Məhkəmə qərarları › İş №1-1(093)-61/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-61/2023

10.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-61/2023 10.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Şirinov X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 10 avqust NNN-ci il tarixdə saat N3 radələrində qeyri-rəsmi münasibətdə olduğu vətəndaş Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsində yerləşən mənzilinə gələrək sonuncunun ona xəyanət etməsini bəhanə etməklə özünün aldığı “Samsung Galaxy A3N” markalı mobil telefonu Zərərçəkmiş şəxs əlindən alaraq əsaslı səbəb olmadan ilə münaqişə üçün zəmin yaratmışdır. Onlar arasında binanın qarşısında başlanan və davam edən cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulması ilə ifadə olunan münaqişə zamanı 11 avqust NNN-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan-Qobu yolunun üstünə gedərək həmin ərazinin ictimai yer olmaqla ətrafda vətəndaşların olmasına baxmayaraq ətrafdakılar üçün nümayişkaranə surətdə etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs sifət və bədən nahiyələrindən bir neçə dəfə sillə və təpik zərbələri vuraraq “sol gicgah nahiyəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün bayır bucağının qançırı, sol said və sol bud nahiyələrinin qançırları” ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, N11-ci il tarixdə X8 ilə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır, himayəsində iki azyaşlı övladı vardır. Təxminən NN1-ci ilin mart ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları hazırlığı kursunda iştirak etmiş, həmin kurs bitdikdən sonra N aprel NN1-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N-ci tabor 4-cü bölük 3-cü tağım N-ci manqanın komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etməyə başlamışdır. N4 noyabr NNN-ci il tarixdə “xidmətə uyğunsuzluğa görə” ordu sıralarından ehtiyata buraxılmışdır. Vətəndaş Zərərçəkmiş şəxs ilə NN1-ci ilin mart ayında “Tik-tok” sosial şəbəkəsi vasitəsilə tanış olaraq guya subay olduğunu demişdir. Zərərçəkmiş şəxs əvvəllər onun ailəsinin və iki övladının olduğunu bilməmişdir. N nömrəli hərbi hissədə qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən bir neçə dəfə məzuniyyətə və ezamiyyətə çıxdığı vaxtlarda Bakı şəhəri Lökbatan qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı mənzildə görüşmüş, aralarında qeyri-rəsmi ərarvad münasibəti olmuşdur. NNN-ci ilin yay aylarında həyat yoldaşı Rufa Zeynalova onun Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətindən xəbər tutmuş, bununla bağlı qardaşına, yəni onun qaynı İbrahim Zeynalova xəbər vermişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs zəng vuraraq onun ailəli və iki övladının olduğunu bildirmişdir. Lakin, onun Zərərçəkmiş şəxs ilə münasibəti pozulmamış və münasibətləri əvvəlki qaydada davam etmişdir. NNN-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ilə yaşadığı Lökbatan qəsəbəsində görüşüb istirahət etmək üçün otellərin birinə taksi ilə gedən zaman ondan neçə gündür ki, harada olduğunu soruşmuşdur. O, da Zərərçəkmiş şəxs qısqandırmaq üçün yalandan başqa bir qadınla birlikdə olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs əsəbiləşib öz telefonunu sındırmışdır. O, Zərərçəkmiş şəxs “Samsung A3N” markalı smartfon tipli mobil telefon almışdır. NNN-ci ilin avqust ayında bir neçə dəfə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəsinə zəng vursa da ya onu mobil telefonunda “qara siyahıya” salmış, ya da zənglərinə cavab verməmişdir. Həmin ərəfələrdə səhhətində olan problemlər səbəbindən hərbi hissədən göndəriş alaraq Müdafiə Nazirliyinin hərbi hospitalına, N nömrəli hərbi hissəyə getmiş, təxminən 08-09 avqust NNN-ci il tarixdə həmin hərbi hospitalda ambulator qaydada müayinələrdən keçmiş, bir qədər gözlədikdən sonra maşın taparaq hərbi xidmət yerinə N nömrəli hərbi hissəyə qayıtmaq üçün yola düşmüşdür. Qubadlı rayonu ərazisindən keçərək Rusiya Federasiyasının Sülhməramlı Qüvvələrinin dayandığı Laçın Dəhlizinə çatdıqda qeyd olunan tarixdə mövcud olan döyüş şəraiti ilə əlaqədar dəhlizdə gediş-gəlişin müvəqqəti olaraq dayandırıldığının şahidi olmuşdur. Laçın dəhlizində xidmət aparan Azərbaycan Ordusunun bir hərbi qulluqçusu məlumat verərək gediş-gəlişin nə vaxt açılacağının bilinmədiyini bildirmişdir. Bu səbəbdən digər xidmət yoldaşları ilə birlikdə bu barədə hərbi hissə komandanlığına məlumat vermişlər. Növbəti keçid gününə qədər, iki gün sonraya qədər onlara yaşayış yerinə getmələri ilə bağlı göstəriş verilmişdir. Həmin vaxtlarda imkan tapıb Zərərçəkmiş şəxs ilə əlaqə saxlaya bilmiş, ona danışıq zamanı “danışdığım oğlan var, məndən əl çək” sözlərini bildirmişdir. Zərərçəkmiş şəxs onun aldığı telefonla başqa bir oğlanla danışmağını istəmədiyini üçün birbaşa Bakıya gedərək sonuncudan həmin mobil telefonu götürmək qərarına gəlmişdir. 10 avqust NNN-ci il tarixdə saat N3 radələrində birbaşa Zərərçəkmiş şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşadığı evə gəlmişdir. Qapını döydükdən sonra Zərərçəkmiş şəxs qapını açmış, həmin vaxt içəridə əvvəllər tanımadığı bir nəfər oğlanın olduğunu görmüşdür. Həmin şəxsin Zərərçəkmiş şəxs ilə hansı münasibətdə olması barədə dəqiq fikri olmadığı üçün mənzilə daxil olmadan aldığı “Samsung A3N” markalı mobil telefonun Zərərçəkmiş şəxs əlində olduğunu gördükdə dərhal telefonu əlindən alaraq oradan uzaqlaşmışdır. Həmin dəqiqələrdə Zərərçəkmiş şəxs ona xəyanət etdiyini düşündüyü üçün çox əsəbi olmuş, binadan həyətə düşdükdə bir neçə dəqiqə heç nə etmədən dayanmışdır. Zərərçəkmiş şəxs onun arxasıyca gəldiyini və həmin mobil telefonu istədiyini görmüşdür. Lakin, o Zərərçəkmiş şəxs “telefonu özüm almışam, sənə verməyəcəyəm, get kiminlə danışırsan o alsın sənin üçün” sözlərini bildirmişdir. O, isə cavabında “Heç olmasa içərisindəki nömrələrimi ver” sözlərini demiş və arxadan onun köynəyindən tutub dartaraq qışqırmağa başlamışdır. Onlar mübahisə edə-edə təxminən binadan N0-N50 metr aralanmış, sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Bu zərbədən sonra arxaya doğru getsə də yenidən onun yaxasından tutaraq nömrələrini istəmişdir. Əl çəkməsi üçün Zərərçəkmiş şəxs itələmiş, bundan sonra müvazinətini itirərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs döyməmiş, hər hansı digər xəsarətlər yetirməmişdir. Bir nəfər “Toyota Prius” markalı avtomobili idarə edən taksi sürücüsü avtomobili saxlayaraq onlara tərəf yaxınlaşmış, adını bilmədiyi taksi sürücüsü nə baş verdiyini soruşduqda həmin şəxsə “iynə varındısa ver nömrələri telefondan çıxarım” sözlərini söyləmişdir. Taksi sürücüsü ona “otur gedək polis bölməsinə” sözlərinə demiş, özü yoldan keçən başqa avtomobilə əl edib saxladaraq həmin avtomobillə Şamaxinka adlanan əraziyə gəlməklə oradan da başqa avtomobillə Siyəzən şəhərinə ailəsinin yanına yola düşmüşdür. Hadisə baş verən tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başladığı zaman binanın həyətində kiminsə olub-olmadığını bilməsə də, artıq yolun kənarına gəldikdə orada çox sayda insanın olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görsələr də yaxınlaşan olmamışdır. Taksi sürücüsü onlara yaxınlaşmış, taksi avtomobilində iki nəfər sərnişin də olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmaqla münasibətləri normaldır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən NN1-ci ilin mart ayında “Tik-tok” sosial şəbəkəsində tanış olmuşlar. Yaxın münasibətləri olmaqla, aralarında heç bir düşmənçilik, ədavət, qohumluq və s. münasibət olmamışdır. Təqsirləndirilən şəxs ona subay olduğunu desə də, sonradan onun evli olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs onunla tanış olduğu zaman və münasibətdə olduğu müddət ərzində Hərbi hissələrin birində xidmət etmişdir. NNN-ci ilin iyun ayında Təqsirləndirilən şəxs həyat yoldaşının qardaşı kimi özünü təqdim edən şəxs ona zəng edib danışıq zamanı “Təbriz sənə yalan deyib. Təbriz ailəlidir, iki övladı var” sözlərini çatdırmışdır. Təqsirləndirilən şəxs ailəli olduğunu həmin vaxt öyrənmiş, NNN-ci ilin avqust ayı ərzində dəfələrlə onunla əlaqə saxlamağa çalışsa da uzaq durması üçün telefonlarını açmamışdır. Təxminən 08-09 avqust NNN-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhərində hərbi hospitalda olduğunu demişdir.10 avqust NNN-ci il tarixdə ona zəng vuraraq Bakı şəhərinə gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan əl çəkmədiyi üçün “Binə Ticarət Mərkəzi”ndən tanıdığı, adının “Təbriz” olduğunu bildiyi şəxsə “mənim bir nəfər yaşadığım oğlan var, məndən əl çəkmir, gəl bizə gedək, indilərdə mənim yaşadığım evə gəlməlidir, mən deyəcəm ki, guya sən mənim həyat yoldaşımsan, bəlkə bu yolla həmin oğlan məndən uzaqlaşar” sözlərini demişdir. O,da razılaşdıqdan sonra 10 avqust NNN-ci il tarixdə saat N3 radələrində “Təbriz” adlı həmin şəxs ilə kirayədə yaşadığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsində yerləşən bina evinə getmişlər. Onlar evdə olduqları zaman Təqsirləndirilən şəxs gələrək qapını döymüş, o, Təqsirləndirilən şəxs “yoldaşımla barışmışam, evdədir” desə də qapını döyməyə davam etdiyi üçün qapını açmışdır. Təqsirləndirilən şəxs evdə bir nəfər kişinin olduğunu görüb onun əlində olan “Samsung A3N” markalı mobil telefonu alaraq mənzilə daxil olmadan və heç nə demədən aşağı düşmüşdür. Hansı ki həmin telefonu Təqsirləndirilən şəxs şəxsən ona almışdır. Təqsirləndirilən şəxs telefonu götürüb aşağı düşdükdən sonra o, tanışı olan “Təbriz” adlı şəxsi yola salmış, binanın həyətinə düşəndə Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs “imkan ver heç olmasa nömrələrimi çıxarım” sözlərini söyləmişdir. Təqsirləndirilən şəxs telefonu almaq üçün yaxınlaşanda onu itələmiş, özü həmin vaxt səsküy salmışdır. Təqsirləndirilən şəxs ilə Qobu-Park yaşayış kompleksinə gedən yola qədər gəlmiş, orada da ondan nömrələrini istəmişdir. Təqsirləndirilən şəxs isə sağ əli ilə onun sol sifət və baş nahiyəsindən sillə zərbəli ilə vuraraq “sən mənə xəyanət etmisən” sözlərini ona demişdir. Təqsirləndirilən şəxs münaqişə zamanı təpiklə onun sol ayağından zərbə vurmuş, sol qolundan tutub itələmiş, sol qolunda Təqsirləndirilən şəxs əlinin qançır izləri qalmışdır. O, yerə yıxılmış, Təqsirləndirilən şəxs ilə aralarında münaqişə olan zaman bir nəfər yoldan keçən taksi sürücüsü avtomobili saxlamış, həmin taksi sürücüsü onları aralaşdırmış, Təqsirləndirilən şəxs da yoldan keçən başqa avtomobilə əyləşib hadisə yerindən qaçmışdır. Taksi sürücüsü ilə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə binanın həyətində başlayaraq N0-N50 metr yola doğru davam etmiş, mübahisənin müddəti təxminən yarım saat çəkmişdir. Həmin müddət ərzində yol boyu onları piyada və avtomobillə keçən bir çox insan görmüşdür. Taksi sürücüsü yaxınlaşana qədər heç kim aralarında olan mübahisəyə müdaxilə etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barşdığından ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilk dəfə 11 avqust NNN-ci il tarixdə saat 00:15 radələrində görmüşdür. Hadisə baş verən ərəfələrdə bir müddət etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 10 avqust NNN-ci il tarixdə axşam saatlarında Lökbatan dairəsindən üç nəfər müştərini götürüb Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksində düşürmüşdür. Geri qayıdarkən isə iki nəfər şəxs müştəri qismində avtomobilinə əyləşmişlər. Qobu-Park yaşayış kompleksindən çıxıb Lökbatan qəsəbəsi istiqamətində olarkən bir nəfər şəxsin digərini döydüyünü görüb avtomobilin surətini azaltmışdır. Həmin şəxslərə çatanda hərbi geyim formasında olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü görmüşdür. O, həmin yerə çatana yaxın hərbi geyim formasında olan Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs vurmuş, avtomobil yoluna yerə yıxılmışdır. O, avtomobili dayandıraraq yerə enmiş və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Qaçmağa cəhd göstərsə də onun yanında olan müştərilərdən biri Təqsirləndirilən şəxs saxlamışdır. Təqsirləndirilən şəxs onlara “telefon mənimdir, mən almışam” sözlərini demiş, eyni vaxtda Zərərçəkmiş şəxs gəlib çataraq “telefon onundur, nömrələr mənimdir, nömrələrimi qaytar” sözlərini bildirmişdir. Təqsirləndirilən şəxs ona “iynə varındısa ver nömrələri çıxarım” dedikdən sonra o, iynənin olduğunu bildirərək iynə götürmək üçün avtomobilə tərəf getmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs qaçıb yol kənarında olan digər bir avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Lakin, Təqsirləndirilən şəxs heç kim qorxusundan müdaxilə etməmiş, sonuncu qışqıra-qışqıra ətrafda insanların olmasına baxmayaraq buna əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs döymüşdür. Hadisə baş verən zaman konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən hansısa nalayiq ifadənin işlədirildiyini xatırlamır, bununla yanaşı Zərərçəkmiş şəxs üzərinə qışqırmaqla öz üstünlüyünü göstərmək üçün təpik və sillə ilə zərbələr vurmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş raportdan görünür ki, vətəndaş Şahid 11 avqust NNN-ci il tarixdə saat 00:46-da Daxili İşlər Nazirliyinin 10N Xidmətinə zəng edərək Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu-Park yolu istiqamətində hərbi formada olan şəxsin bir qadını döyməsi, özünün həmin hadisənin şahidi olması barədə məlumat vermişdir. İş materiallarından aydın olur ki, vətəndaş Zərərçəkmiş şəxs 11 avqust NNN-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək 11 avqust NNN-ci il tarixdə saat 00:15 radələrində tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan-Qobu yolu yolunda onu döyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. 11 avqust NNN-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, hadisə yeri Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan-Qobu yolunun təxminən 500 metrliyində olmaqla Lökbatan-Qobu yolu ilə Lökbatan qəsəbəsinə gedən digər asfalt örtüklü yolun kəsişməsində yerləşir. Zərərçəkmiş şəxs baxış zamanı asfalt örtüklü avtomobil yolunda döyüldüyünü bildirmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X9 11 avqust NNN-ci il tarixli 574 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs 11 avqust NNN-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün bayır bucağının qançırı, sol said və sol bud nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 10 avqust NNN-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel NN1-ci il tarixli 95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Şirinov X3 Nazirinin müvafiq əmri ilə N nömrəli hərbi hissədə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunu” bitirmiş, bağlaşma əsasında könüllü olaraq Azərbaycan Ordusunda 3 (üç) il müddətinə hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissəsinin N-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N4 noyabr NNN-ci il tarixli 34N nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, N-ci taborun 4-cü bölüyünün 3-cü tağımının N-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Siyəzən Rayon Polis Şöbəsindən göndərilən 07 fevral NN3-cü il tarixli 3-13/106/N- 1563/NN3 nömrəli məktuba əsasən, həmin polis şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 1N8-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmış və 31 may N14-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.N.N-ci maddəsinə əsasən sadələşdirilmiş icraata materialına xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı uşağının olması və həmin Məcəllənin 59.1.1N-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayyətinin və tələbinin olmamasın cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, onun törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq barəsində ittiham olunduğı maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və hümanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük içtimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını və zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirici hallar kimi nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin NN1.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N10-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili XN etdiyi 3N (otuz iki) iş saatına görə 19N (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar