Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-60/2024 16.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollkgiyasının üzvü, Bakı şəhər 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs (xx xxxxx 1990-cı il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, Musayev X2 Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi baş çavuş hərbi rütbəsində xidmətdə olarkən banklar tərəfindən yalnız gizir və zabit heyətindən olan hərbi qulluqçulara yüksək məbləğdə pul kreditləri verildiyini öyrəndikdən sonra 10000 (on min) manat məbləğində pul krediti almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Əfqan” adlı şəxs tərəfindən hazırlanmış, məzmunu təhrif edilməklə və yalan məlumatlar daxil edilməklə guya onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət etməsini təsdiq edən, həmin hərbi hissənin möhürü ilə təsdiq edilmiş, səlahiyyətli şəxsin imzası, şəxsi fotoşəkili və məlumatları qeyd olunan 22 avqust 2019-cu il tarixli ZH seriyalı 009325 nömrəli hüquq verən saxta xidməti vəsiqəni 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri ərazisində əldə etmiş və adı çəkilən xidməti vəsiqəni, habelə "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə saxta çıxarışı həmin gün saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 56 B ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialına təqdim edərək 10000 (on min) manat məbləğində pul vəsaitinin kredit qismində əldə edilməsinə nail olmaqla qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədlərdən saxta olduğunu bilə-bilə istifadə etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 avqust 2020-ci il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2022-ci ilin təxminən yay aylarında o, məzuniyyətə buraxılmış və həmin vaxt tanımadığı şəxslərlə taksi ilə Bakı şəhərinə getmişdir. Bu zaman avtomobildə əyləşən sərnişinlərdən biri yol boyunca sürücü ilə söhbət etmiş və o həmin şəxsin söhbətlərinə diqqətlə qulaq asmışdır. Həmin şəxs adının Əfqan olduğunu və banklarda tanışları olduğundan kredit götürülməsində istənilən şəxsə asanlıqla köməklik edə biləcəyini demişdir. O, həmin vaxt Əfqanın hazırda xatırlamadığı mobil nömrəsini öz telefonunun yaddaşına yazmışdır. 2022-ci ilin oktyabr ayında o, bir sıra problemlərinin, əsasən də borclarının olması səbəbindən banklardan kreditə yüksək məbləğdə pul götürmək istəsə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğuna görə banklar tərəfindən ona lazım olan yüksək məbləğdə kredit verilməmişdir. Banklar tərəfindən yüksək məbləğdə olan pul kreditləri yalnız gizir və zabit heyətindən olan hərbi qulluqçulara verilmişdir. O başqa çıxış yolunun olmadığını görərək 10 oktyabr 2022-ci il tarixdə günorta radələrində Əfqanın hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib, sonuncuya tanışlıq verərək maddi durumunun yaxşı olmaması və pula ehtiyacının olması səbəbindən bankdan kredit götürülməsində sonuncudan köməklik istəmişdir. Əfqan hazırlayacağı saxta sənədlərlə bankdan kredit götürməkdə ona köməklik göstərəcəyini və bu səbəbdən şəxsi vəsiqəsinin şəkil olan ilk səhifəsini çəkib vatsapp mobil tətbiqi vasitəsilə göndərməsini ona demişdir. O, xidməti vəsiqəsinin şəkil olan hissəsini çəkib vatsappla Əfqana göndərmişdir. Səhəri gün, yəni 11 oktyabr 2022-ci il tarixdə səhər radələrində Əfqan ona zəng edərək məsələnin alındığını söyləyərək təcili görüşmək lazım olduğunu demiş və Bakı şəhərinə nə vaxt gələ biləcəyini ondan soruşmuşdur. O, Füzuli rayonunda xidmətdə olduğunu və yaxın günlərdə məzuniyyətə çıxaraq Bakı şəhərinə gələ biləcəyini Əfqana demişdir. O, 13 oktyabr 2022-ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar olaraq 3 (üç) günlük məzuniyyətə buraxılmış və həmin gün səhər radələrində Bakı şəhərinə gəlmişdir. O, Əfqanla İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi çayxanlardan birində görüşmüşdür. Əfqan həmin vaxt guya onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət etməsini əks etdirən saxta xidməti vəsiqəni, habelə "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə saxta çıxarışı ona təqdim edərək həmin sənədlərlə bankdan kredit götürə biləcəyini, həmçinin bankdan 10000 manat kredit götürəcəyi təqdirdə saxta sənədləri hazırladığına görə 3000 manat verməli olduğunu ona demişdir. O, Əfqanın bu təklifi ilə razılaşmış və həmin gün saat 11 radələrində "xxxx"-nun İnşaatçılar filialına getmişdir. O, bankın tanımadığı kredit mütəxəssisi olan kişi əməkdaşına yaxınlaşıb kredit götürmək istədiyini deyərək şəxsiyyət vəsiqəsinin əslini, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət etməsini əks etdirən saxta xidməti vəsiqəni və "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə saxta çıxarışı sonuncuya təqdim etmişdir. Bank işçisi ondan hansı məbləğdə kredit götürmək istədiyini soruşduqda o, sonuncuya 10000 manat məbləğində pul götürmək istədiyini demişdir. Onun adına kredit rəsmiləşdirildikdən sonra o, bankdan 10000 manat məbləğində pulu götürərək Əfqanın yanına getmişdir. Əfqan bundan sonra saxta xidməti vəsiqəni dərhal ondan geri almışdır. Daha sonra o, maddi imkanı zəif olduğuna görə Əfqana razılaşdıqları kimi 3000 manat yox, 2800 manat pul vermiş və daha sonra onlar sağollaşaraq ayrılmışlar. Həmin tarixdən, yəni 13 oktyabr 2022-ci il tarixdən bu günə qədər Əfqan adlı şəxslə əlaqə saxlamamış və nömrəsi də telefonun yaddaşından silinmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Bank of Baku” ASC-nin “İnşaatçılar” filialının istehlak kreditləri bölməsinin sabiq kredit mütəxəssisi Şahid2 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə səhər saat 11 radələrində Təqsirləndirilən şəxs çalışdığı "xxxx" ASC-nin “İnşaatçılar” filialına daxil olaraq kredit götürmək istəmişdir. O, sənədlərini təqdim etməsini Təqsirləndirilən şəxs söyləmiş, sonuncu şəxsiyyət vəsiqəsini, habelə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət etməsini əks etdirən xidməti vəsiqəni və "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə çıxarışı ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs xidməti vəsiqəsinə baxdığı zaman sonuncunun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində, kapitan hərbi rütbəsində xidmət etdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs nə qədər kredit götürmək istədiyini soruşmuş, sonuncu ona 10000 manat məbləğində kredit götürmək istədiyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs adına kreditin rəsmiləşdirilməsinin mümkünlüyünü sonuncuya izah etmiş və kredit sənədlərini hazırlamağa başlamışdır. O, Təqsirləndirilən şəxs harada, hansı vəzifədə və hansı rütbədə xidmət etməsini soruşmuş, sonuncu da saxta vəsiqədə əks olunmuş bütün məlumatları olduğu kimi cavablandırmışdır. Təqsirləndirilən şəxs adına hazırlanmış saxta vəsiqənin qanunsuz olaraq hazırlanmasına dair onda heç bir şübhə yaranmamış və o, prosedura uyğun olaraq sonuncuya aid saxta vəsiqənin sürətini çıxardaraq əslini özünə geri qaytarmışdır. Həmçinin o, krediti rəsmiləşdirmək üçün kredit müqavilələrini və digər sənədləri imza etməsi üçün Təqsirləndirilən şəxs təqdim etmiş və sonuncu bütün sənədləri imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs onunla birlikdə bankın daxilində yerləşdirilmiş bankomata yaxınlaşmış və oradan 10000 manat məbləğində pulu götürərək bankı tərk etmişdir. O, 9 oktyabr 2023-cü il tarixdə Bakı Hərbi Prokurorluğunda izahat verərkən Təqsirləndirilən şəxs saxta sənədlər əsasında kredit götürdüyünü öyrənmişdir. İş üzrə şahid qismində ifadə vermiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının direktoru Şahid1 anoloji məzmunlu ifadə verərək Şahid2 göstərdiyini mahiyyəti üzrə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə dindirilmiş şahid ifadələri, ekspert rəyi, maddi sübut, bank sənədləri və eyni zamanda digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 27 oktyabr 2023-cü il tarixli 4/1687 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri adlı sənədin birinci səhifəsinin orta hissəsində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza, istehlak kreditinin alınması üçün ərizə-anket adlı sənədin aşağı hissəsində “ərizəçi” qrafasında olan imza; xx.xx.2022-ci il tarixli CP/44552/88/35 nömrəli kredit sazişinin kserosurətinin birinci səhifəsinin aşağı hissəsində “müştəri” qrafasında olan imza və sənədin aşağı hissəsində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan yazılar; əlavə №1- ödəniş cədvəli adlı sənədin kserosurətinin yuxarı hissəsində icra olunmuş “Təqsirləndirilən şəxs” yazıları və aşağı sağ hissəsində “borc alan” qrafasında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir Cinayət işinin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən təqdim edilmiş 30 avqust 2023-cü il tarixli 1175 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs guya onun Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət etməsini təsdiq edən, həmin hərbi hissənin möhürü ilə təsdiq edilmiş, səlahiyyətli şəxsin imzası, şəxsi fotoşəkili və məlumatları qeyd olunan 22 avqust 2019-cu il tarixli ZH seriyalı 009325 nömrəli hüquq verən saxta xidməti vəsiqəni "xxxx" ASC-nin “İnşaatçılar” filialına təqdim etməklə 10000 (on min) manat məbləğində pul vəsaitini kredit qismində əldə etmişdir. Cinayət işinin materiallarında olan 13 oktyabr 2022-ci il tarixli CP/44552/88/35 nömrəli kredit sazişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə "xxxx" ASC-dən 36 ay müddətinə illik 21 faiz dərəcəsi olmaqla 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Cinayət işinin materiallarında olan öz əlamət və xüsusiyyətlərinə görə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyini nəzərə alaraq "xxxx" ASC-dən təqdim edilmiş 22 avqust 2019-cu il tarixli, ZH № 009326 seriya və nömrəli Təqsirləndirilən şəxs adına olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid saxta kapitanın xidməti vəsiqəsi, habelə "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə saxta çıxarış iş üzrə sübut əhəmiyyətinə malik olduğundan 27 dekabr 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan N saylı hərbi hissə komandirinin əmrlərindən çıxarışlardan məlum olur ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə vəzifəyə təyin olunmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında müəyyən edilmişdir ki, hərbi hissə komandanlığı tərəfindən müsbət cəhətdən xasiyyətləndirilir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında aktiv iştirak edərək göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamları ilə müvafiq olaraq “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında aktiv iştirak edərək göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamları ilə müvafiq olaraq “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-in 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-in 50.1ci maddəsi). Buradan göründüyü kimi, hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-in 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-in 50.3-cü maddəsi). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. İş üzrə "xxxx" ASC-dən təqdim edilmiş 22 avqust 2019-cu il tarixli, ZH № 009326 seriya və nömrəli Təqsirləndirilən şəxs adına olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid saxta kapitanın xidməti vəsiqəsi, habelə "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə saxta çıxarış iş üzrə sübut əhəmiyyətinə malik olduğundan 27 dekabr 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və ********* nömrəli cinayət işinin materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci məhkəmə xərcləri 110 (yüz on) manat manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq X1 hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə ona aylıq pul təminatından 5 % (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan «"xxxx" ASC-dən təqdim edilmiş 22 avqust 2019-cu il tarixli, ZH № 009326 seriya və nömrəli Təqsirləndirilən şəxs adına olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid saxta kapitanın xidməti vəsiqəsi, habelə "xxxx" ASC-dən adına tərtib olunmaqla möhürlənmiş aylıq ödəniş kartı üzrə saxta çıxarış iş üzrə sübut əhəmiyyətinə malik olduğundan 27 dekabr 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və ********* nömrəli cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq X1 hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1-1(093)-60/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-60/2024
16.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver