağını desə də, sonuncu həbsdən buraxılmamışdır. Bir neçə dəfə Nicatla danışıb işin nə yerdə olduğunu soruşsalar da, Nicat hər dəfə bir bəhanə ilə vaxt uzadıb Faiqin azadlığa çıxacağını demişdir. Təxminən 2021ci ilin avqust ayında Şaiq ona zəng edərək Nicata əlavə olaraq 5000 manat pul verməli olduqlarını, onun nə kimi onlara köməklik göstərə biləcəyini soruşmuş, o da 2000 ABŞ dolları verə biləcəyini demişdir. Şaiq də 1600 manat pulu Nicatın kartına göndərəcəyini bildirmişdir. Nicat onun yaşadığı evin qarşısına gəlmiş, 2000 ABŞ dolları Nicata vermişdir. Qeyd etmişdir ki, həmin ərəfədə Nicatla mobil telefonla danışıb səsini yazmış, həmin səs yazısında da Nicat Faiqin ayın 25-də azadlığa buraxılacağını, yuxarıdan “dobro” aldığını və s. bu məzmunda olan sözlər demişdir. Lakin Nicat yenə də vədinə əməl etməmiş və cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə göndərildikdən sonra da Nicat Faiqi azadlığa buraxtdıracağını demiş, lakin nəticədə məhkəmənin hökmü ilə Faiq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onlar da Nicatdan pulu geri qaytarmağını tələb etmişlər, Nicat da 2022-ci il ərzində təxminən 10 dəfəyə ona 25000 manat pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, Faiq Məmmədov 25 sentyabr 2020-ci il tarixdə AR Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrinin daşımasında şübhəli olduğundan tutulmuş, 28 sentyabr 2020-ci il tarixdə isə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Faiq Məmmədov həbs olunduqdan sonra Faiqin atası Fərman Məmmədov onun Səbail rayonunda 1 saylı notariusun yanında yerləşən ofisinə gəlmiş və onunla həmin cinayət işi üzrə oğlunun müdafiəçisi qismində iştirak etməyi üçün müqavilə bağlamışdır. Cinayət işinin istintaqı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Təqsirləndirilən şəxs tərəfindən aparılırdı. O, müstəntiq Təqsirləndirilən şəxs ilk dəfə həmin cinayət işinin istintaqı zamanı görüb tanıdığını bildirmişdir. Cinayət işinin istintaqı təxminən 7-8 ay davam etmişdir. İstintaq gedişində Faiq Məmmədovun valideynləri başqa vəkillə müqavilə bağlamış müdafiə işini ona həvalə etmişlər. Faiq Məmmədov isə müstəntiqə ərizə yazaraq onun müdafiəçi qismində iştirakına xitam verilməsini istəmiş bununla da onun vəkil kimi iştirakına xitam verilmişdir. O, daha sonra bu cinayət işi ilə maraqlanmadığını qeyd etmişdir. Həmçinin istintaq zamanı müstəntiq Təqsirləndirilən şəxs Faiq Məmmədovun valideynləri ilə qeyri-prosessual münasibətlərə girərək onun həbsdən azad edilməsi və ya barəsində olan cinayət işinə xitam verilməsi ilə bağlı ona hər hansı bir söz deməmişdir, pul alması barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumatlardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə xx.xx.2011-ci il tarixli, 1049ş/h nömrəli əmrlə Dövlət Sərhəd Xidmətinin təhqiqathüquq qrupunun hüquqşünas-təhqiqatçısı, xx.xx.2016-ci il tarixli, 1440ş/h nömrəli əmrlə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin müstəntiqi, xx.xx.2021-ci il tarixli, 1479 ş/h nömrəli əmrlə həmin şöbənin baş müstəntiqi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləmişdir. X3 barəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsində xx.xx.2020-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmaqla Təqsirləndirilən şəxs tərəfindən icraata qəbul edilmiş, X5 xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həmin tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə həmin cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Ağr Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağr Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-658/2021 nömrəli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 206.3.2, 29,234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)-192/2022 nömrəli qərarından görünür ki, hökm dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin 8.12.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə 4169******6622 nömrəli kartdan Təqsirləndirilən şəxs istifadəsində olan 549236******9725 nömrəli karta “birbank” tətbiqetməsi vasitəsi ilə göndərilmiş 1600 manat məbləğində pul həmin kart hesabına yüklənmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən Bakı şəhəri, Atatürk prospektində quraşdırılmış “ATM EXB Atatürk” bankomatı vasitəsilə çıxarılmışdır. Məhkəmə fonoskopik ekspertizasının 14 dekabr 2022-ci il tarixli 4/1636-4/1648 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Samsung” markalı fləş kartda olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Samsung” markalı fləş kartda olan mübahisəli fonoqramlar telefon danışıqlarından ibarət olduğundan diktorlar akustik şəraitdə yerləşirlər. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Samsung” markalı fləş kartda olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Samsung” markalı fləş kartda olan mübahisəli fonoqramlardakı danılşıqların tədqiqi hissədə verilən yazılı mətnlərdə “K1” kimi işarə olunan diktorun səsi və nitqi Şahid2, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K3” kimi işarə olunmuş dikrotun səsi və nitqi Şahid3 məxsusdur. "xxxx" MMC-dən daxil olmuş CD diskə xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil nömrəsi, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi, X4 istifadəsində olan ********* mobil nömrəsi ilə 2020-ci ilin sentaybr ayının sonları, əsasən 28-xx.xx.2020-ci il tarixdələrdə, həmçinin 2021-ci ilin müxtəlif aylarında, eləcə də avqust ayında müxtəlif saat göstəriciləri və müxtəlif anten dairəsində telefon danışıqları mövcuddur. Cinayət işinin materiallarından görünür ki, Faiq Məmmədovun anası Məshəti Məmmədovanın nümayəndəsi «Alyans» Vəkil Bürosunun vəkili İlqar Rüstəmov Azərbaycan Respublikasnın Baş Prokurorluğuna, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla material üzrə araşdırma və həmçinin istintaq dövrünə qədər 25000 manat məbləğində pulu Şahid2 və ailəsinə qaytarmışdır. Azərbaycan Respublika Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanalarda müalicədə olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdim olunmuş Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 25.000 (iyirmi beş min) manat maddi ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx"ın xx.xx.2023-cü il tarixli, 197 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 25.000 (iyirmi beş min) manat maddi ziyanın 25 % (iyirmi beş) faizini, yəni cəmi 6.250 (altı min iki yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxış edərək, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cinayət təqibindən imtina edib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-ci maddələri ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Məhkəmə, cinayət işinin materialları ilə cinayət prosesi iştirakçıları tərəfindən təqdim olunmuş ərizələri əlaqəli surətdə araşdırıb, tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinin tələblərinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə, məhkəmə cinayət prosesi tərəflərini dinləyərək, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə Şahid2 tərəfindən təqdim edilən Şahid2 və Şahid3la aralarında danışıqları olan 1 ədəd fləşkart, CD disk, Azercell MMC tərəfindən təqdim edilən CD disk və "xxxx" ASC-dən daxil olmuş bank çıxarışları cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, CPM-nin 39, 40, 41, 43, 321.2.1, 356, 358, 381, 383-384 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə Şahid2 tərəfindən təqdim edilən Şahid2 və Şahid3la aralarında danışıqları olan 1 ədəd fləşkart, CD disk, Azercell MMC tərəfindən təqdim edilən CD disk və "xxxx" ASC-dən daxil olmuş bank çıxarışları cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-59/2023
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-59/2023
05.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver