Məhkəmə qərarları › İş №1-1(093)-64/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-64/2023

17.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-64/2023 17.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1999-cu il tarixdə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçikçavuş hərbi rütbəsində xidmət etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq etməklə onunla cinsi əlaqədə olaraq zorlamışdır. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının 1ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 24 avqust 2022-ci il tarixdə saat 01 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “038” adlanan kafenin qarşısında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Şahid2 bir qədər əvvəl kafedə olarkən səs-küy salmasına etirazını bildirmiş, bu zaman onların arasında mübahisə yaranmış, bu zaman həmin gün onunla birlikdə “038” adlı kafedə spirtli içki qəbul etmiş qeyd edilən kafedə ofisiant işləyən Qusar şəhər sakini Zərərçəkmiş şəxs bunu gördükdə onların arasına girib hər iki hərbi qulluqçunu aralaşdırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs elektron siqareti və telefonunu itirmiş, Təqsirləndirilən şəxs qeyd edilən kafenin yaxınlığında Zərərçəkmiş şəxs məxsus əşyaları tapdıqdan sonra Şahid2lə aralarında baş vermiş mübahisəsi barədə polisə məlumat verəcəyini düşünərək Zərərçəkmiş şəxs məxsus telefonunu götürüb sonuncuya verməkdən imtina etmiş, nəticədə aralarında yaranmış mübahisə zamanı o, sağ əli ilə qəsdən Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, bundan sonra yerə yıxılan Zərərçəkmiş şəxs qorxaraq oradan qaçmağa cəhd etsə də, o, cəld şəkildə qaçıb Zərərçəkmiş şəxs tutduqdan sonra Zərərçəkmiş şəxs ilə durduqları yerin qaranlıq olduğunu və orada onlardan başqa heç kəsin olmadığını gördükdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaq istədiyini bildirdikdə sonuncu bundan imtina etmiş, o, isə Zərərçəkmiş şəxs dediklərinə məhəl qoymaraq öz cinsi ehtirasını zorla, yəni Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq təmin etmək qərarına gəlib orada sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə 1 (bir) sillə zərbəsi vurmuş, ardınca yerə yıxılan Zərərçəkmiş şəxs qollarından tutub sürüyərək “038” adlı kafenin yaxınlığında yerləşən döngəyə aparmış və sonuncunun qolundan bərk şəkildə tutub sıxaraq yerdə olan daşın üzərində oturtmuş, həmin vaxt Zərərçəkmiş şəxs səs-küy saldığını gördükdə isə əli ilə sonuncunun ağzını tutub susmasını tələb etmiş, ardınca öz əynində olan gödəkçəsini çıxardıb yerə atmış, bundan sonra Zərərçəkmiş şəxs çiyinlərindən bərk şəkildə tutub yerə uzadıb sonuncunun üzərinə çıxmış, Zərərçəkmiş şəxs əlləri ilə müqavimət göstərdikdə bunun qarşısını almaq üçün sonuncunun iki əlini birləşdirərək sol əli ilə qollarını bərk şəkildə tutaraq sağ əli ilə Zərərçəkmiş şəxs üzərində olan şortu bərk şəkildə tutub alt paltarı ilə birlikdə əynindən çıxarıb kənara atmış, bundan sonra sağ əli ilə Zərərçəkmiş şəxs ayaqlarını aralamaq istəsə də, sonuncu ayaqlarını bərk şəkildə sıxdığı üçün Zərərçəkmiş şəxs əllərini buraxaraq iki əli ilə Zərərçəkmiş şəxs dizlərindən bərk şəkildə tutub ayaqlarını aralamış, daha sonra isə cəld şəkildə şalvarının zəncirbəndini açıb öz cinsiyyət orqanını çıxardaraq zorla öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına, yəni uşaqlıq yoluna daxil etmiş, həmin vaxt Zərərçəkmiş şəxs qışqıraraq kömək istəmiş, həmçinin ona əlləri ilə zərbələr vuraraq müqavimət göstərmiş, o isə cinsi əlaqədə olduğu zaman Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədilə sonuncunun hər iki qolunun bilək nahiyəsindən əlləri ilə tutaraq yerə dirəyib ümumilikdə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol gözün üst qapağının, sol sağrının iç-yuxarı kvadratının, sol budun aşağı 1/3-nin iç səthinin, sağ budun orta 1/3-nin ön səthinin qançırları, sol saidin orta 1/3-nin arxa səthinin, sol bazunun aşağı 1/3-nin arxa-iç səthinin, sağ dirsəyin yan səthinin, belin sağ tərəfinin sıyrıqları” xəsarətlərini yetirmiş və öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanının daxilində qəsdən bir neçə dəfə irəli-geri doğru hərəkət etdirdikdən sonra sonuncunun cinsiyyət orqanından pis qoxu gəlməsindən iyrənərək öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanından çıxartmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun baş vermiş hadisə barədə heç kimə məlumat verməməsi ilə bağlı tələbini qəbul etdikdən sonra sonuncunu buraxmışdır. Bununla da, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 20 radələrində xidmətdən sonra spirtli içki qəbul etmək qərarına gəlmiş və bu məqsədlə daha əvvəl də bir neçə dəfə olduğu N nömrəli hərbi hissənin yaxınlığında Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “038” adlanan kafeyə getmişdir. O, həmin kafedə boş otaqlardan birində əyləşdikdən sonra kafedə ofisiant işləyən vətəndaş Zərərçəkmiş şəxs çağıraraq spirtli içki gətirməsini demiş və sifarişi gətirdikdən sonra Zərərçəkmiş şəxs üçün də spirtli içki sifariş edərək sonuncudan yanında oturmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında tanımış, onunla bir neçə dəfə “038” adlı kafedə spirtli içki qəbul etsə də, Zərərçəkmiş şəxs ilə arasında dostluq, düşmənçilik və ya ədavət olmamış, daha əvvəl Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışdır. 23 avqust 2022ci il tarixdə saat 23 radələrində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- kiçik çavuş Şahid2 “038” adlı kafeyə gəlib digər kabinetdə əyləşmiş, bir qədər sonra isə yüksək səslə kafenin sahibi X1 ilə sözlü mübahisə etmişdir. O, həmin mübahisəyə müdaxilə etmək istədikdə Zərərçəkmiş şəxs onu sakitləşdirıb otaqdan çıxmasına mane olmuşdur. Bir qədər sonra Kəmalə Süleymanova kafeni bağlanacağını bildirib, müştərilərdən kafeni tərk etmələrini xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə başqa bir kafedə içki içmək barədə razılığa gəlmiş və 24 avqust 2022-ci il saat 01 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə kafedən çıxarkən Şahid2 “038” adlı kafenin qarşısında olduğunu görmüş və sonuncuya bir qədər əvvəl kafedə səs-küy saldığı üçün etirazını bildirmişdir. Bu zaman Şahid2 ona kobud cavab vermiş və nəticədə aralarında mübahisə yaranmışdır. O, Şahid2lə əlbəyaxa mübahisə edərkən Zərərçəkmiş şəxs onları ayırmışdır. Bundan sonra Şahid2 xidmət etdiyi N nömrəli hərbi hissəyə tərəf getmiş, bir qədər sonra isə Zərərçəkmiş şəxs ona Şahid2 “038” adlı kafenin sahibi Kəmalə Süleymanovanın həyat yoldaşı olduğunu, Şahid2 içkili olduğu üçün hərbi hissədə digər hərbi qulluqçularla da mübahisə edəcəyindən qorxduğunu bildirərək Şahid2 hərbi hissəyə gedib-getməməsini dəqiqləşdirməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşmış və orada xidmət aparan hazırda xatırlamadığı hərbi qulluqçudan Şahid2 hərbi hissəyə qayıtmadığını öyrəndikdən sonra bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona elektron siqaretinin və telefonunun bir qədər əvvəl “038” adlı kafenin yaxınlığında Şahid2lə onu ayıran zaman onların mübahisə etdiyi yerdə düşürdüyünü bildirərək telefonunu və elektron siqaretini tapmaq üçün “038” adlanan kafeyə getməyi xahiş etmiş, o, razılaşaraq Zərərçəkmiş şəxs ilə birlikdə “038” adlı kafeyə qayıtmışdır. O, “038” adlı kafenin yaxınlığında Zərərçəkmiş şəxs məxsus elektron siqareti və mobil telefonu tapdıqdan bir qədər sonra, yəni 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində ətrafın qaranlıq olduğunu və onlardan başqa orada heç kəsin olmadığını görüb, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini demiş, lakin Zərərçəkmiş şəxs buna etiraz edərək münasibətdə olduğu şəxsin olduğunu və qadın xəstəliyi-“aybaşı” olduğunu bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün sonuncunun sol sifət nahiyəsinə sağ əli ilə bir sillə zərbəsi vurmuş, ardınca yerə yıxılan Zərərçəkmiş şəxs qolundan tutaraq zorla sürüyərək “038” adlanan kafenin sol tərəfində yerləşən dar döngəyə aparmışdır. O, döngədə qaranlıqda Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini yenidən desə də, Zərərçəkmiş şəxs bundan imtina etmiş, bundan sonra o, Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq qərarına gələrək sonuncunun qolundan tutaraq yerdə olan daşın üzərində oturtmuşdur. Bu zaman Zərərçəkmiş şəxs qışqıraraq kömək çağırmaq istədikdə sonuncunun ağzını əli ilə tutub sakit dayanmasını tələb etmiş, daha sonra üzərində olan gödəkçəni çıxardıb yerə ataraq Zərərçəkmiş şəxs soyunmasını tələb etmiş, sonuncu bundan imtina etdikdə zorla onun çiyinlərindən tutaraq yerdə olan gödəkçəsinin üzərinə yıxmış, müqavimət göstərməsinin qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs əllərini birləşdirirək sol əli ilə sonuncunun qollarını tutmuşdur. Zərərçəkmiş şəxs həmin vaxt qışqıraraq kömək istəsə də, ətrafda həmin vaxt heç kəs olmamış, o, Zərərçəkmiş şəxs ayaqları və əlləri ilə müqavimət göstərməsinin tam qarşısını aldıqdan sonra sağ əli ilə onun əynində olan şortiki bərk şəkildə tutaraq alt paltarı ilə birlikdə əynindən çıxardıb kənara atmış, Zərərçəkmiş şəxs həmin vaxt ayaqları ilə müqavimət göstərdikdə, o, sol əli ilə Zərərçəkmiş şəxs əllərini tutub saxlamış, sağ əli ilə isə Zərərçəkmiş şəxs ayaqlarını aralamağa çalışmış, lakin buna nail ola bilmədikdə Zərərçəkmiş şəxs əllərini buraxıb hər iki əli ilə sonuncunun ayaqlarını aralamışdır. Zərərçəkmiş şəxs əllərini buraxdıqdan sonra sonuncu həmin vaxt onun sifət və sinə nahiyələrinə çoxsaylı yumruq və sillə zərbələri vurmuşdur. O, Zərərçəkmiş şəxs ayaqlarını araladıqdan sonra şalvarının zəncirbəndini açaraq sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını çıxardıb zorla Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etmişdir. Ardınca o, Zərərçəkmiş şəxs müqavimətinin qarşısını almaq üçün əlləri ilə sonuncunun hər iki əlini bilək hissəsindən tutaraq yerə sıxmış və öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanının içərisində bir neçə dəfə irəli-geri hərəkət etdirdikdən sonra Zərərçəkmiş şəxs pis qoxu gəldiyini hiss edərək sonuncunun üzərindən qalxmışdır. Bundan sonra o, gödəkçəsini götürüb geyinmiş və baş vermiş hadisə barədə heç kimə məlumat verməməsini Zərərçəkmiş şəxs tələb etmiş, sonuncu onun bu tələbi ilə razılaşdıqdan sonra o, Zərərçəkmiş şəxs buraxmış və xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtmışdır. Törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 20 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “038” adlanan kafedə işdə olarkən Təqsirləndirilən şəxs kafeyə gəlmiş və kabinetlərdən birinə daxil oluqdan sonra spirtli içki sifariş etmişdir. O, Təqsirləndirilən şəxs sifariş etdiyi spirtli içkini verdikdən sonra sonuncu onun üçün də spirtli içki sifariş etmiş və onunla söhbət etmək istədiyini bildirmişdir. 23 avqust 2022-ci il tarixdə saat 23 radələrində kafeyə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- kiçik çavuş Şahid2 gəlmiş və kabinetlərdən birində əyləşmişdir. O, Təqsirləndirilən şəxsla “038” adlı kafedə olduğu zaman Şahid2 sifarişi gec gəldiyi üçün kafenin sahibi X1 ilə sözlü mübahisə etdiklərini eşitmiş, Təqsirləndirilən şəxs həmin mübahisəyə müdaxilə etmək istədikdə, o, Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Bir qədər sonra isə Kəmalə Süleymanova kafenin bağlanacağını bildirirək müştərilərdən kafeni tərk etmələrini xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla başqa bir kafedə spirtli içki qəbul etmələri barədə razılığa gəlmiş və onlar “038” adı kafedən çıxarkən Şahid2lə rastlaşmışlar. Təqsirləndirilən şəxs Şahid2 bir qədər əvvəl kafedə səs-küy saldığı üçün etiraz etmiş, Şahid2 Təqsirləndirilən şəxs kobud cavab verməsi nəticəsində onların arasında mübahisə baş vermiş, o, dərhal hər iki hərbi qulluqçunun arasına girib onları ayırmışdır. Bundan sonra Şahid2 N nömrəli hərbi hissəyə tərəf getmiş, bir qədər sonra o, Təqsirləndirilən şəxs Şahid2 kafenin sahibi Kəmalə Süleymanovanın həyat yoldaşı olduğunu, içkili olduğu üçün digər hərbi qulluqçularla mübahisə edəcəyindən qorxduğunu bildirirək Şahid2 hərbi hissəyə gedib-getməməsini dəqiqləşdirməyi Təqsirləndirilən şəxs xahiş etmişdir. Bu səbəblə o, Təqsirləndirilən şəxsla birlikdə N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşmış, Təqsirləndirilən şəxs orada xidmət aparan hərbi qulluqçulardan biri ilə söhbət apardıqdan sonra ona Şahid2 hərbi hissədə olmadığını demişdir. N nömrəli hərbi hissənin nəzarətburaxılış məntəqəsinin yaxınlığında olarkən o, mobil telefonunun və elektron siqaretinin üzərində olmadığını görüb Təqsirləndirilən şəxs telefonunu “038” adlı kafenin yaxınlığında itirdiyini bildirib tapmağına kömək göstərməsini xahiş etmişdir. Bundan sonra onlar birlikdə Şahid2lə Təqsirləndirilən şəxs dava etdikləri yerə gəlmiş, Təqsirləndirilən şəxs ona məxsus mobil telefonu və elektron siqareti tapdıqdan bir qədər sonra 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində “038” adlı kafenin yaxınlığında ona cinsi əlaqədə olmaq istədiyini desə də, o bundan imtina edərək həyatında başqa bir şəxsin olduğunu və qadın xəstəliyinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə onun dediklərinə məhəl qoymayaraq müqavimətini qırmaq üçün onun sifət nahiyəsinə bir sillə zərbəsi vurmuş, yerə yıxıldıqdan sonra isə onun qolundan tutub zorla sürüyərək “038” adlanan kafenin sol tərəfində yerləşən dar döngəyə aparmışdır. Orada o, qışqıraraq kömək istəmiş, Təqsirləndirilən şəxs isə onun ağzını əli ilə tutub qışqırmasının qarşısını almış, ardınca bir daha onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona zorla da olsa onunla cinsi əlaqədə olacağını bildirmiş, o, yalvararaq buraxmasını xahiş etsə də, Təqsirləndirilən şəxs onu dinləməyərək qolunda tutub onu yerdə olan daşın üzərində oturtmuş, ardınca Təqsirləndirilən şəxs əynində olan gödəkçəni çıxardaraq yerə atıb ondan soyunmağını tələb etmiş, o bundan imtina etdikdən sonra isə Təqsirləndirilən şəxs onun çiyinlərindən bərk şəkildə tutaraq yerə yıxıb üzərinə çıxmışdır. Təqsirləndirilən şəxs bundan sonra müqavimət göstərməsinin qarşısını almaq üçün sol əli ilə onun hər iki əlini tutmuş və sağ əli ilə onun əynində olan şortiki bərk şəkildə tutaraq alt paltarı ilə birlikdə əynindən çıxartmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun ayaqlarını aralamağa cəhd etsə də, buna tək əli ilə nail ola bilməmiş və onun əllərini buraxaraq hər iki əli ilə onun ayaqlarını aralamışdır.O, Təqsirləndirilən şəxs onun əllərini buraxdığını gördükdə, əlləri ilə Təqsirləndirilən şəxs sifət və sinə nahiyələrinə çoxsaylı yumruq və sillə zərbələri endirmiş, həmin vaxt Təqsirləndirilən şəxs şalvarının zəncirbəndini açaraq öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edərək bir neçə dəfə irəli-geri hərəkət etdirmiş və birdən onun paltarının qana bulaşdığını görərək cəld ayağa qalxmış və gödəkçəsini yerdən götürüb geyinmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona bu barədə heç kimə bildirməməyini tələb etmiş, tələbini qəbul etdikdən sonra Təqsirləndirilən şəxs onu buraxmışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, onu bağışlayır, ona dəymiş ziyan tam olaraq ödənmişdir. Ona qarşı heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 23 radələrində Qusar rayonunun, Ç.Qurbanov küçəsində yerləşən “038” adlanan kafedə olarkən verdiyi sifariş gec gəldiyi üçün qeyri-rəsmi nikahda yaşadığı X1 ilə sözlü mübahisə etmiş, bundan sonra isə kafedən çıxaraq həmin kafenin qarşısında oturmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə kafedən çıxmış və onu gördükdə Təqsirləndirilən şəxs kafedə səs-küy saldığı üçün ona iradını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla aralarında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs onların arasına girərək hər iki hərbi qulluqçunu ayırmışdır. Bundan sonra o, xidmət etdiyi N nömrəli hərbi hissəyə getmişdir. Hadisədən bir neçə gün sonra o, X2 Adıgözəlovun 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində “038” adlı kafenin yaxınlığındakı döngədə Zərərçəkmiş şəxs zorladığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib göstərdi ki, 2021ci ilin dekabr ayından Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “038” adlı kafeni icarəyə götürərək işlədirəm. 2022-ci ilin aprel ayın 1-dən Zərərçəkmiş şəxs afisiant kimi işə götürmüşdür. 23 avqust 2022-ci il tarixdə saat 20 radələrində kafeyə müştəri qismində Pənah adlı hərbi qulluqçu gəlmiş və o, bir masa arxasında oturub pivə sifariş vermişdir. Bu zaman Zərərçəkmiş şəxs da onunla bir masa arxasında oturmuş və eyni zamanda müştərilərə qulluq etmişdir. Daha sonra gecə saat 01 radələrində o kafedəki bütün şəxsləri çölə çıxartmış, özü də kafeni bağlayıb çıxıb getmişdir. Daha sonra sabahsı gün, yəni 24 avqust 2022-ci il tarixdə Mətanət ona zəng edərək gözünün altının şişdiyi və işə gələ bilməyəciyini demişdir. O da Zərərçəkmiş şəxs gəlib ona baxacağını demişdir. Sonra həmin gün saat 13 radələrində gəlib Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından götürmüşdür. Zərərçəkmiş şəxs yolda ona qısa formada demişdir ki, “məni şöbəyə apar”. O da nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs Pənah adlı hərbi qulluqçu tərəfindən keçən gecə döyüldüyünü və onu zorlamağa cəhd etdiyini demişdir. Bundan sonra onu Quar RPŞ-yə aparmışdır. Hadisə baş verən gecə onların dalaşmasını və onu zorlamağa cəhd etməsini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin 0N iyun 2022-ci il tarixli 1N9 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin komandirinin sərəncamında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin reaktiv-artilleriya batareyasının 1-ci taqımının 2-ci manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs tərəfindən Qusar rayon Polis şöbəsinə təqdim edilmiş 24 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Pənah adlı hərbi qulluqçu 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “038” adlı kafenin yaxınlığında onu döymüş və zorlamağa cəhd etmişdir. 24 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə yeri Qusar rayonu Ç.Qurbanov küçəsində yerləşən adsız ara məhəllədir, baxış zamanı iştirakçı Zərərçəkmiş şəxs 24 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onu döydüyü və zorladığı yeri əyani olaraq göstərmişdir. «İfadənin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini ifadənin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. Predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iştirakçı Zərərçəkmiş şəxs 23 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixə keçən gecə üzərində olan bir ədəd yay köynəyini, bir ədəd göy cins şortiki və bir ədəd qara alt tumanını təqdim etmişdir. Baxış keçirilən köynəyin üzərində qan ləkələrinin olduğu və köynəyin bəzi hissələrinin cırıldığı müşahidə olunmuşdur. Baxış zamanı iştirakçı Zərərçəkmiş şəxs həmin köynəyin 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində Qusar rayonu Ç.Qurbanov küçəsində Təqsirləndirilən şəxs adlı hərbi qulluqçunun onu zorlamaq istəyərkən cırdığını bildirmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçı Zərərçəkmiş şəxs məxsus bir ədəd yay köynəyi, bir ədəd göy cins şortik və bir ədəd qara alt tuman müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə saat 01 radələrində “PİONNEER” adlı obyektin qarşısında daşın üzərində əyləşərkən vətəndaş Zərərçəkmiş şəxs qaçdığını görərək onun arxasınca həmin istiqamətdə qaçmışdır. Təqsirləndirilən şəxs üzərində həmin vaxt bir ədəd açıq rəngli şalvarın, bir ədəd ağ rəngli köynəyin və bir ədəd qara rəngli gödəkçənin olduğu müşahidə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Elspertizası və X3 publik hüquqi şəxsin Qusar rayon şöbəsi tərəfindən təqdim edilmiş 25 avqust 2022-ci il tarixli 379 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol gözün üst qapağının, sol sağrının iç-yuxarı kvadratının, sol budun aşağı 1/3-nin iç səthinin, sağ budun orta 1/3-nin ön səthinin qançırları, sol saidin orta 1/3-nin arxa səthinin, sol bazunun aşağı 1/3-nin arxa-iç səthinin, sağ dirsəyin yan səthinin, belin sağ tərəfinin sıyrıqları” diaqnozlu küt əşyanın (əşyaların) təsirindən törənməsi inkar olunmayan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 24 avqust 2022-ci il tarixdə müxtəlif vəziyyətlərdə, o cümlədən zorla cinsi əlaqədə olma zamanı əmələ gələ bilər. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti ikiüç həftədən artıq olduğundan pozulmanın vaxtının müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş, 17 dekabr 2022-ci il tarixli 33N1 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisələri törətdiyi zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində və onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Elspertizası və X4 tərəfindən təqdim edilmiş 19 yanvar 2023-cü il tarixli 1N71 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən hər hansı xəsarət, xəstəlik və ya törəmə, insan immunçatışmazlığı virusu (QİÇS) və dəri-zöhrəvi xəstəliklər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətə malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 tərəfindən təqdim edilmiş 31 yanvar 2023-cü il tarixli 09-MTB nömrəli rəydən görünür ki, təqdim edilmiş bir ədəd qolsuz qadın köynəyi və bir ədəd şort üzərində olan ləkələrdə insan qanı aşkar edilmiş, həmin qan ləkələrinin qrupunun ABO sistemi üzrə təyini zamanı “A” antigeni, bəzi ləkələrdə “H” antigeni alınmışdır. Bu qan ləkələri A-beta H(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Elspertizası və X4 tərəfindən təqdim edilmiş 31 yanvar 2023-cü il tarixli 09-TKB nömrəli rəydən görünür ki, təqdim edilmiş bir ədəd tumanın ön səthinin yuxarı hissəsində bir ədəd dəlib-keçən zədə vardır, bu zədə cırılmış zədə olub, küt yaranma mexanizminə malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş 11 oktyabr 2022-ci il tarixli 120N4 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N51 saylı hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 319 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin reaktiv-artilleriya batareyasının 1-ci taqımının 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullquçusu-kiçik çavuş Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 070 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 15N-cı maddəsinin ”e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxıldığından işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goraboy rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamından edilmiş çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs «Laçının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə «Laçının azad olunmasına görə» medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin N1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 199N-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 149.1-ci maddəsi ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-in 5N.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «DVD» disk cinayət işinin materialarında saxlanılmalı, həmçinin maddi sübut kimi tanınaraq qablaşdırılmış və möhürlənmiş halda Sumqayıt Hərbi Prokurorluğunda maddi sübutların saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd yay köynəyi, 1 (bir) ədəd cins şortik və 1 (bir) ədəd alt tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia verilməməiş, ekspertiza və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.200N-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 35N, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «DVD» disk cinayət işinin materialarında saxlanılsın, həmçinin maddi sübut kimi tanınaraq qablaşdırılmış və möhürlənmiş halda Sumqayıt Hərbi Prokurorluğunda maddi sübutların saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd yay köynəyi, 1 (bir) ədəd cins şortik və 1 (bir) ədəd alt tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar