Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-64/2025 02.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə xx xxxx 2002-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsi, Elşən Məhərrəmov küçəsi ərazisində fərdi tikilidə kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Piriyev X5 Nazirliyinin Abşeron rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən, 2024-cü ilin təxminən fevral ayının sonlarında “İnstagram” sosial şəbəkəsində tanış olaraq aralarında sevgi münasibəti yarandığı Zərərçəkmiş şəxs ilə münasibətlərini rəsmiləşdirmək məqsədilə ailələri tanış olduqdan sonra nişan mərasiminin 09 iyun 2024-cü il tarixdə keçirilməsi barədə razılıq əldə etmiş və həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Xəzri” restoranında onların nişan mərasiminin yekununda restoran rəhbərliyi tərəfindən hər iki ailənin üzvlərinə nişan tədbirinin xərcinin 1570 (min beş yüz yetmiş) manat məbləğində olması barədə məlumat verildikdə restoranın xərcinin ödənilməsinə dair ailələr arasında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs anası Şahid1 yaranmış narazılıq səbəbindən Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə şikayət etdikdən sonra, o, 1570 (min beş yüz yetmiş) manat məbləğində pulu tam şəkildə restorana ödəmiş və qeyd olunan səbəbə görə Zərərçəkmiş şəxs ilə münasibətlərini sonlandırmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və ailəsi nişan tədbiri ilə əlaqədar restoranın xərcini ödəmədiklərinə görə nişan mərasimi zamanı restorana verdiyi 1570 (min beş yüz yetmiş) manat və xonçalara xərclədiyi 2000 (iki min) manat məbləğində pulu tamah niyyəti ilə Zərərçəkmiş şəxs geri almaq qərarına gəlmiş, bu məqsədlə 11 iyun 2024-cü il tarixdə gecə saat 02-03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında sonuncu ilə görüşərək haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, yəni tələblərini icra etmədiyi təqdirdə nişan mərasimindən öncə Zərərçəkmiş şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərdiyi yarıçılpaq formada olan fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək nişan mərasimi zamanı restorana verdiyi 1570 (min beş yüz yetmiş) manat və nişan mərasimi zamanı xonçalara xərclədiyi 2000 (iki min) manat pulu verməli olduğunu bildirib özgənin əmlakını hədə-qorxu ilə tələb etməklə, onun həmin hədəsindən qorxmuş Zərərçəkmiş şəxs 11 iyun 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə 1780 (min yeddi yüz səksən) manat məbləğində pul alaraq sonuncunun əmlakını ələ keçirmiş, bununla da o, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən, bildirmişdir ki, o, xx xxxx 2002-ci il tarixdə Neftçala rayonunda doğulmuş, N noyabr 2022-ci il tarixdən Müdafiə Nazirliyinin Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətini davam etdirmişdir. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaq məqsədilə 2024-cü ildə “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Daha sonra o, ailə üzvlərini Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindəki ünvana tanışlığa göndərmişdir. Tanışlıq zamanı Zərərçəkmiş şəxs ilə onun ailə həyatı qurmalarına razılıq verilmiş və həmin vaxt onun ailə üzvləri nişan mərasiminin keçirilməsi ilə bağlı Zərərçəkmiş şəxs ailəsi iiə danışıq aparıb adət-ənənəyə uyğun olaraq nişan mərasimini qız evinin keçirməli olduğunu bildirmişdir. Lakin Zərərçəkmiş şəxs anası maddi imkanlarının aşağı olmasını bildirdiyi üçün qız evinin qohumlarının nişan xərclərinin qız tərəfinin, oğlan evinin qohumlarının nişan xərclərinin isə oğlan tərəfinin ödənilməsi barədə razılığa gəlinmişdir. 09 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Xəzri” restoranında nişan mərasimləri baş tutmuş, nişan mərasiminin yekununda restoran rəhbərliyi tərəfindən baş tutmuş tədbirin xərclərinin 1570 (min beş yüz yetmiş) manat məbləğində olması ilə bağlı ona məlumat verilmişdir. Bu zaman, onun anası həmin məbləğin yarısını verə biləcəklərini, qalan məbləği isə qız evinin, yəni Zərərçəkmiş şəxs ailəsinin verməli olduğunu demiş və bu zaman ailələr arasında narazılıq yaranmışdır. Daha sonra, Zərərçəkmiş şəxs anası Şahid1 onlarla razılaşmayaraq restoranı tərk edib getmiş və yaranmış narazılıqla bağlı polis bölməsinə şikayət etmişdir. Bununla əlaqədar o, 1570 (min beş yüz yetmiş) manat məbləğində pulu restoran rəhbərliyinə ödəyərək restoranda nişanın pozulduğunu bildirmiş və Zərərçəkmiş şəxs ilə münasibətlərinə son qoyaraq üzüyü qaytarmışdır. O, həmçinin nişan hazırlığı məqsədilə xonçalara, kirayə paltarlara və atəşfəşanlığa təxminən 2000 (iki min) manat xərc çəkdiyi üçün və maddi vəziyyətində çətinlik yarandığı üçün ödədiyi pulun bir hissəsini Zərərçəkmiş şəxs almaq qərarına gəlmişdir. Bununla əlaqədar ertəsi gün gecə saat 02-03 radələrində taksi avtomobili ilə Gülxanımın yaşadığı evin həyətinə gedərək maddi vəziyyətinin çətin olduğunu və bununla əlaqədar çəkdiyi xərcin 1000 (min) manatını ona qaytarmasını istəmiş, sonuncu isə cavabında ona pulunun olmadığını dedikdə o, Zərərçəkmiş şəxs həmin məbləğlərdə pulları ona vermədiyi təqdirdə sonuncunun onda olan yarıçılpaq fotoşəkillərini sosial şəbəkələrdə yayacağını bildirərək hədə-qorxu gəlmişdir. Sözügedən fotoşəkillər onun mobil telefonunda mövcud olmuş, həmin fotoşəkilləri nişan mərasimindən əvvəl Gülxanım onun istəyi üzrə “Whatsapp” mobil tətbiqi vasitəsilə onun mobil telefonuna göndərmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs onunla razılaşaraq hissə-hissə həmin məbləğləri ona göndərəcəyini bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxs 2024-cü ilin iyum-avqust ayları ərzində müxtəlif tarixlərdə bir hissəsi onun bank kartlarına ödənilməklə, digər hissəsi isə nağd şəkildə ona verilməklə, cəmi 700 (yeddi yüz) manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs baş verənlər barədə anası Şahid1 məlumat verdikdən sonra sonuncu həmin halla bağlı polisə şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, hərbi qulluqçuya yaraşmayan hərəkət etdiyini dərk edir. Ailəsinin yeganə qazanc gətirəni olmasının nəzərə alınaraq bağışlanılmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Valideynləri boşandığı üçün atası onlardan ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə sonuncunun bacısı X3 vasitəsilə 2024-cü ilin fevral ayının sonlarında “İnstagram” sosial şəbəkəsində tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs onunla ailə həyatı qurmaq istədiyi üçün 15 may 2024-cü il tarixdə Orxan öz ailə üzvlərini onun yaşadığı ünvana elçiliyə göndərmiş, elçilik mərasimi zamanı Orxan ilə onun ailə həyatı qurmalarına razılıq verilmiş və həmin vaxt Orxanın ailə üzvləri nişan mərasiminin keçirilməsi ilə bağlı onun ailəsi ilə danışıq apararkən maddi vəziyyətləri zəif olduğu üçün nişan mərasiminin oğlan evi tərəfindən keçirilməsi razılaşdırılmışdır. 09 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Xəzri” restoranında nişan mərasimləri baş tutmuş və nişan mərasiminin yekununda restoran rəhbərliyi tərəfindən baş tutmuş tədbirin xərclərinin 1570 (min beş yüz yetmiş) manat məbləğində olması ilə bağlı məlumat verilmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs ailəsi həmin məbləği onların verməli olduğunu, adət-ənənəyə görə nişan mərasimini qız evinin keçirməli olduğunu deyərək sözügedən məbləği onların vermələrini tələb etmiş və bu zaman ailələr arasında narazılıq yaranmışdır. Daha sonra, anası Şahid1 polis bölməsinə şikayət etdiyi üçün Təqsirləndirilən şəxs həmin 1570 (min beş yüz yetmiş) manat məbləğində pulu restoran rəhbərliyinə ödəmiş və arada yaranmış həmin narazılıq səbəbindən nişanları pozularaq Orxanla münasibətlərinə son qoymuşlar. Növbəti gün, yəni 10 iyun 2024-cü il tarixdə Orxan onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, o da Orxanın təklifinə etiraz etməmişdir. Bundan sonra, 11 iyun 2024-cü il tarixdə təxminən gecə saat 02-03 radələrində Orxan ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Cəlal Abdullayev küçəsinin təxminən 4-5 kilometr məsafəsində yerləşən ərazidə Orxanın gəldiyi taksi avtomobilinin içərisində görüşmüşlər. Bu zaman, Təqsirləndirilən şəxs ona nişan tədbiri ilə əlaqədar bütün xərcləri özünün ödədiyini, yəni nişan mərasimi zamanı restorana 1570 (min beş yüz yetmiş) manat pul ödədiyini, habelə nişana hazırlıq məqsədilə (xonça, ləvazimatlar, kirayə paltar və s.) 2000 (iki min) manat pul xərclədiyini deyərək ondan həmin məbləğləri ona qaytarmasını istəmiş, o isə cavabında Təqsirləndirilən şəxs pulunun olmadığını dedikdə Təqsirləndirilən şəxs ona həmin məbləğlərdə pulları vermədiyi təqdirdə telefonunda olan ona məxsus yarıçılpaq fotoşəkillərini bütün sosiai şəbəkələrdə yayacağını, bütün qohum-əqrəbasının həmin şəkilləri görəcəyini və onu rüsvay edəcəyini bildirmişdir. O, həmin vaxt sözügedən fotoşəkillərin Təqsirləndirilən şəxs mobil telefonunda mövcud olduğunu, nişan mərasimindən əvvəl Orxan onu çılpaq formada görmək istədiyini və həmin formada şəkillər çəkərək “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərməsini istəmiş, o da yekunda Orxanla evlənəcəyini düşünüb könüllü surətdə bir neçə dəfə yarıçılpaq formada fotoşəkillər çəkib “Whatsapp” mobil tətbiqi vasitəsilə Orxana göndərmişdir. Həmin vaxt, o, Orxanın həmin hədəsindən qorxaraq ailəsinin və qohumlarının həmin şəkillərdən xəbərdar olacağı təqdirdə bütün qohum-əqrəba içərisində rüsvay olacağını deyərək həmin şəkilləri yaymamağını Orxandan xahiş etmiş, Orxan isə bunun üçün dediyi məbləğlərin ona verilməli olduğunu bildirmişdir. O da rüsvay olmamaq üçün məcbur qalıb Orxanın təklifi ilə razılaşaraq həmin məbləğləri ona göndərəcəyini, lakin həmin vaxt qeyd olunan məbləğlərdə pulu olmadığı üçün pulu hissə-hissə verəcəyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə öz adına rəsmiləşdirilmiş bank kartlarının fotoşəkillərini ona göndərmişdir. O da Təqsirləndirilən şəxs həmin hədəsindən qorxaraq 11 iyun 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək həmin bank kartlarının hesablarına müxtəlif vaxtlarda hissə-hissə və digər hissəsi nağd formada əlbəəl ödənilməklə Təqsirləndirilən şəxs ümumilikdə 1780 (min yeddi yüz səksən) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ondan pul göndərməsini tələb edərkən o, bəzən Təqsirləndirilən şəxs pulunun olmadığını, pul tapa bilmədiyini dedikdə Orxanın konkret olaraq ona vaxt qoyduğunu, dediyi vaxtda pul çatmasa əks halda çox pis şeylərin olacağını, Orxanın ona yarıçılpaq fotoşəkillərinin yayılacağını, başını qaldırıb çölə çıxa bilməyəcəyini deyərək hədə-qorxu gəlib həmin pulları verməyə davam etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 07 avqust 2024-cü il tarixdə ondan pul aldıqdan sonra həmin gün baş verənlər barədə anası Şahid1 məlumat vermiş və anası da polis orqanlarına şikayət etmişdir. Hazırda, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır, ona vurulmuş ziyan ödənilməmişdir. Bununla əlaqədar təqsirləndirlən şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs vasitəsilə tanımışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2024-cü ilin fevral ayında “İnstagram” sosial şəbəkəsində tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. 15 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ailə üzvləri onlara eiçiliyə gəimiş, elçilik zamanı qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ailə həyatı qurmalarına razılıq vermişdir. Daha sonra, həmin vaxt Təqsirləndirilən şəxs ailəsi nişan mərasimini tezliklə keçirmək istədiklərini bildirdikləri zaman maddi vəziyyətləri zəif olduğu üçün onlara həmin vaxt nişan mərasimini edə bilməyəcəyini, tezliklə etmək istəyirlərsə nişan mərasimini özlərinin keçirmələrini bildirmiş, Təqsirləndirilən şəxs ailəsi də onunla razılaşmışdır. 09 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Xəzri” restoranında qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs nişan mərasimi baş tutmuş və nişan mərasiminin yekununda restoran rəhbərliyi tərəfindən baş tutmuş tədbirin xərclərinin 1570 (min beş yüz yetmiş) manat məbləğində olması ilə bağlı məlumat verilmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs ailəsi adət-ənənəyə görə nişan mərasimini qız evinin keçirməli olduğunu deyərək həmin məbləği onların verməli olduğunu bildirdiyi üçün aralarında narazılıq yaranmışdır. Bu zaman, o, əsəbiləşərək yaranmış narazılıqla bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə şikayət etmişdir. Bundan sonra, polis əməkdaşları həmin restorana gələrək aydınlaşdırılması üçün onları polis bölməsinə aparmış, polis bölməsində hər şey aydınlaşdırıldıqdan sonra yekunda Təqsirləndirilən şəxs həmin 1570 (min beş yüz yetmiş) manat məbləğində pulu restoran rəhbərliyinə ödəmiş və arada yaranmış həmin narazılıq səbəbindən qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs nişanları pozulmuşdur. 07 avqust 2024-cü il tarixdə qızı Zərərçəkmiş şəxs ağlayaraq evdə ona yaxınlaşıb Orxanla nişandan sonra hələ də danışdığını, nişandan sonra Orxanın ondan pul istədiyini, pulu olmadığını dedikdə Orxanın onun yarıçılpaq fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə bağlı ona hədə-qorxu gəldiyini, bu səbəbdən də qorxaraq nişandan sonra 07 avqust 2024cü il tarixədək Orxana ümumilikdə hissə-hissə olmaqla cəmi 1780 manat məbləğində pul verdiyini bildirmişdir. Belə ki, nişandan bir neçə gün öncə Orxan qızı Zərərçəkmiş şəxs çılpaq formada görmək istədiyini deyərək həmin formada şəkillər çəkib ona göndərməsini qızı Gülxanımdan istəmiş, qızı Gülxanım da Orxanla evlənəcəklərini düşünüb ona güvənərək könüllü surətdə bir neçə dəfə yarıçılpaq formada şəkillər çəkib “Whatsapp” mobil tətbiqi vasitəsilə Orxana göndərmişdir. Nişandan bir gün sonra, yəni 10 iyun 2024-cü il tarixdə Orxan qızı Gülxanımla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, qızı da onun bu təklifinə etiraz etməmişdir. Bundan sonra, iyun ayının 10-dan 11-nə keçən gecə təxminən gecə saat 02-03 radələrində qızı Gülxanım yaşadıqları ünvanın yaxınlığında Orxan ilə sonuncunun gəldiyi taksi avtomobilində görüşmüşlər. Görüş zamanı Orxan qızı Gülxanıma nişan mərasimi zamanı restorana 1570 (min beş yüz yetmiş) manat və xonçalara 2000 (iki min) manat məbləğində pul xərclədiyini deyərək qızı Zərərçəkmiş şəxs həmin məbləğləri ona qaytarmasını bildirmiş, Zərərçəkmiş şəxs ona pulunun olmadığını bildirdikdə Orxan həmin məbləğlərdə pulu ona vermədiyi təqdirdə qızı Zərərçəkmiş şəxs onun mobil telefonunda olan yarıçılpaq fotoşəkillərini bütün sosial şəbəkələrdə yayaraq qohum-əqrəba içərisində rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlmişdir. Bu zaman qızı Zərərçəkmiş şəxs onun həmin hədəsindən qorxmuş və rüsvay olmamaq üçün məcbur qalaraq Orxanın təklifi ilə razılaşmışdır. Bundan sonra, qızı Zərərçəkmiş şəxs 2024-cü ilin iyun-avqust ayları ərzində Orxanın hədəsi ilə sonuncuya ümumilikdə 1780 (min yeddi yüz səksən) manat məbləğində pul vermiş, həmin məbləğlərin bir qismini Orxanla görüşərək əlbəəl nağd formada, bir qismini isə Orxanın “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi sonuncunun öz adına rəsmiləşdirilmiş bank kartlarının hesabına köçürmüşdür. Qızı Zərərçəkmiş şəxs baş verənlər barədə ona məlumat verdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş digər Şahid3 Zərərçəkmiş şəxs və Şahid1 ifadələri ilə eyni məzmunlu ifadələr verərək onların göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi onun öz ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, sənədlər və digər mötəbər, təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi materiallarının İ cildinin 7-ci vərəqəsində olan müraciətdən görünür ki, Şahid1 15 avqust 2024-cü il tarixdə qızı Zərərçəkmiş şəxs keçmiş nişanlısı Təqsirləndirilən şəxs tərəfindən hədələnərək ondan pul tələb etməsi və qızının ona pul göndərməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. Cinayət işi materiallarının İ cild 8-ci vərəqəsində olan müraciətdən görünür ki, Şahid1 15 avqust 2024-cü il tarixdə övladı Zərərçəkmiş şəxs Aftandii qızının keçmiş nişanlısı Təqsirləndirilən şəxs öz mobil telefonunda olan qızı Zərərçəkmiş şəxs məxsus yarıçılpaq fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 11 iyun 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək qızı Zərərçəkmiş şəxs ümumilikdə 1780 (min yeddi yüz səksən) manat məbləğində pul alması barədə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə müraciət etmişdir. Cinayət işi materiallarının İ cildinin 18-ci vərəqəsində olan 18 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Aftandii qızı arasında “Whatsapp” səs yazıları qeydə alınmış, həmin səs yazılarında ümumilikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2 saat ərzində ona pul göndərilməsini tələb etməsi ilə bağlı danışıqlar apardığı müəyyən olunmuşdur. Cinayət işi materiallarının İ cildinin 25-28-ci vərəqələrində olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 14 avqust 2024-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan keçmiş nişanlısı Təqsirləndirilən şəxs nişan mərasimindən öncə sonuncuya göndərdiyi yarıçılpaq fotoşəkilləri sosial şəbəkələrdə yayaraq onu qohum-əqrəbası içərisində rüsvay edəcəyi ilə hədələyərək 11 iyun 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək ondan ümumilikdə 1780 (min yeddi yüz səksən) manat məbləğində pul alması barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə müraciət etmişdir. Cinayət işi materiallarının İ cildinin 67-ci vərəqəsində olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 339 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun 3cü bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarının İ cild 127-ci vərəqəsində olan ərizədən görünür ki, Şahid1 08 avqust 2024-cü il tarixdə övladı Zərərçəkmiş şəxs hərbi qulluqçu olan 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən qanunsuz hərəkətlərə məruz qalması, Təqsirləndirilən şəxs qızından hədə-qorxu və şantaj ilə pul alması barədə X2 müraciət etmişdir. Cinayət işi materiallarının İ cild 128-ci vərəqəsində olan ərizədən görünür ki, Şahid1 09 avqust 2024-cü il tarixdə övladı Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən Təqsirləndirilən şəxs tərəfindən qanunsuz hərəkətlərə məruz qalması, Təqsirləndirilən şəxs qızından hədə-qorxu və şantaj ilə pul alması barədə Müdafiə Nazirliyinə müraciət etmişdir. Cinayət işi materiallarının İ cildinin 214-cü vərəqəsində olan 16 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Aftandii qızı arasında “Whatsapp” səs yazıları qeydə alınmış, həmin səs yazılarında ümumilikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısa müddət ərzində ona müxtəlif məbləğlərdə pul göndərilməsini tələb etməsi ilə bağlı danışıqlar apardığı müəyyən olunmuşdur. Həmin protokolda olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Whatsapp” mobil tətbiqi vasitəsiliə yazışmaların qeydə alındığı, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində +99***-***-**-** və +99***-***-**-** mobil telefon nömrələrinin olduğu və həmin yazışmalara baxış zamanı ümumilikdə Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək öz adına rəsmiləşdirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5103-0714-6321-9614 nömrəli və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5167-5133- 4020-4551 nömrəli plastik bank kartlarının fotoşəkillərini Zərərçəkmiş şəxs göndərərək həmin bank kartlarının hesabına qısa müddət ərzində müxtəlif məbləğlərdə pul göndərilməsini tələb etməsi, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefonunu sataraq qısa müddətdə telefonun pulunu ona göndərməsini tələb etməsi ilə bağlı mövzularda danışıqlar aparmaları müəyyən olunmuşdur. Cinayət işi materiallarının İ cildinin 214-215-ci vərəqələrində olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi məbləğlərin qəbzlərinin fotoşəkillərini çəkdiyi və həmin fotoşəkillərdəki ödəniş qəbzlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş ‘‘Azərbaycan Beynəlxalq Bank” ASC-ə məxsus 5167- 5133-4020-4551 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs tərəfindən 50 (əlli) manat, həmin bank kartının hesabına 07 avqust 2024-cü il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən “Elit” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə 200 (iki yüz) manat və Təqsirləndirilən şəxs adma rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 5103-0714-6321-9614 nömrəli bank kartının hesabına 01 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən 10 (on) manat məbləğlərində pul köçürülmələrinin edildiyi müəyyən olunmuşdur. Cinayət işi materiallarının İ cildinin 216-217-ci vərəqələrində olan baxış keçirilməsi haqqında 16 dekabr 2024-cü il tarixli 003237 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmaların qeydə alındığı, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində +99***-***-**-** və +99***-***-**-** mobil telefon nömrələrinin olduğu və həmin yazışmalara baxış zamanı ümumilikdə Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək öz adına rəsmiləşdirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5103-0714-6321- 9614 nömrəli və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5167-5133-4020-4551 nömrəli plastik bank kartlarının fotoşəkillərini Zərərçəkmiş şəxs göndərərək həmin bank kartlarının hesabına konkret olaraq müddət təyin edərək həmin vaxtadək qısa müddət ərzində müxtəlif məbləğlərdə pul göndərilməsini tələb etməsi, əks təqdirdə sonuncunun ona göndərdiyi fotoşəkilləri yayacağı ilə bağlı hədə-qorxu gəlməsi, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefonunu sataraq qısa müddətdə telefonun pulunu ona göndərməsini tələb etməsi ilə bağlı mövzularda danışıqlar aparmaları müəyyən olunmuşdur. Bundan başqa həmin protokolda olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Whatsapp” səs yazıları qeydə alınmış, həmin səs yazılarında ümumilikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs konkret olaraq müddət təyin edərək həmin vaxtadək qısa müddət ərzində ona müxtəlif məbləğlərdə pul göndərməsini tələb etməsi ilə bağlı danışıqlar apardığı müəyyən olunmuşdur. Cinayət işi materiallarının İ cildinin 218-219-cu vərəqələrində olan baxış keçirilməsi haqqında 16 dekabr 2024-cü il tarixli 003238 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adma rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 523915******3889 nömrəli bank kartının hesabına 24 iyun 2024-cü il tarixdə saat 14 radələrində Şahid1 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 416973******5274 nömrəli bank kartının hesabından “birbank” mobil bank tətbiqi vasitəsilə 10 (on) manat, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 510307******9614 nömrəli bank kartının hesabına 01 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan şossesi 56-cı km ünvanında yerləşən “Al” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə 10 (on) manat, həmin bank kartının hesabına 08 iyul 2024-cü il tarixdə saat 19 radələrində radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan şossesi 56-cı km ünvanında yerləşən “Al” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə 10 (on) manat, 25 iyul 2024-cü il tarixdə saat 22 radələrində həmin bank kartının hesabına Şahid1mn adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 416973******5274 nömrəli bank kartının hesabından “birbank” mobil bank tətbiqi vasitəsilə 20 (iyirmi) manat, 28 iyul 2024-cü il tarixdə saat 19 radələrində həmin bank kartının hesabına Şahid1 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 416973******5274 nömrəli bank kartının hesabından “birbank” mobil bank tətbiqi vasitəsilə 20 (iyirmi) manat, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 516751******4551 nömrəli bank kartının hesabına 14 iyul 2024-cü il tarixdə saat 14 radələrində Şahid1 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 416973******5274 nömrəli bank kartının hesabından “birbank” mobil bank tətbiqi vasitəsilə 5 (beş) manat və həmin bank kartının hesabına 02 avqust 2024-cü il tarixdə saat 16 radələrində Şahid1 adma rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 416973******0328 nömrəli bank kartının hesabından “birbank” mobil bank tətbiqi vasitəsilə 50 (əlli) manat məbləğlərində pul köçürülmələri edilmişdir. Cinayət işi materiallarının İİ cildinin 11-12-ci vərəqələrində olan baxış keçirilməsi haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 5167-5133- 4020-4551 nömrəli bank kartının hesabına 14 iyul 2024-cü il tarixdə "xxxx" ASC-yə məxsus “birbank” mobil bank tətbiqi vasitəsilə 5 (beş) manat, həmin bank kartının hesabına 02 avqust 2024-cü il tarixdə 50 (əlli) manat və qeyd olunan bank kartının hesabına 07 avqust 2024-cü il tarixdə 200 (iki yüz) manat məbləğlərində pul köçürülmələri edilmişdir. Bundan başqa, həmin protokolda olan Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 523915******3889 nömrəli bank kartının hesabına 24 iyun 2024-cü il tarixdə 10 (on) manat, həmçinin, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 5103-0714-6321-9614 nömrəli bank kartının hesabına 01 iyul 2024-cü il tarixdə 10 (on) manat, 08 iyul 2024-cü il tarixdə 10 (on) manat, 25 iyul 2024-cü il tarixdə 20 (iyirmi) manat və 28 iyul 2024-cü il tarixdə 20 (iyirmi) manat məbləğlərində pul köçürülmələri edilmişdir. Cinayət işi materiallarının İİ cildinin 88-ci vərəqəsində olan qərardan görünür ki, 29 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarının İ cild 189-cu vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 26 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə zərərçəkmiş şəxsdən cəmi 700 manat pul almasını bildirməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında-üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzalası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 29 dekabr 2024-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 28 yanvar 2025-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlu tərəfindən həyata keçirilmişdir. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə maddi ziyan olan 1780 (min yeddi yüz səksən) manat ödənilməmişdir, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi Cəlal oğlunun işlədiyi Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1-1(093)-64/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-64/2025
02.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver