Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-65/2025 10.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N nömrəli hərbi hissədə daimi pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə Apellyasiya məhkəməsinin 07 noyabr N4-cü il tarixli, 1- 1(104)- 10/N4 nömrəli qərarı ilə Azərbaycan Respublikası CMnin N96.1, 3N9.N.1, 3N9.N.6 və 333.4-cü maddələri ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzası və N (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4 və 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq, həmçinin üç aydan artıq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 10 yanvar N4-cü il tarixdə saat 19:00-da iş vaxtının başa çatması səbəbindən evə buraxılıb növbəti gün, yəni N yanvar N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda, üzrlü səbəblər olmadan qayıtmamış, keçirilmiş zəruri axtarış tədbirləri nəticəsində 19 fevral N4-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanında Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub saxlanılaraq zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 19 fevral N4-cü il tarixdə Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinin rəisinin 16 fevral N4-cü il tarixli, NN8 nömrəli göndərişinə əsasən Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyasından keçirilərək şəhadətləndirilmiş və təyin olunmuş vaxtda, yəni N0 fevral N4-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, N iyul N4-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıdaraq zabit kimi üzrlü səbəblər olmadan üç aydan artıq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.4 və 333.4-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən borcları və maddi sıxıntıları, valideynlərinin səhhətindəki problemlərlə əlaqədar N yanvar N4-cü il tarixdən xidmət yerinə getməyərək yaşadığı ünvan 1 ünvanında qalmış, bir neçə dəfə 1N-ci bölüyün komandiri, kapitan Şahid1 ona zəng edərək xidmət yerinə gəlməsini tələb etsə də, o, pulunun olmadığını və xidmət yerinə gələ bilmədiyini sonuncuya bildirmişdir. 19 fevral N4cü il tarixdə saat 11:00-da yaşadığı ünvanda olarkən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları gələrək onu evdən çıxartmış və özləri ilə birlikdə Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinə aparmışlar. Həmin gün təhqiqat bölməsində onun izahatı alındıqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına gedərək hərbi həkim komissiyasından keçmiş, N0 fevral N4-cü il tarixdə hospitalda olarkən ona bütün həkimlərdən keçdiyini və hərbi hissəyə gedə biləcəyini bildirmələrinə baxmayaraq həmin gün hərbi hissəyə getməmiş, yaşadığı ünvana gedərək təxminən 5 aya yaxın orada qalmış və N iyul N4-cü il tarixdə saat 13:00-da hərbi hissəyə qayıtmışdır. Onun xidmət yerinə vaxtında qayıtmamaqla hərbi xidmətdən boyun qaçırmaq və ya xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamış, hərbi hissədə digər hərbi qulluqçularla münasibəti yaxşı olmuş, digər hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, hərbi hissədə olan digər hərbi qulluqçularla heç bir düşmənçilik münasibəti və ya ədavəti olmamışdır. Onun hərbi xidmətə münasibəti normal olmuş, lakin əmək haqqının az olması, şəxsi və ailə problemlərinin olması, maddi vəziyətinin aşağı olması ittihamda qeyd olunan tarixlərdə hərbi hissəyə vaxtında qayıtmamasına səbəb olmuşdur. 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş, medallarla təltif edilmişdir. Əməlindən peşmandır, xidmətlərini və ağır ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun sabiq komandiri, mayor ŞahidN göstərdi ki, N yanvar N4-cü il tarixdə saat 08:00-da səhər düzülüşü zamanı bölüyün say tərkibi yoxlanılarkən baş leytenant Təqsirləndirilən şəxs sırada olmadığı və xidmət yerinə çıxmadığı müəyyən edilmişdir. Bölük komandiri, kapitan Şahid1 həmin gün baş leytenant Təqsirləndirilən şəxs zəng edərək xidmət yerinə nə üçün gəlmədiyini soruşduqda, sonuncu şəxsi və ailə problemlərinin, həmçinin maddi sıxıntılarının olduğunu ona bildirmişdir. Daha sonra kapitan Şahid1 müvafiq raportla hərbi hissə komandirinə müraciət etmiş və həmin tarixdən baş leytenant Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçuların siyahısına salınaraq barəsində araşdırma təyin olunmuşdur. Baş leytenant Təqsirləndirilən şəxs barəsində araşdırma gedərkən sonuncunun hərbi həkim komissiyasından keçirilmək zərurəti yaranmış, lakin xidmət yerinə gəlmədiyinə görə Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən baş leytenant Təqsirləndirilən şəxs xidmət yerinə gətirilməsi üçün hərbi hissə komandiri tərəfindən hərbi polis idarəsinə məktub göndərilmiş, nəticədə baş leytenant Təqsirləndirilən şəxs 19 fevral N4-cü il tarixdə hərbi polis idarəsinin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq aidiyyəti üzrə təhqiqat bölməsinə təhvil verilmiş və hərbi həkim komissiyasından keçirilməsi üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Baş leytenant Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçirilərək şəhadətləndirilmiş və N0 fevral N4-cü il tarixdə Baş Klinik Hospitalında ambulator qaydada müayinə olduqdan sonra xidmət yerinə göndərilmiş, lakin baş leytenant Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmamış, yalnız N iyul N4-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən N nömrəli hərbi hissənin tibb xidməti rəisi, kapitan Şahid4 ŞahidN ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi İstintaq zamanı şahid qismində dindirilmiş (məhkəmə iclasında onların iştirakı təmin edilmədiyindən istintaqa verdikləri ifadələri tədqiq edilmişdir) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün sabiq komandiri, kapitan Şahid1 və həmin hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının sabiq komandiri, leytenant Şahid3 da ifadələrində Təqsirləndirilən şəxs N yanvar N4-cü il tarixdən 19 fevral N4-cü il tarixədək, N0 fevral N4-cü il tarixdən N iyul N4-cü il tarixədək olan müddətlər ərzində xidmət yerinə gəlməməsini təsdiq etmişlər. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 dekabr N4-cü il tarixli, 3678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, onda situasiya ilə əlaqədar yüngül ifadəli depressiv vəziyyət biruzə vermişdir. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin N1-ci maddəsinin təsiri altına düşməmiş, situasiya ilə əlaqədar depressiv vəziyyət yüngül ifadəli olduğu üçün onun məcburi müalicəyə ehtiyacı olmamışdır. İş materiallarında olan Məhkəmə-psixoloji ekspertizasının 18 dekabr N4-cü il tarixli, 11/783 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional cəhətdən mütəəssir (mütəəssirlik- insanın emosigen təsirlərə affektiv həssaslığını ifadə edir) olmaqla, onun fərdi-psixoloji xüsusiyyətlərində davranış aktlarına təsir göstərəcək səviyyədə olan bəzi psixogen-depressiv reaksiya əlamətləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs fərdipsixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik və aqressivlik müəyyən olunmamış, əqli və psixi inkişafına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabilliyyətinə malik olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N mart N0-ci il tarixli, 66 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin kadr heyətinə keçirilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli N68 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli 1N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N yanvar N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli N14 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N iyul N4-cü il tarixdə saat 13:00- da xidmət yerinə qayıtdığı üçün xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün komandiri, kapitan Şahid1 N yanvar N4-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs N yanvar N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin rəisi, polkovnikleytenant Elgün Əliyevin 19 fevral N4-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş zəruri axtarış tədbirləri nəticəsində 19 fevral N4-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanında saxlanılaraq barəsində qanuna müvafiq tədbir görülməsi üçün 5-ci Təhqiqat bölməsinə təhvil verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinin rəisinin 16 fevral N4-cü il tarixli, NN8 nömrəli göndərişindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyasına göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1ci taqımının komandiri, leytenant Orxan Hüseynovun N iyul N4-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs N iyul N4-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından daxil olmuş 31 iyul N4-cü il tarixli, 3649 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs N0 fevral N4-cü il tarixdə Müdafiə Nazirliyinin Baş X1 bölməsində ambulator müayinədə olmuşdur. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 04 iyul N3-cü il tarixli, 1-1 (098)- 99/N3 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N96.1, 3N9.N.1, 3N9.N.6, 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək aylıq pul təminatından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla ona 01 (bir) il 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr N4-cü il tarixli, 1-1 (104)-10/N4 nömrəli qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 04 iyul N3-cü il tarixli, 1-1(098)-99/N3 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat cərimə cəzası və N (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəza çəkməsinin əvvəli xx.xx.N4-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən təqdim edilmiş 07 dekabr N4-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim komisiyası tərəfindən təqdim edilmiş 18 sentyabr N4-cü il tarixli 8967 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sıradankənar hərbi xidmətə yararlıdır. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilir. İşdə olan sənədlərdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş, “Ağdamın işğaldan azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.4 və 333.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran, ona bəraət verilməsinə əsas olan hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında iştirak etməsi, etdiyi əməldən peşman olması, ağır ailə vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar onun müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir, ancaq cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.4-cü və 333.4-1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini daha məqsədəuyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Hazırki işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs onun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr N4-cü il tarixli, 1-1 (104)-10/N4 nömrəli qərarı çıxarıldıqdan əvvəl Azərbaycan Respublikası CM-nin 333.4-cü və 333.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə təyin edilən cəzalar Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmənin hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli Qərarında əksini tapmış izahlardan irəli gəlir. Həmçinin həmin Qərarın 17-ci bəndinə görə CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs oğlunun barəsində əvvəlki iş üzrə həbs qətimkan tədbiri seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınmalı və barəsindəki həmin həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci və Cəzaların İcrası Məcəlləsinin 11N.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməlidir. Təqsirləndirilən şəxs 1N0 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4 və 333.4-1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 0N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr N4-cü il tarixli, 1-1 (104)-10/N4 nömrəli qərarı ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası və N (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunan cəza ilə cinayətlərin məcmuyu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs N1 sentyabr N4-cü il tarixdən 10 fevral N5-ci il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti, yəni 04 ay N0 gün təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun çəkəcəyi qəti cəza 03 (üç) il 01 (bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası kimi müəyyən olunsun. Azərbaycan Respublikası CM-in 68.N-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 fevral N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində əvvəlki iş üzrə həbs qətimkan tədbiri seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınsın və barəsindəki həmin həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 1N0 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-65/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-65/2025
10.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver